KEÇMİŞ HÖKUMƏT RƏSMİSİ: «ƏHMƏDİNEJAD 5 DOLLARLIQ NEFTLƏ ÖLKƏNİ NECƏ İDARƏ EDƏCƏK, BAŞ ÇIXARMIRAM»
Məhəmməd Səttarifər
Prezident Məhəmməd Xatəmi hökumətində Müdriyyət və Proqramlaşdırma Təşkilatının rəhbəri olmuş Məhəmməd Səttarifər jurnalistlərə açıqlamasında dövlət başçısı Mahmud Əhmədinejadın iqtisadi siyasətinin tam iflasa uğradığını vurğulayıb.
«Media forum» saytının məlumatına görə, M.Səttarifər deyib: «Hökumət tam iflasa uğrayıb. Niyə bunu rəsmən demirlər, bilmirəm. Hökumət büdcədəki çatışmazlığa görə gələn ilin büdcə layihəsini təqdim edə bilmir. Rəsmilər gələn il ölkəni builki səviyyədə idarə etmək istəsələr, neftin barelini azı 100 dollara satmalıdırlar. Əhmədinejad deyib ki, neftin bareli 5 dollara ensə də, ölkəni idarə edəcək. O, 5 dollarlıq neftlə ölkəni necə idarə edəcək, baş çıxarmıram. Ölkənin Valyuta Ehtiyatı Fondundan 65 milyard dollar yoxa çıxıb. Bu pulun başına nə gəlib, hara xərclənib və nəyə sərf olunub, bilinmir və heç kəs də bu barədə izahat vermək, öz üzərinə məsuliyyət götürmək istəmir».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder