ƏHMƏDİNEJADIN MİLAD BAYRAMI TƏBRİKİ BRİTANİYADA NARAZILIQ DOĞURUB
Böyük Britaniya hökuməti İran prezidenti Mahmud Əhmədinejadın dekabrın 25-də ölkənin 4-cü telekanalından Milad təbrikinin yayılmasını pisləyib.
Əhmədinejadın dekabrın 25-də yayılan Milad bayramı müraciətində ABŞ və digər Qərb ölkələri dolayı yolla tənqid edilib: « Əgər bu gün həzrət İsa olsaydı, şübhəsiz, xalqların yanında, quldur və ekspansionist qüdrətlərin isə qarşısında dayanardı. O, şübhəsiz, quldurlar, terrorçular, işğalçılar və müharibə tərəfdarları qarşısında dayanaraq eşq və ədalət bayrağını qaldırardı».
«Media forum» saytının məlumatına görə, Əhmədinejadın müraciətinin yayılmasını pisləyən Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: «Əhmədinejad prezidentlik vəzifəsini icra etdiyi müddətdə yəhudilərə qarşı nifrət doğuran sözlər danışıb. Ölkə mediası öz fəaliyyətində azaddır. Lakin 4-cü telekanal bir şeyi nəzərə almalıdır ki, Əhmədinejadı dəvət etməsi bizimlə dost ölkələrin də narahatlığına səbəb olub».
İsrailin Böyük Britaniyadakı səfiri də Əhmədinejadın müraciətini məhkum edərək İranda xristianlığa keçənlərin edam təhlükəsi ilə üz-üzə qaldığını deyib: «İranda islamı tərk edib xristianlığı qəbul edənlər edamla üz-üzə qalır. Öz ölkəsində həzrət İsa tərəfdarlarını dar ağacına göndərən bu diktatorun xristianların peyğəmbəri barədə fikir irəli sürməsinə icazə vermək düzgün deyil».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder