Neft 35 dollardan da aşağı düşdü
14:14 20-01-2009
Nyu-Yorkdakı “NYMEX” birjasında alqı-satqı zamanı neftin bir barelinin qiyməti 35 dollardan da aşağı düşüb.
Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət 2,93 dollar ucuzlaşaraq 33,58 dollar təşkil edib.
Ekspertlər bildirirlər ki, kəskin ucuzlaşmaya dünya iqtisadiyyatının resessiyasının dərinləşməsi səbəb olub. Qeyd edək ki, sonuncu dəfə 2008-ci il dekabrın 19-da neftin bir barelinin qiyməti 34 dollardan aşağı düşüb. O zaman qiymət 33,6 dollara qədər ucuzlaşmışdı.
LENT.AZ
20 Ocak 2009 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder