Qənirə Paşayeva
Bu gün Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva İran rəsmilərinin İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərini pisləyən bəyanatlarına toxunub. Onun sözlərinə görə, İranın bəzi rəsmiləri Azərbaycanın daxili işlərinə müdaxilə edir, təhdidedici açıqlamalar verir.
Q.Paşayeva İran mediasının Azərbaycanı gözdən salan təbliğatla məşğul olduğunu deyib: “İranın islam həmrəyliyindən danışmağa heç bir haqqı yoxdur. Çünki islam ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən, islam mədəniyyətini, abidələrini məhv edən bir ölkə ilə sıx əlaqələr qurub. İran Ermənistanla bağlı siyasətinə yenidən baxmalıdır”.
Parlament sədri Oqtay Əsədov Q.Paşayevaya cavab olaraq bildirib ki, İranın bəzi rəsmilərinin açıqlamalarının rəsmi İranın mövqeyi kimi başa düşülməsi düzgün deyil: “İndi siz burada fikirlər səsləndirir, bəyanatlarla çıxış edirsiniz, məgər bu, rəsmi Azərbaycanın mövqeyidir? İsrail prezidentinin Azərbaycana səfərinə daha çox İran mətbuatı və müxalifəti münasibət bildirib”.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder