Ankarada Türk dünyası ədəbiyyatı dərgilərinin II konqresi keçirilib
Ankarada Türk dünyası ədəbiyyatı dərgilərinin II konqresi keçirilib. Konqresdə “Türkdilli dövlətlərdə və qurumlarda ədəbiyyatın vəziyyəti: dünəni və bu günü” mövzusu müzakirə olunub. Tədbir Avrasiya Yazarlar Birliyi, Türk Dünyası Ədəbiyyat Konqresi, TİKA, TÜRKSOY, Qazi Universiteti və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Türk dünyası ədəbiyyat dərgiləri Daimi Komitəsinin sədri və “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli APA-ya deyib ki, müzakirələr zamanı ədəbiyyatın inkişafına və ədəbiyyata dövlət himayəsinə görə Azərbaycanın türkdilli dövlətlər arasında şəksiz lider olduğu bildirilib. Məhz bu səbəbdən də türkdilli dövlətlərin ədəbiyyat dərgilərinin redaktorları və Yazarlar Birliyinin rəhbərləri Azərbaycanın dövlət başçısına müraciət imzalayıblar və Azərbaycan ədəbiyyatının himayəsinə görə ona təşəkkürlərini bildiriblər. Elçin Hüseynbəylinin sözlərinə görə, digər müraciətlər isə dövlət himayəsindən məhrum olan türkdilli dövlətlərin rəhbərlərinə ünvanlanıb. Onların sırasında Qırğızıstan və Türkmənistan xüsusi qeyd olunub. E. Hüseynbəyli onu da qeyd edib ki, konqresin gedişi 15 telekanal tərəfindən işıqlandırılıb.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder