AYƏTULLAH ƏLİ XAMNEYİNİN CANİŞİNİ: «HƏMAS»ın 80 MİN DÖYÜŞÇÜSÜ VAR»
2009-01-05 - 16:32:00
Müctəba Zolnur
Dini rəhbər ayətullah Əli Xamneyinin İran İnqilab Keşikçiləri Korpusundakı («Sepah») canişini höccətülislam Müctəba Zolnur jurnalistlərə açıqlamasında Qəzza bölgəsindəki «Həmas» döyuşçülərinin İsrailə qalib gələcəyini söyləyib.
«Media forum» saytının məlumatına görə, yanvarın 4-də Bəndər Abbasda jurnalistlərlə görüşən dini rəhbər canişini deyib: «Həmas» işğalçı İsrail ordusuna qarşı müharibədə klassik müharibələrdəki silahlardan yox, xalqdan qaynaqlanan çevik qüvvə və özünəməxsus üsüllardan yararlanır. Bu, təcavüzkarın tam məğlubiyyətinə gətirib çıxaracaq».
M.Zolnur Qəzzadakı bütün sakinlərin evlərinin səngərə çevrildiyini də vurğulayıb: «Qəzza bölgəsində yaşayan bütün insanlar «Həmas»ın qüvvələri, onların yaşadığı evlər isə «Həmas»ın səngərləri sayılır. «Həmas»ın əksəriyyəti adi insanlardan olan 80 min döyüşçüsü var. Onların müqavimət mədəniyyəti və imanları çox güclüdür. Bu, işğalçılar üzərində tam qələbəyə təminat verir».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder