azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Eylül 2008 Pazartesi

Bernar Fasie: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq”

Bernar Fasie: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmamışıq”

Bakı. Tamara Qriqoryeva – APA. “Biz görürük ki, həm Azərbaycanda, həm Ermənistanda, həm Rusiyada, həm Amerikada, həm də Fransada vəziyyət çox ciddi şəkildə dəyişib. Bir müddət əvvəl Gürcüstanda baş verən hadisələr bir daha göstərdi ki, müharibə vəziyyətdən çıxış yolu deyil”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədrli Bernar Fasie Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

B. Fasie qeyd edib ki, Gürcüstanda baş verən son hadisələr Azərbaycan və Ermənistana da təsirsiz ötüşməyib: “İndi təsəvvür edin ki, münaqişə bu ölkələrin ərazisində baş versəydi, nə olardı...” Fransalı həmsədr hesab edir ki, baş verənlərdən sonra regionda hər kəs “ağlını başına yığmalıdır”. Türkiyə və Ermənistan arasında münasibətlərin istiləşməsinə toxunan diplomat bunu əhəmiyyətli tərpəniş adlandırıb. Onun fikrincə, bu dəyişikliklər prosesə müsbət təsir göstərəcək. B. Fasie ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə gələn həftənin sonlarında konstruktiv görüşlər keçirə biləcəklər: “Nyu-York görüşü uğurla alınsa, Azərbaycanda keçiriləcək seçkilərindən sonra – ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etməyə çalışacağıq”.

Amerikalı həmsədr Metyu Brayzanın ATƏT-in Minsk Qrupunun gələcəyi ilə bağlı dediklərinə münasibət bildirən B. Fasie qrupun təkcə ABŞ-dan ibarət olmadığını vurğulayıb: “Minsk Qrupu təkcə ABŞ demək deyil. Bu qrupa 10-dan çox ölkə daxildir. Əlbəttə, Rusiya ilə bağlı müəyyən çətinliklər var. Lakin bu, heç də o demək deyil ki, Minsk Qrupu fəaliyyətini davam etdirməyəcək”.
Qeyd edək ki, M. Brayza Gürcüstanda baş verənlərdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsinin mümkün olmadığını bildirib.

Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bir daha diqqətə çatdıran diplomat bunun Minsk Qrupunun fəaliyyətini davam etdirməsinin göstəricisi olduğunu deyib.

B. Fasie Türkiyənin danışıqlar prosesindəki roluna, əsasən də Ankaranın təklif etdiyi Qafqaz Sülh Platformasına da toxunub: “ATƏT-in Minsk Qrupunun üzvləri arasında Türkiyə də var. Hazırda Ankara İrəvanla münasibətləri qaydasına salmaq istəyir. Türkiyə hər zaman sülh danışıqlarına dəstək verib. Biz Ankaranın təklifini bir şans hesab edirik. Həmsədrlərin işinə yardım edəcək hər bir xoşməramlı addım alqışlanmalıdır. Ancaq dəstək vermək başqa, danışıqlar isə başqa şeydir”.

B. Fasie bir daha bəyan edib ki, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmayıblar. “Madrid təklifləri”nin nədən ibarət olması ilə bağlı məsələyə aydınlıq gətirən diplomat bu təkliflərin ATƏT-in Helsinki Xartiyasının üç prinsipi əsasında formalaşdırıldığını vurğulayıb: “Bunlar güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququdur. Ümumilikdə isə “Madrid sənədi” 14 komponentdən ibarətdir”.
APA

Hiç yorum yok: