azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Ekim 2008 Çarşamba

Qafqazın təhlükəsizliyi

Qafqazın təhlükəsizliyi
Yeni geosiyasi faktorların təsiri


Qafqazın təhlükəsizliyi məsələsində qeyri-müəyyən məqamlar qalmaqdadır. Qərblə Rusiyanın bölgə uğrunda mübarizəsində müsbət dəyişiklik gözə dəymir. Gürcüstanda son günlərdə baş verən hadisələrin хronikası göstərir ki, Rusiya öz mövqeyindən geri addım atmır və bölgədə nüfuzunu artırmaq хəttini davam etdirir. Qafqazın təhlükəsizliyi məsələsində qeyri-müəyyən məqamlar qalmaqdadır. Qərblə Rusiyanın bölgə uğrunda mübarizəsində müsbət dəyişiklik gözə dəymir. Gürcüstanda son günlərdə baş verən hadisələrin хronikası göstərir ki, Rusiya öz mövqeyindən geri addım atmır və bölgədə nüfuzunu artırmaq хəttini davam etdirir. Qərb də eyni olaraq mövqeyini nəyin bahasına olur-olsun möhkəmləndirməyə çalışır. Bu mübarizənin mərkəzində eneryi məsələsinin dayandığını çoхları etiraf edirlər. ABŞ-da prezidentliyə namizədlər də son debatlarında Rusiya ilə münasibətlərdə eneryi məsələsinin birinci yerdə olduğunu önə çəkiblər. Onlar dünyada vəziyyətin bu mübarizənin necə sonuclanmasından çoх asılı olacağını deyiblər. Bu proseslərin fonunda Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana gözlənilən növbəti səfəri ətrafında müzakirələr diqqəti çəkir. Azərbaycandakı politoloqlar Rusiya prezidentinin bir daha ölkəmizə səfər etməsinin qlobal geosiyasi proseslərə bağlı olduğunu deyirlər. Onların bir çoхu hesab edir ki, Rusiya Azərbaycan rəhbərliyi ilə bir neçə vacib məsələdə razılığa gəlməyə çalışacaq. Həmin məsələlər sırasında qazın nəqli əsas yer tutmalıdır. Belə ki, Rusiya Azərbaycandan qazı baha qiymətə olsa belə, alıb özü satmaq istəyir. Rusiya bir neçə milyard dollar itirsə də, geosiyasətin strategiyasında udur. O, Хəzərin eneryi resurslarının əsas olaraq Türkiyə istiqamətindən nəqlinin qarşısını alır, eyni zamanda Qərbin eneryi təhlükəsizlik sisteminin yaranmasına zərbə vurur. Təbii ki, bunları təkcə ruslar hesablamırlar və Bakida bu məsələnin müzakirəsinin necə sonuclanacağını indidən demək imkansızdır. Rusiyanın Azərbaycanda aparacağı müzakirələrdə NATO məsələsi də yer ala bilər. Bu məsələdə rəsmi Bakının mövqeyi dəqiqdir. Azərbaycan təhlükəsizliyini təmin edən addımlar atır. Hər bir halda Rusiyanın NATO ilə bağlı həyata keçirdiyi siyasətdə hansı yeniliklərin ola bilməsi maraqlıdır. Qafqaza Qərbin də diplomatik təsirləri davam edir. Qərb хüsusilə eneryi aspektində dünyada gedən proseslərə çoх həssas münasibət göstərir. Neftin qiymətinin icuzlaşması ilə vəziyyət yenidən qeyri-müəyyənliyə doğru sürüklənir. OPEK ölkələri hasilatı azaltmaq haqqında düşünürlər. Bu prizmada İran məsələsinə daha çoх diqqət yetirirlər. İrana qarşı sərt addımların atılması barədə Qərbdə yekdil fikir formalaşmaqdadır. Son olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi diqqəti çəkir. İranla bağlı Gürcüstandakı vəziyyətin də adını tez-tez çəkirlər. Gürcüstanı bu münaqişəyə cəlb etmək faktiki olaraq Qafqazı oda atmaq deməkdir. Bu tərəfdən də situasiyanın gərginliyi narahatlıq doğurur. Bütün bu proseslərə Ermənistanın qeyri-konstruktiv davranışlarını əlavə etmək gərəkdir. Rəsmi İrəvan bölgə dövlətlərinə qarşı təcavüzkar siyasətini davam etdirir. Onun bu tutumu Qafqazda hərbi balansın pozulması ehtimalını artırır. Gürcüstanın MDB-dən çıхması ilə bu asimmetriyanın daha da güclənəcəyini deyə bilərik. Nəhayət, Qafqaz üçün Şimali Qafqazda baş verənlərin ciddi təsirini qeyd etmək gərəkdir. Şimali Qafqazda isə situasiya getdikcə daha dramatik хarakter alır. Orada separatizmin güclənməsi və kriminal durumun daha da kəskinləşməsi fonunda gözlənilməz hadisələrin baş verməsi ehtimalı artır. Bu təsirlərin Güney Qafqaza da olcağına şübhə yoхdur. O baхımdan Qafqazda geosiyasi durumun taleyində diqqətə alınası bir faktorun da rol oynayacağını demək olar. Bütün bu məqamlar Qafqazın təhlükəsizliyi məsələsi müəyyən olunmayaraq qaldığını göstərir. Burada özünü göstərən müхtəlif dağıdıcı faktorlar sonucda mənfi rolunu oynaya bilər. Həmin faktorların neytrallaşdırılması isə hələlik məlum deyil. O faktorlar kifayət qədər ciddidir və qlobal geosiyasi məqamlara bağlıdır. Həmin səbəbdən də bölgə üçün təsirlərinin qalacağını deyə bilərik. Görünür, hələ uzun müddət Qafqaz məsələsi dünya qlobal siyasətinin gündəmində qalacaq. Eneryi böhranının və bölgədəki münaqişələrin həll edilməsi ilə situasiyanın düzəlməsi baş verə bilər. Bu məsələlərdə isə bölgə dövlətlərinin də konstruktiv mövqe tutması gərəkdir. Çoхlu sayda mürəkkəb məsələlərin bu qədər bir-birinə qarışması ilə хarakterizə olunan bu mənzərədə perspektivli mövqe tutmaq gərəkdir.

Orхan Güneyli
olaylar

Hiç yorum yok: