azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ocak 2009 Perşembe

Ukrayna, Rusiya, Avropa, qaz və Azərbaycan

Ukrayna, Rusiya, Avropa, qaz və Azərbaycan
Rusiya ilə Ukrayna arasında qaz mübahisəsi Avropanı bir daha Rusiyadan yan keçən yollarla özünə qaz təchizatçıları tapmağa sövq edəcək.
Bu halda, bir çoxları Azərbaycanın həmin prosesdə aparıcı rollardan birini oynayacağını düşünürlər.
Bakıdakı bəzi ekspertlər istisna etmir ki, davam edən mübahisə avropalıları Xəzər regionuna alternativ qaz mənbəyi kimi daha ciddi nəzər salmağa vadar edə bilər.
Artıq bir müddətir ki, Avropa İttifaqının rəsmiləri region paytaxtlarında Nabukko layihəsini götür-qoy edirlər. Nabukko, Xəzər hövzəsi və Mərkəzi Asiya qazını Azərbaycandan və Türkiyədən keçməklə Cənubi Avropa bazarlarına çıxarmalı, olduqca ambisiyalı, lakin gələcəyi tam aydın olmayan bir layihədir.
Hazırda Azərbaycan həm Brüssel, həm Moskva ilə enerji əməkdaşlığı ilə bağlı müxtəlif səpkili təklifləri nəzərdən keçirir. Söhbət həm Nabukko-dan, həm də rus nəhəngi “Qazpromun” bütün Azərbaycan qazını satın almaq təklfindən gedir.
Lakin rəsmi Bakı hələ heç bir tərəfə konket cavab verməyib. Enerji məsələləri üzrə təhlilçi İlham Şaban bunu praqmatik yanaşma kimi səciyyələndirir.
"İndi qazın qiyməti barədə konkret bir saziş imzalamaq o demək olardır ki, bəribaşdan qiyməti öldürürsən".
İtaliyanın qaz nəhəngi “Edison” şirkətinin bu yaxınlarda açıqladığı proqnoza əsasən, Avropa İttifaqı ölkələrində qaza təlabat ilbəil artacaq. Şirkət ehtimal edir ki, 2020-ci ildə Avropada qaza təlabat 13 % artaraq 720 mlrd. kubmetr təşkil edəcək.
Aİ komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Alan Vaddams bir qədər əvvəl BBC-yə verdiyi müsahibədə bu perspektivin qaçılmaz reallıq olduğunu demişdi.
" İndi Avropa həm artan qaz təlabatı, həm də onun çatdırlması yollarının diversifikasiya ehtiyacı ilə qarşılaşıb. Avropa məqbul qiymətə və məqbul yolla qaz əldə etmək istəyir."

Hiç yorum yok: