Səfəvilər dövləti ilə bağlı film çəkiləcək
Çəkilişlər Türkiyə, Özbəkistan və Rusiyada aparılacaq
Xətai fondunun təşəbbüsü ilə 2 yeni film hazırlanır. Film Şeyx Səfidən başlamış Şah Abbasın hakimiyyət dövrünə qədər Azərbaycan Səfəvilər imperiyasının tarixi inkişaf mərhələlərini əks etdirəcək. Hazırda 4 seriyadan ibarət olacaq filmin çəkilişləri ilə bağlı hazırlıqlar gedir. Çəkilişlər həm ölkə ərazisində, həm də Özbəkistan, Rusiya və Turkiyədə aparılacaq. Birinci hissəsinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub. Filmin ssenari müəllifi fondun prezidenti Təvəkkül Səfəvidir.
2-ci film Azərbaycanın maddi, mənəvi və tarixi sərvətlərinin nümayişi ilə bağlıdır. "Tarixi eksponatların böyük bir qisminin xarici muzeylərdə və şəxsi eksponat sahiblərində olması materialların toplanmasında çətinlik yaradır. Buna baxmayaraq, araşdırmaları davam etdiririk" deyən fondun prezidenti onu da vurğuladı ki, bu cür filmlərin istehsal olunmasında əsas məqsəd yetişməkdə olan gənc nəslə və dünya xalqlarına tariximiz və mədəni irsimiz haqda məlumat verməkdir. Hər iki film həm Azəri türkcəsində, həm də ingilis dilində yayımlanacaq. Xaricdə yaşayan həmvətənlərimizin və xarici ölkə vətəndaşlarının da filmdən bəhrələnməsini təmin etmək məqsədilə tirajın çoxaldılması nəzərdə tutulub. Haqqında bəhs etdiyimiz filmlərin maliyyələşdirilməsi fondun öz şəxsi vəsaiti hesabına başa gələcək.olaylar
18 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder