azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Ocak 2009 Pazartesi

İSRAİL QOŞUNLARI XAN YUNİS ŞƏHƏRCİYİNƏ DOĞRU İRƏLİLƏYİR

İSRAİL QOŞUNLARI XAN YUNİS ŞƏHƏRCİYİNƏ DOĞRU İRƏLİLƏYİR
2009-01-05 - 11:12:00




İsrailin başladığı yerüstü hərbi əməliyyatlar artıq Qəzzanın cənubunda da aparılır. 40-a qədər İsrail tankının burda Xan Yunis şəhərciyinə doğru irəlilədiyi bildirilir. Bundan əvvəl İsrailin quru əməliyyatı şimal istiqamətində gedirdi.

Fələstin rəsmilərinin məlumatına görə, 9 gün öncə başlayan əməliyyatlar nəticəsində 500-dən çox adam həlak olub. 2500-dən çox yaralı var. Ölənlərin 70 nəfəri yerüstü əməliyyatlar zamanı həlak olub. İsrailin biri hərbiçi olmaqla 5 itki verdiyi bildirilir.

Bu gün Fransa prezidenti Nikola Sarkozi Avropa Birliyi rəsmiləri ilə eyni vaxtda atəşkəsə nail olmaq üçün bölgəyə səfərə gəlib. İsrailin xarici işlər naziri Tsipi Livni isə ölkəsinin «Həmas»la hər hansı danışıqlara getməyəcəyini və hərbi əməliyyatları davam etdirəcəyini vurğulayıb.

Amerikanın vitse-prezidenti Dik Çeyni İsrailin Qəzzada quru əməliyyatını müdafiə edib: «Düşmənin kim olduğunu bilmək vacibdir. İsrail üçün düşmən fələstinlilər deyil, «Həmas»dır».

«Human Rights Watch» təşkilatının Qüdsdəki nümayəndəsi Fred Abrahams «BBC»yə müsahibəsində Qəzzada insan tələfatının çoxaldığını deyib və bildirib ki, İsrail əraziyə tibbi yardımı çatdırmağa qadağa qoymaqla beynəlxalq müharibə qanunlarını pozur.

İsrail 2008-ci il dekabrın 26-da Qəzza zolağına havadan zərbələr endirir. Bir neçə gün öncə isə İsrail qoşunları yerüstü hərbi əməliyyatlara başlayıb.

İsrail «Həmas»ın raket atəşlərini dayandırmasını və Misirdən Qəzza zolağına silah qaçaqmalçılığına son qoyulmasını, «Həmas» isə Qəzza zolağına aparan keçid məntəqələrinin açılmasını tələb edir.




«Media forum»

Hiç yorum yok: