azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Aralık 2008 Çarşamba

OBAMA NEFTİ “QARA SİYAHI“ya SALDI

OBAMA NEFTİ “QARA SİYAHI“ya SALDI
Alternativ yanacaqlar üzrə Nobel mükafatçısı enerji naziri təyin edildi



Barak Obama alternativ yanacaqlar üzrə aparıcı fəalı enerji naziri təyin edib. Bu vəzifəyə təyin edilən Çin əsilli Stiven Çu 1997-ci ildə fizika üzrə Nobel mükafatı alıb. O, iqlim dəyişikliyinə elmi çözüm yollarının tapılması ilə məşğul olan alimlərdən biridir. Hazırda Çu ABŞ-ın Enerji Nazirliyi nəzdindəki nüvə silahı proqramları üzrə milli laboratoriyaya başçılıq edir.
Obama yeni enerji nazirini təqdim edərkən deyib ki, Amerikanın xaricdən alınan neftə olan alışqanlığı iqtisadiyyatı boğur, düşmən rejimlərin varlanmasına səbəb olur və ölkəni qeyri-sabit regionlardan asılı vəziyyətə salır. O bildirib ki, Vaşinqtonun yeritdiyi silsilə siyasətlərə və dünya ehtiyatlarının tükənməsinə baxmayaraq, Amerikanın enerjidən asılılığı artmaqdadır. Obama deyib ki, ətraf mühitə ziyan vurmayan sənaye sahələrində yeni iş yerləri yaratmaq üçün geniş imkanlar mövcuddur.
ABŞ-ın yeni prezidentinin bu bəyanatı gələcəkdə neftə olan tələbatın daha da azalacağına və beləliklə, qiymətlərin düşəcəyinə işarədir. Çünki ABŞ dünyada ən iri neft istehlakçısıdır. Obama hələ prezident seçilməzdən əvvəl bəyan edib ki, Amerikanın xarici neftdən asılılığını azaldacaq. Bu məqsədlə həm Amerikanın özünün daxili neft ehtiyatları işə salınacaq, digər tərəfdən isə alternativ enerji mənbələrindən istifadə genişləndiriləcək. Obama bu vədlərinə sadiq qalaraq alternativ enerji sahəsində Nobel mükafatçısını enerji naziri vəzifəsinə təyin edib. Bu isə artıq bazarlara neftin ucuzlaşması üçün verilən işarədir. Qeyd edək ki, bu həftə neft hasil edən ölkələrin təşkilatı OPEC gündəlik hasilatı kəskin azaltmaq haqda qərar verəcək. Məqsəd neftin ucuzlaşmasını dayandırmaqdır.
Obama həmçinin bildirib ki, Klinton administrasiyası zamanı ətraf mühitin qorunması üzrə agentliyin rəhbəri olan Karl Brauner Ağ Evin enerji və iqlim dəyişikliyi üzrə siyasətinə başçılıq edəcək. ABŞ-ın yeni seçilmiş prezidenti ətraf mühitin mühafizəsi üzrə Federal Agentliyin direktoru vəzifəsinə Layza Ceksonu təyin edib. ABŞ-da təbii ehtiyatların idarə edilməsi məsələləri ilə məşğul olan daxili işlər naziri vəzifəsinə isə Kolorado ştatından senator Ken Salazarın namizədliyini irəli sürüb. Yaxın günlərdə Obamanın xüsusi xidmət orqanlarının yeni rəhbərlərini elan edəcəyi gözlənilir. Bununla da o, komandasının formalaşdırılmasını başa çatdırmış olacaq. Obama səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayır.

Hiç yorum yok: