azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ocak 2009 Perşembe

Qəzzada atəş kəsilmir

Qəzzada atəş kəsilmir
İsrailin Qəzza bölgəsində elan etdiyi üçsaatlıq atəşkəsdən sonra dünən səhər saatlarında yenidən hərbi əməliyyatlar başlayıb.
Qazzə şəhərinin şərq həndəvərlərinin bombardmanı zamanı 12 fələstinli həlak olub.
HƏMAS da İsrailin raketlərdən atəşə tutulmasını bərpa edib. Neqev səhrasındakı Beer-Şeva şəhərində HƏMAS üç "Qəssam" raketi buraxıb. Raketlər kimsəyə zərər vurmadan partlayıblar.
İsrail rəhbərliyi hər gün saat 13.00-16.00 aralarında Qəzzadakı hərbi əməliyyatlarında fasilə verəcəyini bildirib.
HƏMAS da bu təşəbbüsü dəstəkləyərək həmin vaxtda İsrailə raket buraxmayacağını demişdi.
İsrailin Qəzzakı fələstinlilərə qarşı "Əridilmiş qurğuşun" əməliyyatına başladığı dekabrın 27-dən bəri 680 nəfər həlak olub, 4 min nəfər yaralanıb.
İsrail isə döyüşlərdə 7 hərbçisini itirib.
Bu arada İsrail Venesuelanın ölkədəki səfirini "arzuolunmaz şəxs" (persona non grata) elan edib. Diplomat 24 saat ərzində İsraili tərk etməlidir.
Səbəb isə yanvarın 6-da Venesuela prezidenti Uqo Çavesin İsrailin Qəzza bölgəsində apardığı əməliyyata etiraz olaraq bu ölkənin Karakasdakı böyükelçisi və səfirliyin bəzi əməkdaşlarının çıxarıldığını bəyan etməsidir.
U.Çavesi Latın Amerikasının bir sıra ölkələri də dəstəkləyiblər.
Ekvador parlamenti İsraili bəşəriyyətə qarşı vəhşi cinayətlərdə təqsirləndirib, Kolumbiya və Qvatemala İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Liviya BMT Təhlükəsizlik Şurasına İsrailin Qəzzada apardığı hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edib.
Liviya XİN-i bildirir ki, sənəd layihəsi bir sıra ərəb ölkələri ilə razılaşdırılıb. Müzakirəsinə Fransa, ABŞ və Böyük Britaniyanın da qatıldığı qətnamə bu gün səsverməyə çıxarıla bilər.
ABŞ-ın dövlət katibi Kondoliza Rays dünən bəyan edib ki, Fransa və Misir prezidentləri Nikolya Sarkozi ilə Hüsnü Mübarəkin apardığı danışıqlar zamanı əldə edilmiş atəşkəs təklifini dəstəkləyir.
"Bununla belə, hesab edirik ki, atəşkəs elanı HƏMAS yaraqlılarının İsraili raket atəşlərinə tutmalarına son qoymayacaq", - Rays BMT Təhlükəsizlik Şurasının Qəzzadakı situasiya ilə bağlı keçirdiyi iclasında deyib.
Mübarək-Sarkozi planı döyüş bölgəsində dərhal atəşkəs elan edilməsini, bundan sonra isə tərəflərin danışıqlara başlamasını və İsrailin Qazzəyə tətbiq etdiyi blokadanın aradan qaldırılmasını nəzərdə tutur.
Bu zaman ən önəmli məsələlərdən biri Misirlə Qəzza arasında sərhədin təhlükəsizliyinin təminatı olmalıdır.
Həmin planı Fələstin Muxtariyyətinin lideri, iclasda iştirak edən Mahmud Abbas da dəstəklədiyini söyləyib.
İsrailin BMT-dəki səfiri Qabriela Şalev deyib ki, Qəzzada aparılan xüsusi əməliyyat onun ölkəsinin özünümüdafiə hüququnun təzahürüdür: "Atəşkəs müqaviləsi imzalamaq üçün İsrail əmin olmalıdır ki, Qəzzada terrorizm və silah qaçaqmalçılığına son qoyulub".
İclas zamanı məlum olub ki, BMT-nin baş katibi Pan Gi Mun ən yaxın günlərdə İsraillə Fələstinə səfər edəcək.
Əfqanıstandakı "Hizbi İslami" hərəkatının lideri Gülbəddin Hikmətyar dünən axşam bəyan edib ki, yüzlərlə əfqan könüllü Qəzzalda İsrailə qarşı vuruşmaq üçün fürsət gözləyir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan da Qəzzadakı qanlı döyüşləri dayandırmaq istəyir. O, ərəb ölkələri və Qərb dövlətlərinin liderlərinin xanımlarını İstanbula toplantıya dəvət edib.
Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd, İordaniya kralı II Abdullanın arvadı şahzadə Raina, Qətər əmiri şeyx Həmid bin Xəlifə əl Taninin xanımı Şeyxə Mozah, Azərbaycanın birinci ledisi Mehriban Əliyeva, Fransa prezidenti Nikolya Sarkozinin arvadı Karla Bruni, İspaniya baş naziri Xose Luis Rodriges Zapateronun xanımı Sonsoles Espinosa, habelə Pakistanın baş naziri Yusif Ziya Gilani və Bəhreyn kralı Həmad bin İsa əl Xəlifənin arvadlarının qatılacağı toplantıda məşhur maneken Naomi Kempbellin iştirakı da gözlənilir.
Təl-Əvivdə çıxan nüfuzlu "The Jerusalem Post" isə Türkiyənin Qəzzadakı olaylarla bağlı mövqeyini sərt tənqid edib.
"Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili çox sərt, hətta yolverilməz dərəcədə kobud ifadələrlə tənqid edəndən sonra ölkənin bir çox yerlərində İsrailə qarşı yürüşlər və mitinqlər keçirilib. İran prezidenti Mahmud Əhmədinecat və HƏMAS lideri Xalil Məşalın Ankaraya dəvət edilməsi, Ərdoğanın son çıxışları Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının gerçəkdən də islamçı mövqe tutmasına dəlalət etməyə başlayırmı? Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq ölkələrinə son səfərində bilərəkdən İsrailə baş çəkmədi. O, bizi təqsirləndirir. İraqın şimalında PKK terrorçularına qarşı mübarizə aparan Türkiyənin HƏMAS-la savaşan İsrailə insan haqları dərsi keçməyə heç bir haqqı yoxdur. Türkiyə liderləri indi bizim yox olmağımızdan bəhs edir. Belə ölkənin İsrail-Fələstin münaqişəsində vasitəçilik etməyə heç bir haqqı yoxdur", - İsrailin aparıcı qəzetinin dünənki sayında dərc olunmuş məqalədə bildirilir.

Hiç yorum yok: