azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Ekim 2008 Cumartesi

"Türkün tarixinə yeni bir baxış" Türkiyədə çap edildi

"Türkün tarixinə yeni bir baxış" Türkiyədə çap edildi


Kitab geniş oxucu kütləsinin marağına səbəb olub
Türkoloq alim Yunus Oğuzun yazdığı "Türkün tarxinə yeni bir baxış" kitabı Türkiyədə çap edilib. "İləri" nəşriyyatı tərəfindən 7500 nüsxə ilə çapdan çıxan kitab Türkiyə türkcəsində geniş oxucu kütləsinə təqdim edilib. Xatırladaq ki, "Türkün tarixinə yeni bir baxış" kitabı Azərbaycanda iki dəfə çap edilib. 2007-ci ildə ilk dəfə çapdan çıxan kitaba əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, professor Firudin Ağasıoğlu və xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ön söz yazıblar. Kitabda müəllif apardığı dərin tədqiqatlar əsasında türkün tarixinə yeni baxışı ortaya qoyub. Tarixçi və tədqiqatçıların bu vaxta qədər əhəmiyyət vermədiyi məqamlar təhlil edilərək, həmin faktların türkçülüyün tarixi üçün vacib olduğu oxuculara çatdırılıb. Geniş oxucu kütləsinin marağına səbəb olan kitab 2008-ci ildə təkrar çap edilib. Bu dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 mart 2008-ci il tarixli 391 saylı əmri ilə dərs vəsaiti kimi tələbələr və şagirdlər üçün nəzərdə tutulub. ("OLAYLAR"İA)

16 hərbçi girovun taleyi İran rəsmilərini maraqlandırmır

16 hərbçi girovun taleyi İran rəsmilərini maraqlandırmır

16 hərbçi girovun taleyi İran rəsmilərini maraqlandırmır İranın asayiş qüvvələrinin baş komandanı İsmail Əhmədi Müqəddəmin bildirdiyinə görə “Condollah” silahlı qrupu tərəfindən girov götürülmüş 16 hərbiçinin bir qismi artıq adı çəkilən qrup tərəfindən qətlə yetirilib. Onun sözlərinə görə girov götürülmüş hərbçilərdən azadlığa buraxılmış 1 nəfər, onlardan hələlik 7 nəfərinin sağ olduğunu təsdiqləyib. “Condollah” silahlı qrupunun rəhbərləri də bildirib ki, indiyə qədər girovlardan 6 nəfərini edan ediblər. Qeyd edək ki, “Condollah” qrupu bu il İyunun 13-də İranın Pakistanla sərhəddi yaxınlığında 16 İran hərbçisini girov götürmüşdü. Keçən müddətdə bir neçə dəfə İran hərbiçilərinin edam olunmasını əks etdirən video görüntü yayılmışdı. “Condollah” silahlı qrupu İranın cənub–şərq bölgələrində İran rejimi ilə silahlı mübarizə aparır. Onlar öz hədəflərini İran bəluçlarının dini və milli hüqüqlarının bərpa olunması kimi bəyan ediblər. Amma İran hakimiyyəti onları terorçu qrup kimi tanıyır. “Condollah” silahlı qrupunun rəhbəri Əbdulmalik Rigidir. O hal-hazırda Pakistanda gizlənir. Bəzi iddialara görə İranlı girovlar da məhz Pakistanda saxlanılırlar. Bu qrup 2006 ci ildə də bir sıra terror əməliyyatları ilə gundəmə gəlmişdi. 16 Mart 2006 ci ilda Tasoki hadisəsi kimi xatirələrdə qalan aksiya da “Condollah” silahlı dəstələri tərəfindən törədilmişdi. Bu hadisədə dəstənin üzvləri polis paltarı ilə Zahidan-Zabul yolunu bağlayaraq sərnişinləri yerə endirmiş və güllələmişdilər. Bu hadisədə aralarında bir neçə rəsmi və dini şəxslər də olmaqla 21 nəfər həlak olmuşdu. Həmin ilin May ayının 13-də qrup üzvləri Kirman-Bəm yolunda oxşar hadisə törətmişdilər. Bu terror aksiyası zamanı isə 12 nəfər həlak olmuşdu. İran rəsmiləri bu məsələnin İranda geniş müzakirə olunmasını və təbliğat vasitəsinə çevrilməsinin qarşısını almağa çalışır. Digər tərəfdən “Condollah” silahlı qüvvələri ilə hər hansı bir əlaqə yaratmaqdan da imtina edib. Bununla İran yetkililəri bu dəstələrə gördükləri işlərin faydasız olduğunu aşılamağa çalışır. Amma bir yandan da problemlər yüksəlişə keçir və girovların taleyinə laqeydlik cəmiyyətdə narazılıq yaradır.

HƏMƏDANDA AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AKSİYASI KEÇİRİLİB

HƏMƏDANDA AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AKSİYASI KEÇİRİLİB


Həmədanın Əbu Əli ibn Sina Universitetinin azərbaycanlı tələbələri oktyabrın 15-də milli fəalların həbslərini pisləyən aksiya keçirib. Onlar güneyli fəallara qarşı hökumət təzyiqinə son qoyulması, həbsdə saxlanan fəalların dərhal azadlığa buraxılması və ölkədə azərbaycanlıların ana dilində təhsil almaq hüququnun tanınmasını tələb ediblər.

«Media forum» saytı xəbər verir ki, 1 saat davam edən aksiyada tələbələr əllərində yazılı plakatlar gəzdirərək ölkədə yaşayan azərbaycanlıların mədəni, siyasi və sosial hüquqlarına riayət edilməsi tələbi irəli sürblər. Plakatlarda «Ana dilində təhsil» «Məhbus tələbələrə azadlıq», «Ölkədə insan hüquqları nə vaxta qədər pozulacaq?» və başqa şüarlar əksini tapıb.

Xəbərdə o da vurğulanır ki, mülki geyimli ETTELAAT əməkdaşları aksiyanı dayandırmağa cəhd göstərsələr də, tələbələr geri çəkilməyib.




«Media forum»

Urmiya gölü qurumaq təhlükəsi qarşısındadır

Urmiya gölü qurumaq təhlükəsi qarşısındadır

Urmiya Lake
İran Parlamentinin üzvləri Azərbaycanın qərbində Urmiya və Təbriz şəhərləri arasında yerləşən və dünyanın nadir göllərindən olan Urmiya gölünün quruma təhlükəsi ilə bağlı İran prezidenti Mahmud Əhmədinəjada müraciət ediblər.
Bu xəbəri “İrna” Dövlət Xəbər Agentliyi Urmiya şəhərinin İran Şura Məclisindəki millət vəkili cənab Salman Zakirə istinadən yayıb. Urmiyalı millət vəkilinin dediyinə görə, böhranın qarşısının alınmasını istəyən bu müraciətə 221 deputat imza atıb. Müraciət müəllifləri, Urmiya gölünün qurumasına səbəb olan amillərin aradan qaldırılasını, eləcə də gölün qorunması layihələrinə maliyə vəsaiti ayırılmasını tələb ediblər.
Cənab Zakirin bildirdiyinə görə, Urmiya gölündə axan suların həcmi ildə 1.5 milyard kub olduğu halda, bu göldə suyun buxarlanma həcmi 5.5 milyard kuba çatıb. Bu isə Urmiya gölünün get-gedə kiçilməsinə, gölün sahilindəki ərazilərin məhvinə və quru çöllərin genişlənməsinə gətirib çəxarır. Millət vəkili həm də xəbərdarlıq edib ki, tez bir zamanda problem öz həllinin tapmazsa 8 ilədək gölün cənub hissəsi tamamilə quruya bilər. Bu isə qorxunc çevrə- ətraf mühit faciəsi ilə nəticələnə bilər.
Urmiya gölü şorluğuna görə İsraildəki Ölü dənizdən sonra ikinci sayılır. Son illərdə bu gölə tökülən çayların istiqamətinin dəyişdirilməsi nəticəsində bu gölün quruması təhlükəsi yaranıb.voa

Səfəvilər dövləti ilə bağlı film çəkiləcək

Səfəvilər dövləti ilə bağlı film çəkiləcək
Çəkilişlər Türkiyə, Özbəkistan və Rusiyada aparılacaq


Xətai fondunun təşəbbüsü ilə 2 yeni film hazırlanır. Film Şeyx Səfidən başlamış Şah Abbasın hakimiyyət dövrünə qədər Azərbaycan Səfəvilər imperiyasının tarixi inkişaf mərhələlərini əks etdirəcək. Hazırda 4 seriyadan ibarət olacaq filmin çəkilişləri ilə bağlı hazırlıqlar gedir. Çəkilişlər həm ölkə ərazisində, həm də Özbəkistan, Rusiya və Turkiyədə aparılacaq. Birinci hissəsinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub. Filmin ssenari müəllifi fondun prezidenti Təvəkkül Səfəvidir.


2-ci film Azərbaycanın maddi, mənəvi və tarixi sərvətlərinin nümayişi ilə bağlıdır. "Tarixi eksponatların böyük bir qisminin xarici muzeylərdə və şəxsi eksponat sahiblərində olması materialların toplanmasında çətinlik yaradır. Buna baxmayaraq, araşdırmaları davam etdiririk" deyən fondun prezidenti onu da vurğuladı ki, bu cür filmlərin istehsal olunmasında əsas məqsəd yetişməkdə olan gənc nəslə və dünya xalqlarına tariximiz və mədəni irsimiz haqda məlumat verməkdir. Hər iki film həm Azəri türkcəsində, həm də ingilis dilində yayımlanacaq. Xaricdə yaşayan həmvətənlərimizin və xarici ölkə vətəndaşlarının da filmdən bəhrələnməsini təmin etmək məqsədilə tirajın çoxaldılması nəzərdə tutulub. Haqqında bəhs etdiyimiz filmlərin maliyyələşdirilməsi fondun öz şəxsi vəsaiti hesabına başa gələcək.olaylar

İRANDA ÖLÜM HÖKMÜ MƏHDUDLAŞDIRILDI. YENİYETMƏLƏRİ EDAM ETMƏYƏCƏKLƏR

İRANDA ÖLÜM HÖKMÜ MƏHDUDLAŞDIRILDI. YENİYETMƏLƏRİ EDAM ETMƏYƏCƏKLƏR


Oktyabrın 17-də İran baş prokurorunun məhkəmə işlər üzrə müavini Hüseyn Zebhi jurnalistlərə açıqlamasında bundan sonra 18 yaşa çatmamış şəxslərə edam hökmü çıxarılmayacağını deyib. «Media forum» saytının məlumatına görə, o qeyd edib ki, cinayət törətmiş yeniyetmələrə ən ağır cəza ömürlük həbs olacaq.

İranda azyaşlı uşaqların və 18 yaşından əvvəl cinayət törətmiş yeniyetmələrin edama məhkum edilməsi dəfələrlə beynəlxalq insan hüquqları təşkilatlarının etirazına səbəb olub.




«Media forum»

İranlılar rekordu yedi

İranlılar rekordu yedi


QayNar: İranlılar, Ginnesin Rekordlar Kitabına düşməsi üçün hazırlanan dünyanın ən uzun sendviçini yeyincə rekorda imza atmaq cəhdi də nəticəsiz qaldı.
Tehranda 700 kiloqram toyuq və 700 kiloqram dəvəquşu ətindən hazırlanan 1,5 kilometrlik sendviçin ölçülməyə başlanması ilə birlikdə qarışıqlıq yarandı.
İnsanların ölçmə prosesinin tamamlanmasını gözləmədən "hücum etdiyi" sendviç bir neçə dəqiqə ərzində bitməsindən sonra Ginnes təmsilçiləri də şəhərdən əliboş qayıtmaq məcburiyyətində qaldı. //Rəşad Səfərov, QayNar

İranda iqtisadi böhran dərinləşməkdədir

İranda iqtisadi böhran dərinləşməkdədir


S.SOLTAN


Dünyada baş verən iqtisadi böhran İran iqtisadiyyatına da təsir etməkdədir. Düzdür, bütün mürtəce hakimiyyətlər kimi Tehran rejimi də ölkədəki mövcud ağır durumu müzakirə edib çıxış yolu aramaqdansa, suçu başqalarında axtarmağa, ən yaxşı halda isə, ört-basdır etməyə cəhd göstərir.
Bu günlərdə İslam Respublikası yeni vergi qanunu qəbul edib. Hakimiyyətin bu iqtisadi addımına etiraz olaraq Təbriz, İsfahan, Tehran, Məşhəd şəhərlərinin zərgərləri tətil etmişdilər. İran prezidenti M.Əhmədinijat imzaladığı yeni sərəncamla bu qanunun icrasını müvəqqəti dayandırıb. Həmin sənəddə deyilir: "Əlavə dəyərə qoyulmuş yeni vergi qanununun düzgün icrası ilə bağlı problemlərin aradan qaldırılması və onun həyata keçirilməsi üçün yeni yollar tapılana, əhalinin narazılığı aradan qaldırılana qədər qanunun gerçəkləşdirilməsi dayandırılsın".
Buna əhəmiyyət verməyən Tehran bazarı tətili davam etdirib. Paytaxtdakı bir sıra banklar da ötən gün işləməyib. "Azadlıq" radiosunun fars redaksiyasının məlumatına görə, həftənin sonunda Tehran bazarındakı bir neçə dükanın pəncərələri sındırılıb. "Mediaforum" adıçəkilən mənbəyə istinad edərək bildirib: "Bazarın bağlanması tacirlərlə hökumət arasında qarşıdurmaya səbəb olub. Naməlum şəxslər dükan yiyələrini qorxutmaq, dükanları açdırmaqdan ötrü mağazaların şüşələrini sındıraraq onları hədələyiblər. Bu isə əks nəticə verib. Başqa dükan yiyələri də etiraz olaraq mağazalarını bağlayıblar".
İranda dərc olunan mətbuatın əksəriyyəti baş verən etiraz aksiyasının siyasi motivli olduğunu, bunun xarici qüvvələrə bağlı müxalifət tərəfindən təşkil edildiyini yazıb. Bu günlərdə yayılan məlumata əsasən, hazırda İslam Respublikasında inflyasiya dərəcəsi 30 faizə çatıb. Halbuki, Əhmədinijat yenicə prezident olanda inflyasiya 12 faiz idi. İran Mərkəzi Bankının bildirişinə görə, ölkədə gündəlik tələbat malları ötən illə müqayisədə 30 faiz bahalaşıb.
"Azadlıq" radiosunun xəbərində bildirilib ki, bu yay həmin maliyyə qurumu 65 milyonluq ölkə əhalisinin hər dörd nəfərindən birinin yoxsulluq həddindən aşağı vəziyyətdə yaşadığını açıqlayıb. İranın şimal şəhərlərindən birində sürücülük edən Mehdi ayda təxminən 200 dollar qazandığını və bunun yarısını ev kirayəsinə verdiyini söyləyib. Qalan pulu isə yeməyə güclə çatdırdığını deyib: "Ətin kilosu 8, toyuq əti 4 dollardır. Almanın kilosu isə 2 dolları keçib. Bizim qazancımız sağ qalmaq üçün ərzaq almağa zorla çatır".
Şəhər əhalisi daim artan qiymətlərlə ayaqlaşmaqdan ötrü iki-üç yerdə işləməyə məcbur olur.
Mustafa Əvəzpur adlı Təbriz sakini radioya müsahibəsində bildirib ki, İranda iqtisadi vəziyyətin ağırlığından azərbaycanlılar əziyyət çəkirlər. Onun dediyinə görə, iqtisadi imkanların yaradılması sarıdan Güney Azərbaycan türkləri ayrı-seçkiliyə məruz qalırlar. Ölkə əhalisi kasıblıq həddindən aşağı yaşayanların sayının çoxalmasının səbəbini prezident Əhmədinijatın uğursuz maliyyə-iqtisadi siyasətində görürlər.
Bir müddət əvvəl neftin qiymətinin gün-gündən bahalaşması Tehran kimi iqtisadiyyatı yalnız neftdən asılı olan rejimlər üçün sərfli idi. Çünki "hasil et, sat. Gəliri də sərf edən şəkildə xərclə" prinsipi ilə yaşamaq, dövlət idarə etmək asan idi. Belə hakimiyyətlər dövlət iqtisadiyyatının elmi tənzimlənməsinə o dərəcədə də önəm vermir. Bunun ağır nəticəsini isə yürüdülən gerici siyasət ucbatından gün-gündən yoxsullaşan əhali görür...
Son zamanlar İran hakimiyyəti neftlə deyil, daha çox qızıl ehtiyatları ilə xarici sərmayədarları özünə cəlb etməyə çalışır. Geoloji-kəşfiyyat təşkilatının inkişafı və dağ-mədən sənayesinin müasirləşdirilməsi idarəsinin direktoru Seyid Cavad Mirmüəyyəni Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində sərmayə üzrə keçirilən 3-cü beynəlxalq konfransında bildirib ki, əyalətin potensial imkanlarından bütünlükdə istifadə etmək lazımdır. Onun sözlərinə görə, bütün ölkə üzrə dağ-mədən sənayesinin inkişaf etməməsinin başlıca səbəbi maliyyə mənbəsinin çatışmazlığıdır .Yeni sərmayələrin qoyulması bu sahənin potensialının istifadəsinə yardım edər. Bu baxımdan o, Qərbi Azərbaycan əyalətində aparılmış geoloji-kəşfiyyat işlərini müsbət dəyərləndirib.
Direktorun sözlərinə görə, bu bölgə zəngin qızıl ehtiyatları yataqlarına malikdir. "Zərşoran-Tikab" yatağında bu əlvan metal ehtiyatı 800 tondan artıqdır. "Bu isə öz növbəsində Qərbi Azərbaycanın ölkə üzrə qızıl emalı mərkəzlərindən biri olmasına imkan yaradır", - deyə direktor söyləyib.
Yeri gəlmişkən, "Ayna"nın ötən saylarından birində bu məsələyə toxunaraq bildirmişdik ki, bu günlərdə İranın Sənaye və Mədən Nazirliyinin qiymətli daş-qaşlar üzrə aparıcı mütəxəssisi Məhəmməd Şahsevəri İRNA-ya müsahibəsində hökumətin İsfahan və Xorasan-Rəzəvi əyalətlərində iki zərgərlik sənayesi zonası yaradılması haqda qərar qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, bu müəssisələrin tikintisinə artıq başlanılıb.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, Qaradağ mahalının Vərziqan rayonunda 250 tonluq qızıl ehtiyatına malik yataq aşkarlanıb.
İranın Sənaye və Mədən Nazirliyinin təmsilçisi Məhəmmədəli Banan keçirdiyi mətbuat konfransında bunu bəyan edərək əlavə edib ki, həmin ərazidə qızıl emalı üçün 5 milyon dollar məbləğində sərmayəyə ehtiyac var. Aparılmış hesablamalara əsasən, həmin rayonda müasir avadanlıqla təchiz olunmuş zavodlar tikildiyi halda, mədəndən 400 kiloqram qızıl emal etmək mümkündür. Nazirlik təmsilçisinin sözlərinə görə, Əhərin Xarvana bölgəsində bu gün də qızıl emal olunmaqdadır.
Araşdırmalarda göstərilib ki, Azərbaycanın Qaradağ mahalı və Ərdəbil əyalətində 175 qızıl mədəni mövcuddur. Bunların arasında Sarxanlı, Muil, Meşgin mədənləri də var. Hazırda Dostbəyi qızıl mədəni farslar və ingilislərə məxsus "Persian Gold" və "PLS" şirkəti tərəfindən birgə işlənilir. Onlar işə 2004-cü ildən başlayıb. Bu şirkətlər adı çəkilən və çəkilməyən mədənlərdə gördükləri işin hesabına beynəlxalq aləmdə də tanınıb. Beləliklə, Tehran hakimiyyəti İranın neft və təbii qazına etinasızları qızılla şirnikləndirməyə çalışır.ayna

İranda növbəti prezident seçkiləri: fərqli mövqelər və naməlum gələcək – TrendNews-un Icmalçısı


Təmkin Cəfərov, Trend -un Fars redaksiyasının icmalçısı


İranda prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının vaxtından əvvəl başlaması gələn il keçiriləcək prezident seçkilərinin İran inqilabından sonra keçirilən ən əhəmiyyətli və maraq doğuran seçki olacağından xəbər verir.


İranın hazırki prezidenti Mahmud Əhmədinejadın prezidentlik fəaliyyəti müxtəlif siyasi təşkilatlar və İranda əsas müxalif islahatçılar və hətta hakim «Üsulgəra» düşərgəsi bəzi nüməyəndələri tərəfindən də tənqidlə qarşılanıb. Onların fikrincə, ölkədəki iqtisadi göstəriciləri, İranın beynəlxalq aləmdəki mənfiləşmiş imici, eləcə də ölkə daxilində mədəni və ictimai sahədəki durğunluq hökumətin uğursuzluqları sırasına daxildir.


Hakim partiya «Üsulgəra» üzvləri Əhmədinejadın fəaliyyətindən məmnun olmasalar da, bununla belə alternativ namizədin irəli sürülməsində də vahid fikrə gələ bilməyiblər. İslahatçıların düşərgəsində də eyni vəziyyət yaşanır və durumun dəyişməsi İranın keçmiş prezidenti Məhəmməd Xatəminin seçkilərdə iştirak edib- etməməsindən asılıdır.


İslahatçı «Milli Etimad» partiyasının sözçüsü İsmail Geramimüqəddəm, partiyanın baş katibi Mehdi Kərrubinin ötən həftə gələcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etmişdi. Kərrubinin «Milli Etimad» partiyası tərəfindən prezident seçkilərində iştirakı isə islahatçılar arasında parçalanmasına səbəb olub. Hakim düşərgəyə yaxın olan «Rəcanews» saytı bu xəbəri «İslahatçılar arasında ilk rəsmi parçalanma» kimi qələmə verdi. Bundan öncə isə islahatçılar arasında vahid namizədin irəli sürülməsi üçün blok yaradılacağı barədə xəbərlər yayılmışdı.


Son bir neçə həftə reformist kimi tanınan eks-prezident Xatəmini dəstəkləyən qruplar onun seçkilərində iştirak etməsi üçün geniş fəaliyyətə başlayıblar. Lakin hazırda Kərrubi namizədliyini rəsmi şəkildə irəli sürməsi Xatəminin seçkilərdə iştirakını kölgə altına aldı.


«Çox saylı məsləhətləşmə və görüşlərdən sonra belə qərara gəldim ki, gələn ilin may ayında keçiriləcək prezident seçkilərində iştirak edim və mən buna hazıram», - deyə İran parlamentinin keçmiş sədri Kərrubi oktyabrın 12-də mətbuat konfransında bildirib.

Kərrubi bəyan edib ki, prezident seçilsə, öndə duran əsas vəzifələr işsizliyin həll edilməsi, istehsalın artırılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı olacaq. «İkinci dərəcəli vəzifələrimiz isə xalqın hüquqlarının qorunması ilə bağlı olacaq», - deyə Kərrubi bildirib.


İranda yaranmış mövcud gərgin siyasi və iqtisadi şərait hakim düşərgə «Üsulgəra»nın qarşıdan gələn seçkilərdə iştirakını çətinləşdirir və qələbəsini şübhə altına alır. Ona görə «Üsulgəra» mövcud problemlərin təcili həllinə çalışmalıdır, əks təqdirdə rəqib partiyalar onların bu «zəif nöqtələrindən» istifadə edə bilərlər.


Xüsusən islahatçılar bu amildən yararlanaraq vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. Ötən illərdə parlamentdə az yerə malik olmaları və təzyiqlərə məruz qalmaları onları daim müdafiə mövqeyində durmağa məcbur edirdi. Lakin hazırda «Üsulgəra»nın hakimiyyətindən yaranmış narazılıq islahatçıların əhali arasında nüfuzunun artmasına səbəb olub.


İranda keçirilən doqquz prezident seçkiləri üzrə statistika göstərir ki, İran xalqı 1997- ci ildə keçirilən seçkilərdə daha fəal olub - 22 milyon insan (ümumi seçicilərin 80 %-i) iştirak edib. Lakin bu seçkilərdən 4 il öncə keçirilən seçkilərində ümumi seçicilərin 50 %-i iştirak etmişdi.


Hələlik isə İranda keçiriləcək prezident seçkilərində nə islahatçıların, nə də «üsulgəraların» iştirak üçün vahid namizədi yoxdur. Lakin islahatçılardan fərqli olaraq «Üsulgəra»nın Xatəmi kimi xarizmatik şəxsiyyəti də yoxdur.


Əgər hər iki düşərgə vahid lider ətrafında birləşməyib ayrı-ayrı namizədi irəli sürərsə, o zaman prezident seçkilərinin ikinci mərhələsinin keçiriləcəyi labüddür, çünki əhali arasında böyük «parçalanma» ehtimalı var. Seçkilərin ikinci mərhələsində isə hər iki düşərgənin şansı bərabər proqnozlaşdırmaq olar.


Hər iki düşərgənin seçkilərdə vahid nəmizəd üzərində birləşməməsi seçkilərinin gələcəyinin necə olacağını və kimin prezident seçiləcəyinə marağı daha da artırır. trend

16 Ekim 2008 Perşembe

Neftin qiyməti ən aşağı həddə düşüb

Neftin qiyməti ən aşağı həddə düşüb


Neftin qiyməti 2007-ci ilin avqustundan bəri ən aşağı həddə düşüb. İndi «Layt» markalı qara qızılın bir bareli 74 dollar 54 sentə satılır. «Brent» adı ilə satılan qara qızılın bir bareli isə indi 69 dollar 97 sentdir. Aparıcı neft ölkələrindən olan Venesuela gələn ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar müəyyənləşdirməyi planlaşdırır.
----------------------------------------------------------------------

Düşmən atəşkəsi pozdu


Ermənistan silahlı qüvvələri Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz raoynunun Koxa Nəbi, fasilələrlə Füzulinin adsız yüksəklikləri, Qorqan və Haradiz kəndi, Cəbrayılın Cocuq Mərcanlı, Xocavəndin adsız yüksəklikləri, Ağdamın adsız yüksəklikləri, Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb

Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb


Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb.

Heyətdən APA-ya daxil olan məlumata görə, nümayəndə heyəti seçkilərə start verilən saatdan etibarən bir neçə müşahidəçi qrupu təşkil edərək, Bakıda və Azərbaycanın müxtəlif rayonlardakı seçki məntəqələrində olub, müşahidələr aparıblar. İranlı müşahidəçilər olduqları seçki məntəqələrində hər hansı qanun pozuntusu müşahidə etmədiklərini bildiriblər: “Səsvermə tamamilə sakit və nizamlı bir atmosferdə keçirilib. Vətəndaşlar seçki məntəqələrindəki səsvermə prosesində geniş formada iştirak edərək, nəzərəçarpacaq fəallıq göstəriblər”.

İran İslam Respublikasının müşahidəçilərindən ibarət nümayəndə heyəti, seçkilərin təşkilatçılarını təbrik etməklə yanaşı, Azərbaycan dövləti və xalqına tərəqqi və uğurlar arzulayır

APA

"Gülüstan" müqaviləsindən 195 il ötür

"Gülüstan" müqaviləsindən 195 il ötür

"Gülüstan" müqaviləsindən 195 il ötür Ötən müddətdə Azərbaycan ərazisinin 80 faizini itirib Elçin Qaliboğlu Tarix tarixdir. Vaxtilə baş verənlərə millət nə qədər təəssüflənsə də, sonradan səhvləri düzəltmək çətin olur. Millətimizin aqibətində bir olmaq, bütövləşmək imkanı həmişə olub, amma bu imkanımıza hələ ki, yetməmişik. Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində artıq 200 ilə yaxın müddətdə bir xalqı iki yerə ayıran "Gülüstan" müqaviləsi bu mənada məqamında xatırlanası dəhşətli hadisəyə şahidlik edib. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsinin, xalqımızın iki yerə parçalanmasının müqavilə ilə yolu təsdiqindən 195 il ötür. Bugünkü tarix Azərbaycan Türklərinin taleyində ən kədərli günlərdən biridir. Məhz o gün imzalanan "Gülüstan" sülh müqaviləsi torpaqlarımızın parçalanmasına gətirib çıxardı. Farslarla ruslar bizim torpaqlarımızı öz aralarında böldülər 12 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gündür. Fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma ulusumuzun aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı. Düz 195 ildir ki, o müqavilədən sonra ardıcıl olaraq Azərbaycan böyük faciələrə tuş gəlməkdədir."Gülüstan" müqaviləsində bircə dəfə də olsun AZƏRBAYCAN adına rast gəlinmir. "Türkmənçay" müqaviləsində də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə yurdumuz bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz verdilər. Abbasqulu Bakıxanov "Gülüstani-İrəm" də faciəni belə xatırlayır (sonradan özü də "Türkmənçay" faciəsini dəstəkləyənlərdən biri oldu): "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin". 1806-cı ilin sonlarında Türkiyə Rusiya əleyhinə müharibəyə başladı. Hərbi əməliyyatlar Balkan yarımadasında və Qafqazda gedirdi. 1810-11-ci illərdə Rusiya Balkan və Qafqaz hərbi əməliyyat meydanlarında qələbələr qazanaraq sultanı 1812-ci il mayın 16-da Buxarestdə Rusiya ilə müqavilə imzalamağa məcbur etdi. Həmin müqaviləyə əsasən, Türkiyə Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal edilməsi faktını təsdiqləməli oldu. 1812-ci ilin yayında rus xalqı Napoleon ordusuna qarşı Vətən müharibəsinə qalxdı. Napoleon yalnız fransız qoşunlarını deyil, ona tabe olan bir sıra dövlətlərin hərbi qüvvələrini də Rusiya üzərinə yeritmişdi. Rusiya-Fransa müharibəsindən istifadə edən İran ordusu Qafqazda fəal hərbi əməliyyatlara başlayaraq, 1812-ci ilin iyununda Xudafərindən keçib Qarabağa soxulmuş və Şahbulağı tutmuşdu. Lakin P.Kotlyarevskinin qoşunu Abbas Mirzənin 20 minlik qoşununu geri çəkilməyə məcbur etmişdi. Həmin ilin iyulunda 2 minlik İran süvarisi Gəncəyə basqın etsə də, yerli əhali tərəfindən məğlubiyyətə uğradılmışdı. Bunun aradınca 4 minlik İran qoşunu Şəki xanlığına soxulmuş, lakin oktyabrın 19-dan 20-nə keçən gecə general P.Kotlyarevski 2 minlik ordu ilə Aslandüz təpəsində Abbas Mirzənin böyük ordusuna hücüm edib qələbə qazanmışdı. Bu döyüşdə İran qoşunundan ölənlərin və yaralananların sayı 120 nəfər idi. 16 nəfər zabit əsir alınmışdı. Rus ordusundan da xeyli ölən və yaralanan var idi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası ruslar tərəfindən alındı. Rusların bölgədəki hərbi-siyasi müvəffəqiyyətlərindən və İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşən ingilis məsləhətçiləri şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, birinci Rusiya-İran müharibəsi İranın tam məğlubiyyəti ilə qurtardı. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran tərəfindən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar. "Gülüstan" sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Lakin İrəvan və Naxçıvan xanlıqları hələlik şahın hakimiyyəti altında qalırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus idi. Bu maddə Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradır, rus tacirlərini daxili gömrük vergisindən azad edirdi. Müqavilədə Azərbaycanın adı çəkilməsə də, bölünən, parçalanan Azərbaycan ərazisi idi. Müqavilənin ikinci maddəsində deyilir: "Bir halda ki, hər iki yüksək dövlət arasında ilkin əlaqələr vasitəsilə status quo ad rrezenten, yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması özülündə sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda bu gündən və gələcəkdən bütün Rusiya imperiyası və İran dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzündən Araz çayında Yeddibulaq keçidinədək, oradan üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə, oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının sərhədləri ilə davam etdirərək, Alagöz dağları silsilsilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol (Gəncə) dairəsinin bir hissəsinin sərhədləri birləşən Dərələyəz sərhədinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddil torpaqlarını ayıran sərhədlə Eşşəkmeydan sərhədinə, oradan da dağlar silsiləsilə, çayın sağ tərəfi ilə, onun arxa yönündə, Həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şurakel sərhədinin küncünədək, bu küncdən də qarlı Alagöz dağının başınadək, buradan da Şurakel sərhədi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artkin arası ilə Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan hüdudları daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş komissarlar tərəfindən, bu müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda "status quo ad prezenten" əsasında Talış xanlığının sərhəd xətti ilə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki ali dövlətin komissarlarının təhlilindən sonra hər bir tərəf "status quo ad prezenten" əsasında təminat verəcək". Hər bir Azərbaycan vətəndaşı yurdumuzun necə tikə-parça olduğunu bilməlidir. 1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi 410 min kv. km olub. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Güney Azərbaycanın sahəsi 280 min kv. km, Rusiya əsarəti altındakı Şimali Azərbaycanın sahəsi 130 min kv. km, 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı - 9 min kv. km, Rusiya əsarəti altındakı Dərbənd xanlığı - 7 min kv. km, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi - 114 min kv. km, 1920-ci ildə ADR-i işğal edən Rus Sovet İmperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan Sovet Sosialist Respublikasına verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Gürcüstan Sovet Sosialist Respublikasına verilən Borçalının birlikdə sahəsi - 27,4 min kv. km, 1920-1991-ci illərdə SSRİ əsarətində qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi - 86,6 min kv. km, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri - 13.210 kv. km, Dağlıq Qarabağın (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) işğal tarixi: 1988-1994, sahəsi 4400 kv km, Laçın - 1835 kv. km, Kəlbəcər - 1936 kv.km, Ağdam - 1094 kv.km, Cəbrayıl - 1054 kv. km, Füzuli - 1386 kv.km, Qubadlı - 802 kv.km, Zəngilan - 707 kv. km. "Gülüstan" sülhündən sonra 195 il ərzində Azərbaycan 80 faiz ərazisini itirib. Vaqif Abışov: "Xanlıqlar arasında müharibələr gedirdi" Tarixçi-alim Vaqif Abışov deyir ki, həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi: "Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Lakin təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güneydə Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən reallaşmadı". Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı əsrlərdə, xüsusən Səfəvilər dövründə türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür. V.Abışov qənaətimizlə razılaşır: "Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər".

İRAN VƏTƏNDAŞLARIN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA İŞİNİ BİR ƏLDƏ CƏMLƏYİR

İRAN VƏTƏNDAŞLARIN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA İŞİNİ BİR ƏLDƏ CƏMLƏYİR


İran baş prokurorunun məhkəmə işlər üzrə müavini Həsən Zebhi jurnalistlərə açıqlamasında 100 min nəfərdən çox vətəndaşın ölkədən çıxmasına qadağa qoyulduğunu bildirib. Hökumət rəsmisi bu qadağanın keçmiş rejimlə əməkdaşlıq etmiş və hazırda xaricdə yaşayaraq ölkəyə sərmayə yatırmaq istəyən iş adamlarına da şamil olunduğunu vurğulayıb.

«Media forum» saytının məlumatına görə, H.Zebhi hökumətin ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin sayını azaltmaq və xaricdə yaşayan iranlıların sərmayələrini İrana cəlb etmək məqsədilə tədbirlər gördüyünü deyib: «İndiyə qədər müəyyən şəxslərin ölkədən çıxmasna müxtəlif hökumət qurumları qadağa qoyurdu. İndi belə qərara gəlinib ki, bu işlə yalnız ölkənin baş prokurorunun məhkəmə işləri üzrə müavini məşğul olsun. Yəni insanların ölkədən çıxmasına qadağa qoyulub-qoyulmamsı barədə qərarı o versin. Pasport masalarına tapşırılıb ki, müxtəlif qurumların vətəndaşların ölkədən çıxmasına qadağa qoyulması tələbi ilə bağlı müraciətinə cavab verməsin. Onlara qarşı irəli sürülmüş itihamlar nə qədər siyasi xarakter daşısa da».

«Media forum»

Əli Laricani nüvə mübahisəninin diplomatik yolla həllinə çağırıb

Əli Laricani nüvə mübahisəninin diplomatik yolla həllinə çağırıb


Əli Laricani İranın nüvə məsələləri üzrə keçmiş müzakirəçisidir. Ancaq o vəzifəsində olduğu zaman tutduğu mövqeyi dəyişməyib. Laricani deyir ki, İranın nüvə proqramı qəti şəkildə dinc mahiyyət daşıyır. O, “5+1” kimi tanınan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın tələblərini rədd edir. İlkin şərt kimi İranın uranı zənginləşdirmək proqramını dayandırması tələb olunur. İran parlamentinin spikerinin sözlərinə görə, İran təhdidləri qəbul etməyəcək. O, ABŞ-ın bütün vasitələri açıq saxlamaq mövqeyinə cavab olaraq bildirib ki, diplomatiya hərbi yoldan daha uğurlu addımdır. Cənab Laricani “5+1” formatının danışıqlar masasına əyləşməməsini təəccübləndiyini bildirib. O, ABŞ və Böyük Britaniyanın İrana qarşı BMT-dən təcili əlavə sanksiyalar tələb etməsini tənqid atəşinə tutub: “Bəlkə onlar dünyaya son böhrandan sonra birgə addım atmalarını göstərmək istəyirdilər. Göstərmək istəyirdilər ki, “5+1” formatı hələ yaşayır və addımlar atmağa qadirdir. Onların əməlləri BMT TƏhlükəsizlik Şurasının etibarlılığına xələl gətirir. Buna baxmayaraq mənə elə gəlir ki, danışıqların qapısı açıqdır. Onlar davam edə bilər. Bu, son deyil”.
İyun ayında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İrana uranı zənginləşdirməyi dayandırmaq müqabilində iqtisadi və diplomatik yardımlar təklif etmişdi.
İran bu həftə ABŞ, Böyük Britaniya və Fransanın ultmatumunu rədd edib. Bu ölkələr təklifə aydın cavab verilməsinə çağırırdılar. Rəsmi Tehran bildirib ki, vaxt məhdudiyyəti ilə qarşı-qarşı qoyula bilməz.


Qərb dövlətləri İranı atom bombası hazırlamağa səy göstərməkdə günahlandırırlar. İran təkid edir ki, onun nüvə proqramı dinc mahiyyət daşıyır və nüvə silahsızlaşdırması proqramına əsasən belə fəaliyyətlər qanunidir.
Laricaninin sözlərinə görə, “5+1” formatı masa arxasına əyləşməli və danışqılara başlamalıdır. O deyib ki, başqa növ addımlar heç bir nəticə verməyəcək.

VOA

DEPUTATLAR DAXİLİ İŞLƏR NAZİRİNDƏN ƏL ÇƏKMİR. ƏLİ KÜRDANI YENƏ PARLAMENTƏ ÇAĞIRIRLAR

DEPUTATLAR DAXİLİ İŞLƏR NAZİRİNDƏN ƏL ÇƏKMİR. ƏLİ KÜRDANI YENƏ PARLAMENTƏ ÇAĞIRIRLAR


Əli Kürdan


Tehranlı deputat Əli Mütəhhəri oktyabrın 15-də jurnalistlərə açıqlamasında bir qrup parlamentarın İran daxili işlər naziri Əli Kürdanın parlamentdə dindirilməsi üçün layihə hazırlayıb rəyasət heyətinə təqdim etdiyini bildirib. Deputatlar Ə.Kürdanın saxta fəxri doktorluq dərəcəsi qalmaqalına görə sorğu-suala tutmaq istəyirlər.

Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olduğu haqda ilk xəbəri İran hakimiyyətinə yaxın saytlardan biri yaymışdı. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutmuş, ondan fəxri doktorluq dərəcəsini hardan aldığı haqda izahat istəmişdilər. Bunun ardınca İran parlamentinin təlim və tədqiqat komissiyasının sədri Əli Abbaspur jurnalistlərə açıqlamasında Ə.Kürdanın doktorluq dərəcəsinin olmadığını vurğulamışdı. Ə.Kürdan fəxri doktorluq dərəcəsini Oksford Universitetindən aldığını bildirmiş, ancaq az sonra bu təhsil ocağı onun dediklərini təkzib etmişdi.

«Media forum» saytının məlumatına görə, deputat Ə.Mütəhhəri dindirilmə layihəsini 28 deputatın imzaladığını və əsas üç məsələ - təhsil sənədlərini təqdim edərkən nazirin qeyri-səmimiliyi, saxta sənədlə maaş alması və həmin sənədlə universitetdə elmi heyətə üzv seçilməsi üzərində dayanılacağını bildirib.

Ə. Kürdan daxili işlər naziri vəzifəsinə bu ilin yayında təyin olunub.


«Media forum»

TEHRANDA XRİSTİANLIĞI TƏBLİĞ EDƏNLƏRİN ÇOXALDIĞI BİLDİRİLİR

TEHRANDA XRİSTİANLIĞI TƏBLİĞ EDƏNLƏRİN ÇOXALDIĞI BİLDİRİLİR


Oktyabrın 16-də İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı «Tabnak» saytı Tehranda islama zidd videokliplərin, xristianlığı təbliğ edən kitabça və vərəqələrin yayımının geniş vüsət almasından narahatlıq bildirən yazı verib.

«Media forum» saytının məlumatına görə, metro stansiyalarında yayılan videokliplərdə islama və islam peyğəmbərinə qarşı son dərəcə təhqiramiz ittihamlar irəli sürülür.

Videokliplərin yayımını lənətləyən sayt Tehranın əsas küçə və meydanlarında bir qrup gəncin xristianlığı təbliğ edən kitabçaları pulsuz yaymasının qarşısını almaq üçün tədbirlər görməyə də çağırır.




«Media forum»

Xəzərlərin ictimai quruluşu və mədəniyyəti

Xəzərlərin ictimai quruluşu və mədəniyyəti

Geniş ərazilərə malik olan Xəzər dövlətinin başında Göytürk hökmdarlarının mənsub olduqları Aşina (Qurd) nəslindən olan xaqan dururdu. Xaqanın şəxsiyyətinin ilahiləşdirilməsi əslində onun dünyəvi hakimiyyətinin məhdudlaşdırılmasına səbəb olurdu. Qədim türk adətinə görə, xaqan olacaq adamın boynuna bir neçə yerdən kəmənd atıldıqdan sonra onu sıxmağa başlayır və neçə il hökmranlıq edə biləcəyini soruşurdular. Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalmaq fikrinə düşərdisə onu edam edirdilər.

Xəzər dövlətində dünyəvi hakimiyyət isə xaqanbəyinin əlində cəmləşmişdi. Xaqanbəyi xaqan qarşısında sədaqət andı içdikdən və odla «arındıqdan» sonra öz vəzifəsinin icrasına başlaya bilərdi. Xaqanbəyidən sonra Xəzər xaqanlığının idarəçiliyində şad və tarxan adlandırılan hərbi başçılar mühüm rol oynayırdılar. Şəhərlərə tudun adlandırılan qalabəyilər başçılıq edirdilər.

Xaqanlığın dövlət dili türk dillərinin qərb qoluna aid edilən xəzər dili idi. Xəzər xaqanları bu dilin onlara tabe olan xalqlar arasında yayılmasına xüsusi diqqət yetirirdilər. Xəzərlər türk-run yazılarından istifadə edirdilər. Xəzər xaqanlığı ərazisində aparılmış arxeloji qazıntılar zamanı üzərində xəzər dilində türk-run yazıları olan yüzlərlə əşyalar tapılmışdır.

Xəzər xaqanlığının iqtisadiyyatının əsasını inkişaf etmiş əkinçilik - maldarlıq təsərrüfatı, sənətkarlıq, geniş daxili və xarici ticarətlə yanaşı, xaqanlığın ərazisindən keçən karvan yollarından alınan gömrük haqqı, habelə tabe edilmiş xalqların ödədiklərini vergilər təşkil edirdi.

Xəzərlər qalıqları dövrümüzə qədər gəlib çatmış böyük şəhərlər salmışdılar. Xaqanlığın paytaxtları olmuş Səməndər və İdillə yanaşı, tarixi mənbələrdə Sarıkel və ya Ağ qala, Xanbalıq, Semizqaraqor kimi böyük şəhərlərin adları çəkilir. Bu şəhərlər hündür divarlarla əhatə olunurdu. Bu şəhərlər yadellilərin işğalları zamanı dağıdılmış, ya da yandırılmışdır. Nisbətən yaxşı saxlanılmış Sarkel (Ağ qala) şəhəri isə XX əsrin ortalarında yaradılmış Simlyansk süni gölünün altında qalmışdır. Yalnız xaqanın sarayının inşasında bişmiş kərpicdən istifadə edilməsinə icazə verilirdi. Şəhərlərin əsas əhalisini Narın qalada (şəhərin mərkəzində) yaşayan türklər təşkil edirdilər. Şəhər hasarlarının ətrafında isə slavyanlar məskən salırdılar. Hər şəhərdə 7 nəfər üzvü olan dövlət məhkəməsi fəaliyyət göstərirdi. Bu yeddi nəfərlik məhkəmə üzvlərinin ikisi müsəlman, ikisi xristian, ikisi yəhudi, biri isə şaman idi.

Xəzərlər xaqanlığın ərazisində xristianlıq, yəhudilik və islam dinləri yayılana qədər Tanrıya inanırdılar. Xristianlıq Xəzər xaqanlığı ərazisinə iki istiqamətdən - qərbdən Bizans, və cənubdan Cənubi Qafqaz vasitəsilə yayılırdı. Xəzərlərin öz qədim türk dini inanclarını qorumaları xristianlğın yayılmasına mane olurdu. Digər tərəfdən bu prosesin qarşısını xristianlığın yayılması ilə Bizansın ölkə ərazisinə nüfuz edəcəyini başa düşən Xəzər xaqanları alırdılar.

737-ci il yürüşü zamanı ərəblərin Xəzər xaqanına islamı zorla qəbul etdirmələri, xəzərlər arasında bu dinə olan hörməti heçə endirdi.

VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obidi bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi.

Xəzərlər xaqanlığının ərazisində xristianlıq, yəhudilik və islam dinləri yayılana qədər Tanrıya inanırdılar. Xristianlıq Xəzər xaqanlığı ərazisinə iki istiqamətdən - qərbdən Bizans və cənubdan Cənubi Qafqaz vasitəsilə yayılırdı. Xəzərlərin öz qədim türk dini inanclarını qorumaları xristianlığın yayılmasına mane olurdu. Digər tərəfdən bu prosesin qarşısını xristianlığın yayılması ilə Bizansın ölkə ərazisinə nüfuz edəcəyini başa düşən Xəzər xaqanları alırdılar.

737-ci il yürüşü zamanı ərəblərin Xəzər xaqanına islamı zorla qəbul etdirmələri, xəzərlər arasında bu dinə olan hörməti heçə endirdi.

VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadi bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi.

MƏZAHİR PƏNAHOVUN ELAN ETDİYİ SON NƏTİCƏLƏR

MƏZAHİR PƏNAHOVUN ELAN ETDİYİ SON NƏTİCƏLƏR



Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 16-da Seçkilər İnformasiya Mərkəzində yeni açıqlama verib. AzərTAc xəbər verir ki, MSK sədri 15 oktyabr seçkisinin Azərbaycanın tarixində çox əhəmiyyətli, fəxr etməli hadisə kimi yadda qalacağını vurğulayıb.

MSK sədri deyib ki, Azərbaycan seçiciləri çox yüksək fəallıq göstəriblər: «Seçkilərdə 75,64 faiz seçicinin iştirak etməsi istənilən ölkə üçün fəxr etməli faktdır. Mərkəzi Seçki Komissiyasına səsvermənin nəticələri ilə bağlı indiyə qədər heç bir rəsmi müraciət daxil olmamışdır. Gəldiyimiz ümumi qənaət bundan ibarətdir ki, seçkilər çox demokratik şəraitdə, azad, şəffaf və ədalətli keçirilib».

5359 məntəqənin 96 faizdən çoxunun protokollarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirildiyini deyən M.Pənahov nəticələri elan edib:

1) Əliyev İlham Heydər oğlu - 88,64 faiz (3 milyon 139 min 243 səs);

2) Ağazadə İqbal Fehruz oğlu - 2,87 faiz (101 min 759 səs);

3) Mustafayev Fazil Qəzənfər oğlu - 2,50 faiz (88 min 494 səs);

4) Həsənquliyev Qüdrət Müzəffər oğlu - 2,30 faiz (81 min 452 səs);

5) Əlibəyli Qulamhüseyn Surxay oğlu - 2,25 faiz (79 min 587 səs);

6) Əliyev Fuad Ağası oğlu - 0,78 faiz (27 min 675 səs);

7) Hacıyev Hafiz Ələmdar oğlu - 0,65 faiz (23 min 155 səs).

M.Pənahov Azərbaycandan kənarda təşkil olunan və ucqar kəndlərdə olan seçki məntəqələrinin protokollarının hələ alınmadığını deyib: «Hesab edirəm ki, yaxın saatlarda biz məntəqələrimizdən məlumatları 100 faiz alacağıq. Beləliklə də Mərkəzi Seçki Komissiyası 5359 məntəqədən alınmış protokollara əsasən ilkin nəticələri Azərbaycan ictimaiyyətinə çatdıracaq».
mediaforum

15 Ekim 2008 Çarşamba

Türk hər yerdə eynidir

Türk hər yerdə eynidir
O. ARAS

Azərbaycanda hər il bir xeyli yazarın kitabı yayınlanır. Nəşr olunan kitabların bir qismi ədəbi baxımdan dəyərsiz olsa da, təriflənir, göylərə qaldırılır, bir qismi isə görməməzliyə vurulur. Bunun səbəbi biz türklərdəki tərəfkeşlik xəstəliyidir. Bizim insanlarımızın çoxu, bir yazar əgər mənim dostum, yoldaşımdırsa və ya ondan işim keçirsə, ona təriflər deməliyəm, şəklində düşünür.

Çox təəssüf ki, bütün türk dünyası bu xəstəliyə mübtəla olub. Elə bu səbəbdən də dünyaya çıxa biləsi çox az yazıçı və şairimiz var. Elə buna görə də öz ölkəmizi, öz insanımızı, öz mədəniyyətimizi fərqli şəkillərdə başqalarına çatdırırıq.

Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgisi açıldı. Sərgini üz yüz min insanın ziyarət edəcəyi gözlənilir. Türkiyə prezidenti Abdullah Gül də sərginin açılışında iştirak etmək üçün Almaniyaya gəldi. Türkiyə mədəniyyət nazirinin böyük zəhmət çəkib Almaniyaya dəvət etdiyi, kitablarını alman dilinə çevirtdirdiyi yazarlara baxanda yadıma Azərbaycan düşür. Çünki bu məsələdə də eyni qayda ilə hərəkət edildiyi açıq-aşkar görülür.

Almaniyada şəninə təriflər yağdırılan, kitabı almancaya tərcümə edilən Əsli Ərdoğanla bu ölkənin ən ciddi qəzetlərindən sayılan FAZ-ın müxbiri Krane Krüger müsahibə götürüb. Əsli Ərdoğan müsahibəsində Türkiyəni elə bir şəkildə təqdim edib ki, adam türk olduğuna görə utanır. Onun fikrincə türklər insanları sorğu-sualsız öldürən, kürdləri qətlə yetirən bir millətdir. Dünyanın ən böyük kitab sərgilərindən birinə - Frankfurt Kitab Sərgisinə qatılan yazar Əsli Ərdoğanın müşahidələrinə görə, Türkiyənin gerçək tablosu belədir.

Təbii ki, hər bir yazar hadisələrə və insanlara öz pəncərəsindən baxır. Buna bir sözüm yoxdu. Ancaq nədənsə Türkiyənin bu il "Tərəfdaş ölkə" kimi qatıldığı kitab sərgisində təmsil olunan yazarlarımızın demək olar ki, hamısının pəncərəsi Əsli Ərdoğanın baxdığı pəncərəyə bənzəyəndə adamın əti ürpəşir və qarmaqarışıq suallarla başbaşa qalır. Əcəba, biz mədəniyyətimizi, ədəbiyyatımızı, insanımızı xaricdə tanıdaq deyərkən öz əlimizlə öz ayağımıza güllə vururuqmu?

Əcəba, "məqsədli yanaşmaları aradan qaldıraq, mədəniyyətlərarası əməkdaşlığa pay verək" deyərkən türk və müsəlmanlar haqqında xristian dünyasında formalaşmış pis fikirləri daha da körükləmirikmi?

Yeni nəşrlərə Mədəniyyət Nazirliyimizin köməyi sayəsində ortaya qoyulan tərcümələrə, dəvətlərə, toplantılara baxanda belə suallar çoxaldıqca çoxalır.

Hələ sərgi açılmamışdan kitab mağazalarının vitrinlərini türk yazarlarının almanca nəşr olunmuş kitabları bəzəməyə başladı. Nə gözəl! Bir türk olaraq insan duyğulanır, hətta qürur duyur. Kitabların üzqabığındakı adlara baxıram. Hansı yazarlarımızın adları yoxdur bu kitablarda? Ədalət Ağaoğlu, Yaşar Kamal, Əsli Ərdoğan, Əhməd Ümid, Ataol Bəhramoğlu, Əziz Nesin, Nihat Bəhram... Gözlərim fərqli düşüncələrə sahib olan bir yazar adı axtarır vitrinlərdə. Uzun axtarışlardan sonra bir fərqli yazar tapa bilirəm - Əhməd Həmdi Tampınar və onun "Rahatlıq" (Hüzur) romanı... Hə, bir də Əhməd Haşimin "Frankfurt səyahətnaməsi"... Başqa? Çox təəssüf ki, başqası yoxdur!

Henrix Böll şübhəsiz ki, böyük yazıçıdır. Alman dilindən ən gözəl şəkildə istifadə edib və Nobel mükafatı alıb. İkinci Dünya müharibəsindən sonra alman cəmiyyətinin acılarını, ziddiyyətlərini, ümidsizliklərini çox gözəl bir üslubla ortaya qoyan usta yazıçıdır. Özü mömin bir katolik olub və bunu bildirməkdən heç vaxt çəkinməyib. Heç bir alman - dəxli yoxdur protestantdır, yoxsa sosialistdir - Henrix Böllün dahiliyini inkar etməz. Onun kitabları hələ də kitab mağazalarının vitrinlərində ən hörmətli yerdə durur. Tanıyanların məşhur şairi Dannunzio Mussoliniyə heyran olan faşist idi. Knut Hamsen də onun kimi... Amma onların kitabları hələ də hər yerdə satılır və xarici dillərə tərcümə edilir.

"Pislərin yazıçısı" adlandırılan fransız yazar və filosofu Bataille hələ də Fransa xalqının ən çox sevdiyi yazarlardandır. Latın Amerikasının dindar Paulo Koelosu ərəb hekayələrindən yola çıxaraq öz dilinin mistik tərəfini vurğulaya-vurğulaya bütün dünyada fırtına kimi əsir! Bizdə isə faşistliyi, zərərsiz dindarlığı bir tərəfə qoyaq, hətta mühafizəkar yazarımızla belə dövlət "yetim" kimi davranır.

Öz dövlətimiz qərb oxucusunu müsəlman türkü Yaşar Kamalın, Əsli Ərdoğanın qələmindən çıxan əsərlərlə tanımağa məhkum edir.

Yaxşı, Yaşar Kamal pis yazıçıdırmı? Xeyr! Amma Allah xatirinə, heç bir təsirə məruz qalmadan düşünək. Sosialist bir Yaşar Kamal Anadolunun hər tərəfindən görə biləcəyiniz elindən, dilindən hər kəsin əmin olduğu, namazında, niyazında olan bir müsəlman türkünü necə təsvir edəcək? Sizcə, onları olduğu kimi təsvir etməyə Yaşar Kamalın dünyaya baxışı icazə verirmi?

Türkiyənin ən yaxşı romançılarından olan rəhmətlik Peyami Səfanın qərb-şərq çəkişmələrini çox gözəl təsvir etdiyi "Fatih - hərb" romanı İkinci Dünya müharibəsindən sonra "İki dünya arasında" adıyla alman dilinə tərcümə edilmiş və çox yaxşı qarşılanmışdı. Mədəniyyət Nazirliyimiz bu qədər pul xərcləyir. Niyə bu tipli kitabları yenidən almanca nəşr edib qərb oxucularının ixtiyarına vermir? Versə qiyamət qopar? Peyami Səfadan başqa bizim insanlarımıza başqa pəncərədən baxan, onları fərqli bir üslubla təsvir etməyə çalışan yazarımız yoxdurmu? Nə üçün birtərəfli nəşrlərlə həm ölkəmizin, həm də insanlarımızın həqiqi kimliyi deyil, karikaturası - həm də dövlət tərəfindən - çəkilməyə cəhd edilir?

Heç kimin Yaşar Kamala, Orxan Pamuka, Ədalət Ağaoğluna, hətta Nihat Bəhrama da etirazı yoxdur. Amma "Hər addımda bir sonsuz mənlər qoyuram boşluğa və yenə mən dolmur" deyə yazan və çox maraqlı şair olan Asəf Halet Çələbi, Yəhya Kamal, Həkimoğlu İsmayıl, Peyami Səfa və adlarını çəkmədiyim onlarla fərqli düşünən, fərqli yazan yazarlar tərcümə edilərək qərb oxucusuna niyə tanıdılmır?

Allaha şükür ki, Annemariya Şçimmel kimi bir alim va Yunis Əmrə, Mövlanə kimi dünyanın ən böyük şairlərini tərcümə edərək alman oxucularının ixtiyarına verir. Yoxsa onlar da kölgədə qalardılar.

Əlbəttə ki, harada qaranlıq varsa, harada faciə varsa, orada səssiz qalmaq olmaz. Və bir alimin dediyi kimi bir şam yandırmaq lazımdır. Amma faciələrlə, qaranlıqlarla yanaşı, işıqlar, ümidlər, xoş münasibətlər ortaya qoyan bir dünya görüşünün təmsilçiliyini edən, fərqli yazan, adamı olmayan yazarların üzünə qapıları bağlamağın bizlərə nə qazandıracağı yaxşı-yaxşı düşünülməlidir. Çünki bizim ölkəmiz ancaq qaranlıqlar ölkəsi deyil, orada nurüzlü, nurkönüllü insanlar da var. Onları qərb oxucusu tanısa inanın ki, bizlərə daha yaxından bələd olacaq və bizimlə münasibətdə daha ədalətli davranacaqlar.
Orxan ARAS Almaniyadan yazır oraras@aol.com
525

İRAN SƏHİYYƏ NAZİRLİYİ ÖLKƏDƏ 18 MİN 320 NƏFƏRİN AİDS XƏSTƏLİYİNƏ YOLUXDUĞUNU AÇIQLAYIB

İRAN SƏHİYYƏ NAZİRLİYİ ÖLKƏDƏ 18 MİN 320 NƏFƏRİN AİDS XƏSTƏLİYİNƏ YOLUXDUĞUNU AÇIQLAYIB


İranın Səhiyyə Nazirliyi ölkədə 18 min 320 nəfərin AİDS xəstəliyinə yoluxduğunu bildirib. «Media forum» saytının məlumatına görə, əvvəllər açıqlanmış rəqəmlərlə müqayisədə AİDS-li xəstələrin sayında 30 faiz artım var.

Nazirliyin hesabatında ötən il ərzində ölkədə 1592 nəfərin AİDS xəstəliyinə yoluxduğu deyilir. Məlumatda həmçinin bu günə qədər ölkədə 2800 nəfərin həmin xəstəlikdən həlak olduğu vurğulanıb.




«Media forum»

İran uçağı 30 yıl sonra Bağdatta

İran uçağı 30 yıl sonra Bağdatta


İrana ait hava yollarının 30 yıl aradan sonra Tahran-Bağdat seferlerine yeniden başladığı bildirildi.
İran Resmi Haber Ajansının (İRNA) bildirdiğine göre, Tahrandan havalanan Mahan Hava Yollarına ait Airbus tipi yolcu uçağı 192 yolcusuyla Bağdat Havaalanına indikten sonra yeni yolcularla geri döndü.



İlk uçuş münasebetiyle Irak ve İranlı yetkililerin katılımıyla havaalanında tören düzenlendiği ifade edildi. Yetkililer, Tahran-Bağdat arasında salı, cuma ve pazar günleri karşılıklı uçuşların yapılacağını açıkladı.



Mahan Hava Yollarının yakında Meşhed-Bağdat ve Meşhed-Necef seferlerini de başlatacağı kaydedildi.



Hürriyet

İran prezident seçkiləri ərəfəsində

İran prezident seçkiləri ərəfəsində
Qalmaqallar start götürür

İranda prezident seçkilərinə hələ aylar qalsa da, seçki ilə bağlı vəziyyət diqqətdə saхlanılır. Ölkə daхilində seçkiöncəsi maraqlı proseslər baş verir ki, bütün bunlar хaricdə nüvə qalmaqalı ilə yanaşı daхildə durumun heç də ürəkaçan olmadığını söyləməyə əsas verir. Son seçkilərdə qalib gəlmiş və prezident kürsüsü ilə yanaşı parlamentdə də yerlərini möhkəmlətmiş mühafizəkarlarla uduzmağı hələ də həzm edə bilməyən və növbəti yarışa hazırlaşan islahatçıların seçkiyə hazırlıq dönəmində bir-birinə ünvanlanan tənqidləri getdikcə sərtləşir. Bəribaşdan qeyd edək ki, İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər "Şuraye Negəhban" (Ali Nəzarət Şurası) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəхs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra prezident statusunu əldə etmiş olur və səlahiyyətlərinin icrasına başlayır. Təbii ki, səlahiyyət bölgüsü zamanı üstünlük ali dini rəhbərə verilir və prezident yalnız ali dini rəhbərdən sonra, yəni ikinci səlahiyyətli şəхs hesab edilir. Hələ bir müddət əvvəl islahatçılarn önəmli bir qanadı olan " Milli Etimad " Partiyası şok bir açıqlama verdi. Partiyanın baş katibinin müavini Rəsul Müntəхəbniya ölkənin kütləvi informasiya vasitələrinə açıqlamasında Mehdi Kərrubini partiyanın əsas namizədi kimi təqdim etdi. Bildirdi ki, bu «Milli Etimad» Partiyasının son seçimidir və seçkilərə məhz Kərrubinin namizədliyi ilə qatılacaq. Müntəхəbniyanın sözlərinə görə, partiya daхilində bir neçə aydır ki, bu barədə müzakirələr aparılır, bütun variantlar diqqətlə araşdırılıb və digər qruplarla da danışıqlar aparıldıqdan sonra yekun qərara gəlinib. Qərara əsasən partiya yetkililəri öz namizədləri ilə seçkiyə getməyi ən yaхşı variant hesab edib və M.Kərrubinin namizədliyini irəli sürəcəyini bəyanlayıb. Partiya yetkilisi açıqlamalarında Mehdi Kərrubinin partiyanın namizədi olduğuna diqqəti çəksə də, digər islahatçı qüvvələrlə vahid namizəd ətrafında müzakirələrin aparılacağına və ümumi qərara gəlinəcəyinə ümid etdiklərini də qeyd edib. Elə bu açıqlamalar da ölkə daхilində islahatçıların parçalanması barədə rəylərin formalaşması üçün yetərli olub. lBoşa çıхan ümidlər «Araz» Tədqiqatlar Mərkəzinin məlumatına görə, indiki iqtidara yaхın olan «Rəca Nyus» saytı bu хəbəri "İslahatçılar daхilində ilk rəsmi parçalanma" başlığı ilə təkrar yayıb. Bəzi mənbələr Mehdi Kərrubini Ali Dini Rəhbər Ayətulla Əli Хameniyə yaхın hesab edirlər.İslahatçıların digər qrupları, o cümlədən "Müşarikət" Partiyası və "İnqilab Mücahidləri Təşkilatı" isə eks-prezident Хatəminin namizədliyini dəstəkləyir. "Məcmə-e Ruhaniyyun" (Ruhanilər Cəmiyyəti) də namizədliyini irəli sürəcəyi təqdirdə Хatəmini dəstəklədiyinə dair qərər qəbul etmişdi. Digər islahatçı qrup olan "Kargozaran" (İş görənlər) Partiyası müхtəlif namizədlərlə bərabər Хatəminin də adını öz namizədləri sırasına daхil edib. İslahatçı partiyalar arasında sadəcə " Milli Etimad" Partiyası heç bir namizəd irəli sürməmişdi ki, o da son qərarı ilə islahatçıların bütün ümidlərini puça çıхarmış oldu.Əslində, "radikal islahatçılar" daha çoх Abdullah Nurinin namizədliyinin irəli sürülməsinin tərəfdarıdırlar. Abdulla Nurinin "Şurayi Nigəhban" süzgəcindən keçmə ehtimalı az olduğu üçün, "radikal İslahatçı" qrup bunu bəhanə edib seçkiləri boykot etmək və mitinqlər keçirməklə hakimiyyətdə koklü dəyişikliklərin baş verməsinin mümkünlüyünə inanır. İndiyə qədər bütün təhlillərdə Хatəmi İslahatçıların vahid namizədi kimi çoх güman ki, mühafizəkarların namizədi olacaq Əhmədineyad ilə rəqabət apara biləcək şəхsiyyət kimi təqdim olunurdu. Хatəminin bu təklifi qəbul edib-etməməsindən asılı olaraq mühafizəkarlar da Əhmədineyadın ətrafında birləşib-birləşməyəcəklərinə qərar verməli olacalar.

Əhmədinejadın şansı azdır

Mərkəz bildirir ki, mühafizəkarların ikinci namizədi Natiqi-Nuridir. Namizədlər arasında Əhməd Qalibaf və Təvəkkülinin də adları hallansa da onların şansı çoх az qiymətləndirilir. Bir çoх mərkəzlər Əhmədineyadın da bu seçkilərdə şansının çoх az olduğunu bəyan ediblər, baхmayaraq ki, ali dini rəhbər Хamneyi də növbəti dönəmdə Əhmədineyadın prezidentliyinə tərəfdar olduğunu açıqlayıb. Amma bütün bunlara baхmayaraq bəzi dairələr seçkilərin şəffaf keçiriləcəyi təqdirdə indiki prezidentin bir daha seçilmək ehtimalının çoх az olduğunu bildirir. Eyni zamanda seçkini təşkil edən bütün strukturlar, reyimin hərbi və siyasi qurumları Əhmədineyatın tərəfində olduğundan seçkilərdə onun ədalətsiz qələbə qazanma ehtimalı da çoхdur. İslahatçılar hesab edir ki, bütün bunlara baхmayaraq şəffaf seçki keçiriləcəyi təqdirdə Хatəminin seçilmə şansı həm Natiqi Nuridən, həm də Əhmədineyaddan yüksəkdir. O, 8 illik prezidentliyi dövründə iqtisadi sabitliyi qoruya bilib və inflyasiyanın yüksəlməsinin qarşısını alıb. O, həmçinin qruplar arasında balansı da saхlaya bilmişdi. Хatəminin hakimiyyəti zamanı mühafizəkarlar ilə islahatçılar arasında ziddiyyətlər bu qədər yüksək səviyyəyə çatmamışdı. lNarazı gənclik Amma bütün bunlara baхmayaraq Хatəminin vəd etdiyi siyasi və mədəni islahatların sona çatdırılmaması və bəzi istiqamətlərdəki uğursuzluqları İran əhalisinin çoхunu təşkil edən gəncliyi narazı salmışdı. Bu səbəbdən incik düşən gənclər son zamanlarda islahatçılara qarşı etinasız davranırdılar ki, bu da seçkilərdə iştirakda passivliklə müşahidə olundu. Belə bir vəziyyət isə mühafizəkarların üstünlüyü ələ almasına birbaşa şərait yaratdı: «Ümumən baхdıqda isə İİR tariхində ilk dəfədir ki, seçkilərə uzun bir zaman qalmış seçki ətrafında belə çəkişmələr baş verir. Bu həm də ona görə maraqlıdır ki, siyasi qanadların müəyyənləşdirəcəyi namizədin kimliyi seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edəcək. Bu isə daha geniş planda bölgədə və dünyada gedən proseslərin istiqamətinə də təsir edə bilər. İslahatçıların qələbəsi İranın daхili və хarici siyasi kursunda az da olsa dəyişikliklərin baş verməsinə səbəb ola biləcək. Əks halda, хüsüsən Əhmədineyadın yenidən prezident kürsüsündə qalması хarici siyasətdə gərginliyin artması və Qərblə qarşıdurmanın şiddətlənməsinə səbəb ola biləcək. Hər halda ölkə əhalisi seçəcəkləri prezidentlə sadəcə öz gələcəklərini müəyyənləşdirməyəcəklər. Bir şərti də nəzərə almaq lazımdır ki, İran demokratik ölkə deyil. Demokratik və azad ölkələrdə хalqın səsinə və tələbinə əhəmmiyyət verilir, qeyri-demokratik ölkələrdə də хalqın səsini tam boğmaq mümkün deyil». İranda növbəti prezident seçkilərinin 2009-ci ilin ortalarında keçiriləcəyi gözlənilir, dəqiq tariх Daхili İşlər Nazirliyi tərəfindən elan olunacaq. İran İslam Respublikasının durumunu və beynəlхalq ictimaiyyətin bu ölkəyə qarşı münasibətini nəzərə alsaq, bu seçkilər İslam İnqilabından bu yana bəlkə də ən həssas və əhəmiyyətli seçki hesab oluna bilər.

Əmir Turqut
olaylar

Qafqazın təhlükəsizliyi

Qafqazın təhlükəsizliyi
Yeni geosiyasi faktorların təsiri


Qafqazın təhlükəsizliyi məsələsində qeyri-müəyyən məqamlar qalmaqdadır. Qərblə Rusiyanın bölgə uğrunda mübarizəsində müsbət dəyişiklik gözə dəymir. Gürcüstanda son günlərdə baş verən hadisələrin хronikası göstərir ki, Rusiya öz mövqeyindən geri addım atmır və bölgədə nüfuzunu artırmaq хəttini davam etdirir. Qafqazın təhlükəsizliyi məsələsində qeyri-müəyyən məqamlar qalmaqdadır. Qərblə Rusiyanın bölgə uğrunda mübarizəsində müsbət dəyişiklik gözə dəymir. Gürcüstanda son günlərdə baş verən hadisələrin хronikası göstərir ki, Rusiya öz mövqeyindən geri addım atmır və bölgədə nüfuzunu artırmaq хəttini davam etdirir. Qərb də eyni olaraq mövqeyini nəyin bahasına olur-olsun möhkəmləndirməyə çalışır. Bu mübarizənin mərkəzində eneryi məsələsinin dayandığını çoхları etiraf edirlər. ABŞ-da prezidentliyə namizədlər də son debatlarında Rusiya ilə münasibətlərdə eneryi məsələsinin birinci yerdə olduğunu önə çəkiblər. Onlar dünyada vəziyyətin bu mübarizənin necə sonuclanmasından çoх asılı olacağını deyiblər. Bu proseslərin fonunda Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana gözlənilən növbəti səfəri ətrafında müzakirələr diqqəti çəkir. Azərbaycandakı politoloqlar Rusiya prezidentinin bir daha ölkəmizə səfər etməsinin qlobal geosiyasi proseslərə bağlı olduğunu deyirlər. Onların bir çoхu hesab edir ki, Rusiya Azərbaycan rəhbərliyi ilə bir neçə vacib məsələdə razılığa gəlməyə çalışacaq. Həmin məsələlər sırasında qazın nəqli əsas yer tutmalıdır. Belə ki, Rusiya Azərbaycandan qazı baha qiymətə olsa belə, alıb özü satmaq istəyir. Rusiya bir neçə milyard dollar itirsə də, geosiyasətin strategiyasında udur. O, Хəzərin eneryi resurslarının əsas olaraq Türkiyə istiqamətindən nəqlinin qarşısını alır, eyni zamanda Qərbin eneryi təhlükəsizlik sisteminin yaranmasına zərbə vurur. Təbii ki, bunları təkcə ruslar hesablamırlar və Bakida bu məsələnin müzakirəsinin necə sonuclanacağını indidən demək imkansızdır. Rusiyanın Azərbaycanda aparacağı müzakirələrdə NATO məsələsi də yer ala bilər. Bu məsələdə rəsmi Bakının mövqeyi dəqiqdir. Azərbaycan təhlükəsizliyini təmin edən addımlar atır. Hər bir halda Rusiyanın NATO ilə bağlı həyata keçirdiyi siyasətdə hansı yeniliklərin ola bilməsi maraqlıdır. Qafqaza Qərbin də diplomatik təsirləri davam edir. Qərb хüsusilə eneryi aspektində dünyada gedən proseslərə çoх həssas münasibət göstərir. Neftin qiymətinin icuzlaşması ilə vəziyyət yenidən qeyri-müəyyənliyə doğru sürüklənir. OPEK ölkələri hasilatı azaltmaq haqqında düşünürlər. Bu prizmada İran məsələsinə daha çoх diqqət yetirirlər. İrana qarşı sərt addımların atılması barədə Qərbdə yekdil fikir formalaşmaqdadır. Son olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi diqqəti çəkir. İranla bağlı Gürcüstandakı vəziyyətin də adını tez-tez çəkirlər. Gürcüstanı bu münaqişəyə cəlb etmək faktiki olaraq Qafqazı oda atmaq deməkdir. Bu tərəfdən də situasiyanın gərginliyi narahatlıq doğurur. Bütün bu proseslərə Ermənistanın qeyri-konstruktiv davranışlarını əlavə etmək gərəkdir. Rəsmi İrəvan bölgə dövlətlərinə qarşı təcavüzkar siyasətini davam etdirir. Onun bu tutumu Qafqazda hərbi balansın pozulması ehtimalını artırır. Gürcüstanın MDB-dən çıхması ilə bu asimmetriyanın daha da güclənəcəyini deyə bilərik. Nəhayət, Qafqaz üçün Şimali Qafqazda baş verənlərin ciddi təsirini qeyd etmək gərəkdir. Şimali Qafqazda isə situasiya getdikcə daha dramatik хarakter alır. Orada separatizmin güclənməsi və kriminal durumun daha da kəskinləşməsi fonunda gözlənilməz hadisələrin baş verməsi ehtimalı artır. Bu təsirlərin Güney Qafqaza da olcağına şübhə yoхdur. O baхımdan Qafqazda geosiyasi durumun taleyində diqqətə alınası bir faktorun da rol oynayacağını demək olar. Bütün bu məqamlar Qafqazın təhlükəsizliyi məsələsi müəyyən olunmayaraq qaldığını göstərir. Burada özünü göstərən müхtəlif dağıdıcı faktorlar sonucda mənfi rolunu oynaya bilər. Həmin faktorların neytrallaşdırılması isə hələlik məlum deyil. O faktorlar kifayət qədər ciddidir və qlobal geosiyasi məqamlara bağlıdır. Həmin səbəbdən də bölgə üçün təsirlərinin qalacağını deyə bilərik. Görünür, hələ uzun müddət Qafqaz məsələsi dünya qlobal siyasətinin gündəmində qalacaq. Eneryi böhranının və bölgədəki münaqişələrin həll edilməsi ilə situasiyanın düzəlməsi baş verə bilər. Bu məsələlərdə isə bölgə dövlətlərinin də konstruktiv mövqe tutması gərəkdir. Çoхlu sayda mürəkkəb məsələlərin bu qədər bir-birinə qarışması ilə хarakterizə olunan bu mənzərədə perspektivli mövqe tutmaq gərəkdir.

Orхan Güneyli
olaylar

İRANDA DİNİNİ DƏYİŞƏNLƏRİ ASACAQLAR

İRANDA DİNİNİ DƏYİŞƏNLƏRİ ASACAQLAR
Yeni şəriət cəza qanunu layihəsi təsdiqlənmək üzrədir



İranda adam öldürməyə, fahişəliyə, oğurluğa və başqa cinayətlərə görə asılanların sırasına dinini dəyişdirənlər də daxil olacaq. Türkiyə mənbələrinin məlumatlarına görə, ölkədə İslam dininindən dönənlərə qarşı ölüm cəzasını tələb edən yeni şəriət cəza qanunu layihəsi parlamentə təqdim olunub.
Layihə artıq birinci oxunuşdan keçib. İkinci oxunuşdan sonra qanun layihəsi təsdiqlənmək üçün dini lider ayətullah Əli Xamneyiyə təqdim olunacaq. Bəzi mənbələrə görə, layihənin qəbul olunacağı ehtimalı böyükdür. İranda indiyədək dinini dəyişdirənlərə qarşı müxtəlif müddətə həbs cəzası və ya başqa cəzalar tətbiq edilirdi. Bildirilir ki, yeni qanun layihəsi ölkədə əvvəllər müsəlman olan və sonradan xristianlığı qəbul edənləri qorxuya salıb. Belələri bəhailər arasında daha çoxdur. Beynəlxalq insan haqları təşkilatları qanun layihəsindən narahat olaraq İran hakimiyyətini onu qəbul etməməyə çağırıb.
Siyasət şöbəsi
musavat

Erməni diasporunun sərmayələri risk qrupuna düşüb

Erməni diasporunun sərmayələri risk qrupuna düşüb

Ellada Xankişiyeva, Trend Capital-ın Analitik Mərkəzinin direktoru


Dünya maliyyə böhranının Ermənistan iqtisadiyyatı üçün, bu ölkənin təsəvvür etdiyindən daha ciddi nəticələri olacaq. Dünya bazarının hazırki tendensiyaları saxlanılarsa, tezliklə Ermənistan erməni diasporu tərəfindən xüsusi transfertlərin kəskin azalması perspektivi ilə qarşılaşacaq.

Heç kəsə sirr deyil ki, Ermənistan iqtisadiyyatı erməni diasporası tərəfindən böyük həcmdə sərmayələrin üzərində dayanır. Əsasən transfertlərin gəldiyi və ermənilərin daha çox təmsil olunduğu Rusiya və ABŞ- ın erməni diasporunun sayəsində, Ermənistan müstəqillik illəri ərzində ilk dəfə olaraq istehsalı və özünün alıcılıq qabiliyyətini bərpa edib. Məlum olduğu kimi, ermənilərin 2/3 hissəsi xaricdə yaşayır və onların iqtisadi və maliyyə vəziyyəti yaxşılaşdıqca, onlar Ermənistana daha fəal surətdə sərmayə yatırırlar.

2007-ci ildə xüsusi transfertlər xətti ilə Ermənistana $1,3 mlrd.-dan çox (ÜDM-in 13 faizindən çoxu) vəsait daxil olub. 2008-ci ilin əvvəlindən yalnız ABŞ - da maliyyə böhranında artıq 15 bank müflis olub. Beləliklə, erməni diasporunun bu bankda təmsil olunmuş xarici sərmayələri də risk qrupuna düşüb.

Xüsusi transfertlər Ermənistanın sosial siyasətində əsas amildir. Ölkənin yüz minlərlə vətəndaşı dövlət sosial proqramları hesabına deyil, özlərinin qohum və tanışlarının xaricdən daimi pul köçürmələri sayəsində yaşayırlar.

Ermənistan Mərkəzi Bankının məlumatlarına əsasən, 2008-ci ilin yanvar-avqustu ərzində ölkənin bank sistemi vasitəsilə fiziki şəxslərin adına $1035,3 mln. qeyri - kommersiya xaraketrli vəsait daxil olub. Bu göstərici ötən ilin yanvar-avqust ayının səviyyəsini 33,9 faiz və ya $261,9 mln. qabaqlayıb. Ermənistandan xaricə 2007-ci ilin yanvar-avqustunda $173,9 mln.-a qarşı $152,6 mln. vəsait köçürülüb (12,3 faiz azalma).

Əvvəlki illərdə olduğu kimi, ən böyük xalis axın Rusiya və ABŞ - dan gəlib. Ölkəyə daxil olan vəsaitlərin 90,8 faizi bu ölkələrin payına düşüb. 2007-ci ilin analoji dövründə bu rəqəm 95,9 faizə bərabər olub. Qeyd etmək lazımdır ki, ötən ilki göstəricilərlə müqayisədə, Ermənistanda daxilolmalarda bu ölkələrin payı 5,1 faiz azalıb ki, bu da ABŞ - da və Rusiya bazarında böhranın nəticəsidir.

Bütün dünya üzrə erməni diasporunun sayı Ermənistanın özünün vətəndaşlarının sayından iki dəfə çoxdur. Belə ki, Ermənistanda 3 mln. etnik erməni yaşadığı halda, xaricdə bu rəqəm 7,5 mln.-dan çoxdur (maksimal hesablamalara əsasən – 10 mln. nəfərədək). Sayca ən böyük erməni diasporu Rusiyada yaşayır.

Rəsmi məlumatlara əsasən, Rusiyada 600 min, qeyri - rəsmi məlumatlara əsasən, milyondan çox erməni yaşayır. Bəzən bu rəqəmin 2,5 mln. olduğunu bildirirlər. Amerikada ermənilərin sayı təxminən 600 min nəfər, Fransada 300 min nəfərədək, İranda 250 min nəfərdir.trend

Əkbər Azad : “Məni günahsız yerə həbs etdilər...”

Əkbər Azad : “Məni günahsız yerə həbs etdilər...”
By Ələkbər Raufoğlu
Vaşinqton


Əkbər Azad
Irandakı Azərbaycan türklərinin tanınmış fəallarından biri Əkbər Azad ötən ay ölkənin paytaxtında bir iftar mərasimində hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Ə.Azad vaxtı ilə Tehranda Azərbaycan türkcəsində çıxan «Varlıq» jurnalının redaksiya heyətinin üzü olub. 2004-cü ildə Babək qalasına yürüşdən sonra 67 gün Təbriz zindanında və Tehranın məşhur Evin həbsxanasında təkadamlıq kamerada saxlanmışdı. Ötən ay isə Ə.Azadla birlikdə daha 10-12 azərbaycanlı həbs olunub. Bu günlərdə məhkəmə tərəfindən zaminə buraxılmış Ə.Azad başına gələnləri "Amerikanın səsi"nın əməkdaşı Ələkbər Raufoğluna nəql edib. Müsahibəni təqdim edirik:
Sual: Sizi nə üçün həbs etmişdilər?
Cavab: Bizi Ramazan ayında həbs etdilər. Dostlar ailələri ilə birlikdə bizi öz evlərində iftar qonaqlığına dəvət etmişdilər. Amma mərasim başlamamışdan əvvəl mühafizə qüvvələri evə soxularaq, heç yemək yeməyimizə də imkan vermədən bizi yaxaladılar. Ac halda getdik həbsə. İndi hadisənin üzərindən 34 gün keçir. Mən özüm 23-24 gün dustaqda qaldım. Bir nəfərlik kamerada saxlanılırdım. Bizə qarşı müxtəlif ittihamlar irəli sürürdülər ki, guya Azərbaycanı İrandan ayırmaq istəyirik. Amma qətiyyəylə deyirəm ki, dostlarımızın heç birində nəinki belə bir plan, heç belə təfəkkür də yoxdur. Ola bilər, onların hamısı sadəcə Azərbaycan fəallarıdırlar. Və bir sıra bəşəri insani haqlar var ki, hamı kimi biz də onları mütaliə edirik. Amma burada bir qəbahət yoxdur axi. Biz də hamı kimi bütün dünyəvi haqlara hörmət bəsləyirik. İstəyirik ki, uşaqlarımız öz ana dillərində təhsil alsınlar, öz ərazimizdə iş olsun. İndi İranın harasına əlini uzatsan, orada azərbaycanlılar işləyirlər. Öz evlərinin yanında, öz rayonlarında iş olmadığına görə, vətənlərində didərgin yaşayırlar. Əsas məsələ budur. Amma bu düçüncə tərzi bizim həbsimiz üçün səbəb olmamalı idi. Axı biz orada heç nə etmirdik, iftara toplaşmışdıq. Orada da heç nədən danışılmırdı. Lap tutaq ki, bir söz danışılsa belə, axı bu adi söz idi. Axı ortada heç bir plan da yox idi. Ancaq nədənsə bizi bu vəziyyətdə yaxaladılar və dostların hamısı da həbs müddətində müxtəlif xəstəliklərə düçar qaldılar. Mədə, ürək xəstəlikləri və sair…
Sual: Sizi həbs edənlər kimlər idi: polis, yoxsa kəşfiyyat işçiləri? Nəyə görə məhz sizin toplaşdığınız mənzilə gəlmişdilər?
Cavab: Onlar Təhlükəsizlik Nazirliyinin işçiləri idi - ETTELAAT-dan gəlmişdilər.
Sual: Bəs necə oldu ki sizi azad etdilər? Sizə qarşı irəli sürülən ittihamlar təsdiqlənmədi, yoxsa istintaq hələ də davam edir?
Cavab: Hələ istintaq davam edir. Bizi ittiham edirdilər ki, guya təhlükəsizliyi pozmuşuq. İndi də bizi zaminə buraxıblar. Birinci növbədə konkret adamlar bizə zamin durdu. Amma sona dedilər ki, vəsiqə gətirin. "Vəsiqə" deyəndə burada ya adambaşına müəyyən məbləğdə pul, ya da dəyəri İran pulu ilə 50 milyon olan mənzil sənədi nəzərdə tutulur. Bu isə bizdə yoxdur. Ona görə də təxminən sabah - birisi gün hər şey məlim olacaq. Bəlkə yenidən həbsə saldılar bizi.
Sual: Hazırda neçə nəfər yoldaşınız həbsdədir?
Cavab: Bu günə qədər həbsdəki yoldaşlarımızı üç mərhələdə azadlığa buraxıblar. Əvvəlcə qadınlarla uşaqları azad etdilər. Sonra daha üç dostumuzu buraxdılar. Üçüncü mərhələdə məni və digər 3 nəfəri buraxdılar. Hazırda isə daha 5 nəfər həbsdə qalır. Onların arasında mühəndis Həsən Raşidi olduqca ağır vəziyyətdədir. Onun həm ürək xəstəliyi var, həm də astmaya tutulub. Bu yaxınlarda bağlanmış "Dilmanc" jurnalının Əlirza Sərrafi də hələ həbsdədir. Ondan əlavə Səid Muğanlı, Həsən Rəhimli Bayat və Mehdi Nəimi da həbsdədirlər. Mehdi tələbədir və Azərbaycan mədəni mərasimlərində gözəl aparıcılıq edir. Mən bir məsələni vurğulamaq istəyirəm ki, bizim bütün dostlarımız hamısı sülhsevən dinc insanlardırlar. Onlar sadəcə hamı kimi, öz haqlarının qayğısını çəkirlər. İranda 30 milyon Azərbaycan türkü yaşayır. Öz ana dilimizdə danışmaq və öz mədəniyyətimiz altında yaşamaq bizim əsas haqqımıqdır. Amma bu məsələ bu günün məsələsi deyil. Ona görə də bizi əsassız yerə həbs etdilər. İran azərbaycasnlılarının haqları 100 ildir ki tapdanır, özləri isə döyülürlər. Hələ də bu davam edir…
Sual: Həbsxanada sizinlə necə davranılırdı?
Cavab: Bizim hamımızı tək-tək 6-7 metrlik kameralarda saxlayırdılar. Demək olar ki, hamımızı 10-12 dəfə istintaqa çağırıblar. Mənim özümü 11 dəfə istintaq etdilər. Və bir sıra ittihamlar irəli sürdülər. Deyirdilər ki guya təhlükəsizliyi pozmuşuq. Daha sonra 10-15 il bundan qabaqkı hansısa hadisədən bəhs etdilər ki, belə bir şey də bizim yadımıza düşmürdü. Bizə daha çox psixoloji təzyiq edirdilər. Arada dostların ikisini sıxma-boğmaya salırdılar. Amma döymə yox idi.
Sual: Daha əvvəl İranda belə bir hal olubmu ki, iftar mərasimində, yaxud da adi bir qonaqlıqda toplaşanlar həbs edilsin? Yəni bu ölkədə yığıncaqlarla bağlı hansısa qadağa varmı?
Cavab: Bu gün İran Azərbaycanında vəziyyət belədir ki, ictimai təşkilatların hamısı bağlanıb. Biz isə çoxdan idi ki, qeyri-siyasi bir təşkilat yaratmağı arzu edirdik. 9-10 ay öncə bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Açmaq istədiyimiz qeyri-hökümət təşkilatının adını da artıq müəyyənləşdirmişdik. Dil və mədəniyyət ocağı – yəni qısaca olaraq DEMO. Bu, 9 ayda ərzində bizə heç bir cavab verilmədi. Amma görünür, günahlarımızın biri budur ki, biz belə bir təşkilat yaratmaq istəmişik. Mən onun təsisçilərindən biri olmalı idim. Digər həmtəsisçi isə Həsən Raşidi olmalı idi ki, o da indi həbsdədir. Dünən ailəsi ona həbsxanada baş çəkib. Deyilənə görə, vəziyyəti ağırdır, danışa bilmir. Amma yenə də deyirəm ki, bu məsələnin Tehrandakı iftar qonaqlığı ilə heç bir əlaqəsi yox idi. Əgər bizim bir yerə toplaşmağımızı istəmirdilərsə, gəlib qapının ağzında deyərdilər ki, bura yığışmayın, qonaqlıq olmasın. Daha belə bir hadisəni gərək yaratmayaydılar...
voa

14 Ekim 2008 Salı

İran bazarlarında tətil məmurlarla toqquşmayla nəticələnib

İran bazarlarında tətil məmurlarla toqquşmayla nəticələnib
Naməlum şəxslər bir neçə mağazanın şüşələrini sındırmağa və sahiblərinə hədə-qorxu gəlməyə başlayıb

Bir həftədir İran hökumətinin "əlavə dəyər vergisinin tətbiq edilməsi" haqda yeni qanunun icrasına başlamasına etiraz əlaməti olaraq İran bazarları tətilə başlayıb. "İlna", "Fars" xəbər agentlikləri və "Azad Təbriz" xəbər səhifəsinin məlumatına görə, Mahmud Əhmədinəjad hökumətinin bu siyasəstinə Təbriz, Tehran, İsfahan, Şiraz, Məşhəd kimi böyük şəhərlərin bazarları alış-verişi dayandırmaqla cavab veriblər. Oktyabrın 12-də isə Tehran bazarının tacirləri tətil edən zərgərlərlə həmrəylik aksiyasına başlayıblar. Belə ki, Tehran bazarında qumaş, xalça, ayaqqabı, büllur və ev əşyaları satan ticarət obyektləri bazar günü işləməyib. Tehran bazarında fəaliyyət göstərən müxtəlif bank şöbələrinin də həmin gün bağlı olduğu bildirilir. Ticarət obyektlərindən birinin sahibi "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında bazar günü naməlum şəxslərin Tehran bazarında bir neçə mağazanın şüşəsini sındırdığını deyib: "Bazarın bağlanması tacirlərlə hökumət məmurları arasında qarşıdurmaya gətirib. Naməlum şəxslər mağaza sahiblərini qorxutmaq üçün bağlı qalmış bir neçə mağazanın şüşələrini sındırmağa və sahiblərinə hədə-qorxu gəlməyə başlayıblar. Nəticədə digər tacirlər də mağazalarını bağlayıblar". Hökumət qəzetləri bu tətillərin siyasi motiv daşıdığını və müxalif qüvvələr tərəfindən idarə olunduğunu yazırlar. Bu arada İran iqtisadiyatında çox böyük əhəmiyyətə sahib olan Təbrizin Xalça bazarı artıq öz fəaliyyətini dayandırıb. İran prezidenti Mahmud Əhmədinəjad isə iş adamlarının etirazlarını nəzərə alaraq ölkənin İqtisadiyyat Nazirliyinə məktub göndərərək, "Əlavə dəyər vergisinin tətbiqi" qanununun icrasının dondurulmasını əmr edib. Ancaq bunu yetərli saymayan iş adamları tətilləri davam etdirərək, ümumiyyətlə, qanunun ləğvini istəyirlər.

Turqut

Azərbaycan dövlət sərhədini pozan İranlı dəstə ilə əlaqəli olan iki Cəlilabad sakini saxlanılıb


Bakı. Hafiz Heydərov-APA. Oktyabrın 12-də saat 01.30 radələrində Cəlilabad rayonunun Dərəli kəndi ərazisindən dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən İran İslam Respublikasının vətəndaşları ilə əlaqəli olan iki Cəlilabad sakini saxlanılıb.

Bu barədə APA-ya Cəlilabad rayon Polis Şöbəsinin rəisi Rəhim Novruzov bildirib. Məlumata görə, dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycana külli miqdarda narkotik gətirən 4 nəfərdən ibarət dəstəyə Şəhran adlı İran vətəndaşı başçılıq edib. Polis Şöbəsinə daxil olan məlumat əsasında həmin şəxslər şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstəriblər. Xeyli müddət davam edən atışma nəticəsində yaraqlıları məhv etmək mümkün olmayıb və onlar əllərində olan 16 kiloqramdan çox narkotik vasitəni hadisə yerində ataraq geri qaçmağa müvəffəq olublar. Polis rəisi deyib ki, buna baxmayaraq artıq həmin dəstə ilə əlaqəli olan iki rayon sakini saxlanılıb. Baş vermiş hadisə ilə əlaqədar digər dəstə üzvlərinin tapılması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, İran vətəndaşlarının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərməsi, onlarla polis əməkdaşları arasında atışma baş verməsi barədə bu gün ilk olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb


APA

Oktyabrın 15-də xalq növbəti 5 il üçün prezidentini seçəcək

Oktyabrın 15-də xalq növbəti 5 il üçün prezidentini seçəcək


4,7 milyon seçicinin iştirak edəcəyi səsvermənin gedişini 47 min yerli, 1200-dən çox isə beynəlxalq müşahidəçi izləyəcək. Seçkidə 7 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq.

2008-ci il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Pezidentliyə 7 nəfərin namizədliyi qeydə alınıb. Bunlar YAP sədri İlham Əliyev, BQP sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, bitərəf Qulamhüseyn Əlibəyli, ALDP sədri Fuad Əliyev və MMP sədri Hafiz Hacıyevdir.
Bu seçkidə Azərbaycanın müstəqillik dönəmində 6-cı dəfə prezidenti seçiləcək. Məlumat üçün bildirək ki, bu, ölkəmizdə prezident idarə üsulu yaradılandan 7-ci seçkidir. Belə ki, 1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident - Azərbaycanın kommunist rəhbəri Ayaz Mütəllibov - parlamentdə seçilib. Azərbaycanda ümumxalq səsverməsiylə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Onu da əlavə edək ki, builki seçkidə də prezidentliyə namizədliyini irəli sürmüş İlham Əliyev Azərbaycanın 4-cü prezidentidir. Birinci prezident Ayaz Mütəllibov 1992-ci ildən Rusiyada mühacirətdə yaşayır. İkinci prezident Əbülfəz Elçibəy 2000-ci ildə, üçüncü prezident Heydər Əliyev isə 2003-cü ildə vəfat edib. Ölkəmizdə budəfəki seçkiöncəsi vəziyyət əvvəlkilərlə müqaisədə sabit qiymətləndirilir. Bəzi siyasi müşahidəçilər bunu əksər müxalifət partiyalarının seçkilərə qatılmamaq qərarı verməsi və seçkilərə ictimaiyyətin marağının az olması ilə əsaslandırırlar.

Seçicilərin 52,65 faizi kişi, 47,35 faizi isə qadındır

Əhalinin 4 milyon 731 min 879 nəfərinin budəfəki prezident seçkilərində iştirak etmək hüququ var. Onlardan 52,65 faizi kişi, 47,35 faizi isə qadındır. Səsvermə hüququ olan vətəndaşlardan 1,87 faizi bu seçkilərdə ilk dəfə iştirak edəcək.

ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb

Qeyd edək ki, prezident seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 23 milyon 500 min manat vəsait ayrılıb. Budəfəki prezident seçkilərini Avropa Şurası, ATƏT, MDB, Avropa Parlamenti, GUAM nümayəndələri izləyəcək və hazırda onların müşahidə missiyaları Azərbaycandadır. Adıçəkilən beynəlxalq təşkilatların Azərbaycanda ümumilikdə 1200-dən çox müşahidəçisi səsvermənin gedişini izləyəcək. ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb. Qruplar müəyyən olunmuş bölgələr üzrə seçki prosesini izləyəcəklər. Seçkini izləmək üçün 47 min yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 2672-si MSK-da, qalanları isə Dairə Seçki komissiyalarında qeydlə alınıb. MSK-da qeydiyyatdan keçən müşahidəçilər istənilən seçki dairəsində müşahidə aparmaq hüququna malikdirlər.
Ötən parlament seçkilərindən fərqli olaraq, bu dəfə Azərbaycanda “exit-poll”u xarici yox, yerli təşkilatlar keçirəcəklər. Seçki günü 118 dairədə “exit-poll” və paralel hesablama keçiriləcək.
Prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Səsvermə iş gününə - çərşənbəyə təsadüf etdiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.

Seçkini 30 xarici KİV-in 92 nümayəndəsi izləyəcək

Prezident seçkilərini izləmək üçün 30 xarici Kütləvi İnformasiya Vasitəsinin (KİV) 92 nümayəndəsi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Müraciət edənlər arasında “Associated Press”, “Frans-Press” (Fransa), “Bloomberg-News” (Almaniya) informasiya agentliklərinin təmsilçiləri də var.

Türkiyə nümayəndə heyəti 24 nəfərdən ibarətdir

Seçkiləri izləyəcək Türkiyə nümayəndə heyətinin tərkibi açıqlanıb. Millət vəkilləri, qeyri-hökumət təşkilatı təmsilçiləri və media mənsublarından təşkil edilən heyət 24 nəfərdən ibarətdir. Nümayəndə heyətinə “Marmara” Qrupu Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Süvərin başçılıq edəcək.zaman

Abbas Lisaninin həbs müddəti bitir

Abbas Lisaninin həbs müddəti bitir


Rejim nümayəndələri onu sorğu-suala tutublar
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Abbas Lisaninin həbsxanadan azad olunmasına az müddət qalır. Yaxın günlərdə həbs müddəti bitəcək hərəkatçı azad olunmalıdır. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, rejim nümayəndələri hərəkat fəalını sorğu-suala tutub, azad olunduqdan sonra atacağı addımları soruşurlar. olaylar
----------------------------------------------------------------------
Oktyabrın 15-i qeyri-iş günüdür

Seçki Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Müstəqil Mətbuat Mərkəzinin məlumatına görə, oktyabrın 15-də keçiriləcək prezident seçkisi ölkənin bütün ərazisini əhatə etdiyi üçün (Seçki Məcəlləsinin 29.9-cu maddəsi) həmin gün Azərbaycan Respublikasında iş günü hesab edilmir./ANS PRESS/

«SEPAH»a YAXIN OLAN SAYT AZƏRBAYCAN TELEKANALLARINDA İRAN SERİALLARINA QADAĞA QOYULDUĞUNU YAZIB

«SEPAH»a YAXIN OLAN SAYT AZƏRBAYCAN TELEKANALLARINDA İRAN SERİALLARINA QADAĞA QOYULDUĞUNU YAZIB



Oktyabrın 14-də İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı www.tabnak.ir saytında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulduğu yazılıb. Məlumatda nə televiziyaların, nə də efirə getməsinə qadağa qoyulduğu iddia edilən serialların adı çəkilib.

«Media forum» saytının məlumatına görə, «Tabnak» saytı qadağanı Azərbaycan tamaşaçılarının İran teleseriallarına artan rəğbəti və bu seriallarda ailə dəyərlərinə riayət edilməsi ilə əlaqələndirib.

İran saytı Azərbaycanın siyasi, mədəni və ictimai baxımdan Amerika və İsrail təlim-tərbiyəsinin təsiri altında qaldığını vurğulayıb: «Azərbaycan Respublikası siyasi, mədəni və ictimai baxımdan Amerika və İsrail təlim-tərbiyəsinin təsiri altında qalıb. Bunun nişanələrini ölkənin müxtəlif strukturlarında müşahidə etmək olar. Məhz buna görə ölkənin müxtəlif televiziya kanallarının rəhbərlərinə göndərilən gizli sərəncamlarda İran istehsalı olan hər hansı film və teleserialın efirə buraxılmasına qadağa qoyulub».

«Tabnak» saytı İran teleserialların yerinə son vaxtlar daha çox İsrail teleseriallarına üstünlük verildiyini də bildirib: «Dünyəvi şəxslərin idarə etdiyi bu ölkənin üç televiziya şəbəkəsi İran teleseriallarına qoyulan qadağadan sonra İsraildə istehsal edilmiş və qəbahətli səhnələrlə dolu olan teleserialları efirə çıxarmağa başlayıb».




«Media forum»

İFTAR QONAQLIĞINDA TUTULAN GÜNEYLİ YAZARLAR AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

İFTAR QONAQLIĞINDA TUTULAN GÜNEYLİ YAZARLAR AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR



Oktyabrın 13-də Tehranın Evin zindanının 209-cu korpusunda saxlanan 5 azərbaycanlı - çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Yaşmaq» jurnalının baş redaktoru Səid Məhəmmədi (Muğanlı), «Varlıq» jurnalının yazarı Həsən Raşedi, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi ailə üzvləri ilə görüşüblər.

«Media forum» saytının məlumatına görə, görüş yarım saat çəkib. Məhbuslar görüşdə zindandakı ağır şəraitdən şikayətləniblər. Fəallar təkadamlıq kameralarda saxlandıqlarını, sutka ərzində dindirildiklərini, müxtəlif təhqir və təzyiqlərə məruz qaldıqlarını deyiblər.

Adı çəkilən fəallar sentyabrın 10-da Tehranın Nəvvab küçəsində bir güneylinin təşkil etdiyi iftar mərasimində tutulublar. Həmin gün 20-yə yaxın fəal saxlanıb. Sonradan onların əksəri tədricən azadlığa buraxılıb.


«Media forum»

İRAN SERİALLARINA QADAĞA MƏSƏLƏSİ: MİLLİ TELERADİO ŞURASININ SƏDRİ XƏBƏRSİZDİR, ANS TƏKZİB EDİR

İRAN SERİALLARINA QADAĞA MƏSƏLƏSİ: MİLLİ TELERADİO ŞURASININ SƏDRİ XƏBƏRSİZDİR, ANS TƏKZİB EDİR


Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli «Media forum» saytına açıqlamasında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulub-qoyulmamasından xəbərsiz olduğunu bildirib: «Hansı serialın efirə verilməsini telekanalların özləri müəyyənləşdirirlər. İran serialı yerli telekanallardan yalnız ANS-də efirə verilirdi. Bu, televiziya kanalının yaradıcılıq məsələsidir. Teleradio Şurası belə məsələlərlə məşğul olmur».

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov isə «Media forum»a bildirib ki, ANS telekanalında İran seriallarının yayımı ilə bağlı heç bir qadağa tətbiq etməyiblər: «Bir qədər öncə ANS-də İran kinematoqrafçılarının istehsal etdiyi «İmam Əli» teleserialı efirə verildi. Bununla bağlı bizə kənardan heç bir təzyiq yoxdur».

ANS Şirkətlər Qrupunun «Bakı film» studiyasının direktoru Rafiq Əliyev də İran seriallarının yayımı ilə bağlı hər hansı qadağanın tətbiq olunmadığını bildirib. Onun sözlərinə görə, ANS telekanalında efirə verilən İran istehsallı «Qadağan olunmuş meyvə» serialı da artıq yekunlaşıb: «Bundan əvvəl də İran istehsallı seriallar vermişik, yenə vərəcəyik. Hazırda belə seriallardan birinin dublyajı üzərində işləyirik».

Oktyabrın 14-də İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı www.tabnak.ir saytında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulduğu yazılıb. Məlumatda nə televiziyaların, nə də efirə getməsinə qadağa qoyulduğu iddia edilən serialların adı çəkilib.


«Media forum»

HOLLİVUDDA FİLMƏ ÇƏKİLƏN DAHA BİR İRANLI AKTRİSA ABŞ-da QALIR

HOLLİVUDDA FİLMƏ ÇƏKİLƏN DAHA BİR İRANLI AKTRİSA ABŞ-da QALIR

İran mənbələri Hollivudda filmə çəkilən və daha bir neçə təklif alan gənc aktrisa Mitra Həccarın ölkəyə qayıtmayacağını bildirir. «Media forum» saytının məlumatına görə, İranı iki il əvvəl tərk etmiş M.Həccara yaxın mənbələr onun kinorejissor Qabriel Skottun filmlərinin birinə çəkiləndən sonra həmişəlik ABŞ-da qalıb fəaliyyətini Hollivudda davam etdirmək qərarına gəldiyini deyiblər.

ABŞ-da filmə çəkilən daha bir iranlı gənc aktrisa - Gülşiftə Fərahani ötən həftə «Daily News» qəzetinə açıqlamasında ölkəsinə qayıtmayacağını bildirmişdi.

Bir sıra kinoşünaslar son vaxtlar iranlı aktrisaların Hollivuda üz tutmasını İslami İrşad və Mədəniyyət Nazirliyinin incəsənət xadimlərinin azad fəaliyyətinə qoyduğu sonsuz məhdudiyyətlər və məcburi hicab məsələsi ilə əlaqələndirlər.

Mitra Həccar İranda...



...ABŞ-da







«Media forum»

ABŞ-dakı seçkilər Amerika-İran münasibətlərinə təsir göstərməyəcək


İran prezidentinin səsləndirdiyi fikirlərə baxmayaraq, ABŞ-dakı seçkilərdən sonra Amerika-İran münasibətləri əsaslı şəkildə dəyişməcək.

їHətta Obamanın qələbəsi Amerikanın diplomatik münasibətlərində [ї] їdayandırmaї siyasətindən birbaşa dialoqun aparılması siyasətinə keçid istiqamətində dəyişikliklərə səbəb olsa da, İran-Amerika münasibətlərində ciddi dəyişikliklərin olacağını gözləməyə dəyməzї, Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı, İrana dair nəşrlərin müəllifi Klement Term (Clementh Therme) elektron poçtla Trend News-a bildirib.



Prezident Mahmud Əhmədinejad ölkədə ABŞ-ın maraqlarını müdafiə edən ofisin açılmasının mümkünlüyünü şərh edərək bildirib ki, amerikalıların İrana münasibəti yaxşı tərəfə dəyişib.



İran ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı kampaniyasının əsasında duran az sayda xarici siyasət məsələlərindən biridir. Bu, Birləşmiş Ştatlar administrasiyasının İranla şərtsiz danışıqlar açmağın zəruriliyi haqqında daimi daxili danışıqlar aparması ilə izah edilir.



їAmerikanın dövlət şəxsləri Baş katib Henri Kissincerin dövründən bu yana ilk dəfə olaraq ABŞ və İranla birbaşa danışıqların başlamasının zəruriliyi haqqında danışmağa başlayıblarї, - Term bildirib.



Lakin analitiklər hesab edirlər ki, yeni prezident seçildikdən sonra, İran və ABŞ arasında münasibətlərin genişlənəcəyi haqqında danışmağa dəyməz. Bunun bir neçə səbəbi var.



їƏvvəla, iki dövlətin münasibətlərində psixoloji problemlər mövcuddur ї amerikalılar 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girov götürülməsini, iranlılar isə 1953-cü ildə Müsəddəqin devrilməsini indiyədək xatırlayırlarї, - Term bildirib.



Onun rəyinə görə, İranla yaxınlaşma ABŞ-ın İsraillə münasibətlərinin pisləşməsinə və İranın inqilabi nüfuzunu itirməsinə səbəb olacaq.



İsrail və İran arasında Əhmədinejadın İsraili yer üzündən silməyin zəruri olması haqqında dövri olaraq səslənən bəyanatları ilə müşayiət olunan üzün tarixə malik qarşıdurma mövcuddur. Buna cavab olaraq İsrail dəfələrlə mümkün cavab tədbirləri haqqında bəyanat verib və bu məsələdə ABŞ onu daim dəstəkləyir.



Bundan əlavə, ABŞ-ın İranın İraqda müqaviməti dəstəkləməsindən şübhələnməsi, nüvə proqramı ilə bağlı mübahisələrin davam etməsi və Birləşmiş Ştatların İranı təcrid etməyə səy göstərməsi vəziyyəti ağırlaşdırır, İnformasiya Təhlükəsizliyi üzrə Anqlo-Amerika Şurasının (British-American Security Information Council) rəhbəri Pol İnqram (Paul İngram) Trend News-a bildirib.



ABŞ İranı nüvə silahının hazırlanması üzrə işlər aparmaqda ittiham edir. Hələ 2002-ci ildə Corc Buş İranı terrorçuları maliyyələşdirən və nüvə silahına malik olmağa can atan їşər qütbüї ölkələrinə aid edib. ABŞ, İranın nüvə silahı hazırlamasına mane olmaq üçün bu beynəlxalq təcridə nail olmağa çalışır.



їMakkeyn seçkiləri qazanarsa, iki ölkə arasında münasibətlərdə dəyişiklik baş verməyəcəkї, - їFars körfəzi ölkələrində sabitlik və sülhün axtarışındaї (їSearching for stable peace in the Persian Gulfї) kitabının müəllifi Katsman şənbə günü elektron poçtla Trend News-a bildirib.



Tehran Universitetinin siyasi məsələlər üzrə iranlı eksperti, professr Murtuza Firuzi də bu rəydədir.



їObama hakimiyyətə gələrsə, İran və ABŞ arasında münasibətlər nisbətən az kəskin olacaqї, - Firuzi telefonla Trend News-a bildirib.



Oksford Tədqiqat Mərkəzinin beynəlxalq təhlükəsizlik üzrə eksperti Pol Rocers (Paul Rogers) hesab edir ki, Obama hakimiyyətə gəldikdən sonra İran və ABŞ arasında münasibətlər їçox güclü surətdə dəyişəcəkї - əgər İran їbu dəyişikliklərə müsbət və açıq cavab verərsəї.



Amerikalı ekspert Mark Kats (Mark Katz) isə hesab edir ki, İranla münasibətləri sabitləşdirmək üçün hazırki administrasiyanın az vaxt ehtiyatı var.



їPrezident Klinton Vyetnamla münasibətləri hakimiyyətinin son günlərində yaxşılaşdırdı; mümkündür ki, Buş da buna bənzər hərəkət edəcəkї, - Corc Meyson Universitetinin (George Mason University) siyasət və idarəetmə üzrə eksperti, professor Kats Trend News-a bildirib.trend

13 Ekim 2008 Pazartesi

Güney Azərbaycanın gənc şairi Səid Muğanlı hələ də Evin həbsxanasındadır

Güney Azərbaycanın gənc şairi Səid Muğanlı hələ də Evin həbsxanasındadır

Güney Azərbaycanın gənc şairi Səid Muğanlı hələ də Evin həbsxanasındadır. Səid Muğanlı Geney Azərbaycanın Gənc şairi və fəal jurnalistlərindən biridir.Səid bəy ədəbi Yaşmaq dərgisinin baş yazari kimi bu dərginin yayılmasından əlavə 30 ünvanda Azərbaycan muasir şeri müvzusunda kitab yayınlamışdır ki bunların çoxunun maliyəsində öz öhdəsinə götürmüş və nəşr etdirmişdir.Səid Muğanlı Yaşmaqdan əlavə Yarpaq,Dilmac,və Günəş dərgilərində yazıçılar heyyətinin üzvü olmuşdur.2006 inci ildə Heydər Baba həftəliyinin sorğu apardığına görə Səid Muğanlı gənc şairlər arasında özünə yeksək yertutmuşdur bununla yanaşı 2008 inci ildə Qızıl Alma şeir festivalında birinci yer tutmuşdur.Səid Muğanlı 10.09.2008 inci il tarixində Tehranda iftar qonaqlıqında 18 nəfər ziyali,şair,jurnalist və milli fəallarla yanaşı həbs edilərək Tehranın Evin həbsxanasının təknəfərlik kamerasında fiziki və ruhi işgəncəlarə məruz qoyulublar.Bu günə qədə həs olunan soydaşlarımızın ittihamı heç kimə bəli deyil.Səid Muğanlı hələdə Evin həbsxanasının 209 uncu kamerasında günahsız olaraq saxlanınır.

4 İRAN VƏTƏNDAŞI POLİS ƏMƏKDAŞLARINA SİLAHLI MÜQAVİMƏT GÖSTƏRİB

4 İRAN VƏTƏNDAŞI POLİS ƏMƏKDAŞLARINA SİLAHLI MÜQAVİMƏT GÖSTƏRİB

Bu gecə Cəlilabad rayonunun Dərəli kəndinin ərazisindən dövlət sərhədini qanunsuz olaraq keçən və narkotik vasitələrin daşınmasında şübhəli bilinən 4 İran vətəndaşı saxlanılarkən, onlar polis əməkdaşlarına silahlı müqavimət göstərib. Azərbaycanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb. İran vətəndaşları 16 kiloqram 550 qram həşişi hadisə yerində ataraq qaçıblar. /İctimai TV/

BİLGƏ XAQANIN HEYKƏLİ TAPILIB

deyilir

BİLGƏ XAQANIN HEYKƏLİ TAPILIB

BİLGƏ XAQANIN HEYKƏLİ TAPILIB Orxon yazıları olan bölgədə intensiv arxeoloji qazıntılar aparılır İ.BALIOĞLU Qəhrəman əcdadımız Bilgə xaqanın heykəli tapılmışdır. Sözügedən heykəlin Monqolustanda, üzərində məşhur Orxon yazıları olan stela (yazılı daş) yerləşən bölgədə (paytaxt Ulan-Batordan 365 km şimal-qərbdə Orhun vadisində - Göy Türklərin ulu yurdunda) bir kurqanda aşkarlandığı xəbər verilir. Arxeoloji qazıntıları Monqolustanın "Kul Tiqin Dərnəyi" maliyyələşdirir və monqol arxeoloqları tərəfindən aparılır. Anadolu agentliyinin məlumatına görə, sözügedən kurqan Bilgə xaqan və Kul-tiqin mətnləri yazılmış stelaların 2 km qərbində yerləşir. Monqol professor Cuqder bildirmişdir ki, bu kurqan indiyə qədər dünyada ən böyük kurqandır. Qazıntılar Monqolustan hökumətinin icazəsi ilə geofiziki araşdırmalardan müsbət nəticələr alındıqdan sonra iyul ayından başlanmışdır. Kurqanın iç-içə iki bölümdən ibarət olduğu aşkarlanmışdır. Burada bir-birinin ardınca üç heykəl parçası aşkarlanmış, sonra onlar birləşdirilmiş və bir bütövün parçaları yenidən birləşdirildikdən sonra bu heykəlin Bilgə xaqana aid olduğu təsbit edilmişdir. Onun hündürlüyü 140 sm-dir, heykəl başıaçıqdır və türksoylu Tabğacların heykəltəraşlıq üslubunda hazırlanmışdır. "Kul Təkin Dərnəyi"nin başqanı Davaa Myamaa "Anadolu" agentliyinə bildirir ki, monqol alimlərinin fikrincə, tarixdə hun, türk və monqol imperiyalarını quranların hamısı eyni kökdən gəlir. Bilgə xaqana gəldikdə, bu böyük dövlət xadimi 683-cü ildə doğulub. Atası İlteriş Kutluq Xaqan, anası İlbilgə xatundur. Atası öləndə onun 8 yaşı vardı və 32 yaşına qədər Göy Türk Xaqanlığını idarə edən əmisi Kapağan xaqanın yanında böyüdü. Əmisi öləndə hakimiyyət başına keçdi. Ordunun baş komandanlığı vəzifəsinə özündən bir yaş kiçik qardaşı Kul-təkini, baş vəzirliyə isə müdrik Tonyukuku gətirdi. Onların götürdüyü siyasi kurs belə idi ki, türklər oturaq həyata keçərsə, güclü Çin qarşısında zəif düşəcək, məğlub olacaq, Çinin dustağına çevrilərsə, buddizm ölkəyə nüfuz edərsə, bu din türklərin hökmetmə və iqtidar duyğusunu zəiflədəcək, türk millətinin varlığı sona çatacaq. Onlar bu siyasi kursu əldə rəhbər tutaraq Çinlə uğurlu savaşlar apardılar, Avrasiyada möhtəşəm bir dövlət qurdular və bu əzəmətli imperiyanın hüdudları qərbdə Dəmirqapı Dərbəndə qədər uzandı. Onların hekayəti və türk millətinə öyüdləri saf türk dilində (və bugünkü savadlı azərbaycanlının anlayacağı bir dildə) Orxon stelalarında təfsilatı ilə yazılıb və bizim günlərədək gəlib çıxıb. Onlara Orxon yazıları, yaxud Göytürk yazıları . Bu xatirə stelalarını Bilgə xaqanın oğlu Tenqri xaqan atasının ölümündən bir il sonra ucaltdırmışdır. Yazıları isə Yolluq-təkin həkk etmişdir. Ağıllı və cəsur Bilgə xaqan əvvəlcə müdrik vəziri Tonyukuku, ardınca qəhrəman ordu komandanı Kul-təkini itirir. Gizlicə çinlilərə satılmış Buyrak Çor onu zəhərləmiş və Bilgə xaqan xəstə yatarkən xain vəzirləri edam etdirmişdi. Özü isə 734-cü il noyabrın 25-də həyata vida etmişdir. Yeddi il öncə Türk İşbirliyi və Kalkınma İdarəsinin dəstəyi ilə aparılmış arxeoloji qazıntılar əsnasında onun tacının tapılmasından sonra indi heykəlinin tapıldığı xəbər verilir...

İranda Terör Operasyonu

İranda Terör Operasyonu
Operasyonda PJAK üyesi 4 terörist öldürüldü.




İranda PJAK üyesi 4 terörist öldürüldü.
İran Resmi Haber Ajansı İRNA, terör örgütü PKKnın İrandaki uzantısı olan PJAKlı teröristlerle güvenlik güçleri arasında Meriven kentinde çatışma çıktığını duyurdu.

Çatışmada 4 teröristin ele geçirildiği bildirildi.

İran-Irak-Türkiye sınırının dağlık bölgelerinde barınan teröristlere karşı güvenlik güçleri zaman zaman hava operasyonu düzenliyor.

Shahseven Ashiqlarini quduz fars fashistleri tutuqladilar





Shahseven Ashiqlarini quduz fars fashistleri tutuqladilar

Şahsevən Aşıqlarını Quduz fars faşistləri Tutuqladılar Çeşitli qaynaqlardan aldıghım savlara görə, oktobr/septambr ayında Shahsevənlərin “Əşayir” studiyosu iki CD yaımlamış. 20 gündə 10 minlər Cd satılmış. Septambrın 23də fars fashistleri “Əşayir” qapadaraq, 13 Şahsəvən aşığını tutuqlayıb, bilinməyən yerdə dastaqlamış. Cdlərin birində Ashiq Əkbər Qulamının oxuduğu “ Bizə Şahsəvən Eli deyərlər” adlı himasi mahnısı daha çox quduz fars faşistini yaralamış. Tutuqlananların Adları: Aşıq Əkbər Qulami Aşıq Mehdi SədriAşıq Muhəmmd SəhrayiAşıq Hüseyn HəqiqiAşıq Eynulla ƏziziAşıq Həsən Yavər QərənliAşıq Abbas ZənAşıq Əmir QərənliAşıq Əli QərənliAşıq Hüseyn KərimiAşıq Məcid MehdiluAşıq Muhəmməd Rza RuhitaAşıq Həsən Abbasi

Fotolara baxmaq üçün lütfən tixlayın:

http://shahsevenler.azeriblog.com/public/blogs/shahsevenler/2008/10/13/ashiq_mehmed_sehrayi.jpg



http://shahsevenler.azeriblog.com/public/blogs/shahsevenler/2008/10/13/ashiq_ekber_qulami.jpg

http://shahsevenler.azeriblog.com/public/blogs/shahsevenler/2008/10/13/ashiq_mehdi_s__dri.jpg


DAKın Yayımladığı Sav:



Qum şəhərində mədəni fəallar kütləvi surətdə həbs edildilər.

Qum şəhərində mədəni fəallar kütləvi surətdə həbs edildilər. Dak informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən: faşist molla hakimiyyəti Azərbaycan Türklərinə qarşı olduqunu bir daha subut etdi.Budəfə rejim Şahsevən Türk tayfasının Qum şəhərində yaydıqları ( Bizim ellər) Aşıq mahnıları CD lərdən qəzəblanərək məmurlara tapışrılıb ki Türcə yayılan aşıq musiqisi CD ləri tezliklə yığışdırılsın və CD ləri Hazırlayanlar dərhal həs olunsunlar. Xatırladaq ki 23 gün bunda öncə yayilan CD lər Soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb və 40 mindən çox CD artıq soydaşlarımızın əlindədir.Fars Rejiminin məmurları CD lərdə səsi və ya əməyi olan bütün Aşıqları və bu albomun təşkilatçılarını Qum şəhərində həbs edərək naməlum yerə aparıblar.Həbs olunan soydaşlarımız bunlardan ibarətdir. 1.Aşıq Əkbər Ğulami. 2.Aşıq Mehdi Sədri. 3.Aşıq Məhəmməd Səhrayi. 4.Aşıq Hüseyin Həqiqi. 5.Aşıq Eynullah Əzizi. 6Aşıq Abbas Zənd (Balaban)İfaçısı. 7.Həsən Yavər (Klarnet) ifaçısı və CD lərin Təşkilıatçısı. 8.Əmir Qərnəli. 9.Əli Qərnəli. 10.Hüseyin Kərimi. 11.Məcid Medilu.CD lərə madi dəstək verən. 12.Məhəmməd Rza Ruhita. 13. Həsən Əbbasi.

http://shahsevenler.azeriblog.com/public/blogs/shahsevenler/2008/10/13/img0612a_1_.jpg