Rəfsəncani seçkilərə qatılmayacaq
İranın sabiq dövlət başçısı, ölkə siyasətindəki "islahatçılar" düşərgəsinin liderlərindən biri Həşimi Rəfsəncani gələn ilin iyunun 12-də keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılmayacağını deyib.
2005-ci ildəki prezident seçkilərində Mahmud Əhmədinecata uduzmasına rəğmən, siyasətdə populyarlıq və çəkisini qoruyan Rəfsəncaninin sözlərinə görə, onun yenidən dövlət başçısı postuna iddiası yoxdur.
Müşahidəçilərin fikrincə, H.Rəfsəncaninin 2009-cu ildəki prezident seçkilərində sabiq prezident Məhəmməd Xatəmini dəstəkləyəcəyi gözlənilir.
23 Aralık 2008 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder