azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Aralık 2008 Salı

Həftəlik Yorum! (5)

Həftəlik Yorum! (5)

ABŞ - Iraq savaşı və Səddam rejiminin yıxlması ortadoğudaki dəngələri alt-üst etdi. İran rejiminin saldırqan politikalarının qarşısında bir dəngə sağlayan və durdurucu güc olaraq tanınan Səddamın Bəəs rejiminin yıxılmasıyla illər boyunca milyardlar dollar İraq şiələrinin üzərində yatırım yatıran Tehran rejiminin stratejik planları fəaliyyət alanı buldu. Belə ki, Şiələrin İraqda önəmli bir siyasal güc olmalarıyla İranın da İraqda fəallaşması və daha saldırqanlaşması qolaylaşdı.

Iraqın bu duruma düşməsilə, İran rejiminin stratejik xolyaları daha da böyüməyə başlarkən Ortadoğunun başqa ölkələrinə də yayıldı. Rejim, petroldan gələn milyardlar dollar paranı çeşidli ölkələrdə olan Şiə quruplarına dağıdaraq Ortadoğunun hakim gücü və dünyanın önəmli güclərindən biri olmağı hədəflədi. Bu stratejinin doğruntusunda, ölkə içində milyonlar insanın işsizliyi, yoxsuluğu, fəhşa və uyuşdurucu çalarına duşməsi, ölkənin başa-başında insan haqları adına bir şeyin qalmaması, etniksəl-kültürəl və siyasal azadlıqların bütünlüklə ləğv olması normal hal kimi qəbul olunmağa başladı. Rejim bütün bu fəlakətlərə rəğmən, İmperaturluq xəyaları qurmağa başladı. Elə buna görə də, bu sorunları çözmək yerinə milyardlar dollar həcmində silah almaya, yeni silahlar gəliştirməyə və növə silahi ürətməyə çalışmaqdadır.

İranın farsçı rejimi, əskidən bəri Ortadoğudaki barış ortamına əngəl bir rejim olmuşdur. Bu rejim, bölgə ölkələrinin bir araya gəlməsinə və birlikdə hərəkət etməklərinə qarşı ən qəddar düşməndir.

İran rejiminin bütün bu təhdidləri və oyun bozanlığı üzdə dərin görünən İsrail qarşılıqlı siyasətilə yanaşı olunca uzun zaman Ərəb ölkələrinin susqunluğuna nədən olmuşdur. Lakin, Tehran rejiminin gündən-günə aydınlaşan hədələrini görən Ərən liderləri, BU REJİMİN DƏ ƏN AZINDAN İSRAİL QƏDƏR ƏRƏB ÖLKƏLƏRİNƏ TƏHLÜKƏLİ OLMASINI QƏBUL ETMƏK ZORUNDA QALMIŞDIRLAR.

İranın farsçı rejimi, İsrail ilə düşmənliyini Ərab və İslam dünyasında etgin olmaq üçün bir arac olaraq qulanmaqdadır. İsrail ilə düşmənlik yapan İran, bu siyasətilə Ərəb dünyasını, özəliklə Ərəb ölkələrində yaşayan Şiələri əldə etməyə və onları qullanaraq bölgədə hegemonluq qurmaya çalışmaqdadır. İran, işğal etdiyi Ərəb torpaqlarının geri verməməsilə bu ölkələrə qarşı kötü niyyətli olduğunu aydıncasına göstərməkdədir. Qarşı pozosiyona nədən olan bu torpaqların özü də Ərəb liderlərinin gözlərinin açılmasına və yaxın gələcəkdə növə silahlı Tehran farsçı rejim qarşısında daha da təhlükədə olduqlarını düşünməkdədirlər.

Bütün bunları görən Ərəblər, ilk dəfə olaraq 2006-da İsrail - Hizbullah savaşından sonra, gizli şəkildə Ordoniyanın Əqəbə limanında İsrail, ABŞ və Türkiyəni də yanlarına alaraq Şəiəlik ideokojisinə söykənən İran fondamentalist rejiminin bölgədə yayılmasını müzakirə etmişdirlər . Bu gəlişmələrin doğal sonucu olaraq İran qarşısında ikili istandard siyasəti yürüdən Ərəb Mühafizəkarları da bezməyə başlarkən Tehran rejiminə qarşı bəzi ambarqoların və önləmli taktikaların uğulanmasının gərəkli olduğunu söyləmişdirlər.

Son olaraq NioYorkda toplanan Birləşmiş millətlərin daimi üyələri – ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, üstə gəl Alman (5+1)– və Ərəb ölkələrinin sayılı adları olan Sudi Ərəbistan, Misir, Ordoniya, İraq, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omman kimi ölkələrin birinci şəxslərinin bir araya gəlməsi və bir başa İrana qarşı birgə stratejinin yollarının araşdırılması idi.

NioYork toplantısının sonunda, İranla qarşı-qarşıya gəlməkdən çəkinən Ərəblərin də, İran qonusunda daha ciddi rol alacaqları göstərilir. Bu konfransın doğal gəlişməsi olaraq Ərəblərin İranla diplomatik, siyasal və ekonomi ilişgiləri qaçırılmaz bir çərçivəyə girəcək. Ərəblərin İsrail ilə olan məsafələri azalacaqdır.

Gedərək yalnızlaşan İran üçün, bu toplantının nə kimi sonuca varması deyil, Ərəblərin sonunda oyanaraq İran rejimi qarşısında istiqamətli hərəkət etmələri önəmlidir. Başqa deyimlə, Ərəblərin Dünya güclərilə birlikdə İran qonusunda oturumları fondamentalis farsçı rejim üçün çox böyük bir diplomatik skandaldır. Bu aydın mesajın önəmini yalnızca İran rejiminin Dini liderinin dərin üzüntüsündən anlamaq kifayət edər.

Güney Azərbaycan Qurtuluş Partiyası - Siyasi Bölüm
Yazar: U.E

Hiç yorum yok: