azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ocak 2009 Cumartesi

فری گیت هنوز زنده است! موثرترین روش گذر از سد مخابرات ایران



همانگونه که در مطلب اخیر اشاره شد حدود یک هفته از مسدود شدن نرم افزار فری گیت بروی کاربران ایرانی اینترنت میگذرد. علی رغم ارائه نرم افزار دیگری بنام Gtunnel برای کمک به کاربران داخل کشور گویا متاسفانه سرعت این نرم افزار در حدی نیست که باری از دوش کاربران بردارد. از طرفی بدلیل شناسایی این نرم افزار به عنوان ویروس بدلیل عمل “تونلینگ” آن مشکل کاربران مضاعف گردید. نرم افزار اولترا سرف نیز متاسفانه به دلیل عدم پشتیبانی تکنولوژی آژاکس عملا در بسیاری از سایتها مثل فیس بوک و … فاقد کارآیی بوده و مشکلاتی چون عدم ساپورت باز کردن چند صفحه همزمان، سرعت پایین نسبت به فری گیت و هنگ کردن مداوم کاربران در چنگ رژیم سلطه را بیش از پیش نا امید نموده است.

اما خبر خوب این است که همین نرم افزار میتواند دم مسیحایی باشد برای زنده کردن فری گیت مرحوم!

برای درک بهتر موضوع بهتر است از آخر به اول بیاییم! فری گیت برای ایرانیان دیگر مرده است! چگونه؟ وقتی که کاربری از داخل ایران اقدام به استفاده از فری گیت میکند سرور مرکزی متوجه مراجعه وی از داخل ایران میگردد و دسترسی او را قطع میکند. نکته مهم همینجاست! فری گیت از کجا متوجه ایرانی بودن کاربر میشود؟ مطمئنآ میدانید که از روی آدرس IP او. اینجاست که بایستی چراغی در ذهن شما روشن شده باشد، بله، کافیست ما خود را با IP دیگری معرفی کنیم تا درهای بهشت بروی ما باز شود! اینجاست که اولترا سرف بکمک ما خواهد آمد.

پس از این توضیحات مختصر مستقیمآ میرویم سراغ روش کار یعنی روش استفاده همزمان از این دو نرم افزار که توسط همکاران داخل ایران آزاد تبریز تست شده و به شما تقدیم میگردد، مطابق روش زیر قدم بقدم این کار انجام میشود:

نکته مهم: این تنظیمات فقط یکبار برای همیشه انجام میشود.


۱- ابتدا آخرین نسخه نرم افزار های فری گیت و اولترا سرف را با حجم ۸۲۷kbyte با فرمت زیپ از اینجا دریافت نمایید. دقت کنید که آموزش های بعدی بر اساس این نسخه ها بوده و حتی در صورتی که این نرم افزار ها را در کامپیوتر خود دارید از این نسخه ها استفاده کنید.


۲- پس از دریافت فایل و خارج نمودن از حالت فشرده دو فایل خواهیم داشت، u.exe و fg679p151.exe ابتدا برنامه u.exe را اجرا کنید.

۳- پس از باز شدن اولترا سرف بر روی دگمه Option کلیک کنید. اگر صفحه اینترنت اکسپلورر باز شد آنرا ببندید. تنظیمات بایستی دقیقا مطابق شکل زیر باشد:



۴- حال بر روی Prox Settings در همین صفحه کلیک کنید، صفحه بعدی بایستی به این شکل تنظیم شود:



۵- حال تمامی صفحات باز شده را OK کنید.

۶- در خاتمه برنامه را ببندید و از بسته شدن آن مطمئن شوید.

۷- حال برنامه فری گیت را با کلیک روی fg679p151.exe اجرا کنید.

۸- در صورتی که صفحه زیر باز شد آنرا Ok کنید، همچنین اگر صفحه اینترنت اکسپلورر باز شد آنرا ببندید.






۹- حال تنظیمات برنامه را دقیقا مطابق شکل زیر انجام دهید:



۱۰-در صفحه Server بر روی گزینه Prox Settings کلیک کنید. تنظیمات را مطابق شکل زیر انجام دهید:



مطمئن شوید که تیک گزینه Do not show this dialog box again را برداشته اید.

۱۱- پس از انجام تغییرات دگمه Exit را بزنید. اگر با صفحه زیر روبرو شدید تنظیمات را مطابق شکل انجام دهید:



۱۲- بر روی Keep IE open کلیک کنید تا فری گیت بسته شود.توجه کنید که فایلی بنام fg.ini ایجاد خواهد شد که حاوی تنظیمات انجام شده است. آنرا بهیچوجه پاک نکنید وگرنه تمام تنظیمات را بایستی از ابتدا انجام دهید.

۱۳- حال مجددا اولترا سرف را اجرا کنید و منتظر آماده شدن آن باشید تا پیغام Successfully Connected to Server در قسمت پایین ظاهر شود.

۱۴- حال فری گیت را اجرا کنید، پس از OK کردن پیغام اول در صفحه ظاهر شده تنظیمات زیر را وارد کرده و OK کنید:




۱۵- حال از فری گیت لذت ببرید! مطابق معمول بر روی پورت ۸۵۸۰، روز آزادی نزدیک است!


این مطلب بمدت ۴۸ ساعت در صفحه اول سایت قرار خواهد گرفت، برای پرسشهای احتمالی از بخش نظرات استفاده کنید.

Güney Azərbaycan İstiqlal Partiyasının

Güney Azərbaycan İstiqlal Partiyasının

20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı

B Ə Y A N A T I

20 Yanvar 1990-cı il canları, qanları bahasına Azərbaycanı müstəqilliyə qovuşduran mübariz, əyilməz, məğrur azərbaycan xalqının qəhrəmanlıq günüdür. Bu tarixi gündə azərbaycan türkləri Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə, onların ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən ermənilərin məkrli siyasətinə və təcavüzkar hərəkətlərinə havadarlıq etmələrinə qarşı çıxaraq, öz azadlıq, müstəqillik istəklərini ortaya qoydu və bu yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın igid və qəhrəman övladları həmin günlərdə millətin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq sovet imperiyasının zirehli silahlarına qarşı üsyan etdilər, qanları bahasına mustəqilik tarixinin yeni səhifəsini yazmış oldular. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarından 19 il keçməsinə baxmayaraq hələ də millətimiz o gecəni xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

20 Yanvar cinayəti XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasına daxildir. Həmin gecə sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 nəfər (20-dən çox qadın, uşaq) şəhid edilmiş , 600-dən çox insan yaralanmışdı. Təəssüf ki, azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. 20 Yanvar hadisələri ilə bağlı 100 cildlik istintaq materialının 69 cildi guya araşdırılmaq məqsədilə Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılsa da, bu sənədlər bir daha geri qaytarılmayıb. Çünki, 20 Yanvar faciəsinin törədilməsində bilavasitə Kreml və M.Qorbaçov günahkardır.

Güney Azərbaycan İstiqlal Partiyası 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq bu faciə ilə bağlı dünyada yaşayan bütün azərbaycanlılara başsaglığı verir, bu faciəni Azərbaycan millətinə qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi hesab edir. Güney Azərbaycan İstiqlal Partiyası Azərbaycanın bağımsızlığının əbədi yaşaması üçün var gücüylə dövlətçiliyimizin keşiyində durmağı milli borcu hesab edir, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olmasında hər zaman Azərbaycan dövləti və millətinin yanında olduğunu bəyan edir.

Güney Azərbaycan İstiqlal Partiyası

Türkiyə hərbi çevriliş ərəfəsində

Türkiyə hərbi çevriliş ərəfəsində


Türk ordusunun komandanlığı generalların həbsinə qarşı çıxdı

İlkər Başbuğun və ordu komandanlarının xanımları həbs olunmuş generalın ailəsini ziyarət etdilər

Türkiyədə istefada olan generallar və hazırda orduda xidmət edən bəzi zabitlərin terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilməsi komandanlığın narahatlığına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 7-də yerli vaxtla saat 17.30-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. Baş Qərargah rəisi İlkər Başbuğun sədrliyi ilə 6,5 saat davam edən toplantıda Quru Qüvvələrinin komandanı İşıq Koşanər, Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlu və Jandarma Qüvvələrinin komandanı Atilla İşıq iştirak edib. Dəniz Qüvvələrinin komandanı Mətin Ataç paytaxtda olmadığı üçün görüşə qatılmayıb.
İclasa Baş Qərargahın hüquqşünas zabitləri də çağırılıb. Ordu komandanlığı terror təşkilatı quraraq hökuməti devirmək cəhdində ittiham olunan zabitlərin məsələsini müzakirə edib. Yığıncaqla bağlı rəsmi açıqlama verilməyib. Yığıncağın keçirildiyi saatlarda İ.Başbuğun xanımı Sevil Başbuğun təşəbbüsü ilə ordu komandanlarının xanımları həbs olunmuş Təhlükəsizlik Şurasının keçmiş katibi Tuncər Qılıncın evinə gedərək, onun həyat yoldaşı ilə görüşüblər.

İlkər Başbuğ Ərdoğan və Güllə görüşdü

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ dünən gözlənilmədən baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezident Abdulla Güllə ənənəvi həftəlik görüşə yollanan İ.Başbuğun avtomobili qəflətən yolunu dəyişərək baş nazirin iqamətgahına doğru yönəlib, daha sonra A.Güllə görüşüb. Eyni vaxtda daxili işlər naziri Bəşir Atalay prezident A.Güllə görüşə çağırılıb. Görüşlərin yanvarın 7-də aparılan hay-küylü həbslərlə bağlı olduğu şübhə doğurmur.

Tuncər Qılıncın vəkili də tutuldu

“Ergenekon”un 10-cu dalğasında həbs olunan Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, istefada plan general Tuncer Qılıncın vəkili Mustafa Hüseyn Buzoğlu da saxlanılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Buzoğlunun vəkili Həsən Gürbüz bildirib.

General Vəli Kiçik: “Türkiyənin ən dəyərli insanlarını həbs etdirənlər tarix qarşısında cavab verəcəklər”

“Dünən həyata keçirilən həbslər hamımızı ciddi şəkildə təəssüfləndirib. Bu hadisələr təkcə mənim deyil, burada olan insanların hamısının gözlərini doldurub”. APA-nın məlumatına görə, həbsdə olan türk generalı Vəli Kiçik “Ergenekon” işi ilə bağlı həyata keçirilən son həbslərə münasibətini belə açıqlayıb.
İşçi Partiyasının sədri Doğu Perincək də məhkəmədə çıxışı zamanı dünən həyata keçirilən həbslərə münasibət bildirib: “Türkiyədə iqtidarı qanunsuz olaraq mənimsəyənlər dövlət çevrilişini sona çatdırmaq məqsədilə bir çox hörmətli generalları, professorları, Türkiyənin fəxri baş prokurorunu həbs etmək fikrinə düşüblər. Bu həbslər ABŞ və İsrailin Türkiyə dövləti və ordusuna qarşı həyata keçirdiyi əməliyyatdır. Türkiyə Silahlı Qüvvələri öz generallarını düşmən ordusuna təslim edib”.

Baş Qərargah: “İlkər Başbuğ həbslərlə bağlı mövqeyini prezident və baş nazirə çatdırıb”

Türkiyənin müdafiə naziri Vecdi Könül son həbslərlə bağlı ondan icazə alınmadığını bildirib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə qurumun rəisi İlkər Başbuğun prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla planlaşdırılmayan görüşünə dair açıqlama yayıb.
Açıqlamada görüşlərin baş qərargah rəisinin tələbi ilə keçirildiyi, danışıqlarda son günlər ölkədə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıldığı bildirilir: “Baş qərargah rəisi keçirdiyi görüşlərdə xüsusilə dünən baş verən hadisələrlə bağlı fikir və mövqeyini baş nazir və prezidentə çatdırıb”.
1 saat 20 dəqiqə sürən Ərdoğan-Başbuğ görüşünə dair baş nazirin mətbuat xidməti də açıqlama yayıb, amma bir cümləlik: «Baş Qərargah rəisinin tələbi ilə keçirilən görüşdə gündəmdəki son gəlişmələr dəyərləndirilmişdir».

Nə baş verir?

Qeyd edək ki, yanvarın 7-də Türkiyədə Ali Məhkəmə və Baş Prokurorluq funksiyalarını yerinə yetirən, Yarğıtay adlanan məhkəmə instansiyasının fəxri baş prokuroru Sabih Kanadoğlunun, professor və jurnalist Yalçın Kiçiyin evlərində, İstanbulun ən məşhur ali məktəblərindən biri sayılan Yedditəpə Universitetinin rektoru, professor Bədrəddin Dalanın başçılıq etdiyi universitetdə və İstək Vəqfində (qeyri-hökumət təşkilatı) axtarış aparılıb. Həm adı çəkilən bu üç şəxs, həm də həbs olunan generallar və digərləri Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı kəskin müxalif mövqeləri ilə tanınırlar. Abdulla Gülün birinci dəfədən Böyük Millət Məclisində prezident seçilməsini məhz sabiq baş prokuror Sabih Kanadoğlu əngəlləmişdi. Onun müraciəti əsasında Konstitusiya Məhkəməsi prezidentin parlamentdə seçilməsi üçün 367 səs gərəkdiyinə dair qərar vermişdi. Yəni son həbslər artıq hüquqi araşdırma müstəvisindən çıxaraq, siyasi hesablaşma təəssüratı doğurur və böyük ehtimalla cəmiyyətdə bir partiyanın hakimiyyətinin möhkəmlənməsinə xidmət edir.
Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının son açıqlama həbslərlə razı olmadığını əyani şəkildə ortaya qoyur. İ.Başbuğun xanımının həbs olunan generalın evinə gedib xanımı ilə görüşməsi də türk ordusunun son həbslərlə razılaşmadığını göstərir. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Türkiyədə siyasi böhran dərinləşə bilər. Təbii ki, bu sırada ordunun çevriliş etməsi də istisna olunmur.

Siyasət şöbəsi

ABŞ-la Gürcüstan arasında strateji əməkdaşlıq xartiyası imzalandı

ABŞ-la Gürcüstan arasında strateji əməkdaşlıq xartiyası imzalandı


Kondaliza Rays: “Gürcüstan əmin olmalıdır ki, onun Birləşmiş Ştatların simasında dostu var”

Vaşinqtonda, Amerika və Gürcüstan arasında strateji əməkdaşlıq xartiyası imzalanıb. Sənədə Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays və Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze imza atıblar.
Qeyd edək ki, Gürcüstan ilk dəfədir hər hansı dövlətlə bu tipli müqavilə imzalayır. Sənəddə Ağ evin Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasını və gürcü ordusunun modernləşdirilməsini öz üzərinə götürdüyü bildirilir.
“Amerika Birləşmiş Ştatları həmşə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək. Gürcüstan əmin olmalıdır ki, onun Birləşmiş Ştatların simasında dostu var” – deyə ABŞ-ın dövlət katibi Kondaliza Rays bildirib.
Gürcüstanin xarici ışlər naziri Qriqol Vaşadze isə “Bu bizim millət üçün böyük tarixi gündür. İmzalanmış sənəd Amerika Birləşmiş Ştatları və Gürcüstanın yaxın əməkdaşlığının bariz nümunəsidir ” - deyib.

Fars şovinistlərinin növbəti həyasızlığı

Fars şovinistlərinin növbəti həyasızlığı

Rejim Xudafərin bölgəsində tapılan tarixi-mədəniyyət abidələrini oğurlayıbFars şovinist rejimi Güney Azərbaycan tarixini saxtalaşdırmaqda və mədəniyyət abidələrimizi oğurlamaqda davam edir . Belə ki, bir müddət öncə Xudafərin bölgəsində tarixi araşdırma aparılıb və yaxın aylarda bunun "nəticələri"ni özündə əks etdirən kitab da buraxılacaq. Yeni nəşr olunacaq kitabda bölgənin tarixi saxtalaşdırılmış şəkildə təqdim olunacaq. Yəni bölgənin farslara mənsub olduğu müxtəlif yalan tədqiqat materiallarıyla orada öz əksini tapacaq. Halbuki bölgədə tapılan tarixi-mədəniyyət abidələrinin əksəriyyəti Kür-Araz mədəniyyətinə aiddir. İranın Mədəni Abidələri Qoruma İdarəsinin məsul şəxslərinin verdiyi məlumata görə, artıq eksponatların hamısı yoxa çıxıb. Fars şovinistləri qazıntı işləri zamanı Azərbaycan türklərinə məxsus tarixi-mədəniyyət abidələrini oğurlayaraq Tehrana göndərib. Hazırda onların harada saxlanıldığı və sonrakı taleyinin necə olacağı barədə heç bir məlumat yoxdur. Bu eksponatların da qaçaq yollarla İrandan çıxarıldığı ehtimal olunur. Xatırladaq ki, buna oxşar hadisələr əvvəllər də baş verib. Güney Azərbaycan ərazisində tapılan tarixi-mədəniyyət abidələri illər ötdükdən sonra Avopa muzeylərində ortaya çıxıb və ya şəxsi kolleksiyalarda hərraca çıxarılıb.gaip

QƏZVİNİN İCRA BAŞÇISININ "ETİRAZ" MƏDHİYYƏSİ

QƏZVİNİN İCRA BAŞÇISININ "ETİRAZ" MƏDHİYYƏSİ


Güney Azərbaycan valilərinin bölgələrdəki çatışmazlıqları açıq bildirməyə cəsarətləri çatmır


S.SOLTAN


Tehran hakimiyyətinin Güney Azərbaycan əyalətlərinə verdiyi vədlərin boş olduğu zaman-zaman təsdiqlənir. Bir müddət öncə İran prezidenti Mahmud Əhmədinijat Azərbaycanın Qəzvin bölgəsinə səfəri zamanı əyalətin inkişafı üçün proqramın mövcudluğunu bəyan etmişdi. Amma ötən bu müddət ərzində həmin plan yerinə yetirilməyib.
İslam Respublikası rəsmilərinin boş vədləri qarşılığında Qəzvin əyaləti bütün çətinliklərə baxmayaraq, İranın inkişafından ötrü bir sıra sahələrdə öhdəsinə düşənlərə əməl edir. Əyalətin bağçılıq üzrə aparcı mütəxəssislərindən biri, Əli Əkbəri İRNA agentliyinə müsahibəsində bildirib ki, Qəzvində 1.600 ha sahədə fındıq əkilir. Bu ərazidən orta məhsuldarlıq bir hektardan 1.200 kq olub. Belə göstərici ilə o, ölkə üzrə yalnız Gilan əyalətindən geri qalaraq ikinci yeri tutur.
Onun sözlərinə görə, fındığın tərkibində 60 faiz yağ, 30 faiz fosfor, habelə zülal, şəkər və başqa mikroelementlər, vitaminlər var. Qeyd edək ki, Gilan, Qəzvin, Mazandaran, Ərdəbil, Zəncan və Qum ölkədə fındıq istehsal edən əsas əyalətlərdir. Bununla belə Qəzvində bu sahənin inkişaf etdirilməsi üçün şərait yaradılmır. Halbuki hökumət başçısı əyalətdə meyvə bazalarının yaradılacağını da vurğulamışdı.
İş o yerə çatıb ki, Qəzvindəki vəziyyət yerli hakimiyyətin də narahatlığına səbəb olub. "Baybak"ın məlumatına görə, əyalətin icra başçısı Ələkbər Tahai ehtiyatla M.Əhmədinijata bölgədəki duruma dair məktubla müraciət edib. Başçının məktubunda İran hakimiyyətinin Qəzvinlə bağlı verdiyi vədlərin "hamısını yerinə yetirməsi"ni vurğulaması həmin ehtiyatlılıqdan xəbər verir.
Mənbənin yaydığı məlumata görə, Tahai məktubunda İslam Respublikası hakimiyyətinə "dua" edərək "Qəzvin əyalətinə göstərilən sonsuz diqqəti" alqışlayıb. Ancaq həmin müraciətə nəzər saldıqda vəziyyətin fərqli olduğunu görürük.
"Məktəblərə ayrılan pullar yetərlidir. Həmin maliyyə vəsaitini verməklə hökumət sözünə əməl edib. Ancaq məktəblərimizin vəziyyəti dəyişməyib. Biz ayrılmış pulun rayona verilməsini istərdik.
Əlborz adlı şəhərin 200 min əhalisi var. Amma oradakı xəstəxana problemi hələ də aradan qaldırılmayıb. Hökumət bu şəhərə lazımi marağı göstərsə də, lütfən, ayrılmış maliyyə yardımını çox gecikdirməyin.
Allah şahiddir ki, bölgəmizdə su və elektrik enerjisi problemimiz yoxdur. Buna görə hökumətə borcluyuq. Ancaq, lütfən, əyalətdə su və elektrik enerjisi probleminin çözülməsi üçün ən azı bir su anbarının tikilməsi əmrini verin. Əkinçilər və əhali susuzluqdan əziyyət çəkir.
Bölgəmizin yolları standartlara uyğundur. Ancaq şəhərlərimizin bir çoxuna və kəndlərimizə asfalt yollar hələ də salınmayıb...", - deyə icra başçısı Mahmud Əmədinijata Qəzvinin sosial durumunu anlatmağa çalışıb.
Yazımızın əvvəlində Qəzvinin İran üçün yalnız bir sahədə verdiyi xeyirdən yazdıq. Onu da yada salmaq lazımdır ki, bu əyalətin eyniadlı mərkəzi şəhəri İranın düz ortasındadır və bir çox cəhətdən ölkə üçün önəmlidir. Belə bir bölgəyə başçılıq edən Ə.Tahainin mövcud çatışmazlığı qorxa-qorxa, öz-özünü təkzib etməklə hökumət başçısına çatdırması Azərbaycan əyalətləri icra başçılarının həqiqəti Tehrana açıqcasına deməkdən çəkinməsinə, yaltaqlıq, ikiüzlülük etmədən söyləyə bilməməsinə dair sübutdur. Bu baxımdan nə qədər təzadlı da olsa, Ə.Tahainin məktubunu "etiraz mədhiyyəsi" də adlandırmaq olar.ayna

Obama: “İran ABŞ üçün bir təhlükədir”

Obama: “İran ABŞ üçün bir təhlükədir”


ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama İranla bağlı mövqeyini açıqlayıb.

Lent.az-ın məlumatına görə, Obama jurnalistlərin bu məsələ ilə bağlı sualını belə cavablandırıb: “İran həqiqətən bir təhlükədir, ancaq problemin diplomatik yolla həllinə üstünlük verirəm. Seçki kampaniyasında İranın ABŞ-ın təhlükəsizliyini təhdid etdiyini demişdim. Təhlükəsizlik baxımından məqsədə çatmaq üçün diplomatik danışıqlara üstünlük verilməsinin vacib olduğunu da vurğulamışdım. Bu, mənim xarici siyasətdə mövqeyimi əks etdirir”.

Obama ABŞ-ın rəsmi Tehranla əlaqədar həyata keçirəcəyi siyasət barədə əlavə məlumat verməyib. “ABŞ-ın hazırkı prezidenti Corc Buşdur”, - deyə Barak Obama əlavə edib.

LENT.AZ

"Vankuverli qadın İran azərbaycanlılarının irqçiliyə məruz qaldıqlarını ifşa etməklə həyatı ilə risk edir"

"Vankuverli qadın İran azərbaycanlılarının irqçiliyə məruz qaldıqlarını ifşa etməklə həyatı ilə risk edir"

Kanadanın “The Vancouver Sun” qəzetində Faxtə Zamani adlı Cənubi Azərbaycanlı qadın barəsində yazılan məqalə belə adlanır
"Vankuverli qadın İran azərbaycanlılarının irqçiliyə məruz qaldıqlarını ifşa etməklə həyatı ilə risk edir". Kanadanın British Columbia əyalətinin ən böyük gündəlik qəzeti “The Vancouver Sun” qəzetinin 2009-cu il 3 yanvar tarixli nömrəsində müəllif Tara Karmanın Faxtə Zamani adlı Cənubi Azərbaycanlı qadın barəsində yazdığı məqalə belə adlanır. Məqaləni olduğu kimi təqdim edirik:

"Vankuverli Faxtə Zamani, İranda farsca yerinə öz dilləri, Azərbaycan türkcəsini işlətmə haqqını istədiyinə görə işgəncəyə məruz qalan, öldürülən onlarla etirazçının haqlarını müdafiə edən hüquq müdafiəçisidir. Şəkilin ortasındakı etirazçının üzünə İran polisi tərəfindən atəş açılıb.

Faxtə Zamaninin gözlərində İranlı aktivist Vəhid Davərpənahı İtaliyanın Turin şəhəri küçələrində gəzdirdiyini xatırladığı zaman, qəribə bir baxış var. O Zamanidən ətrafdakı binalar haqqında danışmasını istədiyində Zamani binaları anlatmaq üçün lazım olan kəlmələri tapa bilməmişdi, o mənzərələrin, Vəhidin öz ölkəsində görə bildiyi mənzərələr ilə heç bir oxşarlığı yoxuydu. Vəhid öz gözləri ilə o binaları görə bilməzdi. İran polisinin silahlarından onun bədəninə dəyən 90 qəlpə Vəhidin gözlərini kor etmişdi.

Onun günahı dövlət qəzetində nəşr edilən və onun millətini – İran azərbaycanlılarını – hamamböcəyinə bənzədən karikaturaya etiraz etməsi idi. O vaxt Davərpənah 20 yaşına yeni girmiş bir gənc idi və heç bir silahı yox idi.

Zamani, Vəhiddən, "bu işi yenə də görərsənmi", deyə soruşanda, “o mənim yaşamımın ən gözəl günü idi, biz birinci dəfə olaraq küçəyə çıxıb haqlarımızı istəyə bilmişdik,” deyə cavab vermişdi.

2006-cı il may etirazlarından sonra Vəhid müalicə üçün İtaliyaya qaçdı. İran səfirliyinin məmurları onu axtarmaq üçün xəstəxanaya gəldiklərində, o İsveçrəyə qaçdı, orada mühacir statusu almaq üçün verdiyi ərizə hələ də cavabsız qalıb. Vəhid hüquqi bir statusu olmadan mənzilini tərk etməsi təhlükəli, gözləri görməyən yalnız birisi kimi o ölkədə yaşayır.

İran Azərbaycanlıları türk etnikindən olub və Mərkəzi Kəşfiyyat İdarəsinin Factbookuna görə (Ölkələr haqqında məlumat) 66 milyonluq İran əhalisinin təqribən dörddə birini təşkil edirlər. Farslar əhalinin ancaq yarısıdırlar və qalan 25 faiz isə kürd, ərəb və türk (Azərbaycanlı olmayan türklər red.) kimi başqa azlıqlardır. İran azərbaycanlıları İranın şimal qərbində, Azərbaycan, Ermənistan və Türkiyə ölkələri ilə sərhəd bölgədə yaşayırlar. Azərbaycanlılar bir çox iranlılar kimi şiədirlər, ancaq onlar farsca yerinə Azərbaycan türkcəsində danışırlar.

Artıq Zamaninin bütün yaşamı azərbaycanlılar və İrandakı başqa azlıqların ağır durumları ilə maraqlanmaqdır. O, şəhər mərkəzində olan mənzilindən İrandakı əlaqə şəbəkəsi ilə təmas qurur. Onlar – özlərini təhlükəyə ataraq – azərbaycanlı aktivistlərin, dil haqlarını istədikləri üçün İran polisi tərəfindən həbs və işgəncə edilmələri və ya öldürülmələri ilə bağlı xəbərləri Zamaniyə ötürürlər. Onlar hər zaman “İranı yıxmaq istəyən separatçı” olaraq ittiham edilirlər. Özü də İran azərbaycanlısı olan Zamani onların xəbərlərini qeydə alıb və tərcümə etdikdən sonra Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) Londondakı ofisinə göndərir və Amnesty International olaylar haqqında bəyanat yayır. O, bundan başqa Vankuverdə Azərbaycan Siyasi MəhbuslarınI Müdafiə Əncüməni, ADAPP, adında gəlirsiz bir təşkilat formalaşdırıb və onun pul ehtiyaclarının böyük qismını özü qarşılayır.

Zamani İranda böyüyən hər bir azərbaycanlı kimi bəzi ayrı-seçkiliklər yaşadığını deyir. Ancaq Zamaninin cəmiyyətdə tanınmış ailəsi onu ayrı-seçkiliklərin ən pisindən qoruyurdu. O, Azərbaycanın ən böyük şəhəri olan Təbrizdə böyüyüb. Ata tərəfi nəsillərdən bəri torpaq sahibi idilər, ancaq İranın 1979-cu il inqilabından sonra onların torpaqlarına və sərvətlərinə əl qoyulub, evləri tamamən yandırılıb, atası isə həbs edilib və edamla təhdid edilib.

Məktəbdə Zamani və onun sınıf yoldaşları Azərbaycanlı olub və çoxunun danışdığı dil sadəcə Azərbaycan dili olmasına baxmayaraq, farsca danışmağa məcbur edilirDİlər. İnqilabdan sonra hökumət azlıq dillər və mədəniyyətləri qorumaq üçün konstitusiyaya dəyişiklik etdi, ancaq heç zaman icra olunmadı. Zamani sinif yoldaşlarının ana dillərində danışdıqları üçün cəzalanaraq döyüldüklərini xatırlayaraq deyir.
“Bir hekayə var dostlarımızın birinin uşağı barədə; o xərcliyini toplayıb və onu müəlliminə verərək demişdi, bu 20 dənə Azərbaycan kəlməsi qədərdir, bu cəriməni öncədən nəğd sənə verdiyim üçün mən onları danışa bilərəm” deyə xatırlayır Zamani.

Bir çox İran azərbaycanlısı xəyal qırıqlığına uğrayıb dərsi buraxırdılar, bu məsələ isə daha sonralar onların yaşamaq üçün seçimlərini azaldırdı və bəziləri öz etniklərindən utanmış olurdular, deyə Zamani xatırlayır.
“Eşşək və hamam böcəyi adlandırmaq kimi təhqiredici "joke"lar (zarafat) söyləyib və təhqiredici şeylər çap etmək, artıq İran mədəniyyətinin bir parçası olub. Onlar joke deyir və sən “bunlar təhqiredicidir”, desən, dönüb “Sən xoşa gələn (cool) deyilsən, Sən niyə zarafatdan anlamırsan?’ deyəcəklər”.

Zamani orta məktəbi bitirdikdən sonra Ankaraya gedib. O orada gələcək həyat yoldaşı Şəhruz Torfəx ilə tanış olub. İran Azərbaycanlısı olan Şəhruz Torfəx orta məktəbdə oxuyarkən qadağan olunmuş kitablar saxladığı üçün həbs edilib, daha sonra Danimarkaya qaçmışdı. O sonralar Kanadada sığınacaq almışdı. Zamani, indiki fəaliyyətlərinin səbəblərindən biri kimi həyat yoldaşının yaşadıqları olduğunu deyir.

“Həyat yoldaşım mənə həbsdə olduğu vaxtları anlatdı. Sadəcə kitab saxlamaq üçün, onun bütün qabırğaları əzilmiş və beli kəsilmişdi”.

Zamani həyat yoldaşına qoşulmaq üçün Ottavaya gedib. O, riyaziyyatdan aldığı yüksək balla Ottava universitetinə qəbul olub, topladığı yüksək bal isə ona dövlət hesabına oxumağa imkan verib. Kanadaya gələdən ingiliscə bilmədiyinə baxmayaraq, fizika və sonra mikrodalğalar bölümündə ixtisasını bitirib və bir professor ilə British Columbia universitetində fövqəladə hazırlıq dərəcəsi layihəsini çalışmaq üçün Vankuverə köçüb.

Ancaq yeni şəhərdə yerləşməyə başlayınca, o İranda neçə azərbaycanlı yeniyetmə gəncin həbsə düşdüyünü eşidib. “Onlardan biri bir illik universitet tələbəsi idi. Onun saxlandığı həbsxana həyat yoldaşımın yeniyetmə gənc ikən saxlandığı ilə eyni idi. O, memarlıq oxuyurdu və mənim həyat yoldaşım isə bir memardır. Belə düşündüm ki, o zaman həyat yoldaşımın orada olub və bir uşaq kimi əzab çəkdiyi anlarda başqalarının onun üçün nələr etmələrini bilmək istərdim? Buna görə də o məhbuslara yardım etməyə fikirləşdim. Zəng etdiyimdə bəzi gənclərin aylarca yoxa çıxmalarını eşitmək məni heyrətləndirdi”.

“Mən yardım almaq üçün İran insan haqları müdafiəçi qruplarını tapmağa çalışsam da onların əsasən bu işdə maraqsız olduqlarını gördüyümə təəccübləndim”.

Zamani universitet çalışmalarının nəzarətçisi olan professora “mən toplumum üçün bir işlər görmək üçün bir həftəliyə gedirəm”, dedi. O bu məsələ ilə maraqlanan insan haqları cəmiyyətlərini axtarırdı. Tanınmış beynəlxalq bir qrupun məsullarından biri, həbsə alınmış şəxsin ailəsi ilə əlaqə qurmaq istəsə, bu İranın rəsmi dili, farsca ilə olmalıdır deyə Zamaniyə bildirib. Beynəlxalq Əfv Təşkilatı daha anlayışlı idi. Onların təmsilçisi Zamaniyə, olayı sənədləşdirib və onlara tərcümə etməsi şərti ilə məhbuslar haqqında bəyanat verəcəklərini bildirmişdi.

Sonra 2006-cı il mayın 12-də, Hamamböcəyi Karikaturası İranın milli qəzetində yayıldı və minlərlə azərbaycanlı küçələrə töküldü. Əsasən silahsız olan etirazçılar polis vasitəsiylə amansızcasına yatırıldılar. 2007-ci ildə Beynəlxalq Əfv Təşkilatı, İranla bağlı insan haqları məruzəsində, “minlər olmasa da yüzlər nəfər həbs edildi və bir çox qaynaqlara görə polis vasitəsi ilə öldürüldü”, şəklində olayları dəyərləndirib.

Zamani həbsə alınmış aktivistlərin ailələrinin yardım tələbləri çoxalınca nə edəcəyini bilmirdi. O, telefon vasitəsi ilə ailələrlə əlaqəyə keçdi, amma gizli servis tanınmış aktivistlərin telefon danışıqlarını qeyd edirdi və bu onları internetlə yazışmağa məcbur etdi.

“Belə dəvam etdikcə biz bir az tanındıq və mən bəzilərinin mənimlə danışdıqları üçün həbsə alınmalarına dair məlumatlar almağa başladım. Öncə İran hökumətinin mənim adımı məhkəmə hökmlərində yazacağına inanmadım. Mən onlardan (aktivistlərdən) məhkəmə hökmünü scan edib mənə göndərmələrini rica etdim. Sonra biz internet vasitəsiylə əlaqəyə keçdik və mən adımı məhkəmə hökmlərində gördüm, məsələn “Faxtə Zamani ilə danışmağa görə”.

Buraya qədər, Zamani ilə danışmaqla ilə ittiham edilən aktivistlər 6 ay həbsə məhkum edilmişlər. Bəzilərinə işgəncə edilib, deyir Zamani, amma bu məlumatları yayılmayanların işgəncə olduqları qədər deyil.

Zamani peyk vasitəsi ilə İranda yayımlanan TV və radiolara çıxıb azlıqların haqlarını qoeuduğu zaman ölüm təhdidləri almağa başladı. Onun ata-anası İranda yaşayır və İranın gizli servis məmurları tərəfindən mütəmadi olaraq sorğu-suala çəkilirlər. Zamani deyir ki, atası o məmurlara deyir ki, qızlarının üstündə nəzarətləri yoxdur və o etdikləri ilə bağlı onları dinləmir. Hökumət orqanları onların torpaqları, evləri və sərvətlərinə onsuz da daha öncələr əl qoyub.

“Onlar bir növ güvəndədirlər” gərgin bir gülüşlə Zamani deyir. “Onların canlarından başqa uduzmağa çox şeyləri qalmayıb. … Telefonda onlara məni qorxutmağın mümkün olmadığını dedim”.

Zamani bu işdə beynəlxalq şöhrətindən faydalanır. O, 2008-ci ilin mart ayında Amerika Konqresində İran üzrə işçi qrupu ilə danışıq aparmaq üçün çağrılıb. Bu görüşü təşkil edən İnsan Haqları üçün Liderlik Şurasından (the Leadership Council for Human Rights) Kütrin Kameron Porter Zamaninin danışığı haqqında belə deyir; "O İrandakı azlıqlardan danışmağa başlayanda başqa iranlılar onu sıxışdırmağa, danışığını kəsməyə və demək olar ki, ona fiziki hücum etməyə başladılar".
Baxmayaraq ki, Vankuver polisi onun əleyhinə olan təhdidləri qaldırmaqla birlikdə onu qorumaq üçün ciddi olaraq çalışıb, ancaq Zamani həmişə keşikdə olduğunu deyir.

“Mən həmişə nigaranam. …sadə şeylər sənin yaşamında dəyişir. Mən uçmağı və səyahəti səbirsizliklə gözlərdim, ancaq mən səyahət öncəsi rahatsız oluram … özəlliklə Konqresdə təhdid edildikdən sonra , bu nigarançılıq təhdidin haradan gəldiyini bilmədiyim üçündür”.

“Mən səhərləri qaçmaq üçün küçəyə çıxardım. İlk təhdid telefonu aldıqdan sonra daha çıxmadım”.

“Etdiyim çox sadə işləri, daha etmirəm”./ANS PRESS/

TEHRANIN AZƏRBAYCANDA "HİCAB LAYİHƏSİ"

TEHRANIN AZƏRBAYCANDA "HİCAB LAYİHƏSİ"


Kəndində məktəb binası olmayan, 15 milyon gənci tənha yaşayan bir ölkədə buna ehtiyac varmı?


S.SƏDRƏDDİN


Bu yaxınlarda İnternet səhifələrində Qərbi Azərbaycan əyalətindəki kəndlərdən birində orta məktəbin olmaması haqda video-görüntü yayılmışdı. Orada məktəb yaşlı uşaqların kəndin ortasında boş-boş dolanıb oynaması göstərilirdi. Filmdə kənd sakini bildirir ki, orada bir məktəb var və o da 7 ildir müəllim yoxluğundan istifadəsiz qalıb. Məktəb binası mal-qara tövləsinə çevrilib.
Kəndlilər bu təhsil ocağının boş qalmasından və xarabalığa çevrilməsindən şikayətlənir, havalar soyuyandan sonra 6 ay kəndin yollarının bağlandığını, bununla da onların ətraf aləmlə əlaqələrinin kəsildiyini söyləyirdilər. Əhali İran hakimiyyətinə müraciət edərək onları bu ağır durumdan qurtarmağa çağırır. Amma ötən bu müddət ərzində həmin kəndin mövcud problemi həll edilməmiş qalmaqdadır.
Həmin film yayıldıqdan sonra Tehran hakimiyyəti bu bölgədə məktəb binası ilə bağlı problemi həll etməkdənsə, orada "hicab layihəsi" həyata keçirmək qərarına gəlib.
"Azadtribun"un məlumatına əsasən, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindəki 10 məktəbdə "Reyhanə əl-Nəbi" adlı "Hicab layihəsi" gerçəkləşdiriləcək. Layihənin əlaqələndiricisi, höccətülislam İbrahimpurun verdiyi xəbərə görə, hicab üzrə 20 mütəxəssis "tələbə-bacı"ların arasından seçilib. Onlar hakimiyyətin tərtib etdiyi qaydaya uyğun formada din, mədəniyyət, incəsənət və idman sahəsində hicabın əhəmiyyətini şagirdlərə öyrədəcəklər.
Hakimiyyət Qərbi Azərbaycan ərazisində bu layihənin tətbiq dairəsini genişləndirərək Urmiya şəhərindən başqa kəndlərdə də təbliğ ediləcəyinə boyun olub.
Maraqlıdır, Tehran hakimiyyəti məktəb binası olmayan kəndlərdə "hicab qaydaları"nı necə təbliğ edəcək? Yoxsa maliyyə böhranını bəhanə gətirən İslam Respublikasının rəhbərliyi əlavə vəsait tapıb? Ancaq məsələyə belə sadəlövhcəsinə yanaşmaq da düzgün deyil. Əslində Tehran bu sayaq layihələrlə Azərbaycan əyalətlərində sosial-siyasi durumu öyrənir. Başqa sözlə, həm də vəziyyətdən narazıların "ov"una çıxıb.
İngiltərədə çıxan "Qardian" qəzeti də İranda aparılmış maraqlı araşdırmaya diqqəti çəkib. Həmin yazıya görə, İran gənclər təşkilatı başçısının müavini Əliəkbər İsarniya jurnalistlərə açıqlamasında hər dörd gənc oğlan və qızın nikahdankənar cinsi əlaqədə olduğunu, qanunsuz cinsi əlaqədə olan qızlardan 13 faizinin abort etdirmək məcburiyyətində qaldığını bildirib.
İsarniyanın dediyinə görə, gənclər arasında ailə həyatı qurmaq yaşının artması ata-anaların və cəmiyyətin ciddi narahatlığına səbəb olub. "Oğlanlar arasında evlənmək yaş həddi 40-ı keçib, qızlarda isə 35 yaşa çatıb. Hazırda ölkədə 15 milyon gənc tənha yaşayır" deyən təmsilçi evlənmə yaşının artmasının xoşagəlməz nəticələrə gətirib çıxaracağını vurğulayıb: "Hər il subayların sayına 1,5 milyon nəfər əlavə olunur".
Həmin araşdırmada daha sonra bildirilib ki, 29-dan yuxarı yaşda olan 7 milyon tənha gəncə dini təşkilatlar və ya hakimiyyətin nüfuzlu qurumları nikaha girməyi məsləhət görür.
Güney Azərbaycan gəncləri üçün yaradılmış problemlərdən biri də geyimlə bağlıdır. "Azadlıq" radiosu "Vaşinqton tayms" qəzetinə istinad edərək bildirib ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hakimiyyəti başqa sosial işlərlə məşğul olmaqdadır. Bunlardan biri əhalinin geyimidir.
Bu yaxınlarda İran polisi 50-yə qədər vətəndaşı qərblilər kimi geyindikləri üçün həbs edib. Qaimşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin dili ilə desək, "polis küçəyə şeytan görkəmində çıxan, yaramaz paltar geyinən dələduzları tutub". Polis rəisi bildirib ki, "İranın və islamın düşmənləri" gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışır.
Xəbərdə bildirilib ki, ötən il də İranda qadınlara uzunboğaz çəkmə geymək yasaqlanmışdı. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlədəcəkləri halda geyinə bilərlər. Bundan başqa şalvar çəkməni topuğa qədər örtməlidir, əks təqdirdə qadının bədən forması görünər, "bu isə islama uyğun deyil".
Bu yaxınlarda 24 yaşlı bir qız ağ rəngli palto geyindiyinə görə tutulub. "Əxlaq polisi" adlandırılan qurumda ona paltosunun rənginin "qaydalar"a uyğun olmadığını söyləyiblər.
24 yaşlı Neda adlı gənc qız "Azadlıq" radiosuna müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. "Vaşinqton tayms" qəzetindəki məqalə müəllifi kimi, respondent də İslam Respublikasının polislərinə belə bir sualla müraciət edib: "İran polisinin doğrudanmı geyimdən başqa bir işi yoxdur?"
İranda geyim xofu təzə hal deyil. 1979-cu il fevral inqilabından sonra bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcbur edilirlər. Kişilərə isə Qərbdəki həmcinsləri təki köynək geymək, saç kəsdirmək yasaqdır. Bu baxımdan "hicab" adlı qaydalar ölkədə həmişə gərginlik yaranmasına səbəb olub. Çünki bu qaydalara əməl etməmək "hakimiyyətə, rejimə tabe olmamaq" kimi dəyərləndirilir.
Ötən ayın sonunda gənclər "Tələbə günü"nü qeyd ediblər. 50 il öncə tələbələr İranda şaha etiraz yürüşü keçirmişdilər. Onların bu aksiyasını o zaman şah polislər vasitəsi ilə dağıtmışdı. Amma indiki hakimiyyət də gənclərin etiraz çıxışını polisin gücü ilə dağıtmağa çalışıb. Amma bir neçə min tələbə "Diktatora ölüm!", "İrana demokratiya, beynəlxalq sülh!" şüarları səsləndirib. Bu isə ölkənin ali rəhbəri ayətulla Xamneyinin Tehran Universitetinə səfərinin təxirə salınmasına səbəb olub.
Təhlilçilərə görə, neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsiri, o biri yandan isə gənclərin etiraz çıxışları, iqtisadi sanksiyalar, beynəlxalq aləmdən təcrid siyasəti İslam Respublikasının durumunu ağırlaşdırmaqdadır...
Belə bir vəziyyətdə İslam Respublikası hakimiyyətinə kimsə yardım edə bilməz. Ancaq belə bir vaxtda əhalinin geyiminə müdaxilə, yaxud ona qarşı mübarizə gülünc görünür. "Vaşinqton tayms"ın yazdığına görə, bunu ölkə rəhbərliyinin əhalinin diqqətini mövcud problemlərdən başqa istiqamətə yönəltmək məqsədi güddüyü kimi dəyərləndirmək olar: "Albert Eynşteyn axmaqlıq barədə belə deyirdi: "Axmaqlıq bir işi təkrar-təkrar etmək və hər dəfə də fərqli nəticə gözləməkdir", - deyə qəzetdəki məqalənin müəllifi yazıb.
Bax belə. Tehran hakimiyyəti üçün "hicab qaydaları"na əməl etməklə bağlı layihələrin gerçəkləşdirilməsi "Amerikaya ölüm!", "İsrailə ölüm!" siyasi-ideoloji şüarlar qədər vacibdir. Bu səbəbdən də rejim geyim məsələsinə dair kampaniyalara daha çox önəm verir. Başqa sözlə, qadınların baş örtüyünü atması, yaxud kişilərin qərblilər kimi geyinməsi, saçını kəsdirməsi bu hakimiyyətin getməsinə barəbər tutulur. Bu səbəbdən də hakimiyyət bir işi "təkrar-təkrar" gerçəkləşdirir... .ayna

"Türkiyədə ordunu gözdən salırlar"

"Türkiyədə ordunu gözdən salırlar"

Qabil Hüseynli: "Qüvvələr nisbətində isə kəskin dəyişiklik hələ ki AKP-nin xeyrinədir"

"Ergenekon" işi ilə bağlı növbəti həbslər dalğası Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Şurasının daha bir neçə zabitini yaxaladı. Türkiyə TŞ-nin sabiq katibi, istefada olan ordu generalı Tuncər Kılıc, 2-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Kamal Yavuz, Baş Qərargahın sabiq hüquq müşaviri Ərdal Şənəl və hazırda orduda xidmət edən bir qrup zabit də daxil olmaqla ümumilikdə 40-a yaxın şəxs istintaq altına alınıb.



Ordu generalı Tuncər Kılıcın vəkili Hüseyin Bozdağ da həbsə alınıb. Həbslərin ardınca Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğun əvvəlcə prezident Abdullah Gül, sonrasa qəfildən baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşməsi və Baş Qərargahda 7 saata yaxın ordu rəhbərliyinin fövqəladə toplantısını keçirməsi vəziyyətin kritik həddə çatdığını deməyə əsas verir. Həyata keçirilən həbslər Türkiyədə ordunun toxunulmazlıq statusunun getdikcə əlindən alınması anlamına gəlir.

Politoloq Qabil Hüseynli də bu qənaətdədir ki, Türkiyədə getdikcə Avropa Birliyi standartlarına uyğun, yəni ordunun siyasətə qarışmasının tamamilə qarşısının alınması və bütünlüklə hökumət və prezidentə tabe etdirilməsi prosesi gedir:

- Bu, ordunun açıq-aşkar nüfuzdan salınması kampaniyasıdır. Həyata keçirilən bu həbslər də ordunun Atatürk dövründənqalma daxili muxtariyyətini - ordu daxilində təyinetmələr, yerdəyişmələr və s. prinsiplərini tamamilə pozmaq, ordunu bütünlüklə siyasi hakimiyyətin müti köləsinə çevirmək və beləliklə də onun əvvəlki təsir gücünü sıfra endirmək məqsədi daşıyır. Gəlin gizlətməyək ki, Atatürk dövrünün Ana Yasasına görə orduya xüsusi mövqe ayrılır və həm də ordu Atatürk siyasi sisteminin bir növ qarantı kimi təqdim edilir. Hərbçilər özünü Atatürk inqilabının gözətçiləri adlandırmağı sevirlər. Dünənədək heç kəs "Türkiyə Silahlı Qüvvələri siyasi sistemin qarantıdır" məsələsində mübahisə etməzdi. Amma bu gün AB-nin tələbləri bəhanə gətirilərək orduya bir-birinin ardınca zərbələr vurulur. Baxın, Türkiyədə Təhlükəsizlik Şurası ordu nümayəndələri və mülki siyasilərdən təşkil olunan qurumdur. Əvvəllər TŞ-də ordu mənsublarının sayı artıq idi. Amma indi nisbət dəyişib. Qərarların qəbul edilməsində ordunun gücü qalmayıb. Açığını deyək ki, AKP iqtidarı mərhələ-mərhələ siyasi hakimiyyətin bütün sahələrinə əl ataraq öz nəzarəti altına keçirə bilib. Məsələn, polis hazırda AKP hakimiyyətinin istənilən, hətta qeyri-qanuni əmrlərini də yerinə yetirir. Ədliyyə, məhkəmə orqanlarında buna bənzər situasiya formalaşmaqdadır. Gördük ki, Ana Yasa məhkəməsinin sədri AKP-nin qapadılma məsələsinə baxarkən tam tərəfli mövqe nümayiş etdirdi və partiyanın bağlanması əleyhinə səs verdi. Yəni ölkədə qəribə proseslər baş verir və AKP və onun ətrafında olan dini təmayüllü qüvvələr Atatürkçü mövqedə dayanan qüvvələri sıxışdırıb psixoloji təzyiq altına alır. Nəticə etibarilə ölkədə adi bir yəhudinin şifahi ifadələri əsasında neçə-neçə insan dəlil-sübut olmadan həbsə alınır. Bu da Türkiyə üçün xoş olmayan nəticələr yaradır.

Bəs politoloq prosesin sonunu necə görür? Q.Hüseynli bildirdi ki, burada qüvvələr nisbətini müəyyən etmək lazımdır. Qüvvələr nisbətində isə kəskin dəyişiklik hələ ki AKP-nin xeyrinədir. Atatürkçü qüvvələr isə hazırda müdafiə mövqeyindədir və onların sıraları da o qədər güclü deyil:

- Sabitləşdirici qüvvə kimi təkcə ordu qalır, o da hələ ki Baş Qərargah bəlli bir mövqe ortaya qoymayıb. İlk vaxtlar iki ordu generalı həbs edilərkən onların yanına öz adamını göndərdi. İndi də Təhlükəsizlik Şurasının sabiq katibi həbs edilib. Doğrudur, Başbuğ prezidentlə, baş nazirlə görüşüb, məşvərət eləyib. Amma mən ümumiyyətlə ordu rəhbərliyinin davranışları barədə proqnozlar söyləməkdə çətinlik çəkirəm və həm də bu qardaş ölkənin daxili işlərinə qarışmaq kimi qəbul edilə bilər. Biz də bunu istəməzdik.

"İstintaqa cəlb edilən ordu zabitlərinin "Ergenekon"la bağlılığı, onların terrora dəstək verməsi, sizcə, həqiqətə nə dərəcədə yaxındır" sualına cavabında isə politoloq qeyd etdi ki, bunu ədalət məhkəməsi üzə çıxarmalıdır. İstintaqda subyektiv məqamlar olduğu artıq üzə çıxıb. Çünki ayrı-ayrı şəxslərin adi telefon danışıqlarını fakt kimi qəbul edərək insanları istintaq altına alıblar. Ona görə də bu mərhələdə subyektiv məqamların olduğunu söyləmək mümkündür. Amma "Mən Türkiyədə məhkəmənin müstəqil olduğu qənaətindəyəm və güman edirəm ki, məhkəmədə hər şeyə nöqtə qoyulacaq".

Silahlı Qüvvələrin seyrçi mövqeyində qalacağı, yoxsa proseslərə müdaxilə edəcəyinə gəlincə, politoloq ordunun biganə qalmayacağı fikrində olduğunu qeyd etdi: "Mən ordunun bu məsələlərə biganə qalacağını təxmin etmirəm. Çünki Silahlı Qüvvələr hər zaman böyük Atatürkün vəsiyyətlərinin izi ilə getdiklərini bəyan edirlər və indi də həmin izlə gedərək onun vəsiyyətlərinə sadiq qalacaqlar".


Məlahət Rzayeva
sherg

9 Ocak 2009 Cuma

ERMƏNİLƏR BİR-BİRİNİ QIRIR

ERMƏNİLƏR BİR-BİRİNİ QIRIR
“DQR prezidenti” Sərkisyanla dalaşıb


Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan bir neçə günə əvvəl İrəvanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirib. Ancaq bu görüşlər haqqında mətbuata heç bir məlumat verilməyib. APA-nın Ermənistanda nəşr olunan “Aykakan jamanak” qəzetinə istinadən verdiyi xəbərə görə, Bako Saakyanın Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü çox gərgin və qarşılıqlı ittihamlar şəraitində keçib. Mübahisənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və Dağlıq Qarabağ ermənilərinin bu prosesə münasibəti ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, 2008-ci ilin sonunda Dağlıq Qarabağdakı partiyalar bəyanatla çıxış edərək onların iştirakı olmadan əldə olunacaq razılaşmalara görə məsuliyyət daşımayacaqlarını bəyan etmişdilər. Bununla da Dağlıq Qarabağ erməniləri ilə Ermənistan rəhbərliyi arasındakı ciddi fikir ayrılığı üzə çıxmışdı.

Xəbər xidməti

«ANA FƏRYADI»na YER TAPILMIR

«ANA FƏRYADI»na YER TAPILMIR
2009-01-09 - 18:38:00


Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən «Ana fəryadı» abidəsini qoymaq üçün uyğun yer tapılmayıb. Bunu «Media forum» saytına Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov deyib.

Sözügedən abidə 1993-cü ildən 2008-ci ilin əvvəlinədək Bakının Xətai rayonu ərazisindəki parkda qoyulub. 2008-ci ildə Xocalı faciəsinin ildönümü ərəfəsində yeni abidə ilə əvəz edilib. Hər iki heykəldə əlində öldürülmüş körpəsini tutan ana - birinci heykəldə ananın başı üzərində, ikinci heykəldə isə qolları üstündə - təsvir edilib.

Abidə dəyişdirilərkən əvvəlki heykəlin tez bir zamanda yeni yerdə qoyulacağı bildirilirdi.

Bir ilə yaxındır «Ana fəryadı»nın harda saxlandığı da bəlli deyil. 2009-cu il yanvarın 9-da bunu öyrənmək üçün «abidə haradadır» soruşan «Media forum» əməkdaşına Z.Əkbərov «harda olacaq, bizdə» sözlərindən başqa heç nə deməyib.


«Media forum»

Xanəndə Sabir Novruzov vəfat edib

Xanəndə Sabir Novruzov vəfat edib

18:23 09-01-2009



Azərbaycanın əməkdar artisti, muğam ifaçısı Sabir Novruzov yanvarın 7-də vəfat edib.

APA-nın məlumatına görə, 65 yaşlı xanəndə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum Bakıda dəfn olunub. Bu gün isə muğam ifaçısının üç mərasimi keçirilib.

Qeyd edək ki, Ağcabədi rayonunda anadan olan Sabir Novruzov 2007-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb.

LENT.AZ

Xəbərin oxunma sayı: 221

Yazıçı Anar Ərdoğana təşəkkür məktubu göndərdi

Yazıçı Anar Ərdoğana təşəkkür məktubu göndərdi

19:47 09-01-2009



“Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması haqqın və ədalətin zəfəridir”

Türk dünyasının böyük şairlərindən olan Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması barədə qərar Azərbaycanın ədəbi ictimaiyyətində razılıqla qarşılanıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yanvarın 9-da bu münasibətlə Birliyin adından Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana minnətdarlıq məktubu göndərib.

Məktubda deyilir: “Sayın Baş bakan! XX yüz ilin ən böyük şairlərindən olan Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması haqqın və ədalətin zəfəridir. Nazim Hikmətin “Günəşi içənlərin türküsü” adlı ilk kitabı Azərbaycanda basılmışdır və ədəbiyyatımıza böyük təsir göstərmişdir. Biz Nazimi qardaş Türkiyənin və Azərbaycanın böyük şairi sayırıq. Sovet dönəmində Azərbaycan xalqı və başqa türk xalqları üçün Nazim Hikmət Türkiyənin, türklüyün, qardaşlığımızın rəmzi idi.

Azərbaycan Yazıçılar Birliyi olaraq, Nazimə Türkiyə vətəndaşlığının qaytarılması haqqında məmləkətinizin ən ali qurumlarına dəfələrlə müraciət etmiş, bəyanatlar vermişik.

Canından artıq sevdiyi, həsrətini çəkdiyi Vətənində Nazimə qanuni və təbii haqqının verilməsi bütün dünya nazimsevərlərini sevindirəcəkdir. Bu ədalətli qərarı verdiyinizə görə, şəxsən Sizə və başçılıq etdiyiniz hökumətin üzvlərinə səmimi təşəkkürlərimizi bildiririk”.

LENT.AZ

Xəbərin oxunma sayı: 203

Türkiyədəki “göbəkli etiraz” aksiyasından yeni görüntülər


Türkiyədəki “göbəkli etiraz” aksiyasından yeni görüntülər

Türkiyənin Artvin şəhərinin Hopa qəsəbəsində Türk sürücülərin yolun buz bağlamasına etirazlarını azərbaycanlı bir qadına göbək rəqsi oynatmaları ilə bildirməsinin yeni təfərrüatları məlum olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, göbək rəqsi oynayan azərbaycanlı qadının adı Aygündür. O, qəsəbədəki kazinoda çalışdığını deyib: “Sürücülər məndən etiraz aksiyası üçün dəstək istədilər, mən də dəstək verdim. Ümid edirəm ki, bu sürücülərin səsini eşidən olar”.
Aygünü sözün əsl mənasında oynadan sürücülərin adları isə Tuğrul Akoğlu, Turan Altınkaya, Celal Çakır, Uğur Türker və Ferhat Karabacaqdır. Onlar “etdiyimiz şikayətlər illərdir sürür. Siyasətçilər də söz verib əməl etməyiblər. Ümid edirik ki, bu dəfə diqqətlərini çəkə bilmişik” söyləyiblər. Sürücülər bir daha buz bağlamış yolların açılması üçün əlaqədar qurumlardan kömək istəyiblər.
Qeyd edək ki, sözügedən ərazidə qış aylarında qar yağması və yolların buz bağlaması nəticəsində sürücülər xeyli çətinliyə düşür. Yerli yol müfəttişləri sürücülərin zəncirsiz və maşınları sazlamadan yola çıxmamaları barədə müraciət edib.

LENT.AZ

Xəbərin oxunma sayı: 652

Neftin qiyməti kəskin düşdü

Dünən dünya bazarlarında xam neftin qiymətləri yenə aşağı düşüb. Nyu-York Xammal Birjasında "WTİ" markalı neftin fevral fyuçerslərində bir barelin qiyməti $5,95 ucuzlaşaraq $42,63-ə enib. "Thomson Reuters" bildirir ki, bu, "qara qızıl"ın 2001-ci ildən bəri ən ciddi gündəlik dəyər itkisidir.
Neftin kəskin ucuzlaşması ABŞ hökumətinin ölkədəki "qara qızıl" ehtiyatlarının 6,7 milyon barel artması ilə bağlı açıqlamasıdır. Halbuki analitiklər artımın 1,5 milyon bareldən çox olmayacağını düşünürdülər.
Avropada isə "Brent" markalı xam neftin 1 barelinin qiyməti $4,67 azalaraq $45,86-ədək ucuzlaşıb.
ABŞ-ın Enerji İnformasiyası Agentliyinin (EİA) açıqladığı hesabatda bildirilir ki, hazırda ölkədə 325,4 milyard barellik neft ehtiyatı mövcuddur.
Benzin ehtiyatları 3,3 milyon barel artaraq 211,4 milyon, distilyatların (dizel yanacağı və mazut) ehtiyatları isə 1,8 milyon barel artaraq 13768 milyon barelə çatıb.
Hüseyn

Əsgərimiz beş aydır erməni əsirliyindədir

Əsgərimiz beş aydır erməni əsirliyindədir
"QIRMIZI XAÇ" BU MÜDDƏT ƏRZİNDƏ ƏSİRƏ ALTI DƏFƏ BAŞ ÇƏKİB

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rafiq Həsənovun erməni tərəfə əsir düşməsindən beş ay ötüb. Əsgərin geri qaytarılması ilə bağlı tərəflər arasında danışıqlar aparılmasına baxmayaraq, hələ müsbət nəticə verməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, bu müddət ərzində əsir əsgərə altı dəfə baş çəkilib. Komitənin Ermənistan nümayəndəliyinin əməkdaşları həmin müddət ərzində həmçinin Rafiq Həsənovun saxlanma şəraiti, fiziki durumu ilə bağlı da monitorinqlər keçirib. Komitədən bildiriblər ki, başçəkmələr zamanı Rafiq Həsənovdan ailəsinə, ailəsindən isə əsir əsgərə məktublar çatdırılıb. Hazırda Ermənistanda saxlanılan əsgər Rafiq Həsənovun saxlanma şəraiti nəzarət altındadır.

Əsir əsgərin geri qaytarılması məsələsinə gəlincə isə, komitədən bildiriblər ki, onlar danışıqlar prosesində iştirak etmədiyindən nəticələr barədə məlumatsızdır. Komitə yalnız əsirin qaytarılması prosesində vasitəçiliyi öz üzərinə götürüb.

İsrail Azərbaycanlıları Konqresi HƏMAS-ın əməllərini pisləyən bəyanatla çıxış edib

İsrail Azərbaycanlıları Konqresi HƏMAS-ın əməllərini pisləyən bəyanatla çıxış edib

İsrail Azərbaycanlıları Konqresi Qəzza sektorunda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, Konqres bildirib ki, baş verən hadisələrin günahkarı HƏMAS-dır: "Atəşkəs rejiminin HƏMAS tərəfindən kobud şəkildə pozulması, İsrailin cənubunda dinc vətəndaşların raket atəşinə tutulması İsrail hökumətini bu kimi qərar qəbul etməyə vadar edib. Baş verən hadisələrə görə günahkar məhz HƏMAS-dır. HƏMAS-ın günahı ucbatından Qəzza zolağının əhalisi normal həyat tərzi sürə bilmir. Artıq yeddi ildir ki, Qəzza zolağı ilə sərhəddə yaşayan azərbaycanlıların və Azərbaycandan köçmüş yəhudi ailələrinin vəziyyəti dözülməzdir. Heç bir ölkə bu vəziyyətə dözə bilməz. Qəzza zolağında aparılan antiterror əməliyyatının əsas məqsədi ölkənin cənubunda yaşayan vətəndaşların durumunu yaxşılaşdırmaqdır".

8 Ocak 2009 Perşembe

İsrail xarici işlər nazirini Türkiyəyə buraxmadılar

İsrail xarici işlər nazirini Türkiyəyə buraxmadılar

15:26 08-01-2009





Qəzzadakı əməliyyat iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olub

Rəsmi Ankara İsrail xarici işlər naziri Tsipi Livninin Türkiyəyə səfərinə icazə verməyib. Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Ankaraya səfər etmək istəyən Livniyə “atəşkəs barədə danışacaqsa gəlsin, danışmayacaqsa, gəlməsin” cavabını verib.

Qəzet qeyd edər ki, İsrailin Fələstində başladığı hərbi əməliyyat Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla İsrail baş naziri Exud Olmert arasında xoş münasibətlərin pisləşməsinə gətirib çıxarıb: “İsrailin Qəzzaya hücumu iki ölkə arasındakı dostluq münasibətlərinə son qoyub”.

“Haaretz” xatırladır ki, müharibə başlamamışdan cəmi 5 gün öncə Ərdoğan Olmerti dost şəkildə qarşılayıb. Amma Olmert görüş zamanı hazırlanan əməliyyat barədə Ərdoğana heç nə deməyib. Türkiyənin baş naziri isə israilli həmkarını sərt tənqid edib.

İsrail ordusu Livanı da vurdu

İsrail ordusu Livanı da vurdu

11:12 08-01-2009





Yaxın Şərqdə ikinci cəbhə açılır

İsrail ordusu ikinci cəbhə açaraq Livana da zərbə endirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İsrail bir neçə saat əvvəl Naqariya şəhərinə Livan ərazisindən raket atılmasına cavab verib.

İsrail ordusu raket atəşi açılan əraziləri vurub. Agentliklər İsrailin “Hizbullah” mövqelərinə ən azı 5 dəfə atəş açdığını bildirirlər. Bu zaman hansı döyüş sursatından istifadə olunduğu barədə xəbər verilmir.

Xatırladaq ki, bundan bir neçə saat əvvəl Livan ərazisindən İsrail istiqamətində 4 raket atılıb. Onlar Naqariya şəhərinə düşərək bir neçə nəfəri yaralayıb. “Haaretz” qəzeti Livan mənbələrinə istinadən bildirir ki, İsraili “Hizbullah” deyil, Livandakı fələstinlilər raket atəşinə tutublar.

LENT.AZ

Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olunub

Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olunub

16:53 08-01-2009





Azərbaycanlı elm adamı Yusif Zeynalov Türkiyənin Qaziantep şəhərində çiçəklərlə bağlı apardığı araşdırmaların nəticələrini kitab şəklində dərc etdirib.

Lent.az-ın məlumatına görə, Yusif Zeynalov 8 il ərzində Qaziantepdə çiçəklərlə bağlı araşdırma aparıb. “Qaziantep çiçəkləri” adlanan 607 səhifəlik kitabda bu şəhərdəki müxtəlif çiçək növləri haqqında məlumatlar toplanıb. Araşdırma nəticəsində şəhərdə 1800 növ çiçək tapılıb. Ancaq kitabda onlardan 544-ü haqqında məlumat və onların şəkilləri yerləşdirilib.

LENT.AZ

İranlı hakerlər “MOSSAD”ın saytını dağıtdılar

İranlı hakerlər “MOSSAD”ın saytını dağıtdılar

17:48 08-01-2009





İsrailin kəşfiyyat orqanı “MOSSAD”ın saytı dağıdılıb.

Lent.az-ın məlumatına görə, iranlı bir qrup tələbə İsrailin dövlət orqanlarının və digər təşkilatlarının saytlarına hücum edib. Tələbələr bu addımı İsrailin Qəzzaya hücumuna etiraz əlaməti olaraq atıblar.


İran xəbər agentliklərinin məlumatına görə, “Yuvaları qoruma” adındakı tələbə təşkilatı İsrailə aid 50 internet saytını dağıdıb. Dağıdılan saytlar arasında “MOSSAD”ın səhifəsi də var. İranlı hakerlər İsrail üçün önəmli ona digər saytları da dağıdacaqlarını açıqlayıblar.

BMT Qəzzadakı fəaliyyətini dondurdu

BMT Qəzzadakı fəaliyyətini dondurdu

18:55 08-01-2009





BMT Qəzza sektorunda humanitar fəaliyyətini dayandırıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrailin Qəzzaya havadan, qurudan və dənizdən hücum etməsi təşkilatın bölgədəki humanitar fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyəti qarşısında qoyub.

Qəzza böhranı: Israil və Həməsə təzyiqlər artır

Qəzza böhranı: Israil və Həməsə təzyiqlər artır
İsrailin Qəzza zolağında əməliyaytı artıq 13 gününə daxil olarkən İsrail və Həməs təşkialtına atəçkəsin elan edilməsi məsələsində təzyiqlər artır.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kondoliza Rays deyib ki, o, İsrail və ərəb hökumətləri ilə Misir və Fransanın irəli sürdüyü atəşkəs planını yaxından müzakirə edib.
İsrail əsas prinsiplərə dair razılaşma olduğunu deyib.
Həməs həmçinin müsbət əlamətlərdən danışıb.
Misirin BMT-dəki səfiri deyib ki, indi İsrail və Həməsin texniki nümayəndə heyətləri razılaşmanın tətbiq edilməsini müzakirə etmək üçün bugün Misir paytaxtı Qahirəyə getməlidirlər.

İranda daha 6 soydaşımıza həbs cəzası verilib

İranda daha 6 soydaşımıza həbs cəzası verilib
"İran" qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq 2006-cı ilin mayında keçirilən aksiyalara qatılan daha 6 azərbaycanlıya həbs cəzası verilib. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Xəbərə görə, Xoy İnqilab Məhkəməsində bu ölkədə yaşayan azərbaycanlılarının hüquqları uğrunda hərəkatın bir qrup fəalının işinə baxılıb. Məhkəmə aksiyalara qatıldıqları üçün İbrahim Abdullanejad, Əli Həlmi, Əli Hüseynnejad, Möhsün Hüseynzadə, Sabir Beytullahi və Bəhmən Nəsirzadə barədə 10 aydan 1 ilə qədər şərti həbs cəzası çıxarıb. Adıçəkilən şəxslər İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda və pantürkist təbliğatda ittiham olunurdular.

Ukrayna, Rusiya, Avropa, qaz və Azərbaycan

Ukrayna, Rusiya, Avropa, qaz və Azərbaycan
Rusiya ilə Ukrayna arasında qaz mübahisəsi Avropanı bir daha Rusiyadan yan keçən yollarla özünə qaz təchizatçıları tapmağa sövq edəcək.
Bu halda, bir çoxları Azərbaycanın həmin prosesdə aparıcı rollardan birini oynayacağını düşünürlər.
Bakıdakı bəzi ekspertlər istisna etmir ki, davam edən mübahisə avropalıları Xəzər regionuna alternativ qaz mənbəyi kimi daha ciddi nəzər salmağa vadar edə bilər.
Artıq bir müddətir ki, Avropa İttifaqının rəsmiləri region paytaxtlarında Nabukko layihəsini götür-qoy edirlər. Nabukko, Xəzər hövzəsi və Mərkəzi Asiya qazını Azərbaycandan və Türkiyədən keçməklə Cənubi Avropa bazarlarına çıxarmalı, olduqca ambisiyalı, lakin gələcəyi tam aydın olmayan bir layihədir.
Hazırda Azərbaycan həm Brüssel, həm Moskva ilə enerji əməkdaşlığı ilə bağlı müxtəlif səpkili təklifləri nəzərdən keçirir. Söhbət həm Nabukko-dan, həm də rus nəhəngi “Qazpromun” bütün Azərbaycan qazını satın almaq təklfindən gedir.
Lakin rəsmi Bakı hələ heç bir tərəfə konket cavab verməyib. Enerji məsələləri üzrə təhlilçi İlham Şaban bunu praqmatik yanaşma kimi səciyyələndirir.
"İndi qazın qiyməti barədə konkret bir saziş imzalamaq o demək olardır ki, bəribaşdan qiyməti öldürürsən".
İtaliyanın qaz nəhəngi “Edison” şirkətinin bu yaxınlarda açıqladığı proqnoza əsasən, Avropa İttifaqı ölkələrində qaza təlabat ilbəil artacaq. Şirkət ehtimal edir ki, 2020-ci ildə Avropada qaza təlabat 13 % artaraq 720 mlrd. kubmetr təşkil edəcək.
Aİ komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Alan Vaddams bir qədər əvvəl BBC-yə verdiyi müsahibədə bu perspektivin qaçılmaz reallıq olduğunu demişdi.
" İndi Avropa həm artan qaz təlabatı, həm də onun çatdırlması yollarının diversifikasiya ehtiyacı ilə qarşılaşıb. Avropa məqbul qiymətə və məqbul yolla qaz əldə etmək istəyir."

Neftin qiyməti $50-nin üstünə çıxdı

Neftin qiyməti $50-nin üstünə çıxdı
Yanvarın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında WTİ neftinin fevral füçerslərinin dəyəri 0,91 dollar (1,86%) artaraq 1 barel üçün $ 50,53 təşkil edib.
İCE London qitələrarası birjasındasa Brent markalı neftin qiyməti 0,23 dollar azalaraq 1 barel/$48,58-ə düşüb.
Maraqlıdır ki, neftin bahalaşması ABŞ-da bir sıra mənfi makroiqtisadi göstəricilərin açıqlanması fonunda baş verib. Belə ki, ABŞ-da emal sənayesində sifarişlərin həcmi 4,6% azalıb və bu, müvafiq proqnozu iki dəfə üstələyib. Bundan əlavə, daşınmaz əmlakın təkrar bazarında başa çatdırılmamış əqdlərin indeksi 4% düşüb ("APA-Economics").
Nəhayət, Federal Ehtiyat Sisteminin hesablamalarına görə, iqtisadi geriləmə ABŞ-da 2009-cu ildə də müşahidə olunacaq, yəni cari ildə YDM-in azalması gözlənilir. Bu amil ABŞ iqtisadiyyatının pisləşməsinin davam etməsini əks etdirərək bazarda neftə olan tələbatı azaltmalıdır, lakin göründüyü kimi, neftin qiyməti yüksəlib. Buna yeganə səbəb Küveyt və Qətər tərəfindən yanvarda dünya bazarına neft tədarükünü azaldacaqları barədə bəyanatlar olub.

Qəzzada atəş kəsilmir

Qəzzada atəş kəsilmir
İsrailin Qəzza bölgəsində elan etdiyi üçsaatlıq atəşkəsdən sonra dünən səhər saatlarında yenidən hərbi əməliyyatlar başlayıb.
Qazzə şəhərinin şərq həndəvərlərinin bombardmanı zamanı 12 fələstinli həlak olub.
HƏMAS da İsrailin raketlərdən atəşə tutulmasını bərpa edib. Neqev səhrasındakı Beer-Şeva şəhərində HƏMAS üç "Qəssam" raketi buraxıb. Raketlər kimsəyə zərər vurmadan partlayıblar.
İsrail rəhbərliyi hər gün saat 13.00-16.00 aralarında Qəzzadakı hərbi əməliyyatlarında fasilə verəcəyini bildirib.
HƏMAS da bu təşəbbüsü dəstəkləyərək həmin vaxtda İsrailə raket buraxmayacağını demişdi.
İsrailin Qəzzakı fələstinlilərə qarşı "Əridilmiş qurğuşun" əməliyyatına başladığı dekabrın 27-dən bəri 680 nəfər həlak olub, 4 min nəfər yaralanıb.
İsrail isə döyüşlərdə 7 hərbçisini itirib.
Bu arada İsrail Venesuelanın ölkədəki səfirini "arzuolunmaz şəxs" (persona non grata) elan edib. Diplomat 24 saat ərzində İsraili tərk etməlidir.
Səbəb isə yanvarın 6-da Venesuela prezidenti Uqo Çavesin İsrailin Qəzza bölgəsində apardığı əməliyyata etiraz olaraq bu ölkənin Karakasdakı böyükelçisi və səfirliyin bəzi əməkdaşlarının çıxarıldığını bəyan etməsidir.
U.Çavesi Latın Amerikasının bir sıra ölkələri də dəstəkləyiblər.
Ekvador parlamenti İsraili bəşəriyyətə qarşı vəhşi cinayətlərdə təqsirləndirib, Kolumbiya və Qvatemala İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Liviya BMT Təhlükəsizlik Şurasına İsrailin Qəzzada apardığı hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edib.
Liviya XİN-i bildirir ki, sənəd layihəsi bir sıra ərəb ölkələri ilə razılaşdırılıb. Müzakirəsinə Fransa, ABŞ və Böyük Britaniyanın da qatıldığı qətnamə bu gün səsverməyə çıxarıla bilər.
ABŞ-ın dövlət katibi Kondoliza Rays dünən bəyan edib ki, Fransa və Misir prezidentləri Nikolya Sarkozi ilə Hüsnü Mübarəkin apardığı danışıqlar zamanı əldə edilmiş atəşkəs təklifini dəstəkləyir.
"Bununla belə, hesab edirik ki, atəşkəs elanı HƏMAS yaraqlılarının İsraili raket atəşlərinə tutmalarına son qoymayacaq", - Rays BMT Təhlükəsizlik Şurasının Qəzzadakı situasiya ilə bağlı keçirdiyi iclasında deyib.
Mübarək-Sarkozi planı döyüş bölgəsində dərhal atəşkəs elan edilməsini, bundan sonra isə tərəflərin danışıqlara başlamasını və İsrailin Qazzəyə tətbiq etdiyi blokadanın aradan qaldırılmasını nəzərdə tutur.
Bu zaman ən önəmli məsələlərdən biri Misirlə Qəzza arasında sərhədin təhlükəsizliyinin təminatı olmalıdır.
Həmin planı Fələstin Muxtariyyətinin lideri, iclasda iştirak edən Mahmud Abbas da dəstəklədiyini söyləyib.
İsrailin BMT-dəki səfiri Qabriela Şalev deyib ki, Qəzzada aparılan xüsusi əməliyyat onun ölkəsinin özünümüdafiə hüququnun təzahürüdür: "Atəşkəs müqaviləsi imzalamaq üçün İsrail əmin olmalıdır ki, Qəzzada terrorizm və silah qaçaqmalçılığına son qoyulub".
İclas zamanı məlum olub ki, BMT-nin baş katibi Pan Gi Mun ən yaxın günlərdə İsraillə Fələstinə səfər edəcək.
Əfqanıstandakı "Hizbi İslami" hərəkatının lideri Gülbəddin Hikmətyar dünən axşam bəyan edib ki, yüzlərlə əfqan könüllü Qəzzalda İsrailə qarşı vuruşmaq üçün fürsət gözləyir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan da Qəzzadakı qanlı döyüşləri dayandırmaq istəyir. O, ərəb ölkələri və Qərb dövlətlərinin liderlərinin xanımlarını İstanbula toplantıya dəvət edib.
Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd, İordaniya kralı II Abdullanın arvadı şahzadə Raina, Qətər əmiri şeyx Həmid bin Xəlifə əl Taninin xanımı Şeyxə Mozah, Azərbaycanın birinci ledisi Mehriban Əliyeva, Fransa prezidenti Nikolya Sarkozinin arvadı Karla Bruni, İspaniya baş naziri Xose Luis Rodriges Zapateronun xanımı Sonsoles Espinosa, habelə Pakistanın baş naziri Yusif Ziya Gilani və Bəhreyn kralı Həmad bin İsa əl Xəlifənin arvadlarının qatılacağı toplantıda məşhur maneken Naomi Kempbellin iştirakı da gözlənilir.
Təl-Əvivdə çıxan nüfuzlu "The Jerusalem Post" isə Türkiyənin Qəzzadakı olaylarla bağlı mövqeyini sərt tənqid edib.
"Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili çox sərt, hətta yolverilməz dərəcədə kobud ifadələrlə tənqid edəndən sonra ölkənin bir çox yerlərində İsrailə qarşı yürüşlər və mitinqlər keçirilib. İran prezidenti Mahmud Əhmədinecat və HƏMAS lideri Xalil Məşalın Ankaraya dəvət edilməsi, Ərdoğanın son çıxışları Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının gerçəkdən də islamçı mövqe tutmasına dəlalət etməyə başlayırmı? Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq ölkələrinə son səfərində bilərəkdən İsrailə baş çəkmədi. O, bizi təqsirləndirir. İraqın şimalında PKK terrorçularına qarşı mübarizə aparan Türkiyənin HƏMAS-la savaşan İsrailə insan haqları dərsi keçməyə heç bir haqqı yoxdur. Türkiyə liderləri indi bizim yox olmağımızdan bəhs edir. Belə ölkənin İsrail-Fələstin münaqişəsində vasitəçilik etməyə heç bir haqqı yoxdur", - İsrailin aparıcı qəzetinin dünənki sayında dərc olunmuş məqalədə bildirilir.

7 Ocak 2009 Çarşamba

Həmsədrlər regiona səfərə gəlir

Həmsədrlər regiona səfərə gəlir


QayNar: ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionuna yenidən səfər etməyə hazırdırlar.
ABŞ-ın Azərbaycandakı səfirliyində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzaya istinadla bildiriblər ki, həmsədrlərin regiona növbəti səfəri yanvarın ortalarında gözlənilir.
“İndi biz Minsk qrupunun həmsədrlərinin regiona səfərinə hazırlıqla məşğuluq və ümid edirik ki, bu səfər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün zəmin olacaqdır”- deyə səfirlikdən bildiriblər. // AzərTAc

Avropa İttifaqının Azərbaycanda maraqlarını Belçika səfirliyi təmsil edəcək

Avropa İttifaqının Azərbaycanda maraqlarını Belçika səfirliyi təmsil edəcək


Qurumun sədri Çex respublikasının Bakıda səfirliyi yoxdur

QayNar: Xəbər verildiyi kimi, Avropa İttifaqının yeni sədri Çex respublikasıdır. Amma bu ölkənin Bakıda səfirliyi olmadığı üçün Azərbaycanda Avropa İttifaqının maraqlarını Belçika səfirliyi təmsil edəcək. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
2008-ci ilin dekabrından Belçikanın Azərbaycandakı səfiri Filippe Jottarddır. // Nigar Atakişiyeva, QayNar

20 Yanvarda Azərbaycan sükuta qərq olacaq...

20 Yanvarda Azərbaycan sükuta qərq olacaq...


Bir dəqiqəlik sükutla ömürlük ehtiram!

QayNar: Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcək.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin sərəncamına əsasən təsdiq edilmiş "20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq, respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərində, idarə və müəssisələrində mərasimlər keçiriləcək, paytaxtda yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələri 20 Yanvar günü Şəhidlər Xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcəklər. // AzərTAc

Misir atəşkəs planı təklif etdi

Misir atəşkəs planı təklif etdi


Misir, Qəzzadakı qanlı olaylara son qoyulması məqsədilə bir atəşkəs planı təklif edib

QayNar: Misir dövlət başçısı Hüsnü Mübarək, tətil diyarı Şarm Əl Şeyxə gələn Fransa prezidenti Nikolya Sarkozi ilə görüşündən sonra təşkil olunan mətbuat konfransında, İsrail ilə Qəzzadakı fələstinlilər arasında dərhal atəşkəs elan edilməsini istəyib.
"Qaynar.info"-nun verdiyi xəbərə görə, Mübarək, atəşkəsin elan edilməsindən sonra aralarında Qəzzaya tətbiq olunan mühasirənin ləğv edilməsi məsələsinin də yer aldığı uzunmüddətli tənzimləmə mövzusunda görüşlərə start verilməsini təklif edib.
Mübarəkin təklifinin əsas başlıqları belədir:

* İsrail və fələstinli qruplar müvəqqəti bir zaman çərçivəsində dərhal atəşkəs elan edəcək. Bu müvəqqəti zaman ərzində Qəzzaya humanitar yardımın çatdırılması üçün etibarlı dəhlizlər açılacaq və Misirə də əhatəli və son atəşkəs məsələsində səylərini davam etdirməsi üçün zaman tanınacaq.
* Misir, hal-hazırda hakim olan gərgin vəziyyətin yenidə ortaya çıxmaması, sərhədlərin qorunması, keçid nöqtələrinin yenidən açılması və mühasirənin aradan qaldırılması mövzularında tənzinləmələrin həyata keçirilməsi və bunalara zəmanət verilməsi məqsədilə həm İsrail, həm də Fələstin tərəfini təcili olaraq toplantıya çağıracaq.
* Misir, beynəlxalq uzalşmanın təmin edilməsi məqsədilə göstərdiyi səylərə qarşılıq vermələri üçün Fələstin hökumətini və bütün fələstinli qrupları yenidən görüşlərə dəvət edəcək.

Fransa dövlət başçısı Nikolya Sarkozi də mətbuat konfransında, Mübarəkin, israilliləri "vaxt itirmədən" Fələstin-Misir sərhəddinin təhlükəsizliyi məsələsini Misirdə müzakirə etməyə dəvət etdiyini bildirib. //Rəşad Səfərov, QayNar

Azərbaycanda zəncir vurub, mərsiyə deyiblər

Azərbaycanda zəncir vurub, mərsiyə deyiblər


Yanvarın 7-də Azərbaycanın şiə məscidlərində müsəlmanlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlə yetirilməsinin ildönümü ilə bağlı mərasim keçiriblər. Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü (Aşura) keçirilən mərasimdə müsəlmanlar zəncir, sinə vurub, mərsiyə deyiblər.
Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin xəbərdarlığına və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına baxmayaraq Bakıdakı Təzə Pir məscidində də zəncir vurma mərasimi keçirilib. Bakının Nardaran kəndindəki Cümə məscidində isə səhərə qədər zəncir vurulub.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Məhərrəm ayı ilə bağlı verdiyi fətvada isə qeyd olunur ki, «sinə açmaq, zəncir vurmaq, qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməməlidir».

Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə İrandan Azərbaycana qanunsuz yolla Aşurada istifadə edilmək üçün zəncir və maliyyə vəsaiti gətirilməsi ilə bağlı xəbər yayıb. DİN faktın araşdırılması ilə məşğuldur.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu gün ölkənin bir neçə məscidində qan bankına təqdim olunmaq üçün qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyi bununla bağlı məscidlərə xüsusi briqadalar göndərib. Qanvermənin saat 13-dək davam ediləcəyi bildirilsə də, bu istəkdə olanların sayının çoxluğundan aksiyanın müddəti uzadılıb.

Aşura mərasimi ilə bağlı polis gücləndirilmiş rejimdə işləyib. DİN-dən verilən xəbərə görə, ölkə məscidlərində dünən axşamdan qələbəlik müşahidə olunsa da, heç bir qanun pozuntusuna rast gəlinməyib. // Azadlıq Radiosu

Məşhur Moskva teatrı Bakıya gəlir

Məşhur Moskva teatrı Bakıya gəlir


Moskva musiqili teatrı “Qelikon-Opera”-nın 50-yə yaxın solisti Juzeppe Verdinin “Traviata” tamaşası ilə Bakıya gəlir. Tamaşa yanvarın 16 və 18 - də “UNS” teatrının səhnəsində göstəriləcək. Bu haqda məlumatı əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov verib. O, tamaşalarda Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrına dirijorluq edəcək.
Biletlərin qiyməti - 50-60 manatdır.
Keçən il “Qelikon-Opera” Bakıya Jorj Bize-nin “Karmen” operası ilə gəlib. İl ərzində teatr 200-ə yaxın tamaşa göstərir. Fəaliyətinin 18 ili ərzində teatr Avstriya, Böyük Britaniya, İspaniya, ABŞ, Fransa və digər ölkələrdə qastrol səfərlərində olub. // Trend

Neft 70 dollara qədər bahalaşa bilər

Neft 70 dollara qədər bahalaşa bilər


Birjalarda neftin qiyməti artmağa başlayıb. Bu dəfə bahalaşmaya əsas səbəb kimi tək iqtisadi deyil, siyasi faktorların da təsiri olduğu göstərilir. OPEK isə hasilatı yenidən azaltmaq barədə düşünür.

Nyu-York birjasında layt neftinin bir bareli 49 dollar 90 sentə təklif olunur. London birjasında hərraca çıxarılan brent neftisə daha baha- 51 dollar 8 sentə satılır.
Ekspertlər hesab edir ki, opekin hasilatı azaltmaq barədə qərarı qiymətlərə təsir etdi. Qışın sərt keçməsilə bağlı neft məhsullarına tələbat artıb. Hasilatçı ölkələr - küveyt və qətər isə yanvar ayından başlayaraq asiya ölkələrinə neft ixracını azaldacaq. OPEK hasilata yenidən baxacağı ilə bağlı planlarını açıqlayıb.

Bütün bunlar da neftin qiymətinə təsirsiz ötüşməyib. Amma qiymət artımına təsir edən amillər sırasında siyasi prosesalərin yükü də az deyil. Qəza zolağında hərbi münaqişə və Rusiyadan Avropaya qaz nəqlində yaşanan problemlər bu faktorlardan ən təsirlisi sayılır.

Daim dəyişən siyasi proseslərlə bağlı qiymət ətrafında proqnoz vermək çətin olsa da, gözləntilər də var. Amma qlobal maliyyə böhranı neftin qiymətinə daha çox təsir edir. Qiymətin 50 dollarıq psixoloji həddi aşması belə OPEK-i qane etmir. Kartel ölkələri gələn ay bir araya gələrək, hasilatı yenidən azaltmaq barədə qərar qəbul etmək istəyir. // Lider

Urmiyada həbs olunan azərbaycanlılar zaminə buraxıldı

Urmiyada həbs olunan azərbaycanlılar zaminə buraxıldı


İrandakı mənbələrin yaydığı xəbərlərə görə, ötən ay Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyada həbs olunan azərbaycanlı fəallardan bir neçəsi artıq müvəqqəti azadlığa buraxılıb.

Iranian anti riot police gearing up to attack Tehran University students. Dec07

21 Azər hərəkatı ərəfəsində həbs olunmuş azərbaycanlılardan 6 nəfəri - Nəvid Sultani, Səid Mahmudi, Höccət Mahmudi, Sitarə Qasımi, Humən və Rəhman Qasımilər müxtəlif məbləğlərdə girov qoymaqla yanvarın 5-də zaminə buraxılıblar.

Son bir neçə ildə İranda azərbaycanlılar 21 Azər hərəkatının ildönümlərində etiraz aksiyaları keçirməyə cəhd edirlər. // Amerikanın səsi

6 Ocak 2009 Salı

70 min tələbə İsraildə kamikadzeliyə hazırlaşır

70 min tələbə İsraildə kamikadzeliyə hazırlaşır
14:35 06-01-09
Qəzzada həlak olan hər bir şəxs şəhid sayılacaq



70 mindən çox iranlı tələbə İsraildə kamikadzeliyə hazır olduğunu bəyan edib. Lent.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, tələbələr İsrailə qarşı vuruşmağa icazə verməsi üçün prezident Mahmud Əhmədinejada müraciət ediblər. Lakin İran prezidenti bu müraciətə hələlik reaksiya verməyib.



Kamikadzelik etməyə hazır olan könüllülərin siyahısı keçən həftədən etibarən tutulmağa başlayıb. Aksiyanı bir neçə radikal tələbə və dini təşkilat başlayıb. Onlar bildirirlər ki, bu addımla HƏMAS təşkilatına dəstək verirlər. İranın ali dini rəhbəri ayətulla Əli Xamneyi isə dekabrın 28-də fətva verərək Qəzzada İsraillə döyüşdə həlak olan hər bir şəxsin şəhid sayılacağını bəyan edib.

Türkiyə hökuməti Nazim Hikmətin ölkə vətəndaşlığını bərpa edib

Türkiyə hökuməti Nazim Hikmətin ölkə vətəndaşlığını bərpa edib
07.01.09 02:48

Türkiyə hökuməti ölümündən sonra görkəmli türk şairi Nazim Hikmətə ölkə vətəndaşlığını qaytarıb. “Sabah” qəzetinin məlumatına əsasən, bu barədə baş nazirin müavini Cəmil Çimək deyib.

Onun sözlərinə görə, 1951-ci ildə “soyuq müharibə” zamanı qəbul edilmiş yazıçının ölkə vətəndaşlığından məhrum olunma qərarı ləğv edilib.

Türkiyə poeziyasının əsas fiqurlarından olan Nazim Hikmətin əsərləri 50 dilə tərcümə edilib.

Nazim Hikmət Azərbaycanın böyük dostu olub, bir neçə dəfə Bakıya səfər edib, şerləri isə dəfələrlə azərbaycan dilində dərc edilib.

Şair 1963-cü ildə Moskvada vəfat edib və elə orda da dəfn olunub.

HAMAS: Bütün müsəlmanları yəhudi uşaqları öldürməyə çağırırıq

HAMAS: Bütün müsəlmanları yəhudi uşaqları öldürməyə çağırırıq



[ 06 Yanvar 2009 17:39 ]


Qəzza-APA. “İsrailin Qəzza zolağına hərbi təcavüzünün əvəzi olaraq islamçılar bütün dünyada yəhudi uşaqları öldürməlidir”. APA-nın məlumatına görə, bu bəyanatla HAMAS hərəkatının liderlərindən Mahmud Zaxar çıxış edib. O bildirib ki, İsrail fələstinli uşaqları qətlə yetirməklə yəhudi uşaqların qətlə yetirilməsini qanuniləşdirib.

Qeyd edək ki, vasitəçilərin səylərinə baxmayaraq tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. İsrailin baş naziri Ehud Barak Fransa prezidenti ilə görüşdə bildirib ki, kompromislər HAMAS-ın İsrail şəhərlərini raket atəşinə tutmayacağına qarantiya vermir. Hazırda bölgədə davam edən hərbi əməliyyatlar çoxsaylı itkilərlə müşayiət olunur. Fələstinli həkimlər son bir gün ərzində İsrail tərəfinin açdığı atəş nəticəsində ən azı 20 uşağın öldüyünü bildiriblər.

Azərbaycan Milli Bankı 2009-cu il üçün pul-kredit siyasətini açıqlayıb

Azərbaycan Milli Bankı 2009-cu il üçün pul-kredit siyasətini açıqlayıb



[ 06 Yanvar 2009 14:34 ]
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) 2009-cu il üçün pul-kredit siyasətinin əsas istiqamətlərini açıqlayıb.

AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2009-cu ildə Milli Bankın pul siyasəti daha aktiv olaraq makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına və eyni zamanda bank sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənəcək.
AMB-nin Pul-kredit siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir ki, beynəlxalq təşkilatların proqnozuna görə, 2009-cu ildə dünya iqtisadi böhranın davam edəcəyi gözlənilir və qlobal iqtisadi artımın əvvəlki illə müqayisədə əhəmiyyətli azalacağı, qlobal sərmayə axınlarının iki dəfə düşəcəyi proqnozlaşdırılır. Qlobal iqtisadi böhranın kəskinləşməsi neft ölkələri də daxil olmaqla bütün inkişafda olan dövlətlər, o cümlədən Azərbaycan üçün bir sıra risk yarada bilər. Belə ki, dünya maliyyə sistemində likvidlik böhranı şəraitində iqtisadiyyata xarici maliyyə axınları məhdudlaşa bilər. Qlobal tələbatın azalması ilə əlaqədar neftin qiymətinin düşməsi bu ildə də davam edə bilər. Bu şəraitdə qlobal tənəzzülə qarşı mübarizədə beynəlxalq təşkilatlar makroiqtisadi siyasətin, o cümlədən fiskal və pul siyasətinin əhəmiyyətli yumşaldılmasını tövsiyə edir. «Qlobal risklərin milli iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir səviyyəsinə mənfi təsirlərini qabaqlayıcı rejimdə məhdudlaşdıran çevik makroiqtisadi tənzimləmənin həyata keçirilməsi vacib şərtdir. Bu baxımdan 2009-cu ildə ölkə iqtisadiyyatının inkişafının davam etməsi və maliyyə dayanıqlığının təmin olunması üçün makroiqtisadi siyasətin bütün istiqamətlərinin daha güclü konsolidasiyası və koordinasiyası zəruridir», - deyə Bəyanatda bildirilir.
Sənəddə həmçinin qeyd olunur ki, qoyulmuş məqsədlərə nail olmaq üçün 2009-cu ildə AMB-nin məzənnə siyasəti xarici amillərin davranışından asılı olaraq çevik tənzimlənəcək. Bu siyasət balanslı olaraq uzunmüddətli dövrdə makroiqtisadi tarazlığın dəstəklənməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunmasına yönələcək. Milli Bank iqtisadiyyatda zəruri likvidlik səviyyəsinin təmin olunması üçün pul siyasəti alətlərinin çevikliyini daha da artıracaq. Makroiqtisadi vəziyyətdən asılı olaraq, faiz dəhlizinin parametrləri çevik tənzimlənəcək, bank sisteminin yenidən maliyyələşməsi alətlərinin çeşidi genişləndiriləcək. AMB qeyd edir ki, ölkənin kifayət həcmdə qlobal likvidlik imkanları mövcuddur və qlobal risklərin iqtisadi fəallığa və məşğulluğa neqativ təsirini məhdudlaşdırmaq üçün bu imkanların bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsinə yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə sahələrarası inkişafa şərait yaradan prioritet sektorların dəstəklənməsi zəruridir. Bu istiqamətdə kiçik və orta sahibkarlığın maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, bank sektorunun dəstəklənməsi, tikinti-ipoteka bazarının inkişafı və qlobal risklərin milli iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet məsələlər diqqətdə saxlanmalıdır.
Maliyyə sabitliyinin qorunması barədə Bəyanatda qeyd olunur ki, 2009-cu ildə qlobal risklərin artması şəraitində bank sistemində maliyyə sabitliyinin qorunması diqqətdə saxlanacaq ki, Milli Bankın siyasəti bank sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönələcək. İqtisadi subyektlərin bank sisteminə inamını qorumaq və daha da artırmaq mühüm prioritet olacaq. Bunun üçün Milli Bank, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasətini davam etdirəcək. Bank sistemində mövcud olan izafi likvidliyin effektiv istifadəsi məqsədilə banklararası pul bazarında müvafiq etimad mexanizmləri təşviq olunacaq. Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşmasına, bank aktivlərinin keyfiyyətinin idarə olunmasına diqqət daha da artırılacaq. Banklar tərəfindən aktivlərin keyfiyyətlə idarə olunması sistemlərinin təkmilləşdirilməsinə institusional dəstək veriləcək, kapital adekvatlığının təhlükəsiz səviyyədə saxlanılması təşviq ediləcək. Risklərin qabaqlayıcı rejimdə aşkarlanması, ölçülməsi və tənzimləmə tədbirləri ilə əhatə olunması, cari ildə ölkədə ödəniş sisteminin inkişafı üzrə yeni dövlət proqramının qəbul edilməsi və reallaşdırması təmin olunacaq. Proqramın həyata keçirilməsi ortamüddətli dövrdə ölkədə inteqrasiya olunmuş vahid elektron ödəniş məkanının yaradılmasına, elektron ticarətin inkişafının sürətlənməsinə və nağdsız dövriyyənin artmasına imkan verəcək.
Bank sisteminin normativ-hüquqi bazası da təkmilləşəcək ki, «Azərbaycan Respublikasının Milli Bankı haqqında» və «Banklar haqqında» qanunlara dəyişikliklərin edilməsi ilə yanaşı, «Bank olmayan kredit təşkilatları haqqında», «Kredit büroları haqqında» qanunların qəbulu nəzərdə tutulur.
Bəyanatda həmçinin ötən ildə pul siyasəti və bank sistemi barədə məlumat verilir. Sənəddə əsasən, 2008-ci ildə pul kütləsinin artım tempi əvvəlki illə müqayisədə iki dəfə azalaraq ötən ilin 11 ayında 25% təşkil edib. Bununla belə, iqtisadiyyatın monetləşməsi artmaqda davam edib və geniş pul kütləsinin qeyri-neft ÜDM-ə nisbəti 50%-ə çatıb. Pul siyasətinin dezinflyasiya potensialını daha da artırmaq məqsədilə ötən ilin mart ayından etibarən məzənnə siyasəti ABŞ dolları və avrodan ibarət bivalyuta səbəti vasitəsilə həyata keçirilməyə başlanılıb. Bu rejim Milli Bankın manatın tərəfdaş ölkələrin valyutalarına qarşı orta çəkili məzənnəsinə (nominal effektiv məzənnə) təsir göstərmək imkanlarını artırıb. Nəticədə, ötən il nominal effektiv məzənnə 12%-dən çox möhkəmlənib ki, bu da tərəfdaş ölkələrdən inflyasiyanın idxalını neytrallaşdıran mühüm amildir.
Məzənnə siyasəti həm də valyuta bazarında sabitliyin qorunmasını təmin edib, manatın dollara qarşı məzənnəsi il ərzində 5,2% möhkəmlənib.
Dünya iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik sıxıntısı və inflyasiyanın azalması şəraitində iqtisadiyyatda likvidlik mənbələrini dəstəkləmək üçün AMB 2008-ci ilin oktyabr ayından etibarən pul siyasətində adekvat korrektələr aparıb. Milli Bankın uçot dərəcəsi üç dəfə dəyişdirilərək 15%-dən 8%-ə endirib, bankların likvidlik göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə onların xarici öhdəlikləri 5%-lik məcburi ehtiyat norması ləğv edilib, daxili öhdəliklər üzrə məcburi ehtiyat normaları isə 12%-dən 6%-ə salınıb.
AMB-nin məlumatına görə, ötən ilin 11 ayında bank sisteminin aktivləri 47%, kredit portfeli 48%, əhalinin əmanətləri 23% artıb. Qeyd olunur ki, ilin birinci yarısında bank sistemində davam edən yüksək artım dinamikası, ikinci yarımillikdə qlobal şəraitə və daxili iqtisadi dinamikaya adekvat şəkildə stabilləşib. Belə ki, bank sistemi beynəlxalq maliyyə bazarlarında likvidliyin məhdudlaşması, iqtisadi artımın və pul kütləsinin yeni dinamikasına adaptasiya olunmağa başlayıb. Ötən il iri məbləğdə xarici öhdəliklərin icrasına baxmayaraq, banklar kreditləşməni davam etdirib ki, təkcə sentyabr-noyabr aylarında verilən yeni kreditlərin həcmi 1,9 mlrd. manat olub. «Banklar həm xarici, həm də daxili öhdəliklərini ödəmək üçün kifayət qədər likvid aktivlərə malikdir. Hətta bəzi bankların borclarının vaxtından əvvəl geri tələb olunmasına baxmayaraq, banklar öz öhdəliklərini tam və vaxtında icra edib. Bankların likvid aktivləri təxminən xarici borc həcmindədir. Bankların likvid aktivləri əhalinin əmanətlərinin təqribən 87%-ni təşkil edir, ani likvidlik göstəricisi isə tələb olunan səviyyədən 3 dəfə yüksəkdir (82%). Likvid aktivlərin cari öhdəliklərə nisbəti isə 90% həddindədir», - deyə Bəyanatda bildirilir.
Bankların kapitalının həcmi ötən ilin 11 ayında 49% artaraq 1,6 mlrd. manata çatıb, eyni zamanda məcmu kapitalın adekvatlıq əmsalı 19% (prudensial tələb 12%) təşkil edib.
Ötən ilin 11 ayında aktivlərin gəlirliliyi 2,6%-ə, kapitalın gəlirliliyi isə 20%-ə bərabər olub.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri 20 Yanvar faciəsinin 19-cu ildönümünə dair Tədbirlər Planını təsdiqləyib

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri 20 Yanvar faciəsinin 19-cu ildönümünə dair Tədbirlər Planını təsdiqləyib



[ 06 Yanvar 2009 18:00 ]
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycan Prezidentinin İcra Aparatı rəhbərin Ramiz Mehdiyev “20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Prezidentin İcra Aparatından APA-ya verilən məlumata görə, Tədbirlər Planında respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-də, eləcə də televiziya kanallarında və internetdə 20 Yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulur.

Tədbirlər Planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, yanvarın 19-da bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, dünya ictimaiyyətinin diqqətini yenidən bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, həmçinin Azərbaycan icmaları vasitəsilə müvafiq tədbirlər görüləcək.

Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanılıb.

100 il geriyə

100 il geriyə


06.01.2009, 14:22

«Azadlıq» radiosunun FM tezliyindən çıxarılması mediaya qarşı 1993-cü ilin iyununda elan edilən manifestin son akkordlarından biridir

Azərbaycan böyük bir məmləkət olsaydı, adam deyərdi ki, ”Azadlıq"ın FM tezliyini alanlar, yenidən soyuq müharibə dövrünə qayıdıblar.

“Dediklərinin heç birini qəbul etmirəm. Ancaq onları nöqtə-vergülünə qədər deyə bilməyin üçün əlimdən gələn hər şeyi etməyə hazıram”
(Volter)

Azad söz azad mühit yarada bilməz. Azad sözü yaradan faktor isə azad mühitin özündən başqa heç nə deyil.
Bizim azad söz mühitində yaşamağa başlamağımızın üstündən bir əsrdən də çox vaxt keçib.
Mətbuatımızın “Əkinçi” debütü ilə başlayan iməkləmə dövrü məmləkətdə kapitalizmin inkişafına paralel şəkildə gedib. Tiflis və Bakı mərkəzli mətbuat orqanlarımız (buraya Kaspralının Baxçasarayda çıxardığı “Tərcüman”ı da əlavə edə bilərsiniz) 30 illik müddət ərzində (1875-1905) sərbəst bazar infrastrukturlu söz hürriyyətinin inkişafı üçün önəmli məşqlər etsə də, bu istiqamətdəki ən güclü addımı “Molla Nəsrəddin” jurnalında Cəlil Məmmədquluzadənin atdığını görürük. Mirzə Cəlilin xatirələrindən öyrənirik ki, 1905-ci ildə Tiflisdə “Novruz” adlı qəzet çıxaran Məmmədquluzadə həmin ilin 17 oktyabrında Çar II Nikolayın verdiyi azadlıqların “Padşahın başının ”Kukureku" jurnalında xoruz şəklində çəkilməsinə" qədər aparıb çıxardığını görmüş və jurnalı alan kimi mətbəəyə qaçıb Ömər Faiq Nemanzadəni yeni bir mətbuat orqanı çıxarmağa razı salmışdır. “Molla Nəsrəddin”i zəmanə özü yaratdı, təbiət özü yaratdı" - “Xatiratım”ın bitdiyi bu sözlər azad mühitin yaratdığı azad sözün parlaq örnəklərindən biridir.
***
Mətbuatımızın 100 il əvvəlki mənzərəsinə baxanda sərbəst bazarın və söz azadlığının vaz keçilməz ilk şərti ilə qarşılaşırıq: görürük ki, “Molla Nəsrəddin” jurnalı Cəlil Məmmədquluzadənin mülkiyyəti idi; Topçubaşının baş redaktoru olduğu “Həyat”ın sahibi Hacı Zeynalabdin Tağıyev; Əli bəy Hüseynzadənin çıxardığı “Şəlalə”nin sahibi isə Isa bəy Aşurbəyov idi. Yəni, sahibinin kimliyindən asılı olmayaraq, dövrün bütün mətbuat qurumlarıÿbazarın subyektləri kimi yayın həyatına başladıqlarına görə, ilk növbədə, özlərini yaşatmaqÿvə buna paralel olaraq fikir məşqləri etmək, “beyin fırtınaları” qoparmaq cəhdləri onların iş prinsiplərini müəyyənləşdirirdi. Istənilən mətbu orqanını yaşadan da, onu ictimai həyatdan geri çəkən də oxucu rəyi idi - nə qədər varlı olsalar da, neft milyonerlərinin özünü maliyyələşdirə bilməyən mətbuat qurumlarına cibdən dəstək verdiklərini görmürük. Stolıpin irticasının Çar Rusiyasındakı azadlıqlara vurduğu zərbə milli mətbuatımıza da öz təsirini göstərsə də, qəzet-jurnallarımız həm mülkiyyət haqlarını, həm də milli-sosioloji fəlsəfələrə bağlılıqlarını qoruya bilmişdilər. Bunun nəticəsidir ki, Romanovlar sülaləsinin 300-cü ili şərəfinə verilən Əfvi-ümumidən sonra yayın həyatına başlayan mətbuat orqanları milli kimlik və ana dili ətrafında mübahisələrə üstünlük vermiş, bu mübahisələr daha sonra milli dövlət fəlsəfəsinə doğru inkişaf etdirilmişdir. 28 may 1918-ci ildə elan edilən Şərqin ilk Cümhuriyyəti bu milli-fəlsəfi müzakirələrin meyvəsi olduğuna görə “Insanlara hürriyyət, millətlərə istiqlal” prinsipini özünün başlıca amalı elan etmişdir. Fransa burjua inqilabının olduğu 1848-ci ildə Mirzə Fətəli Axundzadənin başlatdığı müasirləşmə və özgürləşmə həmləsinin milli mətbuatımızın böyük dəstəyi ilə Çar Rusiyası sərhədləri içərisində uğurla davam etdirildiyini bir tərəfə qeyd edək.
***
Tək partiyalı sosialist rejimin yox etməyə çalışdığı fikir azadlığı keçən əsrin 60-cı illərində ədəbiyyatın xidmətləri nəticəsində yenidən pöhrələnməyə başlamış və Sovet Ittifaqının sərhədləri çərçivəsində fikir azadlığı sahəsində müəyyən irəliləyiş əldə edilmişdi - bu, hər şeydən əvvəl 56-cı ildə Xruşşovun şəxsiyyətə pərəstişi kəskin tənqidindən sonra cəmiyyətə verilən nəfəsin təzahürü idi. 70-80-ci illərdə Azərbaycan ədəbiyyatı və mətbuatında müşahidə edilən “yeni nəsil” hərəkatı heç vaxt “Mərkəzi komitə” sindromundan özünü xilas edə bilməmişdi. 80-ci illərin axırında gələn media sərbəstliyi isə son 20 ilin zirvəsi sayıla bilər.
***
Müstəqil məmləkətimizdə medianın müstəqilliyinə qarşı ilk manifest 1993-cü ilin iyununda Heydər Əliyevin Türk jurnalisti Mehmet Ali Birandın “Azərbaycandaÿdemokratiya bitdimi” sualına kükrəyərək verdiyi “Sənin sualın bitdi” cavabı ilə elan edildi. Ondan sonra keçən hər il ölkədə azad medianın manevr sahəsinin daraldılması ilə müşayiət edildi. Müstəqil TV kanalları və radiolar qurulmasına heç bir imkan yaradılmadığı kimi, liberal iqtisadiyyatın dərinləşdirilməməsi qəzet və jurnal naşirlərində rəhbəri olduqları orqanların sahibi olma duyğusunu yarada bilmədi -buna görə hələ də mətbu orqanlarının rekvizitlərində “Imtiyaz sahibi” yerinə “Təsisçi” sözünü görürük. Mətbu orqanlar şirkət prinsipləri ilə idarə edilib pul qazanma və ya itirmə nöqtəsinə gələ bilmədilər. Yalnız bir qrupun iddiasını təmin etmək üçün qurulan “Şərəf və heysiyyət” məhkəmələri medianın belini bükdü.
Başda Mətbuat Şurası olmaqla medianı müdafiə etməsi lazım olan təşkilatlar faktiki olaraq mediaya hücumları müdafiə etdi - medianın özünü sərbəst idarə etməsi üçün mübarizə aparmaq əvəzinə yenə də başda Mətbuat Şurası olmaq üzrə bu təşkilatların əksəriyyəti qəzet və jurnalları iqtidar ianələrinə möhtac etmək üçün tər tökdü.
***
“Azadlıq” radiosunun FM tezliyindən çıxarılması mediaya qarşı 1993-cü ilin iyununda elan edilən manifestin son akkordlarından biridir. Bu addım, eyni zamanda “Ölkəni hansı fəlsəfə idarə etməlidir - BIZ, yoxsa MƏN” sualına verilən cavabdır. “Azadlıq”ın tezliyini alanlar “MƏN” deyiblər. “MƏN” deyilən yerdə isə “Mənəm-mənəmlik hökm sürəcəkdir. Azərbaycan böyük bir məmləkət olsaydı, adam deyərdi ki, ”Azadlıq"ın FM tezliyini alanlar yenidən soyuq müharibə dövrünə qayıdıblar.
Avqustda Gürcüstanı işğalına qədər Rusiyanın çox gücləndiyini və dünyanın yenidən iki qütblü soyuq müharibə dövrünə qayıdıldığını deyənlər az deyildi. Payızda başlayan dünya maliyyə böhranı və neftin qiymətinin aşağı düşməsi Rusiyanı yenidən kreditə möhtac duruma gətirdi - bunu hər kəs görür. Milli gəlirini ədalətli bölüşdürməyən, vətəndaşlarının haqlarını müdafiə etməyən, müstəqil medianı son adacığına qədər sıxışdırıb susduran, yazıçısının kitabının satılması üçün şərait yaratmayıb yaradıcı insanı öz kisəsinə bağlayan bir üsuli-idarə güclü ola bilməz.ÿ
***
16 oktyabr 1905-ci ildəyik - yeganə fərq ondadır ki, o vaxt Çar Rusiyasının guşəsi idik, indi isə müstəqil ölkəyik. Hayırlı müstəqilliklər.
Mais Əlizadə, “Azadlıq” radiosu

Türk Tarix Qurumuna yeni sədr seçildi

Türk Tarix Qurumuna yeni sədr seçildi
Türk Tarix Qurumuna (TTQ) yeni sədr təyin olunub. APA-nın məlumatına görə, bu vəzifəyə Türkiyə Polis Akademiyasının müəllimi, professor Əli Birinci təyin edilib. Ə. Birincinin Fətullah Gülənə yaxın şəxs olduğu bildirilir. O, Qazi Universitetinin Atatürkü təhqir edən müəllimi Atilla Yaylaya dəstək verən, ali məktəblərdə qızların baş örtüyü taxmasının lehinə çıxış edən şəxs kimi də tanınır. Bundan başqa, Ə. Birincinin Türkiyə prezidenti Abdulla Güllə də yaxşı münasibətlərinin olduğu iddia edilir.
Qeyd edək ki, TTQ-nun əvvəlki sədri Yusuf Halaçoğlu bir neçə gün əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Rəsmi olaraq, onun səlahiyyət müddətinin başa çatdığı üçün sədrlikdən uzaqlaşdırıldığı açıqlansa da, Y. Halaçoğlunun Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişləndirilməsinə qarşı çıxdığından vəzifəsindən kənarlaşdırıldığı bildirilir.

5 Ocak 2009 Pazartesi

Şahnaz Qulamidən həyəcanlı xəbərlər

Şahnaz Qulamidən həyəcanlı xəbərlər

10:20 05-01-2009





Aclıqdan huşunu itirən jurnalistin harada saxlanıldığı bilinmir

Müddətsiz aclıq aksiyası keçirən azərbaycanlı jurnalist, www.azarwomen.blogfa.com saytının redaktoru Şahnaz Qulaminin vəziyyəti pisləşib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o tamam huşunu itirib, özündən gedib. Bundan sonra zindan (həbsxana) rəhbərliyi tərəfindən həbsxanadan çıxarılıb. Hazırda həbsdə saxlanılan Şahnaz Qulaminin harada olduğu və fiziki durumu haqda məlumat yoxdur.
Maraqlı tərəflərin Şahnaz Qulamiyə qarşı ediləcək hansısa təxribatlarla bağlı indidən “sığortalama işi” gerçəkləşdirildiyi bildirilir. Belə ki, jurnalistin ”psixi durumu yaxşı deyil”, “o intihar edə bilər” kimi "proqnoz"lar verilir.
Qeyd edək ki, Qulami dekabrın 19-dan başlayaraq Təbriz həbsxanasındakı ağır durumuna etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başlamışdı. O, işinə qanun çərçivəsində baxılmasını tələb edir.
Pərvin ABBASOV

LENT.AZ

«KALES» ŞİRKƏTİ: AZƏRBAYCANLILARA BİLET SATAN ERMƏNİ BAŞQA ADAMLA ƏVƏZ OLUNUB

«KALES» ŞİRKƏTİ: AZƏRBAYCANLILARA BİLET SATAN ERMƏNİ BAŞQA ADAMLA ƏVƏZ OLUNUB
2009-01-05 - 18:25:00


Lena Kellens


Meri Sarqsyan




«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti üçün Brüsseldə bilet satışını həyata keçirən Hollandiyanın «Kales» şirkətinin azərbaycanlı müştərilərə bilet satan, milliyyətcə erməni olan agenti Meri Sarqsyan başqa işçi ilə əvəz edilib. Bunu «Media forum» saytına «Kales» şirkətindən bildiriblər.

Şirkətdən sayta verilən məlumata görə, bundan sonra azərbaycanlı müştərilərə M.Sarqsyan yox, Lena Kellens adlı bilet satışı agenti xidmət göstərəcək. «Kales»dən artıq bu barədə «Azərbaycan Hava Yolları» QSC-yə rəsmi məlumat göndərildiyini vurğulayıblar.

Məsələ ilə bağlı «Media forum» «Azərbaycan Hava Yolları» QSC-nin mətbuat xidmətinə də müraciət edib. İş gününün sonu olduğundan mətbuat xidmətindən saytın müraciətinə yanvarın 6-da cavab veriləcəyi bildirilib.

«Kales» şirkətinin «Azərbaycan Hava Yolları» üçün Brüsseldə bilet satışını həyata keçirən agentin erməni olması xəbəri dekabrın 26-da yayılıb. Həmin gün «Azərbaycan Hava Yolları» QSC «Kales» şirkətinə müraciət edərək M.Sarqsaynın başqa millətdən olan agentlə əvəz olunmasını istəyib.

Dekabrın 26-da «Media forum»a açıqlamasında M.Sarqsyan deyib ki, əslində o, başqa aviaşirkət üçün işləyir: «Sizin müştərilər rusca danışdığından və mən də rusca danışa bildiyimdən bəzi rusdilli müştəriləri mənə istiqamətləndirirlər. Əgər belə olmasa, mənim «Azərbaycan Hava Yolları» ilə heç bir işim yoxdur».


«Media forum»

ŞAHNAZ QULAMİYƏ 6 AY ŞƏRTİ HƏBS VERİLDİ

ŞAHNAZ QULAMİYƏ 6 AY ŞƏRTİ HƏBS VERİLDİ
2009-01-05 - 17:09:00



Şahnaz Qulami


2008-ci il noyabrın 9-dan Təbriz həbsxanasında saxlanan azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. «Media forum» saytı xəbər verir ki, qərar Təbriz İnqilab Məhkəməsində çıxarılıb.

Ş.Qulami separatçılıqda, İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və yalan məlumat yaymaqda təqsirli bilinib. Onun hüquqlarını iki vəkil - Məhəmmədəli Dadxah və Hacər Səbbaqiyan müdafiə edib. M.Dadxah jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə Ş.Qulamini təqsirli bilərkən onun müxtəlif saytlarda yerləşdirilmiş məqalələrinə və bir neçə aksiyada iştirakına əsaslanıb: «Biz bunları belə ağır ittiham üçün yetərli sübut saymırıq».

Ş.Qulami həbsinə və zindandakı ağır şəraitə etiraz olaraq 2008-ci ilin dekabrında səkkiz gün aclıq aksiyası keçirib. O, siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.




«Media forum»