azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Aralık 2008 Çarşamba

Təhlükəli İran sobalarının Azərbaycana gətirilməsinə qadağa qoyulub

Təhlükəli İran sobalarının Azərbaycana gətirilməsinə qadağa qoyulub
Həmin mallar İranda yoxlamadan keçəndən sonra Azərbaycana göndərilir

2008-ci ildən etibarən standartlara cavab verməyən İran istehsalı olan qaz sobalarının Azərbaycana gətirilməsinə qadağa qoyulub. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib("OLAYLAR"İA). Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilin əvvəllərində komitənin əməkdaşları İrana ezam olunub və həmin sobaların istehsal olunduğu müəssisələrdə danışıqlar aparıb: "Hansı müəssisə qaz sobalarını standartlara cavab verən səviyyədə istehsal edirsə, həmin müəssisənin mallarının Azərbaycana gətirilməsinə icazə veririk. Standartlara cavab verməyən sobaların Azərbaycana gətirilməsinə qadağa qoyulub. Bu il hələlik həmin sobaların gətirilməsi ilə bağlı heç bir müəssisəyə icazə verməmişik. Əvvəldən Azərbaycana İran sobası gətirən iki müəssisə bizə müraciət etmişdi və onlara da icazə vermişdik. Amma bu il başqa heç bir müəssisə bu barədə bizə müraciət etməyib". Azərbaycana gətirilən İran sobalarının yoxlamadan keçirilməsinə gəlincə isə, Ramiz Həsənov bildirib ki, Azərbaycanda həmin sobaları yoxlamaq üçün laboratoriya yoxdur: "Ona görə də biz komitənin əməkdaşlarını İrana ezam edirik və həmin sobalar İranda müəyyən sınaqdan keçiriləndən sonra onların Azərbaycana gətirilməsinə icazə verilir".

Hiç yorum yok: