azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

ERMƏNİSTANDA YENƏ DƏ ETİRAZ AKSİYASI KEÇİRİLİB

ERMƏNİSTANDA YENƏ DƏ ETİRAZ AKSİYASI KEÇİRİLİB


Müəllif: AzTV
Mövzu: Siyasət
Dərc edilib: 20.01.09 18:41

--------------------------------------------------------------------------------

Onsuz da qeyri-sabit vəziyyətin hökm sürdüyü Ermənistanda yenə də etiraz aksiyası keçirilib. Bu dəfə hakimiyyətin verdiyi qərardan yarmarka işçiləri narazıdır. İrəvanda bir neçə yarmarkanın işçisi hökumət binası qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər yarmarkalarda nəzarət-kassa aparatlarının quraşdırılmasına etirazını bildirir. Çünki bu qərar onsuz da yüksək olan vergilərin mövcudluğu ilə yanaşı yarmarka işçilərinə sərf etmir. İşçilərin sözlərinə görə, belə şəraitdə işləmək mümkünsüzdür. Əgər kassa aparatlarının quraşdırılması barədə qərar ləğv olunmasa, yarmarkalar bağlanacaq. Nümayişçilər “Mübarizə axıra kimi davam edəcək” şüarları səsləndirərək, baş nazir Tiqran Torosyanla görüş tələb ediblər. Amma hökumət başçısının əvəzinə nümayişçilərin qarşısına Ermənistan hökumətinin rəsmisi Aleksandr Kazaryan çıxıb. Bu, aksiya iştirakçılarını daha da qəzəbləndirib və onlar mübarizəni daha kütləvi şəkildə davam etdirməyə söz veriblər. Ümumiyyətlə Ermənistanda ölkədaxili siyasi gərginliklə yanaşı iqtisadi vəziyyət də günü-gündən ağırlaşır. Ölkədə işsizlərin sayı günü-gündən çoxalır. Vanadzordakı “Avtogen-M” zavodunun 350 əməkdaşı da işdən azad olunub. Əsas səbəb isə - istehsal edilən məhsulların ölkə daxilində və xaricdə satılmamasıdır. Belə müəssisələrin rəhbərliyi artıq sentyabrdan işçilərə əmək haqqı verə bilmir. Hökumətə müraciətlər də nəticəsiz qalır. Bu arada regiona səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero Valdner İrəvanda olarkən, Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyanla görüşüb. Danışıqlar zamanı tərəflər Ermənistandakı ölkədaxili böhran, siyasi məhbuslar və insan haqlarının müdafiəsi sahəsində məsələləri müzakirə edib.

Hiç yorum yok: