İRAN VƏTƏNDAŞLARIN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA İŞİNİ BİR ƏLDƏ CƏMLƏYİR
İran baş prokurorunun məhkəmə işlər üzrə müavini Həsən Zebhi jurnalistlərə açıqlamasında 100 min nəfərdən çox vətəndaşın ölkədən çıxmasına qadağa qoyulduğunu bildirib. Hökumət rəsmisi bu qadağanın keçmiş rejimlə əməkdaşlıq etmiş və hazırda xaricdə yaşayaraq ölkəyə sərmayə yatırmaq istəyən iş adamlarına da şamil olunduğunu vurğulayıb.
«Media forum» saytının məlumatına görə, H.Zebhi hökumətin ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin sayını azaltmaq və xaricdə yaşayan iranlıların sərmayələrini İrana cəlb etmək məqsədilə tədbirlər gördüyünü deyib: «İndiyə qədər müəyyən şəxslərin ölkədən çıxmasna müxtəlif hökumət qurumları qadağa qoyurdu. İndi belə qərara gəlinib ki, bu işlə yalnız ölkənin baş prokurorunun məhkəmə işləri üzrə müavini məşğul olsun. Yəni insanların ölkədən çıxmasına qadağa qoyulub-qoyulmamsı barədə qərarı o versin. Pasport masalarına tapşırılıb ki, müxtəlif qurumların vətəndaşların ölkədən çıxmasına qadağa qoyulması tələbi ilə bağlı müraciətinə cavab verməsin. Onlara qarşı irəli sürülmüş itihamlar nə qədər siyasi xarakter daşısa da».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder