azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ocak 2009 Cumartesi

QƏZVİNİN İCRA BAŞÇISININ "ETİRAZ" MƏDHİYYƏSİ

QƏZVİNİN İCRA BAŞÇISININ "ETİRAZ" MƏDHİYYƏSİ


Güney Azərbaycan valilərinin bölgələrdəki çatışmazlıqları açıq bildirməyə cəsarətləri çatmır


S.SOLTAN


Tehran hakimiyyətinin Güney Azərbaycan əyalətlərinə verdiyi vədlərin boş olduğu zaman-zaman təsdiqlənir. Bir müddət öncə İran prezidenti Mahmud Əhmədinijat Azərbaycanın Qəzvin bölgəsinə səfəri zamanı əyalətin inkişafı üçün proqramın mövcudluğunu bəyan etmişdi. Amma ötən bu müddət ərzində həmin plan yerinə yetirilməyib.
İslam Respublikası rəsmilərinin boş vədləri qarşılığında Qəzvin əyaləti bütün çətinliklərə baxmayaraq, İranın inkişafından ötrü bir sıra sahələrdə öhdəsinə düşənlərə əməl edir. Əyalətin bağçılıq üzrə aparcı mütəxəssislərindən biri, Əli Əkbəri İRNA agentliyinə müsahibəsində bildirib ki, Qəzvində 1.600 ha sahədə fındıq əkilir. Bu ərazidən orta məhsuldarlıq bir hektardan 1.200 kq olub. Belə göstərici ilə o, ölkə üzrə yalnız Gilan əyalətindən geri qalaraq ikinci yeri tutur.
Onun sözlərinə görə, fındığın tərkibində 60 faiz yağ, 30 faiz fosfor, habelə zülal, şəkər və başqa mikroelementlər, vitaminlər var. Qeyd edək ki, Gilan, Qəzvin, Mazandaran, Ərdəbil, Zəncan və Qum ölkədə fındıq istehsal edən əsas əyalətlərdir. Bununla belə Qəzvində bu sahənin inkişaf etdirilməsi üçün şərait yaradılmır. Halbuki hökumət başçısı əyalətdə meyvə bazalarının yaradılacağını da vurğulamışdı.
İş o yerə çatıb ki, Qəzvindəki vəziyyət yerli hakimiyyətin də narahatlığına səbəb olub. "Baybak"ın məlumatına görə, əyalətin icra başçısı Ələkbər Tahai ehtiyatla M.Əhmədinijata bölgədəki duruma dair məktubla müraciət edib. Başçının məktubunda İran hakimiyyətinin Qəzvinlə bağlı verdiyi vədlərin "hamısını yerinə yetirməsi"ni vurğulaması həmin ehtiyatlılıqdan xəbər verir.
Mənbənin yaydığı məlumata görə, Tahai məktubunda İslam Respublikası hakimiyyətinə "dua" edərək "Qəzvin əyalətinə göstərilən sonsuz diqqəti" alqışlayıb. Ancaq həmin müraciətə nəzər saldıqda vəziyyətin fərqli olduğunu görürük.
"Məktəblərə ayrılan pullar yetərlidir. Həmin maliyyə vəsaitini verməklə hökumət sözünə əməl edib. Ancaq məktəblərimizin vəziyyəti dəyişməyib. Biz ayrılmış pulun rayona verilməsini istərdik.
Əlborz adlı şəhərin 200 min əhalisi var. Amma oradakı xəstəxana problemi hələ də aradan qaldırılmayıb. Hökumət bu şəhərə lazımi marağı göstərsə də, lütfən, ayrılmış maliyyə yardımını çox gecikdirməyin.
Allah şahiddir ki, bölgəmizdə su və elektrik enerjisi problemimiz yoxdur. Buna görə hökumətə borcluyuq. Ancaq, lütfən, əyalətdə su və elektrik enerjisi probleminin çözülməsi üçün ən azı bir su anbarının tikilməsi əmrini verin. Əkinçilər və əhali susuzluqdan əziyyət çəkir.
Bölgəmizin yolları standartlara uyğundur. Ancaq şəhərlərimizin bir çoxuna və kəndlərimizə asfalt yollar hələ də salınmayıb...", - deyə icra başçısı Mahmud Əmədinijata Qəzvinin sosial durumunu anlatmağa çalışıb.
Yazımızın əvvəlində Qəzvinin İran üçün yalnız bir sahədə verdiyi xeyirdən yazdıq. Onu da yada salmaq lazımdır ki, bu əyalətin eyniadlı mərkəzi şəhəri İranın düz ortasındadır və bir çox cəhətdən ölkə üçün önəmlidir. Belə bir bölgəyə başçılıq edən Ə.Tahainin mövcud çatışmazlığı qorxa-qorxa, öz-özünü təkzib etməklə hökumət başçısına çatdırması Azərbaycan əyalətləri icra başçılarının həqiqəti Tehrana açıqcasına deməkdən çəkinməsinə, yaltaqlıq, ikiüzlülük etmədən söyləyə bilməməsinə dair sübutdur. Bu baxımdan nə qədər təzadlı da olsa, Ə.Tahainin məktubunu "etiraz mədhiyyəsi" də adlandırmaq olar.ayna

Hiç yorum yok: