azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ekim 2008 Pazartesi

İslahatçı namizəd Əhmədinejadla mübarizə aparacaq

İslahatçı namizəd Əhmədinejadla mübarizə aparacaq



Mehdi Kərrubi prezidentin bəyanatlarının İrana zərbə vurduğunu bildirir

İran Milli Etimad Partiyasının lideri Mehdi Kərrubi 2009-cu ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Kərrubi ölkənin hazırkı prezidenti Mahmud Əhmədinejadı özünün əsas rəqibi adlandırıb. Ölkənin keçmiş prezidenti Məhəmməd Hatəmi də seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Kərrubi bildirib ki, Əhmədinejad yəhudi xalqının faciəsini tanımaqdan imtina etməklə İrana beynəlxalq aləmdə ciddi ziyan vurub. Xatırladaq ki, Xolokostu “sadə nağıl” adlandıran Əhmədinejad İsrailin xəritədən silinməli olduğunu vurğulayır. Kərrubi isə İran hökumətinin ilk növbədə Fələstin və fələstinlilərin dərdinə qalmalı və onlara necə kömək etmək üzərində düşünməli olduğunu bəyan edib.

71 yaşlı Mehdi Kərrubi 2000-2004-cü illərdə İran parlamentinin spikeri olub. 2005-ci il prezident seçkilərində isə Mahmud Əhmədinejad və ölkənin keçmiş prezidenti Ədi Əkbər Haşimi Rəfsəncanidən sonra üçüncü yeri tutub.

LENT.AZ

Hiç yorum yok: