Qubadakı kütləvi məzarlıqda çatlar əmələ gəlib
Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqrımı üzrə ekspedisiya qrupu yenidən əraziyə qayıdıb
Qubada tapılmış kütləvi insan məzarlığında artıq xırda çatlar əmələ gəlib. Bunu ANS PRESS-in bölgə müxbirinə açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqrımı üzrə ekspedisiyasının rəhbəri Qəhraman Ağayev deyib. Onun sözlərinə görə, bu barədə instituta məlumat veriləndən sonra ekspedisiya qrupu yenidən əraziyə gəlib. Qəhraman Ağayev məzarlığın sürüşmə təhlükəsi ilə üzləşdiyini bildirib. O qeyd edib ki, tez zamanda məzarlığın cənub hissəsindən arx çəkilməlidir. Artıq icra hakimiyyətinə də bu barədə məlumat verilib.
Quba rayon icra başçısının birinci müavini Yusif Abidov isə ANS PRESS-ə açıqlamasında sabahdan başlayaraq arx çəkilməsi prosesinə start veriləcəyini deyib. «Biz burada şüşə muzeyin yaradılmasında da maraqlıyıq. Layihə üzərində işlər gedir».
Qeyd edək ki, Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıqda aparılan uzunmüddətli qazıntı-tədqiqat işləri başa çatıb və ərazidə şüşə muzey yaradılmalıdır.
Xatırladaq ki, 1918-ci ildə Quba sakinlərinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirilərək kütləvi surətdə basdırıldığı bu ərazi 2007-ci ilin aprel ayında təsadüf nəticəsində aşkarlanıb və həmin vaxtdan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri kütləvi məzarlıqda arxeoloji tədqiqatlara başlayıb. Məzarlıqdan 211 insan kəlləsi aşkar edilib. Onlardan 48-i uşaq, 10-12-si qadın, qalanları yaşlı kişilərin kəllələridir. Ümumi sahəsi 514 kvadratmetr olan məzarlığın 494 kvadratmetr sahəsi işlənilib. 20 kvadratmetr sahə isə gələcəkdə buranı ziyarət edəcək beynəlxalq təmsilçilərə əyani soyqırım faktı kimi göstərmək üçün işlənilməmiş saxlanılıb.
/ANS PRESS/
26 Aralık 2008 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder