İRANDA DİNİNİ DƏYİŞƏNLƏRİ ASACAQLAR
Yeni şəriət cəza qanunu layihəsi təsdiqlənmək üzrədir
İranda adam öldürməyə, fahişəliyə, oğurluğa və başqa cinayətlərə görə asılanların sırasına dinini dəyişdirənlər də daxil olacaq. Türkiyə mənbələrinin məlumatlarına görə, ölkədə İslam dininindən dönənlərə qarşı ölüm cəzasını tələb edən yeni şəriət cəza qanunu layihəsi parlamentə təqdim olunub.
Layihə artıq birinci oxunuşdan keçib. İkinci oxunuşdan sonra qanun layihəsi təsdiqlənmək üçün dini lider ayətullah Əli Xamneyiyə təqdim olunacaq. Bəzi mənbələrə görə, layihənin qəbul olunacağı ehtimalı böyükdür. İranda indiyədək dinini dəyişdirənlərə qarşı müxtəlif müddətə həbs cəzası və ya başqa cəzalar tətbiq edilirdi. Bildirilir ki, yeni qanun layihəsi ölkədə əvvəllər müsəlman olan və sonradan xristianlığı qəbul edənləri qorxuya salıb. Belələri bəhailər arasında daha çoxdur. Beynəlxalq insan haqları təşkilatları qanun layihəsindən narahat olaraq İran hakimiyyətini onu qəbul etməməyə çağırıb.
Siyasət şöbəsi
musavat
15 Ekim 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder