azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Aralık 2008 Salı

Təbriz teatrı Naxçıvanda olub

Təbriz teatrı Naxçıvanda olub

14:12 30-12-2008





Təbrizli aktyorlar “Apardı sellər Saranı” tamaşası ilə çıxış ediblər

Təbriz şəhərinin “Azad” teatr truppası Naxçıvanda qastrol səfərində olub. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təbrizli aktyorlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində xalq əfsanəsi əsasında hazırlanmış “Apardı sellər Saranı” tamaşası ilə çıxış ediblər. Tamaşanın ssenari müəllifi Seyid Mürtəza Haşimpuş, quruluşçu rejissoru və baş rolun ifaçısı İbrahim Abbasəlizadədir.

Qeyd edək ki, tamaşa Naxçıvanda böyük marağa səbəb olub. Təbrizli aktyorlar milli rəqslərimizi yüksək səviyyədə ifa ediblər.

LENT.AZ



Xəbərin oxunma sayı: 36

Türkiyə bizi satarmı?

İlham TUMAS


Türkiyə bizi satarmı?





(İçimizdəki beyinsizlərin əməlləri üzündən bizi həlak edərmisən, Allahım?
Qurani-Kərim)


Artıq əlcək atılıb. Osmanlı qardaşlarımızın Ermənistanla sərhədi açmağa hazırlaşdıqları haqda xəbər Azərbaycanda və Türkiyənin ayrı-ayrı bölgələrində qəzəblə qarşılandı. Müxtəlif reaksiyalar verilir, cürbəcür şərhlər, bəyanatlar KİV-də yer alır. Düşmənlər, ürəyiqurdlular, iranpərəstlər, rusiyapərəstlər, daha nə bilim, nə "pərəstlər" Türkiyəyə, indiki türk hökumətinə illərdən bəri qəlblərində gəzdirdiklərini açıq-aşkar söyləmək üçün gözəl fürsət qazanıblar. Allah uğur verməsin...

Hər "qardaş"a öz "yetim"i

İndi məsələnin mahiyyətinə varmaq, baş verməsi ehtimal olunan bu "açılma" olayına soyuq başla yanaşmaq əvəzinə, insanlarımız daha çox köhnə ənənəyə sadiq qalaraq, "qardaş Türkiyə belə şey yapmamalıdır" deyə hayqırmağa üstünlük verirlər. Heç kim düşünmür ki, daha "qardaş-qardaş" oyunu getmir. Və bu oyun hər zaman görüntüdən savayı bir şey də olmayıb. Çünki "qardaş"ın nə yapdığını, nə yapacağını, ən önəmlisi isə nə yapmalı olduğunu ondan gözəl bilən bir kəs yoxdur. Və təbii ki, "qardaş" olsa belə, bu qardaşın 70 milyonluq "yetimləri" heç də biz "qardaş"ın 7 milyonluq yetimlərindən əskik deyil.

Haşiyə:

Ötənlərin birində Ərdoğan şəhərə başmaq seyrinə çıxmışdı. Bir qadın baş nazirə yaxınlaşıb, "mənim 7 yetimim var, mənə yardım edin" deyəndə, "ağ lampaçı" ona "sizin 7, mənimsə 70 milyon yetimim var" deyə cavab vermişdi.

O gün hörmət etdiyim politoloqlardan birinin müsahibəsini oxudum. Deyir, "bizi ruslara Atatürk təhvil verdi", nə bilim, "Türkiyə rəhbərliyi bizi satıb" və sair. Özü də tarixdən bolluca sitatlar gətirir. Türkiyə Cümhuriyyətinin qurulmasından başlamış, 20 Yanvar faciəsinə qədər. O, Türkiyənin Ermənistanla sərhədləri açmasını "türk xalqına, türk millətinə və Türkiyənin özünə böyük xəyanət" kimi dəyərləndirir. Sözlərindən belə çıxır ki, Türkiyənin işi-gücü yoxdur, siyasətini elə yalnız o biri "qardaşları"nın mənafeyinə uyğun şəkildə qurmalıdır, vəssalam.
Bəs, əslində, Türkiyə dövləti "nəçidir" və "nəçi" olmalıdır?
Bu məqamda Arximedsayağı evrikalar görüntüsü ilə qəzet səhifəsinə qəzəblə çırpılan bir sıra məsələlərə aydınlıq gətirməliyəm. Prinsipcə, müəllim düz deyir: "Türkiyə bizi satıb"! Bəli, bəli, satıb. Hələ bu "satış"ı əsaslandırmaq üçün bu cənabın tarixdən gətirdiyi faktlardan daha dəhşətli şeylər var. Əminəm ki, o, Atatürklə Leninin, İsmət İnönü ilə Çiçerinin yazışmalarından, cənab Molotovun, Mikoyanın Türkiyəyə səfərlərindən, orada apardıqları danışıqlardan, "bizə silah, sizə Qafqasiya" şərtindən, "Boğaz"larda boynuna daş bağlanıb batırılan Müstafa Sübhi və digər kommunist "desant"larının əhvalatından, həmçinin erməni, kürd probleminin ixracından da yaxşı xəbəri var.

Bəs "dövlətpərəstlik" nədir?

Hamı təsdiqləyər ki, hər bir dövlətin təşəkkül tapdığı ilk dövrlərdə onun qurucuları tərəfindən əsrlərə hesablanmış qlobal miqyaslı proqramlar və şərtlər cızılır. Sonradan dövlətdə baş verən hakimiyyət dəyişiklikləri və bir iqtidarın gəlib, o birinin getməsiylə qurucular tərəfindən cızılmış bu xətt qətiyyən pozulmur. Təbii, elə düdəmə dövlətlər də qurulub ki, onlarda belə şərtlər olmayıb, ancaq bu cür dövlətlər tarixin amansız sınaqları qarşısında davam gətirməyərək, dağılıblar. Ancaq bu şərt olursa, sonradan da həmin şərtə əməl olunursa, həmin dövlətə zaval yoxdur.
Məsələn, dünya nəhəngi ABŞ-ın əsrlərdən bəri sürüb gələn çox mühüm və dəyişməz şərtləri var ki, bunlardan biri də "Monre doktrinası"dır. Amerikan dövlət xadimi Monrenin cızdığı və artıq əsrlər boyu Amerika dövlətinin yürütdüyü xarici siyasət kursunun ana xəttini təşkil edən bu doktrinanın 3 şərti var:
1. Noncolonization
Cənubi və Şimali Amerika bundan sonra Avropa gücləri tərəfindən koloniyalaşmaya məruz qalmamalıdır.
2. No Transfer
Birləşmiş Ştatlar Yeni Dünya koloniyalarının bir Avropa gücündən, o biri Avropa gücünə keçməsinə laqeyd deyil.
3. Nonitervention
Birləşmiş Ştatlar Avropa işlərindən kənarda duracaq.

Beləliklə, bu 3 şərt ABŞ-ın uzun illər boyu bütün dünyada hegemon dövlət kimi formalaşmasına böyük zəmin yaradıb.

Axı, kimə aydın deyil ki, dövlətini qurmaq və onu möhkəmləndirmək üçün çox şeyləri qurban verməlisən.

Haşiyə:
Bu "qurban" məsələsi bizim qardaş Türkiyəyə də aiddir. "Atatürk bizi Rusiyaya satdı" deyəndə gərək nəzərə alaq ki, bu, satılma deyil, əslində, Atatürkün dövlət qurma işi idi və bu ənənə Ərdoğan hakimiyyətinin kəşfi deyil, Türkiyə dövlətinin Atatürk tərəfindən qoyulan vazkeçilməz şərtidir. Və nə qədər acı olsa da, həmin dövrün şərtlərinə görə, Atatürk tək Azərbaycanı və "Qafqasiya"nı deyil, Kipri, Mosulu, Kərkükü.... də quracağı möhtəşəm Türkiyəyə qurban verdi.

Türk dünyası bir yana, Azərbaycan bir yana

Ümumiyyətlə, qurulmuş dövləti möhkəmləndirmək üçün məmləkətin yekə kişiləri əllərindəki bütün vasitələrdən istifadə ediblər. Lazım olsa, bu yolda öz millətinin, dövlətini qurmaq üçün dəridən-qabıqdan çıxdığı xalqının belə cari haqlarını tapdalayıb, qanını töküb, günahlı-günahsız asıb, güllələyib. Bəli, dövlət qurmaq və dövləti möhkəmləndirmək sənəti məhz bunlardan ibarətdir: savaş, qan, güc, qurban...

Təsəvvür edin, milyonlarla insanın qanı bahasına qurulmuş bir dövlət özünün möhkəmləndirilməsi üçün hansısa "qardaş" dövlətin problemlərini çiyinlərində nə qədər daşıyar, nə qədər daşımağa borcludur və ümumiyyətlə, daşımalıdırmı? Bir dövlət ki, yaradılanda öz xalqının belə cəsədləri üstündən keçib, həmin dövləti idarə edənlər onu hansısa "qardaş" dövlətin xalqının problemlərinə qurban verərlərmi? Hörmətli politoloqu bilmirəm, ancaq mənim üçün bütün türk dünyası bir yanda, Azərbaycansa bir yanda olsun və "ya bütün türk dünyası, ya da Azərbaycan məhv olmalıdır" kimi şərt qoyulsun, mən düşünmədən Azərbaycanı seçərdim və türk dünyasının məhvi ilə sonuclansa belə, qanlar bahasına qurulmuş öz Dövlətimi, qanlar bahasına qurulmuş digər türk dövlətlərinin cəmisindən yüksəkdə tutardım. Məncə, bu "dövlət eqoizmi" o biri "qardaşlar"ımıza da aiddir...

İndisə Türkiyə "qurban"ları haqda

Bir qədər əvvəldən başlamaq zorundayam. O zamandan ki, Türkiyə dövləti təşəkkül tapdı. Ümumiyyətlə, həmin dövrlərə səthi də olsa, aydınlıq gətirmək zorundayıq. Çünki yuxarıda dediyimiz kimi, bu gün Türkiyənin Ermənistanla sərhədi açmaq məsələsi, çoxlarının fikirləşdiyi təki, indiki Ərdoğan hakimiyyətinin xislətində deyil, Türkiyə dövlətinin bərqərar olandan özündə ehtiva etdiyi və öndər Atatürkün qoyduğu siyasətin nüvəsindədir. Və qətiyyən Azərbaycana qarşı yönəlmiş siyasət deyil! Çünki bütün bunlar siyasət elminin əlifbasıdır və dövlət qurmaq işinə qərar vermiş nəhəng kişilərin əməl etməli olduğu yazılmamış klassik qanunlardır.
İndi görək, Türkiyə bugünkü Türkiyə olmaq naminə hansı "qurban"ları verib və onun verdiyi bu "qurban"lar sırasında Ermənistanla sərhədlərin açılması nə qədər önəm daşıyır?

Bu, millətin öz dövlətini qurma işində verməyə məcbur olduğu qurbanlarıdır ki, heç bizlər də bundan yan keçməmişik. İndi "ölüm-qalım" işinə çevrilmiş Qarabağ, artıq bizim olmayan Qərbi Azərbaycan torpaqları, bu yolda verdiyimiz şəhidlər... də Azərbaycanın öz dövlətini qurma prosesində canından ayrılan qurbanlar deyilmi?
Türkiyənin vəziyyəti daha qəliz olub və Atatürk bugünkü Türkiyəni qurmaq üçün daha böyük qurbanlar verib. Sonunda, vaxtilə bütün Avropaya hökm edən bir dövlət, Xilafətin son mənzili olan nəhəng Osmanlı İmperiyası indi müasir Türkiyənin "sığındığı" bu ərazi ilə kifayətlənməli oldu.
Və taleyin acı gərdişindən "qardaş" Türkiyənin xilafətdən qopub cümhuriyyət kimi qurulduğu ilk illərdə dürlü beynəlxalq konfranslarda, müxtəlif anlaşmalarda, müqavilələrdə verdiyi "qurban"lar dövr keçdikcə, ona da olmazın əziyyətlər bahasına başa gəldi, Bolqarıstandan qovulan türklərdən tutmuş, Kiprə, Mosula, Kərkükə qədər...
Ancaq elə Cümhuriyyətin ilk illərindəcə Qurtuluş Savaşında tökülən qanların əvəzi olaraq diplomatik görüşlərdə çox güzəştlərə gedilməsindən şikayətlənən böyük bir müxalifət yaranmışdı. Böyük Millət Məclisinin ayrı-ayrı bölgələrdən olan üzvləri Türkiyə Cümhuriyyətinin Lozanna konfransına göndərdiyi nümayəndə heyətinin əldə etdiyi nəticələri məmləkətin müstəqillik üçün apardığı Qurtuluş Savaşına bir üz qarası olduğunu iddia edirdilər. Ayrı-ayrı deputatların "Mehmetciyin süngüsüylə qazanılan möhşətəm qələbə Lozannada dəfn edildi", "bu müqavilədə kapitulyasiyon qoxusu var" kimi narazılıqları ilə yanaşı, əcnəbi diplomatların da Qurtuluş Savaşından qalib çıxmış türklərin, savaşdıqları kimi, danışıqlar apara bilmədiklərinə dair fikirləri var. Hər halda, İngiltərə nümayəndə heyətinin başçısı Lord Qurzonun aşağıdakı fikirləri nəhəng Osmanlının, Xilafətin son məskəni olan bu məmləkətin Cümhuriyyət qurmaq üçün hansı qurbanlara getdiyini anlamağa kömək edir: "Yunanıstan nümayəndə heyətinin rəhbəri Venizelos türk heyətinin tələblərini öyrənən kimi bir az ürəkləndi. Çünki bütün təmsilçilər türklərdən daha ağır şərtlər gözləyirdilər. Türklər isə bir çox mövzulara toxunmadıqları üçün o da bunların əvəzində xeyli güzəştlər əldə edə bildi".
Bütün bunlara rəğmən, Atatürkün də qol qoyduğu və böyük diplomatik uğur hesab etdiyi Lozanna müqaviləsi Böyük Millət Məclisi tərəfindən qəbul edildi.
İndi və elə o zaman da Türkiyənin iri dövlətlər qarşısında, əslində hansı şərtlərlə çıxış etməli olduğu haqda uzun-uzadı mübahisələr yapmaq olar. Ancaq bu mübahisələrin qara qəpik qədər də dəyəri yoxdur. Çünki ortada sərkərdə Atatürkün öz qanı və canı bahasına əjdahaların ağzından qurtardığı bir Türkiyə Cümhuriyyəti var. Bir də çoxillik daxili və xarici savaşlardan yorulmuş bir məmləkətin dərdlərini, onun hansı şərtlərlə və nə vaxt nəyəsə razı olub, iqtisadi yüksəliş dövrünə qədəm qoymalı olduğunu da bu məmləkətin baş Əsgərindən - Mustafa Kamal Paşadan qeyri kimsə bilməzdi. Atatürk bunu bilirdi və bildiyi kimi də yapdı! Həm də yapılması gərəkənlər tək bunlar da deyildi və böyük öndər onları da yapdı. Türkiyə yalnız Qurtuluş Savaşının deyil, həm də Mosulda, Kərkükdə böyük İmperiyadan sonra sahibsiz qalan yüzminlərin, yunanlar tərəfindən qanına qəltan edilən, ingilis baş naziri Dizraelinin "Qərbi Asiyanın açarı" adlandırdığı Kipr türklərinin qanı bahasına quruldu. Bugünkü Türkiyə "fəs inqilabı", "islamın dövlətdən ayrılması prosesi", Böyük Millət Məclisində əlini kürsüyə vurub "mən deyən olacaq" söyləyən Atatürkün zəhmiylə, günahlı-günahsız asılan, güllələnən, ölkədışına sürülən türk insanlarının həyatlarıyla quruldu. Türkiyə Cümhuriyyəti əsrlərin xilafətinə son verdi, dünya müsəlmanlarını "Allahın yerdəki kölgəsi"ndən mərhum etdi...

Qardaş köməyi, yoxsa dövlət marağı?

Maraqlıdır ki, bu boyda məmləkətin problemləri, dərdləri ilə tanış olmayan populist siyasilər Türkiyədən "qardaş" köməyi gözləyirlər və bunu da minnət kimi qonşu ölkənin boynuna yazırlar. Nə qədər nihilist səslənsə belə, məncə, heç kəsə sirr deyil ki, ötən əsrin əvvəllərində "Azəri qardaşlara köməyə qoşan" türk əsgərləri özləriylə təkcə "daşnak zülmünə qarşı süngü" yox, həm də Türkiyənin dövlət maraqlarını gətirmişdilər. Qanbir və dinbir qardaşlıq təkcə təmənnasız yardım ola bilməz axı. Ayrı-ayrı illərdə Bakıya, Naxçıvana, digər bölgələrə baş vuran, burada döyüşlər aparan, qan tökən türk paşalarına qardaşlıqdan ötə müqəddəs daha bir hiss hakim kəsilmişdi: Türkiyənin maraqları!
Əziz qardaşlarımız Bakıdan tutmuş Naxçıvana qədər bütün ərazilərin birinci Türkiyəyə mənsubluğuna çalışırdılar və buna iddia edirdilər. Yalnız bu iddianın baş tuta bilmədiyi təqdirdə isə ardından Azərbaycanın müstəqilliyi və bütövlüyü haqda tələb gəlirdi. Ancaq bu qardaşlıq yanğısının da sərhədləri sonsuz deyildi. Bu sərhədlər Türkiyənin dövlət maraqlarına zidd olan hər hansı olay, yaxud durumla bitirdi, necə ki, indiyə qədər dəfələrlə bitib. Türkiyənin dövlət maraqlarının başladığı yerdə isə "qurban"lar başlayır. Azərbaycanın sovetləşdirilməsi, Qafqazdan çəkilmə, erməni probleminin bu tərəflər ixracı və sair və ilaxır.
O zaman da belə idi, indi də belədir. Türkiyə - "qurbanlar" üstündə qurulmuş bu məmləkət, "qurbanlar"la da özünü möhkəmləndirməyə bu qədər meyllidirsə, buna sadəcə, normal və sakit yanaşmaq lazımdır. Və burada Ərdoğan hakimiyyətini ittiham etməyə, onu yalnız sözdə olan "türk birliyinə" xəyanət etməkdə suçlamaq yersizdir.

Bu Cümhuriyyəti Atatürk qurmuş

İndi də sərhədlərin açılıb-açılmaması məsələsi meydana çıxıb. Birincisi, əmin deyiləm, gündəmdə belə bir məsələ var. Olsa belə, bu informasiyalar hələ ki, ictimai rəyi yoxlamaq, mümkünlüyü istisna edilməyən bu "açılma"nın baş tuta biləcəyi halda, hansı reaksiyalar doğuracağını bəlirləmək üçündür. İkincisi, bu xəbərin daha çox dezinformasiya olduğuna inanıram.
Ancaq heç nəyə baxmayaraq, artıq şərhlər verilir. İndi bizlərdə hamı Ermənistan-Türkiyə sərhədinin açılmasının tək Azərbaycana deyil, həm də Türkiyənin özünə də vuracağı ziyandan bəhs edir. Ancaq nə etməli ki, başqa cür düşünənlər də yox deyil. Çünki bir qism də hesab edir ki, Türkiyənin Ermənistanla "alış-verişə" başlaması, bu dövlətlə normal münasibətlərdə bulunması Ermənistanı Rusiyanın cəngindən qurtarmağa hesablanıb. Guya, Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək, ardından da Azərbaycana deyəcək ki, daha dost olduq, gəl, torpaqlarına sahib çıx...

O ki qaldı sərhədlərin açılmasının birbaşa Türkiyəyə xeyrinin olub-olmayacağına, bu artıq bizlik deyil. Təbii ki, "qardaş" kimi onu duyuq düşdüyümüz hansısa ziyandan xəbərdar etməyimiz lazımdır, ancaq dediyimiz kimi, "qardaş" özünə nə lazım olduğunu bizdən daha yaxşı bilir.

Əlqərəz, əgər Türkiyəyə Ermənistanla sərhədlərin açılması hava-su kimi lazımdırsa, bu "açılma" onun dövlət maraqlarına cavab verirsə, bütün sonrakı gedişlər ən incə nüanslarına qədər hesablanıbsa, ERMƏNİSTANLA SƏRHƏDLƏR AÇILACAQ! Heç nəyə baxmayaraq... Maraq var axı. İngilisin elə adı çıxıb...

Burası Türkiyədir, yavrum! Bu Cümhuriyyəti Mustafa Kamal Paşa Atatürk qurmuş! Bu məmləkətin mayası "qurban"larla tutulmuş! Burada dövlətə, dövlət maraqlarına namus məsələsi kimi yanaşarlar. Namus olan yerdəsə nə qardaşa baxarlar, nə bacıya...

ilham_tumas@mail.ru

LENT.AZ



Xəbərin oxunma sayı: 342

AZƏRBAYCANDA REFERENDUMLARIN TARİXİ (Müstəqillik referendumundan 17 il ötür)

AZƏRBAYCANDA REFERENDUMLARIN TARİXİ (Müstəqillik referendumundan 17 il ötür)
1991-ci il dekabrın 29-da keçirilmiş müstəqillik referendumundan 17 il ötür. 17 il öncə bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilmiş və «Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı» sualı qoyulmuşdu.

Mərkəzi Seçki Komissiyasının saytında yer almış rəsmi məlumata görə, o zaman referendumda 3 milyon 751 min 174 nəfər və ya seçici siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak edib, səsverənlərin 99,58 faizi sualın lehinə, 0,2 faizi isə əleyhinə səs verib.

29 dekabr referendumu yeni Azərbaycan tarixində ikinci ümumxalq səsverməsi idi. İlk referendum 1991-ci il martın 17-də keçirilmiş və SSRİ-nin saxlanması məsələsinə həsr olunmuşdu. Referendumda belə bir sual qoyulmuşdu: «Siz hər bir millətdən olan insanın hüquq və azadlıqlarına tam təminat verərək Sovet Sosialist Respublikalar İttifaqının bərabər hüquqlu suveren respublikaların yeniləşdirilmiş federasiya kimi saxlanılmasını lazım bilirsinizmi».

Rəsmi rəqəmlər referendumda 2 milyon 903 min 797 vətəndaşın iştirak etdiyini, sualın lehinə 93,3, əleyhinə 5,83 faiz səs verildiyini göstərir.

1993-ci il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olub. MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.

1995-ci il noyabrın 12-də keçirilmiş referendum Azərbaycan Respublikası Konstitusiyasının qəbulu məsələsinə həsr edilib. Referendumun nəticələri yekunlaşdırılarkən məlum olub ki, 3 milyon 556 min 277 nəfərin iştirak etdiyi ümumxalq səverməsində 91,9 faiz konstitusiyanın qəbul edilməsi lehinə, 6,63 faizi əleyhinə səs verib.

2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərə yönəlmişdi. Ümumxalq səsverməsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ölkə üzrə 83,86 faiz seçicinin referendumda iştirak etdiyini elan edib.

2009-cu il martın 18-də Azərbaycanda ana yasa dəyişikliyini nəzərdə tutan daha bir referendum keçiriləcək.

İranda geyim qadağası

İranda geyim qadağası
«Vaşinqton Taymz» yazır ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hökuməti başqa şeylərlə də məşğul olur. Və bu başqa şey əhalinin geyim məsələsidir.

Bu yaxında İran polisi 50-yə qədər adamı Qərblilər kimi geyindiyi üçün həbs edib. Qaemşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin diliylə desək, «polis küçəyə şeytan görkəmində çıxmış, yaramaz paltarı geymiş dələduzları» tutub. Polis rəisi bildirib ki, İranın düşmənləri gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışırlar.

Keçən il də İranda qadınlara uzunboğaz çəkmə geyməyi qadağan etmişdilər. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlətsələr, geyinə bilərlər. Hətta şalvarın balağı çəkməni topuğa qədər örtməlidir, yoxsa qadının bədəninin forması görünür, bu isə islama uyğun deyil.

Bu yaxınlarda İranda 24 yaşlı bir qızı ağ palto geyindiyi üçün tutublar. İranda «əxlaq polisi» adlandırılan polis qıza, paltosunun rənginin münasib olmadığını deyib. 24 yaşlı Neda «Azadlıq» radiosunun İran xidmətinə müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. Neda da, «Vaşinqton Taymz»dakı məqalənin müəllifi də sual verir: Doğrudanmı İran polisinin paltardan vacib işi yoxdur?

İranda geyim xofu təzə yaranmayıb. 1979-cu ildən – «İslam inqilabı»ndan bu yana İranda bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcburdular. Kişilər də Qərbdəkilər kimi köynək geyə bilməz, saçı qeyri-adi formada kəsdirmək qadağandır. Odur ki, inqilabdan bəri geyim məsələsi İranda daimi gərginliyə səbəb olub. Geyim qaydalarına riayət etməmək rejimə tabe olmamaq kimi qiymətləndirilib.

Polis geyim tərziylə vuruşmaqda ikən gənclər bir az da irəli gedib, tələbə gününü qeyd ediblər. Təxminən 50 il qabaq İranda tələbələr yürüş edib, polis onların qarşısını alıb. Keçən həftə İranın hər yerində tələbələr həmin günü qeyd edib. Polisin və təhlükəsizlik qüvvələrinin çoxluğuna baxmayaraq, Tehranda tələbələr barrikadaları dağıdıb, başqalarının da universitet daxilində keçirilən aksiyaya qoşulmasına imkan veriblər. Üç mindən çox tələbə «Diktatora ölüm!», «İrana demokratiya, beynəlxalq sülh» şüarları səsləndirib. Nəticədə ali lider Ayatullah Xamenenin universitetə səfəri təxirə salınıb.

Bir tərəfdən neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsirləri, o biri tərəfdən narahat gənclər, iqtisadi sanksiyalar, beynəlxalq aləmin təcrid siyasəti…

İrana yəqin kimsə kömək edə bilməz, amma İranın belə vaxtda paltarla, camaatın geyim tərziylə mübarizəsi yəqin hər kəsə qəribə görünər. «Vaşinqton Taymz» yazır ki, bunu əhalinin diqqətini başqa səmtə yönəltmək, ya da inqilab ruhunu möhkəmlətmək cəhdi kimi qiymətləndirmək olar. Amma aksiya keçirən İran gəncləri göstərir ki, belə cəhdlərin xeyri yoxdur. Müəllif Albert Eynşteynin axmaqlıq barədə dediyini xatırladır: Axmaqlıq bir şeyi təkrar-təkrar etmək və hər dəfə fərqli nəticə gözləməkdir.
Ruzanna Rəşidqızı

Türkiyədə təhsil alan tələbələr qondarma soyqırımla bağlı kampaniyaya etiraz edirlər

Türkiyədə təhsil alan tələbələr qondarma soyqırımla bağlı kampaniyaya etiraz edirlər

Son dövrlər qondarma "erməni soyqırımı" ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən bəzi qüvvələr tərəfindən bu ölkənin erməni xalqından üzr istəməsilə bağlı kampaniyaya start verilib. Qardaş ölkədə ermənilərdən "üzr istəyirik" adlı kampaniyanın başlanılması Türkiyə ilə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov "525"ə açıqlamasında kampaniya ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, qardaş ölkədə "üzr istəyirik" adlı kampaniyanın başlanmasına Azərbaycan ictimaiyyətinin narazılıq etməsi gözlənilən addımdır. Ç.Bayramovun fikrincə, tarix boyu erməni təcavüzünə məruz qalan hər iki dövlətin sağlam qüvvələrinin kampaniyaya etiraz etməsi təqdirəlayiqdir. Ç.Bayramovun dediyinə görə, Türkiyə əleyhinə aparılan belə bir kampaniyanı müsəlman və türk kimliyi adı altında gizlənən ermənilər, habelə ermənipərəst qüvvələr həyata keçirir. "Üzr istəyirik" kampaniyasına rəvac verənlərin Türkiyəni, eləcə də türk millətini istəməyən qüvvələr olduğunu vurğulayan Ç.Bayramov bununla həmin insanların qardaş dövlətin ölkədaxili vəziyyətini gərginləşdirməyə çalışdıqlarını bildirib: "Zənnimcə, türk dövlətləri parlamentinin yaradılması məsələsinin gündəmdə olduğu ərəfədə adıçəkilən kampaniyanın başladılması Türkiyənin diqqətini ölkədaxili problemlərə cəlb etmək məqsədi güdür. Bu bir faktdır ki, türklər tarix boyunca hər hansı millətə, xalqa qarşı soyqırım həyata keçirməyib. Bunu sübuta yetirən çoxsaylı dəlillərin olmasına baxmayaraq, Türkiyənin "erməni soyqırımı"nda günahlandırılması, habelə belə bir genosid olmadığı halda "üzr istəyirik" adlı kampaniyanın aparılması heç cür başadüşülən deyil. Bizdə Türkiyədə təhsil alan gəncləri təmsil edən təşkilat olaraq, türklər əleyhinə aparılan kampaniyanı qınayırıq. Hesab edirəm ki, yaxın günlərdə türk millətçiliyi öz sözünü deyəcək. Necə ki, ilk addım olaraq Türkiyənin əməkli səfirləri, konsulları, millət vəkilləri, ziyalıları və başqa şəxslər buna kəskin etirazını bildirdilər". Ç.Bayramovun qənaətincə, antitürk kampaniyasına dəstək verən insanların Azərbaycana gəlişinə mane olmaq lazımdır. Birlik sədrinin sözlərinə görə, Azərbaycan tərəfi təbliğatını artıraraq, Ermənistan dövlətinin təcavüzü nəticəsində ölkəmizin 20 faizdən artıq torpaqlarının işğal edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünün yurdlarından didərgin düşməsi, həmçinin Xocalı soyqırım ilə bağlı materialları Türkiyə mediasında yaymalıdır: "Bununla da sübut edə bilərik ki, Azərbaycan torpaqlarını ermənilər işğal edərək, son yüz ildə osmanlı türkləri ilə yanaşı, azərilərə qarşı soyqırım siyasəti həyata keçirib. Hesab edirəm ki, Türkiyə hökuməti də məsələyə kəskin reaksiyasını göstərməlidir".
BƏXTİYAR

İran və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb

İran və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb

Yaxın Şərqdə son günlər baş verən hadisələrlə bağlı İranın və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb. İran səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, Qəzza zolağının sionist rejiminin hərbi təyyarələri tərəfindən bombardmana məruz qalması nəticəsində çoxsaylı günahsız Fələstin vətəndaşının şəhid olması, sionist rejiminin qara dosyelərinə daha birini əlavə edib: "Bu hücumlar sionist rejimi tərəfindən törədilən dövlət terrorçuluğunun bariz nümunəsi, eləcə də insan haqlarının açıq-aşkar pozulması deməkdir. Qəzzada törədilən faciələrə cavabdeh olan beynəlxalq təşkilatların, eləcə də insan haqlarına iddiaçı olan ölkələrin baş verənləri sükutla qarşılaması, onların insan haqlarına dair iddialarında qeyri-səmimi olmasına və ikili standartlarla yanaşmasına dəlalət edir". İsrail səfirliyi isə bildirib ki, əməliyyat Həmasın dinc İsrail sakinlərinə qarşı raket hücumlarına cavab olaraq həyata keçirilir: "Təəssüflər olsun ki, İsrailin raket hücumları və zorakılığı dayandırmaq istiqamətində səyləri Həmas tərəfindən rədd edildi və Həmas İsrail ərazisinə yüzlərlə raket zərbəsi endirməkdə davam etdi. Nəticədə İsrail öz dinc vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror infrastrukturuna qarşı hərbi əməliyyatları yeganə çıxış yolu kimi gördü".

İran və İsrail səfirlikləri qarşısında piket keçiriləcək

İran və İsrail səfirlikləri qarşısında piket keçiriləcək

Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasından APA-ya verilən məlumata görə, yığıncaqda 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbirlər planı təsdiq olunub, qərara alınıb ki, həmin gün Əbülfəz Elçibəyin və Seyid Cəfər Pişəvərinin məzarları ziyarət edilsin. DUİ Dünya azərbaycanlılarının həmrəylik gününün 20 illiyi ilə əlaqədar 2009-cu ili "Həmrəylik ili" də elan edib. Yığıncaqda 2009-cu il martın 18-də keçiriləcək referenduma da münasibət bildirilib. İttifaq seçiciləri referenduma qatılmamağa çağırıb. Bununla yanaşı, DUİ referendumun monitorinqinin aparılmasına qərar verib. İclasda İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması və İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara da toxunulub. Dekabrın 31-də həm İranın, həm də İsrailin Azərbaycandakı səfirliklərinin binası qarşısında piket keçirilməsi ilə bağlı qərar qəbul olunub.

AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq

AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq


30.12.2008, 05:37

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2009-cu ilin yanvar ayının sonu, fevralın əvvəllərində növbəti qurultayını keçirəcək. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, qurultaya hazırlıq üçün rayon təşkilatlarında konfranslar başa çatmaq üzrədir. O, cəmi bir neçə rayonda konfransların keçirilmədiyini söyləyib:"Yanvarın birinci yarısında konfranslar yekunlaşacaq. Bundan sonra qurultayın vaxtı dəqiqləşəcək". H.Kərimov yer problemi ilə qarşılaşacaqlarını da istisna etməyib:"Biz yerlə bağlı hakimiyyətə müraciət edəcəyik. Əgər qanunlara hörmət edirlərsə, o zaman qurultay üçün yer ayırmalıdırlar". Qurultayda təxminən 700 nümayəndənin iştirakı nəzərdə tutulur.

AzTV dünya kanalı olmaq istəyir

AzTV dünya kanalı olmaq istəyir


30.12.2008, 05:41

Bizsə soruşuruq: nəyinən Alış?

Ən baxımsız TV kimin gözünə kül üfürür?

Biz jurnalistlər arasında “nəyinən Alış?” lətifəsi çox məşhurdur. Birisi görməyə qadir olmadığı işi dilə gətirəndə bu lətifə yada düşür. Bu günlərdə AzTV-nin buraxdığı allı-güllü, yarlı-yaraşıqlı, amma içərisi çox məzmunsuz yazılar və yalanlarla doldurulmuş, gülməli istək və iddiaların əks olunduğu bir jurnal əlimə keçəndə də bu lətifənin “qəhrəmanı”, yazıq Alış kişi gözlərim önündə canlandı.
Bah, jurnal nə jurnal?! Iki göz lazımdır, baxsın. Ölçüləri adi standartdan da böyük, rəngləri par-par yanır, şəkillər adamın üzünə gülür, eynən AzTV-nin verilişləri kimi. Kosmetik bər-bəzək var, amma verilişlərinin mahiyyəti, məzmunu yox, yəni üzü bəzək, içi... tamam başqa şey. Zatən, bu kanal boş pafos və hay-küydən başqa nəyə qadirdir ki? O səbəbdən buraxdığı jurnal da belədir, vərəqlədikcə adamın əti tökülür. Heç bir ölçüyə sığmayan şit və bayağı tərifləri oxuduqca, az qala bütün dünyanın gecə-gündüz AzTV-nin duzsuz verilişlərinə baxdığının, hamının bu kanala “məftun” olduğunun “şahidi” olursan. Təbii ki, bu təriflərdən həm də hesabdar-sədr Arif Alışanovun son iki ildə təmir-tikinti işlərində və texnika alış-verişində böyük “xarüqələr” yaratdığı bəlli olur. Bəlli olur deyəndə ki, əslində bu nağıllar “Ekran-efir” qəzetinin və “TV plyus” jurnalının (məlumatlara görə, bu nəşrlərin hesabına AzTV hər rüb 187 min manat pul silir) daimi mövzularındandır. Amma teleradio işçiləri gününə həsr edilmiş (?) xüsusi buraxılışda AzTV-çilər tərifin barıtını yaman çoxaldıblar. Azərbaycandakı “rəy sorğuları” ilə ürəkləri soyumayıb Türkiyədəki bəzi adamları da üzdən-gözdən salıb tərif qopardıblar. Onlar da uydurublar ki, ölkələrindəki gül kimi kanalları bir yana qoyub, dünyaya uyğunlaşmaq üçün ancaq AzTV-yə baxırlar.
***
Tənbəllik eləməyib saydım: jurnalda 120 nəfərə yaxın şəxsin bir-birinin təkrarı olan “rəyləri” verilib. Əlbəttə, biz “rəy” verənləri də başa düşürük, adamı 1-2 dəfə verilişə çağırırlar, ya haqqında bir xəbər-filan verib, sonra da boğaz çəkirlər ki, ehtiyacımız var, amandır, bizi tərifləyin! Hamıya yaxşı tanış olan bu “əl-əli yuyar” prinsipinə söykənən “ziyalı rəyləri” ilə, həmçinin jurnaldakı elmi-tarixi baxımdan səhvlər və dolaşıqlıqlarla işimiz yoxdur. Amma bəzi məqamlarda ağını çıxaran bu “xüsusi” buraxılışdakı bir neçə tezis və iddialara mütləq münasibət bildirmək zorundayam.
***
Əvvəla, belə bir iddia və yalanla razılaşmaq çətindir ki, bu TV ölkəmizin ictimai-siyasi həyatının güzgüsüdür və “operativlik, bütün sahələrdə məlumatların düzgün, vaxtlı-vaxtında verilməsi AzTV-nin üstünlüklərindən biridir”. Əfəndim, hansı operativlikdən və ən gülməlisi hansı düzgünlükdən söhbət gedir? Iclas göstərmək nə vaxtdan bəri xəbər sayılıb, bu kanal nə vaxt və hansı önəmli hadisəni vaxtında, dürüst bir şəkildə efirə verib? Əgər belə olsaydı, onda bizim tamaşaçılar CNN-i qoyub elə AzTV-yə baxardı də. Özünüzü niyə aldadırsız, a bala? Bir televiziya ki, öz əsas xəbər buraxılışını hadisə ilə deyil, səkkizinci dərəcəli bir məlumatla başlaya, onun teleməkanda hansı üstünlüyü ola bilər? Axı bu xəbər verilişi deyil, ötən əsrin 60-cı illərinin aşağı səviyyəli təşviqat proqramıdır. Nə qədər bər-bəzək vursan belə, altındakı “material” çox aydın görünür.
***
Ikincisi, dönə-dönə vurğulayırlar ki, AzTV-də təzə texnologiyanın tətbiqi, yeni kamera və kranlar alınması, yeni işıq və montaj sisteminin quraşdırılması böyük nailiyyətdir. Doğrudan da texniki yeniləşmə vacibdir və indi toy şənlikləri belə ən müasir kamera və kranla çəkilir. Elə isə AzTV bu “nailiyyətin” nəyi ilə öyünür? Axı yuxarılar da bilir ki, bu kanalda dövlətin ayırdığı büdcə hesabına müəmmalı maliyyə əməliyyatları aparılır, gizli tenderlər keçirilir, şübhəli vasitəçilər tapılır, “şapka” mexanizmi işə düşür, heç kimin tanımadığı firmaların məhsulları dolayı yolla AzTV-yə gəlib çıxır və bütün bu əməliyyatları ört-basdır etmək üçün indi gözə kül üfürülür. Bəs əslində vəziyyət necədir?
AzTV-dəki mənbənin məlumatına görə, yenə də çəkilişə getməyə kamera tapılmır, montajda həmişə olduğu kimi növbədir. “Xəzər” və “Bahar” studiyaları üçün Almaniyadan alınıb quraşdırılmış işıq sistemi texnoloji cəhətdən çox köhnədir, həmin ölkədə istehsalatdan çoxdan çıxarılıb və bu səbəbdən də həmin işıqlarla işləmək çox çətindir. Məsələn, saat 14-ə təyin olunmuş çəkiliş üçün işıq quraşdırılmasına səhər saat 10-da başlamaq lazımdır ki, bir şey alınsın. Qeyri-mükəmməl sistem olduğu üçün operatorlar kompyuteri bir yana qoyub, dədə-baba qaydası ilə (uzun taxtalarla) işıq düzəldirlər. Bu da sizə Alışanovsayağı texniki nailiyyət!
***
Daha bir iddia ondan ibarətdir ki, “AzTV bizim teleməkandakı liderliyini qoyub saxlayır”. Görəsən, bu kanal nə vaxt lider olub ki, indi də onu qoruyub saxlasın? Bəlkə teleməkanda iki nüfuzlu sorğu şirkətinin eyni vaxtda apardığı gerçək reytinq cədvəlindən AzTV-də xəbərsizdirlər? Bəlkə bu cədvəldə ən axırıncı yeri tutduqlarını belə mənasız şüarla ört-basdır etmək istəyirlər? Yoxsa bu, dövlətin AzTV-yə ayırdığı 30 milyon manatlıq büdcənin hara və nəyə xərcləndiyini, yüzlərlə əməkdaşın maaşsız və qonararsız qalmasını gizlətməyin bir üsuludur?
Sən demə, Alışanov televiziyası özünü məktəb sayırmış və jurnalda da abır-həya eləmədən bunu iri hərflərlə yazırlar: “Azərbaycanda sonradan fəaliyyətə başlayan bütün telekanallar AzTV-nin məktəb olduğunu etiraf edirlər”. Yox, daha məktəb deyil... Gerçəkdən, Nahid Hacızadə, Ələkbər Abbasov, Mailə Muradxanlı, Qulu Məhərrəmli, Valid Sənani kimi jurnalistlərin, Vasif Babayev, Tariyel Vəliyev, Rövşən Almuradlı, Mehriban Ələkbərzadə kimi rejissorların çalışdığı televiziya əsil məktəb olub. Indi isə vəziyyət xeyli dəyişib, hazırda AzTV-də sənət qaydalarını bilməyən rejissorlar, toy operatorları, özəl TV-lərdən baş götürüb gəlmiş reportyorlar çoxalıb və bütün bunlar A.Alışanovun “kadr siyasəti” sayəsində mümkün olub. Çünki köhnələr çox şey bilir və sədri də yaxşı tanıyır, keçmişinə bələddirlər. Hər dəfə onlarla üzləşmək, bu adamları idarə etmək çox çətindir, yenilərsə hələ duza gedirlər? Sədr bu dəbdəbəli jurnalda qazandığı “uğurları”, məhz bu yeni kadrlarla qazandığından fəxrlə danışır və çox haqlı olaraq özünün 2 illik rəhbərlik dövrünü teleradionun ümumi tarixindən ayırır. Həqiqətən, bu, tamam başqa tarixdir.
***
Nəhayət, mənim bu replikanı yazmağıma səbəb olan əsas məqam haqqında. Öz yazdıqlarına özləri inanan və bundan ilhamlanan alışanovçular AzTV-nin son 2 ildə “qazandığı böyük uğurları” çox “təvazökarlıqla” yekunlaşdıraraq jurnalın ikinci səhifəsində öz məramlarını belə ifadə edirlər: “Qarşıda dünyanın ən aparıcı telekompaniyaları səviyyəsinə çatmaq, onlardan biri olmaq məqsədi durur”. Bərəkəllah! Bax, belə yerdə adam özünü saxlaya bilməyib soruşur: Nəynən Alış, hansı səviyyəynən?
Azad Akifoğlu

Israilin hücumu gözlənilən idi

Israilin hücumu gözlənilən idi


30.12.2008, 06:27

Vəfa Quluzadə: «Baş verənlər bir daha göstərdi ki, Yaxın Şərqdə sülhün yaxın dövr üçün əldə olunması mümkün deyil»
Israil aviasiyasının “Həmas” təşkilatının nəzarətində olan Qəzza zolağına qəfil və güclü hava zərbəsi endirməsi hazırda dünya KIV-nin diqqətində olan məsələdir. Israil mənbələrinin verdiyi xəbərə görə, “Həmas”a aid hədəflərin vurulması haqda hələ iki gün əvvəl əmr alınsa da, hava şəraitinin pis olması reydin həyata keçirilməsini ləngidib.
Fələstin tərəfinin məlumatına görə isə hücum nəticəsində 300-ə yaxın adamın həlak olduğu dəqiqləşsə də, bu rəqəmin artacağı da istisna edilmir. Baş verənlərlə bağlı siyasi şərhçilər müxtəlif fikirlər səsləndirirlər. Israilin son adımının yenidən regionda xaosa səbəb olacağını düşünən bir qrup politoloqların fikrincə, bu tendensiya hazırki dünya maliyyə böhranı zamanı heç də arzuolunan deyil. Onu qeyd edək ki, artıq Israilin hücumu ilə bağlı bir sıra sərt bəyanatlar da səslənib. Iran prezidenti Mahmud Əhmədinejad baş verənləri “cinayət” adlandıraraq, bu günlərdə Fələstin xalqının yanında olacaqlarını bəyan edib. Iranın ali dini lideri Əli Xamneyi bütün dünya müsəlmanlarına müraciət edərək onları Fələstin xalqının müdafiəsinə qalxmağa səsləyib. Ə.Xamneyi eyni zamanda ərəb ölkələrini ittiham edərək onları Fələstin xalqının bu faciəli taleyinə laqeyd qalmaqda qınayıb.
Politoloq Vəfa Quluzadə bildirdi ki, baş verənlər bir daha göstərdi ki, Yaxın Şərqdə sülhün yaxın dövr üçün əldə olunması mümkün deyil: “Fələstin dövləti yaranmayınca, o, həmişə Israilə təhlükə olacaq. Bunun müxtəlif səbəbləri var. Digər tərəfdən ”Həmas" təşkilatı Israillə hərbi münaqişədədir. Bu baxımdan bu hadisələr gözlənilən idi. Çünki “Həmas” Israilin sülh müqaviləsində nəzərdə tutulan məqamlara riayət etmədiyini əsas gətirərək, Israil ərazisini bir müddət əvvəl bombalamışdı. Əslində hücum zamanı istifadə olunan raketlər çox qeyri-effektiv idi və demək olar ki, Israilə bir ziyan gətirmədi".
Israilin Fələstinin hucumundan bəhanə kimi istifadə etdiyini vurğulayan V.Quluzadə qeyd etdi ki, rəsmi Tel-Əviv bununla “Həmas”ı ya məhv etməyi, ya da onun mövqelərinə ciddi zərbə vurmağı düşünür. Baş verənlərin regionda cərəyan edən proseslərə təsirinə gəlincə, V.Quluzadə hesab edir ki, fələstinlilərin mütəmadi ərəb dövlətlərini ittiham etməsi ikincinin bu məsələnin üstündən sükutla keçəcəyini deməyə əsas verir: “Yenidən bölgədə artıq qanın tökülməməsi üçün atəşkəs elan edilə bilər. Amma bu problemin çözümü deyil. Lakin eyni zamanda hazırda baş verənlərin regionda zəncirvari reaksiyaya səbəb olacağını düşünmək də düzgün deyil. Iranın bu məsələyə münasibətini isə yalnız emosional xarakterli qiymətləndirmək olar. Iran Israillə müharibəyə girişməyəcək. Düzdür, Iran rəhbərliyi dəfələrlə bu barədə çox saylı bəyanatlar verib. Amma bu bəyanatlar hamısı sözdən o yana getməyib. Türkiyə də bu məsələyə münasibətini artıq bildirib. Çünki Türkiyə böyük regional dövlətdir və Ankara qonşuluğunda baş verənlərə biganə qala bilməz”.

Rusiyanın müdafiə naziri Bakıya niyə gəlmişdi?

Rusiyanın müdafiə naziri Bakıya niyə gəlmişdi?


30.12.2008, 06:29

Politoloqların fikrincə, NATO-nun Azərbaycanla bağlı planları Kremli ciddi narahat edib
Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun ötən şənbə günü gözlənilmədən Bakıya səfər edərək əvvəlcə müdafiə naziri Səfər Əbiyev, daha sonra dövlət başçısı Ilham Əliyevlə görüşməsi bir sıra suallar doğurmamış deyil. Rəsmi mənbələrin açıqlamasına görə, danışıqlar zamanı ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, həmçinin Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bəs görəsən, Rusiyanın müdafiə nazirinin Bakıya səfərində əsas məqsəd nə olub?
Siyasi şərhçilər hesab edir ki, A.Serdyukovun qəfildən paytaxtımıza səfər etməsi məqsədsiz deyil və sırf şimal qonşumuzun ciddi narahatlığını ifadə edir. Amma eyni zamanda o da istisna deyil ki, A.Serdyukovun Bakıya səfəri Rusiya dövlətinin bir sıra maliyyə maraqlarından da irəli gəlir. Yəni, ekspertlərin fikrincə, belə bir fərziyyə də var ki, Rusiyanın müdafiə naziri Bakıya Azərbaycanın ordusu üçün silahları Ukraynadan yox, məhz Rusiyadan almağı xahiş etmək üçün gəlib. Eyni zamanda, heç şübhəsiz Rusiya Azərbaycanın son zamanlar NATO, Türkiyə ilə əməkdaşlığından da çox narahatdır: “Ukrayna və Gürcüstan NATO ilə inteqrasiyada müəyyən irəliləyişlərə nail olublar. Bu istiqamətdə növbədə Azərbaycandır. Rusiya bunu çox gözəl bilir. Amma öz növbəsində Azərbaycan tərəfi də xarici siyasət kursunu müəyyənləşdirərkən bu məqamları nəzərə almalıdır”.
Bundan başqa, bir müddət əvvəl NATO bazasının Azərbaycanda yerləşdirilməsiylə bağlı aparılan danışıqlara da diqqət çəkən ekspertlər hesab edir ki, bu məqam da diqqətdən qaçmamalıdır: “Həm NATO-nun Azərbaycanda baza yerləşdirmək üçün axtarışları, həm amerikalı senator Luqarın açıqlaması Rusiya hakimiyyətində Cənubi Qafqazla bağlı ciddi narahatlıq yaradıb. Luqarın, ”ABŞ raket hücumundan müdafiə qurğularını yerləşdirmək üçün Azərbaycanda münasib yer axtarılır", deməsi heç şübhəsiz, Kremlin diqqətindən kənarda qala bilməzdi".
Xəyal

«Istiqlaliyyət»in bayquşlarını da qırdılar

«Istiqlaliyyət»in bayquşlarını da qırdılar


30.12.2008, 06:43

«Ənuşirəvan və bayquşların söhbəti»nin yeni versiyası tamamlandı
Bayram tədbirləri çərçivəsində Bakıda meriyanın unikal və anlaşılmaz hərəkətə yol verdiyi haqda ötən saylarımızda məlumat vermişdik. Unikal dediyimiz hadisə “Istiqlaliyyət” küçəsindəki fonar dirəklərinə neon işıqlardan hazırlanmış bayquş fiqurlarının vurulması idi.
Özəlliklə prezident aparatının qarşısına bayquş təsvirləri vurdurmaqla Hacıbala Abutalıbov hamını təəcübləndirə bilmişdi. “Azadlıq”ın bu informasiyanı yazmasından sonra “Ağ ev”in qarşısındakı bayquşları bir gündə yığışdırdılar, “Istiqlaliyyət” küçəsindəki “bayquş”lara isə o zaman dəyilmədi. Dünən isə xarabalıq simvolu sayılan sonuncu “bayquşları” da işıq dirəklərindən “uçurdular”. Qəzəblənən inzibatçılar “bayquş”un acığına həmin tərəfdəki bütün neon bəzəkləri də söküblər. Indi küçə boyu əvvəlkindən də anormal vəziyyət yaranıb; bir tərəfdə bəzəkli konfiqurasiyalar parıldayır, o biri tərəf isə cəhənnəm kimi zülmət...
Beləliklə, Hacıbala Abutalıbovun ömründə bir dəfə Bakının əsl mahiyyətinə uyğun iş görmək təşəbbüsü ən son nöqtəyədək boğuldu.
Natiq

29 Aralık 2008 Pazartesi

6 ÖLÜ, 22 YARALI. İRANDA TERROR AKTI TÖRƏDİLDİ

6 ÖLÜ, 22 YARALI. İRANDA TERROR AKTI TÖRƏDİLDİ
2008-12-29 - 17:09:00


Dekabrın 29-da Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində terror aktı törədilib.

«Media forum» saytının məlumatına görə, intiharçılar bomba dolu iki maşını yerli hüquq-mühafizə qüvvələrinin qərargahına sürərək partladıblar. İran mənbələri hadisədə 6 İran hərbiçisinin həlak olduğu, 22 nəfərin isə ağır bədən xəsarəti aldığı barədə məlumat yayıb.

Əbdülmalik Riginin başçılığı ilə İran bəluçlarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən «Condollah» təşkilatı bəyanat yayaraq intihar əməliyyatını öz üzərinə götürüb.




«Media forum»

İRAN UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALAN 261 AZƏRBAYCANLI TƏLƏBƏ BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİB

İRAN UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALAN 261 AZƏRBAYCANLI TƏLƏBƏ BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİB
2008-12-29 - 18:24:00


İran universitetlərində təhsil alan 261 azərbaycanlı tələbənin birgə bəyanatı yayılıb.

«Media forum» saytının məlumatına görə, bəyanatda milli kimlik uğrunda dinc mübarizə aparan yazarlara, ziyalılara qarşı təzyiqlərə etiraz bildirilib. Azərbaycanlı fəallara qarşı həbs, işgəncə, sürgün və başqa cəzaların dayandırılmasını tələb edən tələbələr bəyanatda hökumətdən azərbaycanlıların ana dilində təhsil almaq hüququna riayət olunmasını istəyiblər.

«Biz azərbaycanlıların mədəni və sivil hüquqları uğrunda dinc fəaliyyət göstərdikləri üçün həbs edilən fəalların dərhal azadlığa buraxılmasını, onların öz ana dillərində təhsil almasına şərait yaradılmasını və Azərbaycana qarşı tətbiq olunan istənilən mədəni, siyasi və iqtisadi ayrı-seçkiliyə son qoyulmasını tələb edirik» deyə bəyanatda vurğulanır.




«Media forum

İRAN UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALAN 261 AZƏRBAYCANLI TƏLƏBƏ BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİB

İRAN UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALAN 261 AZƏRBAYCANLI TƏLƏBƏ BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİB
2008-12-29 - 18:24:00


İran universitetlərində təhsil alan 261 azərbaycanlı tələbənin birgə bəyanatı yayılıb.

«Media forum» saytının məlumatına görə, bəyanatda milli kimlik uğrunda dinc mübarizə aparan yazarlara, ziyalılara qarşı təzyiqlərə etiraz bildirilib. Azərbaycanlı fəallara qarşı həbs, işgəncə, sürgün və başqa cəzaların dayandırılmasını tələb edən tələbələr bəyanatda hökumətdən azərbaycanlıların ana dilində təhsil almaq hüququna riayət olunmasını istəyiblər.

«Biz azərbaycanlıların mədəni və sivil hüquqları uğrunda dinc fəaliyyət göstərdikləri üçün həbs edilən fəalların dərhal azadlığa buraxılmasını, onların öz ana dillərində təhsil almasına şərait yaradılmasını və Azərbaycana qarşı tətbiq olunan istənilən mədəni, siyasi və iqtisadi ayrı-seçkiliyə son qoyulmasını tələb edirik» deyə bəyanatda vurğulanır.




«Media forum»

İran və İsrail səfirlikləri məlumat yayıb

Yaxın Şərqdə son günlər baş verən hadisələrlə bağlı İranın və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb


İran səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, Qəzza zolağının sionist rejiminin hərbi təyyarələri tərəfindən bombardmana məruz qalması nəticəsində çoxsaylı günahsız Fələstin vətəndaşının şəhid olması, sionist rejiminin qara dosyelərinə daha birini əlavə edib: “Bu hücumlar sionist rejimi tərəfindən törədilən dövlət terrorçuluğunun bariz nümunəsi, eləcə də insan haqlarının açıq-aşkar pozulması deməkdir. Qəzzada törədilən faciələrə cavabdeh olan beynəlxalq təşkilatların, eləcə də insan haqlarına iddiaçı olan ölkələrin baş verənləri sükutla qarşılaması, onların insan haqlarına dair iddialarında qeyri-səmimi olmasına və ikili standartlarla yanaşmasına dəlalət edir”.

İsrail səfirliyi isə bildirib ki, əməliyyat Həmasın dinc İsrail sakinlərinə qarşı raket hücumlarına cavab olaraq həyata keçirilir: “Təəssüf ki, İsrailin raket hücumları və zorakılığı dayandırmaq istiqamətində səyləri Həmas tərəfindən rədd edildi və Həmas İsrail ərazisinə yüzlərlə raket zərbəsi endirməkdə davam etdi. Nəticədə İsrail öz dinc vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror infrastrukturuna qarşı hərbi əməliyyatları yeganə çıxış yolu kimi gördü”.

LENT.AZ

Azərbaycanlı türk iş adamını döyüb, 690 min dollarını mənimsədi

4 gün girov saxlanılan Müzəffər Bahara işgəncə verilib

Türkiyənin İzmir şəhərində yaşayan iş adamı Müzəffər Bahar ixrac etdiyi subtropik məhsulların pulunu almaq üçün getdiyi Rusiyada girov götürülüb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iş adamı 4 gün girovluqda saxlanılıb, bu müddətdə ona işgəncə verilib. “Baharlar Group”un sahibi olan Müzəffər Bahar Rusiyaya 610 min dollarlıq məhsul göndərmək üçün həmin ölkənin iki firması ilə müqavilə bağlayıb. Ötən həftə məhsullar gəmi ilə Trabzondan Rusiyaya göndərilib. Malı alan firma yetkililəri pulu ödəmək üçün Müzəffər Baharı Rusiyaya dəvət ediblər.

Müzəffər Baharı Rusiyada özünü firmanın nümayəndəsi kimi təqdim edən Rauf adlı azərbaycanlı qarşılayıb. İş adamı bir anbara aparılıb, orada cibində olan 1200 dollar və pasportu əlindən alınıb, işgəncəyə məruz qalıb. 4 gün anbarda girov saxlanılan Müzəffər Bahara zorla 80 min dollarlıq borc sənədi imzalatdırıblar. Bundan sonra bir otelə aparılan iş adamı oradan yaxınlarına zəng etməyə imkan tapıb, ailəsi isə dərhal Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib. Oteldən qaçmağa nail olan Müzəffər Bahar Rusiyadakı tanışlarının yanına gedib, sonra isə ölkəsinə qayıdıb. İş adamı bütün bunların maliyyə böhranı səbəbi ilə işdən çıxardığı adamların təşkil etdiyinə inandığını vurğulayıb.

LENT.AZ

İl ərzində 670 PKK terrorçusu öldürülüb

تورک سلاح‌لی قوه‌لری‌نین 2008-جی ایلده حیاتا کئچیردیگی حربی عملیات‌لار نتیجه‌سینده پکک تئررور تشکیلاتینین 892 عضوو زررسیزلشدیریلیب، 170 تئررورچو ایسه کؤنول‌لو تسلیم اولوب.

لئنت.آز-این تورکییه سلاح‌لی قوه‌لری باش قرارگاهینین اینتئرنئت سایتینا ایستینا‌دن معلوماتینا گؤره، بو مدتده اؤلکه داخیلینده و خاریجینده زررسیزلش‌دیریلن تئررورچولاردان 670-ی اؤلدورولوب، 222-سی ایسه ساغ اله کئچیریلیب.

ایل عرضینده تئررورچولار 485 حادثه تؤردیب‌لر. بو مدتده حرب‌چی‌لر طرفین‌دن پکک-یا مخصوص کول‌لی میقداردا سلاح-سورسات، پارتلاییجی مادده اله کئچیریلیب.

لئنت.آز



خبرین اوخونما سایی: 70

MTN-in keçirdiyi əməliyyat nəticəsində hər iki ölkənin vətəndaşlarından ibarət dəstənin üzvləri həbs olunublar

MTN-in keçirdiyi əməliyyat nəticəsində hər iki ölkənin vətəndaşlarından ibarət dəstənin üzvləri həbs olunublar

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb, 231 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.


Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. İran vətəndaşı Mikayıl Aslani, Azərbaycan vətəndaşları - Etibar Mehrəliyev, Etibar Əliyev, Zamin Səmədov, Natiq Balayev, Tərlan Muradov, Rza Əhmədov və qeyriləri mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitəni Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər.


Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Neftçala rayon sakini Etibar Mehrəliyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər İran vətəndaşlarının Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın narkotik vasitə olan həşişi 2008-ci il dekabrın 23-də «Qızılağac» Dövlət Qoruğu ərazisində yerləşən «Kurkamen» adasında onlardan qəbul edib, həmin narkotiki öz qayığı ilə daşıyaraq, Neftçalada dəniz sahilində gizlədib.


2008-ci il dekabrın 24-də həmin narkotik vasitəni Etibar Mehrəliyevdən götürüb Astara rayon sakini Etibar Əliyevə təhvil vermək məqsədilə Mikayıl Aslani dövlət sərhədinin «Astara» NBM-dən rəsmi qaydada keçərək Azərbaycana gəlib. Mikayıl Aslani Etibar Əliyevin tapşırığı ilə onu burada gözləyən Zamin Səmədov tərəfindən qarşılanıb və sonuncu ilə birlikdə Astara rayonuna, Etibar Əliyevin yaşadığı evə gəliblər.
Bundan sonra, narkotik vasitəni Etibar Mehrəliyevdən təhvil almaq məqsədilə Mikayıl Aslani və Zamin Səmədov sonuncunun idarə etdiyi «Opel» markalı avtomobillə, Etibar Əliyev, Tərlan Muradov və Natiq Balayev isə Rza Əhmədovun idarə etdiyi «VAZ-2106» markalı avtomobillə Neftçalaya gediblər. Həmin gün adları çəkilən şəxslər Neftçalada Etibar Mehrəliyevdən narkotikin bir hissəsini, yəni 180 kiloqramdan artıq həşişi alıblar.


MTN tərəfindən hazırlanmış xüsusi əməliyyat planı əsasında 2008-ci il dekabrın 25-də həyata keçirilən tədbirlərlə qeyd olunan hər iki avtomobil Lənkəran şəhərində saxlanılıb, onların yük yerindən 180 kiloqramdan artıq həşiş aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə Etibar Mehrəliyev də yaxalanmış və sonuncunun qardaşının evində gizlətdiyi daha 50 kiloqramdan çox həşiş aşkarlanaraq götürülüb.


Faktla bağlı MTN İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu il ərzində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində qanunsuz dövriyyədən yüzlərlə kiloqram narkotik vasitə götürülüb.
MTN sonuncu əməliyyat zamanı il ərzində ən böyük miqdarda - 231 kq narkotik vasitə aşkarlayaraq götürüb.

LENT.AZ



Xəbərin oxunma sayı: 178

27 Aralık 2008 Cumartesi

«Türkdilli xalqların ilk telekanalı yaranır»

«Türkdilli xalqların ilk telekanalı yaranır»

Tahir Aydınoğlu və Ülviyyə Vəliyeva
Ülviyyə Sabirqızı



Gələn ilin yanvarından etibarən Türkiyədə «Türk Musiqi Birliyi» adlı televiziya kanalı fəaliyyətə başlayacaq. Bu telekanalda bütün türk dövlətlərinin musiqiləri səsləndiriləcək. Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - telekanalın Azərbaycan təmsilçiliyinin rəhbəri Tahir Aydınoğlu dedi. Onun sözlərinə görə, bu telekanalı yaratmaqda məqsəd türkdilli xalqları bir araya gətirməkdir: «Türkdilli xalqların ilk telekanalı musiqi kanalı olaraq ərsəyə gəldi. Bu ideyanı bütün türkdilli ölkələr müsbət qarşıladılar. Həm ictimaiyyət, həm də dövlət səviyyəsində bizə qucaq açıldı».

«Türk Musiqi Birliyi» kanalının rəhbəri Naim Burak Elçi Türkiyədə bir neçə musiqi telekanalının yaradıcısıdır. O, bu işə böyük həvəslə başladığını dedi: «Heç bir türkdilli dövlət diqqətdən kənarda qalmayacaq. Bütün türk xalqlarının gənc sənətçilərinin kliplərini yayımlayacağıq».

Yeri gəlmişkən, bu işlə gənc bəstəkar, telekanalın Azərbaycan üzrə musiqi meneceri Ülviyyə Vəliyeva məşğul olur. Bakı Musiqi Akademiyasının məzunu olan bu xanın tanınan və tanınmaq arzusunda olan istedadlı gənclərin mahnılarını və kliplərini toplayıb, İstanbuldakı mərkəzi studiyaya göndərir: «Orada da jüri var, onlar ən səviyyəli klipləri efirə buraxacaqlar».

Musiqi kanalının xarici əlaqələr departamentinin rəhbəri Nazilə Abbaslı isə bizimlə söhbətində kliplərin bu telekanalda təmənnasız nümayiş olunacağını dedi: «Bu telekanal Beynəlxalq Yayım Şəbəkəsində olduğu üçün artıq iri reklam şirkətlərindən müraciətlər alırıq. Reklamlardan qazanacağımız pul hesabına fəaliyyət göstərəcəyik». Əlavə edək ki, türk xalqlarının musiqi telekanalı Türkiyə və Rusiyanın peyk antenaları vasitəsilə yayımlanacaq. Daha sonralar isə kabel vasitəsilə bütün Avropada izləniləcək.azadliqradiosu

Türkiye ile Irak Arasında Büyük Yakınlaşma

Türkiye ile Irak Arasında Büyük Yakınlaşma


Irak Başbakanı Nuri El Malikinin beraberinde beş bakanla birlikte önceki gün Ankaraya yaptığı ziyarette, PKK terörü ile mücadelenin yanısıra iki ülke arasındaki ekonomik işbirliği ve ticaret de önemli yer tuttu. Bu gelişme iki ülke arasında yeni bir döneme girildiği yorumlarına yol açtı.
Irak Başbakanı Nuri El Malikinin beraberinde beş bakanla birlikte önceki gün Ankaraya yaptığı ziyarette, PKK terörü ile mücadelenin yanısıra iki ülke arasındaki ekonomik işbirliği ve ticaret de önemli yer tuttu. Bu gelişme iki ülke arasında yeni bir döneme girildiği yorumlarına yol açtı.

Irak Başbakanı Nuri El Malikinin Başbakan Tayyip Erdoğan ve iki taraftan ilgili bakanların kendi arasında yaptığı görüşmede, Türkiye ile Irak arasındaki sınırın sıfır noktasında serbest ticaret bölgesi kurulmasında mutabık kalındı. Serbest ticaret bölgesinin sınırın neresinde olacağına dair mevki belirleme çalışmalarına her iki ülke uzmanları kısa süre içinde başlayacak. Maliki ve Erdoğan bu çalışmalardan somut sonuçlar alınması için ilgili bakanlıklara talimat verdiler.





Özel sektör elektrik satacak



Ticari korularda ele alınan bir diğer konu da Irak genelinde ihtiyaç duyulan elektriğin Türk özel sektörü tarafından karşılanması oldu. Kurulacak serbest bölgede, Irakın elektrik ve petrol ürünleri ihtiyacının bir bölümünün karşılanması ve rafineri ile santral kurulması da hedefleniyor.



Turizmde de işbirliği



Türkiye ile Irak arasında diğer alanlarda yapılması planlanan diğer belli başlı çalışmalar da şöyle şekillendi:



* İki ülke arasında turizmin geliştirilmesi için tur operasyonlarının yapabilecekleri faaliyetlerle ilgili fizibilite yapılması,



* Türkiye ile Irak arasında Serbest Ticaret Anlaşması imzalanması,



* Irak’ın tarımsal ihtiyaçlarının karşılanması için, su ve ziraat alanlarında işbirliği,



* Irak’ın ulaşım altyapısının Türk şirketlerince inşa edilmesi,



* Finans ve bankacılık alanlarında ortaklıkların teşviki,



* Türkiye’nin Irak’ın serbest piyasa ekonomisine geçiş programlarına tecrübe aktarımı,



* Kerkük-Yumurtalık petrol boru hattının kapasitesinin artırılması ve Irak doğalgazının Türkiye üzerinden uluslararası pazarlara taşınması. (DHA)

İRANDA SUBAYLARIN SAYI ARTIR

İRANDA SUBAYLARIN SAYI ARTIR

İran Milli Gənclər Təşkilatının rəsmisi Əli Əkbər Esarniya jurnalistlərə açıqlamasında hər dörd gənc oğlan və qızdan birinin nikahdankənar cinsi əlaqədə olduğunu, qanunsuz cinsi əlaqədə olan qızlardan 13 faizinin abort etmək məcburiyyətində qaldığını bildirib.

«Media forum» saytının məlumatına görə, Esarniya gənclər arasında evlilik yaşının artmasının ailələr və cəmiyyətdə ciddi narahatlığa səbəb olduğunu vurğulayıb: «Oğlanlarda evlənmək yaşı 40-ı keçib, qızlarda isə 35 yaşa çatıb».

Hazırda ölkədə 15 milyon gəncin evlilik yaşının ötdüyünü bildirən Esarniya evlənmə yaşının artmasının xoşagəlməz nəticələrə gətirib çıxaracağını vurğulayıb: «İldə subayların sayına 1,5 milyon nəfər əlavə olunur.




«Media forum»

İSVEÇRƏNIN SÜRIX ŞƏHƏRINDƏ AZƏRBAYCAN MƏKTƏBI AÇILIB

İSVEÇRƏNIN SÜRIX ŞƏHƏRINDƏ AZƏRBAYCAN MƏKTƏBI AÇILIB

DAK İnformasiya mərkəzinə daxil olan məlumata əsasən Isveçrənin Sürix şəhərində açılan Azərbaycan məktəbi şərəfli millətimizin Avropada növbəti naliyyətlərindən biridir. Bu məktəbin İsveçrədə açılması uşaqlarımıza Azərbaycanın milli irsinin öyrədilməsi ilə mədəniyyətimizin Avropada yaşaması və dünyada tanınması niyyətini daşıyır.

Məktəbin açılışına dünyanın müxtəlif ölkələrində yaşayan Güney və Quzey Azərbaycandan, Türkiyə Cümhuriyyətindən, Özbəkistan və digər türk dövlətlərindən olan şərəfli insanlar, həm də Azərbaycan-Türk irsini sevərək ona pərəstiş edən insanlar qatılmışlar.

Məktəbin açılışında bu işdə çalışan insanların ölkələrinin bayraqları da vurulmuşdu. Sürix şəhərində məktəbin açılmasında məqsəd Türk övladlarının birlikdə yetişdirilməsidir.

Türkiyə demokratik Avropa ölkəsidir

Türkiyə demokratik Avropa ölkəsidir

Ankara 15-ci İdarə Məhkəməsi prezident Abdulla Gülün rektor təyinatıyla bağlı qərarının qüvvəyə minməsini dayandırdı
Yerli məhkəmə Prezidentin Baş Katibliyinin müdafiə sənədini qəbul etməyib
Ankara 15-ci İdarə Məhkəməsinin "Doqquz Sentyabr" Universiteti rektorluğuna professor, doktor Mehmet Füzunun təyin olunmasına dair Türkiyə prezidentinin qərarının həyata keçirilməsinin dayandırmasının əks-sədası davam edir. Məhkəmə prosesində prezident adminstrasiyası "Prezidentin tək başına verdiyi qərarların məhkəmə nəzarətindən kənarda tutulduğunu, bu səbəbdən davanın tam ləğvinin gərəkdiyi" haqqında müdafiə sənədi təqdim edib. Amma məhkəmə "sorumsuzluq halı" müdafiəsini yetərli saymayıb. Qeyd edək ki, "Doqquz Sentyabr" Universitetində rektorluğa namizəd olub, seçkidə birinci çıxan professor, doktor Sədəf Gidener prezidentin qərarından məhkəməyə şikayət verib. Onun şikayətini, Prezidentin Baş Katibliyindən məhkəməyə göndərilən müdafiə sənədini, məhkəmənin prezidentin qərarının dayandırması haqqında hökmü mətbuatın əlinə keçib.

Göytürk

Müdafiədə universitet rektorunun seçilməsinin prezidentin vəzifə və səlahiyyətləri sırasında olduğu göstərilib. Anayasanın "məsuliyyət və məsuliyyətsizlik vəziyyəti" başlıqlı 105-ci maddəsində prezidentin rəsmən imzaladığı qərar və əmrlər əleyhinə Konstitusiya Məhkəməsi də daxil, digər məhkəmələrə müraciət olunmayacağı əksini tapıb. Anayasanın 125-ci maddəsinin ikinci hissəsində "Prezidentin təkbaşına verəcəyi qərarlar və Yüksək Əsgəri Şuranın qərarlarının məhkəmə nəzarətindən kənarda olduğu" hökmünün yer aldığı vurğulanıb. Prezidentin Baş Katibliyinin müdafiə sənədində rektor təyinatları ilə bağlı dla məhkəmə yolunun bağlı olduğu da bildirilib: "Bu günədək ortaya çıxan Baş Prokurorluq qərarları da prezidentin "universitet rektorlarının seçmək" səlahiyyətinin baş nazir ilə bağlı nazirinin imzalarına gərək olmadan prezidentin təkbaşına yerinə yetirməsini təyin etməkdədir. Qarşı imza qaydasına tabe olmayan rektor seçiminin siyasi cavabdehlik üçün baş nazir və digər nazirlərin imzalarının olduğu digər təyinat qərarlarından sayılaraq məhkəmə yolunun açıq olmasının müdafiə edilməsi Anayasaya açıq şəkildə ziddir". Yuxarıdakı iddiaları irəli sürən Prezidentin Baş Katibliyi professor, doktor Sədəf Gidenerin şikayətilə başlanan davanın rədd edilməsini vacib sayıb, hətta şikayətçinin "yaxşı niyyətli olmadığı" bildirilib. Prezidentin Baş Katibliyi rektor seçkilərində "ən çox səs almanın" namizədlər arasında üstünlük sıralamasının anlamına gəlmədiyini, universitet rektoru ola bilmək üçün "professor, akademik" olmaqdan başqa bir şərtin gərəkmədiyini də qeyd edib. Müdafiə sənədində Üç namizəddən birinin rektor seçməsi üçün prezidentə hər hansı məhdudiyyət qoyulmadığı da, cumhurbaşqanının isə rektor təyin etmək məsələsində mütləq bir seçim haqqının tanındığı fikri əksini tapıb.
Dünən Ankara 15-ci İdarə Məhkəməsi Prezidentin Baş Katibliyinin 8 səhiflik müdafiəsini dəyirləndirib. Hüquqi terminlərlə zəngin hökmdən belə anlaşılır ki, yerli məhkəmə qanunun müəyyənləşdirdiyi üsullara əməl edilmədən müəyyənləşdirilən namizədlər arasından prezident Abdulla Gülün rektor təyin etməsi hüquqa zidd sayıb. Hətta Prezidentin Baş Katibliyinin "sorumsuzluq halı" müdafiəsi də yetərli görülməyib. Məhkəmə heyəti prezidentin qərarının 2 əleyhinə, bir lehinə olmaqla dayandırıb. İndi "Doqquz Sentyabr" Universiteti rektorluğuna professor, doktor Mehmet Füzunun bir həftə rzində daha yuxarı instansiya məhkəməsinə müraciət etməsi gözlənilir. Ankara 10-cu İdarə Məhkəməsi qərarı daha sonra verəcək.

ƏHMƏDİNEJADIN MİLAD BAYRAMI TƏBRİKİ BRİTANİYADA NARAZILIQ DOĞURUB

ƏHMƏDİNEJADIN MİLAD BAYRAMI TƏBRİKİ BRİTANİYADA NARAZILIQ DOĞURUB

Böyük Britaniya hökuməti İran prezidenti Mahmud Əhmədinejadın dekabrın 25-də ölkənin 4-cü telekanalından Milad təbrikinin yayılmasını pisləyib.

Əhmədinejadın dekabrın 25-də yayılan Milad bayramı müraciətində ABŞ və digər Qərb ölkələri dolayı yolla tənqid edilib: « Əgər bu gün həzrət İsa olsaydı, şübhəsiz, xalqların yanında, quldur və ekspansionist qüdrətlərin isə qarşısında dayanardı. O, şübhəsiz, quldurlar, terrorçular, işğalçılar və müharibə tərəfdarları qarşısında dayanaraq eşq və ədalət bayrağını qaldırardı».

«Media forum» saytının məlumatına görə, Əhmədinejadın müraciətinin yayılmasını pisləyən Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: «Əhmədinejad prezidentlik vəzifəsini icra etdiyi müddətdə yəhudilərə qarşı nifrət doğuran sözlər danışıb. Ölkə mediası öz fəaliyyətində azaddır. Lakin 4-cü telekanal bir şeyi nəzərə almalıdır ki, Əhmədinejadı dəvət etməsi bizimlə dost ölkələrin də narahatlığına səbəb olub».

İsrailin Böyük Britaniyadakı səfiri də Əhmədinejadın müraciətini məhkum edərək İranda xristianlığa keçənlərin edam təhlükəsi ilə üz-üzə qaldığını deyib: «İranda islamı tərk edib xristianlığı qəbul edənlər edamla üz-üzə qalır. Öz ölkəsində həzrət İsa tərəfdarlarını dar ağacına göndərən bu diktatorun xristianların peyğəmbəri barədə fikir irəli sürməsinə icazə vermək düzgün deyil».




«Media forum»

"Azərbaycan Ankaranın Qafqaz strategiyasında ciddi faktordur"

"Azərbaycan Ankaranın Qafqaz strategiyasında ciddi faktordur"

Sedat Laçıner: "Rəsmi Bakının mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil"
Türkiyənin Qafqaz regionu ilə bağlı siyasi prioritetlərini qlobal güclər müəyyənləşdirsə də, lokal siyasətinin formalaşmasında əsas rollardan birini Azərbaycan oynayır.
Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) direktoru Sedat Laçıner "Trendnews"a açıqlamasında bildirib ki, "Azərbaycanın mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil".
Avropalı ekspert Svante Kornel Türkiyənin region siyasətinin müəyyənləşməsində Azərbaycanın mövqeyinin böyük rol oynadığını düşünür. Ekspert, xüsusuilə Qarabağ məsələsində və Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın mövqeyinin Türkiyə üçün həlledici rol oynadıını bildirir: "Türkiyədəki bəzi qüvvələr Türkiyə-Ermənistan sərhəddini açmaq istəsələr də, bu günə qədər sərhədlərin açılmamasının əsas səbəbi Azərbaycanın bu məsələdə mövqeyi olmuşdur".

Türk ekspert Laçıner Azərbaycanın Türkiyənin region siyasətinə təsir gücünü iqtisadi və geostrateji amillərlə əlaqələndirir: "Azərbaycanın enerji mənbəyi olması və geostrateji baxımdan Orta Asiyanın türkdilli ölkələrinə açılan qapı olması, Türkiyənin regional siyasətində Azərbaycanın mövqeyinin nəzərə alınmasını labüd edir".
Ekspert iki ölkə arasındakı milli-mədəni və tarixi köklərin eyniliyini də bu ölkələri bir-birinə bağlayan əsas amil olduğunu düşünür.
Müstəqil ekspert Vəfa Quluzadə isə, Türkiyənin regionla bağlı siyasətində qlobal güclərin maraqları dairəsində hərəkət etdiyini və bölgədəki siyasi prioritetləri də bu qlobal güclərin müəyyənləşdirdiyini bildirib. Politoloqun fikrincə, Türkiyənin lokal səviyyədə müstəqil regional siyasəti olsa da, hətta bu lokal siyasətin müəyyənləşdirilməsində də Azərbaycan heç bir rol oynamır: "Türkiyənin regionla bağlı lokal siyasətinə Azərbaycanın heç bir təsiri yoxdur. Türkiyədən fərqli olaraq, kiçik bir ölkə olan Azərbaycan Ankaranın regional siyasətinə necə təsir edə bilər?".

Türkiyənin TRT kanalında çərşənbə gecəsi yayınlanan və 12 sentyabra aparan yoldan bəhs edilən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildəki

Türkiyənin TRT kanalında çərşənbə gecəsi yayınlanan və 12 sentyabra aparan yoldan bəhs edilən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildəki Mara. qətliamını planlaşdıranların arasında bir il öncə sui-qəsd nəticəsində öldürülən jurnalist Hrant Dinkin adı da yer aldı.

“Qaynar.info”-nun, Türkiyənin “Taraf” qəzetinin bu günkü manşetinə istinadən verdiyi xəbərə görə, TRT-də efirə gedən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildə 100-dən artıq insanın həyatını dəyişdiyi Maraş olayları ekrana gətirilib. Olaylarla bağlı fotoların və görüntülərin göstərildiyi filmdə, sözü gedən qətliamda bir nömrəli şübhəli hesab olunan BBP-li Ökkeş Şendillər, yaşananların ələvi-sünni qarşıdurması deyil, Hrant Dink və tərəfdarlarının qurduğu sol təşkilatların işi olduğunu iddia edib.

Jurnalist Hrant Dinkin böyük ölçülü şəkli fonunda Ökkeş Şendillər bunları söyləyib:
“Bu işi Dink və tərəfdarlarının təşkilatları törətdi. Zatən ölənlərin arasında sünni olmayan 6-7 nəfər var idi”.
Qeyd edək ki, keçmiş soyadı Kenger olan Ökkeş Şendillər, Maraş olaylarına yol açan bombanı içi idealistlərlə dolu olan kinoteatra atmaqda ittiham edilmişdi.

19-26 dekabr 1978-ci ildə Kahramanmaraşda meydana gələn olaylarda rəsmi rəqəmlərə görə 111 nəfər ölüb.

Hadisələr, Türkiyəni 12 sentyabra aparıb çıxaran önəmli döngələrdən biri olaraq göstərilib.qaynar

TRT KÜRD DİLİNDƏ YAYIMA BAŞLADI

TRT KÜRD DİLİNDƏ YAYIMA BAŞLADI


Türkiyə Radio-Televiziya Qurumunun (TRT) kürd dilindəki kanalı test yayımına başlayıb. APA-nın məlumatına görə, dekabrın 25-də yerli vaxtla saat 18.30-da yeni telekanal - TRT-6-nın test yayımına start verilib. Telekanal Türkiyənin Dövlət Himni - İstiqlal Marşı ilə açılıb. Marş çalınarkən fonda türk bayrağı, Atatürkün, Qurtuluş Savaşının və birinci Türkiyə Böyük Millət Məclisinin görüntüləri ekrana gəlib.
Kürd dilinin “kurmançi” ləhcəsi ilə yayıma başlayan kanalda kürd sənətçiləri Rojin və Nilufər Akbalın klipləri efirə verilib. Telekanal 2009-cu il yanvarın 1-də baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimlə rəsmən fəaliyyətə başlayacaq.

THE ISLAMIC REPUBLIC HAS BECOME THE BIGGEST ENEMY OF THE TURKISH LANGUAGE

THE ISLAMIC REPUBLIC HAS BECOME THE BIGGEST ENEMY OF THE TURKISH LANGUAGE

The Islamic Republic has recently increased its efforts towards eradicating the Turkish language within the geographical borders called Iran.

The regime that prevails in Iran has turned towards exterminating the precious Turkish works of art in this country by joining forces with the Persian chauvinists.

The Turks have settled in this geography which is called Iran for thousands of years and during the time of the Great Seljuk Empire. Many historical masterpieces in Iran are the heritage of the Turks of that time.

The Islamic Republic is nowadays trying to eradicate the Turkish language in the Iranian geography, half of its population is composed of the Turks, namely the Azerbaijani Turks, the Turkmens and the Kashghais etc.

The ban, hindering the nations from having an education in their mother tongues still persists in Iran. The names of the villages in Turkmensahra are being altered and the Turkmens are not able to pick Turkish names for their children. In this very period in which the Turkmens are exposed to the propagandas maintained with the aim of assimilation by their enemies (the regime of the Islamic Republic), name alteration news set about coming from the city of Tabriz and other cities of Azerbaijan. These practices are being realized under the pretext of the ban on the use of foreign expressions and the Azerbaijani Turks are being forced to change their Turkish names.

The Islamic Republic wishes to celebrate the demise of the Turkish language in Iran by joining forces with the racist Persian chauvinists. However, this desire will remain a fantasy!.

In an attempt to actualize this project, the Culture Ministry of the Islamic Republic has sent a notice to 590 stores in Azerbaijan to change their names. As a result, 530 stores were obliged to make these alterations. The Turkmens, the Azerbaijani Turks, the Kashghais .. they perfected their mother tongues within the period of thousands of years. This beautiful language has pierced their hearts and became part of their characters.

As Turkmensahra Liberation Organization, we condemn the efforts to put an end to the Turkish language of the Islamic Republic and declare that the Turkish language in this country will survive until the death of the last Turk in Iran.. The Islamic Republic has no other way than destroying the millions of Turkmens, Azerbaijani Turks and Kashghais… in order to attain its aim of eradicating the Turkish language..

Either Turkmen, Azerbaijani Turk or Kashgai, the language is the honor of the entire Turkish nation and this nation will not consent to even a small encroachment on its prosperous linguistic and cultural wealth dating back to thousands of years. The Turkish language, Turkmen, Azerbaijani Turk or Kashgai, will exist as long as the self sacrificing Turkish mothers exist. As long as these mothers live in these territories, their mother tongues will live forever.

سازمان آزادیبخش ترکمن صحرا – تورکمن صحرا آزادلیق قوراماسی

TURKMENSAHRA AZADLYK GURAMASY

TURKMENSAHRA LIBERATION ORGANIZATION

Diktatorların odla oynaması həm özlərini, həm də milləti yandırır

Diktatorların odla oynaması həm özlərini, həm də milləti yandırır



Babək Azəri hüquqçu

Belə deyirlər, qədim zamanlarda bəzi şahlar heç kim onları tanımasın deyə, küçə - bazar adamlarının paltarın geyinib, bir neçə günlük millətin içinə gedərdilər. Bu işdə məqsəd ondan ibarət idi ki, onların sosial, iqtisadi durumun və hökümranlara münasibətini öyrənsinlər. Bu davranış şahlara yardım edirdi ki, ictimaiyyətin gerçəkliklərindən düzgün təsəvvürləri olsun. Hal - hazırda əlaqə texnikası çox inkişaf tapıb. Bunu nəzərə alsaq, belə nəticə çıxarmaq olar ki, dünyanın diktator hakimləri ictimaiyyətin gerçəkləri ilə tanış olmaq üçün yetər ancaq əlaqə texnikasından faydalansınlar. Amma dünyanın müxtəlif yerlərində diktator hakimlərin bioqrafiyasın araşdıranda belə nəticə almaq olur ki, onlar həqiqi dünyada yox, əslində xəyal dünyasında yaşayırlar. Onlarla yaxından əlaqədə olan adamlar, onlara büt kimi pərəstiş edirlər və hər şeyi qaydasında olduğunu göstərmək üçün hakim diktatorlara cəhət verilmiş informasiya çatdırırlar. Əgər bir tənqidi fikir və ya bir etiraz hərəkatı həyata keçə, onu düşmənin sui - qəsd planı kimi təqdim edirlər. Təcrübələr nişan verir ki, uzun zaman bir belə vəziyyətdə olan hakim diktatorların həqiqi dünyadan əlaqələri kəsilib, əslində xəyal aləmində yaşayırlar. Nəhayət ki, hətta özləri də özlərin istisnayi şəxs kimi görürlər. Misal üçün, Səttam Hüseynin məhkəməsində hakim ona xəbərdarlıq edir ki, ancaq özünü müdafiə etsin. Amma, o, axmaqcasına cavab verir: "Səttam Hüseyn o qədər böyükdür ki, Səttam Hüseyni Səttam Hüseynin özü də müdafiə edə bilməz!" Və ya digər bir misalda, İranın son şahı Məhəmmədrza Pəhləvi özünün insandan üstün olduğuna inanırdı. O, İtaliyalı jurnalist Oriyana Falaçıya verdiyi müsahibədə iddia edir ki, ölkənin idarəsi üçün qeyb aləmindən ona məsləhət verirlər. Hətta İranda inqilab olandan sonra, o, məcbur oldu İranı tərk edib, xaricə qaça. Amma bunlara baxmayaraq, o, uzun zaman yaşadığı xəyal dünyasından ayrılmaq istəmirdi. O, bir müsahibəsində belə deyir: "Mən hələ də ümid edirəm ki, İranda baş verən hadisələr bir pis yuxudur və mən tezliklə bu yuxudan ayılacam." İranda baş verən hadisələr pis yuxu deyil, əslində şaha qarşı həyata keçirilən acı həqiqət idi. Nəhayət, o, məcbur oldu bu acı həqiqəti qəbul edib və onun dərdi ilə yaşaya. Məhəmmədrza Pəhləvi xərçəng xəstəliyinə tutulmuşdu, amma bəzi həkimlərin verdiyi məlumata görə, onda olan ruh düşkünlüyü onun ölümünü tezləşdirmişdi. Bundan da əlavə, onun qızı Leyla Pəhləvi 31 yaşında Londonun bir hotelində ruh düşkünlüyü nəticəsində intihar edib, həyatına son qoymuşdu. Qərb mediyasının verdiyi məlumata görə, şahın anası ABŞ - ın Nyu - York şəhərində kimsəsiz, yiyəsiz ölüb, onun dəfni üçün heç kim qabağa düşməmişdi. Elə bu səbəbə görə, şəhərin meri tərəfindən sahibsiz ölü kimi Hartaylənd qəbirstanlığında quyulanmışdır. Şah İranı tərk edəndə hətta atasının uzun müddət torpaq altında qalmış mumyalanmış cəsədin də özü ilə Misirə aparıb basdırmışdı. Çünki inqilab zamanı bəzi ruhanilər onun məzarını ümumi tualetə çevirəcəklərini söyləyirdilər. Inqilab qalib gələləndən sonra Ayətullah Xalxali Rza şahın məqbərəsin ümumi tualetə çevirmişdi. ( Kiş - kişlər olsun, lətifəsi bizdən uzaq! )

İranda inqilab qalib gələndən sonra, çoxları belə fikirdə idilər ki, Məhəmmədrza Pəhləvi xarici ölkələrdə də apardığı pul vasitəsi ilə ömrünün qalanını da şah kimi yaşayacaq. Amma həyat göstərdi ki, o və onun ailəsinin çox acınacaqlı taleyləri oldu. Buna bir sıra ümumi səbəblər var. Bu ümumi səbəblər bais olurlar ölkədən qovulmuş diktator hakimlər xaricdə acı yaşayışları ola.

1.Diktator hakimlərin əlləri hakimiyyətdən kəsiləndən sonra, onlara yaxın olan adamların əksəriyyəti dəyişilib, ona dəstək əvəzi, hətta onu günahkar da çıxarırlar. Çünki onlar heçbir məfkurəyə inanmırlar və əqidə sahibi deyillər. Onlar üçün əsas şəxsi mənfətlərini qorumaqdır. Hakim diktatorun əli qüdrətdən kəsiləndən sonra onu müdafiə etmək onların mənfətləri ilə kəskin təzadlı olur. Bu davranış hakim diktatora keçmişdən pərəstiş edən adamların tərəfindən hakim diktatora çox psixoloji zərbə sayılır.

2.Uzun zaman hakimiyyətdə olan diktatorlar ölkənin milli sərvətlərin talayıb və onu xarici ölkələrə, xüsusən Qərb ölkələrinə köçürürlər. Amma bu iş bu formada deyil ki, öz adlarına bir hesab nömrəsi açıb, pulu ora köçürələr. Bu işi gizli saxlamaq üçün müxtəlif adlarla ticarətin müxtəlif sahələrində pul yatırdırlar və onu da gizli saxlayırlar. Ölkədən qovulandan sonra iddia edirlər ki, milli sərvətdən heç bir şey xaricə çıxartmayıblar. Elə bu səbəb olur ticarət sahəsində onların yerləşdirdikləri pulların çoxu Qərb ölkələrində yeyilir və hakim diktatorlar bununla bağlı heç bir açıqlama verə bilmirlər. Hakimin yenə də xaricə köçən mal - dövlətinin bir böyük hissəsi də mənsub olduğu ölkəsinin şikayəti nəticəsində bu varlıq öz ölkəsinə qaytarılır. Sonda yenə diktator hakim bundan bəhrələnə bilmir. Üst - üstə həyat nişan verir ki, xaricə qovulan diktatorlar oğurladığı pulların çox az bir hissəsindən faydalana bilirlər.

3.Diktator hakimlərə qarşı həyat təhlükəsi bais olur onlar ünvanların gizli saxlayalar və daim polis nəzarəti altında olalar. Elə bu səbəbə görə, onlar vasitəsiz ticarət sahəsində fəal ola bilmirlər. Çox vaxt da məcbur olurlar pulları vasitə ilə işlədələr. O da öz yerində n çox xavtlar onların mal - dövləti heyif olur.

Əlbəttə, xaricə qovulmuş hakim diktatorlara həyatlarının təhlükəsizliyi çox əhəmiyyət daşıyır. Öz həyatların qorumaq üçün hətta ailə üzvləri dünyanın müxtəlif ölkələrinə səpələnirlər və bir adi ailə kimi bir şəhərdə yaşayıb, bir - birləri ilə gəl - ged edə bilmirlər. Misal üçün, Məhəmmədrza Pəhləvi xaricə qaçandan sonra onun ailəsi və qohum - əqrəbəsi dünyanın müxtəlif ölkələrinə dağıldılar, hətta öləndə də müxtəlif ölkələrdə quyulanırlar. Məsələn, şah ölüb Misirdə quyulandı, anası Amerikada və qızı İngiltərə intihar edib, Fransada basdırılıb.

4.Diktatorlar ölkədən sürgün olunandan sonra ölkə daxilində mühakimə olunub, uzun zaman həbsə, ya hətta edama məhkum olunurlar. Rəsmi halda beynalxalq polisə onların cinayətkar olduqları vurğulanır və onları cəzalandırmaq üçün öz ölkəsinə təhvil verilməsi tələb olunur. Bu da bais olur dünyanın çox ölkəsi siyasi və iqtisadi maraqları nəzərə alıb, diktatorlara öz ölkələrində məskunlaşmağa izin verməyələr. Elə bu hesabla qaçqın diktatorların yaşayacağı ölkəni seçməkdə əlləri açıq deyil. Hətta əksər hallarda özləri istəmədən müəyyən bir ölkədə yaşamağa məcbur olurlar. Misal üçün, Etopiyanın keçmiş diktatoru Mengistu Haile Mariam ölkəsini tərk edəndən sonra, ancaq Zimvabedə ona yaşamaq mümükün oldu. 2007 - ci ildə, o, özü hazır olmadan Etopiyada mühakimə olunub və ömrüboyu həbsə məhkum olundu. Amma 2008 - ci ildə bu hökm məhkəmə tərəfindən edam cəzasına çevrildi. Bildiyimiz kimi Zimvabede Rabert Muqabe hakimdir, amma milli demokrat qüvvələrin rəhbəri xatırladıb ki, Mengistu Haile Mariamın burada yaşamağından razı deyil və əgər onlar hakimiyyətə gəlsələr, Etopiyanın sabiq diktatoru gərək ki, Zimvabeni tərk etsin. Bu söz o mənadadır ki, o, öz ölkəsinə təhvil veriləcək və edam olunacaq. Yuxarıda qeyd etdiyim səbəblərə görə, qaçqın diktatorlar oğurladığı pullardan istədikləri kimi faydalana bilmirlər. Azərbaycanlılar arasında bir məşhur söz var, deyərlər: "Qızıldan teştin olsun, amma onun içinə qan qusdun, bu qızılın nə faydası?" Diktatorlar öz davranışları ilə millətin qəzəbinə düçar olub, özlərinin və ailələrinin acı taleyinə bais olurlar. Amma faciə heç də bununla sona çatmır, onların uzun zaman hökm sürdüyü yerlərdə bir növ milli ruh düşkünlüyü yaranır. Tamam təcrübələr nişan verir ki, bir məmləkətdə ki uzun müddət nifrət və intiqam siyasətin əsil canı olanda, belə təhlükə var siyasətdə milli deproşiona, yəni milli kədərə səbəb ola. İnsan öz qabiliyyətinə fərd kimi və birlikdə millətin qabiliyyətinə şübhələnə. Bu halın ifadəsi milli deproşion adlanır və özünü ən çox bu fikirlərdə göstərir : " Bizim ləyaqətimiz elə bu hakimiyyətdir", "Bizim əlimizdən bundan artıq gəlməz", "Biz heç zaman azadlıq üzü görməyəcəyik" və s. Və bəzən də onu öz gücünə inandırmağa çalışanda, bundan artığına layiq olduğunu deyəndə və ona çata biləcəyini söyləyəndə sənə sual verir: "Bizi Avropa ilə bir edirsən ? " Bu yerdə bu cümlənin işlənməsinə mən heç də təccüb etmirəm. Çünki millət içindən qırılıb.

İndi Afrikanın bəzi ölkələrində uzun müddət siyasəti intiqamla, nifrətlə təcrübə edən və uzun müddət vətəndaş savaşına şahid olan millət, milli depreoşondan çıxa bilmir və hətta bəzi bu ölkələrdə deproşion səbəb olub mədəni ictimaiyyətin çağdaş nişanələri bu ictimaiyyətdə məhv ola və onun mədəni strukturunu dağıdıb XV əsrin normaları ilə feodalalizm qayda - qanunu ilə idarə oluna.

Gəlin, tarixdən dərs alaq. Unutmayaq ki, tarix təkcə fakt deyil, həm də dərsdir!



İran islam inqilabi ərəfəsində Rza şahın mumyalanmış cəsədi Misrə aparılmışdı. Çünki onun məqbərəsinin ümumi tualetə çevrilmə təhlükəsi vardı.



Məmmədrza Pəhləvi və atası Rza şahla birgə xoş günlərindən bir görüntü



Məhəmmədrza Pəhləvinin ən kiçik övladı Leyla Pəhləvi 31 yaşında Londonda intihar edib və Fransada dəfin olunmuşdur.



Məhəmmədrza Pəhləvinin anası kimsəsiz ölüm, yiyəsizlərin qəbirstanlığında dəfin olunmuşdur.
azadtribun

İsrail hücuma keçdi: 40 ölü, 70-dən çox yaralı

İsrail hücuma keçdi: 40 ölü, 70-dən çox yaralı


Hava hücumunda 30-dan artıq raket atılıb

Bu gün səhər saatlarında İsrail Qəzza bölgəsinə hava hücumu keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail Hava Qüvvələri hücum zamanı 30-dan artıq raket atıblar. HƏMAS-a məxsus obyektlərin hədəfə alındığı hücumda çox sayda insan tələfatı olduğu bildirilir. HƏMAS yetkililəri bildiriblər ki, azı 40 nəfər ölüb, 70-dən artıq yaralı var.

LENT.AZ

Təbriz şəhərində baş verən partlayış nəticəsində iki nəfər ölüb

Təbriz şəhərində baş verən partlayış nəticəsində iki nəfər ölüb


Təbriz şəhərində baş verən partlayış zamanı bir ailənin iki üzvü həlak olub, ikimərtəbəli bina tamamilə dağılıb. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Təbriz şəhər yanğınsöndürmə idarəsinin məlumatına əsasən, hadisə şənbə günü səhər saatlarında Təbrizin İmamiyyə xiyabanı yaxınlığındakı ikimərtəbəli binada baş verib. Hadisə yerinə Təbriz şəhər yanğınsöndürmə idarəsinin 1 və 4-cü bölmələri göndərilib. Yataq otağında qaz sızmasından baş vermiş partlayişda 26 yaşlı Nadir və həyat yoldaşı 18 yaşlı Səmira həlak olublar.

Hadisə nəticəsində qonşu binaya və yaxınlıqdakı üç avtomobilə ziyan dəyib.trend

GÜNEY AZƏRBAYCANIN SOSİAL DURUMUNA QISA BAXIŞ

GÜNEY AZƏRBAYCANIN SOSİAL DURUMUNA QISA BAXIŞ
İran rəhbərliyi üçün qanun məşğuliyyət olaraq qalmaqdadır
S.SƏDRƏDDİN


İran hakimiyyətinin insanlara verdiyi boş vədlərə etiraz artmaqdadır. İslam Respublikası rəhbərliyi inadından dönməyərək ölkə vətəndaşlarını çörəklə imtahana çəkir. Bu özünü Güney Azərbaycanda daha aydın göstərməkdədir.
"Azadtribun"da "Güneydən xəbərlər" başlıqlı xəbərlərdə də bundan bəhs edilir.

"HİZBULLAH"çı DA HAKİMİYYƏTDƏN GİLEYLƏNİR

Tehran hakimiyyətinin vuran qollarından biri də "Ənsari-hizbullah" adlı basqı qrupudur. İş o yerə çatıb ki, bu dəstənin təmsilçisi də Güney Azərbaycandakı sosial vəziyyətin ağırlığından şikayət edir. "Ənsari-hizbullah"ın Təbrizdəki təmsilçisinin Şərqi Azərbaycan valisinə ünvanladığı müraciətdə deyilir: "Hər nə olursa olsun, bu məktubu sizə yazıram. Ümid edirəm ki, bunun təsiri olacaq və bu vasitə ilə mən imam Xomeyninin xəttinə, rəhbərə xidmət etmiş oluram.
Cənab vali, mən sizə haradan yazım? Mən sizə şəhərin kənarında gecəqondu evlərdə göz yaşı içində gecəni səhərə çıxan, ədalət kəlməsini ac qarına tərcümə edən balaca uşaqlardan yazıram. Ayrı-seçkilik şallağının altında işsiz qalaraq utanıb ölüm arzulayan gənclərdən yazıram. Bilmirəm, bəlkə dövlətin fabrik və zavodlarını idarə edən ədalətsiz, cinayətkar rəhbərlərdən söz açım?
Cənab vali, yumurta, kartof, ət, yağ, meyvə-tərəvəz və başqa məhsulların qiymətindən xəbəriniz varmı? Amma bunlardan xəbərdar olsanız, yaxşı olar.
Televiziyada ərzaq malları reklamları yayılır. Bu zaman pulsuzluqdan ataların üzləri qızarır. Millətə təriflənən ədalət budurmu? Bu ədalət nəticəsində xalqın inqilaba, ruhanilərə və islama münasibəti bədbinləşib. Əmin olun ki, siz bu məktubu oxuyanda şəhərin kənarında yaşayan yoxsul ailələrin uşaqları bilmirlər aclığa dözsünlər, yoxsa qışın soyuğuna".
Təbii qazı ilə dünyanı özünə cəlb etmək istəyən Tehran hakimiyyəti ölkə əhalisini "mavi yanacaq"la bu qış da təmin edə bilmir. Bu günlərdə Ərdəbil əyalətinə yağan qar və şaxtalı hava bölgə əhalisinin yanacaq sarıdan korluq çəkməsinə səbəb olub. Belə bir şəraitdə Meşgin şəhərində də təbii qaz kəsilib. Hakimiyyət təmsilçiləri bunun səbəbini əhalinin bu yanacaqdan çox istifadə etməsi ilə əlaqələndirirlər. Ancaq İslam Respublikasının təmsilçiləri bu il ölkənin soyuq bölgələrində təbii qazın verilməsində fasilələrin yaranmayacağına boyun olmuşdular.
Bu kimi faktlar onu göstərir ki, Tehran hakimiyyəti vətəndaşlara verdiyi sözə əməl etməmək ənənəsini davam etdirməkdədir. Belə bir vəziyyətdə olan İslam Respublikası rəhbərliyi insanların ağır sosial durumundan bir toplumu aşağılamaq üçün yararlanır.

GƏNC AİLƏNİN AĞIR HƏYATINDAN TEHRAN YARARLANIR

"Baybak"ın yaydığı xəbər ölkə televiziyasında nümayiş etdirilən bir film barədədir: "İrqçi Tehran hakimiyyətinin yürütdüyü ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycan ağır iqtisadi durumdadır. Bu isə milyonlarla azərbaycanlının dədə-baba yurdlarını tərk edərək iş dalınca farsdilli adlanan bölgələrə köçməsinə səbəb olur. Bu günlərdə İranda yayımlanan filmlərdən birində çörək pulu qazanmaq ardınca başqa əyalətə köçmüş gənc azərbaycanlı ailəsindən bəhs edilir.
3 nəfərdən ibarət olan bu ailə Kirman yaxınlığındakı Kiyanşəhərə köçüb. Orada onlar mağaraya oxşar bir ev düzəldib ac-yalavac yaşayırlar. Bu dərd azmış kimi, həmin "ev"in yanından keçən farslar onları lağa qoyurlar: "Niyavaran (Tehran yaxınlığında varlıların yaşadığı ərazi, burada şahın sarayı da olub - S.S.) qəsrinə bax!" Filmdə göstərilir ki, həmin ailəni təhqir etmək istəyənlər onlara farsca "qaraçı" da söyləyirlər".
Bunu yerli mütəxəssislər belə dəyərləndirirlər: "Güney Azərbaycan türkləri ilə bağlı bu sayaq filmləri nümayiş etdirməkdə hakimiyyətin niyyəti heç də mövcud sosial problemi araşdırmaq və onu həll etmək deyil. Əslində bu yolla hakimiyyət çalışır ki, ölkə vətəndaşlarının ürəyində rəhm hissini artırsın və rejimə bağlı xeyriyyə qurumlarının hesabına pul köçürülsün.
Ölkə rəhbərliyi bir güllə ilə dörd hədəfə yetişir:
- Azərbaycan türklərini iqtisadi cəhətdən də ayrı-seçkiliyə məruz qoyaraq onları davamlı surətdə çörəyə möhtac edir və yeməklə imtahana çəkir;
- Onları televiziyada bu şəkildə göstərir, ağlayıb-sızlamağa məcbur edir;
- Azərbaycan türklərinin insani və milli qürurlarını bu yolla sındırır;
- Bu vəziyyətdən yararlanan Tehran insanların mərhəmət hissi hesabına varlanır".

AZƏRBAYCANA GƏLƏNDƏ PUL TAPILMIR

İslam Respublikasının rəhbərliyi Güney Azərbaycan ərazisində bir sıra layihələri maliyyə çatışmazlığı ucbatından dayandırıb. Ancaq bunu farsdilli sayılan bölgələrə şamil etmir.
İRİB agentliyinin yaydığı xəbərə görə, yaxın günlərdə Şiraz tərəfdən dəmir yolunun tikintisinə başlanılacaq. 650 km uzunluğunda olacaq bu yol Şiraz - Buşəhr - Asaluyə marşrutudur.
Fars əyalətinin başçısı Məhəmmədrza Rzazadə jurnalistlərə bildirib ki, ilkin mərhələdə dəmir yolunun tikintisinə 850 milyon dollar kredit ayrılacaq. Onun sözlərinə görə, əldə edilmiş razılığa əsasən, xərclərin 50 faizini İranın neft şirkəti öz boynuna götürüb.
Adıçəkilən layihə başlanğıcını Şiraz - İsfahan dəmiryolundan, Məvrdəştdən götürəcək, sonra Şirazın Maharlu gölünün qərbi ilə Firuzabaddan keçərək Ehrama, Buşəhr əyalətinə doğru davam edəcək.
Əyalət başçısının dediyinə görə, Şiraz - Buşəhr - Asaluyə dəmir yolunun tikintisi Fars əyalətinin inkişafı üçün atılan daha bir vacib addımdır.
İran hakimiyyətinin təmsilçiləri çətinə düşdükdə Güney Azərbaycan şəhərlərinə səfərlər edir, yerli əhaliyə çeşidli vədlər verərək özlərini Azərbaycan türklərinə doğma göstərməyə çalışırlar.
Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü ildönümü ərəfəsində Təbrizə səfər etmiş İran prezidenti Mahmud Əhmədinijatın çıxışlarında da bu özünü göstərib. O, türkcə danışıb, təbrizlilərə Azərbaycanı vəsf edən şeiri əzbər deyərək bildirib ki, İslam Respublikasının əsas siyasəti milli (İran milləti nəzərdə tutulur - S.S.) və islami birliyi qorumaq, xalq arasında qardaşlığı, vəhdəti, sevgini möhkəmləndirməkdir. "Azərbaycanlılar və türklər bizim qardaşlarımız, dindaşlarımızdır. Bizim aramızı heç bir qüvvə vura bilməz", - deyə İranın hökumət başçısı bəyan edib. Azərbaycan türklərinin İran tarixindəki rolundan danışan Əhmədinijat bunları söyləyib: "Bu yurdun qeyrətli və hər sahədə qabaqcıl insanları ölkəmizin başucalığı uğrunda çox dəyərli xidmətlər göstəriblər. Qəhrəmanlıq dolu bu xidmət, xatirələr heç vaxt unudulmayacaq. İran Azərbaycan xalqı ilə fəxr edir".
Hökumət başçısı azərbaycanlıların İran - İraq savaşında qəhrəmanlığını, ölkə həyatının çeşidli sahələrində, eləcə də elm, mədəniyyət, sənaye və başqa sahələrdəki qabaqcıllığını alqışlayıb.
Amma baş verənlər bunun əksini, yəni Tehran hakimiyyətinin Güney Azərbaycana, o cümlədən Təbrizə ögey münasibət bəslədiyini sübut etməkdədir. Bunu aşağıda nəzərinizə çatdıracağımız məlumatlar da təsdiqləyir.
Uzun sürən fasilədən sonra İslam Respublikası Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığında yerləşən eyniadlı gölün üzərindən körpü açıldığını elan etdi. Ancaq onun bu təntənəsi çox çəkmədi.
"Baybak"ın məlumatına görə, Danimarkanın "COWI" şirkəti Urmiya gölünün üstündə körpü tikintisinin monitorinqini aparıb. Şirkət körpünün standartlara cavab vermədiyini bəyan edib. Qurum İran hakimiyyətinin müvafiq məsul şəxslərinə tikintinin düzgün aparılmaması ilə bağlı etirazını bildirib. Şirkət körpünün dayaqlarının təhlükəli olduğunu İslam Respublikası təmsilçilərinə çatdırıb. Ancaq Güney Azərbaycandakı bütün işlərə dırnaqarası baxan hakimiyyət danimarkalıların rəyini nəzərə almayıb. Ona görə də şirkət bölgəni tərk edərək məsuliyyətin İran rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Yerli müşahidəçilər və mütəxəssislər də körpünün standartlara uyğun aparılmadığını, habelə keyfiyyətsiz betonun duzlu suya davam gətirməyəcəyini, istifadə olunan metal məhsullarının çürük olduğunu söyləyiblər. Onların fikrincə, körpünün bir hissəsi istismara verilsə də, bu iş yarımçıqdır. Bu suüstü yol keçidinin istismara verilməsini İran prezidenti Mahmud Əhmədinijat çəkinmədən "zəfər" adlandırıb. Mənbənin məlumatına əsasən, bu körpünün tikintisi üçün 30 il öncə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Ancaq ötən illər ərzində həmin maliyyə vəsaiti yarımçıq qalmış başqa işlərə xərclənib. Halbuki hakimiyyət Qərbi Azərbaycan əyalətinin əhalisinə körpünün 23 ilə təhvil veriləcəyini boyun olmuşdu.
Xatırladaq ki, ötən ayın ortalarında hakimiyyət bu su hövzəsinin üzərində "iri körpünün inşasının başa çatması" barədə məlumat yayıb. İran mənbələrinin bildirdiyinə görə, bu tikilinin uzunluğu 2276 metr olacaq. Bu körpü Təbrizlə Urmiya arasındakı 245 km-lik məsafəni 120-yə qədər endirəcək. İranın yol və nəqliyyat naziri Həmid Bəhbəhaninin sözlərinə görə, tikilinin başa çatdırılması üçün əlavə olaraq 20 milyon dollar kredit lazımdır.
Xatırladaq ki, hələ 2005-ci ilin dekabrında Təbriz - Urmiya şosesi layihəsinin rəhbəri Mahmud Nəvidi bu tikinti obyektində, o cümlədən Urmiya gölünün üzərindən inşa olunacaq körpüdə işlərin gedişatı ilə maraqlanmaq üçün ərazidə olmuş və demişdi ki, layihə çərçivəsində indiyədək 49,5 milyon dollar xərclənib, layihənin 40 faizi yerinə yetirilib və bütövlükdə işlərin başa çatması üçün 115,6 milyon dollara yaxın vəsait lazımdır. M.Nəvidi qeyd etmişdi ki, son zamanlar layihənin gerçəkləşməsi maliyyə vəsaitinin çatışmazlığı ucbatından dayanmışdı.
Bununla bağlı Qərbi Azərbaycan əyaləti icra başçısı ölkə prezidentinə bu vacib nəqliyyat layihəsinin maliyyə probleminin həlli barədə müraciət edib. Onun sözlərinə görə, prezident Mahmud Əhmədinijat işlərin qısa müddətdə başa çatması üçün lazımi vəsaitin ayrılması haqda göstəriş verib. M.Nəvidinin o zaman dediyinə görə, bu layihə 2007-ci ilin martınadək hazır olmalıdır və layihənin başa çatması üçün 66 milyon dollar ayrılıb.
M.Nəvidi demişdi ki, tikinti işləri sürətlə gedir. Tikintinin sürətləndirilməsi üçün yol beş sahayə ayrılıb. Ən vacib sahə Urmiya gölünün üzərində tikiləcək körpüdür. Hazırda burada daxili beton dayaqların quraşdırılması işi gedir. Tikinti işləri başa çatdıqdan sonra həmin yolla 17 minə yaxın avtomobil hərəkət edəcək.
Bu tikintinin iqtisadi cəhətdən önəmi böyükdür. Adıçəkilən marşrutda layihə işləri başa çatdıqdan sonra Qərbi Azərbaycanla Şərqi Azərbaycanı birləşdirən, başqa sözlə, Urmiya ilə Təbriz arasındakı yolun uzunluğu 260 km-dən 121 km-dək qısalacaq.
Mütəxəssislərin dəyərləndirməsinə görə, 15 illik istismar müddəti ərzində bu yol 303 milyon dollarlıq yanacağın qənaətinə səbəb olacaq.
Bu sahə ilə məşğul olan yerli icraçıların bildirdiyinə əsasən, həmin layihələr maliyyə çatışmazlığı ucbatından tikilib başa çatmır. Təbriz - Urmiya arasındakı yol layihəsi də uzun illərdir öz həllini gözləyirdi. Danimarkalı mütəxəssislərin rəyi isə Tehran hakimiyyətinin "zəfər" adlandırığı işin keyfiyyətini göstərdi.
Başqa bir xəbərdə isə bildirilib ki, Hicri-Günəş təqvimi ilə ilin 9 ayı ötəndən sonra Güney Azərbaycanın Ərdəbil əyalətində həyata keçirilən layihələrin çoxu dayandırılıb. Yaxud onların birdəfəlik ləğv olunması təhlükəsi var.
"Baybak"ın məlumatına görə, bu layihələri məhrumiyyət içində olan Ərdəbil əyalətinə Əhmədinijat hökumətinin "hədiyyəsi" də adlandırırdılar. Ancaq təəssüflər olsun ki, Miyana - Ərdəbil dəmir yolu, Biləsuvarda neft hasilatı, Xalxalda sement zavodunun bərpası və s. layihələr dayandırılıb. Bu layihələrə ayrılan maliyyə vəsaitinin azlığı və həmin planları həyata keçirən şirkətlərin tələblərinin ödənilməməsi işlərin dayandırılmasına səbəb olub. Bu, Ərdəbildəki neft-kimya zavodunun tikintisi layihəsinin də gerçəkləşməsinin üzərinə kölgə salıb. Halbuki Əhmədinijat hökuməti bununla bağlı geniş təbliğat kampaniyası aparmışdı. Həmin planın həyata keçməsi üçün 50 milyon dollar məbləğində maliyyə vəsaitinin ayrıldığı bildirilirdi. Bundan başqa orada 4 il ərzində 100 nəfərin çalışacağı planlaşdırılmışdı. Amma bu təbliğatın qarşılığında zavodun tikintisinə 3 milyon dollar ayrılıb.
Ərdəbil şəhərində yerləşən, Orta Şərqdəki iri parça fabriklərindən biri sayılan "Savalan" adlı müəssisə də artıq müflisləşib. Bu fabrikdə çalışan mindən çox işçi işsiz qalma təhlükəsi ilə üz-üzədir. Onlar gələcək talelərindən narahatdır. "Savalan"da çalışan işçilərdən biri İRNA xəbər agentliyinə bunları deyib: "Təcrübələr göstərir ki, bir fabrik müflisləşəndə oranın rəhbərliyindən qanun əsasında heç nə tələb etmək olmur. Bu isə işçilərin haqqının tapdanması ilə nəticələnir".
Məlumata görə, "Savalan" fabrikinin bu ağır vəziyyətə düşməsinə səbəb hakimiyyətin son zamanlar Çindən həddən artıq və ucuz parça almasıdır. Bununla yanaşı, ölkə rəhbərliyi fabrikin müflisləşməsinin qarşısını almaqdan ötrü bir iş görmür.ayna

26 Aralık 2008 Cuma

İranlı Sürgünlere Iraktan Sınır Dışı

İranlı Sürgünlere Iraktan Sınır Dışı



IRAK hükümeti, Başbakan Nuri el Maliki’nin İran ziyaretinden günler önce, Tahran’a muhalif Halkın Mücahitleri örgütüne bağlı olan ve Bağdat’ta sürgün hayatı yaşayan mültecileri sınırdışı etmeye hazırlanıyor.
IRAK hükümeti, Başbakan Nuri el Maliki’nin İran ziyaretinden günler önce, Tahran’a muhalif Halkın Mücahitleri örgütüne bağlı olan ve Bağdat’ta sürgün hayatı yaşayan mültecileri sınırdışı etmeye hazırlanıyor.

Irak Ulusal Güvenlik Danışmanı Muvaffak el Rubayi, Bağdat’ın 70 km kuzeyindeki Eşref Kampı’nın kapatılacağını ve 20 yıldır burada yaşayan 3 bin 500 İranlı mültecinin sınırdışı edileceğini açıkladı. Hiçbir ülkenin sığınma hakkı vermediği mülteciler, İran’a iade edilmeleri durumunda ölüm cezasına çarptırılacak. Halkın Mücahitleri, bu ay başında AB’nin terör örgütleri listesinden çıkarılmıştı. (DHA)

Qubadakı kütləvi məzarlıqda çatlar əmələ gəlib

Qubadakı kütləvi məzarlıqda çatlar əmələ gəlib

Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqrımı üzrə ekspedisiya qrupu yenidən əraziyə qayıdıb

Qubada tapılmış kütləvi insan məzarlığında artıq xırda çatlar əmələ gəlib. Bunu ANS PRESS-in bölgə müxbirinə açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqrımı üzrə ekspedisiyasının rəhbəri Qəhraman Ağayev deyib. Onun sözlərinə görə, bu barədə instituta məlumat veriləndən sonra ekspedisiya qrupu yenidən əraziyə gəlib. Qəhraman Ağayev məzarlığın sürüşmə təhlükəsi ilə üzləşdiyini bildirib. O qeyd edib ki, tez zamanda məzarlığın cənub hissəsindən arx çəkilməlidir. Artıq icra hakimiyyətinə də bu barədə məlumat verilib.
Quba rayon icra başçısının birinci müavini Yusif Abidov isə ANS PRESS-ə açıqlamasında sabahdan başlayaraq arx çəkilməsi prosesinə start veriləcəyini deyib. «Biz burada şüşə muzeyin yaradılmasında da maraqlıyıq. Layihə üzərində işlər gedir».

Qeyd edək ki, Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıqda aparılan uzunmüddətli qazıntı-tədqiqat işləri başa çatıb və ərazidə şüşə muzey yaradılmalıdır.

Xatırladaq ki, 1918-ci ildə Quba sakinlərinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirilərək kütləvi surətdə basdırıldığı bu ərazi 2007-ci ilin aprel ayında təsadüf nəticəsində aşkarlanıb və həmin vaxtdan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri kütləvi məzarlıqda arxeoloji tədqiqatlara başlayıb. Məzarlıqdan 211 insan kəlləsi aşkar edilib. Onlardan 48-i uşaq, 10-12-si qadın, qalanları yaşlı kişilərin kəllələridir. Ümumi sahəsi 514 kvadratmetr olan məzarlığın 494 kvadratmetr sahəsi işlənilib. 20 kvadratmetr sahə isə gələcəkdə buranı ziyarət edəcək beynəlxalq təmsilçilərə əyani soyqırım faktı kimi göstərmək üçün işlənilməmiş saxlanılıb.

/ANS PRESS/

تبریزده داها بیر حرکات‌چی یوخا چیخیب

تبریزده داها بیر حرکات‌چی یوخا چیخیب
<یمگ سرج="هتتپ://www.voanews.جوم/ازئربایژانی/یماگئس/وئهید-سهیخبئی‌لی.ژپگ">
وئهید سهیخبئی‌لی
ایران‌داکی قئیری-رسمی منبع‌لر داها بیر آذربایجان‌لی فالین یوخا چیخماسی باره‌ده معلومات یاییب‌لار. یئرلی منبع‌لرین بیلدیریلدیگینه گؤره، تبریزین اؤزل اونیوئرسیتئتینده فالیت گؤسترن “آرمان” طلبه تشکیلاتینین مرکزی شوراسینین عضوو وحید شیخبی‌لی ناملوم شخص‌لر طرفین‌دن اوغورلانیب. “یورد” وئب صحیفه‌سی ادعا ائدیر کی، دئکابرین 24-ده بیر نئچه شخص جناب شیخبی‌لی‌نین تبریزدکی ائوینه مراجعت ائدیب‌لر. اؤزلرینی آدی وطنداش‌لار کیمی قلمه وئرن همین شخص‌لر قاپینی وورا‌راق حرکات‌چی‌دان ائوین قاباغیندا ساخلادیغی آوتوموبی‌لی‌نین یئرینی دییشدیرمیی خاهیش ائدیب‌لر. ائودن چیخان وحید بیر داها ائوه قاییتماییب. همین منبع‌لر وحیدین عائله‌سینه ایستینا‌دن هرکاتچینین ناملوم مقصدله آپاریلدیغینی و بو آنادک حاقیندا هر-هانسی معلومات اولمادیغینی بیلدیریر. تبریزلی فا‌لی قاپییا چاغیران آدام‌لارین ائتتئلاات امکداش‌لاری اولدوق‌لاری گومان ائدیلیر. وحید شخبی‌لی 2006-جی ایلین مای عصیان‌لاری زامانی تهلوکه‌سیزلیک اورقان‌لارینین امکداش‌لاری طرفین‌دن هبس ائدیله‌رک، 50 گون مدتینه ائتتئلااتین قاپا‌لی رئژیم‌لی تجریدخاناسیندا ساخلاندیق‌دان سونرا زامینه بوراخیلمیشدی. آردینجا ایسه تبریزین ایسلام اینقیلابی محکمه‌سی اونا 91 گونلوک شرطی هبس جزاسی وئرمیشدی.
بو آرادا، بیر آی اول هبس اولونان آذربایجان‌لی یازار مهممدرزا لوای‌نین اورک چاتیشمازلیغین‌دان اذیت چکدیگی نظره آلینا‌راق زامینه بوراخیلدیغی باره‌ده معلومات‌لار یاییلیب. او و حاضردا هبسده اولان ژورنالیست شاهناز قولامی 2 آی اؤنجه ماشین قزاسی نتیجه‌سینده حیاتینی ایتیرن حرکات فال‌لارین‌دان قولمرزا امانی و اونون 2 قارداشینین اؤلوم حادثه‌سی‌نین موستقیل آراشدیریلماسینا چاغیران مقالا‌لرله چیخیش ائتمیشدی‌لر.
حال-حاضردا تبریزین اومومی رئژیم‌لی هبس‌خاناسیندا آدی جینایتکارلارلا بیرلیکده ساخلانیلان شاهناز قولامی‌نین ایسه قانون‌سوز هبسینه و ساخلانما شرایطی‌نین دؤزولمزلیگینه قارشی اعتراض الامتی اولا‌راق آجلیق آکسییاسی کئچیردیگی و بونا گؤره سههتی‌نین پیسلشدیگی بیلدیریلیر. شاهناز قولامی تنقیدی یازی‌لارینا گؤره تبریزین ایسلام اینقیلابی محکمه‌سی طرفین‌دن 6 آی هبسه محکوم ائدیلیب.

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək



“Azərbaycanda turizmə dair Dövlət Proqramının qəbul olunmaması bizi narahat edən əsas məsələlərdən biridir. Bu məsələ bugünkü kollegiyada müzakirə olunacaq. Azərbaycan bu gün turizm sahəsində çox böyük sürətlə inkişaf edir. Bir neçə ildən sonra turizm sahəsi qeyri-enerji sektorunda özünəməxsus ciddi yer tutacaq”.

Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bütün bu kimi məsələlərin həll olunması üçün bir sıra addımlar atılacaq: “Ən əsas məsələ ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan paytaxtı Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bu tədbir çərçivəsində fevralın ortalarından etibarən bir il müddətində müxtəlif beynəlxalq proqramların keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, il çox maraqlı, zəngin olacaq və mədəniyyət sahəsində irəliləyişlərin həyata keçməsinə əsas verəcək”.

Nazir onu da deyib ki, 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumatlar Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yanvarın 1-dən etibarən nazirliyin rəsmi internet saytında yerləşdiriləcək.

Ə. Qarayevin sözlərinə görə, İslam Mədəniyyəti Paytaxtı İlinin açılış mərasimi 2009-cu ilin fevralın 18-i və 19-da Heydər Əliyev Sarayında keçiriləcək. İki günlük açılış mərasimində müxtəlif ölkələrin nümayəndələri üçün konsert proqramı təşkil olunacaq.

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək



“Azərbaycanda turizmə dair Dövlət Proqramının qəbul olunmaması bizi narahat edən əsas məsələlərdən biridir. Bu məsələ bugünkü kollegiyada müzakirə olunacaq. Azərbaycan bu gün turizm sahəsində çox böyük sürətlə inkişaf edir. Bir neçə ildən sonra turizm sahəsi qeyri-enerji sektorunda özünəməxsus ciddi yer tutacaq”.

Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bütün bu kimi məsələlərin həll olunması üçün bir sıra addımlar atılacaq: “Ən əsas məsələ ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan paytaxtı Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bu tədbir çərçivəsində fevralın ortalarından etibarən bir il müddətində müxtəlif beynəlxalq proqramların keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, il çox maraqlı, zəngin olacaq və mədəniyyət sahəsində irəliləyişlərin həyata keçməsinə əsas verəcək”.

Nazir onu da deyib ki, 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumatlar Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yanvarın 1-dən etibarən nazirliyin rəsmi internet saytında yerləşdiriləcək.

Ə. Qarayevin sözlərinə görə, İslam Mədəniyyəti Paytaxtı İlinin açılış mərasimi 2009-cu ilin fevralın 18-i və 19-da Heydər Əliyev Sarayında keçiriləcək. İki günlük açılış mərasimində müxtəlif ölkələrin nümayəndələri üçün konsert proqramı təşkil olunacaq.