Mahmud Əhmədinejad: “Qafqaz xalqları NATO və Qərbin qurbanına çevriliblər”
İran prezidenti BMT-ni gücsüzlükdə ittiham etdi
İran prezidenti Mahmud Əhmədinejad BMT-dəki çıxışı zamanı Qərbi İraq, Əfqanıstan və Fələstin xalqlarının problemində ittiham edib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Əhmədinejad Qafqazdakı son hadisələrdə də qərb ölkələrini, ilk növbədə ABŞ-ı günahlandırıb.
İran prezidenti bildirib ki, Qafqazda baş verən müharibə Qərbin provokasiyasının nəticəsidir: “Gürcüstan, Abxaziya və Cənubi Osetiya xalqları NATO-nun və bəzi qərb dövlətlərinin qurbanına çevriliblər”. O, İraqın hələ altı il əvvəl demokratik seçkilər keçirməsinə baxmayaraq işğalçı qüvvələrin oradan çıxmadığını vurğulayıb: “BMT təcavüz və aqressiya qarşısında gücsüzdür. NATO qüvvələrinin Əfqanıstana gəlməsi ilə narkotik maddə istehsalı iki dəfə artıb, terrorçuluq çiçəkləyib, insanlar hər gün terror aktlarında ölürlər”.
LENT.AZ
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder