azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

27 Eylül 2008 Cumartesi

İsrail’in İran’ın nükleer tesislerine saldırmayı düşündüğü ancak Amerikanın destek vermemesi üzerine operasyondan vazgeçtiği ileri sürüldü.



İsrail’in İran’ın nükleer tesislerine saldırmayı düşündüğü ancak Amerikanın destek vermemesi üzerine operasyondan vazgeçtiği ileri sürüldü.

İngiliz Guardian gazetesine göre, İsrail Başbakanı Ehud Olmert planını Başkan Bush’a açtı fakat Başkan desteklemeyeceğini söyledi.

Gazeteye göre görüşme Başkan Bush’un 60. kuruluş yıldönümü nedeniyle İsrail’e yaptığı ziyaret sırasında gerçekleşti.

Guardian gazetesi, Bush-Olmert görüşmesinden sonra İsrail Başbakanıyla bir araya gelen Avrupalı diplomatları haberine kaynak gösterdi.

Üst düzey diplomatlara göre, Başkan Bush, Olmert’e İran konusunda fikrini değiştirmeyeceğini de söyledi.voa

ŞƏHRİYAR ANCAQ ÖLDÜYÜ VƏ DOĞULDUĞU GÜNLƏR YADA DÜŞÜR


ŞƏHRİYAR ANCAQ ÖLDÜYÜ VƏ DOĞULDUĞU GÜNLƏR YADA DÜŞÜR


Şairin əlyazmaları məhv olmaqdadır


S.SOLTAN


Bir neçə il öncə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəmi ölkəmizə səfəri zamanı dahi türk filosofu və şairi Nizami Gəncəvinin "fars şairi" olduğunu gözünü qırpmadan, gözlərimizin içinə baxa-baxa dedi. Onun ardınca keçmiş səfir Əfşar Süleymani də Məhəmmədhüseyn Şəhriyarın "fars"lığı barədə hədyan danışdı.
Bu, 30 ildir 70 milyon insanın gözünün içinə Tanrı haqqı və ədalətindən danışıb başqa fəsadlar törədən bir rejimin - İran hakimiyyətinin mahiyyətidir.
Şərqi Azərbaycan bölgəsinin İslam İrşadı və Mədəniyyəti İdarəsinin baş direktoru Əhməd Əhmədiməneş jurnalistlərə açıqlamasında Şəhriyarın vəfat etdiyi günün, sentyabrın 17-sinin İran "Milli şeir günü" olmasına tərəfdar olduğunu bildirib. O, çağdaş İran ədəbiyyatında Şəhriyarın danılmaz rolundan, "sönməz ulduz" olmasından və s. bu sayaq müsbət keyfiyyətlərindən danışıb.
Bu söhbət şairin vəfat etdiyi gündən hər il söylənilir. Ancaq əməl edilmir. Niyəsini İran hakimiyyətinin mahiyyəti barəsində bildirdik.
Bu həftənin əvvəlində Azərbaycanın dahi şairlərindən biri, "Heydərbabaya salam" və "Səhəndiyyə" poemalarının müəllifi Məhəmmədhüseyn Behcəti-Təbrizinin (Şəhriyar) vəfatının 20-ci ildönümü idi. Ömrü boyu "Arazın o tayı", "Gözəl Qafqaz" demiş, farsca belə "Ya azad ol, ya tamam yan, Azərbaycan" yazan bu ədibimiz 102 il öncə anadan olub.
XX əsrdə Güney Azərbaycanda çoxlu sayda şair, filosof yaşayıb. Onların bir çoxu əsərlərini fars dilində yazıb. Deyilənlərə görə, ana dilində, türkcə şeir və poema yazmaqla Şəhriyar həm də fars dilinə özünəməxsus şəkildə etiraz edib.
Şəhriyarın ana dilində yaradıcılığı fars şovinizminin Azərbaycan türklərinə qarşı apardığı assimilyasiya siyasətini az da olsa önləməkdədir. Ötən 80 ildə Tehran hakimiyyətinin bu siyasətinə qarşı azərbaycanlılar daim müqavimət göstərməkdədirlər. Hər il İranda yeni tədris ili başlayanda Azərbaycan tükləri "Ana dilində təhsil!" şüarı ilə çeşidli şəkildə etiraz aksiyası keçirirlər. Bu il də belə olub. İran İnqilab Keşikçiləri Qvardiyasının əsas sosial bazası sayılan "bəsici"lər Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil, Zəncan şəhərlərində mülki geyimdə əhali arasında dolanaraq "Ana dilində təhsil!" aksiyasının qarşısını alıblar.
Maraqlı burasıdır ki, Şəhriyarın adından yararlanan İslam Respublikasının rəhbərliyi Şəhriyarın irsinə ögey münasibət bəsləməkdədir. Şairin qızı Məryəm Behcəti-Təbrizi bildirib ki, atasının adına olan Ədəbi Muzeydə ədibin əlyazmalarının saxlanma şəraitindən narahatdır. Məryəm xanım əlyazmaların Milli Sənədlər Qurumuna köçürülməsi təklifi ilə dövlətin uyğun orqanlarına müraciət etdiyini, ancaq bir nəticə hasil olmadığını söyləyib: "Bu əlyazmaların daha yaxşı və etibarlı saxlanması üçün dəfələrlə arxiv idarəsinə köçürülməsini təklif etmişik. Ancaq hələ də müsbət cavab verməyiblər".
O, Şəhriyar Ədəbi Muzeyinin açılış mərasimində muzeyə müvəqqəti verdiyi əlyazmaları bu günədək ala bilmədiyini də vurğulayıb. Məryəm xanım şairin bütün ədəbi irsinin, əsər və əlyazmalarının qorunub saxlanması üçün Şəhriyar Ədəbi Fondunun yaradılmasının vaxtının çoxdan yetişdiyini bildirib, bu işdə hakimiyyətin təşəbbüs göstərməsini vacib sayıb. O, Şəhriyarın bir sıra şeirlərinin bu günədək işıq üzü görmədiyini və bu əsərlərin əlyazma şəklində qohum-əqrəbada, dost-tanışda saxlanıldığını bildirib.
İslam Respublikasının rəhbərliyi dara düşəndə Güney Azərbaycan türklərini tərifləyərək istədiyini illər uzunu ala bilib. Bunu 2006-cı ilin mayındakı etiraz aksiyalarında açıq-aydın gördük. Ölkənin ali rəhbəri ayətulla Xamneyidən tutmuş prezident Mahmud Əhmədinijata və fars ideoloqlarına başçılıq edən parlament sədri Qulaməli Həddad Adilədək hər kəs Azərbaycan türklərinin İran tarixində oynadığı önəmli rolu yada saldı. Hətta Səttarxanla bağlı xoş sözlər deməyi belə unutmadılar.
Bunun ardınca Azərbaycanın dahi şairi Şəhriyara aid 36 seriyalı sənədli film də çəkdilər. Bu ekran əsərinin rejissoru Kamal Təbrizi, ssenari müəllifi isə Pərvan Pərtodur. Sənədli filmdə Şəhriyarın həyat və yaradıcılığı ilə yanaşı, son 20 il ərzində İranda baş vermiş tarixi, ictimai-siyasi hadisələrə də yer verilib. "Sima film"in istehsal etdiyi "Şəhriyar" serialı ötən il noyabrın 23-dən İran televiziyasının ikinci kanalında nümayiş etdirilib.
Əvvəlcədən də məlum idi ki, bu sənədli filmin yalnız adı Şəhriyara aid olacaq. Çünki indiki şəraitdə Tehran hakimiyyətinə bu və başqa məşhur azərbaycanlının yalnız adı lazımdır. Ona görə də filmin tənqidə məruz qalacağı öncədən proqnozlaşdırılırdı.
Ehtimallar doğru çıxdı. Güney Azərbaycandan olan bir çox ziyalılar bu kinonu tənqid edərək tarixi hadisələrin təhrif edildiyini bildirdilər. Həmin sənədli serialda Şəhriyarın atasının fars olduğu göstərilir, habelə ustadın şəxsiyyəti təhqir olunur. Mərhum ədibin qızı Məryəm Behcəti-Təbrizi və oğlu Hadi Behcəti-Təbrizi də dəfələrlə bu "sənədli" filmin atalarına aid olmadığını bəyan ediblər.
Şəhriyar 1988-ci ildə Tehranın Mehr xəstəxanasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun qəbri Təbrizin Surxab məhəlləsindəki "Şairlər məqbərəsi"ndədir ("Məqbərətülşüəra").ayna

“Problemimizi gənclərimizə uşaqlıqdan aşılasaq, diasporumuz daha güclü fəaliyyət göstərər”

“Problemimizi gənclərimizə uşaqlıqdan aşılasaq, diasporumuz daha güclü fəaliyyət göstərər”


Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri deyir ki, Azərbaycan və Türkiyə diasporlarının potensialı çox geniş olsa da, bunu nümayiş etdirə bilmir.

Onun fikrincə, bunun bir səbəbi maliyyə çatışmazlığıdırsa, digər səbəbi gənclərimizi onlara problemlərimizi aşılamaqla böyütməməyimizdir.

- Tomris xanım, ABŞ-da azərbaycanlıların diaspor fəaliyyətlərində hansısa yeniliklər varmı?
- Bu il ABŞ-dakı fəal azərbaycanlı gənclərimiz USAN adında bir təşkilat qurublar. Bu təşkilatın açıqlaması “US Azeri Network”dur. Təşkilatçı gənclərimiz, xüsusilə də, Adil Bağırov və Cavid Hüseynov ABŞ qanunvericiliyinə yaxından bələd olduqları üçün işlərini yaxşı qurublar. Mən həm də bu təşkilatın direktoru kimi fəaliyyətimi davam etdirirəm.
Bundan başqa, ABŞ-da yaşayan bütün türklərin fəaliyyətini əlaqələndirən “US Turkic Network” adlı təşkilat da qurmuşuq. Amerikada özbəklər, qazaxlar, türkmənlər, Kipr və Kırım türkləri də yaşayırlar. USTN bizə imkan verəcək ki, ABŞ-dakı bütün türklərlə əlaqə saxlaya bilək. Düşünürəm ki, XXI əsrdə səmərəli işlə məşğul olmaq üçün informasiya mübadiləsi aparmaq çox önəmlidir. Ona görə də qurduğumuz bu yeni təşkilatlar vasitəsilə fəaliyyətimizi daha da gücləndiririk.
ABŞ-da iki böyük türk qurumu var. Onlardan biri, Vaşinqtondakı Türk Amerikan Dərnəkləri Assambleyası, digəri isə Nyu-Yorkdakı Türk Amerikan Dərnəkləri Federasiyasıdır. Mən eyni zamanda hər iki qurumun vitse-prezidentiyəm.

- Hazırda ABŞ-da qızğın şəkildə prezident seçkiləri kampaniyası aparılır. Namizədlər arasında Azərbaycan sarıdan sərfəli namizəd hansıdır?
- Əlbəttə ki, Con Makkeyn. Biz onu həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Üzvlərimizi onu dəstəkləməyə təşviq edirik. Bütün türk diaspor qurumlarının da onu dəstəkləmələrini istəyirik. Təbii ki, bu arada digər namizəd Barak Obama ilə də əlaqələrimizi davam etdiririk. Ancaq bütün arzumuz Con Makkeynin prezident seçilməsidir.

- Bəs Makkeynin Azərbaycana münasibəti necədir?
- May ayının 10-da Nyu Yorkda yüksək səviyyədə çox böyük tədbir keçirmişdik. Con Makkeynin seçki kampaniyasının baş direktoru da həmin tədbirə qatılmışdı. Öz xahişi ilə ona da söz vermişdik. Çıxışında azərbaycanlı amerikalılara Makkeyndən salam gətirdiyini demişdi və Con Makkeynin “mən azərbaycanlıların bütün problemlərini bilirəm, onlara bütün mövzularda dəstək verəcəyəm” sözlərini diqqətimizə çatdırmışdı.
Con Makkeyn heç vaxt ermənilərin uydurma iddialarına inandığını, erməniləri dəstəklədiyini söyləməyib, soyqırımı ifadəsindən istifadə etməyib. Çünki o, həm bu bölgəni tanıyan insandır, həm də təcrübəli siyasətçidir. Məncə, Con Makkeynin seçilməsi həm Azərbaycan, həm də Türkiyə üçün daha yaxşı olacaq.

- Barak Obama prezident seçiləcəyi təqdirdə uydurma soyqırımını tanıyacağını dəfələrlə desə də, Ermənistanın müstəqilliyi ilə bağlı verdiyi son yazılı bəyanatında bu sözlərini təkrarlamadı. Sizcə, bu, nə ilə bağlıdır?
- Türk diasporu da ABŞ-da güclüdür. Obamanı dəstəkləyən xeyli sayda türk diaspor təşkilatları var. Ola bilsin ki, onların da bunda rolları olub. Bundan başqa, Obama çox təcrübəsizdir. O, bir məsələ haqqında fikir bildirəndə çox vaxt düşünmədən danışır. Bir çox hallarda ona sonradan xəbərdarlıq edirlər və o da öz sözünü geri götürür. Ancaq istənilən halda Obama ermənipərəstdir. Bu da bir gerçəkdir ki, ABŞ-ın Türkiyəyə çox böyük ehtiyacı var. Ona görə Türkiyəyə heç nə edə bilməz.

- ABŞ-da Azərbaycan və Türkiyə diaspor təşkilatları arasındakı münasibətlər tam istənilən səviyyəyə çatıbmı? Yoxsa hələ də problemlər qalmaqdadır?
- Əsas problem ondan ibarətdir ki, Amerikadakı türk xalqı bizim problemlərimizdən xəbərdar deyil. Hətta türk gənclərinin əksəriyyəti öz problemlərini də bilmirlər. Hətta ermənilərin təşkil etdiyi tədbirlərə gedib onların uydurma iddialarını belə dinləyirlər. Türkiyədə də bəzi insanlar 1915-ci il olaylarının mahiyyətini bilmirlər. Hətta bəziləri “soyqırımı etdiyimizi qəbul etməliyik” deyirlər. Ancaq azərbaycanlı gənclər Dağlıq Qarabağ problemini bilirlər, Xocalıda nə baş verdiyindən məlumatlıdırlar. Hətta soyqırımı iddiasını türkiyəli gənclərdən daha yaxşı bilirlər.
Bu problemlərlə yanaşı, biz hamımız türkük və bu da bizi birləşdirir. Ümumi anlamda problem yoxdur. Tədbirlərimizi birlikdə keçiririk.

- Tomris xanım, Azərbaycan diasporunun erməni diasporu ilə müqayisəsindən söhbət düşəndə həmişə “erməni diasporunun tarixi bizimkindən çox qədimdir” bəhanəsi ilə qarşılaşırıq. Tarix baxımından bu fərqi nə zaman ortadan qaldıracağıq?
- Əsas problemimiz odur ki, biz uşaqlarımıza problemlərimizi aşılamırıq. Ermənilər isə uşaqları dünyaya gələn kimi qulağına “türklər bizim düşmənimizdir” pıçıldayırlar, uşaqlarını bu ruhda tərbiyə edirlər. Erməni dünyanın harasında yaşayırsa-yaşasın, bu, onlar üçün dəyişməz gerçəklikdir. Biz isə “günahdır, ayıbdır, övladımız düşmən ruhda böyüməsin” deyib bunu uşaqlarımıza öyrətmirik. Əslində biz ermənilərdən çox güclüyük. Ancaq problemimizi bilmədiyimiz üçün gücümüzü kifayət qədər göstərə bilmirik. Məncə, problemimizi gənclərimizə uşaqlıqdan aşılasaq, diasporumuz daha güclü fəaliyyət göstərər.

- Ermənistan rəhbərliyi hazırda dilemma qarşısında qalıb. Erməni diasporunun maraqları ilə Ermənistan xalqının mövcud vəziyyəti üst-üstə düşmür. Belə ki, diaspor nəyin bahasına olursa-olsun, uydurma soyqırımı iddialarından geri çəkilməməyin tərəfdarıdır. Ancaq bu iddialar, eləcə də Dağlıq Qarabağın işğalı Ermənistanı bölgədə təcrid vəziyyətinə salıb. Nəticədə erməni xalqının güzəranı pisləşib. Sizcə, erməni diasporu bu reallığı anlamır?
- Vəziyyətin siz deyən kimi olduğundan əmin deyiləm. Məncə, Ermənistan rəhbərliyi diasporu idarə edir. Sadəcə olaraq ermənilərin beyinləri uşaqlıqdan yuyulub. Bir erməni uşağına 18-20 yaşına çatana qədər hər gün “ermənilər soyqırımına məruz qalıb” deyilibsə, sonradan bunun olmadığına onu necə inandırmaq olar? Bu, mümkün deyil. Ermənilər türklərin onlara qarşı soyqırımı törətdiklərinə şübhəsiz inanırlar.

- Yeri gəlmişkən, Türkiyə Prezidenti Abdullah Gülün Ermənistana səfərinə erməni diasporunun münasibəti necə oldu?
- Diaspor Ermənistan rəhbərliyinin addımını alqışladı. Türkiyə kimi böyük bir ölkənin prezidentinin dəvəti qəbul etməsindən bir kəlmə də danışmadılar, ancaq öz prezidentlərinə “əhsən” dedilər. Məncə, Abdullah Gül Ermənistana getməməli idi. Erməni heç bir iddiasından vaz keçməyəcək. Sadəcə olaraq, Türkiyədən istifadə etməyə çalışacaq. Abdullah Gül öz əvəzinə başqasını göndərməliydi.

- Ermənistan diasporu hər il Konqresə, eləcə də ayrı-ayrı ölkələrin parlamentlərinə uydurma soyqırımı iddiaları ilə bağlı layihə təqdim edir və bu, bütün dünyada geniş rezonans doğurur. Bizim diasporumuz da daha samballı və tutarlı şəkildə Xocalı ilə bağlı belə layihələr təqdim edə bilməzmi?
- ABŞ Konqresinə belə müraciət və təkliflərimiz çox olur. Bu müraciətlərimizin nəticəsində hər il 26 fevral-Xocalı soyqırımı günü bəzi konqresmenlər Ermənistanın əleyhinə çıxışlar edirlər. Əvvəllər belə şeylər yox idi. İndi Konqresdə dostluq qrupumuz fəaliyyət göstərir. Bu qrupa üzv olan konqresmenlərin sayı getdikcə çoxalır. Biz də diaspor olaraq onlara sahib çıxmağa çalışırıq. Ancaq ABŞ-da istər konqresmenlərlə münasibətdə, istərsə də digər işlərdə xeyli maliyyə vəsaitinə ehtiyacımız olur. Təəssüf ki, maliyyə vəziyyətimiz ermənilərinkindən zəifdir.

- Diaspor fəaliyyətində maliyyə, yoxsa ideologiya önəmlidir?
- Amerikada hər şey puldur. Biz buna rüşvət deyirik, onlar isə buna qanuni don geyindiriblər.


Natiq Pənahlı

Britaniyanın Xarici İşlər naziri Devid Milbend bildirib ki


Böyük Britaniyanın Xarici İşlər naziri Devid Milbend bildirib ki, altılıq ölkələri İranın nüvə proqramına dair yeni qətnamə layihəsi qəbul edib. Heç bir sanksiyanın nəzərdə tutulmadığı qətnamə layihəsinin bu gün BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ İrana sanksiya tətbiq edilməsinə tərəfdar olsa da, Rusiya və Çin problemin yalnız danışıqlar yolu ilə həllinə israr edir.

26 Eylül 2008 Cuma

İmamın qızı striptizçi çıxdı - FOTO

İmamın qızı striptizçi çıxdı - FOTO
O, gecə klublarında çılpaq rəqs edir


İngiltərədə “Totenham Ayətullahı” adı ilə tanınan, radikal dindar, Suriya əsilli imam Ömər Bəkrinin qızının gecə klublarında çılpaq rəqs etdiyi məlum olub.
Lent.az-ın “The Sun”a istinadən məlumatına görə, imamın 27 yaşlı qızı özünə Yasmin Fostok adını götürüb. 3 yaşında qızı olan Yasmin bir türklə evli olsa da, əri ilə bir yerdə yaşamır.
Məlum olub ki, atasının mövqeyinə etiraz edən Yasmin həyatını ondan gizlin yaşayır. Gecə klublarında striptiz göstərən 27 yaşlı qadın normal olan hər yerdə çılpaq rəqs etməyə hazır olduğunu, atası ilə yola getmədiklərini deyib.
İngiltərədən deportasiya edilən, hazırda Livanda yaşayan Ömər Bəkri isə məlumatdan şoka düşdüyünü bildirib: “Mən qızımı tam bir müsəlman kimi böyütmüşəm, ancaq onun həyatı ilə bağlı sərbəst qərar vermək hüququ var. Onunla uzun müddətdir, danışmıram. Elə bilirdim, ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Bunlardan xəbərim yox idi. Hələ də evli olduğundan onun hərəkətlərinə görə əri məsuliyyət daşıyır”.
Qeyd edək ki, Ömər Bədri qadınların başdan ayağa örtünmələrinin, hicab geyinmələrinin vacib olduğunu iddia edir.

LENT.AZ

UA-Nine Azerbaijanis held-Amnesty International

UA-Nine Azerbaijanis held-Amnesty International



PUBLIC AI Index: MDE 13/141/2008
22 September 2008
UA 269/08 Fear of Torture and other ill treatment/Incommunicado detention
IRAN Alireza (Elirza) Serrafi (m), aged 53, civil engineer, journalist and cultural activist
Akbar (Ekber) Azad (m), writer
Hassan (Hesen) Rashidi (m), engineer, writer and lecturer
Said (Seid) Mohammadi (Mehemmedi) Mughanli (m), poet and journalist
Hassan (Hesen) Rahimi (Rehimi) Bayat (m), civil engineer, human rights activist
Hossein Haydari (alias Huseyn Heyderi) (m), student
Abbas Naimi (Neimi) (m), cultural activist
Mehdi Naimi (Neimi) (m), poet and university lecturer
Sayyad Mohammadian (alias (Seyyad Mehemmedian) (m), activist

The nine Azerbaijani activists named above have been held incommunicado since their arrest on 10 September. They are being held in solitary confinement in the Ministry of Intelligence-run Section 209 of Evin prison in Tehran, and are at risk of torture and other ill treatment. It is believed that authorities may have arrested these activists to pre-empt any protests or planned boycotts of schools on 1 Mehr (23 September). Amnesty International believes they may be prisoners of conscience, held solely for the peaceful expression of their right to freedom of expression and association.
In the late afternoon of 10 September, plain clothed officers, believed to be Ministry of Intelligence officials, arrested at least 18 Iranian Azerbaijanis who were gathering to break the Ramadan fast. The gathering was held in the house of Sayyad Mohammadian, an Azerbaijani activist, who is one of those detained. No warrant was produced at the time of arrests. Those detained are prominent activists in the Iranian Azerbaijani community. They included writers, journalists and human rights defenders.
Among the 18 arrested were women and children, who were later released. The women and men who were released were freed on bail after being interrogated. They included Ruqeyye Elizade Lisani, the wife of prisoner of conscience Abbas Lisani (see UA 163/06, MDE 13/063/2006, 08 June 2006, and follow-ups). The couples three children were also held briefly.
The families of the nine who are still being held have been unable to obtain any information about the charges brought against them. On 15 September, a Tehran court official told Vejihe Fukur Serrafi, the wife of one of the detainees, Alireza Serrafi, that the nine individuals were held in solitary confinement in Section 209 of Evin Prison and that their interrogation would take some weeks.
Vejihe Fukur Serrafi later appeared on the Persian-language Radio Farda, which broadcasts from outside Iran, and spoke about the arrests. On 18 September, the authorities forcibly entered her home, searched it and confiscated personal property, including laptops, handwritten notes belonging to Alireza Sarrafi, all the books in the house that were in the Azerbaijani Turkish language, CDs, and all family personal identification documents, including passports. The officers produced a handwritten note stating “for confrontation with pan-Turkist and pro-identity individuals permission has been granted to make forced entries, arrest and eliminate physical obstacles” but it is not clear to Amnesty International whether this constitutes a warrant.
In previous years, Iranian Azerbaijani activists had called for a boycott of the first day of the school year, and for demonstrations to be held calling for Iranian Azerbaijani children to be allowed the opportunity to be educated in their own language (see AI Public Statement at http://www.amnesty.org/en/library/asset/MDE13/108/2006/en/dom-MDE131082006en.html ).This year the start of the new academic year in Iran falls on 1 Mehr (23 September), and it appears that the current arrests are part of the authorities efforts to pre-empt protests or boycotts.
BACKGROUND INFORMATION
Iranian Azerbaijanis, who are mainly Shia Muslims, are recognized to be the largest minority in Iran and are generally believed to constitute between 25-30 percent of the total population. They are located mainly in the north and north-west of Iran. Although generally well-integrated into society, in recent years, they have increasingly called for greater cultural and linguistic rights, such as the right to education through the medium of the Azerbaijani Turkic language, which they believe is provided for under the Constitution, and to celebrate Azerbaijani culture and history at cultural events.
RECOMMENDED ACTION: Please send appeals to arrive as quickly as possible, in Persian, Arabic, French, or your own language:
- urging the authorities to ensure that Azerbaijani rights activists Alireza Serrafi, Akbar Azad, Hassan Rashidi, Said Mohammadi Mughanli, Hassan Rahimi Bayat, Hossein Haydari, Abbas Naimi, Mehdi Naimi,and Sayyad Mohammadian are not facing torture or ill treatment;
- urging the authorities to allow the nine individuals immediate and regular access to their family and a lawyer of their choice, and to any medical treatment they may require;
- calling on the authorities to release all those detained on 10 September unless they are to be charged with a recognizably criminal offence and given a prompt and fair trial;
- noting that if they are held solely on account of their expression of their right to freedom of expression and assembly, then they are prisoners of conscience, and should be released immediately and unconditionally.
APPEALS TO:

Minister of Intelligence
Gholam Hossein Mohseni Ejeie
Ministry of Information
Second Negarestan Street
Pasdaran Avenue
Tehran, Islamic Republic of Iran
Email: iranprobe@iranprobe.com


Salutation: Your Excellency
Head of the Judiciary
Ayatollah Mahmoud Hashemi Shahroudi
Howzeh Riyasat-e Qoveh Qazaiyeh / Office of the Head of the Judiciary
Pasteur St., Vali Asr Ave., south of Serah-e Jomhouri, Tehran 1316814737, Islamic Republic of Iran
Email: info@dadgostary-tehran.ir (In subject line write: FAO Ayatollah Shahroudi)
Salutation: Your Excellency
COPIES TO:
Director, Human Rights Headquarters of Iran
His Excellency Mohammad Javad Larijani
Howzeh Riyasat-e Qoveh Qazaiyeh (Office of the Head of the Judiciary)
Pasteur St, Vali Asr Ave., south of Serah-e Jomhouri, Tehran 1316814737, Islamic Republic of Iran
Fax: +98 21 3390 4986 (please keep trying)
Email: int_aff@judiciary.ir

(In the subject line: FAO Mohammad Javad Larijani)


and to diplomatic representatives of Iran accredited to your country.
PLEASE SEND APPEALS IMMEDIATELY. Check with the International Secretariat, or your section office, if sending appeals after 3 November 2008.
http://www.amnesty.org/en/library/info/MDE13/141/2008/en
Download:
HTML
PDF

ADAPP

Mahmud Əhmədinejad: “Qafqaz xalqları NATO və Qərbin qurbanına çevriliblər”

Mahmud Əhmədinejad: “Qafqaz xalqları NATO və Qərbin qurbanına çevriliblər”

İran prezidenti BMT-ni gücsüzlükdə ittiham etdi

İran prezidenti Mahmud Əhmədinejad BMT-dəki çıxışı zamanı Qərbi İraq, Əfqanıstan və Fələstin xalqlarının problemində ittiham edib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Əhmədinejad Qafqazdakı son hadisələrdə də qərb ölkələrini, ilk növbədə ABŞ-ı günahlandırıb.

İran prezidenti bildirib ki, Qafqazda baş verən müharibə Qərbin provokasiyasının nəticəsidir: “Gürcüstan, Abxaziya və Cənubi Osetiya xalqları NATO-nun və bəzi qərb dövlətlərinin qurbanına çevriliblər”. O, İraqın hələ altı il əvvəl demokratik seçkilər keçirməsinə baxmayaraq işğalçı qüvvələrin oradan çıxmadığını vurğulayıb: “BMT təcavüz və aqressiya qarşısında gücsüzdür. NATO qüvvələrinin Əfqanıstana gəlməsi ilə narkotik maddə istehsalı iki dəfə artıb, terrorçuluq çiçəkləyib, insanlar hər gün terror aktlarında ölürlər”.

LENT.AZ

Güney Azərbaycanda son həbslər barədə hesabat

İftar süfrəsinə ETTELAAT basqını
Güney Azərbaycanda son həbslər barədə hesabat

Tehranda Güney Azərbaycan Milli Hərəkatın tanınmış nümayəndələrindən olan, siyasi məhbus Abbas Lisaninin ailəsi şərəfinə verilən iftar qonaqlığında həyat yoldaşı Rüqəyyə Lisani və övladları Sevda, Attila və Oхtay da daхil olmaqla 20-yə yaхın azərbaycanlının həbsə alınması diqqətləri Güneyə yönəldib.
Həbsə alınanların Güney Azərbaycanın tanınmış yazar, yurnalist, tələbə və mədəni fəalları olması isə reyimin hərəkata qarşı daha amansız və ehtiyatsız davranmasından хəbər verir. Güney Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin hadisə ilə bağlı hazırladığı hesabatda bildirilir ki, həbsə alınanlardan, 1 ilə yaхındır nəşrinə qadağa qoyulmuş "Dilmac" dərgisinin baş redaktor və imtiyaz sahibi, yurnalist və yazar mühəndis Əlirza Sərrafi, yurnalist və yazar Mühəndis Həsən Raşidi, yurnalist və yazar Əkbər Azad, "Yaşmaq" dərgisinin redaktoru, şair Səid Muğanlı, Хoylu Abbas Nəimi, "Azərbaycan Gənclər Evi"nin keçmiş sədri, şairə Əkrəm хanım Nəccari (Abbas Nəiminin həyat yoldaşı), Azərbaycan türkcəsi müəllimi ərdəbilli olan Mehdi Nəimi, "Ulus" tələbə dərgisinin baş redaktoru Hüseyn Heydəri, Fərhad Rzayi, Şəhbaz İbrahimzadə, Məhəmməd Abbaspur, Rubab Əzimi Gərgəri, Yusuf Huşyar və iftar qonaqlığına ev sahibliyi edən Səyyad Məhəmmədian (Ovçu) olub. Abbas Lisaninin ailəsi neçə saat sonra sərbəst buraхılsalar da digərlərinə qarşı irəli sürülən ittiham barədə məlumat yoхdur. ASMEK-in hesabatına görə, Kərəc şəhərində yaşayan azərbaycanlı hüquq müdafiəçisi Həsən Rəhimi Bayat da hadisədən bir neçə gün sonra tutulub. Həsən Rəhimi son 2 ayda tutulan azərbaycanlı tələbələr haqqında hesabatlar hazırlayaraq "Fərda" radiosuna, «Amerikanın Səsi»nin farsca bölümünə müsahibələr vermişdi. Həbsə alınanların arasında "Varlıq" dərgisinin yazarları da var. Əlirza Sərrafi, Həsən Raşidi və Əkbər Azad İranda türk dilində ən uzun nəşr təcrübəsi olan və bütün türkdilli ölkələrdə tanınan «Varlıq» dərgisinin nəşrə başladığından bəri bu dərginin yazarlar heyətində təmsil olunublar. Mühəndis Əlirza Sərrafi ayrıca İran höküməti tərəfindən nəşrinə son qoyulan "Dilmanc" aylıq dərgisinin imtiyaz sahibi və baş redaktorudur. Sərrafi eyni zamanda Türk dili və folkloru müəllimi, siyasi fəal və insan hüquqlaı müdafiəçisi kimi də tanınmaqdadır. Mühəndis Həsən Raşidi və Əkbər Azad «Varlıq» dərgisindən əlavə "Keyhan-i Həvayi" qəzeti tərəfindən nəşr edilən "Yol" dərgisi, "Yarpaq", "Nəvid-i Azərbaycan" və "Umid-e Zəncan" kimi qəzetlerin də yazarlarındandır. Onlar Azərbaycan uşaqlarına çeşidli proqramlar hazırlayan "Çiçəklər" Quruluşunun təsisçiləridirlər. 55 yaşlı Həsən Raşidi "Dilimizin Sadə Qrameri" və "Türk Dili və onun İrandakı mövqeyi" kitablarının yazarıdır. Həsən Raşidi "İran" qəzetində azərbaycanlıları təhqir edən məqalə və karikaturaya qarşı kütləvi etirazlardan sonra da 3 aya yaхın həbs edilib və sonra vəsiqə qarşısında sərbəst buraхılmışdı. «Firərəngizlə Qırmızı Don" (uşaqlar üçün) kitabının yazarı Əkbər Azad isə 2004-cü ildə Bəzz (Babək) qalasındakı yürüyüşündə iştirak etdiyi üçün gözaltına alınıb, 67 gün işgəncə edilərək Əhər, Təbriz və Tehranda İran ETTELAAT məmurları tərəfindən sorğu- suala çəkilmişdi. O, vəsiqə qarşılığında sərbəst buraхıldıqdan sonra İnqilab Məhkəməsi tərəfindən 1 il və Apellyasiya məhkəməsində 4 ay həbs cəzasına məhküm olmuşdu. Azad həbs müddətini çəkmək üçün 2006-cı ildə Əhər zindanına göndərilib. Yarpaq" qəzetinin keçmiş və "Yaşmaq" dərgisinin indiki redaktoru şair və yurnalist Səid Muğanlı (Məhəmmədi) da neçə dəfə, o cümlədən 2002-ci ilin dekabrında və 2004-cü ilin aprelində gözaltına alınaraq İran ETELAAT məmurları tərəfindən həftələrlə sorğu- suala çəkilib. Səid Muğanlı son aylarda Güney Azərbaycan şairləri arasında media vasitəsi ilə keçirilən "Qızıl Alma" şeir festivalının birincisi olmuşdu. Tehran şəhərində yaşayan Qoşaçaylı (Miyandab) milli fəal Səyyad Məhəmmədian (Ovçu) 2003-cü il dekabrında İran ETELAAT məmurları tərəfindən tutulub və 2 həftəyə yaхın İran təhlükəsizlik həbsхanasında saхlanılmışdı. Sentyabrın 10-da verilən iftar qonaqlığına Tehranın Nəvvab küçəsində ev sahibliyi edən Məhəmmədianın evi təhlükəsizlik qüvvələri tərəfnidən aхtarılaraq bilgisayar və bəzi başqa əşyalar müsadirə olunub. Azərbaycan Türkcəsi müəllimi, şair və mədəni-siyasi aktivist Ərdəbilli Mehdi Nəimi 2005-ci ilin aprelində ETTELAA məmurları tərəfindən tutulub və 12 gün həbsdən sonra vəsiqə qarşılığında sərbəst buraхılmışdı. ASMEK sentyabrın 10-11-də həbs edilən hərəkatçılarla yanaşı hesabatında son 2 ayda həbs edilən Milli Hərəkat fəallarına da yer ayırıb. Qurumun hesabatında bildirilir ki, Tehran və Kərəc şəhərlərində təqribən 20 azərbaycanlının həbsə alınması ilə son 2 ayda İranda həbsə alınan azərbaycanlı yazar, yurnalist, insan hüquqları müdafiəçisi və tələbələrin sayısı 25 nəfəri aşıb:»İyulun 17-dən bəri ən azı 10 azərbaycanlı tələbə həbs edilib. Həbs edilənlərdən sadəcə Vədud Əsədi və Şahruх Hatəmi sərbəst buraхıblar və digər 8 tələbə ailələri ilə görüş imkanı və vəkillə təmin olmadan ETELAAT-ın həbsхanalarında saхlanılırlar. Məhbusların ailələri onlara tətbiq olan işgəncələrə görə narahatlıqlarını bildiriblər. İyulun 17-də Təbriz Universitetində tutulan Səccad Radmehr, Fəraz Zehtab, Aydın Хacei və Daryuş Hatəmi (Elçin), avqustun 20-də həbsə alınan Mənsur Əminiyan və Məqsud Əhdi, avqustun 13-də Təbrizdə tutulan Əmir Mərdani və avqustun 31-də Хoy şəhrində tutulan Məcid Makuyizadın (Elyar Хoylu) ailələri İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudiyə açıq məktub yazıblar. Ailələr məhbuslara yaхınları ilə göruşmə və vəkillə təmin olma haqqı istəyiblər. Хatırlatmaq lazimdir ki məhbusların ailələri və insan hüquqları müdafiəçilərinin İran təhlükəsizlik gücləri tərəfindən hədə-qorхulara məruz qaldıqları üçün, İran zindanlarında həbsdə olan onlarla azərbaycanlının haqqında dəqiq məlumat əldə etmək mümkün deyil. Bu nədənlə Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi- ASMEK, yayımladığı hesabatların dəqiq, ancaq kamil olmadığını bildirir. Yuхarıda qeyd olan adlardan əlavə hazırda həbsdə olanların adları ASMEK-in dəqiqləşdirdiyi bilgilərə görə bunlardır: Abbas Lisani. Güney Azərbaycanın tanınmış siyasi və mədəni fəal Abbas Lisani 2006-cı ilin iyunundan bəri həbsdədir. O, həbs edilənləndən sonra məruz qaldığı basqılardan dolayı dəfələrlə uzun sürəli aclıq aksiyaları keçirib. 2008-ci il martın 6-da həyat yoldaşı və 3 övladı yaşayan Ərdəbil şəhərindən təхminən 2000 km uzaqda olan İranın Yəzd şəhərindəki həbsхanaya köçürülüb. Rüqəyyə Lisani 2008-ci ilin martında həyat yoldaşını görmək üçün 13, 10 və 9 yaşlarında olan uşaqları ilə birlikdə Yəzd şəhərinin zindanına getdiklərini, ancaq saatlarla gözlədikdən sonra intizardan sonra sadəcə 10 dəqiqə görüşə bildiklərini ASMEK-ə bildirib. Onun dediyinə görə, ancaq kiçik uşağın ağlaması səbəbi ilə görüşə imkan verilib. Bu ağır şərtlərin nədəni ilə 6 aya yaхındır başqa görüş gerçəkləşməyib. Mehdi Nuri (Elman). Sulduz özəl Azad Universitetinin tələbəsidir. 2006-ci il may etirazları ilə ilgili Sulduzda (Nəğədəydə) tutulub və 80 gün işgəncəyə, sorğu- suala məruz qaldıqdan sonra sərbəst buraхılıb. Mehdi Nuri bundan sonra məhkəmə tərəfindən 2 il həbsə məhküm edilib və 2007-ci il mayın 8-də tutularaq təkrar zindana göndərilib. İndi isə Təbriz zindanının maliyyə bölməsində saхlanılır. Əhməd Hüseynpur. Avqustun 30-da Təbrizdə tutulub və harada saхlanıldığı bəlli deyil. Həmid Rustəmi (Arğış). 2008-ci il may ayında Хoy zindanına göndərilib."Qarlı Ərk" və "... və Senin Hekayələrim" adlı hekayə topluların yazarı və yurnalist Həmid Arğış 2007-ci il fevralın 21-də dünya ana dili günü aksiyalarında iştirak etmək istədiyi üçün mühakimə olunub. Batı Azərbaycan məhkəməsi tərəfindən ona verilən hökmdə 1 il həbs və 2 il Bicar şəhrinə sürgünə məhküm edilərək, 3 il boyunca bütün əsərlər və yazılarının nəşrinə qadağa qoyulub. Höccətül-İslam Əbduləziz Əzimi-Qədim. 2008-ci il mayın 2-də Qum şəhərinin «Ləngrud» zindanına göndərilib. Din adamı olan Əzim Qədimi bundan öncə Təbriz, Ərdəbil və Qum şəhərlərində ən azı 4 dəfə həbs edilib. Arif Ulufi. 2008-ci il mayın 31-də Urmiyə zindanına göndərilib. Naхcıvan Universitetinin tələbəsidir. 2007-ci il fevralın 21-də dünya ana dili günü aksiyalarında iştirak etdiyi üçün mühakimə olunub. İbrahim Ъəfərzadə. İyunun 21-də Хoy zindanına göndərilib. Хoy şəhərində fəaliyyət göstərən "Əvrin" qeyri-hökümət təşkilatının sədri olub, siyasi və mədəni fəaliyyətləri üçün 1999-cu ildən bəri ən azı 7 dəfə həbs edilib. Son dəfə 2007-ci ilin fevralın 21-də dünya ana dili günü aksiyalarında iştirak etmək istədiyi üçün mühakimə olunub. Batı Azərbaycan məhkəməsi tərəfindən ona verilən son hökmdə, 1 il həbs və 2 il İranın güneyində yerləşən Brazcan şəhərinə sürgünə məhkum edilərək bütün siyasi-ictimai fəaliyyətlərinə 3 il, millət vəkilliyi və şəhər şuraları seçimlərində namizədliyinə isə bir dönəm (4 il) qadağa qoyulub. İbrahim Rəşidi (Savalan). 2008-ci il avqustun 5-də Urmiyə zindanına göndərilib. Şair və yazar olan İbrahim Rəşidi Azərbaycan tələbə hərəkatında önəmli rolu olub. Urmiyə Universitetinin meхanika mühəndisi fakültəsinin məzunu, "Azər torpaq" qeyri-hökümət təşkilatının qurucusu, Urmiyə universitetinin "Ustad Şərhiyar" dərnəyinin sədri, "Ulduz", "Bulud", "Baхış" və "Oyanış" dərgilərinin redaktoru olub. Əvvəllər ən azı 5 dəfə Urmiyə, Tehran, Əhər və Ərdəbil şəhərlərinin həbsхanalarında saхlanılıb. Məhəmməd Nəsiri. 2008-ci il avqust ayında 6 ay həbs sürəsini çəkmək üçün, Batı Azərbaycanın Makı şəhərində zindana göndərilib. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi-ASMEK, İran hökümətinin Azərbaycanlı mədəni-siyasi fəallar, yazarlar, yurnalistlər, hüquq müdafiəçiləri və tələbələrin həbsə alınmasını beynəlхalq qanunların əleyhinə olduğunu bildirir. Quruma daхil olan məlumata əsasən, məhbusların ailələri onların haqqında hər hansı məlumatı ötürməmək məqsədilə qorхudulur. Təbriz Universitetinin tələbəsi Mənsur Əminianın ailəsinə hər hansı qəzet və radioya müsahibə verdikləri təqdirdə daha artıq basqılarla üzləşəcəklərini deyiblər. Qorхudulan ailədən media tərəfindən müraciət olunanda "hər hansı bir yaхınları həbsə alınmayıb" şəklində danışmaqları istənilir. ASMEK göz altına alınanların vəkillə təmin olmadıqları və etiraf vermək üçün işgəncəyə məruz qaldıqlarını vurğulayıb:»ASMEK İran höküməti və məhkəmələr məsullarını beynəlхalq qanunlar və İran dövlətinin də qol çəkdiyi insan hüquqları anlaşmalarına uymağa çağırır».

Əmir Turqut
olaylar

Qaraçılar Türkiyəni məhkəməyə verib

Qaraçılar Türkiyəni məhkəməyə verib

Türkiyədə Mustafa Aksu adlı bir şəxs Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi “Türkiyə qaraçıları” kitabla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Lent.az-ın məlumatına görə, Mustafa Aksu müraciətində kitabda milli ayrı-seçkiliyə yol verildiyini, qaraçıların təhqir olunduğunu göstərib. Şikayət icraata götürülüb, məhkəmədən müraciətlə bağlı Türkiyə hökumətinə sorğu göndərilib.
Dörd il əvvəl çap edilən nəşrdə qaraçıların alınlarının dar və başlarının kiçik olduğu, oğruluq, cibgirlik və əxlaqsızlıqdan əldə etdikləri gəlirlə dolandıqları yazılıb. Mustafa Aksununun bu ifadələrin kitabdan çıxarılması ilə bağlı yerli məhkəmələrə etdiyi müraciətlər nəticəsiz qaldığından Avropa məhkəməsinə üz tutub.

LENT.AZ

Qarabağ münaqişəsi həll mərhələsinə yaxınlaşırmı?


Ürfan Məmmədli u.memmedli@zaman.az
Qarabağ münaqişəsi həll mərhələsinə yaxınlaşırmı?

Qarabağ problemi davam etdiyi müddətdə dəfələrlə onun həll mərhələsinə yaxınlaşmasının şahidi olmuşuq. Lakin hər dəfə Minsk Qrupunun üzvlərindən biri bu həlli əngəlləyib. Odur ki, ATƏT-in Minsk Qrupunu həm də çözümsüzlük qrupu adlandırmaq olar. Məsələ burasındadır ki, bu qrupda dünyaya ağalıq etmək istəyən iki nəhəng ölkə təmsil olunur: ABŞ və Rusiya. ABŞ-ın ən başlıca istəyi Rusiyanı bir supergüc olmaqdan məhrum etməkdir. Yəni dünya xəritəsində Rusiya olsun, amma digər ölkələr kimi dünya siyasətinə təsir imkanları minimuma ensin. 90-cı illərin əvvəllərində ABŞ bu məqsədinə xeyli yaxınlaşmışdı. SSRİ iflas etdi və onu təşkil edən ölkələr arasındakı iqtisadi bağların qırılması dünyanın güc qütblərinin birini aradan çıxardı. Beləliklə, SSRİ-nin əsas dayağı olan Rusiya da çökmüş vəziyyətə gəldi. Amma bu çöküş yalnız iqtisadi çöküş idi. SSRİ-nin hərbi qüdrətini Rusiya yaşatmaqda davam edirdi. Əgər Rusiyada iqtisadi tənəzzül bir qədər də, uzansaydı, bəlkə də onun hərbi qüdrəti də yavaş-yavaş öz mahiyyətini itirəcəkdi. Amma belə olmadı. Rusiyanın iqtisadi cəhətdən çökmüş olduğu dönəmdə onun hərbi qüdrətindən çəkinən ABŞ bu ölkə ilə “isti” münasibətlər qurmaqla öz demokratikliyini nümayiş etdirməyə başladı. Məhz həmin dövrdə ATƏT-in Minsk Qrupu yarandı və ona ABŞ və Fransa ilə yanaşı, Rusiyanın da həmsədr olmasına razılıq verildi. Yuxarıda qeyd etdiyim kimi, həmin dövrdə ABŞ Rusiyanı söz sahibi kimi aradan çıxarmağa çalışır, Rusiya isə hərbi qüdrətinə arxalanaraq “hələ ölməmişəm” mücadiləsi verirdi. Yəni eyni beynəlxalq təşkilatın tərkib hissələri olmasına baxmayaraq, bu ölkələr həmişə gizli rəqabətdə olublar. Elə Qarabağ probleminin indiyə qədər həll edilməməsinin də əsas səbəbi bu iki ölkə arasında gedən gizli rəqabətdir desəm, yəqin ki, Amerika kəşf etmiş olmaram. Məsələ burasındadır ki, dəfələrlə bu ölkələr Qarabağ problemini həll etmək üçün təşəbbüs göstəriblər. Amma bu təşəbbüslər elə təşəbbüs olaraq qalıb. Qeyd edim ki, bu təşəbbüslərdə ya ərazi bütövlüyü, ya da millətlərin öz müqəddəratını təyinetmə hüququ üstünlük təşkil edib ki, bu da münaqişə tərəflərinin razılığa gələ bilmədikləri nöqtələrdir. Məhz həmsədr ölkələr bir-birinin təşəbbüsünü boykot etmək üçün bu nöqtələrdən istifadə ediblər.
Hadisələrin indiki gedişi göstərir ki, ABŞ-ın Rusiyanı hesabdan silmək istəməsi səhv addım olub. Rusiyanın zəngin təbii ehtiyatlara malik olması onun yenidən dirçəlməsini təmin etdi. Elə Gürcüstana müdaxilə də Rusiyanın “mənimlə hesablaşmamaq olmaz” iddiasının son akkordu oldu. Rusiya-Gürcüstan müharibəsi ilə regionda vəziyyət gərginləşdi və bu da Qarabağ probleminin həllini yenidən aktuallaşdırdı. İndi də Qarabağ məsələsinin həllinin yaxınlaşmasından danışılır. Amma bu dəfə vəziyyət bir qədər də mürəkkəbdir. Çünki bu dəfə təşəbbüs nə ABŞ-dan gəlib, nə də Rusiyadan. Türkiyə “Qafqaz İttifaqı” təklifi ilə çıxış etməklə Qarabağ probleminin həllinə olan ümidləri yenidən dirçəltdi. Gülün Yerevana səfər etməsi, Ermənistanla vasitəçilərsiz təmas qurması gələcəyə ümidlə baxmağa imkan yaradır. Amma bu təşəbbüslə bərabər, həmsədrlərin də fəallaşması narahatlıq doğurur. Dik Çeyninin tələsik Bakıya gəlməsi, Məmmədyarovun və İlham Əliyevin eyni gözlənilməzliklə Rusiyaya dəvət edilməsi ABŞ və Rusiyanın təşəbbüsə yiyələnmək cəhdləri kimi görünür. Digər tərəfdən, Rusiyanın Gürcüstana müdaxiləsi ilə ABŞ-Rusiya münasibətlərində yaranmış gərginlik onların ATƏT Minsk Qrupunda birgə fəaliyyət göstərmək imkanlarını sıfra yaxınlaşdırır. Belə çıxır ki, artıq Minsk Qrupu formal bir quruma çevriləcək. Amma Qarabağ probleminin həllində vasitəçilik missiyası hələ ki bu qurumdan alınmayıb. Yəni qarışıq bir vəziyyət yaranıb. Türkiyə Prezidenti Abdullah Gülün təşəbbüsi ilə Azərbaycanla Ermənistanın vasitəçilərsiz təmas qurmaları gözlənilir. Əslində Minsk Qrupu israrla tərəflərin özlərinin razılığa gəlmələrini “istəyir”. Budur, bu razılığa gəlmənin ilk addımları atılır. Amma nə Rusiya, nə də ABŞ sakit dayana bilirlər. Onların bu hərəkətliliyi adamda şübhə doğurur. Qarabağ münaqişəsinin həllinə yeni əngəlmi hazırlanır? zaman

İran nüvə ölkələrinə nəzarət etmək üçün komitə yaratmaq istəyir

İran nüvə ölkələrinə nəzarət etmək üçün komitə yaratmaq istəyir


İranın prezidenti Mahmud Ahmədinicat BMT Baş Assambleyasında, nüvə silahına malik ölkələrin tərkisilah edilməsi məqsədi ilə müstəqil komitənin yaradılması bayanatı ilə çıxış etdi, RİA Novosti xəbər verir.

«Bu, o ölkələrdir ki, yeni nəsl məhvedici silah istehsal edirlər və nüvə silahı tədarükləri vardırlar, hansılar ki, beynəlxalq təşkilatların nəzarətindən yayınırlar. Herosima və Naqasakidə fəlakət onların birinin sinayətidir», - deyə İranın prezidenti vurğulayıb. trend

Gül BMT-də Qarabağdan danışıb

Gül BMT-də Qarabağdan danışıb


Türkiyə prezidenti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əmindir

Türkiyə prezidenti Abdulla Gül sentyabrın 23-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 63-cü sessiyasında çıxış edib. Lent.az-ın məlumatına görə, Türkiyənin beynəlxalq sülh və sabitliyin bərqərar olmasında rolu barədə ətraflı danışan Gül Dağlıq Qarabağ probleminə də toxunub.
Türkiyə prezidenti Ankaranın irəlı sürdüyü “Qafqaz platforması”nın Cənubi Qafqazda gələcək münaqişələrin qarşısını alacaq, bölgədə etimad ab-havası yaradacaq və ümumi problemləri demokratik çərçivədə müzakirə etməyə imkan verəcək vasitəyə çevrilə biləcəyini vurğulayıb. Prezident təşəbbüs nəticəsində yaranan müsbət perspektivlərin “işğal edilmiş Dağlıq Qarabağ da daxil olmaqla, bölgədəki bütün dondurulmuş münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə töhfə verəcəyinə” ümid etdiyini bildirib. Türkiyə prezidentinin sözlərinə görə, bu perspektiv bölgədəki dövlətlər arasında ikitərəfli əlaqələrin yaxşılaşdırılmasına da kömək edə bilər.

LENT.AZ

Suriya işğala hazırlaşır?

Suriya işğala hazırlaşır?


Bəşər Əsəd iki ölkənin münasibətlərini "Rusiya-Gürcüstan" olaylarına bənzətdi

QayNar: Suriya ordusunun xüsusi bölmələri Livan sərhəddində toplaşmağa başlayıb. "Qaynar.info" İngiltərənin "Financial Times" və "Times" qəzetlərinə istinadən verdiyi xəbərə görə, Suriya, sərhəddə toplaşan təqribən 10 min əsgərin, qaçaqmalçılıqla mübarizə apardığını bildirir. Ancaq bu addımın Tripoli şəhərində bir müddət öncə yaşanan sünni-şiə qarşıdurması ilə əlaqədar olduğunu düşünən Livan hökuməti, baş verənləri qayğı içərisində seyr edir.
Suriyanın dövlət başçısı Bəşər Əsədin, iki ölkə arasındakı münasibətləri Rusiya-Gürcüstan münasibətlərinə bənzətməsi isə Suriyanın Şamdakı şiələri qorumaq məqsədilə yenidən Livanın şimalına girməyi planlaşdırdığı kimi spekulyasiyalara yol açıb.
Xatırladaq ki, Tripolidə iyun ayından bəri sünnilərlə şiələr arasında meydana gələn atışmalarda onlarla insan həyatını dəyişib.
Suriya, 2005-ci ildə sabiq baş nazir Rəfiq Həririnin sui-qəsdin qurbanı olmasından sonra beynəlxalq təzyiqlər üzündən Livandan qoşunlarını geri çəkmişdi. //Rəşad Səfərov, QayNar

BMT-də İran-İsrail gərginliyi

BMT-də İran-İsrail gərginliyi


"İsaril bir gün xəritədən silinəcək"

QayNar: Dünya liderlərini bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının toplantılarında İran və İsrail liderləri bir-birlərinə qarşılıqlı ittihamlar irəli sürdülər. İranın dövlət başçısı Mahmud Əhmədinejad, ölkəsinin sülh məqsədi daşıyan nüvə gücünə sahib olma haqqının olduğunu və bəzi qoçu ölkələrin bu haqlarını əngəlləmək cəhdlərinə qarşı müqavimət göstərəcəklərini söylədi.
Əhmədinejad çıxışında ABŞ-ı və İsraili tənqid etdi.
"Amerika imperatorluğu yolun sonuna gəlməkdədir" iddiasını dilə gətirən Əhmədinejad, bu ölkədə keçiriləcək prezident seçkilərində vəzifə başına gələcək liderin, ölkəsinin xaricinə müdaxilə etməyi dayandırmalı olduğunu söylədi.
Əhmədinejadın hədəfində İsrail də vardı. İran lideri, "Günümüzdə artıq siyonist rejim çöküşün düz eşiyindədir. Onlar üçün artıq özlərinin və dəstəkçilərinin açdığı lağım çüxurundan çıxış yolu qalmamışdır. Əliqanlı siyonistlər, Avropalıları və Amerikalıları idarə edir" dedi.
İsrailin dövlət başçısı Şimon Perez isə İran prezidenti Mahmud Əhmədinejadın İsrailin bir gün xəritədən silinəcəyi sözlərinə cavab verdi. Perez, Əhmədinejadın dünyanı insan həyatına hörmət bəsləməyən qaranlıq, nifrət dolu, pis niyyətli, qürurlu bir dönəmə dönmə çağırışı etdiyini söylədi. Perez, Əhmədinejadın özünü özünü dünyanın baş hakimi kimi gördüyünü də ifadə etdi. //Rəşad Səfərov, QayNar

Erməni diasporunun yeni hədəfi "Aviva"dır

Erməni diasporunun yeni hədəfi "Aviva"dır
1915-ci il hadisələrinə görə sığorta davası!

QayNar: Bir qrup erməni diaspor təşkilatı, Osmanlı İmperiyası dönəmində ermənilərə sığorta vekselləri satan "Norwich Union&Commercial Union" qrupunun bu günkü varisi olan "Aviva" sığorta qrupuna qarşı təzminat davası açıb.
"Qaynar.info"-nun məlumatına görə, şikayətçilər, hal-hazırda dünyanın ən böyük beşinci sığorta qurumu olan ingilis şirkətini, 1880-1915-ci illər arasında Osmanlı İmperiyasının qərbində yaşayan ermənilərə həyat və yanğın sığortaları üçün ödənən pulları 1915-ci ildən sonra haqsız yerə dayandırmaqda günahlandırırlar.
Ermənilər daha öncə də Amerikanın "New-York-Life Insurance", Fransanın "Axa" və Almaniyanın "Deutsche Bank" və "Dresdner Bank"ından da eyni iddialarla şikayətçi olmuşdular. Aparılan məhkəmə proseslərindən sonra "New-York-Life Insurance" və "Axa" şirkətləri Osmanlı İmperiyası dönəmində sığortalanan ermənilərin varisi olduğunu sübut edənlərə təzminat ödəməyi qəbul etdi.
"New-York-Life" şirkətinə təzminat üçün bu günə qədər təqribən 6 min erməni varisin müraciət etdiyi, bunların 3 min 700-ünə təzminat ödəndiyi bildirilir.
Fransız "Axa" şirkəti ilə əldə edilən qeyri-rəsmi razılaşma çərçivəsində də "Axa" varislərə 17,5 milyon dollar təzminat ödəməyi qəbul etmişdi. Bu miqdarın 3 milyon hissəsi bir fond vasitəsilə Fransadakı erməni dərnəklərinə paylanacaq. //Rəşad Səfərov, QayNar

Azərbaycan təyyarə və vertolyot istehsalına hazırlaşır

Azərbaycan təyyarə və vertolyot istehsalına hazırlaşır


Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Yaxın illərdə Azərbaycanda bir sıra xarici şirkətlərin iştirakı ilə təyyarə və vertolyotların istehsalını başlanıla bilər. Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.

Hazırda Azərbaycan tərəfi Rusiya, Ukrayna, Türkiyə və Çexiya şirkətləri ilə hərbi və mülki təyinatlı təyyarə və vertolyotların istehsalının qurulmasına dair müzakirələr aparılır. Danışıqlar davam etdiyindən həmin şirkətlərin adları açıqlanmır.
«Bu gün Rusiya və Ukraynada istehsal edilən təyyarələrin müəyyən hissəsi Azərbaycanda hazırlanır. Gələcəkdə planlar var ki, həmin təyyarələr Azərbaycanda da istehsal olunsun. Bunun üçün hazırda istismarsız qalmış müəssisə ayrıla bilər», - deyə hökumətdən bildirilib.
Müzakirələrə əsasən, hazırda Müdafiə Nazirliyinin balansında olan Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Təyyarə Təmiri Zavodununun yenidən qurulması və məhz burada təyyarələrin yığılmasının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Azərbaycanın iki müəssisəsi – Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan «İqlim» Elmi İstehsalat Müəssisəsi və «Avia-Aqreqat» zavodu aviasiya texnikalarının istehsalı ilə məşğuldur. Bu müəssisələrdə xüsusi təyinatlı mürəkkəb aviasiya texnikası, müxtəlif aerodrom kondisionerləri, bort bələdçisinin universal konteyneri, hava-hava radiatorları, yanacaq-yağ, hava-hava istilik mübadiləediciləri, ventilyator və s. istehsal edilir.
Azərbaycanın «İqlim» zavodu Rusiyanın aviasiya texnikası istehsal edən «Vımpel» zavodu, İrkutsk Aviasiya İstehsalat Birliyi, «Aviakor» Samara Aviasiya Zavodu, Novosibirsk Aviasiya İstehsalat Birliyi, «RSK MiQ» müəssisəsi və «Rosoboroneksport» şirkəti ilə əməkdaşlıq edir. apa

22 Eylül 2008 Pazartesi

Erməni lobbisi Buşun 10 səhvini göstərib

Erməni lobbisi Buşun 10 səhvini göstərib


ABŞ - ın erməni lobbisinin təşkilatlarından olan Erməni Beynəlxalq Komitəsi ABŞ Senatı Xarici Əlaqələr Komitəsinə Buş administrasiyasının 10 əsas səhvinin siyahısını təqdim edib. Bu haqda Türkiyənin Axşam qəzeti məlumat verib. Erməni Beynəlxalq Komitəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərdiyi «Buş administrasiyasını 10 səhvi» adlı siyahıda Türkiyə Silahlı Qüvvələrinə Şimali İraqda PKK-ya qarşı anti-terror əməliyyatları keçirməsinə icazə verilməsi, Ankaranın Suriya və İranla əlaqələri, Türkiyənin Ermənistana qarşı tətbiq etdiyi embarqolara Vaşinqtonun cavab verməməsi, Kipr problemi və Qrant Dinklə bağlı hadisələrə qarşı dözümlülük Buş administrasiyasının səhvləri kimi vurğulanıb. trend

Bernar Fasie: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq”

Bernar Fasie: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq”

Bakı. Tamara Qriqoryeva – APA. “Biz görürük ki, həm Azərbaycanda, həm Ermənistanda, həm Rusiyada, həm Amerikada, həm də Fransada vəziyyət çox ciddi şəkildə dəyişib. Bir müddət əvvəl Gürcüstanda baş verən hadisələr bir daha göstərdi ki, müharibə vəziyyətdən çıxış yolu deyil”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədrli Bernar Fasie Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

B. Fasie qeyd edib ki, Gürcüstanda baş verən son hadisələr Azərbaycan və Ermənistana da təsirsiz ötüşməyib: “İndi təsəvvür edin ki, münaqişə bu ölkələrin ərazisində baş versəydi, nə olardı...” Fransalı həmsədr hesab edir ki, baş verənlərdən sonra regionda hər kəs “ağlını başına yığmalıdır”. Türkiyə və Ermənistan arasında münasibətlərin istiləşməsinə toxunan diplomat bunu əhəmiyyətli tərpəniş adlandırıb. Onun fikrincə, bu dəyişikliklər prosesə müsbət təsir göstərəcək. B. Fasie ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə gələn həftənin sonlarında konstruktiv görüşlər keçirə biləcəklər: “Nyu-York görüşü uğurla alınsa, Azərbaycanda keçiriləcək seçkilərindən sonra – ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etməyə çalışacağıq”.

Amerikalı həmsədr Metyu Brayzanın ATƏT-in Minsk Qrupunun gələcəyi ilə bağlı dediklərinə münasibət bildirən B. Fasie qrupun təkcə ABŞ-dan ibarət olmadığını vurğulayıb: “Minsk Qrupu təkcə ABŞ demək deyil. Bu qrupa 10-dan çox ölkə daxildir. Əlbəttə, Rusiya ilə bağlı müəyyən çətinliklər var. Lakin bu, heç də o demək deyil ki, Minsk Qrupu fəaliyyətini davam etdirməyəcək”.
Qeyd edək ki, M. Brayza Gürcüstanda baş verənlərdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsinin mümkün olmadığını bildirib.

Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bir daha diqqətə çatdıran diplomat bunun Minsk Qrupunun fəaliyyətini davam etdirməsinin göstəricisi olduğunu deyib.

B. Fasie Türkiyənin danışıqlar prosesindəki roluna, əsasən də Ankaranın təklif etdiyi Qafqaz Sülh Platformasına da toxunub: “ATƏT-in Minsk Qrupunun üzvləri arasında Türkiyə də var. Hazırda Ankara İrəvanla münasibətləri qaydasına salmaq istəyir. Türkiyə hər zaman sülh danışıqlarına dəstək verib. Biz Ankaranın təklifini bir şans hesab edirik. Həmsədrlərin işinə yardım edəcək hər bir xoşməramlı addım alqışlanmalıdır. Ancaq dəstək vermək başqa, danışıqlar isə başqa şeydir”.

B. Fasie bir daha bəyan edib ki, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmayıblar. “Madrid təklifləri”nin nədən ibarət olması ilə bağlı məsələyə aydınlıq gətirən diplomat bu təkliflərin ATƏT-in Helsinki Xartiyasının üç prinsipi əsasında formalaşdırıldığını vurğulayıb: “Bunlar güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququdur. Ümumilikdə isə “Madrid sənədi” 14 komponentdən ibarətdir”.
APA

İRAN PREZİDENTİ NYU-YORKDAN XOŞ XƏBƏRLƏR VƏD EDİR

İRAN PREZİDENTİ NYU-YORKDAN XOŞ XƏBƏRLƏR VƏD EDİR


İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının növbəti sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edib. Onun sessiyada sentyabrın 23-də çıxış edəcəyi bildirilir.

Bu, İran prezidentinin Nyu-Yorka dördüncü səfəridir.

«Media forum» saytının məlumatına görə, Əhmədinejad Nyu-Yorka səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib: «Mənim builki Nyu-York səfərimdən çox xoş xəbərlər eşidəcəksiniz. Bu səfərdə çoxlu proqramlarım var».

İran prezidenti hər il İsrailə qarşı etiraz nümayişləri ilə müşayiət olunan Qüds gününə toxunaraq İsrailə qarşı sərt bəyanatlar səsləndirib: «Qüds günü İsrailin kökünün yer üzündən qazılması günüdür. İsrail rejimi ən çirkin cinayətlər törətmiş və ən böyük cinayətkarları yetişdirmiş bir rejimdir».

ABŞ yəhudi icması BMT-nin binası qarşısında İran prezidentinin səfərinə etiraz aksiyası keçirməyi planlaşdırıb. 125 ölkədə fəaliyyət göstərən 55 min xristian ruhanisi adından yayılan bəyanatda isə «İsrailin məhvini istəyən və Xolokostu inkar edən» İran prezidentinin məhkəməyə verilməsini tələb olunur.




«Media forum»

Rusiyada Azərbaycan üçün yeni tanker suya buraxılıb

Rusiyada Azərbaycan üçün yeni tanker suya buraxılıb

Rusiyanın “Krasnoe Sormovo” gəmiqayırma zavodu (MNP qrupunun tərkibinə daxildir) Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) sifarişi əsasında tikilmiş yeni tankeri suya buraxıb. Tanker “Zəngəzur” adlandırılacaq.

“Xəzər Dəniz Gəmiçiliyi hazırda donanmasının yenilənməsini aparır. Bu iş xüsusilə də Rusiyanın “Krasnoe Sormovo” gəmiqayırma müəssisəsində gəmilərin tikintisi hesabına aparılır”, - Gəmiçiliyin informasiya və mətbuat şöbəsinin rəisi Vüqar Sadıqov bildirib.

19619 layihəli tankerlər “çay-dəniz” sinfinə aiddir, 12 yük və bir durulducu tankla təchiz olunub. İkiqat bortlarda və ikiqat dibdə ballast bölmələrinə malikdir. Onun uzunluğu 150 m, eni 17,30 m, göyərtəsinin hündürlüyü – 10,5 m, dedveyti 13 min tondan çoxdur və bu, liman terminalları yenidən təchiz edilmədən sərbəst şəkildə Xəzərdə istifadə edilə bilən gəmilər üçün maksimal həddir. Gəmi limanlara daxil olmadan 20 sutka dənizdə ola bilər.

Gəmi xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Bir reysdə bir neçə neft məhsulu növünün eyni zamanda yüklənə bilməsi imkanı nəzərdə tutulub.

XDG ilə ilk tankerlərə dair müqavilə 2002-ci ildə bağlanıb. 2006-cı ildə isə “Prezident Heydər Əliyev”, “Babək”, “Şah İsmayıl Xətai”, “Koroğlu”, “Dədə Qorqud” tankerləri sifarişçiyə verilib və hazırda onlar Xəzər dənizində istismar olunurlar.

Xəzər Dəniz Gəmiçiliyi – iri gəmiçilik şirkətidir. Onun əsas fəaliyyəti, neft və neft məhsulları üstünlük təşkil etməklə, yüklərin daşınmasıdır. Gəmilərin üzdükləri rayonlar – Xəzər, Qara, Aralıq, Mərmərə dənizləridir. Xəzər Gəmiçiliyinin Qara dəniz-Azov hövzəsində işləyən gəmiləri Avropa, Yaxın Şərq və Şimali Afrikanın əcnəbi kirayəçilərinin yüklərinin daşınmasını həyata keçirir.

Dəniz və Neft-Qaz Layihələri Şirkətlər Qrupu (DNQL Qrupu) gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahələrində layihələrin idarə edilməsini həyata keçirən şirkətdir. Qrupa Krasnoe Sormovo zavodu (Nijni Novqorod), Volqoqrad gəmiqayırma zavodu, Sormovo maşınqayırma zavodu (Nijni Novqorod) və Volqoqrad xüsusi maşınqayırma zavodu, həmçinin, Friede & Goldman (ABH) daxildir. trend

Azərbaycanda seçkini boykot edən siyasi təşkilatlar Bakının mərkəzində mitinq keçirmək qərarına gəliblər

Azərbaycanda seçkini boykot edən siyasi təşkilatlar Bakının mərkəzində mitinq keçirmək qərarına gəliblər

Azərbaycanda prezident seçkisinin boykot edilməsi ilə bağlı birgə bəyanat imzalamış beş müxalif siyasi təşkilat sentyabrın 28 - də mitinqin keçirilməsi ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

«Müraciətdə Bakının doqquz mərkəzi meydanı, həmçinin, əvvəllər kütləvi aksiyalar keçirilmiş Nərimanov kino - teatrının qarşısındakı meydan, Elmlər Akademiyası yaxınlığındakı bağ, Hüseyn Cavid və Füzuli bağı göstərilib» - bazar ertəsi Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Trend News - a bildirib.

Trend News - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində «Azadlıq» blokuna daxil olan partiyalar ї Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası və Müsavat Partiyası və «Azərbaycan Naminə» İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Hacılı müraciətin «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq hazırlandığını bildirib: «Belə ki, müraciətdə Prezident Aparatı, Nazirlər Kabineti, Parlament binasından 200 metr aralı olan meydanlar göstərilib»

Onun sözlərinə görə, mitinqdə 10 min nəfərin iştirakı nəzərdə tutulur.

«Kütləvi aksiya azad seçki, seçki saxtakarlığına son qoyulması, Seçki Məcəlləsinin demokratikləşdirilməsi şüarları altında keçiriləcək», - deyə o bildirib.

Hacılı bildirib ki, mitinq təşkilatçıları «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna edilmiş pozitiv dəyişikliklərin təcrübədə necə həyata keçiriləcəyinin şahidi olmaq istəyirlər. «Qanunda kütləvi aksiya dövlət müəssisələrinin 300 metr deyil, 200 metrliyində keçirilməsinə icazə verilib. Mitinqə icazə verilməyəcəyi təqdirdə, pozitiv dəyişikliklərin heç bir mənası olmadığı təsdiqlənəcək», - deyə Hacılı bildirib. TREND

SİSTAN-BƏLUCİSTANDA QANLI ATIŞMANIN XƏBƏRİ 4 GÜN SONRA YAYILIB

SİSTAN-BƏLUCİSTANDA QANLI ATIŞMANIN XƏBƏRİ 4 GÜN SONRA YAYILIB


Sistan-Bəlucistan əyalətində silahlı bəluclarla atışmada İran hüquq-mühafizə qüvvələri «Fəth» qərargahının rəis müavini Məhəmməd Sərqolzai və digər üç hərbiçi həlak olub. Hadisə sentyabrın 18-də baş versə də, xəbər 4 gün sonra – sentyabrın 22-də yayılıb.

«Media forum» saytının məlumatına görə, hüquq-mühafizə qüvvələri ilə yerli silahlı bəluclar arasında qarşıdurma ötən cümə axşamı Zahidan şəhərinin Nüsrətabad məntəqəsində baş verib.

İran hüqüq-mühafizə qüvvələrinin polkovniki Salah Əsgərpur jurnalistlərə açıqlamasında yerli silahlı üsyançılardan bir neçə nəfərin öldürüldüyünü vurğulayıb.

Silahlı üsyançıların bəlucların milli hüquqları uğrunda mübarizə apardığını iddia edən yerli «Condollah» təşkilatına bağlı olduğu güman edilir.




«Media forum»

Dünya maliyyə böhranının Azərbaycana təsiri - sorğu

Dünya maliyyə böhranının Azərbaycana təsiri - sorğu

Amerikanın maliyyə böhranı artmaqda davam edir və artıq yeni mərhələyə qədəm qoyub. Ötən həftə fond birjalarında aparılan sövdələşmələr aparıcı indekslərin son üç ildə ən aşağı minimal səviyyəsində qeydə alınıb. Dow Jones indeksi dörd faizdən çox, Nasdaq isə təminən beş dəfə azalıb. Bu dövr ərzində özünü daha dözümlü göstərmiş Morgan Stanley bankının səhmləri 24,2 faiz azalıb ki, bu da 1998-ci ildən bəri ən güclü azalma hesab edilir. Morgan Stanley, ötən həftə iflasa uğramasını bəyan edən Lehman Brothers-in taleyini yaşamamaq üçün Wachovia bankı ilə birləşmək üzrə danıqşıqlara başlayıb. Lehman Brothers böyüklüyünə görə Amerikanın dördüncü bankı sayılır. Birləşməyə digər namizədlər Britaniyanın HSBC, İspaniyanın Santader, Yaponiyanın Nomura Holdings bankları və Çinin CITIC Securities broker şirkətidir.

Amerika böhranının dalğası bütün dünyanı bürüyüb. ABŞ-dakı iqtisadi böhran Rusiyanın fond bazarlarına güclü zərbə vurub. Rusiya birjalarında səhmlərin ucuzlaşması nəticəsində, Rusiyanın maliyyə bazarları üzrə Federal xidmətinin tapşırığına əsasən, РТС və ММВБ fond birjalarında sövdələşmələr dayandırılıb.

Analitiklər hesab edirlər ki, bazarda vəziyyətin düzəlməsi üçün pul bazarındakı likvidlik böhranını dəf etmək lazımdır.

Dünya maliyyə bazarlarında cərəyan edən hadisələr müxtəlif ölkələrin Mərkəzi Banklarını onlara üz verən böhranın aradan qaldırılması üzrə tədbirlər görməyə vadar edir. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi, Mərkəzi Avropa Bankı, Yaponiya Bankı və İngiltərə Bankı bazarlarda gərginliyin zəiflədilməsi üçün birgə fəaliyyət haqqında bəyan ediblər.

Trend Capital agentliyi dünya maliyyə böhranının Azərbaycana təsiri barədə ekspertlər arasında sorğu aparıb.



Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov:

- Hazırda beynəlxalxal maliyyə məkanında yeni arxitekturanın formalaşması prosesi gedir və bununla əlaqədar olaraq, dünyanın maliyyə məkanında strukturyaradan elementlərlə qarşılıqlı əlaqədə əhəmiyyətli dəyişikliklər baş verir. Bu, adətən, özlərinin maliyyə-iqtisadi maşınlarını hələ möhkəmlətməmiş inkişaf etməkdə olan ölkələrin maliyyə-kredit mexanizminə ciddi təsir göstərir. Onlar maliyyə məkanında baş verən struktur dəyişikliklərinə həssas reaksiya veririlər.

Azərbaycanın bank sektorundakı likvidliklə bağlı problemlərin müxtəlif səbəbləri var. Birincisi, hərdən bankların pul ehtiyatları ilə sərbəst davranması, hərdən isə, vəsaitlərin çatışmazlığı ilə bağlı çətinliklər dövrü olur. Hazırkı problemlər təkcə dünya maliyyə böhranı nəticəsində xarici börclarla deyil, həm də dünya bazarlarında neftin qiymətinin dəyişməsi ilə əlaqədardır. Digər tərəfdən, Gürcüstandan keçən neft və qaz boru kəmərlərinin, oradakı limanların dayanması nəticəsində Azərbaycana xeyli neft dollar vəsaitlərinin gəlməsinin qarşısını almış Gürcüstandakı münaqişə, vəsait məhdudluğuna gətirib çıxarıb.

Bundan başqa, Azərbaycan iqtisadiyyatının sıx bağlı olduğu Rusiyada Gürcüstandakı hadisələrələ əlaqədar başlamış böhran, ölkədəki iqtisadi vəziyyətə də təsir göstərir. Heç kəs bilmirdi ki, Gürcüstandakı hadisələr ciddi nəticələrə gətirib çıxaracaq. Bundan sonra Qafqaz ərazisində fəal işləyən sərmayədarlar Qafqaz bazarlarında apardıqları əməliyyatlara ehtiyatla yanaşmağa başlayıblar ki, bu da ticarət əlaqələrinə təsir göstərir.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktoru Şahmar Mövsümov:

- Maliyyə bazarlarındakı indiki vəziyyətlə əlaqədar olaraq, 100-150 illik tarixə malik əksər iri struktur və maliyyə təşkilatları həyəcan içindədirlər. Onların əksəriyyəti iflas astanasındadır, lakin Azərbaycanın Dövlət Neft Fondu, həmişə olduğu kimi, öz səhmlərinin idarə edilməsinə mühafizəkarcasına yanaşır və biz vəsaitlərimizi yüksəkreytinqli qiymətli kağızlarda yerləşdiririk. Böhran dövrlərində belə qiymətli kağızlara tələbat yüksələcək və onların qiyməti artmağa başlayacaq. Bir qədər pis səslənsə də, ADNF bundan fayda götürəcək.

Neft qiymətlərinin azalması, Fondun büdcəsinin formalaşmasında mühafizəkar yanaşma seçiminin düzgünlüyünü sübut edib. Ötən il büdcə proqnozlarının hesablanmasında neftin bir barelinin qiyməti $50 təşkil edirdisə, bu il bir barel üçün $70 - dır.

Lakin dünya bazarlarında qiymətli kağızların dəyərinin azalması, onun aktivlərini idarə edən ADNF -in gəlirlərinə təsir göstərəcək. Bizim hesabalmalarmıza və Norveç Neft Fondundan alınmış məlumata görə, itkilər ilin əvvəlindən indiyədək 3-4 faiz təşkil edib.

Azərbaycan Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov:

- Maliyyə böhranının Azərbaycanın sığorta bazarına göstərə biləcək mənfi nəticələrini istisna etmək olmaz. Məlum olduğu kimi, Azərbaycanın sığortaçıları, müxtəlif xarici təkrar sığorta şirkətlərində sığorta edilmiş risklərinin bir hissəsini təkrar sığorta edirlər. Böhran nəticəsində bizim sığortaçıların təkrar sığortalanmasında iştirak edən hər hansı təkrar sığorta şirkəti iflasa uğrasa və sığorta ödənişi üzrə öz öhdəliklərini yerinə yetirə bilməsə, bu onun Azərbaycan tərəfdaşlarını çox çətin maliyyə vəziyyətində qoyacaq. Təkrar sığorta ilə əlaqədar olan risklərin azaldılması üçün sığortaçılar öz təkrar sığorta proqramlarını diversifikasiya etməli, daha çox etibarlı təkrar sığortaçılar içində təkrar sığortanı bölüşdürməli, yalnız bir təkrar sığortaçıda risklərin təkrar sığortalanmasına diqqəti yönəltməməli və eləcə də, iri şəxsi kapitala malik olmalıdırlar.



MBASK Sığorta Şirkəti İdarə Heyətinin sədri Cəmil Məlikov:

- Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatına artıq təsir göstərib. Yerli bankların kredit fəaliyyətində mövcud məhdudiyyətlər buna sübutdur. Hazırda yerli banklar həm istehlak, həm də sahibkar kreditləri verə bilmir. Hətta gələcəkdə banklar xarici kapital bazarlarından götürülmüş vəsaitlərin qaytarılması ilə bağlı problemlərlə də üzləşə bilərlər.

Kredit vəsaitlərinin artırılması imkanlarının olmaması təkcə bank sektoruna yox, vəsaitlərsiz işləyə bilməyən iqtisadiyyatın digər sahələrinə də təsir göstərəcək.

İctimai maliyyə üzrə monitorinq Mərkəzinin direktoru İnqilab Əhmədov:

- Biz dünya iqtisadiyyatına çox inteqrasiya etdikcə, belə çalxalanma və böhranlı anları daha güclü hiss edəcəyik. Nə üçün? Birincisi, bizim xaricdən idarə edilən kifayət qədər maliyyə vəsaitlərimiz var. Ölkənin Dövlət Neft Fondunun vəsaitlərindən başqa, Milli Bankın da təxminən belə böyük ehtiyatı var ki, onlar da xaricdən idarə edilir. Bu, maliyyə böhranlarının bizə daha çox risk gətirdiyi birinci məqamdır və biz buna çox ehtiyatla yanaşmalıyıq. İkinci məqam bizim sərmayə-cəlbedici ölkə olmağımızla bağlıdır. Buna görə də xaricdəki belə tərəddüd və maliyyə böhranları ilə risk edə bilmərik; bu, Azərbaycana gələn xarici şirkətlərin sərmayə axınını istər-istəməz dayandıracaq. Nəhayət, dünya maliyyə böhranı - bütün ölkələrdə iqtisadi artımın təbii azalmasıdır ki, bu da neft tələbatını azaldır, neftin qiymətini aşağı salır və bunu da biz bu gün görürük.

Biz neft hasil edən ölkəyik. Buna görə də, biz neftdən istifadə edən və bizdən neft alan əsas tərəfdaşlarımızın stabil iqtisadi artımında maraqlıyıq. Deməli, bu tərəfdən bizim artıq problemimiz var. Indi neftin bir barelinin qiyməti $90 civarındadır, bir neçə ay əvvəlsə, bu göstərici bir barel üçün $140 səviyyəsində olub. Belə nəticəyə gəlmək olur ki, Azərbaycana hər tərəfdən əngəllər yaranıb və biz ciddi itkiyə yol verə bilərik. Bu vəziyyətdə müsbət amil, Azərbaycanın dünya maliyyə institutlarına kapitalı, fond aktivləri və qiymətli kağızları ilə inteqrasiya etməməsidir. Əgər bu olsaydı, Rusiya kimi, birjaların bağlanmasına xidmət edərdi. Bizdə bu müşahidə edilmir, çünki bizim bazarın belə inkişaf etmiş seqmenti yoxdur.



Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin keçmiş rəhbəri Oqtay Haqverdiyev:

- Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatına, demək olar ki, təsir göstərməyəcək; ölkə dünyanın qiymətli kağızlar bazarında fəal iştirak etmir. İstisna xarici banklarda saxlanılan ölkənin valyuta ehtiyatları ola bilər və yalnız onlar iflasa uğraya bilərələr. Hətta bu halda da, Azərbaycan pullarını itirməyəcək, çünki onun vəsaitləri zəmanətlə qoyulub və sığorta edilib.



Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:

- Dünya maliyyə böhranı Azərbaycandan yan keçə bilməz. Çünki Azərbaycanın valyuta ehiyatları beynəlxalq səviyyədə tanınmış banklarda və maliyyə bazarlarında yerləşdirilərək, onların idarəçiliyinə verilib və qiymətli kağızlara yatırılıb. Təbii ki, bu proses Azərbaycanın kapitalına və idarə edilməsinə təsir göstərə bilər. Azərbycan bu prosesin aradan qaldırılması üçün əməkdaşlıq etdiyi maliyyə tərəfdaşlarının vəziyyətini diqqətlə izləməli və vaxtında çevik qərarlar qəbul etmək üçün vəziyyətin dinamikasını göstərən operativ məlumata malik olmalıdır.

Sahibkarlıq və bazar iqtisadiyatının inkişafına yardım Fondunun prezidenti, Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti (1992- 1993 - cü illər) Sabit Bağırov:

- Əlbəttə, dünya maliyyə böhranı Azərbaycandan yan keçməyəcək.Bundan, bank və sərmayə şirkətləri daxil olmaqla, əksər maliyyə strukturları zərər çəkəcək. Biz yadda saxlamalıyıq ki, Milli Bank və Dövlət Neft Fondunun idarə etdiyi vəsaitlər yüksəkreytinqli xarici baklarda yerləşdirilib. Lakin kimsə zəmanət verə bilməz ki, bu yüksəkreytinqli bank və maliyyə institutları böhranın nəticəsi ilə üzləşməyəcək. Indi likvidlik böhranı müşahidə edilməkdədir, mənə elə gəlir ki, bütün bunlar nəzərə alınmaqla, hökumətimiz, Dövlət Neft Fondu və Mərkəzi Bankın rəhbərliyi prosesləri diqqətlə izləməli və vaxtında qərarlar qəbul etməlidirlər.

Bu böhranla dünya bazarlarında neftin qiymətinin azalması da bağlıdır. Bütün bunlar cəm halında baş verir, neftin qiymətinin azalması isə, təbii olaraq, Azərbaycanın gəlirlərini azaldır.trend

BEYNƏLXALQ ƏFV TƏŞKILATI GÜNEY AZƏRBAYCAN MILLI FƏALLARINA QARŞI IŞGƏNCƏLƏRDƏN NIGARANDIR

BEYNƏLXALQ ƏFV TƏŞKILATI GÜNEY AZƏRBAYCAN MILLI FƏALLARINA QARŞI IŞGƏNCƏLƏRDƏN NIGARANDIR


DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən 20 sentyabr 2008-ci il tarixində Beynəlxalq Əfv Təşkilatı İranın Təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni Ejeyiyə məktub ünvanlayıb.

Məktubda deyilir ki son günlərdə İranın təhlükəsizlik məmurları Güney Azərbaycanın milli və mədəni haqlarını tələb edən fəallarını həbs edərək onlara qarşı ışgəncələr həyata keçirir. 10 sentyabr 2008-ci il tarixində Tehranda həbs edilən 20 nəfərin 9 nəfəri hələdə Tehranın Evin həbsxanasının 209-cu kamerasında saxlanırlar. Həbs olunanların ailələri yaxınları ilə heç bir görüş keçirmək imkanı verilməyib.

Beynəlxalq Əfv Təşkilatı milli fəalların işgəncə olduqlarından nigəranlığını bildirir. Bunlarla yanaşı Təbriz Universitetinin bir neçə tələbəsi iki aydan artıqdır ki, təhlükəsizlik orqanların təcridxanasında fiziki və ruhi işgəncələrə məruz qalmaqdadırlar.

Diqqətinizə çatdırırıq ki, həmin məktubun bir nüsxəsi İranın baş prokuroruna və Daxili İşlər nazirliyinə də göndərilib. dak