MAHMUD ƏHMƏDİNEJAD SON 3 İLDƏ ONA QARŞI 40 MİN YALAN DANIŞILDIĞINI DEYİB
Dekabrın 25-də Qum şəhərində ruhanilər qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad hakimiyyət daxilindəki müxaliflərinin son üç ildə ona və hökumətinə qarşı 40 min yalan danışdıqlarını bildirib.
«Media forum» saytının məlumatına görə, hökumətinin tənqidçilərini kəskin pisləyən Əhmədinejad müxaliflərinin ona böhtan atdıqlarını bildirib. İran prezidenti müxaliflərinin onun ölkənin Valyuta Ehtiyat Fondundan qanunsuz olaraq milyardlarla dollar götürdüyü barədəki iddiasını da əsassız ittiham adlandırıb: «Bu şəxslər bilməlidir ki, ölkədə heç kəs bircə dolları da qanunsuz yerbəyer edə bilməz. Məgər kimsə ölkə xəzinəsindən bircə rial götürə bilərmi?»
Bir neçə gün əvvəl prezident Məhəmməd Xatəmi hökumətində Müdriyyət və Proqramlaşdırma Təşkilatının rəhbəri olmuş Məhəmməd Səttarifər jurnalistlərə açıqlamasında ölkənin Valyuta Ehtiyatı Fondundan 65 milyard dolların yoxa çıxdığını demişdi: «Bu pulun başına nə gəlib, o hara xərclənib və nəyə sərf olunub, bilinmir və heç kəs də bu barədə izahat vermək, öz üzərinə məsuliyyət götürmək istəmir».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder