"Azərbaycan Ankaranın Qafqaz strategiyasında ciddi faktordur"
Sedat Laçıner: "Rəsmi Bakının mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil"
Türkiyənin Qafqaz regionu ilə bağlı siyasi prioritetlərini qlobal güclər müəyyənləşdirsə də, lokal siyasətinin formalaşmasında əsas rollardan birini Azərbaycan oynayır.
Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) direktoru Sedat Laçıner "Trendnews"a açıqlamasında bildirib ki, "Azərbaycanın mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil".
Avropalı ekspert Svante Kornel Türkiyənin region siyasətinin müəyyənləşməsində Azərbaycanın mövqeyinin böyük rol oynadığını düşünür. Ekspert, xüsusuilə Qarabağ məsələsində və Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın mövqeyinin Türkiyə üçün həlledici rol oynadıını bildirir: "Türkiyədəki bəzi qüvvələr Türkiyə-Ermənistan sərhəddini açmaq istəsələr də, bu günə qədər sərhədlərin açılmamasının əsas səbəbi Azərbaycanın bu məsələdə mövqeyi olmuşdur".
Türk ekspert Laçıner Azərbaycanın Türkiyənin region siyasətinə təsir gücünü iqtisadi və geostrateji amillərlə əlaqələndirir: "Azərbaycanın enerji mənbəyi olması və geostrateji baxımdan Orta Asiyanın türkdilli ölkələrinə açılan qapı olması, Türkiyənin regional siyasətində Azərbaycanın mövqeyinin nəzərə alınmasını labüd edir".
Ekspert iki ölkə arasındakı milli-mədəni və tarixi köklərin eyniliyini də bu ölkələri bir-birinə bağlayan əsas amil olduğunu düşünür.
Müstəqil ekspert Vəfa Quluzadə isə, Türkiyənin regionla bağlı siyasətində qlobal güclərin maraqları dairəsində hərəkət etdiyini və bölgədəki siyasi prioritetləri də bu qlobal güclərin müəyyənləşdirdiyini bildirib. Politoloqun fikrincə, Türkiyənin lokal səviyyədə müstəqil regional siyasəti olsa da, hətta bu lokal siyasətin müəyyənləşdirilməsində də Azərbaycan heç bir rol oynamır: "Türkiyənin regionla bağlı lokal siyasətinə Azərbaycanın heç bir təsiri yoxdur. Türkiyədən fərqli olaraq, kiçik bir ölkə olan Azərbaycan Ankaranın regional siyasətinə necə təsir edə bilər?".
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder