azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

GÜNEYLİ AZƏRBAYCANLILARA QARŞI GİZLİ SOYQIRIM PLANI

GÜNEYLİ AZƏRBAYCANLILARA QARŞI GİZLİ SOYQIRIM PLANI
Son iki ildə təkcə Təbrizdə 43 nəfər öldürülüb, 17 min nəfər istintaqa cəlb edilib



Son iki ildə təkcə Təbriz şəhərində 17 min nəfər milli hərəkat fəalı İranın ETTELAAT, polis və məhkəmə orqanları tərəfindən istintaqa cəlb edilib. DAK informasiya mərkəzinə Güney Azərbaycan milli hərəkatından daxil olan məlumata əsasən həmin şəxslərin əksəriyyəti ETTELAAT təcridxanalarında və Sepahe-Pasdaranın gizli kameralarında, polis idarələrində fiziki və ruhi işgəncələrə məruz qoyulub, qısa və uzunmüddətli həbslərə, sürgünə və ağır təzyiqlərə məruz qoyulublar.
Bəzi soydaşlarımız hal-hazırda həbsxanalarda, bəziləri də girov müqabilində müvəqqəti azadlığa buraxılıblar. Məlumatda bildirilir ki, 2006-2008-ci illərdə Təbriz şəhərində 43 nəfər milli fəal təhlükəsizlik məmurları tərəfindən naməlum yerlərdə ağır işgəncələrə məruz qoyularaq qətlə yetirilib və Təbrizin Elgölü, Acıçay, Mehran-rud, Park Erəm, Pərvaz, Baba bağı, Anaxatın, Çilləxana adlanan məkanlarına və başqa ətraf kəndlərə, yaxud gözdən kənar yerlərə atılıb. Onların 21 nəfərinin meyiti ekspert həkimlər tərəfindən yarılarkən döyülüb öldürüldüyü təsdiqlənsə də, 22 nəfər gizli şəkildə dəfn edilib.
Ən sonuncu qətlə yetirilən təbrizli milli fəal Mehdi adlı 23 yaşlı gəncdir ki, onun cəsədi son günlərdə Təbrizin yaxınlığında yerləşən Çilləxan kəndinin sahibsiz bağlarının birində 25 metr dərinlikdə quyudan tapılıb.
Məlumata görə, bir müddət öncə yoxa çıxmış soydaşımızın öldürülməsi anonim zəng vasitəsilə ailəsinə xəbər verilib. Özü də bütün qətllərlə bağlı araşdırılma işlərinin qarşısı naməlum qüvvələr tərəfindən alınır. Rəsmi dairələr bu cinayətlərə soyuqqanlılıqla yanaşır. Güney Azərbaycanda soydaşlarımıza qarşı bu cinayətlər ETTELAAT, Sepah, Bəsic, polis və digər qüvvələr tərəfindən törədilir.
Gələn məlumatlarda bildirilir ki, bütün bunlara baxmayraq Güney Azərbaycan türkləri öz milli və mədəni haqlarını əldə edənədək mübarizəni davam etdirəcəklər.
Cavid TURAN
musavat

Hiç yorum yok: