azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ocak 2009 Cumartesi

Güney Azərbaycan İstiqlal Partiyasının

Güney Azərbaycan İstiqlal Partiyasının

20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı

B Ə Y A N A T I

20 Yanvar 1990-cı il canları, qanları bahasına Azərbaycanı müstəqilliyə qovuşduran mübariz, əyilməz, məğrur azərbaycan xalqının qəhrəmanlıq günüdür. Bu tarixi gündə azərbaycan türkləri Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə, onların ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən ermənilərin məkrli siyasətinə və təcavüzkar hərəkətlərinə havadarlıq etmələrinə qarşı çıxaraq, öz azadlıq, müstəqillik istəklərini ortaya qoydu və bu yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın igid və qəhrəman övladları həmin günlərdə millətin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq sovet imperiyasının zirehli silahlarına qarşı üsyan etdilər, qanları bahasına mustəqilik tarixinin yeni səhifəsini yazmış oldular. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarından 19 il keçməsinə baxmayaraq hələ də millətimiz o gecəni xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

20 Yanvar cinayəti XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasına daxildir. Həmin gecə sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 nəfər (20-dən çox qadın, uşaq) şəhid edilmiş , 600-dən çox insan yaralanmışdı. Təəssüf ki, azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. 20 Yanvar hadisələri ilə bağlı 100 cildlik istintaq materialının 69 cildi guya araşdırılmaq məqsədilə Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılsa da, bu sənədlər bir daha geri qaytarılmayıb. Çünki, 20 Yanvar faciəsinin törədilməsində bilavasitə Kreml və M.Qorbaçov günahkardır.

Güney Azərbaycan İstiqlal Partiyası 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq bu faciə ilə bağlı dünyada yaşayan bütün azərbaycanlılara başsaglığı verir, bu faciəni Azərbaycan millətinə qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi hesab edir. Güney Azərbaycan İstiqlal Partiyası Azərbaycanın bağımsızlığının əbədi yaşaması üçün var gücüylə dövlətçiliyimizin keşiyində durmağı milli borcu hesab edir, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olmasında hər zaman Azərbaycan dövləti və millətinin yanında olduğunu bəyan edir.

Güney Azərbaycan İstiqlal Partiyası

Hiç yorum yok: