azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Haziran 2009 Salı

Ermənilər təşvişə düşüb

"Ermənistanın beynəlxalq arenada zəifləməsi, prezident seçkilərindən sonrakı diplomatik səhvlər və ölkə hakimiyyətinin qlobal maliyyə böhranı qarşısında aciz qalmasından istifadə edən Bakı bizə bütün istiqamətlərdə ağır təzyiqlərini davam etdirir".
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin (EMK) xarici məsələlər üzrə katibi Vladimir Karapetyanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında indi üstünlük Bakıdadır.
Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin təşəbbüsü ilə Sankt-Peterburqdakı görüşlərindən bəhs edərkən V.Karapetyan bildirib ki, həmin görüş və müzakirələr ermənilərə yaxşı heç nə vəd etmir.
"Ermənistanın zəiflədiyini görən Azərbaycan heç yana tələsmir və siyasi təzyiqlərini davam etdirir. Ermənistan və Azərbaycan prezidentlərinin sayca 5-ci görüşü əslində hamıdan çox Moskvaya gərəkdi. Kreml bu minvalla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas rol oynamağa çalışır və deyəsə, məqsədinə də çatır. Bundan başqa, prezidentlərin bir yerdə şam yeməklərini ötənilki Mayndorov təması təki prezidentlərin görüşü saymaq olmaz", - V.Karapetyan söyləyib.
Erməni İnqilabi Federasiyası-Daşnaksutyun isə ABŞ-ın dövlət katibi Hillari Klintonun son bəyanatlarından narazıdır.
Türkiyənin XİN başçısı Əhməd Davudoğlunu Vaşinqtonda qəbul edərkən Birləşmiş Ştatların dövlət katibi bildirib ki, İsveçrənin vasitəçiliyi ilə Ankara və İrəvan arasındakı danışıqları dəstəkləyir.
"Hamımız başa düşürük ki, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması, münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması asan iş deyil. Bunun üçün səbr və qətiyyət gərəkdir. Adını çəkdiyim ölkələrin öhdəliklərini yerinə yetirmələrinə heç bir maneə görmürəm", - H.Klinton deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından bəhs edərkən dövlət katibi Azərabycan və Ermənistanın bu istiqamətdə irəliyə hərəkət etdiklərini vurğulayaraq, səyləri alqışlayıb: "Bu öklələrin dövlət başçılarının Sankt-Peterburqdakı görüşləri də irəliləyişə bəlalət edir. Əminik ki, qısa zaman ərzində bunca uzun müddət ərzində mövcud olan problemlərdə ciddi irəliləyiş qeydə alınıb". O, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi prosesində Türkiyənin mövqeyini də təqdir edib.
Ə.Davudoğlu isə bəyan edib ki, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmağa can atmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupuna yardım etmək, ABŞ ilə birgə çalışmaq niyyətindədir.
Daşnaksutyunun Ermənistan bürosunun rəhbəri Kiro Manoyan isə hesab edir ki, Birləşmiş Ştatların dövlət katibinin çıxışı birmənalı olaraq Türkiyə ilə Azərbaycanın aşkar şəkildə dəstəklənməsidir.
"Birləşmiş Ştatların xarici siyasətinə rəhbərlik edən şəxsin belə açıqlamalarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına rəvac verəcəyini düşünmürəm. Tam əksinə, ermənilər, xüsusilə də qarabağlı ermənilər bir daha əmin oldular ki, güzəştlər siyasəti məğlubiyyətlə başa çata bilər və bundan sonra yalnız özlərinə güvənməlidirlər", -K.Manoyan söyləyib.

Həsən AĞACAN

Hiç yorum yok: