azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Aralık 2008 Perşembe

Avropa Şurası milli azlıqlarla bağlı qətnamə qəbul etdi

Avropa Şurası milli azlıqlarla bağlı qətnamə qəbul etdi


Qətnamədə milli azlıqların hüquqlarının qorunması prosesi istiqamətində görüləcək işlərlə bağlı tövsiyələr yer alıb


Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda milli azlıqların müdafiəsi vəziyyətinə dair qətnamə qəbul edib.
APA-nın Avropa Şurasının rəsmi saytına istinadən yaydığı məlumata görə, qətnamədə milli azlıqların müdafiəsinə dair Konvensiyanın həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişlər və həyata keçirilməli olan işlərlə bağlı təklif və tövsiyələr öz əksini tapıb: “Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması işinə daha çox diqqət ayırmağa başlayıb. Bu istiqamətdə görülən işlər sırasında Ombudsman Aparatının regionlarda şöbələrinin fəaliyyət başlamasını göstərmək olar. Bu fakt milli azlıqların öz problemləri ilə bağlı Ombudsman Aparatına müraciət etmək imkanını asanlaşdırıb. Ombudsmanın ofisi dinlərarası dialoq sahəsində aktiv işləyir. 2006-cı ildə ölkədə İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planı qəbul olunub, bu planın müddəalarından biri milli azlıqların mədəni irsinin qorunmasıdır”.
Qətnamədə milli azlıqların hüquqlarının qorunması prosesi istiqamətində görüləcək işlərlə bağlı tövsiyələr yer alıb. Bu tövsiyələr arasında milli azlıqların hüquqlarının qorunmasına dair qanunvericiliyini yenilənməsi, dövlətin milli azlıqlara dəstəyinin artırılması, ayrı-seçkilik və diskriminasiyanın müxtəlif formalarına qarşı mübarizənin daha da gücləndirilməsi, milli azlıqların söz azadlığı və sərbəst toplaşmaq azadlığı hüququnun təmin edilməsi, onlara öz dillərində təhsil hüququ almaq və yerli hakimiyyət orqanlarına öz dillərində müraciət etmək imkanının yaradılması və s. daxildir.

Göteborgda 21 azer herekatinin 63cu il donumu deyerlendirildi.

Göteborgda 21 azer herekatinin 63cu il donumu deyerlendirildi.



21 azer(12 dekabr1945) Guney Azerbaycanin dovletchilig gunu ve 26 azer(17 dekabr1946) Guney Azerbaycanin soy qirim gunu munasibetile bazar gunu (2008-12-14) Göteborgda onemli toplanti kechirildi.

kamale sabir qizi 21 azer(12 dekabr1945) Guney Azerbaycanin dovletchilig gunun mubarek olsun diyerek toplantini achdi

toplantinin birinci bolumunde Dadash bey aslanzade , Dr Husen bey Yahyai, Eldar bey Qaradagli ve Mahmid bey Bilgin milli bayram ve milli aci gunlerimiznen bagli chixish etdiler.

Sozlerde bu qonular daha artiq vurqulandi:

- guney Azerbaycan milli herekati 21 azer herekatinin amaclarinin davamchisidir

- 21azer herekatinin asas amaci vetenimizin qurtulushu olsaydida qutsal hedefi gundelik taktiklerile ireli sururdu.. anadilin deyeri xaq qoshunun yaranmasi, shah arteshin etgisiz hala getimek topraq meselesi, emniyyet, tashkilatlanma ve… chox gozel deyerlendirilmishdir

- iran adlanan olkede ilik dovletchiliyimizin yaradanlar bir ilin ichinde pehlevi sulalesinin20 illiginden chox ish gorselerde ulusal arasi uyqun veziyyetin yaranmamasi uchun basharili olanmamishdir.

- Guney Azerbaycanda oyanish sureci chox qissa oldugu uchun milli kimliyimiz derinden menimseyilmedi

- solchuluq ideolojunu etgisi altinda maskovun chixarlari nedeniyle ozgur davranilmadi ve fashistler qarshisinda teslim sayaseti tutuldu

- herekatin rehberi seyyid cafer Pisheveri son gune dek oldu var dondu yoxdu dede ancaq olkeden chixarilmasi herekete boyuk basharisizliq yaratdi.

- fars seyasetchilerin dediklerine onem verildi

-minler shehid ve onminler didergin tushsede en acisi 17 dekabrda onminlerce anadilimizde kitablarin daha duzgun desek kultur ve medeniyyetimizin ota chekmesiydi bu cinayetler achiq bir soy qirimi kimin taninmaqdadir.

bugun milli herekatimiz turkchuluk ve Azerbaycanchiliq assasila ayaqda durub ve ozgur olaraq fars shuvinismine qarshi , icheride ve disheride milletler arasi ozunu guclendirmekdedir.

Toplantinin ikinci bolumunde dovletchilig gunun qudlamaq uchun Husen bey ve Ismayil beyin vastesile konser kechirildi.

Toplanti sat 16dan 21dek davam tapmishdir.

Azerbaycan kultur ocagi savalan

Azerbaycan qadinlar derneyi Yanar

Guney azerbaycan oyanish derneyi

Bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsinin də yer aldığı layihə Azərbaycan Mil

Bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsinin də yer aldığı layihə Azərbaycan Milli Məclisinə tövsiyə olunub



Bakı. Elbrus Seyfullayev - APA. Bu gün günün ikinci yarısında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları komissiyalarının “Konstitusiyaya əlavə və dəyişikliklər haqqında referendum aktı” layihəsi ilə bağlı birgə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, layihəni hazırlayan İşçi Qrupun üzvü, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, qrup üzvləri iclaslarda irəli sürülən təklifləri müzakirə edib. Təkliflərin əksəriyyətinin redaktə xarakterli olduğunu bildirən Ə. Hüseynov onların bir çoxunun nəzərə alındığını deyib. Komissiya sədri qeyd edib ki, deputatların təklifi nəzərə alınaraq, layihədə 50 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etməsi bəndinə də dəyişiklik edilib və bu rəqəm 40 min edilib.

Daha sonra layihə Konstitusiya Məhkəməsinə göndərilməsi üçün Milli Məclisə tövsiyə olunub. Milli Məclis Aparatının qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə deyib ki, Konstitusiya Məhkəməsi rəy verəndən sonra Milli Məclis referendumun vaxtını müəyyənləşdirəcək.

O da bildirilib ki, Milli Məclisin sabah keçiriləcək iclasında layihə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, əlavə və dəyişiklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsi də var.

Əhmədinejad İranı “superdövlət” elan etdi

Əhmədinejad İranı “superdövlət” elan etdi



Prezident Mahmud Əhmədinejad İranın regional superdövlətə çevrildiyini və Yaxın Şərqdə real rəqiblərinin olmadığını bəyan edib.

Lent.az-ın “NEWSru Israel” saytına istinadən verdiyi məlumata görə, Əhmədinejad artıq bütün cəbhələrdə qalib gəldiklərini bildirib: “Allahın köməyi ilə gələcəkdə də qələbə çalacağıq”.

Onun fikrincə, bu qələbələrdən biri kimi beynəlxalq ictimaiyyətin İranın nüvə sahəsində fəaliyyəti ilə faktiki barışmasını göstərmək olar. Qeyd edək ki, MAQATE direktoru Mahmud əl-Baradei son illər aparılan Tehrana təzyiq kampaniyasının uğursuz nəticələndiyini etiraf edib.

Əhmədinejad İran xalqının birliyinin və dini lider Əli Xamneyinin tapşırıqlarının yerinə yetirilməsi sayəsində ABŞ-ın və İranın digər düşmənlərinin planlarını yerlə-yeksan etdiklərini bildirib.

LENT.AZ

Andres Herkel: “Həmməruzəçilər Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum olunması təklifi ilə çıxış ediblər”

Andres Herkel: “Həmməruzəçilər Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum olunması təklifi ilə çıxış ediblər”



Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin (MK) Ermənistan üzrə həmməruzəçiləri bu ölkənin səsvermə hüququndan məhrum olunmasını təklif edirlər.

Bu barədə APA-ya Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında iştirak etmiş Azərbaycan üzrə həmməruzəçi Andres Herkel məlumat verib. O bildirib ki, iclasda AŞ PA-nın Ermənistanda demokratik institutların fəaliyyəti ilə bağlı qəbul etdiyi 1609 və 1620 saylı qətnamələrinin necə yerinə yetirildiyi barədə hesabat dinlənilib və bu ölkədə siyasi məhbus məsələsinin aktual olduğu qənaətinə gəlinib. Komitə həmməruzəçilərə yanvar sessiyasına kimi Ermənistana təkrar səfər edərək vəziyyətlə yenidən tanış olmağı tapşırıb.

Paris toplantısında müzakirə olunan digər məsələ Rusiya-Gürcüstan münasibətləri olub. AŞ PA üzvləri bu məsələ ilə bağlı da öz narahatlıqlarını bildiriblər. Bəyan olunub ki, Rusiya öz öhdəliklərini yerinə yetirmir, Abxaziya və Cənubi Osetiya ərazilərinə aid olmayan yerlərdən qoşunlarını çıxarmır, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına imkan yaratmır, ən əsası isə Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq barədə qərarını ləğv etmək barədə AŞ PA-nın çağırışına əməl etmir. A. Herkelin sözlərinə görə, hər iki məsələ AŞ PA-nın yanvar sessiyasında geniş müzakirə olunacaq.

Türkiyənin Azərbaycandakı səfiri: “Ermənistanla sərhədlərin açılması danışıq mövzusu deyil”

Türkiyənin Azərbaycandakı səfiri: “Ermənistanla sərhədlərin açılması danışıq mövzusu deyil”



Bakı. Laçın Sultanova - APA. “Ermənistanla sərhədlərin açılması danışıq mövzusu deyil”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində dialoq aparıldığını, görüşlərin keçirildiyini söyləyən səfir bildirib ki, bu əlaqələrdən Azərbaycana ən kiçik zərər də dəyə bilməz: “Azərbaycan bizim canımız, ciyərimiz, qəlbimizdir. Qəlbimizə bir şey olmasını istəmərik”. Türkiyədə ermənilərdən üzr istəmək kampaniyası və bunun əleyhinə başqa bir kampaniyanın keçirilməsinə toxunan diplomat keçmiş səfirlərin bəyanatına qoşulduğunu, üzr istəyənlərin yanında olmadığını vurğulayıb. Bu kampaniyaya qarşı hökumətin hər hansı tədbir görüb-görməyəcəyi ilə bağlı sualı H. Kılıç belə cavablandırıb: “Türkiyədə 70 milyon insan yaşayır və hər kəs istədiyini danışa bilir. Kampaniya keçirənlər 50-100 adamdır”.

Virtual siçan-pişik

Virtual siçan-pişik
İran müxalifətçiləri hökumətdən internetdə gizlənirlər


İnternet bloqlarının siyasətin və yurnalistikanın simasını birdəfəlik dəyişdiyi artıq heç kimdə şübhə doğurmur. Belə ki, dünyanın hər yerindən adi adamlar yurnalistlər kimi hadisələr barədə öz rəylərini başqalarına çatdıra bilirlər. Ələlxüsus da məhdudiyyətlərin güclü olduğu cəmiyyətlərdə, bloqosfera siyasi müzakirələr üçün ən çox imkan yaradan forumdur.

İnternet bloqları son 7-8 ildə İranda da xeyli populyarlıq qazanıb. "BBC"nin yaydığı məlumata görə, İran Yaxın Şərqdə İsraildən sonra ən çox internet istifadəçiləri olan ölkədir. Mühafizəkar ədliyyə sisteminin onlarla islahatçı qəzetin çapını qadağan etdiyi və insan haqları qruplarının söz azadlığına məhdudiyyətlər qoyulduğu bir ölkə adlandırdıqları İranda internet bloqları gənc iranlıların əsas kommunikasiya vasitəsinə çevrilib. Minlərlə internet bloqları müntəzəm olaraq yenilənir. Hətta ölkənin sərt xətt tərəfdarı olan prezidenti Mahmud Əhmədineyadın da öz bloqu var. Ölkədə yüksək vəzifəli ruhanilər də internet bloqları yaradır. Ədəbiyyat, şer, gündəlik məsələlər, idman və ətraf mühit haqda yazan çoxlu bloqlar var. Gənc iranlılar internet bloqlarından öz zarafatlarını bölüşmək, gündəlik həyatları barədə danışmaq və yaxud həssas, qadağan olunmuş mövzuları müzakir etmək üçün istifadə edirlər.

Bloqlardan, həmçinin sosial şəbəkə vasitəsi kimi də istifadə olunur. İranın islam hökumətinin tənqidçiləri bloqlara narazılıqları ifadə etmənin təhlükəsiz yolu və İran liderlərinə pamfletlər yazmaq və xəbərləri və şayiələri bölüşmək imkanı kimi baxırlar. Məsələn, Məhəmməd Əbtai müxalifətçi ruhanidir. Keçmiş vitse-prezident heç kimdən gizlənmir və öz adı ilə yazır. Ancaq bəzi İran bloqqerləri adlarını gizlədirlər və başqa adlarla yazırlar. Rəsmi Tehran qeyri-mənəvi və yaxud cəmiyyət əleyhinə hesab etdiyi milyonlarla internet səhifəsini bağlaması və yaxud onlara qadağa qoyması ilə öyünür. Belə saytlara pornoqrafik mövzulu səhifələrdən tutmuş, insan haqları qruplarına və yaxud xarici mediaya məxsus vebsaytlar aiddir. İran hökumətini tənqid edən bir çox vebsaytlara qadağa qoyulub. Onlarla sayt və yaxud qadın hüquqları haqda bloqlar bu ilin əvvəlində bağlanıb.

Bloqçular və internet yurnalistləri saxlanılıb və yaxud həbsə atılıb. Bir çox iranlı bloqqerlər isə İran hökuməti ilə siçan-pişik oyunu oynayır. Onlar İranın deyil, xarici provayderlərdən istifadə edərək bloqlar yaradırlar və ya qadağan olunmuş saytları başqa adlarla yenidən açırlar.

Beləliklə də, rəsmilərin diqqətindən yayına bilirlər.kaspi

ایبراهیم بورهانوو: “آذربایجاندا یاشایان آهیخا تورک‌لرین‌دن 51 عائله آرتیق گورجوستان‌داکی ائولرینه قاییدیب”

ایبراهیم بورهانوو: “آذربایجاندا یاشایان آهیخا تورک‌لرین‌دن 51 عائله آرتیق گورجوستان‌داکی ائولرینه قاییدیب”


باکی. ویکتوریا دئمئنتیئوا-آپا. “بو گون 30-40 مین آهیسخا تورکو گورجوستان‌داکی یوردلارینا دؤنمک فیکرینده‌دیر”. بو آچیقلامانی آپا-یا آهیسخا تورک‌لری‌نین “وطن” جمعیتی‌نین آذربایجان نماینده‌لیگی‌نین رهبری ایبراهیم بورهانوو وئریب. اونون سؤزلرینه گؤره، حاضردا آزربایجانین 214 کندینده مسکونلاشمیش آهیسخا تورک‌لری مووافیق آنکئت‌لری دول‌دورا‌راق گورجوستان سفیرلیگینه تقدیم ائدیرلر. نوتارویس طرفین‌دن تسدیقلنمیش بو سندلر گورجوستانین قاچقین‌لارین مسکونلاشماسی اوزره دؤولت کومیته‌سینه گؤندریلیر. آهیسخا تورک‌لرینه رئپاتریانت ایستاتوسو بو کومیته طرفین‌دن وئریلیر. ایبراهیم بورهانوو حاضردا 10 مین آهیسخا تورکونون مووافیق آنکئت‌لری دولدوردوغونو، یانوارین 1-نه کیمی بو رقمین 12،500-ا چاتاجاغینی بیلدیریب: “10 مین آنکئت دولدورولماسی 30-40 مین اینسانین اؤز وته‌نینه قاییتماق ایستمه‌سی دئمک‌دیر. چونکی آنکئت‌لری تکجه عائله باش‌چی‌لاری دولدورور”. ایبراهیم بورهانوو آرتیق 51 آهیسخا تورکو عائله‌سی‌نین گورجوستانا کؤچدوگونو و اونلارین مسکونلاشماسیندا هئچ بیر پروبلئم اولمادیغینی قئید ائدیب: “سویداش‌لاریمیزین اؤز یوردلارینا قاییتماسی اوزون مدت واخت آپارا بیلر. بو پروسئسی سرعتلن‌دیرمک ایسه بیزیم وظیفه‌میزدیر. پروسئسی سرعتلن‌دیرمک اوچون بو ایشه تورکییه و موختلیف بئینلخالق تشکیلات‌لاری جلب ائتمک لازیم‌دیر. بمت-نین قاچقین‌لارین ایشی اوزره آلی کومیسسارلیغی، هم‌چی‌نین آتت-این میللی آزلیق‌لار اوزره کومیسسارلیغی بو پروسئسه جلب اولونوب. آوروپا شوراسینین آزسای‌لی اها‌لی‌نین حقوق‌لاری اوزره مرکزی‌نین رهبری ده بیزیمله امکداش‌لیق ائدیر. اونلار موختلیف ترئنینق‌لر کئچیر، آنکئت-اریزه‌لرین دولدورولماسینا یاردیم گؤستریرلر”.

İrandan Ermənistana neft kəməri çəkiləcək

İrandan Ermənistana neft kəməri çəkiləcək


Manuçöhr Mottaki: «Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş istənilən addımları alqışlayırıq»

2009-cu ildə Ermənistan və İran Təbrizdən Ermənistanın Yerasx şəhərinə qədər neft kəmərinin tikintisinə başlayacaq. Bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan dünən Tehranda İranın xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşü zamanı bildirib.
Ermənistan İctimai Televiziyasının yaydığı məlumata görə, nazir boru kəməri ilə Təbrizdəki neft emalı zavodundan Ermənistana benzin və dizel yanacağı ixrac ediləcəyini bildirib. O həmçinin deyib ki, Təbrizdə Ermənistanın konsulluğunun açılması iki ölkə sahibkarları arasında əməkdaşlığı genişləndirəcək.
Tərəflər həmçinin Araz çayında SES, üçüncü İran-Ermənistan elektrik ötürmələri xəttinin tikintisi üzrə birgə layihələri və İran qazının Ermənistana ixracı mümkünlüyünü müzakirə ediblər. «Neft və qaz boru kəmərlərinin, həmçinin elektrik stansiyaları və sədlərin tikintisi Tehran tərəfindən dəstəklənir. Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə yönəldilmiş istənilən addımları alqışlayırıq» - deyə Manuçöhr Mottaki bildirib.

17 Aralık 2008 Çarşamba

Türkiyədə «üzr istəyirik» kampaniyasına qarşı «üzr gözləyirik» kampaniyası başlayıb

Türkiyədə «üzr istəyirik» kampaniyasına qarşı «üzr gözləyirik» kampaniyası başlayıb


Türkiyədə bir qrup insanın ermənilərdən «üzr istəyirik» kampaniyasına qarşı bu ölkədə üzr gözləmə kampaniyası başlayıb. Bu barədə Türkiyənin «Haber7» informasiya agentliyi məlumat verib.

Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. Indiyədək saytda qeydiyyatdan keçərək üzr istəyənlərin sayı 5 min nəfəri keçib. Bu gün isə bu kampaniyaya qarşı yaradılan başqa bir saytda ermənilərin türklərə qarşı törətdikləri cinayətlərə görə «üzr gözləyirik» kampaniyası həyata keçirilir.

OBAMA NEFTİ “QARA SİYAHI“ya SALDI

OBAMA NEFTİ “QARA SİYAHI“ya SALDI
Alternativ yanacaqlar üzrə Nobel mükafatçısı enerji naziri təyin edildi



Barak Obama alternativ yanacaqlar üzrə aparıcı fəalı enerji naziri təyin edib. Bu vəzifəyə təyin edilən Çin əsilli Stiven Çu 1997-ci ildə fizika üzrə Nobel mükafatı alıb. O, iqlim dəyişikliyinə elmi çözüm yollarının tapılması ilə məşğul olan alimlərdən biridir. Hazırda Çu ABŞ-ın Enerji Nazirliyi nəzdindəki nüvə silahı proqramları üzrə milli laboratoriyaya başçılıq edir.
Obama yeni enerji nazirini təqdim edərkən deyib ki, Amerikanın xaricdən alınan neftə olan alışqanlığı iqtisadiyyatı boğur, düşmən rejimlərin varlanmasına səbəb olur və ölkəni qeyri-sabit regionlardan asılı vəziyyətə salır. O bildirib ki, Vaşinqtonun yeritdiyi silsilə siyasətlərə və dünya ehtiyatlarının tükənməsinə baxmayaraq, Amerikanın enerjidən asılılığı artmaqdadır. Obama deyib ki, ətraf mühitə ziyan vurmayan sənaye sahələrində yeni iş yerləri yaratmaq üçün geniş imkanlar mövcuddur.
ABŞ-ın yeni prezidentinin bu bəyanatı gələcəkdə neftə olan tələbatın daha da azalacağına və beləliklə, qiymətlərin düşəcəyinə işarədir. Çünki ABŞ dünyada ən iri neft istehlakçısıdır. Obama hələ prezident seçilməzdən əvvəl bəyan edib ki, Amerikanın xarici neftdən asılılığını azaldacaq. Bu məqsədlə həm Amerikanın özünün daxili neft ehtiyatları işə salınacaq, digər tərəfdən isə alternativ enerji mənbələrindən istifadə genişləndiriləcək. Obama bu vədlərinə sadiq qalaraq alternativ enerji sahəsində Nobel mükafatçısını enerji naziri vəzifəsinə təyin edib. Bu isə artıq bazarlara neftin ucuzlaşması üçün verilən işarədir. Qeyd edək ki, bu həftə neft hasil edən ölkələrin təşkilatı OPEC gündəlik hasilatı kəskin azaltmaq haqda qərar verəcək. Məqsəd neftin ucuzlaşmasını dayandırmaqdır.
Obama həmçinin bildirib ki, Klinton administrasiyası zamanı ətraf mühitin qorunması üzrə agentliyin rəhbəri olan Karl Brauner Ağ Evin enerji və iqlim dəyişikliyi üzrə siyasətinə başçılıq edəcək. ABŞ-ın yeni seçilmiş prezidenti ətraf mühitin mühafizəsi üzrə Federal Agentliyin direktoru vəzifəsinə Layza Ceksonu təyin edib. ABŞ-da təbii ehtiyatların idarə edilməsi məsələləri ilə məşğul olan daxili işlər naziri vəzifəsinə isə Kolorado ştatından senator Ken Salazarın namizədliyini irəli sürüb. Yaxın günlərdə Obamanın xüsusi xidmət orqanlarının yeni rəhbərlərini elan edəcəyi gözlənilir. Bununla da o, komandasının formalaşdırılmasını başa çatdırmış olacaq. Obama səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayır.

İRAN İSRAİLİ YER ÜZÜNDƏN SİLƏ BİLƏRMİ?

İRAN İSRAİLİ YER ÜZÜNDƏN SİLƏ BİLƏRMİ?
Rasim Musabəyov: “Əhmədinejad, sadəcə, hərbə-zorba gəlir”



İran-İsrail münasibətləri son dərəcə gərginləşib. İsrail mətbuatında artıq müharibənin başlayıb-başlamayacağı haqda deyil, bunun konkret nə vaxt olacağı barədə danışılır. Bu arada isə Tehranda İsrailin Fələstinin Qəzza zolağını blokadada saxlamasına etiraz olaraq, kütləvi aksiya keçirilib. Mitinqdə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İsrail öz anormal davranışı ilə yolun sonuna gəlib: “İsrail özünün son günlərini yaşayır”.
İsrail mətbuatının verdiyi məlumata görə İranın 2 min kilometr məsafəni vura bilən 100-dən çox “Şahab-3" ballistik raketi var. İranın bu sayda ballistik raketə malik olması Tehranın İsraillə uzunmüddətli hərbi qarşıdurmaya hazırlaşdığını göstərir. Qeyd edək ki, dünyanın nüfuzlu KİV-lərində də İran-İsrail müharibəsinin qaçılmaz olduğuna dair informasiyalar intensivləşməkdədir. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə İsrail telekanallarından birinə verdiyi müsahibəsində İranla dialoqa hazır olduqlarını deyib: “Lakin bu dialoq qısa və sərt olacaq. Biz İrana təklif edəcəyik ki, nüvə proqramlarından imtina etsin, “Həmas” və “Hizbullah”a dəstəyi dayandırsın, İsraili hədələməkdən əl çəksin. Əgər Tehran bu şərtlərlə razılaşsa, o zaman ABŞ İrana qarşı sanksiyaları yumşalda bilər. İranın iki yolu var; asan və çətin. Seçim onlarındır". Obamanın dediklərindən belə başa düşülür ki, əgər İran öz mövqeyindən çəkilməsə, müharibə başlayacaq.
Politoloq Rasim Musabəyov İranın İsraillə müharibəyə başlayacağına dair deyilənləri əsaslı saymır: “Düşünmürəm ki, iki ölkə müharibəyə hazırlaşır. Əgər söhbət Mahmud Əhmədinejadın Tehranda keçirilən mitinqdəki çıxışından gedirsə, bu, sadəcə, hərbə-zorbadır. Bu hərbə-zorbalar isə daxili auditoriyaya hesablanıb. Çünki İranda daxili vəziyyət gərginləşib. İranın büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. Onlar neftin bir barelini 90 dollardan hesablayıblar, indi isə neft 40 dollara qədər ucuzlaşıb. Bununla da İran iqtisadiyyatında ciddi geriləmələr baş verib, işsizlik problemi qabarıq şəkildə özünü büruzə verir, sosial narazılıqlar artır. Bu tərəfdən də İranda prezident seçkiləri yaxınlaşır. Buna görə də Əhmədinejad ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün süni şəkildə yeni düşmən axtarışına çıxıb. O, hərbi ritorika ilə xalqı çaş-baş salmağa çalışır. İsrail isə anlayır ki, İrana hər hansı bir zərbə endirməsi onun özü üçün çox pis nəticələr verə bilər. İlk növbədə dini radikal qruplaşmalar İsraili hədəfə alacaqlar, onu sarsıdacaqlar. Eyni zamanda İsrailin bu addımı atması İranın nüvə proqramına bəraət qazandırmağa səbəb olacaq. ABŞ-ın xeyir-duası olmadan İsrail İrana qarşı hər hansı addım atmaz”.
Barak Obamanın yuxarıda qeyd edilən açıqlaması bu razılığın nə vaxtsa veriləcəyini deməyə əsas verirmi? R.Musabəyov bu suala “düşünmürəm ki, ABŞ buna gedər” deyə cavab verdi: “Çünki belə bir qərar vermək ABŞ-ın başını ağrıdar. Amerika İraqdan qoşunlarını çıxarmaq məsələsini müzakirə edir. Onlar bilirlər ki, İranın İraq şiələrinə təsiri böyükdür. Mən inanmıram ki, belə bir ərəfədə ABŞ İranla toqquşmaya gedər. Bunlar bir ritorikadır. Bir çox hallarda real siyasəti gizlətmək üçün ritorikadan istifadə edilir. Odur ki, İsrail-İran, yaxud da ABŞ-İran müharibəsi barədə deyilənlərə inanmaq lazım deyil”.
Orxan QARAÇAYLI
musavat

Türkiyə prezidenti ermənilərdən üzr istənilməsi kampaniyasına münasibət bildirib

Türkiyə prezidenti ermənilərdən üzr istənilməsi kampaniyasına münasibət bildirib


Türkiyə prezidenti Abdulla Gül bir qrup Türkiyə ziyalısının qondarma erməni soyqırımı ilə bağlı ermənilərdən üzr istənilməsi kampaniyasına və buna qarşı çıxanlara münasibət bildirib. O deyib ki, fikirlərin açıq ifadəsi Türkiyədə mümkündür: «Qruplar və ayrı-ayrı şəxslər bir araya gəlib nə isə müzakirə edə bilərlər». Prezident bunun bir müzakirə olduğunu və hər kəsin də bunu gördüyünü söyləyib.

Türkiyənin «Anadolu» agentliyinin yaydığı məlumata görə, Abdulla Gül bu bəyanatı bolqarıstanlı həmkarı Georgi Parvanovla birgə keçirdiyi mətbuat konfransında verib. «Bizim dövlət olaraq məqsədimiz bütün qonşularımızla münasibətlərimizi normallaşdırmaqdır»,deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, yüzədək Türkiyə ziyalısı internetdə "ermənilərdən üzr istəyirik" imza kampaniyasına başlayıb. Türkiyənin 60-dək keçmiş səfiri isə bu kampaniyanın əleyhinə fəaliyyətə başlayıb. İndiyə qədər, xüsusilə də ötən əsrin 70-80-ci illərində müxtəlif erməni terrorçu qruplaşmaları 40-dək türk diplomatını qətlə yetirib.
İRANA QARŞI SANKSİYALARIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ OLUNUB


5+1 qrupuna daxil ölkələrin (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri dekabrın 16-da Nyu-Yorkda İrana qonşu ərəb ölkələrindən olan həmkarlarıyla birgə toplantı keçiriblər. İclasda İranın nüvə proqramı barədə müzakirələr aparılıb və Tehranın bu istiqamətdə fəaliyyətindən narahatlıq vurğulanıb.

«Media forum» saytının məlumatına görə, Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Küveytin xarici işlər nazirlərinin qatıldığı iclasda İranın nüvə sahəsindəki ambisiyaları pislənib, ölkənin nüvə fəaliyyətinin dayandırılması üçün BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Atom Enerjisi Agentliyi və 5+1 qrupunun göstərdiyi cəhdlərə dəstək verilib.

İclasdan sonra jurnalistlərə açıqlama verən ABŞ dövlət katibi Kondoliza Rays İrana qarşı sanksiyaların genişləndirilməsi barədə müzakirələr aparıldığını vurğulayıb.

Təhlükəli İran sobalarının Azərbaycana gətirilməsinə qadağa qoyulub

Təhlükəli İran sobalarının Azərbaycana gətirilməsinə qadağa qoyulub
Həmin mallar İranda yoxlamadan keçəndən sonra Azərbaycana göndərilir

2008-ci ildən etibarən standartlara cavab verməyən İran istehsalı olan qaz sobalarının Azərbaycana gətirilməsinə qadağa qoyulub. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib("OLAYLAR"İA). Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilin əvvəllərində komitənin əməkdaşları İrana ezam olunub və həmin sobaların istehsal olunduğu müəssisələrdə danışıqlar aparıb: "Hansı müəssisə qaz sobalarını standartlara cavab verən səviyyədə istehsal edirsə, həmin müəssisənin mallarının Azərbaycana gətirilməsinə icazə veririk. Standartlara cavab verməyən sobaların Azərbaycana gətirilməsinə qadağa qoyulub. Bu il hələlik həmin sobaların gətirilməsi ilə bağlı heç bir müəssisəyə icazə verməmişik. Əvvəldən Azərbaycana İran sobası gətirən iki müəssisə bizə müraciət etmişdi və onlara da icazə vermişdik. Amma bu il başqa heç bir müəssisə bu barədə bizə müraciət etməyib". Azərbaycana gətirilən İran sobalarının yoxlamadan keçirilməsinə gəlincə isə, Ramiz Həsənov bildirib ki, Azərbaycanda həmin sobaları yoxlamaq üçün laboratoriya yoxdur: "Ona görə də biz komitənin əməkdaşlarını İrana ezam edirik və həmin sobalar İranda müəyyən sınaqdan keçiriləndən sonra onların Azərbaycana gətirilməsinə icazə verilir".

“İran FARS şovinist rejimi və Ermənistan işğalçi rejimi əsl dostlardır”

“İran FARS şovinist rejimi və Ermənistan işğalçi rejimi əsl dostlardır”
Təbrizdə Ermənistan konsulluğunun açılması nəzərdə tutulur.

Bu barədə Ermənistan enerji və təbii resurslar naziri Armen Movsisyan İran xarici işlər naziri Mənuçöhr Möttəki ilə Tehranda görüşü zamanı bildirilib.
GAİP Xəbər mərkəzinə daxil olan məlumat azer news Agentindən Möttəki İran və Ermənistanın əsl dost olduqlarını vurğulayıb. O, Ermənistan ərazisindən neft və qaz kəmərlərinin çəkilişini, eləcə də elektrik stansiyalarının və bəndlərin tikintisini dəstəklədiklərini vurğulayıb: “Biz Ermənistanda sənaye layihələrinin inkişafına və əməkdaşlığın genişlənməsinə istiqamətlənən istənilən layihələri salamlayırıq”.

Öz növbəsində Armen Movsisyan iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən razı olduqlarını bildirib. Onun fikrincə, Təbrizdə Ermənistan konsulluğunun açılması bu əlaqələrin daha da genişlənməsinə gətirib çıxaracaq.

DEMOKRATİYA UĞRUNDA İTTİFAQ RAZILAŞDIRILMAMIŞ AKSİYA KEÇİRƏCƏK

DEMOKRATİYA UĞRUNDA İTTİFAQ RAZILAŞDIRILMAMIŞ AKSİYA KEÇİRƏCƏK

Demokratiya Uğrunda İttifaq (DUİ) dekabrın 31-i, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında razılaşdırılmamış piket keçirəcək.

DUİ-dən «Media forum» saytına verilən məlumata görə, piketi dekabrın 18-i saat 12-də keçirmək planlaşdırılmış və Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilibmiş. Meriya göndərilən məktubu rəsmi qeydiyyata almadığından piket razılaşdırılmadan keçiriləcək. Aksiyanın məqsədi İranda Azərbaycan türklərinə qarşı repressiyalara etiraz bildirməkdir.

Demokratiya Uğrunda İttifaqda 5 partiya – Xalq, Klassik Xalq Cəbhəsi, Azadlıq, Boyük Azərbaycan, Milli Demokrat partiyaları birləşib.

Iranla Amerika yenə müharibə astanasında

Iranla Amerika yenə müharibə astanasında

Vəfa Quluzadə: «Iranla müharibə etmək Amerika tərəfindən ən arzuolunmaz və ən axırıncı addım ola bilər»
«Iran Amerikanı inandıra biləcək ki, onun nüvə proqramı müharibə niyyətli deyil»
Iranla ABŞ arasında münasibətlər yenidən gərginləşə bilər. Buna səbəb bu günlərdə hər iki dövlət başçısının verdikləri bəyanatlardı. Belə ki, Iran prezidenti Əhmədinecat Israilin son günlərini yaşadığı ilə bağlı bəyanat verib. Öz növbəsində ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Israil telekanallarının birinə verdiyi müsahibəsində Iranla dialoqa hazır olduqlarını bildirib.
Obamanın fikrincə, dialoq qısa və sərt olacaq. Iranın isə iki seçim yolu olacaq - asan və çətin. Bir müddət əvvəl müharibənin dəqiq tarixi belə müəyyənləşsə də, sonradan vəziyyət bir qədər sabitləşdi. Dünyadaki qlobal maliyyə böhranı isə bu məsələni bir qədər də kölgəyə çəkdi. Lakin hər iki prezidentin səsləndirdiyi fikir artıq bunun əksini düşünməyə imkan verir. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə ABŞ-la Iranın münasibətlərinin müharibə həddinə çatmayacağına ümid etdiyini bildirdi: “Münasibətlər onsuz da gərgindir, qətiyyən yumşalmayıb. Yalnız söhbətlər qızışa, yaxud bir qədər səngiyə bilər. Amma Amerika-Iran münasibətləri tamamilə antoqonist münasibətlərdi. Bu cür münasibətlər adətən müharibə ilə nəticələnir. Sözsüz ki, hələlik yeni komanda hakimiyyətə gəlməyib. Köhnə komanda isə bir tədbir görmək fikrində deyil. Ona görə ki, vaxtı qurtarıb. Bu yeni komandanın işidir. Yeni komanda sözsüz ki, Iranla dialoqa və əlaqələrə hazırdır. Lakin Iranın şərtləri dünyanı atom silahı ilə şantaj etməkdən, Israili məhv etmək şantajından ibarət olmamalıdır. Iran dünyaya açıq-aşkar bəyanat verməlidir ki, əlaqələri bərpa etmək, düzəltmək istəyir. Onun Israilə hücum etmək niyyəti yoxdur. Iranın bəyanatları nəyin nəticəsində əmələ gəlib? Barak Obama bəyanat verib ki, əgər Iran Israilə nüvə zərbəsi endirsə, Amerika da Irana nüvə zərbəsi endirəcək. Bir çox siyasi analitiklər bunu belə qiymətləndiriblər ki, Barak Obama Iranın nüvə silahına yiyələnməsi ilə barışır. Bu o deməkdir. Buna Amerikadan hələlik reaksiya yoxdur. Bəyanat olduğu kimi qalır. Baxaq ki, vaxt, hadisə nəyi göstərəcək. Sözsüz ki, Iranla müharibə etmək Amerika tərəfindən ən arzuolunmaz və ən axırıncı addım ola bilər. Güman edirəm ki, bu addım atılmayacaq. Amerika ilə Iran ortaq bir məxrəcə gəlib əməkdaşlıq edəcək. Məncə, Iran Amerikanı inandıra biləcək ki, onun nüvə proqramı müharibə niyyətli deyil. Iranın niyyəti atom silahı yaratmaq deyil. Məqsəd yalnız Iranı nüvə texnologiyası, nüvə enerjisi ilə təmin etməkdir”.
Fizzə

16 Aralık 2008 Salı

İRAN ORDUSUNUN POLKOVNİKİ TÜRKİYƏDƏ YOXA ÇIXIB

İRAN ORDUSUNUN POLKOVNİKİ TÜRKİYƏDƏ YOXA ÇIXIB


İran ordusunun polkovniki Türkiyədə yoxa çıxıb və bir aydan çoxdur ondan xəbər almaq mümkün olmur. CNN Türk telekanalının xəbərində deyilir ki, polkovnik Məhəmmədrza Arian İranda rejim əleyhdarlarına verilən işgəncələr haqda məlumatları beynəlxalq insan haqları təşkilatlarına ötürdüyü üçün edam olunmaq təhlükəsi ilə üzləşib. Nəticədə ailə üzvləri ilə birlikdə 3 ay əvvəl İrandan qaçıb. Lakin İranın xüsusi xidmət orqanları onun izinə düşüb və Türkiyədə olduğunu müəyyən edib.
Türkiyənin Van bölgəsində məskunlaşan Arian burada izlənildiyini müşahidə edib və yerli insan haqları təşkilatlarından birindən kömək istəyib. Həmin təşkilat isə yerli polisə məlumat verib və Arianın başqa bölgəyə köçürülməsi üçün yardım istəyib. Lakin polis köməyə gəlməyə imkan tapmadan iranlı polkovnik yoxa çıxıb. İnsan haqları müdafiəçiləri onun İranın xüsusi xidmət orqanları tərəfindən oğurlanmış ola biləcəyini ehtimal edir. Bildirilir ki, İran ordusunun hakim rejimə qarşı çıxan yüksək rütbəli zabitinin yoxa çıxması iki il əvvəl baş vermiş buna bənzər hadisəni yada salır. Həmin vaxt İranın müdafiə nazirinin keçmiş müavini general Əli Rza Əsgəri Türkiyədən yoxa çıxmışdı. İranın hərbi sirlərini ABŞ və İsrail kəşfiyyatına ötürdüyü deyilən Əsgərinin Qərb xüsusi xidmət orqanları tərəfindən qaçırıldığı güman eidlir.
Xəbər xidməti
musavat

Fakhteh Zamani


Fakhteh Zamani

Fakhteh ZamaniAll over the world, ordinary women, men, and children are fighting for the rights of their communities to be recognized. Fakhteh Zamani spoke to MRG about her work in support of Iran’s minorities.
A published expert in wireless communications, Canada-based Fakhteh Zamani is better known for her determination to remedy injustices suffered by Iran’s minorities. Fakhteh, an Iranian Azerbaijani, left Iran more than18 years ago but she remains passionate about her homeland and uses modern communications methods to gather and share information about minorities.

Fahkteh’s concern for the numbers of young minority members under arrest and subjected to torture led to her creating the Association for the Defense of Azerbaijani Political Prisoners, but she condemns Tehran’s abuses against all minorities.

Iran – a nation of concealed minorities
Iran is home to considerable communities of Azerbaijainis, Baluchis, Kurds, Arabs and Turkmen, who are not all Shia Muslim but also Sunnis, Christians, Bah’ais and Jews. Minorities are jointly estimated by some to make up close to half of Iran’s population, and they constitute a disproportionate element of the prison population.

"Minorities are jointly estimated by some to make up close to half of Iran’s population, and they constitute a disproportionate element of the prison population."
Fakhteh’s activism started when she realised hardly anyone knew about the abuses against Azerbaijainis in Iran. She later took on cases involving Baluchis when she discovered how many were being executed while the world remained unaware.

Disturbingly many were youths under 18 years of age – legally children under UN conventions. By dint of sending emails, making phone calls and asking questions, Fakhteh started receiving information from witnesses and relatives of the oppressed and condemned - and threats from opponents wanting to silence her.

Life in Iran for minorities is complex. There have been charges of voting irregularities and minorities sometimes fall foul of the authorities if they protest against provocative statements and actions. In a country where the media is well controlled, cartoons depicting Azeris as cockroaches in 2006 caused huge offence: the editor of the publication was imprisoned- albeit temporarily - but authorities moved against protestors with such force that hundreds were arrested and Azeri websites reported many deaths.

Repression and control of minorities
Minorities are concentrated in the country’s periphery and contain a wealth of oil, minerals and rich agricultural areas along Iran’s borders. Fakhteh tells how this gives Tehran the excuse for repression of minorities - ostensibly in defence of the nation. She says that in some areas aquifers have been diverted, indigenous peoples removed and Persian families moved in.

One group, the Baluchis, are particularly targeted by repressive measures - Tehran apparently fears that Baluchi unrest in neighbouring Pakistan, may spread over the border. But Fakhteh says hundreds are on death row and well over a thousand estimated to be in prison after trials - many of them young men under 17.

Few minority representatives with any status within Iran risk speak out while Tehran preaches the importance of national unity. Any reports of human rights violations of minorities coming from Washington prompt charges of destabilisation from Tehran against minorities. So Fakteh stresses that support for human rights from other nations is doubly welcome.

Champions such as Fakhteh are vital to Iran’s minorities, and as she notes her email inbox gets fuller every day. While the intricacies of bluetooth communications may no longer be her main focus, it is thanks to technology that Fakhteh is able to fight for minority rights from her base in Canada.