Virtual siçan-pişik
İran müxalifətçiləri hökumətdən internetdə gizlənirlər
İnternet bloqlarının siyasətin və yurnalistikanın simasını birdəfəlik dəyişdiyi artıq heç kimdə şübhə doğurmur. Belə ki, dünyanın hər yerindən adi adamlar yurnalistlər kimi hadisələr barədə öz rəylərini başqalarına çatdıra bilirlər. Ələlxüsus da məhdudiyyətlərin güclü olduğu cəmiyyətlərdə, bloqosfera siyasi müzakirələr üçün ən çox imkan yaradan forumdur.
İnternet bloqları son 7-8 ildə İranda da xeyli populyarlıq qazanıb. "BBC"nin yaydığı məlumata görə, İran Yaxın Şərqdə İsraildən sonra ən çox internet istifadəçiləri olan ölkədir. Mühafizəkar ədliyyə sisteminin onlarla islahatçı qəzetin çapını qadağan etdiyi və insan haqları qruplarının söz azadlığına məhdudiyyətlər qoyulduğu bir ölkə adlandırdıqları İranda internet bloqları gənc iranlıların əsas kommunikasiya vasitəsinə çevrilib. Minlərlə internet bloqları müntəzəm olaraq yenilənir. Hətta ölkənin sərt xətt tərəfdarı olan prezidenti Mahmud Əhmədineyadın da öz bloqu var. Ölkədə yüksək vəzifəli ruhanilər də internet bloqları yaradır. Ədəbiyyat, şer, gündəlik məsələlər, idman və ətraf mühit haqda yazan çoxlu bloqlar var. Gənc iranlılar internet bloqlarından öz zarafatlarını bölüşmək, gündəlik həyatları barədə danışmaq və yaxud həssas, qadağan olunmuş mövzuları müzakir etmək üçün istifadə edirlər.
Bloqlardan, həmçinin sosial şəbəkə vasitəsi kimi də istifadə olunur. İranın islam hökumətinin tənqidçiləri bloqlara narazılıqları ifadə etmənin təhlükəsiz yolu və İran liderlərinə pamfletlər yazmaq və xəbərləri və şayiələri bölüşmək imkanı kimi baxırlar. Məsələn, Məhəmməd Əbtai müxalifətçi ruhanidir. Keçmiş vitse-prezident heç kimdən gizlənmir və öz adı ilə yazır. Ancaq bəzi İran bloqqerləri adlarını gizlədirlər və başqa adlarla yazırlar. Rəsmi Tehran qeyri-mənəvi və yaxud cəmiyyət əleyhinə hesab etdiyi milyonlarla internet səhifəsini bağlaması və yaxud onlara qadağa qoyması ilə öyünür. Belə saytlara pornoqrafik mövzulu səhifələrdən tutmuş, insan haqları qruplarına və yaxud xarici mediaya məxsus vebsaytlar aiddir. İran hökumətini tənqid edən bir çox vebsaytlara qadağa qoyulub. Onlarla sayt və yaxud qadın hüquqları haqda bloqlar bu ilin əvvəlində bağlanıb.
Bloqçular və internet yurnalistləri saxlanılıb və yaxud həbsə atılıb. Bir çox iranlı bloqqerlər isə İran hökuməti ilə siçan-pişik oyunu oynayır. Onlar İranın deyil, xarici provayderlərdən istifadə edərək bloqlar yaradırlar və ya qadağan olunmuş saytları başqa adlarla yenidən açırlar.
Beləliklə də, rəsmilərin diqqətindən yayına bilirlər.kaspi
18 Aralık 2008 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder