AYƏTULLAH MÜNTƏZİRİYƏ QARŞI YENİ TƏZYİQLƏR
İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin ilk canişini olmuş Əli Müntəziriyə təzyiqlərin artdığı haqda məlumatlar yayılıb.
Əli Müntəziri
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl ayətullah Əli Müntəzirinin sözçüsü Müctaba Lütfi həbs edilib. Onu oktyabrın 8-də İran Təhlükəsizlik Nazirliyi (ETTELAAT) Qum şəhər idarəsinin əməkdaşları tutaraq naməlum istiqamətə aparıblar.Bəzi mənbələr M.Lütfinin həbsini ayətullah Müntəzirinin bu il Ramazan ayının sonuncu cümə günü söylədiyi nitqi yayması ilə əlaqələndiriblər.
Həmin çıxışında Müntəziri ölkə rəsmilərini vətəndaş azadlıqlarının məhdudlaşdırılmasında günahlandırmışdı: «Hamının bildiyi kimi, inqilabın (1979-cu il islam inqilabı – red.) qələbə çalmasında mənim də böyük rolum olub. İndi onlar (hakimiyyət nümayəndələri – red.) mənimlə belə davranırlarsa, görün başqaları ilə necə davranırlar. Neyləmək olar, mən Allahdan İran İslam Respublikasının rəhbərlərinə ağıl və fərasət istəyirəm».
«Media forum» saytının məlumatına görə, ayətullah Müntəzirinin yaxın adamlarından olan M.Lütfinin həbsindən sonra ETTELAAT əməkdaşları ayətullahın yeznəsi Müctaba Feyzin evinə gələrək axtarış aparıblar. Onlar M.Feyzi ayətullahın fəaliyyəti ilə bağlı dindirib təhdid ediblər.
Müntəziri İran islam inqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Sonradan o, ölkədə həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazaraq edamları tənqid edib. Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb.
«Media forum»
13 Ekim 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder