ABŞ PREZİDENTİNİN ŞƏKLİNİ və MÜQƏVVASINI AYAQQABI YAIĞIŞINA TUTUBLAR
Dekabrın 24-də Tehranın Şahid Universitetində ABŞ prezidenti Corc Buşun şəklinə, ölkənin paytaxtdakı keçmiş səfirliyi qarşısında isə müqəvvasına ayaqqabı tolazlama yarışları keçirilib.
«Media forum» saytının məlumatına görə, dekabrın 11-də ayaqqabılarını ABŞ prezidentinə tolazlayan iraqlı jurnalist Müntəzir əl-Zeydiyə dəstək məqsədi ilə keçirilən yarışda Şahid Unversitetinin 100 tələbəsi iştirak edib. Ayaqqabılarını daha yaxşı tolazlayıb hədəfi vuran yarış iştirakçıları mükafatlandırılıb.
ABŞ-ın Tehrandakı keçmiş səfirliyi qarşısında C.Buşun müqəvvasına qarşı ayaqqabı tolazlama yarışına isə İran-İraq müharibəsində həlak olmuş əsgərlərin ailə üzvləri və «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının üzvü olan tələbələr qatılıb.
Şahid Universitetində də əsasən İran-İraq müharibəsində şəhid kimi tanınan əsgərlərin uşaqları təhsil alır. Şəhid ailələrinin uşaqları bu universitetə imtahansız qəbul olunur.
Tehranın Şahid Universiteti
ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısı
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder