«SEPAH»a YAXIN OLAN SAYT AZƏRBAYCAN TELEKANALLARINDA İRAN SERİALLARINA QADAĞA QOYULDUĞUNU YAZIB
Oktyabrın 14-də İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı www.tabnak.ir saytında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulduğu yazılıb. Məlumatda nə televiziyaların, nə də efirə getməsinə qadağa qoyulduğu iddia edilən serialların adı çəkilib.
«Media forum» saytının məlumatına görə, «Tabnak» saytı qadağanı Azərbaycan tamaşaçılarının İran teleseriallarına artan rəğbəti və bu seriallarda ailə dəyərlərinə riayət edilməsi ilə əlaqələndirib.
İran saytı Azərbaycanın siyasi, mədəni və ictimai baxımdan Amerika və İsrail təlim-tərbiyəsinin təsiri altında qaldığını vurğulayıb: «Azərbaycan Respublikası siyasi, mədəni və ictimai baxımdan Amerika və İsrail təlim-tərbiyəsinin təsiri altında qalıb. Bunun nişanələrini ölkənin müxtəlif strukturlarında müşahidə etmək olar. Məhz buna görə ölkənin müxtəlif televiziya kanallarının rəhbərlərinə göndərilən gizli sərəncamlarda İran istehsalı olan hər hansı film və teleserialın efirə buraxılmasına qadağa qoyulub».
«Tabnak» saytı İran teleserialların yerinə son vaxtlar daha çox İsrail teleseriallarına üstünlük verildiyini də bildirib: «Dünyəvi şəxslərin idarə etdiyi bu ölkənin üç televiziya şəbəkəsi İran teleseriallarına qoyulan qadağadan sonra İsraildə istehsal edilmiş və qəbahətli səhnələrlə dolu olan teleserialları efirə çıxarmağa başlayıb».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder