azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Haziran 2009 Çarşamba

İran hökuməti insan haqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etmir - Nobel mükafatı laureatı (INTERVIEW)

Trend News-un Fars redaksiyasının 2003-cü ildə sülh üzrə Nobel mükafatı laureatı və insan haqları üzrə müdafiəçi Şirin İbadi (Shirin Ebadi) ilə müsahibəsi

- Xanım İbadi , iki gün öncə siz prezident Əhmədinejada açıq məktub yazaraq İranda insan haqları ilə bağlı vəziyyəti tənqid edibsiniz. İranda insan haqları baxımından indiki vəziyyəti İslahatçılar düşərgəsindən olan sabiq prezident Xətəminin hakimiyyəti dövrü ilə müqayisədə necə görürsünüz?

- Ötən dörd il ərzində İranda insan haqlarının vəziyyəti qənaətbəxş olmayıb və insan haqları üzrə çalışanlara qarşı təzyiqlər artıb. Misal üçün mən Məhəmməd Sədiqi göstərə bilərərm. O, İranın Kürdüstan əyalətində İnsan Haqlarını Müdafiə Komitəsi təsis etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsxanadadır və xəstədir. Ötən üç il ərzində qadın hüquqlarının müdafiəsi fəallarından 50 nəfər haqda cinayət işi qaldırılıb. Onların bəziləri haqda uzun müddətli həbs qəti-imkan tədbirləri görülüb. Aliyə İqdamdust haqda cinayət işi sona çatıb və hazırda o, həbsxanadadır.

- Ötən ilin payızında İranda İnsan Haqlarını Müdafiə Komitəsinin ofisi dövlət tərəfindən bağlanıldı. Siz bu komitənin sədri olmusunuz, bu komitəni hansı səbəbdən bağladılar və hazırda komitənin fəaliyyətinin yenidən bərpa etməsi üçün nə kimi tədbirlər görüsünüz?

- İnsan haqlarını Müdafiə Komitəsinin ofisi qanuna zidd olaraq 2008-ci ilin noyabr ayının 21-də bağlanıldı. Hökumətin bu addımı qanuna zidd olduğu üçün prokurorluğa məsələ ilə bağlı şikayət etmişik. Təəssüflər olsun ki, bizim şikayətimizə baxılmayıb və komitənin ofisi hələ də bağlıdır. Komitənin ofisini bağlayarkən təşkilatın katibəsini 55 gün həbsdə saxladılar. Bundan başqa, mənim və insan haqları üzrə çalışan digər həmkarlarımın fəaliyyəti dayandırmadığımızı gördükdə, İran polisi geyimində şəxslər vəkillikllə məşğul olduğum ofisə gələrək, ofisdəki cinayət işlərini və kompüterləri apardılar, iki həftə sonra qaytardılar. Həmin işlərdən və kompüterlərdən nələrin surətini çıxartdıqlarını bilmirəm. Bu məsələ də qanuna zidddir. Bu məsələ ilə bağlı da şikayət etmişik və bu məsələyə də hələ baxılmayıb.

Həmin hadisədən bir neçə gün sonra tələbə-könüllülər adı ilə bir neçə nəfər mənim evimin və ofisimin qarşısına toplaşdı. Onlar mənə söyüş və təhqirlər yağdırıb, evimin, ofisimin divarlarına şüarlar yazdılar. Mən polisdən yardım istəsəm də, iki polis nəfəri gəlib hadisəyə baxmaqla kifayətləndi və heç bir əməli iş görülmədi.

- Sizin ofisin bağlanması zamanı katibədən başqa həmkarlarınızdan kimsə təzyiq göstərilibmi?

- Bəli, mənim həmkarlarımın əksəriyyəti təzyiqlərə məruz qalıb və dəfələrlə milli təhlükəsizlik orqanına çağrılıb. Bir neçə nəfərin ölkədən kənara çıxmasına qadağa qoyulub. Misal üçün məhkəmə vəkil Əbdülfəttah Sultaniyə, İnsan Haqlarını Müdafiə Kkomitəsinin sədr müavini Nərgiz Məhəmmədiyə və jurnalist Əbdürrza Tacikə ölkədən çıxmaq yasaqlanıb. Bu məsələlər hamısı qanuna zidd addımlardır.

İran hökuməti beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ona görə ki, İran mədəni,siyasi, iqtisadi və ictimai hüquqlar beynəlxalq konvensiyasının üzvüdür. Digər tərəfdən, BMT Baş Assambleyası 1999-cu ildə qətnamə qəbul edib. Qətnaməyə İran hökuməti də müsbət səs verib. Qətnamədə hökumətlərin insan haqları sahəsində fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq etməsinin zəruriliyi bildirilir. Lakin İran hökuməti bu sahədə öz öhdəliklərinə əməl etmir.

- Zahidan şəhərində törədilmiş terror aktı ilə bağlı üç nəfər hadisədən 30 saat sonra edam olundu. Digər tərəfdən, hələ də İranda daşqalaq və 18 yaşına çatmamış uşaqların edamı məsələsi kimi faktlar mövcuddur. Siz bunları necə dəyərləndirirsiniz?

- Təəssüflər olsun ki, hələ də qanunda daşqalaq və 18 yaşına çatmamış uşaqarın edam edilməsi məsələsi mövcuddur. İnsan haqları müdafiəçiləri olaraq illərlə bu məsələyə etiraz edirik, lakin hələ də qanunda dəyişiklik olunmayıb. Digər tərəfdən, bəzi məhkəmə orqanları qanunlara əməl etmir və insan haqlarının daha da sərt pozulmasına şərait yaradırlar.

Zahidan şəhərində şiələrin məscidində baş vermiş terror aktı ilə bağlı deyə bilərəm ki, mən ilk növbədə bu hadisəni pisləyirəm. Hadisə nəticəsində həlak olanların ailələrinə baş sağlığı verirəm. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, hər bir halda təqsirli şəxsi həbs edib, ona qarşı ittiham oxuyub cəzalandırmaq lazımdır.

Hadisə ilə bağlı edam olunmuş üç nəfərin hadisə baş verən zaman həbsdə olduğu bildirilir. Elə isə, onların həbsdə olarkən məsciddə terror aktını necə törətmələri maraqlıdır. Həmin üç nəfəri terror aktı ilə bağlı ittiham edərək necə edam edə bilərlər.trend

İran adlanan yerdən qaynaqlanan təhlükənin artması və Moskvanın bundan narahatlıq duyması fonunda ABŞ-la Rusiya arasında raket..

ABŞ Rusiya ərazisində radar yerləşdirə bilər
İran adlanan yerdən qaynaqlanan təhlükənin artması və Moskvanın bundan narahatlıq duyması fonunda ABŞ-la Rusiya arasında raket hücumundan müdafiə sahəsində əməkdaşlığın perspektivləri bir qədər yaxşılaşıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Robert Geyts Senatın büdcə ayırmaları komitəsindəki çıxışında deyib. O, Vladimir Putinlə görüşünə istinadən bildirib ki, Rusiya ərazisində ABŞ radarı və ya məlumat mübadiləsi mərkəzinin yerləşdirilməsi də müzakirə olunan variantlar arasındadır.

Görüşün vaxtı və məkanı haqda danışmayan R. Geyts həmin vaxt V. Putinin prezident olduğunu söyləyib. Nazirin sözlərinə görə, V. Putin həmin görüşdə İranın 2020-ci ilə qədər Qərbi Avropa və Rusiya ərazisinin böyük hissəsini vura biləcək raket yaratması ehtimalını rədd edib: “Bunda sonra o, mənə Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış xəritə göstərdi.

Məni isə ona tövsiyə etdim ki, yeni təhlükəsizlik xidməti yaratsın. Faktdır ki, ruslar səhv etdiklərini və bizim İrandan qaynaqlanan mümkün təhlükə barədə xəbərdarlığımızın doğruluğunu etiraf etdilər”.

Sabah səhər İran adlanan yerdə seçki kampaniyası başa çatır

İyunun 11-də səhər saat 8-dən İran adlanan yerdə seçki kampaniyası başa çatır. İyunun 12-dən seçkilərin keçiriləcəyi günədək polis tərəfindən aksiya və mitinqlərin qarşısı alınacaq", - deyə polis komandiri, general İsmail Əhmədi Müqəddəm çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Müqəddəmin sözlərinə görə, həmin müddət ərzində namizədlərin tərəfdarları hansısa tədbir keçirmək istəyərlərsə, rəsmi icazə almalı və tədbiri qapalı məkanda keçirməliditlər. Əks təqdirdə, polis onlara qarşı tədbirlər həyata keçirəcək.

Müqəddəm bildirib ki, polis seçkilərdə təhlükəsizliyi təmin etməyə tam hazırdır. "Seçki qərargahları ilə müxtəlif görüşlər keçirmişik və onlara təhlükəsizliyi təmin etmək məqsədi ilə lazimi göstərişlər verilib", -deyə o bildirib.

İranda seçkilərin şəffaf keçiriləcəyi barədə bəzi narahatlıqlar qalır – prezidentliyə namizədlə müsahibə

Prezidentliyə namizəd, "Etemad Melli" partiyasının sədri Mehdi Kərrubinin Trend News-un fars redaksiyasına eksklüziv müsahibəsi

- Müsahibələrinizdən birində demişdiniz: "Ordu, Sepah və BASİC bizim üçün əzizdirlər, ancaq azad seçkilər keçirməyə imkan verin". Siz hərbçilərin müdaxiləsi olmadan şəffaf seçkilərə inanırsınızmı?

- İran İslam Respublikasının qanunlarına və İmam Xomeyninin vəsiyyətlərinə görə, hərbçilərin (ordu, Sepah, polis və BASİC) seçkilər prosesinə qarışması qadağandır. Bundan çıxış edərək, seçkilərin təşkilatçıları və iştirakçı namizədlər hərbçilərin seçkilərə qarışmamaları üçün şərait yaratmamalıdırlar. Bu sahədə ümumi problemlər aradan qaldırılıb, ancaq hələ də İranda seçkilərin şəffaf keçiriləcəyi barədə bəzi narahatlıqlar qalır.

- Siz İranın Qərb ölkələri və ABŞ-la əlaqələrini necə dəyərləndirirsiniz? Bu münasibətlərin yaxşılaşdırılması üçün sizin proqramınız necədir?

- Prezident seçilərəmsə, həyata keçirmək niyyətində olduğum dövlət proqramları əsasında İran İslam Respublikasının milli maraqları nəzərə alınmaqla, xarici siyasətdəki problemlər aradan qaldırılacaq və mehriban qonşuluq və sülhsevər siyasət həyata keçiriləcək. Bu mövqedən mən ABŞ kimi ölkə ilə münasibətləri yaxşılaşdırmağa çalışacağam. Ancaq bütün bunlar ədalətlə və xalqla məsləhətləşərək həyata keçiriləcək.

- Siz prezidentliyə namizəd kimi qadın təşkilatını yaratmısınız. İranın bir çox qadın təşkilatlarının narazılığına səbəb olmuş qanunlara münasibətiniz necədir və bu cür problemlərin həllində sizin hansı proqramınız var?

- Prezident olacağım təqdirdə, mən ilk dəfə olaraq parlamentdə bir qadının nazir postunu tutmasına və prezident səlahiyyətlərimdən istifadə edərək qadınların ölkəni idarə etməsinə, onların siyasi və ictimai sahələrdə iştirakına mane olan qanunların dəyişdirilməsinə çalışacağam. Xoşbəxtlikdən həm konstitusiya, həm də ölkə qanunvericiliyində bu cür problemlərin həlli üçün potensial var.

- Sizin dördüncü müraciətiniz İranın dini və milli azlıqlarına yönəldilib. Siz İranda dini və milli azlıqların siyasi, ictimai, mədəni, iqtisadi və vətəndaş hüquqlarına riayət olunmasına nail ola biləcəksinizmi?

- Mən milli və dini azlıqlara müraciət etmişəm, onlara bu istiqamətdəki proqramım barədə danışmışam. Seçkilərdə qələbə qazansam, konstitusiyanın İran konstitusiyasının milli və dini azlıqlara həsr olunmuş, fəalliyyətdə olmayan maddələri hərəkətə gətiriləcək. Konstitusiyanın 15 və 19-cu maddələrinin yerinə yetirilməsinə nail olmağa çalışacağam. Bütün iranlıların hüquqlarının təmin edilməsi üçün məndən asılı olan hər şeyi edəcəyəm.

Böyük Rəsuloğlunun Türküstana qəzetinə MÜSAHİBƏsi

Bu həftə İranda keçiriləcək prezident seçkisi bu ölkədə indiyədək keçirilən seçkilərdən fərqlənir. Bu fərqi yaradan başlıca səbəb namizədlərdən birinin Azərbaycan türkü Mirhüseyn Musəvi olmasıdır. Seçki kampaniyasının gedişi və gözlənilən nəticələrlə bağlı “Türküstan”ın suallarını hazırda Norveçdə yaşayan Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu cavablandırır.

- İranda bu dəfə keçirilən prezident seçkiləri bundan əvvəlki seşkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- O ölkədəki bu dəfəki seçgilər əvvəlkilərlə böyük ölçüdə üst-üstə düşsə də, aşağıdakı səbəblərə görə fərqlənmələr gözə çarpır.

1- Əhmədi Nəjadın daxili və xarici qələt siyasətləri nəticəsində narahatlıqların artması və rejimin içindən dağılma təhlükəsi. Rejimin çürüməsi ilə bağlı sayın Əkbər bəy Ələminin iki gün öncə Xamneiyə yazdığı məktubu xatırlatmaq istərdim. O məktubda, rejimin batlaqda olduğunu və getdikcə də daha dərinlərə batmaqda olduğunu və nəhayət köçəcəyini vurqulamışdır. Bu sözlər məni 31 il öncə Şah rejimində Təbrizdən millət vəkili Əhməd Bəniəhmədin sözlərini xatırladır. O da, o zaman rejimin dağılmalı olduğunu vurquluyaraq millət vekilliyindən belə istifa etdi.

2- Prezident Obamanın sülhə çağırışı və 30 illik Amerika düşmənliyinin mənfi nəticələri.

3- Ölkədə yaşıyan başqa millətlər, özəlliklə böyük potansiyeli olan Güney azərbaycanlıların haq istəkləri və bu demokratik mübarizədə misli görünməmiş dirəniş.

4- İnsan haqları, özəlliklə qadın haqlarının geniş şəkildə pozulması və dini-məzhəbi ayrı seçgiliklərin yaratdığı gərginlik.

Bu və buna bənzər düyünlər açılmadığına görə dövlət-millət arasında böyük üçürüm yaranmışdır. Bu yaranı bağlamaq üçün rejimin daxilində fikir ayrılıqları bu seçgilərin ən bariz fərqənməsi sayıla bilər. Şübhə yoxdur ki, buna şəxsi mənafe, idəolojik baxış və böyük potansiyeli olan islam inqilabından gözlənilən arzuların yerinə yetirilməməsini də artırmaq gərəkir.

- Öncəki seçkilər zamanı Milli Hərəkat bu kampaniyalara qoşulmayıb onu fars şovnizminin iç işi sayırdılar. Bu seçkidə isə Milli Hərəkatın azərbaycanlı namizədlərə - öncə Ələmiyə, onun namizədliyi qeydə alınmadıqda isə Musəviyə dolayısı ilə dəstək verdiyi sezilir. Sizcə, bu nədən qaynaqlanır?

- Azərbaycan Milli Hərəkatı gücləndikcə daha böyük və düzgün siyasətlərə meydan açır. İndiyəcən, İran siyasətinə qoşulmağın mənfi nəticəsi kimi, bizi aldadaraq hakimiyətin bərkiməsində və ya rejim deyişikliyində qullanmaq qorxusu var idi. Başqa sözlə İranda farsçılıq siyasətini aparan quvvələrin quyruğu olmaq hamını diskindirirdi. Ancaq millətin özünü tanıyan və milli varlığını qorumaq istəyən dairəsi genişləndikcə bu çəkingənlik ortadan qalxır. Zatən millətimiz, o ölkədə yaşadığına görə oarada baş verənlərdən təsir alır və təsir göstərməlidir. Onun üçündür ki “Azərbaycan Mərkəzli Düşüncə Sistımini “ qorumaq şərti ilə hadisələrdən istifadə etməyə çalışılır. Geçən prezident seçgilərində, çoxda tanınmamış azərbaycanlı “ Mehrəli Zadə” Azərbaycan milli hərəkatının istəklərini qəbul edib, yerinə yetirilməsinə söz verdiyinə görə Güney

Azərbaycandanın birinci bölgəsindən 1,5 milyon səs gətirdi. İranda sonuncu, ancaq, Azərbaycanda birinci olan bu namzədin topladığı səs Tehranın yeni hesab açmasına səbəb oldu. Bu səfər isə Azərbaycan Milli Hərəkatının bir bölümü, Dr. Ələmi bəyi dəstəkləməkdən əsas neçə məqsəd güdürdü ki, məncə ona nisbi olaraq nail oldu.

1- Milli hərəkətin toparlanıb, millətin içinə girməsi və yaranmış ortamdan milli təbliqatın kütlə arasına aparılması.

2- Daxil və xaricdə milli hərəkatın gücünü göstərməsi.

3- “küsənin payını yiyərlər” atalar sözünü ülgü tutaraq siaysətdə aktivləşib, siyasi mübarizə meydanından təcrübələrin qazanılması.

Bu və buna bənzər hədəflərlə seçgilərdə fəaliyət göstərənlər nisbi olaraq öz istəklərinə çatmışlar. Ancaq, fikrimcə, Güneydə yaranmış” seçgilər uğrunda koordinasyon Şurasında” bütün dostlarımız iştirak etmiş olsaydı, daha böyük uğurlar əldə edilə bilərdi. Hətta diyə bilərm ki, o halda bəlkə cənab Ələminin səlahiyəti, cəbrən qəbul olardı. Qəribə burasındadır ki, cənab Musəvi, Ələmi namzədliyini qoyduqdan sonra tələsik öz adaylığını elan etdi. Məncə bu məsələyə diqqət yetirilməli və Tehran hakimiyətinin müxtəlif qanadlarının arasında, Azərbaycanla bağlı müzakirələrin aparaıldığını gözdən qaçırmamalıyıq. Sizində vurquladığız kimi, Musəviyə səs vərən azərbaycanlılar olacaqdır:

Birincisi, onun Türk olduğuna görə, siyasi təfəkkürdən uzaq soydaşlarımız. Təəssüflə milli hərəkatımızı xalqın içinə aparamadığımza görə millətimizin 80% hadisələrdən xəbərsizdir.

Ikincisi, Əhmədi Nəjad dan bıxaraq, İranda yeni bir dönəmin başlanmasına ümid bağlıyanlar.

Üçüncüsü, solçu islamçılar və həmçinin, onun hakimiyətindən istifadə güdənlər. Tehranda yaranmış “ azeriler cəmiyəti” və Təbrizdə onun təbliqatını ciddi şəkildə maliyələşdirənləri buna misal göstərmək olar.

- Hazırda Musəvinin vəkili olan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ANS-ə musahibəsində az qala hərəkatçı kimi danışırdı. Seçki kampaniyasında baş verən belə sürprizlər İrandakı türk məmuriyyətinin Milli Hərəkatla birləşə biləcəyi ümidini yaradırmı?

- Siyasətin dərinliklərindən anlayan Azərbaycan milli hərəkatının fəalları, ölkədə yaşayan və dövlətə çalışan insanların bir gün bizə qoşulacağını ciddi bir məsələ kimi görür. Təbiidir ki, hakimiyətin yuxarı məqamlarında olanların da içində bu gedişat gözlənilməkdədir. Ancaq təəssüflə bugünə qədər, istər geçmiş rejimdə istərsə də, indiki durumda bu insanların böyük çoxunluğu Azərbaycandan, İranda farsçılıq siyasətinin dəvamı üçün istifadə etmişdir. Bilinməlidir ki, artıq millətimiz yalançı şuarlarla milləti aldadanları, səmimi davrananlardan gözəlcə ayırd edir. Siz Əfşar Süleymanını məndən yaxşı tanırsız və onun geçmişdəki çıxışlarını unudmamış olmalısınız. İcazə verin Musəvi bəyin Təbrizdəki dəstəkçilərindən də mən sizə danışım.

Hoccətülislam “ Musəvi Təbrizi” 1979 inqlabından sonra azərbaycanlıların yaratdığı “Müsəlman xalq partitasının “ yox edilməsində ciddi iştirak edən şəxslərdən biridir. Bu adamın üzdən iraq yarqaçlığı ilə həmin günlərdə 11 nəfər Azərbaycan təəsübi çəkən iyidimiz, yarım saat müddətində həm mühakimə həmdə edam olundu.

Höccətülislam “ Ağazadə” , illər boyu Təbrizdə inqlab məhkəməsinin sədri olarkən,

xalqın və milli hərəkətçilərimizin ağır hökümlərinə qol çəkmiş adam.

Təbrizdə topraq quldurları dəstəsinin və Tehran hakimiyətinə yaltaqlanaraq millətin mənafeini öz şəxsi mənafilərinə qurban verərək ceblərini dolduran “ Cabbarzadə” kimilər.

Söz buraya gəlmişkən iki məsələni Şumallı soydaşlarımıza aydınlatmaq istərdim.

1- Bildiyiniz kimi Şumali Azərbaycanda da rus beyinlilər vardır. Ancaq, onlarla Güneydəki fars beyinlilər arasında böyük fərq var. Şumaldakı rus dilli əhalidən çoxunu tanıram ki, Azərbaycanın toprağına, millətinə və dövlətinə bizlər qədər bağlıdır. Güneydəki fars beyinlilərin böyük əksəriyəti isə özlərini və millətlərini ayaqlar altında əzdirərək ceblərinə vəya anti Türk ideolojilərinə xidmət edən olmuşlar.

2- Şumalda müstəqil bir dövlət qurulduğuna görə dəyərli aydın və ziyalılar, yazıçı və şairlər, sərmayə və imkan sahibləri öz ölkələrinin xidmətində olmuşlar. Güneyli maddi-mənəvi imkanlıların bir çoxu farsın qulluğunda olmuşlar və dəvam edirlər. Bugün fars təşkilatları, kütləvi informasyon vasitələri o cümlədən VOA ilə BBC Tv-lərini seir edərsəniz nə demək istədiyimi anlarsınız. Həmən artırmalıyam ki, bu arada milli fəallarımızın bəzilərinin mənfi davranışları, bəzəndə çirkinlikləri, millətimizlə aydınlarımız arasındakı bu yarqanı artırmışdır. Baxmıyaraq ki, yuxarıda adlarını çəkdiyim insanlara tayların hesabı ayrıdır.

Artırmalıyam ki, Güney hərəkatındakı, saf, təmiz, dürüst və yüksək səviyəli insanlar öz fəaliyətlərini daha da artıraraq, bəzi yaramzların yaratdığı bu mənfi imici ortadan qaldırmağa çalışmalıdırlar. Şumallı dostlarımızda bu barədə ayıq olmalı və bəzi kiçik mənafie görə böyük başarıları önləyici duruma düşməməlidirlər.

- İstərdik Musəvinin şəcərəsi haqda məlumat verəsiniz. Dədə-babaları kim olub? – Yəqin ki siz də etiraf edərsiniz ki, seçki kampaniyasının gedişində Azərbaycanşılıq, milli şüarlar üstünlük təşkil edir. Səs almaq istəyən namizədlər İrandan yox, Azərbaycandan bəhs edirlər. Bu seşkiqabağı taktiki gedişdir, yoxsa Milli Hərəkatın uğuru? – Hesab etmirsiniz ki, Milli Hərəkat indiyədək İran seçimlərində aktiv iştirak etməməklə səhvə yol verib?

- Məhəndis Musəvi 1941- ci il Güney Azərbaycanın Xaminə şəhərində anadan olub və 10- 12 yaşlarında Tehrana köçüb orada çalışıb, eyni halda da ali təhsil alıb. Aşırı farsçı olan Zəhra Rəhnəvərd ilə evlənib, ikisidə sol meyilli islamçı görüşdə olduqlarına görə o zaman Şahın “ qara irtica” dediyi qrupların təsiri altında olublar. 1962- də Xumeyni ilə Şahın arasındakı toquşmalar ərəfəsində məhəndis Bazərqan, Ayətullah Talıqanı kimi düşünürlərin gənclərə təsiri və çeşitli qruplar o cümlədən xalqın mücahidlərinin yaranması hamıya aydındır. Ancaq, bu qrupların içində iqtisadiyatın tam dövlətləşməsini istəyənlərin yanında, islamı malikiyət sistemi və Liberal düşüncələrdə olmuşdu. Bu fikir sahibləri inqilabdan sonra çeşitli qurumlarda birləşərək çeşitli hadisələr yaratdılar. Musəvi sola ayxın Amerikan əlehdarlarına bağlı olmuşdur. İnqilabdan sonra, Bazərqan, Rəcai, Bahünər kimi adamlardan sonra İran- İraq müharibəsində baş nazir olmuşdur. O zaman prezident olan Xamineyi ilə dəvamlı probləm yaşamış, nəhayət (1981-89) 8 il başnazirlikdən sonra çəkilmiş və 20 il evdə oturmuşdur. İndi isə yuxarıda anlatdığım səbəblər üzündən ortaya çıxmışdır.

Qaldıkı, Azərbaycanın milli haqları ilə bağlı verilən şuarlar, sadəcə seçgi qabağı şuarlara bənzəyir. Xatırlatmalıyam ki, bu adamlar başqa bölgələrdə verdikləri şuarlar ve dedikləri sözlər təmamən fərqlidir. Hətta bəzi yerlərdə Kuruş- Daryuş- dan danışaraq aşırı fars milliyətçilərinin səsini qazanmaq istəyiblər. Sadəcə Mehdi Kərrubinin İranda yaşayan xalqların milli haqları haqqında verdiyi bəyaniyə nisbətən səmimi və əhatəli olduğuna görə bəzi milli hərəkətçilər ona daha çox inanır. Milli mübarizimiz, dəyərli din xadimi hüccətülislam Əzimi Qədimi iki həftə öncə zindandan çıxdıqdan sonra bir bəyaniyə verərək Kərrubini dəstəkləməsinində səbəbi elə budur. Bütün bunları nəzərdə alaraq, seçgilərdə fəaliyət göstərməyi faydalı sayan milli mübarizlərimiz, bu seçgilərlə bizim haq və hüquqlarımızın təmin olunmasına inanmasalar da, ondan faydalanmağı təklif etdilər.

- Seçkilərin nəticələrindən nə gözləyirsiniz? Musəvinin şansı varmı?

- Gələcək günlərdə hər hansı bir deyişiklik olmasa, fikrimcə, Kərrubi, Musəvi və Əhmədi Nəjad arasında gərgin yarış gedəcəkdir. Pozuntu olmasa, Musəvinin prezident olma şansını daha çox görürəm. Ancaq “ keşikçilər Şurası” nın bəzi namzədləri hədələyici dünənki davranışı Əhmədi Nəjadın dəstəklənməsinə bərabərdir. Gözlüyək görək.

Fikrimcə, Azərbaycanda bu səfər seçgidə iştirak edənlərin sayı %60 lara qədər artacaq. Yuxarıda adlarını çəkdiyim üç namzəd də təqribən eyni oranda bölüşəcəkdir. Siyasi fikirlərindən asılı olmuyaraq, sadəcə Əhmədi Nəjadın şansını azaltmaq üçün səslərin bölünməsini önləmə amacı ilə, Kərrubinin səslərinin Musəviyə qayma ehtimalı düşünülməkdıdir. Bu, bütün İranda olduğu kimi Azərbaycanda da da geçərli sayıla bilər.

- Sizcə Musəvi seçılməsə “Azərbaycan türklərinin haqlarını yedilər” deyə 22 may olayları təkraralana bilərmi?

- Musəvi seçilməsə, Azərbaycanda hər hansı bir hadisənin baş verməsinə inanmıram. Milli hərəkətçilərimiz “ koordinasyon şurasında” birləşseydilər, Dr. Ələminin səlahiyətinin rədd olması ilə bağlı dirənişlər böyüyə bilərdi. Bu təcrübə göstərdi ki, milli hərəkatımız birləşib, güc mərkəzinə çevrilirsə o ölkədə üçüncü quvvə kimi təzahür edəbilər. Buda demokratik mübarizəmizin başarısı ilə nəticələnə bilər.

- Bu günlərdə İranda etnik toplumların dilinin tədrisi ilə bağlı qəbul etdiyi qərarı necə dəyərləndirirsiniz? İcra olunacaqmı bu qərar, yoxsa elə seğki kampaniyası ilə itib-gedəcək?

- Bu məsələyə çeşitli zaviyələrdən baxmaq olar.

1- Millətin istəyi ana dilində iki vahid tədris deyil, ilk məktəbdən biliyurdlara qədər ana dilində icbari təhsildir. Bunun üçündə Güney Azərbaycanın tarixi topraqlarında ana dilimizin dövlət dili kimi qəbul edilməsi, olmasa olmaz prensibidir.

2- Ana dilini uşaqa ilk məktəbdən oğrətmək gərəkdiyi halda, vilayətlərdəki biliyurdlarda iki vahid ana dili seçmə haqqı tanımaq, uşaq aldatmaqdan başqa nə adlana bilər.

3 – Azərbaycanın uşaq baxcalarında körpə balalarımızla farsca danışmğı zorunlu edən hakimiyətin bu oyununa millətin aldanacağına inanmıram.

4 – Bu barədə, milli haqlar və ana dilində təhsil haqqında Mehdi Kərrubinin çox geniş, möhkəm və səmimi bəyaniyəsi, onun ardından Mir Hüseyin Musəvinin” xala xatirin qalmasın” biçimindəki bəyaniyəsinin qarşılığı olaraq Əhmədi Nəjadın ortaya atdığı iki vahid tədrisin iç mahiyəti sadəcə seçgi oyunudur. Bu haqda, anayasanın 15-ci maddəsindəki “ana dilində təhsil haqqı” və 19- cu maddəsi “ ölkədəki millətlərin biri birindən üstünlüyü yoxdur” qavramları 30 ildə qovluqdan çıxmamışdır. Blə bir durumda deyilən sözlərin dəyərini yarqılamaq, İranda hakim olan fars mərkəzli düşüncə sisteminin tərəzisində ölçülməlidir.

Bu məsələ ilə bağlı sözü uzaldıb, qızıl vaxtınızı almaq istəməzdim. Ama Şumali Azərbaycan müstəqilliyini bərpa etdikdən həmən sonra, Tehran çalxanalarkən, baş verən

bir hadisəni anlatmaqla, bir yandan tarixi bir səsnəd kimi millətimizin zehnində qalması, bir yandan da, Azərbaycan probləmi ilə uğraşanların məlumatlandırılması üçün münasib görürəm.

1991- də , Şumali Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra , Tehran hakimiyəti əl ayağa düşərək, çeşitli planlar hzırladı. Şumali Azərbaycandakı nəft kontraktları, bütöv Azərbaycan söyləmi, cənubi Azərbaycan sevdası, bu planları qaçınılmaz edirdi. Güney Azərbaycanda çap olunan, milli duygulara oxşuyan yeni kitablar, o cümlədən “ Türkün qızıl kitabı” “ Qanlı sənələr” və “Almas Ildırımın seçilmiş şeirləri” fars hakimiyətini sancıladmışdı. Varlıq jurnalının hər sayınıda %20 –dən çoxu “ Qarabağ” probləminə həsr olunduğuna görə Tehranın bəzi addımlar atacağı hiss edilməkdəydi. Özəlliklə 1992-nin baharı, o zaman mətbuat naziri olan Sabir bəy Rüstəmxanlının başçılığı ilə Tehranda geçirilən kitab sərgisində baş verən bir hadisə Tehranı daha çox quşqulandırmışdı.

Kitab sərgisində iştirak edən, o zaman mədəniyət naziri olan Xatəmi, Sabir bəy və bir çox güneyli, oradakı böyük bir salona toplanaraq” aşıq Ədalətin” sazını dinlədik. Sabir bəy və xatəmi bəyin çıxışları zamanı, salonda səslənən Azərbaycan milli şuarları salonu titrədirdi. Xatəmi, utana-utana, qısıla-qısıla, qarın sancısından qıvrılan xəstə kimi azərbaycanlıların gönlünü almaq istəyirdi. Ancaq, yaşasın Azərbaycan səsinin cingildisi qulaqları kar edirdi, özüdə bir fars nazirin qarşısında. “Iki gün sonra şayiə yaydılar ki, Sabir Rüstəmxanlı Türk deyil. 1994-də Bakıya köçdükdən sonra Yardımlıya, oradan da Sabir bəyin kəndi olan hamara gedərək, onun rəhmətlik anası, qardaşları və kənd əhalısının dil, kültür və gələnəyində, ata kəndim olan Təbrizin 12 kilometirliyində Dizə kəndindəki anamın şəltə tumanı ilə oğuz türkcəsi və adət ənənələri ilə heç bir fərq görmədim”.

O zaman cumhur başqanı Haşimi Rəfsəncanınin birinci müavini Dr. Həbibi, İran televizyonunda bir program başlıyaraq , həftədə bir gün “ ana dilində təhsilin” vacibliyindən danışmağa başladı. Fikrimcə o programlardan məqsəd, aşırı fars milliyətçilərini 15-ci maddənin uygulanmasının güvən qaynağı olduğuna inandırmaq idi. Ancaq 7-8 ay sonra, kimlərin fərmani ilə o programlar kəsildi, 15-ci maddənin icrası yrine yeni basqılar artdı. Azərbaycan türkcəsində kitab çıxarmaq üçün dindirilmələr dərinləşdi, Təbriz radyosunda yarım saatlıq Türkcə program hazirliyan dostlarımız, o cümlədən rəhmətlik Prof. Zetabi hədələndi, Şumali Azərbaycanın əleyhinə qazetlərdə yazılar göbələk kimi gövərdi, Varlıq jurnaalına basqılar artdı VS.

Bu, anti Azərbaycan siyasətlər haqqında kitablar yazmaq olar, ancaq, sözü burada qısaldaraq demək istəyirım ki, iki vahid tədrisdə bu oyunların hamısı kimi “ ayının minbir oyununa “ oxşar. Birləşib, güc mərkəzinə dönüşməkdən başqa çarəmiz yoxdur.

- Məlum olduğu kimi bu ay İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə baglı İran Silahlı Qüvvələrinin komandanı etirazını bildirib. Bunu Azərbaycana təhdid hesab etmək olarmı?

- Yuxarıda da qeyd etdiyim kimi təəssüflə İrandakı fars hakimiyəti Azərbaycan və azərbaycanlıya təzyiq üçün bütün vasitələrdən istifadə edir. Bugün Güney Azərbaycanda xalq soruşur” İsrail ilə Ermənistan arasında hanki fərq varki, onu qarqış bunu alqışlayırsan. Oda işqalçıdır, buda, onlarda müsəlmandır, bunlarda, üstəlik bunlar həmidə Əli şiəsidir. Xalq ayıqdır və heç bir söz və siyasəti unudmur. 1998-də İran xarici işlər naziri olan Mühcirani, Ermənistanla əlaqələr ilişgisində , onlarında Aria ırqına mənsub olduğunu vurqulaması çox məsələyə aydınlıq gətirir.

Iran təyyarələrinin, Azərbaycan sərhədlərini pozduğu zaman, Bakı səmasında Türk ulduzlarını bir milyon Bakılının alqışladığı unudulmaz xatirədir. Bəlkə Türkiyədə bəziləri bilərək vəya bimiyərək Tehranın oyununa gələ bilər. Ama inamlı və imanlı Azərbaycan xalqı öz varlığını qorumaq üçün, məncə bugün hər zamankından daha güclüdür. Onun üçün mən bu təhdidlərdən qorxmuram, onlarda çox yaxşı bilirlərki, bu təhdidlər əməliyata çevrilirsə əsas ziyan görən özləri olacaqlar. Mənim qorxum, saf, təmiz və arınmış müsəlman olan xalqımızın bəzi sadəlovh çəvrələrindən suistifadə edərək, dini duyqularını istismar etmək çabalarındandır. Daxilimizdən vurmaq istədikləri xəncərlərin cəhətini deyişdirməyi bacarmalıyıq.

“Türküstan” qəzeti

9 Haziran 2009 Salı

SƏTTARXANIN ŞUŞALI SİLAHDAŞI

Təbriz, 1999-cu il. Şəhriyarın ev muzeyini ziyarət edəndən sonra Səttarxanın da yaşadığı evi görmək istəyirəm.

Nə əvvəlki şah rejiminin dahi sairlə problemi olub, nə də indiki hakimiyyət onun irsinə qarşı çıxır. Şəhriyarın xatirəsi hətta rəsmi səviyyədə yad edilir.

Səttarxana münasibər isə fərqlidir. Azərbaycan milli hərəkatının lideri şah üsul-idarəsinə qarşı savaşıb. Düzdür, indi İran iqtidarında təmsil olunanlar da şaha qarşı çıxanlardan olublar.

Buna baxmayaraq dini hakimiyyət Səttarxanın anılmasına hər vasitə ilə mane olur. Hər il vəfatının ildönümündə məzarı üstünə toplaşanları zorakılıqla dağıdırlar. Təbrizdə Səttərxanın ev muzeyi də yoxdur, sadəcə hamının tanıdığı bir ev var .

Soraqlaşa-soraqlaşa axtarıb həmin evi tapıram. Qapını açan yoxdur, qonşulardan biri ev yiyəsinin harasa çıxdığını söyləyir. Bir azdan o gəlir. Səttarxanın nəticəsi olduğunu söyləyən gənc həkim bizi evə dəvət edir. Düşünürəm ki, hər halda bir iş sahibidir, ata babası haqqında çox danışmaz. Hansı ölkədə olduğumu da unutmamağa çalışıram.

Ancaq soydaşımız bütün düşüncələrimi alt-üst edir, Səttarxan hərəkatından yerli-yataqlı danışmağı bir yana, indiki siyasi vəziyyətdən narazılığını da açıq dilə gətirir. Onunla çox şeydən danışırıq, hərəkatda iştirak eləmiş quzey azərbaycanlılardan da.

Gənc həkim atasından bu haqda çox eşitdyini, Səttarxanın mübarizəsinə Arazın o tayından da dəstək gəldiyini hər zaman xatırladığını deyir. ...1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir.

O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş.

Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: “Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin”. Bu xahiş də işə yaramır. Abbas yenə kor-peşman evə dönür.

Bir müddət sonra o, Abbası növbəti dəfə qardaşıgilə göndərir. Əmisinin cavabı çox kobud olur: “Sizə veriləsi pulum yoxdur, rədd ol get!” Bu sərt sözlərdən pərt olan Abbas hirslənib özündən çıxır: “Eybi yoxdur, qocalıb ölərsən, arvadın da mənə qalar!” Bunları deyib yerindən nə təhər götürülürsə, əmisi qaçıb ona çata bilmir.

Abbas olanları evdə anasına danışır. Ailələr arasında düşmənçilik yaranacağından qorxan qadın bərk qəzəblənir və oğlunu danlayır. Bundan sonra iki qardaş arasında gediş-gəliş dayanır. Bir gün xəbər gəlir ki, Məşədi Səlim xəstələnib ölüb. Dəliqanlı Abbas sözünün üstündə durur.

Əmisinin dul qalmış cavan və gözəl arvadını alır. Amma ailənin dolanışığı yenə dəyişmir. Vəziyyətdən çıxış yolu kimi Abbas Bakıya ğetməyə qərar verir. 1905-ci ilə təsadüf edən bu gəlişində o, inqilab ab-havasıyla rastlaşır. Bakı o illərdə inqilabi şəhər sayılırdı. Sankt-Peterburqda baş vermiş “qanlı bazar günü”nün əks-sədası Bakıya da çatmışdı. Şəhərdə sol cərəyanların, o cümlədən “Hümmət” təşkilatının gücü durmadan artırdı.

Rus bolşevikləri də Bakını nəzərdən qaçırmırdılar. Lenin partiyanın “vuran əli” Stalini Bakıya göndərmişdi. O, ətrafına quldur dəstəsi yığaraq bankları və varlı adamları soyurdu. Bolşeviklər bunun hesabına xəzinələrini doldururkən Quzey Azərbaycanın solçuları qonşu İranda baş qaldırmış xalq inqilabına necə dəstək vermək barədə düşündürdülər.

İran şahı bütün vasitələrlə azərbaycanlıların üsyanını yatırmağa çalışır, amma Güney Azərbaycan demokratik hərəkatının lideri Səttarxanla heç cür bacara bilmirdi. Çünki o, milli azadlıq və ədalət uğrunda savaşa başladığından əhali arasında tərəfdarları günü-gündən çoxalır, onun mübarizəsi hətta Arazın bu tayında da geniş əks-səda doğururdu.

O illər Nəriman Nərimanovun rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrindən ən cəsur adamlar Səttarxana dəstək məqsədilə güneyə göndərilirdi. Onların arasında Abbas da vardı. Bakıda qazandığı inqilabi təcrübədən yararlanan Abbas Rəşt şəhərində mücahidlərdən ibarət silahlı dəstə toplayır.

Onun dəstəsi Rəşt, Ənzəli, Ərdəbil, Qəzvin, Girman və Mazandaran şəhərlərində şah qoşunlarına qarşı qızğın savaşlarda ad qazanır. Nəhayət, bu dəstə döyüşə-döyüşə Təbrizə gəlib çıxır. Təbrizin Əmirxiz məhəlləsində Abbası bir mücahid qarşılayıb Səttarxanın mənzil-qərargahına gətirir.

Səttarxanın “Hardan gəlmisiz” sualına Abbasın cavabı qısa olur: “Abbaş Həşim oğlu. Bakı komitəsinin göstərişi ilə gəlmişəm, dəstəm də özümlədir”. Elə ilk təmasdan Səttarxan bu şuşalı balasıyla dostlaşır və çox keçmir ki, mühafizə dəstəsində ona mühüm görəv verir. Bu dəstə ən mühüm tapşırıqları yerinə yetirir.

Abbas öz dəstəsiylə barrikadalarda vuruşur, digər dəstələr arasında əlaqə yaradır. Beləcə, Məşədi Abbas Səttarxanla 13 il çiyin-çiyinə savaşır. İran şahı xalq üsyanını yatırmaq məqsədilə 1909-cu ildə Təbrizə 40 minlik qoşun yollayır.

Burda inqilabçılar ölüm-dirim savaşına girişirlər. Abbasa və onun dəstəsinə Tehran polisinin rəisi Yefremxanın hərbi birlikləri ilə döyüşmək tapşırılır. Bu tapşırığı böyük məharətlə yerinə yetirdiyinə görə ona “mücahid Abbas” ləqəbi verirlər. Amma İranda ona Abbasxan deyənlər də az deyildi.

İnqilabın əfsanəvi liderlərinin - Səttarxanın və Bağırxanın adlarına bənzədərək. Məşədi Abbasın (Məşrutə inqilabı illərində o, bir neçə dəfə Məşhədə getmişdi) şücaəti haqqında xəbərlər İran şahının da qulağına çatır.

Bir gün o, Səttarxana namə göndərib onunla görüşmək istədiyini bildirir. Səttarxan bu görüşə Məşədi Abbası göndərir. Məşədi Abbasın oğlu, Böyük Vətən müharibəsi qəhrəmanlarından olan Surxayın xatirələrindən: “Atam ordakılara Azərbaycan xalqının şərəfinə badə qaldırmağı təklif edir. Bir anda məclisə sükut çökür, şah və qonaqları badələrini yerə qoyurlar, atamsa şərabı axıra kimi içib qonaqlığı yarımçıq tərk edir”.

İran şahı bərk qəzəblənir, onun dirisini və ya ölüsünü gətirənə başı ağırlıqda qızıl vəd edir. Elə milli hərəkat da şahın qurduğu hiylələrin qurbanı olur, Səttarxan yatağa düşür, onu məşəqqətli ölümə məhkum edirlər. Məşədi Abbas geri qayıtmağa qərar verir, amma Bakıda çox qalmayıb doğulub boya-başa çatdığı Qarabağa yollanır. ...Məşədi Abbas həyatının sonuna qədər mühüm vəzifələrdə çalışacaq, Ağdamda quruculuq işləri onun adıyla bağlı olacaqdı.

Ancaq vəfat etdiyi 1954-cu ilə qədər həyatının ən maraqlı və yadda qalan günləri kimi İrandakı mübarizə və Səttarxanla dostluq illərini xatırlayacaqdı. Çünki Güney Azəbaycanın azadlığı uğrunda mübarizə ülvi ideyalara söykənirdi. Quzey Azərbaycanda isə onu inqilabçı dostlarının satqınlığı, Mircəfər Bağırovun kinayəli baxışları və yalançı ittihamlarla sürgünə göndərilmək təhlükəsi gözləyirdi.

Elxan ŞAHİNOĞLU

Atatürkün anasının həyatı barədə film çəkilir

Türkiyə Cümhuruyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası Zibeydə xanımın həyatı barədə bədii film çəkiləcək.
ssenarisi başa çatmaq üzrə olan filmdə Zibeydə xanım, həyat yoldaşı Əli Rıza əfəndi, oğlu Mustafa Kamal və digər övladlarının həyatından bəhs ediləcək. Filmin ideya müəllifi Serpil Öztürk bir türk qadını olan Zibeydə xanımın həyatının film vasitəsilə dünyaya çatdırılmasının özü üçün vəzifə olduğunu deyib və bunun məsuliyyətli iş olduğunu vurğulayıb. Serpil Öztürk filmin başa çatması üçün dövlət və özəl sektordan maddi dəstək gözlədiyini də bildirib.

QƏNİRƏ PAŞAYEVA: “İRANIN İSLAM HƏMRƏYLİYİNDƏN DANIŞMAĞA HEÇ BİR HAQQI YOXDUR”

Qənirə Paşayeva

Bu gün Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva İran rəsmilərinin İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərini pisləyən bəyanatlarına toxunub. Onun sözlərinə görə, İranın bəzi rəsmiləri Azərbaycanın daxili işlərinə müdaxilə edir, təhdidedici açıqlamalar verir.

Q.Paşayeva İran mediasının Azərbaycanı gözdən salan təbliğatla məşğul olduğunu deyib: “İranın islam həmrəyliyindən danışmağa heç bir haqqı yoxdur. Çünki islam ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən, islam mədəniyyətini, abidələrini məhv edən bir ölkə ilə sıx əlaqələr qurub. İran Ermənistanla bağlı siyasətinə yenidən baxmalıdır”.

Parlament sədri Oqtay Əsədov Q.Paşayevaya cavab olaraq bildirib ki, İranın bəzi rəsmilərinin açıqlamalarının rəsmi İranın mövqeyi kimi başa düşülməsi düzgün deyil: “İndi siz burada fikirlər səsləndirir, bəyanatlarla çıxış edirsiniz, məgər bu, rəsmi Azərbaycanın mövqeyidir? İsrail prezidentinin Azərbaycana səfərinə daha çox İran mətbuatı və müxalifəti münasibət bildirib”.

Rasim Musabəyov: "Praqa görüşündən fərqli olaraq prezidentlərin Sankt-Peterburq görüşü normal keçdi"

"Qarabağ danışıqları dayandırılmayacaq"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən növbəti görüşünün də nəticəsiz başa çatması münaqişənin həllinə dair gələcək danışıqların taleyini sual altında qoyub.

Baxmayaraq ki, Azərbaycan və Ermənistan prezidentlərinin bir müddət əvvəl Praqada keçirdikləri görüşdən fərqli olaraq, Sankt-Peterburqda tərəflər arasında elə bir gərginlik yaşanmadı, bununla belə Rusiyanın danışıqlarda təşəbbüsü ələ almaq cəhdləri nəticə vermədi. Onu da qeyd edək ki, bəzi ekspertlər Sankt-Peterburq görüşünün də nəticəsiz başa çatmasından sonra danışıqlarda müəyyən qədər fasilənin yaranacağını bildirsələr də, əksinə, müzakirələrin bundan sonra daha da intensivləşəcəyini deyənlər də var. İrəli sürülən versiyalarda Fransa prezidenti Nikola Sarkozinin regiona gözlənilən səfəri zamanı münaqişənin nizamlanmasına dair yeni təkliflərlə çıxış etməsinin mümkünlüyü də istisna edilmir. Politoloq Rasim Musabəyov isə hesab edir ki, danışıqların dayandırılması ehtimalı yoxdur. Politoloq Sankt-Peterburq görüşünün nəticəsiz başa çatmasına baxmayaraq Praqadakı müzakirələrlə müqayisədə nisbətən normal keçdiyini bildirib. "Praqa görüşündən fərqli olaraq prezidentlərin Sankt-Peterburq görüşü normal keçdi. Nazir Elmar Məmmədyarova istinad etsək, bildirdi ki, Sankt-Peterburq danışıqları pozitiv xarakterli olub"- deyən Rasim Musabəyov danışıqların davam etdiriləcəyini bildirib. "Mən deyərdim ki, danışıqların nəinki dayandırılması ehtimalı yoxdur, əksinə danışıqlar bundan sonra daha da intensivləşəcək"- deyən politoloqun sözlərinə görə bu ayın sonlarında Fransa prezidenti Nikola Sarkozinin regiona edəcəyi səfər, eləcə də gələn ay ABŞ prezidenti Barak Obamanın Moskvaya gözlənilən səfəri DQ münaqişəsinin nizamlanması prosesi üçün də bir sıra yeniliklərlə müşayiət oluna bilər. ABŞ prezidentinin Rusiyaya səfəri zamanı Barak Obama və Dmitri Medvedyevin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı müzakirələr aparacaqlarını deyən politoloq DQ münaqişəsi ilə yanaşı, Gürcüstanla bağlı yaranmış vəziyyətin də nəzərdən keçiriləcəyini istisna etməyib. "Cənubi Qafqazla bağlı problemlər çoxdur və bu məsələlərin həlli Rusiya və ABŞ arasında ciddi müzakirə edilməlidir". Rasim Musabəyov hesab edir ki, ABŞ prezidentinin Rusiyaya səfəri zamanı Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüş keçirilə bilər. Politoloq həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın vaxtlarda regiona yenidən səfər etməsinin də gözlənilən olduğunu bildirib. Rasim Musabəyovun qənaətincə, həm Fransa prezidentinin regiona səfəri zamanı Azərbaycanda və Ermənistanda keçirdiyi görüşlərin, həm də ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfərinin DQ münaqişəsinin həllinə müsbət təsiri ola bilər. Politoloq son dövrlər Avropa İttifaqı və ABŞ-ın DQ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini aktivləşdirməsini də müsbət hal kimi dəyərləndirir. Onun fikrincə, Qərb dövlətlərinin problemin həlli ilə bağlı səylərini artırması istər-istəməz Rusiyanın mövqeyinə də öz təsirini göstərəcək. Sankt-Peterburq görüşünün nəticəsiz başa çatmasının rəsmi Moskvanın problemin nizamlanmasında təşəbbüsü öz əlinə ala bilməməsi kimi şərh olunmasına gəlincə isə politoloq deyib ki, Rusiyanın Azərbaycanla bağlı səyləri əsasən Gürcüstanla bağlı idi. "Rusiyanın istəyi bu idi ki, Azərbaycanı öz yanına çəkməklə Gürcüstanı təkləsin. Amma Azərbaycan nümayiş etdirdi ki, belə məsələlərdə heç də Rusiyanın diktəsi ilə hesablaşmaq niyyətində deyil. Bunun nəticəsi isə təbii ki, özünü Rusiyanın DQ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqedə göstərir"- deyən politoloqa görə DQ münaqişəsinin nizamlanması ətrafındakı şəraitin dəyişib-dəyişməyəcəyi qarşıdakı proseslərdən asılı olacaq.

Vüsalə Rafiqqızı

Ermənilər təşvişə düşüb

"Ermənistanın beynəlxalq arenada zəifləməsi, prezident seçkilərindən sonrakı diplomatik səhvlər və ölkə hakimiyyətinin qlobal maliyyə böhranı qarşısında aciz qalmasından istifadə edən Bakı bizə bütün istiqamətlərdə ağır təzyiqlərini davam etdirir".
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin (EMK) xarici məsələlər üzrə katibi Vladimir Karapetyanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında indi üstünlük Bakıdadır.
Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin təşəbbüsü ilə Sankt-Peterburqdakı görüşlərindən bəhs edərkən V.Karapetyan bildirib ki, həmin görüş və müzakirələr ermənilərə yaxşı heç nə vəd etmir.
"Ermənistanın zəiflədiyini görən Azərbaycan heç yana tələsmir və siyasi təzyiqlərini davam etdirir. Ermənistan və Azərbaycan prezidentlərinin sayca 5-ci görüşü əslində hamıdan çox Moskvaya gərəkdi. Kreml bu minvalla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas rol oynamağa çalışır və deyəsə, məqsədinə də çatır. Bundan başqa, prezidentlərin bir yerdə şam yeməklərini ötənilki Mayndorov təması təki prezidentlərin görüşü saymaq olmaz", - V.Karapetyan söyləyib.
Erməni İnqilabi Federasiyası-Daşnaksutyun isə ABŞ-ın dövlət katibi Hillari Klintonun son bəyanatlarından narazıdır.
Türkiyənin XİN başçısı Əhməd Davudoğlunu Vaşinqtonda qəbul edərkən Birləşmiş Ştatların dövlət katibi bildirib ki, İsveçrənin vasitəçiliyi ilə Ankara və İrəvan arasındakı danışıqları dəstəkləyir.
"Hamımız başa düşürük ki, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması, münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması asan iş deyil. Bunun üçün səbr və qətiyyət gərəkdir. Adını çəkdiyim ölkələrin öhdəliklərini yerinə yetirmələrinə heç bir maneə görmürəm", - H.Klinton deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından bəhs edərkən dövlət katibi Azərabycan və Ermənistanın bu istiqamətdə irəliyə hərəkət etdiklərini vurğulayaraq, səyləri alqışlayıb: "Bu öklələrin dövlət başçılarının Sankt-Peterburqdakı görüşləri də irəliləyişə bəlalət edir. Əminik ki, qısa zaman ərzində bunca uzun müddət ərzində mövcud olan problemlərdə ciddi irəliləyiş qeydə alınıb". O, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi prosesində Türkiyənin mövqeyini də təqdir edib.
Ə.Davudoğlu isə bəyan edib ki, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmağa can atmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupuna yardım etmək, ABŞ ilə birgə çalışmaq niyyətindədir.
Daşnaksutyunun Ermənistan bürosunun rəhbəri Kiro Manoyan isə hesab edir ki, Birləşmiş Ştatların dövlət katibinin çıxışı birmənalı olaraq Türkiyə ilə Azərbaycanın aşkar şəkildə dəstəklənməsidir.
"Birləşmiş Ştatların xarici siyasətinə rəhbərlik edən şəxsin belə açıqlamalarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına rəvac verəcəyini düşünmürəm. Tam əksinə, ermənilər, xüsusilə də qarabağlı ermənilər bir daha əmin oldular ki, güzəştlər siyasəti məğlubiyyətlə başa çata bilər və bundan sonra yalnız özlərinə güvənməlidirlər", -K.Manoyan söyləyib.

Həsən AĞACAN

İRAN ADLANAN YERDƏ PREZİDENT SEÇKİLƏRİNƏ 2 GÜN VAXT QALIR

Ölkə tarixində ən mühüm seçki olacağı proqnozlaşdırılan bu prosesin sürprizlə sonuclanacağı istisna edilmir

İran ADLANAN YERDƏ iyunun 12-də keçiriləcək prezident seçkiləri xarici və daxli siyasətə təsiri baxımından ölkə tarixində ən həssas və mühüm seçk kimi qiymətləndirilir. Əvvəlki seçkilər açıq şəkildə mühafizəkarlar və islahatçıların mübarizəsi kimi yadda qalsa da, bu dəfəki dövlət başçısı seçimi müxtəlif yönümlü siyasətilərin gərgin yarışına bənzəyir. 240-dən çox siyasi patiya tiəşkilatın namizədlərini irəldi sürdüyü seçkidə əvvəlki nəsillərlə yeni nəsillər, əvvəlki dünya görüşü ilə dünyaya yeni,müasir baxışın qarşı-qarşıya gələcəyi bildirilir. Mübarizə namizədlikləri qeydə alınan 4 nəfər arasında getsə də, mühafizəkar Mahmud Əhəmədinejat və islahatçı Mir Hüseyn Musəvi qələbəyə daha yaxındırlar. Hər ikisi fərqli siyasi dünya görüşünü təmsil etsə də, bu rəqibləri birləşdirən əsas cəhət sadə və orta təbəqəli həyat tərzi sürmələridir. Hər iki namizədin ölkə idarəetməsi və dövlət rəhbərliyi sahəsində təcübəsi,dövlətin xalq üçün işləməsi prinsipi və islam dəyərlərinə sədaqətləridir. Onları fərqləndirən cəhətlər isə hər birinin iqtisadi və xarici siyvasətlə bağlı mövqeləridir. Mahmud Əhmədinejat radikallığa,bəzən hərbi vasitəyə üstünlük versə də, Mir Hüseyn Musəvi bütün əlaqələrdə və atacağı addımlarda diplomatik üsullardan istifadə edəcəyini vəd verib. Seçkinin nəticələrinin son ana qədər seçimlərini dəqiqləşdirməyən İran vətəndaşlarının sayəsində süprizlərə səbəb olacağı istisna deyil. Seçkidə dini liderlər,media rəhbərləri və ordu qüvvələrinin namizədlərə verəcəyi dəstəiyn də mühüm rolu olacaq.

İran adlanan yer çalхalanır . Seçki mübarizəsi getdikcə gərginləşir, dini lider işə qarışdı

İranda seçkiqabağı qarşılıqlı ittiham və tənqidlərin sayı artıb.İranın eks-prezidenti və bu ölkənin Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi-Rəfsəncani və prezidentliyə namizəd Mirhüseyn Musəvi İran prezidenti Mahmud Əhmədineyadı yalan danışmaqda ittiham ediblər.(ANS) Artıq İranın ali dini lideri Ayətula Əli Хamneyi də işə qarışaraq namizədləri səbrli olmağa çağırıb. İran Mərkəzi Seçki Komissiyasının sədri seçkilərin mümkün ikinci turunun tariхini elan edib. Onun sözlərinə görə, namizədlərin heç biri lazımi qədər səs toplaya bilməsə, iyulun 1-də ikinci tur keçiriləcək. Bu arada İran prezidenti Mahmud Əhmədineyadın prezident seçkilərindəki əsas rəqibi Mirhüseyn Musəvi bəyan edib ki, Mahmud Əhmədineyad onun tərəfdarlarına qarşı saхta ittihamlar irəli sürməklə islahatçıların seçki kampaniyasına qarşı təхribat törətməyə çalışıb. Belə ki, ölkənin keçmiş baş naziri olan Mirhüseyn Musəvi ali dini lider Ayətula Əli Хamneyniyə məktub yazaraq Mahmud Əhmədineyad və tərəfdarlarının onun seçki kampaniyası əleyhinə etikadankənar müdaхilələr etməkdə günahlandırıb. Əsasən universitet tələbələri və ziyalıların dəstəklədikləri cənab Musəvi prezident seçkilərinə qatılmaqda əsas məqsədinin Mahmud Əhmədineyadın İranı yalanlarla idarə etməsini etiraf etmək olduğunu bildirib. Bütün məsələlərdə son sahibi olan Ayətulla Əli Хamneyi bütün namizədlər və onların tərəfdarlarını səbr nümayiş etdirməyə çağırıb. Lakin mübarizə aparan tərəflər ali dini liderin çağırışlarına məhəl qoymurlar. Seçki kampaniyasında iştirak etməyən bir sıra nüfuzlu dini və siyasi хadimlər belə onlara qarşı açıq şəkildə korrupsiya ittihamları irəli sürdüklərinə görə, Mahmud Əhmədineyadı məhkəməyə verməklə hədələyiblər. Хatırladaq ki, bundan əvvəl Əhmədineyad Mirhüsen Musəvini korrupsiyada əli olan insanlarla əlaqələrə malik olmaqda ittiham etmişdi.
***
Ötəngünkü debatda Mirhüseyn Musəvi bildirib ki, Əhmədineyad ölkədəki inflyasiya səviyyəsinin 15 faiz olduğunu deyib. Halbuki İranın Mərkəzi Bankı bu rəqəmi 25 faiz göstərib. Aparıcı Əhmədineyad teledebatda iştirak etmədiyi halda Musəvinin ona qarşı ittihamlar irəli sürməsinin qarşısını almağa çalışan zaman Musəvi "Əhmədineyad burada televiziya vasitəsi ilə yalan danışır, amma siz ona etiraz etmirsiniz" deyə öz etirazını bildirib. Bu arada Mirhüseyn Musəvinin həyat yoldaşı keçirdiyi mətbuat konfransında Mahmud Əhmədneyadı məhkəməyə verməklə hədələyib. Buna səbəb isə Mahmud Əhmədineyadın хanımın Tehran Universitetinin siyasi elmlər doktoru dərəcəsi almaq üçün tələb olunan bütün parametrlərə malik olmadığını deməsi olub. Geri çəkilmək fikrində olmadığını qeyd edən Mirhüseyn Musəvinin həyat yoldaşı Mahmud Əhmədineyadı yalançı adlandırıb.

Mətbuat icmalı: Musəvini himayə artır

Thomas Erdbrink Vaşinqton Post qəzetinin dünənki, nömrəsində dərc olunan məqaləsini Fars vilayətinin Dəsdi Ərzhan qəsəbəsindən göndərib. “Kənd yerlərinin loyallığı dəyişə bilər” başlıqlı məqalədə qeyd edilir ki, İran prezidenti qəsəbə əhalisinin dəsdəyini itirir. Məqalədə deyilir ki, 2005-ci il prezident seçkilərində Əhmədinejadı ən çox dəstəkləyən Fars və İranın başqa mərkəzi vilayətləri idi. Həmin seçkilərdə İnqilab Keşikçiləri və Bəsiclərin Əhmədinejad üçün xalq arasında apardıqları kampaniyanın rolu böyük olub.

Kənd yerlərində Əhmədinejadı himayənin hələ də güclü olduğu iddialarına baxmayaraq, Dəsdi Ərzhan əhalisinin çoxu cümə günü seçkilərdə Əhmədinejadın ən güclü rəqibi Mir Hüseyn Musəviyə səs verəcəklərini deyirlər. Müəllif yazır ki, Əhmədinejadın yoxsulların vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeritdiyi siyasətə, maaşların, pensiyaların artırılmasına və 22 milyon İranlının tibbi sığortayla təmin olunmasına hətta əhaliyə nəqd pul paylanmasına baxmayaraq işsizlik və inflyasiya bu siyasətlərin təsirini aradan götürüb.

Qəsəbənin sakinlərindən Əli Qurbani deyir ki, Əhmədinejadın verdiyi sözlərə baxmayaraq o hələ də işsizdir.
Əhmədinejadın güclü rəqibi Musəvinin şəkillərini isə qəsəbənin hər yerində görmək mümkündür. Keçmiş baş nazir əhaliyə daha geniş azadlıqlar və iqtisadiyyatın daha yaxşı idarə olunmasını vəd edir.

Britaniyanın Telegraf qəzeti isə yazır ki, Əhmədinejad ikinci tur seçkilərdə iştirak etməli olacaq. Kolin Frimanın Tehrandan göndərdiyi məqalədə deyilir ki, İranın tarixində həlledici rol oynayacaq seçkilərə beş gün qalmış agressive anti-qərb mövqei ilə həm islahatçıları həmdə müttəfiqi olan mühafizəkarları özündən uzaqlaşdıran Əhmədinəjad güclü müxalifətlə üz-üzədir.

Diplomatlar isə yaxın şərqin gələcəkdəki sabitliyində həlledici rol oynayacaq seçkiləri şərh etməkdə çətinlik çəkirlər. Bununla yanaşı onlar, namizedlərdən heç birinin birinci turda qələbə çala bilməyəcəyini Əhmədinejadla Musəvinin ikinci turda yarışacaqlarını gözləyirlər.
Məqalədə Əhmədinejadla Mehdi Kərrubi arasında keçirilən debata da yer verilir. Qarşılıqlı olaraq şuarların və güclü ittihamların irəli sürüldüyü debatda Əhmədinejadın 25 faizlik inflyasiyaya baxmayaraq iqtisadiyyatın yaxşı vəziyyətdə olduğu iddiasını Kərrubi qeyri-dürüstlük adlandıraraq yalan danışmağın günah olduğunu xatırladıb.
Nyu York Tayms qəzetinin bu günkü nömrəsində isə yazılır ki, seçki gününün yaxınlaşdığı bir zamanda namizədlərin bir- birlərini tənqidləri də sərtləşir. Onlar bir-birlərini korrupsiya, rüşvət və işkəncədən istifadədə ittiham edir.

Robert Vorth tehrandan göndərdiyi məqaləsində yazır ki, kampaniyada rəqabətin İranda indiyə qədər görülmədik şəkildə kəskinləşməsinin səbəbi, qismən Mir Hüseyn Musəvinin kampaniyasının gətirdiyi enerji və yaratdığı maraqla bağlıdır. İndi musəvinin mitinglərdində onminlərlə insan iştirak edir və ən son keçirilən geyri rəsmi rəy sorğusunun nəticəsinə görə onu himayə edənlərin nisbəti 54 faizə qalxıb, Əhmədinejadı himayə isə 39 faizə düşüb.

Robert Vurt yazır ki, seçkkilərdə gərginliyin artmasının əsas səbəbi Əhmədinejadın ritorikası, rəqiblərini və onların tərəfdarlarını qəzəbləndirən hücumlarıdır belə ki, Musəvinin xanımı Əhmədinejadı böhtana görə məhkəməyə verməkdə hədələyib. Əjmədinejadın debat vaxtı, hörmətli bir siyasətşünas olan Xanım Zəhra Rahnavardın şəklini göstərərək onun magistratura proqramına imtihansız qəbul olunduğunu və üniversitetin başqa qaydalarını pozduğunu irəli sürməsi bəzi tamaşaçılar arasında şox təsiri yaradıb.

Çoxlu İranlı İnanır ki, televiziya ilə translasiya edilən debatlar seçkilərdə dönüş nöqtəsi olub. Əhmədinejadın tənqidləri qarşısında televiziya debatında Musəvi də onunun xarici siyasətini əsaslı təngid edib. Musəvi isə baş nazirliyi vaxdında baş vermiş hadisələrə görə təngid olunub.
Məqalədə yazılır ki, seçki kampaniyasının səbəb olduğu ab-hava İranda indi xalq arasında əvvəlcə mümkün olmayan təngidlərin səslənməsinə şərait yaradıb.

İran adlanan yer Dağlıq Qarabagı “ələ keçirməyə” çalışır

Qonşu dövlət qondarma respublikaya sərmayə qoymaqla Qarabağ nizamlanmasında mövqelərini gücləndirməyə cəhd göstərir
İsrail prezidentinin Bakıya gözlənilən səfərinə sərt reaksiya verən qonşu İran nədənsə Ermənistan və separatçı Xankəndi rejimi ilə əlaqələrinin genişləndirilməsini özü üçün ayıb saymır. Şimon Peresin səfəri ilə bağlı rəsmi Bakının ünvanına kifayət qədər sərt bəyanatlar səsləndirən Tehran sözdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini dəstəklədiyini desə də, ermənilərlə işbirliyini inkişaf etdirməkdə davam edir.

Ermənistanın «Mitk» analitik mərkəzinin eksperti Eduard Abramyanın sözlərinə inansaq, hazırda İran tərəfi qondarma Dağlıq Qarabağ respublikasının iqtisadiyyatına sərmayə qoymağa cəhd göstərir. Qonşu dövlətin bunu Ermənistan və İran-Ermənistan təşkilatları vasitəsi ilə etməyə çalışdığı bildirilir. Bu məsələdə Tehranı Araz çayına yaxın ərazilər daha çox maraqlandırır.

Erməni ekspertinin bildirdiyinə görə, hazırda Tehranda kifayət qədər aktiv və maliyyə cəhətdən möhkəm «İran-Ermənistan dostluq birliyi» adlı bir təşkilat fəaliyyət göstərir. Bu təşkilata İranın ictimai-siyasi elitasının nümayəndələri və məmurları ilə yanaşı biznes və xüsusi xidmət orqanlarının təmsilçiləri daxildir. Təşkilatın əsas vəzifələrindən biri İran üçün həm siyasi, həm də iqtisadi baxımdan sərfəli olan «erməni layihələri»nə dəstək verməkdir.

«İran-Ermənistan dostluq birliyi» qondarma Dağlıq Qarabağ respublikasına investisiya layihələrinin təşəbbüskarlarından biridir. Təşkilat üzvləri hesab edir ki, investisiyalar yerli ermənilər üçün yeni iş yerlərinin açılmasını stimullaşdıracaq və bununla da əhalinin sayı artacaq. Öz növbəsində İran bu sərmayələrin hesabına iqtisadi nöqteyi-nəzərdən Dağlıq Qarabağda mövqelərini gücləndirəcək və nəticədə bu, Türkiyə, Rusiya və ABŞ-la müqayisədə Qarabağ nizamlanmasında Tehrana daha ciddi siyasi rol oynamaq üçün imkan verəcək.

Bütün bunlar belə deməyə əsas verir ki, Fələstində «müsəlman təəssübkeşliyi» çəkən İran qonşu Azərbaycan müsəlmanlarının torpaqlarını işğal edən Ermənistan və hətta separatçı Xankəndi rejimi ilə hərtərəfli əlaqələri qurmağı və inkişaf etdirməyi özü üçün prioritet məsələ hesab edir. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur…

İlham Sultanov /ANS PRESS/

Azərbaycan Milli Cəbhəsinin irandakı 10-cu prezident seçkiləri haqqında müraciəti

Əziz Vətəndaşlar;
Seçki vəzifə dəyil, haqqdır;

Demokrasinin çiçəklənməsi hər bir hakimiyyətin insan huquqlarına səmimi hörmətlə yanaşmağından ortaya çıxır. Vətəndaş huquqlarına gəldikdə, demokratik huquqlarına əsaslanarkən, xalq, hakimiyyətə xidmət etmək üçün deyil, bəlkədə hökümət xalqa xidmət etmək üçündür. Beləliklə xalq demokratik dövlətin təbəəsi yox, ancaq vətəndaşı sayılır və oracan ki, dövlətlər millətlərin huquqların təmin edir. Vətəndaşlar, dövlətə sədaqətlə yanaşır, amma istibdad hakimiyyətlər qarşısında, millətlərin boynuna belə bir vəzifə düşməyir. Elə buna görədə seçkilərdə iştirak etmək vəzifə dəyil, bəlkə haqqdır və bu haqq bir demokratik hakimiyyətdə əda olarkı, vətəndaş! Bütün insanı və milli huquqlarına malık olsun.

31 ildir ki, İslam hakimıyyətinin apartaid siyasəti Azərbaycan türkünü öz milli varlığından uzaqlaşdıraraq, dözülməz vəziyyətdə yaşamağa məhkum edmişdir. Yüzlərlə acı hadisəni bir daha xatırlamağa gərək yoxdur. Ancaq, 2006-ci il may ayının 22 sində 35 şəhər və şəhərcikdə xalqımızın haqq səsləri qanla boğuldi. Hələ də Azərbaycanın milli və mədəni fəallarına divan tutulur.

Nəhayət, Anayasanın qanunlarini icra etmək məqsəd ilə “Azərbaycan naminə” ilk dəfə olaraq ,2009-ci il mart ayının 10 da Təbrizdən cumhur başqanlığına soydaşımiz Əkbər Ələminin namzədliyi irəli sürüldü. Mövcud rejimin Əkbər Ələmi cənablarına səlahiyyət verilməməsi təsadüfı hal deyil. Məhz İslam adı daşıyan rejimin apartaid siyasətinin dəvam etməsi aydın görünür.

Əziz Vətəndaşlar;

Prezident seçgilərinin 10-cu ərəfəsindəyik. Bütün faktları nəzərə alaraq, Milli varlığından məhrum olan azərbaycanlılar daha bu gün ana yasasının müəyyən maddələrini həyata keçirmək arzusunda deyil. Onların hakimiyyətlərə etimadsizlığı, öz-özlərinin müqəddəratını əldə etmək fikri, ciddi şəkildə gündəlik məsələyə çevrilməsinə səbəb olmuşdur.

AMC, əziz vətəndaşlarımızı və qayğıkeş bacı və qardaşlarımızı, milli etiraz olaraq, prezident seçkilərinə qatilmamağa çağırır. Inanırıq ki, bu mədəni mübarizəmiz nəticəsində milli huquqlarımızı əldə etməyi layiqincə bacaracayıq!

Azərbaycan Milli cəbhəsi (AMC)
2009.06.06
Malmö - İsveç

İran adlanan yerin Prezident Aparatı ittihamları cavablandırmaq üçün TV-də vaxt istəyib

İran adlanan yerin Prezident Aparatı Prezident Əhmədinejadın ünvanına debatlarda səslənən ittihamların cavablandırılması üçün İran televiziyasına xüsusi vaxtın ayrılması tələbinin qeyd olunduğu məktub göndərib. Bu barədə İranın IRNA informasiya agentliyi xəbər verir.

Prezident Aparatının başçısı Əbdürreza Şeyxulislam məktubunda qey edib ki, Əhmədinejadın iştirak etmədiyi üç debatda onun və bütün hökumətin ünvanına ciddi ittihamlar səsləndirilib ki, bunların da cavablandırılması üçün ayrıca vaxt ayrılmalıdır.

Məktubda deyilir ki, prezidentliyə namizədlər Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və Möhsün Rezayi Prezidenti və hökuməti 60 dəqiqə 35 saniyə ərzində tənqid ediblər.

İran adlanan yeri Ermənistanla birləşdirən səbəblər nədir?

ERMƏNİNİN MÜSƏLMAN XİLASKARI

Ötən həftə gündəmin əsas məsələlərindən biri İran adlanan yerlə Azərbaycan arasında qarşılıqlı xəbərdarlıq bəyanatları və Tehrandan Bakıya ünvanlanan təhdidlər, habelə İran xüsusi xidmət orqanlarının Bakıda üstü açılan terror planı oldu. Növbəti gərginliyin yaranmasına İsrail prezidentinin Bakıya səfəri səbəb olub və İran buna ordu komandanı səviyyəsində etiraz bildirərək Bakını «sionist rejimlə» əlaqələrdən çəkinməyə çağırıb. Buna cavab olaraq rəsmi Bakı bildirib ki, İranın Azərbaycanın işlərinə qarışmasına yol verilməyəcək.
Azərbaycan tərəfi İrana xatırladıb ki, Ermənistanla bu ölkənin münasibətlərinə qarışmadığı kimi Tehran da İsrail prezidentinin səfərinə qarışmalı deyil. Eyni zamanda məlum olub ki, İran Xəzərin Azərbaycan sektorunda yerləşən mübahisəli «Alov» yatağında işlərə başlamağa hazırlaşır. İran xüsusi xidmət orqanlarının «Hizbullah» təşkilatı vasitəsilə Bakıda hazırladığı terror planlarının üstünün açılması isə bu ölkənin Azərbaycana münasibətinin heç də dostyana olmadığını bir daha nümayiş etdirib.
İndiyədək heç vaxt İranın Ermənistanda bu kimi təxribatlar hazırladığını eşidən olmayıb. Əksinə, İran Ermənistanı həmişə müdafiə edib və ən çətin məqamlarda ona həlledici dəstək verib. Bu dəstək 90-cı illərin əvvəllərində Azərbaycan ordusunun Qarabağda uğurlu hücum əməliyyatları apardığı bir vaxtda Ermənistanın və onun ordusunun sıxışdığı zaman da verilib, ötən ilin avqustunda Gürcüstanda gedən müharibə zamanı Ermənistana gedən yeganə quru kommunikasiyalarının kəsildiyi vaxtda da. Qarabağda gedən hərbi əməliyyatlar zamanı yanacaq qıtlığı ilə üzləşən erməni ordusunun öz tanklarını tələm-tələsik İrandan gələn mazut tankerlərindən dizellə doldurub Azərbaycan əraziləri üzərinə hərəkət etdiyini də yəqin çoxları unutmayıb. İranın Ermənistanla siyasi münasibətləri də həmişə ən yüksək səviyyədə olub, heç vaxt Tehran Azərbaycanla olduğu kimi İrəvanla təhdid dilində danışmayıb. İki ölkənin prezidentləri və digər rəsmi şəxslər dəfələrlə qarşılıqlı səfərlər edərək bir-birilərinin ünvanına ən isti mesajlar veriblər. Bəs müsəlman ölkəsi olan İranın ona qonşu olan iki Cənubi Qafqaz ölkəsinə münasibətində bu fərqlər haradan qaynaqlanır? Müsəlman ölkəsinin ona qonşu digər müsəlman ölkəsi ilə terror və təhdidlə danışdığı halda xristian ölkəsi olan digər qonşusu ilə bu cür dost münasibətinin səbəbləri nədir?
Bu sualların cavabları yəqin ki, çoxlarına aydındır. Lakin ortada görünən səbəblərdən başqa görünməyən səbəblər də var və bunları açıb göstərmək aktual hesab oluna bilər. Şübhəsiz ki, səbəblər arasında həm tarixi, həm də geosiyasi olanları var. Birincisi, İran qonşuluğunda Azərbaycan adlı müstəqil dövlətin yaranması faktını həzm edə bilmir və bunu hər addımda büruzə verir. Səbəb isə İranda yaşayan on milyonlarla azərbaycanlıdır. İranda nəzərə alırlar ki, şimalda Azərbaycan adında müstəqil dövlətin mövcudluğu Cənubdakı azərbaycanlılar üçün nə dərəcədə güclü stimuldur. Ona görə də İran əvvəldən Azərbaycanın zəifləməsində, parçalanmasında maraqlı olub. Dəfələrlə Azərbaycanın yerləşdiyi ərazilərin əslində İrana məxsus olduğunu müxtəlif səviyyələrdə iddia edib. İranda ayətullahların nəzarətində olan mətbuat müntəzəm olaraq Azərbaycan əleyhinə təbliğat aparıb, ancaq heç vaxt Ermənistanın şiə, müsəlman ölkəsinin ərazisini işğal altında saxlamasını pisləməyib.
Digər mühüm səbəb isə Azərbaycanın müstəqillik əldə etdikdən sonra etdiyi strateji seçimdir. İstər Əbülfəz Elçibəyin prezidentliyi dövründə, istərsə də ondan sonra hakimiyyəti ələ alan Heydər Əliyev zamanında Azərbaycanın strateji seçimi Qərbə yaxınlaşmaq olub. Bura Qərb şirkətləri ilə imzalanan neft müqavilələri və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası, ABŞ-la hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq daxildir. Bu siyasi kurs indi də davam edir. Uzun müddət Azərbaycan əsasən İranın reaksiyasından ehtiyat edərək İsraillə siyasi səviyyədə münasibətləri inkişaf etdirməkdən çəkinib. Lakin yəhudi dövləti ilə daim yaxşı münasibətlərdə olub, təhlükəsizlik sahəsində yaxınlıq edib. İran isə heç şübhəsiz ki, onun qonşuluğunda Qərblə, İsraillə bu cür münasibətlərə malik ölkənin varlığından narahat olmaya bilməz. Geosiyasət prinsiplərini rəhbər tutan İran üçün Azərbaycana qarşı ona düşmən Ermənistanı müdafiə etmək, gücləndirməkdən təbii variant ola bilməzdi. Söhbət geosiyasi maraqlardan getdiyinə görə din və müsəlman həmrəyliyi məsələləri də çoxdan arxa plana itələnmiş olur. Beynəlxalq münasibətlər sisteminin tarixində bir ölkənin onun maraqları ilə uzlaşmayan digər ölkəyə qarşı onun düşmənini müdafiə etməsinə dair nümunələr kifayət qədərdir. Məsələn, Rusiya ABŞ-la çəkişən Venesuelanı dəstəkləyir, ABŞ isə Rusiyanın təsirindən uzaqlaşmaq istəyən keçmiş sovet respublikalarına güclü dəstək verir.
Siyasət şöbəsi.musavat

İSLAHATÇI NAMİZƏDLƏR SEÇKİYƏ MÜDAXİLƏDƏN EHTİYATLANIRLAR

İran adlanan yerin prezidentliyinə iki islahatçı namizəd - keçmiş baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi bəzi “özbaşına qruplar”ın hansısa namizədin xeyrinə seçki prosesinə mümkün müdaxiləsi barədə xəbərdarlıq edib.

M.Musəvi öz tərəfdarlarını hazırkı dövlət başçısı, prezidentliyə namizəd Mahmud Əhmədinejad tərəfdarları ilə qarşıdurmadan çəkinməyə çağırıb.

Təbrizdə tələbələrlə görüşəndən sonra M.Kərrubi bəyan edib ki, seçki günü saxtakarlığa rast gəlinsə, dərhal mətbuat konfransı keçirib xalqa xəbər verəcəklər: “Bizim seçki prosesinə nəzarət edən bütün qüvvələrimiz ayıq olmalı, yol verilən istənilən saxtakarlıqla bağlı dərhal bizə məlumat ötürülməlidir”.

İslahatçı namizədlər M.Əhmədinejadı müdafiə edən İran İnqilab Keşikçiləri Kopusunun (“Sepah”) və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) təşkilatının seçki prosesinə müdaxiləsindən ehtiyatlanırlar.mediaforum

MUSƏVİNİN TƏRƏFDARLARI TEHRANDA BÖYÜK YÜRÜŞ KEÇİRİB

İran adlanan yerin prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin on minlərlə tərəfdarı iyunun 8-də Tehranda yürüş keçirib.

yürüş uzunluğu 25 kilometr olan Vəliəsr küçəsində təşkil edilib. Bu küçə, demək olar, başdan-ayağa aksiyaçı ilə dolu olub. M.Musəvi seçki kampaniyasında yaşıl rəngdən simvol kimi istifadə etdiyindən Vəliəsr küçəsi tamamilə yaşıl rəngə bürünüb.

Əksəri əl-ələ tutan aksiyaçılar Musəvinin lehinə, indiki prezident Mahmud Əhmədinejadın əleyhinə şüarlar səsləndiriblər.

Yürüşdə ən çox bu şüarlar səslənib: “Saxtakarlıq olmasa, Musəvi birincidir”, “Əhmədi bay-bay, Əhmədi bay-bay” (ingilis dilində “bye-bye” - xudahafiz deməkdir.), “Yalan danışmaq qadağandır”, “Populist hökumətə ölüm!”.

Motosikl sürən bəzi Əhmədinejad tərəfdarları yürüş iştirakçılarına yaxınlaşıb Musəviyə qarşı kəskin şüarlar səsləndərərək qarşıdurmaya cəhd göstərsələr də, aksiya insidentsiz ötüşüb.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.

İran adlanan yerin prezidenti yasaq etdiyi dilin zənginliyindən danışıb

ƏHMƏDİNEJAD AZƏRBAYCAN DİLİNƏ “VURULUB”

İrandakı seçkilərin taleyinin Təbriz başda olmaqla, Azərbaycanda həll olunacağını artıq prezident Mahmud Əhmədinejad da başa düşür. Təbrizin “Təxti” stadionunda tərəfdarları qarşısında çıxış edərkən o, bir sıra mesajlarla Azərbaycan seçicisinin səsini qazanmağa çalışıb. Ötən çıxışında türkcə şeir söyləyən İran prezidenti bu dəfə illərdir ibtidai məktəblərdə belə işlədilməsini yasaq etdiyi Azərbaycan türkcəsinin zənginliyindən danışıb. Əhmədinejad çıxışının bir hissəsini Azərbaycan dilində söyləyib.
“Azərbaycan dili ən mükəmməl, zəngin, dolğun və gözəl dillərdən biridir. Bu dil əslində İran xalqının mədəniyyətinin dayağıdır. Azərbaycan dili İran mədəniyyətinin sərmayələrindən biridir. Elə buna görə də mən Ali Mədəni İnqilab Şurasındakı dost və həmkarlarımdan bu dilin qorunması və ali təhsil ocaqlarında tədris olunması üçün şərait yaradılmasını xahiş etmişəm. Əlbəttə, onlar bu dilin tədris olunmasından nigaran olduqlarını deyiblər. Mən isə onlara bildirdim ki, siz nə üçün müstəmləkəçilik dili sayılan ingilis dilinin yayılması qarşısında susursunuz, Azərbaycan dilinin yayılmasından isə narahat olursunuz” - deyə əlavə edib.
“Media forum”un xəbərinə görə, M.Əhmədinejad 8 il Ərdəbil vilayətinin ostandarı olduğundan Azərbaycan türkcəsi ilə yaxından tanışdır.
Cavid TURAN

8 Haziran 2009 Pazartesi

ƏHMƏDİNEJADIN DEDİYİNƏ GÖRƏ, İRANDA AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNDƏN QORXUYA DÜŞƏNLƏR VAR

İyunun 7-də İran prezidenti Mahmud Əhmədinejad Təbrizə səfər edib. “Təxti” stadionunda tərəfdarları qarşısında çıxış edən M.Əhmədinejad Azərbaycanın İran tarixindəki əhəmiyyətindən və Azərbaycan türkcəsinin zənginliyindən danışıb.

“Media forum” saytının məlumatına görə, Azərbaycanın İranın müstəqilliyi və mədəniyyətinin inkişafı uğrunda fədakarlıq etmiş igidlər və mütəfəkkirlər diyarı olduğunu deyən M.Əhmədinejad vurğulayıb: “Azərbaycan ədəbiyyatı və mədəniyyəti İran xalqının, o cümlədən azad və ədalətpərvər xalqların misilsiz dəyərli xəzinəsidir”.

Çıxışının bir hissəsini Azərbaycan dilində söyləyən M.Əhmədinejad bəzilərinin Azərbaycan dilinin ali təhsil ocaqlarında tədris olunmasından qorxuya düşdüyünü də qeyd edib: “Azərbaycan dili ən mükəmməl, zəngin, dolğun və gözəl dillərdən biridir. Bu dil əslində İran xalqının mədəniyyətinin dayağıdır. Azərbaycan dili İran mədəniyyətinin sərmayələrindən biridir. Elə buna görə də mən Ali Mədəni İnqilab Şurasındakı dost və həmkarlarımdan bu dilin qorunması və ali təhsil ocaqlarında tədris olunması üçün şərait yaradılmasını xahiş etmişəm. Əlbəttə, onlar bu dilin tədris olunmasından nigaran olduqlarını deyiblər. Mən isə onlara bildirdim ki, siz nə üçün müstəmləkəçilik dili sayılan ingilis dilinin yayılması qarşısında susursunuz, Azərbaycan dilinin yayılmasından isə narahat olursunuz?”

M.Əhmədinejad 8 il Ərdəbil vilayətinin ostandarı olduğundan Azərbaycan türkcəsi ilə yaxından tanışdır.

İyunun 12-də İranda prezident seçkisi keçiriləcək. M.Əhmədinejadın əsas rəqibi azərbaycanlı namizəd, keçmiş baş nazir Mirhüseyn Musəvidir.

May ayının sonlarında İranın əyalətlərində fəaliyyət göstərən universitetlərdə qeyri-fars etnoslarının dilində, eləcə də Azərbaycan dilində kurslar təşkil etmək barədə qərar qəbul edilib. Qərar prezident M.Əhmədnicadın sədrliyi ilə keçirilən Ali Mədəni İnqilab Şurasının iclasında qəbul olunub. Qərar "Bölgə universitetlərində yerli dil və ədəbiyyat fənləri üzrə dərslərin təşkil olunmasına dair" adlanır.

17 İL ÖNCƏ, 7 İYUNDA...

Günün şüarı da vardı: “Ümid var gələcəyə, səs verək Elçibəyə”

17 il öncə də iyun 7-si bazar günü idi. Həmin gün müstəqil Azərbaycanda ilk prezident seçkisi keçirilirdi.

7 iyun seçkisini çox vaxt “Elçibəyin seçkisi” adlandırırlar. Amma namizədlər çox idi: Əbülfəz Elçibəy, Yaqub Məmmədov, İlyas İsmayılov, Nizami Süleymanov, Rafiq Turabxanoğlu, Etibar Məmmədov və Tamerlan Qarayev. Sonunci iki namizəd səsverməyə 2 gün qalmış namizədliklərini Elçibəyin xeyrinə geri götürdülər.

7 iyun seçkisi bu günə qədər Azərbaycanda keçirilən ən kütləvi, qızğın, parlaq və halal seçki olaraq qalır. Ondan sonrakı seçkilərin hamısına hiylə və zor qarışdırılıb.

Düzdür, 17 il öncə keçirilən seçkinin üstünə də “saxtakarlıq iftirası” atıldı, müəyyən nöqsanların 10 qat şişirdilməsi hesabına seçkiyə kölgə salındı. Ancaq hər şey göz qabağında idi: Elçibəyin favorit olduğunu heç kəs danmırdı.

Üstəlik, o zaman dövlətin inzibati resursları da artıq Elçibəyin təşkilatının - AXC-nin əlində indi, bütün idarə və müəssisələr, büdcə təşkilatları istər-istəməz hakimiyyətdə olan qüvvənin namizədinə işləyirdilər.

Maraqlıdır, Yaqub Məmmədov parlament sədrliyindən istefa verməsəydi, həmin resurslaıdan o istifadə edəcəkdi və onun ən azı seçkinin ikinci turuna keçməsi təmin olunacaqdı.

Ancaq onun yerini seçkiqabağı təbliğat kampaniyasında seçicilərə fantastik vədlər vermiş Nizami Süleymanov tutdu. O, 30 faizdən artıq səs aldı və bu, özlüyündə fantastik nəticə idi. Adam bu qədər səsi təkbaşına, siyasi təşkilatı, tərəfdarlar ordusu, ictimai vəkillər dəstəsi olmadan qazanmışdı. Hakimiyyətdən kənarlaşdırılmış qüvvələrin bir hissəsi onun ətrafında toparlanmağa macal tapmışdılar.

Nizami Süleymanov seçkilərdən dərhal sonra seçicilərin 80 faizinin səsini aldığını iddia etdi. Ancaq bir neçə ildən sonra özü də etiraf etdi ki, tələbə qızı Elçibəyə səs verib. Beləcə, aydın oldu ki, hörmətli akademik öz ailəsində belə seçici səsinin yalnız 66,6 faizini toplayıb.

O vaxt seçkilərdə bir kvorum həddi vardı. Seçicilərin 50 faizdən artığı məntəqələrə gəlməsə, seçki baş tutmuş sayılmırdı. 7 iyun seçkisi yeganə seçkidir ki, bu baryeri xalqın fəallığının hesabına aşdı.

Məntəqə seçki komissiyasının sədr və katibləri sonradan danışırdılar ki, səhərdən axşamadək nahar etmədən, çay içmədən insanlara, növbəyə düzülmüş seçicilərə bülleten paylayıblar, axşam saat 8-də məlum olub ki, səsvermədə 50 faizdən bir az artıq seçici iştirak edib.

O zaman hər şey olduğu kimi protokollaşdırıldı. Nə seçicilərin iştirak faizi qaldırıldı, nə də Nizami Süleymanovun topladığı səslərin faizi az göstərildi.

Elçibəy prezident oldu. Ancaq o, özü demişkən, prezident işləyə bilmədi. Qoymadılar. Səlahiyyətinin icrasına başladıığı günün ildönümündə o, prezident postunu tərk etməli oldu.

Ancaq bu, tamam başqa söhbətdir. Bu gün ən yeni tariximizin ən dürüst, ən parlaq seçkisnin 17-ci ildönümüdür. Arzu edək ki, yaxın gələcəkdə ondan da dürüst, halal, qanuni seçkilər keçirə bilək.

P.S. Bu gün 17 il öncəki prezidentliyə namizədlərdən yalnız Əbülfəz Elçibəy aramızda yoxdur. Allah ona rəhmət eləsin.
N.K.
musavat

FƏRŞİ BƏYİN İNSAN HAQLARINI QORUMAQ ÜÇÜN KAMPANİYA

Say (No.): 517/2009

İlaygun (Date): 5 June 2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

· Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

· Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

· Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

· Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Cənab Əlirza Fərşi

Güney Azərbaycanlı vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ 1: FƏRŞİ BƏYİN İNSAN HAQLARINI QORUMAQ ÜÇÜN KAMPANİYA

Cənab Əlirza Fərşı Dizəc Yekən-in insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o Güney Azərbaycanın mədəni fəalıdır və bu anda İran yetgililəri tərəfindən 22 May 2009-dan bəri sərbəstlikdən yoxsun edilmiş. O universitet müəllimidir və Bilgi və Texnologia üzrə uzmandır. O təbrizdə tərtib olunmuş bir yürüşdə ana dili uğrunda kampaniya aparanda tutuqlanmışdır və bu olayın detayları Cədvəl 1-də təqdim olunmuşdur.

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Fərşi bəyin ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə onun boynundan məsuliyyəti götürmək istəyirik.

Əlirza bəy Fərşinin yaxalanması ilə bağlı 03.06.2009 tarixində 516/2009 sayılı ilətişmə 4-də huzurlarıza bilgi vermişdik. Bu haqda əlavə məlumatları aşağıda qeyd etməyi zəruri görürük.

Bildiyiniz kimi Güney Azərbaycanda 22 May 2006-ci ildəki dirçəlişdən sonra, hər il o günün xatirəsi yad edilir və gənclər təzahüratlarda iştirak edir. O dirçəlişin səbəbi, İran dövlət qazetinin azərbaycanlıları alçaltıcı karikatoru ilə birgə milli haqların tələbi olmuşdur. Bu il bu il dönümü İranın geçmiş prezident Xatəminin azərbaycanlılara qarşı çirkin sözlərinin videosunun yayılmasıda əlavə olmuşdu.

Bu il, bu iki hadisə ilə bağlı olacaq geniş təzahüratı kölgədə buraxmaq üçün hakimiyət, 22 May günü başqa bir hiləyə baş vuraraq, xalqı, idman bəhanəsi ilə yürüşə dəvət etmişdi. Onun üçün dövlətin idman bəhanəsi ilə yola saldığı bu yürüşdə, Azərbaycanın cavanları qoşularaq, ana dili istəyini irəli sürdülər. Ama, təəssüflə bu, insan haqlarını tələb edən cavanlarımızın bir çoxunun, o cümlədən Əlirza bəy Fərşi-nin yaxalanmasına səbəb oldu.

Adətən, İranın təhlükəsizlik məmurları ürkək yaranmışdırlar ki, səciyyələrinə görə qurbanlarını daldalarda pusqulayarlar yaxud şəxsi mənzillərə gecə yarısı tökülərlər ki, qeyri qanuni güclərini qəfildən emal etsinlər. Nə isə, cənab Fərşini basmarlama olayı 24 May 2009-da film-aparatı qarşısında, göz qabağında, günün işıq çağında və qomaralayan el ortasında baş verdi ki, məmurlar onun üzərinə cumub onu kəsginliklə yaxalamaq istəyirdilər. Filmi burada verilən linkdən də görünür ki, (http://www.youtube.com/watch?v=VWRBSo9g75g) İran yetgililəri cənab Fərşinin insan haqlarını pozmaq üzərədirlər və bu da bir nadir görüntüdür. Yaxşı olardı ki, bu filmə tamaşa edəsiniz. Burada, cənab Fərşi ömür-boyu ürək nisgili olan “Türk dilində mədrəsə” sözlərini tərənnüm edir. Film açıqca göstərir ki, basmarlayıcı məmurların yaratdıqları gərginlikdən o fiziksəl olaraq nəfəsdən düşməkdə; lakin onun ürəyinin dərinliyindən çıxan səs bir mənəvi aləmin püsgürməsini təsmil edir. Bu Azərbaycan millətinin 30 milyonluq Güeny Azərbaycanda körüklənən hissiyyatın simfonisidir. Bu nəğmə sadəcə 30 milyon Azərbaycanlının ilkin insan haqlarının dirçəlməsidir.

Bəşəriyyətin qüruru 20 İyul 1969-da Amerikalı fəzaçı Neil Armstrong-ın bu sözləri ilə körükləndi: “birisi üçün kiçik bir addım bəşəriyyət üçün nəhəng addım.” Bu məyər cənab Fərşinin “ana dilində mədrəsə” sözlərində sığan həmən qürura tay deyilmi? Bu iki fərdlərdə olan inam başqa önçülərdə olan fitrət ilə üst-üstə düşür ki, insan mədəniyyətinin dəyərlərinin cəbhəsini daha genişlətsinlər. Bizcə cənab Fərşi kimilər cəbhə xətlərindədirlər ki, insanlığın mənəvi dəyərlərini zənginlətsinlər; biz bilirik ki, siz Azərbaycan millətinin Güney Azərbaycanda İran irqçiliyinin törətdiyi zülümatda parıldamasını qiymətləndirirsiniz; biz olduqca məmnun olduq ki, siz xanım Faxtə Zamaniyə platform verdiniz ki, İrqçiliyə Qarşı Cenevrə Qurultayında (20-24 Aprel 2009) Güney Azərbaycan haqqında çıxış etsin. Sizin bu təmiz jestinizə görə minnətdarıq və eləcə də cənab Fərşinin insan haqlarının dirçəldilməsi üçün sizin həmən kampaniya paramağınız üçün müraciətinizdə bulunmaqdayıq.

Qabaqcadan qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Əli Taşkənd

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

Say (No.): 517/ 2009

İlaygün (Date): 5 June 2009

The Office of High Commissioner for Human Rights, Geneva

Please circulate this to Working Group on arbitrary detention; it is also of relevance to:

· Special Rapporteur on the independence of judges

· Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression

· Special Rapporteur on contemporary forms of racism, racial discrimination, xenophobia and intolerance

· The Independent Expert on Minority Issues, and

CC Mr Dyke and Mrs. Harrison, Amnesty International, London

Also: Human Rights Watch and Human Rights Server

Mr. Elirza Fershi

A south Azerbaijani prisoner of conscience

Dear sir/madam,

COMMUNICATION 1 CAMPAIGNING FOR HUMAN RIGHTS OF MR. FERSHI

Please find enclosed Communication 1 for safeguarding human rights of Mr. Elirza FERSHI Dizej Yeken, a Southern Azerbaijani cultural activist, who has been deprived of his liberty by Iranian authorities since 22 May 2009 . He is a university lecturer and Information Technology specialist.

We would like to stress that in compiling this Communication, we have not consulted with Mr. Fershi family or his lawyer. This statement is necessary to manage the risk of reprisal by the Iranian authorities.

The general background for Mr. Fershi’s detention have been provided in our General Communication 4 (Ref 516/2009 on 3 June 2009 ) but the particular circumstances leading to the detention are detailed in Table 1 and outlined below. We build on our previous communications informing you on the May 2006 Mass Protests, which its anniversary is now marked every year on the 22nd of May. The event was triggered by a cartoon published in an official daily newspaper, implying an insult to the national integrity of the nation of Azerbaijan in Southern Azerbaijan . Normally the Iranian authorities resort to the suppression of the event but this year they went further by planning a carnival in Tebriz to commemorate the Iran-Iraq war. This could have two purposes of overshadowing the anniversary of the May 2006 Mass Protests and diffusing the ongoing wave of protests against yet another racial insult to the nation of Azerbaijan by Hojjet-ul-Islam Khatami, a former president of the Islamic Republic of Iran. The cultural activists took part in this carnival and exercised their right to protest by producing placards demanding the right to education in mother language. The agents of the Iranian authorities did not tolerate this simple gesture and brutally arrested a number of Azerbaijani activists including Mr. Fershi.

Normally, Iranian security agents are shy creatures with the trait of ambushing their victims in back allays or private residences at midnights exercising their abusive power with a complete surprise. However, the act of victimising Mr. Fershi on 24 May 2009 took place in front of camera in daylight among his supportive folk, while security agents were decisively snatching him. The following link (http://www.youtube.com/watch?v=VWRBSo9g75g) provides a glimpse for the violation of his human rights by Iranian authorities and this is a rare scene. We recommend you to spare a minute to view the clip. Here Mr. Fershi cries his heart out with his lifelong dream words: “schools in Turkic.” The film clearly shows that he is physically exhausted by the strain created by the snatching agents but his heartfelt voice reflects the eruption of his inner world, which is symphonic to 30 million Southern Azerbaijanis. He is only asking for basic human rights yo his nation.

We would like to draw your attention to the pride of the human race evoked by the American astronaut Neil Armstrong on 20 July 1969 when uttered the words “one small step for a man one big step for mankind.” Is it not right that a similar human pride evoked today when Mr. Fershi utters the words of “education in mother language?” Both these individuals share with many vanguards the urge to advance frontlines for human culture. We think people like Mr. Fershi are at the frontline for enriching human values; we know that you appreciate that the nation of Azerbaijan in Southern Azerbaijan is shining at such a dark underworld of racism spearheaded by Iranian authorities; we were overwhelmed when you gave exposure on this subject to Mrs. Fakhteh Zamani in the Geneva Conference against Racism (20-24 April 2009). We thank you for your gesture then and we appeal for your immediate campaign now for restoring human rights of Mr. Fershi.

Thank you in advance for your campaign.

Yours faithfully,

Mr. Eli Tashkent

The Committee for the Defence of the Rights of World Azerbaijanis

Table 1 The COMMUNICATION FOR CASE OF MR. FERSHI

Working Group on Arbitrary Detention
"No one shall be subjected to arbitrary arrest, detention or exile."
(Article 9, the Universal Declaration of Human Rights)
VII. Model questionnaire to be completed by persons alleging arbitrary arrest or detention

I. Identity of the person arrested or detained

1. Family name:

FERSHI Dizej Yeken Esedi (the transcription of the name from Farsi may be as: Farshi Dizaj Yekan and in Arabic script is فرشي ديزج يکان)

2. First name:

Elirza (the transcription of the name from Farsi may be as: Alireza and in Arabic script is عليرضا)

3. Sex:

Male

4. Birth date:

17 October 1978

5. Nationality/Nationalities:

Southern Azerbaijani national; a citizen of the Islamic Republic of Iran

6. (a) Identity document (if any):

440

(b) Issued by:

City: Merend (Marand), Town: Dizej Yeken (or Dizaj Tekan)

(c) On (date):

The data not available

(d) No.:

The data not available

7. Profession and/or activity (if believed to be relevant to the arrest/detention):

University lecturer,

IT specialist and

researcher

8. Address of usual residence:

Yeken, Dizej, Merend, West Azerbaijan province, Iran .

II. Arrest

1. Date of arrest:

22 May 2009.

2. Place of arrest:

The victim was arrested in Elgölü resort, Tebriz

3. Forces who carried out the arrest or are believed to have carried it out:

Unnamed security agents.

4. Did they show a warrant or other decision by a public authority?

We deduce from the circumstances that he was rounded up along with other activists by security agents.

5. Authority who issued the warrant or decision:

Undoubtedly, the agents were from the Ministry of Intelligence at least we assume so. The onus is on the authority to provide clear information but this is highly unlikely.

6. Relevant legislation applied (if known):

Normally the authority does not provide this data to cover their act of arbitrary arrests.

III. Detention

1. Date of detention:

We assume that the arrest on 22 May 2009 led straight to detention.

2. Duration of detention (if not known, probable duration):

Ongoing.

3. Forces holding the detainee under custody:

During the detention, the victim would be held by the office of the Ministry of Information in Tebriz.

4. Places of detention (indicate any transfer and present place of detention):

It is assumed that the victim is kept in a detention facility of the Ministry of Information in Tebriz.

5. Authorities that ordered the detention:

Our assumed response would be that the authority ordered the detention was the Ministry of Information.

6. Reasons for the detention imputed by the authorities:

There is no official information but eyewitness accounts.

7. Relevant legislation applied (if known):

As there are no imputed charges or information on the relevant legislation underpinning the arrest. The onus is on the authority to issue such information and deserve the title of being called the authority.

IV. Describe the circumstances of the arrest and/or the detention and indicate precise reasons why you consider the arrest or detention to be arbitrary

Eyewitness accounts and a Youtube video clip described the circumstances, as follows.

We assume your background knowledge for the May 2006 Mass Protests in Southern Azerbaijan triggered by a cartoon published in an official daily newspaper (http://www.dunazhak.net/Special.htm). It has become customary to mark the anniversary but there was an additional reason this year with already ongoing wave of protests against yet another racial insult to the nation of Azerbaijan by Hojjet-ul-Islam Khatami, a former president of the Islamic Republic of Iran (see our General Communication Ref: 516/2009 on 3 June 2009). Normally the Iranian authorities resort to the suppression of the event but this year they went further by planning a carnival in Tebriz to commemorate the Iran-Iraq war, which provided them the opportunity to overshadow the anniversary of the May 2006 Mass Protests and diffuse the ongoing wave of protests. The victim was a participant in the carnival and also took the opportunity to campaign for the right of education in mother language, very dear to his heart. The agents of the Iranian authorities did not tolerate this simple gesture and brutally arrested a number of Azerbaijani activists including Mr. Fershi. This is evident in the video clip (http://www.youtube.com/watch?v=VWRBSo9g75g). He was even chanting the “schooling in mother language for everyone.”

However, according to the information issued by Mr. Alireza Jamshidi, the spokesperson of the Iranian judiciary system (http://www.irna.ir/View/FullStory/?NewsId=522267), has stated that the some 11 individuals were detained for a range of charges including “publicity against the system of the Islamic Republic of Iran, some with keeping explosive material, some with undermining the security of the country. We are confident that these accusations are the blueprint of the Iranian authorities against any detainee and a pretext to torture.

The victim is an outspoken campaigner for the right of education in mother language. He has even written open letters to Ayatollah Khamenei, the religious leader of Iran .

V. Indicate internal steps, including domestic remedies, taken especially with the legal and administrative authorities, particularly for the purpose of establishing the detention and, as appropriate, their results or the reasons why such steps or remedies were ineffective or why they were not taken:

Normally the family members would resort to every possible measure to determine the whereabouts of the victims but this would normally be in vain. We assume that this is also the case.

VI. Full name and address of the person(s) submitting the information (telephone and fax number, if possible) (d)

Mr. Eli Tashkent

On behalf of:

The Committee for the Defence of the Rights of World Azerbaijanis

Address:

Ayna, Sherifzade 1, Baki , Azerbaijan ; Tel/Fax +47-99399225; Email: email: info@dunazhak.net

Date: 3 June 2008 Signature:

This questionnaire should be addressed to the Working Group on Arbitrary Detention, OHCHR-UNOG, 1211 Geneva 10, Switzerland, fax No. (41-22) 917.90.06.

© The Office of the High Commissioner
for Human Rights
Geneva , Switzerland Send e-mail with comments and suggestions to:
webadmin.hchr@unog.ch
OHCHR-UNOG
8-14 Avenue de la Paix
1211 Geneva 10, Switzerland
Telephone Number (41-22) 917-9000
azadtribun

İranın təhdidlərinə cavab, yoxsa...

AZƏRBAYCAN XƏZƏRDƏ TƏLİMLƏRƏ BAŞLAYIR
Yaxın vaxtlarda Azərbaycan Xəzər dənizində genişmiqyaslı hərbi təlim keçirəcək. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin keçirəcəyi təlimdə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin bir neçə gəmisinin də iştirakı nəzərdə tutulur. Hərbi təlimdə dənizdə gəminin zəbti, terrorçuların zərərsizləşdirilməsi, dənizdə infrastrukturların mühafizəsi kimi müxtəlif əməliyyatların icrası, həmçinin xüsusi təyinatlı qüvvələrin sahilə çıxarılması nəzərdən keçiriləcək. Məlumata görə, bu həm cəlb olunan gəmilərinin, həm də əməliyyatların müxtəlifliyinə görə Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərdən ən böyüyü olacaq.
Məsələ ilə bağlı rəsmi qurumlarla əlaqə saxlayıb dəqiqləşdirmə aparmaq istəsək də, bu, mümkün olmadı. Ancaq bəzi ekspertlər təlimlərin keçirilməsini son vaxtlar İranın Azərbaycana yönəlik təhdidləri və Tehranın Xəzərdəki mübahisəli “Alov” yatağında kəşfiyyat işlərini davam etdirəcəyinə cavab kimi qiymətləndirir. Qeyd edək ki, bir neçə il öncə İranın analoji addımının qarşılığında Türkiyə Azərbaycana dəstək verərərk “türk şahinləri”ni göstəri yapmaq üçün Azərbaycana göndərmişdi. Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, təlimlərin məhz İranın təhdidlərinə cavab olduğunu birmənalı şəkildə demək olmaz: “Məsələyə bu kontekstdən də baxmaq olar. Düzdür, İran artıq Xəzərdə müəyyən işləri həyata keçirməyə başlayıb. Ancaq fakt budur ki, Azərbaycan və İranın hərbi dəniz qüvvələrini müqayisə etmək düzgün olmazdı. Azərbaycan kiçik ölkədir”. Ekspertə görə, bu təlimlər son günlər ordu ilə bağlı məsələlərin gündəmdə olması ilə əlaqədardır: “Əslində bu, adi təlimdir. Genişmiqyaslı təlim odur ki, NATO və ya Türkiyə ilə birgə keçirilsin. Ancaq əgər əvvəl 4 gəmi dənizə çıxırdısa, indi 6 gəmi çıxacaq. Mən bu kimi təlimlərə normal baxıram. Üç qoşun növü iştirak edəcək və hərə bir konkret tapşırıq yerinə yetirəcək. Ancaq bunu şişirtməyə ehtiyac yoxdur”.
VÜQAR
musavat

Mahmud Əhmədinejad məqsədli olaraq xalqı aldadır

Bunu qarşıdan gələn prezident seçkisində hazırki prezidentin əsas rəqibi Mir Hüseyn Musəvi bildirib

Iran prezidenti Mahmud Əhmədinejad xaqı ölkənin iqtisadi vəziyyəti ilə bağlı məqsədli şəkildə aldadır. Bu barədə RBC-nın məlumatına görə, qarşıdan gələn prezident seçkisində hazırki prezidentin əsas rəqibi Mir Hüseyn Musəvi bildirib.

Onun sözlərinə görə, İran Mərkəzi bankının məlumatları təsdiqləyir ki, ölkədə inflyasiyanın səviyyəsi M. Əhmədinejadin dediyi kimi 15 faiz yox, 25,4 faizdir. Qeyd edək ki, M. H. Musəvi bir neçə dəfə ölkə rəhbərinin xarici və daxili siyasətini tənqid edib.

İranda prezident seçkiai iyunun 12 –də keçiriləcək. /ANS PRESS/

İran adlanan yerin Məsləhət Şurasının sədri İran prezidentini yalan danışmaqda ittiham edib

İran adlanan yerin eks-prezidenti və bu ölkənin Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani İran prezidenti Mahmud Əhmədinejadı yalan danışmaqda ittiham edib "Tənqidlər əgər şəxsə aid olarsa onu bağışlamaq olar, lakin İran İnqilabına, onu himayə edənlərə və ümumiyyətlə İslam İnqilabı sisteminə qarşı olarsa səslənərsə, bu zaman susmaq olmaz və düzgün informasiya verməklə yalan və böhtanların qarşısını almaq lazımdır", - deyə İranın Məsləhət Şurasının sədri Rəfsəncani bazar ertəsi bildirib. Bu barədə İLNA xəbər agetnliyi məlumat yayıb. İyunun 3-də İran Dövlət Televiziyasının 3-cü kanalı və PressTV kanalında yayımlanan prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mahmud Əhmədinejadın debatı zamanı Əhmədinejad İranın eks-prezidenti Rəfsəncaniyə və ailəsinə qarşı sərt ittihamlar irəli sürüb. Əhmədinejad Rəfsəncanini ona qarşı təxribata rəhbərlik etməkdə və korrupsiyada ittiham edib. Rəfsəncaninin adından İran televiziyasına müraciət ünvanlanıb. Müraciətdə İran Dövlət Televiziyasından Rəfsəncaninin İran prezidenti Əhmədinejadla teledebat aparması üçün vaxt ayrılması tələb olunub. Müraciətdə bildirilir ki, İran prezidenti Əhmədinejad iyunun 3-də digər namizəd Mir Hüseyn Musəvi ilə canlı debatda İranın Məsləhət Şurası sədrinin ünvanına sərt ittihamlar irəli sürüb. Bu baxımdan Dövlət Televiziyasından seçki kampaniyasının vaxtı bitməmiş tez bir zamanda həmin ittihamları cavablandırmaq məqsədi ilə vaxt ayrılması istənilib. İranın Dövlət Televiziyasının sədri İzzətullah Zərğami Rəfsəncaninin bu istəyinə seçkilərdən sonra baxılacağını bildirib.trend