azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Ocak 2009 Cuma

Yazıçı Anar Ərdoğana təşəkkür məktubu göndərdi

Yazıçı Anar Ərdoğana təşəkkür məktubu göndərdi

19:47 09-01-2009



“Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması haqqın və ədalətin zəfəridir”

Türk dünyasının böyük şairlərindən olan Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması barədə qərar Azərbaycanın ədəbi ictimaiyyətində razılıqla qarşılanıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yanvarın 9-da bu münasibətlə Birliyin adından Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana minnətdarlıq məktubu göndərib.

Məktubda deyilir: “Sayın Baş bakan! XX yüz ilin ən böyük şairlərindən olan Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması haqqın və ədalətin zəfəridir. Nazim Hikmətin “Günəşi içənlərin türküsü” adlı ilk kitabı Azərbaycanda basılmışdır və ədəbiyyatımıza böyük təsir göstərmişdir. Biz Nazimi qardaş Türkiyənin və Azərbaycanın böyük şairi sayırıq. Sovet dönəmində Azərbaycan xalqı və başqa türk xalqları üçün Nazim Hikmət Türkiyənin, türklüyün, qardaşlığımızın rəmzi idi.

Azərbaycan Yazıçılar Birliyi olaraq, Nazimə Türkiyə vətəndaşlığının qaytarılması haqqında məmləkətinizin ən ali qurumlarına dəfələrlə müraciət etmiş, bəyanatlar vermişik.

Canından artıq sevdiyi, həsrətini çəkdiyi Vətənində Nazimə qanuni və təbii haqqının verilməsi bütün dünya nazimsevərlərini sevindirəcəkdir. Bu ədalətli qərarı verdiyinizə görə, şəxsən Sizə və başçılıq etdiyiniz hökumətin üzvlərinə səmimi təşəkkürlərimizi bildiririk”.

LENT.AZ

Xəbərin oxunma sayı: 203

Hiç yorum yok: