azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Ekim 2008 Perşembe

DEPUTATLAR DAXİLİ İŞLƏR NAZİRİNDƏN ƏL ÇƏKMİR. ƏLİ KÜRDANI YENƏ PARLAMENTƏ ÇAĞIRIRLAR

DEPUTATLAR DAXİLİ İŞLƏR NAZİRİNDƏN ƏL ÇƏKMİR. ƏLİ KÜRDANI YENƏ PARLAMENTƏ ÇAĞIRIRLAR


Əli Kürdan


Tehranlı deputat Əli Mütəhhəri oktyabrın 15-də jurnalistlərə açıqlamasında bir qrup parlamentarın İran daxili işlər naziri Əli Kürdanın parlamentdə dindirilməsi üçün layihə hazırlayıb rəyasət heyətinə təqdim etdiyini bildirib. Deputatlar Ə.Kürdanın saxta fəxri doktorluq dərəcəsi qalmaqalına görə sorğu-suala tutmaq istəyirlər.

Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olduğu haqda ilk xəbəri İran hakimiyyətinə yaxın saytlardan biri yaymışdı. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutmuş, ondan fəxri doktorluq dərəcəsini hardan aldığı haqda izahat istəmişdilər. Bunun ardınca İran parlamentinin təlim və tədqiqat komissiyasının sədri Əli Abbaspur jurnalistlərə açıqlamasında Ə.Kürdanın doktorluq dərəcəsinin olmadığını vurğulamışdı. Ə.Kürdan fəxri doktorluq dərəcəsini Oksford Universitetindən aldığını bildirmiş, ancaq az sonra bu təhsil ocağı onun dediklərini təkzib etmişdi.

«Media forum» saytının məlumatına görə, deputat Ə.Mütəhhəri dindirilmə layihəsini 28 deputatın imzaladığını və əsas üç məsələ - təhsil sənədlərini təqdim edərkən nazirin qeyri-səmimiliyi, saxta sənədlə maaş alması və həmin sənədlə universitetdə elmi heyətə üzv seçilməsi üzərində dayanılacağını bildirib.

Ə. Kürdan daxili işlər naziri vəzifəsinə bu ilin yayında təyin olunub.


«Media forum»

Hiç yorum yok: