Türkiyə prezidenti ermənilərdən üzr istənilməsi kampaniyasına münasibət bildirib
Türkiyə prezidenti Abdulla Gül bir qrup Türkiyə ziyalısının qondarma erməni soyqırımı ilə bağlı ermənilərdən üzr istənilməsi kampaniyasına və buna qarşı çıxanlara münasibət bildirib. O deyib ki, fikirlərin açıq ifadəsi Türkiyədə mümkündür: «Qruplar və ayrı-ayrı şəxslər bir araya gəlib nə isə müzakirə edə bilərlər». Prezident bunun bir müzakirə olduğunu və hər kəsin də bunu gördüyünü söyləyib.
Türkiyənin «Anadolu» agentliyinin yaydığı məlumata görə, Abdulla Gül bu bəyanatı bolqarıstanlı həmkarı Georgi Parvanovla birgə keçirdiyi mətbuat konfransında verib. «Bizim dövlət olaraq məqsədimiz bütün qonşularımızla münasibətlərimizi normallaşdırmaqdır»,deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, yüzədək Türkiyə ziyalısı internetdə "ermənilərdən üzr istəyirik" imza kampaniyasına başlayıb. Türkiyənin 60-dək keçmiş səfiri isə bu kampaniyanın əleyhinə fəaliyyətə başlayıb. İndiyə qədər, xüsusilə də ötən əsrin 70-80-ci illərində müxtəlif erməni terrorçu qruplaşmaları 40-dək türk diplomatını qətlə yetirib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder