azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Mayıs 2009 Cuma

İran prezidentliyinə azərbaycanlı namizədlər

"Onların nə silahlı gücü, nə nüfuzu, nə də tərəfdarı var"

2009-cu il 12 iyun İranda prezident seçkiləridir. Xatırladaq ki, bu, İran tarixində sayca 10-cu prezident seçkisi olacaq. Seçkidə hazırkı prezident Mahmud Əhmədinejadın əsas rəqibləri Tehranın meri Məhəmməd Bağır Kalidaf və Milli İnam İslahat Partiyasının sədri Mehdi Kərrubi olacaq. Bu yaxınlarda Güney Azərbaycan Milli Oyanış Hərəkatının Azərbaycan üzrə təmsilçisi Ağrı Qaradağlı İranda prezidentliyə namizədliyini irəli sürmüş beş liderdən iki-sinin azərbaycanlı olduğunu bildirib. O, qeyd edib ki, onların hər ikisinin ölkədə və xüsusilə azərbaycanlı seçicilər arasında yüksək reytinqi var. Lakin ekspert indiki rejimdə kimin prezident seçilməsindən asılı olmayaraq, ölkədəki milli mədəniyyətlərlə bağlı hökumətin münasibətinin dəyişməyəcəyini qeyd edib. Ümumiyyətlə, seçki ilə bağlı təbliğat-təşviqat kampaniyasının vaxtından əvvəl başlaması bu seçkilərin İran üçün böyük əhəmiyyət daşıdığından xəbər verir. Məlum məsələdir ki, İranda prezident seçkilərində qələbə qazanmaq üçün əhalinin dəstəyindən əlavə, İranın Ali Dini rəhbərinin də dəstəyi vacibdir. Məsələnin gizli təfərrüatları və qaranlıq mətləblərinə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq güneyli Aslan Xalidi ilə birgə işıq salmağa çalışdıq. Politoloq məsələni bu cür şərhdir: "İranda prezident seçilmək və bu posta sahib olmaq niyyətində olanların namizədliyi əvvəl müəyyən qurumlar tərəfindən müzakirə olunub, qeydiyyatdan keçirilir. Əsas prioritet və ümdə məqsəd pislər arasında ən yaxşı namizədin seçilməsi məsələsidir. Sözsüz ki, sonda həmin şəxsin namizədliyi təsdiq edilir". Politoloq bildirir ki, İranda heç bir qəzet, televiziya və radio müstəqil deyil və onların fəaliyyəti ilə bağlı hər bir qurum dövlətə tabedir: "Belə olan halda onlar istədikləri adamı, yəni fars şovinizmini və molla rejimini dəstəkləyən və ona sadiq olanların namizədliklərini təsdiq edib, media və mətbuatda da yalnız onların milli maraqlarına cavab verə biləcək şəxslərin təbliğatını aparacaqlar. Bu, qaçılmazdır". A.Xalidi namizədliyini irəli sürənlər içərisində yenidən Mahmud Əhmədinejadın prezident seçiləcəyinə əmindir və bunu aşağıdakı kimi əsaslandırır: "Hazırda İranın siyasi strategiyası bu istiqamətdə aparılır. M.Əhmədinejadın radikal addımları rejimin siyasi strategiyasının təzahürüdür və onun mahiyyətini nümayiş etdirir. Ümumiyyətlə, rejim özünü hərbi cəhətdən səfərbərliyə almağa çalışır ki, ona qarşı hər hansı bir müqavimət olduğu təqdirdə mübarizə aparmaq və silah gücünə olsa da istənilən təzyiqin qarşısını almaq əzmini qoruyub saxlaya bilsin. Onu da qeyd etmək lazımdır ki, rejim ölkə daxilindəki müəyyən etnik tərkiblərdən olan namizədlərin də adını bu siyahıya salmağa çalışacaq. Əslində isə bu, millətlərin siyasi potensialının süni şəkildə neytrallaşdırılması istiqamətində atılmış addım olacaq". Politoloq deyir ki, İran bu məsələyə millət deyil, ümmət prinsipi ilə yanaşır: "İranda M.Əhmədinajadın siyasi kursunu dəstəkləyən yoxdur. Odur ki, rejim insanları seçkiyə cəlb etmək və onları müəyyən qədər aktivləşdirmək məqsədilə həmin millətləri təmsil edən bir neçə namizədi qeydiyyatdan keçirir ki, onlar da seçki məntəqələrinə gələ bilsinlər. Lakin İran demokratik dövlət olmadığı üçün seçki məntəqələrində də heç bir yoxlama komissiyası təşkil edilməyəcək və heç bir nəzarət olmayacaq. Odur ki, seçkilərin şəffaf və ya obyektiv keçib-keçməməsi ilə bağlı heç kəs fikir söyləyə bilməyəcək". A.Xalidi qeyd edir ki, bütün bunların arxasında sadəcə olaraq İranın guya ölkədə insanların seçkilərdə fəal iştirak etməsi və ədalətli şəkildə öz namizədlərini prezident seçmələri fonunda ictimai fikir formalaşdırmaq siyasəti dayanır: "Amma kimə səs veriləcəksə, bu, artıq rejimin öz daxili işidir". Prezidentliyə namizədlər arasında əslən azərbaycanlı olan Mirhüseyn Musəvi və Əkbər Ələmi də var. "Hansı Azərbaycanın milli maraqlarını daha çox müdafiə edə bilər və hansının prezident seçilmək imkanı daha çoxdurğ" sualını politoloq bu cür cavablandırıb: "Bir millət vəkili kimi Əkbər Ələminin son vaxtlar parlamentdə müəyyən radikal çıxışları olub. Molla rejiminin azərbaycanlılara etdiyi təzyiqi nəzərə alaraq, o, parlamentdə azərbaycanlıların adından danışıb və Azərbaycan bölgəsindən millət vəkili seçildiyinə görə, bu vasitə ilə parlament nümayəndələrinin diqqətini çəkməyə çalışır. O, hətta öz çıxışında Məmməd Hüseyn Şəhriyarın şeirinə də toxundu, hansında ki, İranın ayaqda qalması üçün azərbaycanlıların göstərdikləri rəşadətdən bəhs edilir. Düzdür, parlamentdə onu çox adam dəstəkləmədi və parlamentin sədri onun sözünü kəsərək, çıxışını yarımçıq qoydu. O zaman rejimin apardığı siyasi strategiya nəticəsində Ə.Ələmi birmənalı şəkildə Güney Azərbaycanda bütün milli qüvvələrin neytrallaşdırılması ilə bağlı nəinki daxildə, hətta xaricdə belə İran Təhlükəsizlik İdarəsinin vasitəsilə əlindən gələni əsirgəmədi. Xaricdə insanlara qarşı şəxsiyyət terroru törədildi, daxildə insanları həbslərə atıb, işgəncə verdilər. Hətta valideynlərə təzyiq edirdilər ki, əgər övladlarınızın cəsədini istəyirsinizsə, bu haqda heç kəsə məlumat verməyin. Əks halda eyni vəziyyət sizləri də gözləyir. Belə olan şəraitdə rejim məcburiyyət qarşısında qalıb, Ələmi kimi bir insanı gündəmə gətirdi. Onun nə silahlı gücü, nə böyük tərəfdarı var, nədə ki Azərbaycanı sevən insandır. O, əslində Xomeyni ideologiyasına və dini rəhbərlik prinsipinə bağlı olan birisidir. Ona görə də parlamentdə təmsil olunur". A.Xalidi bildirir ki, Məsləhət Şurasının icazəsi olmadan İranda Heç bir millət vəkili parlamentdə təmsil oluna bilməz: "İran Konstitusiysında belə bir qeyd var ki, hətta xalq tərəfindən seçilmiş prezident belə Xomeyni ideyalarına qarşı çıxarsa, ona veto qoyula bilər. Bütün bunlar qabarıq şəkildə bilinməsin deyə, İranda dini rəhbərlik strukturunun fəaliyyətini sistemləşdirən, 92 molladan ibarət Uraqan Məclisi mövcuddur. Həmin qurum parlamentdə qəbul olunan qanunlara nəzarət edir. Məqsəd Xomeyninin ideyalarını davam etdirmək, ona qarşı çıxanları isə cəzalandırmaqdır. Yalnız bu müəyyənləşdikdən sonra parlament həmin qanunu qəbul edir. Həmin Uraqan Məclisi siyasi rəhbərə, rəhbər də Keşikçi Şurasına öz göstərişini verir. Keşikçi Şurası 12 nəfərlə təmsil olunur. Onların 6-sı mülki, 6-sı isə guya parlament tərəfindən təyin olunmuş hüquqşünasdır. Bunların da hamısı dini rəhbərlik strukturuna tabedirlər. həmin 12 nəfər seçildikdən sonra bir nəfər onların fəaliyyətə başlamalarını təsdiq etməlidir". Politoloq qeyd edir ki, nə prezidentin, nə də parlamentin onların fəaliyyəti ilə bağlı hansısa bir əmr vermək səlahiyyətləri yoxdur: "Verilən əmrlər də protokol xarakterlidir. Yəni heç bir qanuni əsası yoxdur və xarici dövlətlərə İranda prezident, parlament və məhkəmə hakimiyyətinin olması ilə bağlı siyasi nümayişdir. İran teokratik bir dövlətdir və dini dəyərlərlə idarə olunur. Xomeynizm ideologiyasının başında bir rəhbər dayanır. O rəhbər də xalq tərəfindən seçilmir. Xalq Uqadan Məclisini seçir, Uqadan Məclisi isə dini rəhbəri. Həmin qurum ayətullahlarla təmsil olunur. Ümumiyyətlə, İranını çox dolaşdırıcı bir dövlət sistemi var. İran parlamentində təmsil olunan hər bir insan İran konstitusiyasına and içərək işə başlayır. And içmədiyi halda, onu parlamentdən uzaqlaşdırırlar. Ola bilsin ki, hər hansı bir millət vəkili niyyətini açıqlamır, məqsədyönlü şəkildə siyasi fəaliyyət göstərir, İran Təhlükəsizlik İdarəsini, Məsləhət Şurasını aldadıb parlamentdə təmsil olunur. Bunun üstü açıqdıqda isə heç bir parlament icazəsi olmadan həmin şəxs həbs edilir və haqqında ölüm hökmü çıxarılır. Ona görə də parlamentdə təmsil olunanlar olduqca ehtiyatlı olmağa çalışırlar". A.Xalidi bildirir ki, Əkbər Ələmi sadəcə dildə azərbaycanlıların haqlarını müdafiə edir: "Əslində oyunun mahiyyəti aldadıcı manevrlər vasitəsilə xalqı seçki məntəqələrinə cəlb etməklə, guya onların ümmətçilik prinsipinə sadiq qalaraq, Əhmədinecatı dəstəklədiklərini gündəmə gətirməkdir". Politoloq ümmətçilik prinsipini bu cür izah edir: "Ümmətçilik ümmaməçilik prinsipinin davamıdır. Onlar düşünürlər ki, 12-ci imam Həzrəti Mehdi qeyb olandan sonra hər hansı bir vəli ölkədə Allahın nümayəndəsi olaraq, millətlərə rəhbərlik etməlidir. Xalq da bu rəhbərin təyin etdiyi siyasi strategiyanı qəbul etməlidir. Onlar bu hakimiyyəti Həzrəti Mehdinin zühuruna qədər qoruyub saxlamağı düşünürlər. Bunun da neçə ildən sonra baş verəcəyi bəlli deyil". Niyə məhz, bu vasitədən istifadə etmələrinə gəldikdə isə A.Xalidi qeyd edib ki, hazırda İranın parçalanmanq təhlükəsi var. Onlara görə bu yolla farsçılıq ideolojiyasını gündəmə gətirmək və ümmətçilik adı altında bunun qarşısını almaq mümkün olacaq: "İran rəhbərliyində radikal millətçilər təmsil olunublar. İranın dini rəhbəri də bilirsiz ki, azərbaycanlıdır-Seyidəli Xamnəyi. Onun Xiyabaninin nəvəsi olduğunu iddia edirlər. Halbuki o, dəfələrlə öz çıxışlarında bildirib ki, mənim farslara etdiyim xidməti heç, fars özü-özünə etməyib". A.Xalidi bunun arxasında gizli siyasi mətləb olduğunu vurğulayır: "Azərbaycanlıları azərbaycanlının əli ilə məhv etmək".

Ahıska türklərinə dəstək kampaniyası davam edir

Ahıska türkləri öz tariхi torpaqlarından zorla sürgün edilməsinin 65-ci ilini yaşayırlar.

1944-cü ildə ermənilərin əli ilə SSRİ rəhbərliyinin təşəbbüsü əsasında Qazaхıstan, Özbəkistan və Qırğızıstana sürgün edilən Ahıska türkləri ilk gündən başlayaraq vətənə, Gürcüstanın Mesхetiya-Cavaхetiya bölgəsinə dönmək uğrunda mübarizəyə başlayıblar. -Təəssüf ki, sovet totalitar reyimində problem öz həllini tapmayıb. 1989-cu ildə SSRİ-nin dağılması prosesini dərk edən şovinist qüvvələr müstəqil Özbəkistan dövlətinin yaranmasına və Türkiyə ilə münasibətlərin qurulmasına mane olmaq məqsədilə məlum Fərqanə hadisələrini törədiblər. Gürcüstan 1999-cu ildə Avropa Şurasına qəbul edilərkən Ahıska türklərinin öz tariхi yurdlarına dönməsini təmin etməklə bağlı öhdəlik götürüb. Artıq Gürcüstan parlamenti Ahıska türklərinin Gürcüstana reportasiyasına dair qanun qəbul edib. Hazırda 12500 nəfər repartriant statusu almaq üçün müraciət edib. Müraciət edənlərin 1728-nin sənədləri Gürcüstan səfirliyinə təqdim edilib. Gürcüstan parlamenti 11 iyul 2007-ci ildə qəbul etdiyi qanunda ərizə və müraciətlərin müddətini 1 iyul 2009-cu il tariхinə qədər uzadıb. Ahıska türklərinin "Vətən" Ъəmiyyəti beynəlхalq təşkilatlar, dünya ictimaiyyəti, dövlətlər və humanist şəхslərə müraciət edərək Ahıska türklərinə repartriant statusunun alınması, vətənə dönüş, vətəndə məskunlaşma və yenicə vətənə köç etmiş ailələrə yardımçı olmağa çağırır. Hesab nömrəsi belədir:

Qətli törədənin kimliyi təsiqləndi

Şahnaz Bəylərqızı
«İstintaq Dövlət Neft Akademiyasında qətli törədən şəxsin kimliyini müəyyənləşdirib. Tanınma zamanı qatilin üzərindən tapılan sənədin həqiqətən də ona aid olduğu təsdiqlənib. Qatil 1980-ci il təvəllüdlü, Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Fərda Qədirovdur».

Məlumatı «Azadlıq» radiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Aprelin 30-da Dövlət Neft Akademiyasına silahla basqın edən şəxs 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Özünü də öldürən qatilin üstündən Fərda Qədirova aid şəxsiyyət vəsiqəsi tapılmışdı. Amma qohumları və həmkəndliləri onun belə hadisə törədəcəyinə inanmırdılar.

Siyasət Türkiyə Sərmayə Bazarları Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Sərmayə Bazarları Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı AZADİNFORM-a Türkiyənin ölkəmizdəki səfirliyindən veriblər. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Nümayəndə heyəti Bakıda bir sıra rəsmi qrumlarda görüşlər keçirəcək.

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Bakı-APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Düşmən bölmələri aprelin 30-da saat 18.20-dən 18.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, mayın 1-də saat 00.45-dən 00.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 05.00-dan 06.00-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.

30 Nisan 2009 Perşembe

Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri

Prezident İlham Əliyevin NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşü
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür.
NATO-nun baş katibi dövlətimizin başçısını NATO-nun mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev və Yaap de Hoop Sxeffer Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdirdilər.
Görüşdə baş katib dedi ki, Azərbaycan ilə əməkdaşlıq uğurla inkişaf edir və NATO bu əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın regionda xüsusi rolunu vurğulayan Yaap de Hoop Sxeffer bildirdi ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır və Prezident İlham Əliyevin bu səfəri NATO-Azərbaycan münasibətlərinin genişlənməsinə xidmət edəcəkdir.
NATO-nun baş katibi Azərbaycanın antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirdi və dedi ki, ölkəniz “Fərdi tərəfdaşlığın əməliyyat planı”nda da fəal iştirak edir.
Prezident İlham Əliyev bildirdi ki, NATO-Azərbaycan əlaqələri inkişaf edir, Azərbaycan NATO-nun müxtəlif proqramlarında və tədbirlərində fəal iştirak edir.
“Fərdi tərəfdaşlığın əməliyyat planı”nda ölkəmizin fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.
Azərbaycanın dövlət başçısı ümidvar olduğunu bildirdi ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcəkdir.
AzərTAc

Azərbaycan Dövlət Neft Akademiyasında terrorçunun müəllim və tələbələri necə qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Dövlət Neft Akademiyasının II korpusunda terrorçunun həlak olan şəxsləri necə qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Yasamal rayon Məhkəmə-Tibb Ekspertizasının həkimi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində terrorçu ilə birgə 13 nəfər həlak olub. Həlak olanlardan 10-u Səhiyyə Nazirliyinin Yasamal rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitlərin hamısının şəxsiyyətinin müəyyən edilərək ailələrinə təhvil verildiyini vurğulayan N. Məmmədov həlak olan digər 3 nəfərin meyitinin isə Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə aparıldığını söyləyib. Qətlə yetirilənlərdən 9-nun tələbə, 3-nün isə ADNA-da çalışan şəxslər olduğu bildirib. Həlak olanlardan birinin döş qəfəsindən aldığı güllə yarasından, birinin isə güllədən xilas olmaq üçün özünü binanın pəncərəsindən ataraq öldüyünü vurğulayan tibbi ekspert terrorçunun digər şəxsləri başından atəş açmaqla qətlə yetirdiyini qeyd edib. Sonda isə polis tərəfindən tutulacağından ehtiyat edən terrorçu əlindəki silahla başına atəş açaraq özünü öldürüb.

Qeyd edək ki, bu gün saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən “Qaz-neft-mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.

SİLAHLILAR NEFT AKADEMİYASINDA QƏTLİAM TÖRƏTDİ - yeni 11

Ölənlərin sayı barədə ziddiyyətli informasiyalar var: 7, 10, 14, 22



Bu dəqiqələrdə aldığımız məlumata görə, bu gün səhər saatlarında Bakının mərkəzində qanlı olay baş verib. Xəbərə görə, 4 nəfər naməlum silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasının binasına girərək tələbə və müəllimlərə atəş açmağa başlayıblar. Ümumilikdə 17 nəfərin güllələndiyi, onlardan 8-nin öldüyü, qalanlarınını ağır yaralandığı bildirilir.

APA-nın məlumatına görə, insident Bakı vaxtı ilə 09.30 radələrində xarici vətəndaşlarla azərbaycanlı tələbələr arasında baş verib. İlkin məlumata görə, qaradərili bir tələbə odlu silahdan atəş açaraq üç azərbaycanlı tələbəni qətlə yetirib. Cinayət törədən şəxsin hazırda otaqların birində bir neçə tələbəni girov götürdüyü də bildirilir. Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, hadisə zamanı 3 nəfər yaralanıb, bir nəfər isə ölüb.

*** İnsident baş verən yerin yaxınlığına çoxlu sayda təcili tibbi yardım maşını gətirilib. Bakı şəhər təcili tibbi yardım stansiyasından APA-ya verilən məlumata görə, insident zamanı ən azı 15 nəfər yaralanıb. Hazırda terrorçunun binada çoxlu sayda tələbəni girov saxladığı bildirilir. Girovların azad olunması və terrorçunun zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirilir.

Hadisənin şahidlərinin verdikləri məlumata görə, Azərbaycan Neft Akademiyasında baş verən insidentdə bir neçə silahlı şəxs iştirak edib. Hadisə zamanı ölənlərin sayının çox olduğu bildirilir. Hazırda tələbələrin binadan çıxarılmasına çalışılır.


Terror aktının rus milliyyətindən olan maskalı şəxslərin törətdiyi bildirilir. Hadisə zamanı ölən və yaralananların sayının artdığı qeyd olunur. İlkin məlumata görə, ölənlər arasında Azərbaycan Neft Akademiyasının fakültələrindən birinin dekanı da var.


Daxili İşlər Nazirliyi Çevik Polis Alayının komandiri Səhlab Bağırovun APA-ya verdiyi məlumata görə, Azərbaycan Neft Akademiyasında silahlı qırğın törədən terrorçular artıq zərərsizləşdirilib. Hazırda binadan iki meyit çıxarılıb. Səhlab Bağırov terorçuların neçə nəfər olduğunu bildirməyib. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları isə binadan 8 meyitin çıxartdıqlarını bildiriblər.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, daxili işlər nazirinin müavini Vilayət Eyvazov jurnalistlərə qısa şəkildə terrorçunun zərərsizləşdirildiyini bildirib. Onun güllələndiyi bildirilir, ancaq kimliyi barədə məlumat verilmir. İçəridə qalan terrorçuların bir neçə nəfəri girov saxladığı bildirilir. Ətrafa snayperlər gətirilib.

Bu arada hadisələrin yaxınlıqda baş verdiyindən ABŞ səfirliyində 3 qat təhlükəsizlik tədbirləri görüldüyü, hər kəsin əndişə içində olduğu xəbər verilir. Metrostansiyalarda təhlükəsizlik tədbirləri artırılıb.

Bakı şəhər təxirə salınmaz və tibbi yardım stansiyasından ANSPRESS-ə verilən məlumata görə, hadisə ilə bağlı xəstəxanaya 8-ə yaxın yaralı daxil olub. Amma xəstəxanaya yaralı şəxslərin gətirilməsi prosesi davam edir.

ANSPRESS-in əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerində polis və xüsusi təyinatlı dəstələr əməliyyat keçirirlər.

Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib.

Qeyd edək ki, hadisə barədə informasiyanı Türkiyədən yayınlanan "Habertürk" telekanalı yaydığı halda, Azərbaycan telekanalları susurlar. Sayt və portallrada isə həddindən artıq yüklənmə var.

Ətrafda yığışanlar arasında danışılan söz-söhbətə görə, bu qətliam "Əbu-Bəkr" məscidinə qumbara atılması iıə bağlı tutulanların itiham aktının yekunlaşması ilə bağlı ola bilər. Guya ki, bu, radikal vəhhabi qruplaşmasının, böyük ehtimalla "əl-Qaidə"nin qisas aksiyasıdır. İnsanlarda bu rəyi doğuran əsas amil odur ki, terrorçulardan birinin ərəb mənşəli olduğu aydınlaşıb.

Türkiyə televiziyalarının yaydığı məlumata görə, ölənlərin sayı 10-a yüksəlib və onların içində fakültənin dekanı və türkiyəli tələbələr də var.

Daha bir xəbərə görə, klinikalardakı istirahətdə olan cərrahlar da səfərbər olunub. Bu isə yaralıların elan olduğundan da artıq olması anlamına gəlir.

11.45. Hazırda ajiotajın səndiyini, hərbçilərin öz dislokasiya yerinə qayıtdığı bildirilir,


11.50. Materialşünaslıq fakültəsinin müəllimlərindən birininin müsavat.com-a verdiyi açıqllamaya görə, hadisə baş verərkən o, auditoriyada mühazirə deyirmiş: “Güllə səsləri eşidilən kimi tələbələri koridora çıxmağa qoymadım. Sonra polis gəldi. Yavaş-yavaş tələbələri universitetdən çıxardıq. Sonra özümüz çıxdıq. Eşitdim ki, 1 qadın müəlliməni koridorda vurublar. Müəllimə hazirda əməliyyat olunur. Bu brədə mülləmənin öz qızı məlumat verdi”.

12.05. Terrorçuların 4 nəfər olduqları, birinin qaradərili, digərinin Gürcüstan vətəndaşı olduğu barədə informasiyalar var.

12.07. Teraktın məscidlərin bağlanmasına qarşı həyata keçirildiyi barədə versiyalar güclənir.

12.10. Öldürülən tələbələrin əksəriyyətinin başından vurulduğu bildirilir. Qaradərili terrorçu isə boğazından vurulub.

12.12 Əmiliyyatı MTN xüsusi təyinatlı dəstəsi həyata keçirib. Polis yalnəz ətrafı mühafizə edir.

12.14. Şəfa Məmmədova adlı biotexnika fakultəsinin laborantından xəbər yoxdur. Onun qətlə yetirlənlər arasında ola biləcəyi güman edilir. Valideynləri həmin qızın telefonuna zəng edir, ancaq onun telefonuna naməlum adamlar cavab verirlər.

12.20. ANSPRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir.

12.44. Lent.az-ın xəbərinə görə, ölənlərin sayı 22-yə çatıb.

12. 46.Terrorçunun bir nəfər olduğu və yalnız tapançadan istifadə etdiyi bildirilir. Ölən qaradərilinin terroçu olmadığı, terror qurbanı olduğu dəqiqləşib.






musavat.com

TERRORÇUNU BAKIYA DOSTU ÇAĞIRIB

O, Rusiyadan qayıdıbmış və kənddə olduğu vaxt evdən bayıra çıxmırmış



Azərbaycan Neft Akademiyasında terror hadisəsi tərədən Gürcüstan Respublikasının vətəndaşı Qədirov Fərda Əsəd oğlunu təxminən bir ay əvvəl dostu Bakıya çağırıb.

Bu barədə APA-nın Daştəpə kəndində olan Gürcüstan müxbirinə F. Qədirovun bibisi Rəna Qədirova bildirib. R. Qədirova deyib ki, qardaşı oğlu təxminən 1 ay bundan əvvəl kənddə olub. Onun sözlərinə görə, işsiz olan F. Qədirov işləmək üçün dostu tərəfindən Bakıya dəvət olunduğunu deyib. R. Qədirova onu da deyib ki, Fərda ilə atası arasında inciklik olub: “Atası onun Rusiyada yaşamasını istəsə də, Fərda kəndə qayıtmışdı”.
F. Qədirovun qonşuları Fərman Nəzərov və Elmira Qədirova onun kənddə olduğu müddətdə heç kimlə əlaqəsinin olmadığını, yaşadığı evdən kənara çıxmadığını açıqlayıblar.

F. Qədirovun hazırda Moskvada yaşayan əmisi Səməd Qədirov isə APA-ya açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib. S. Qədirov qardaşı oğlunun Gürcüstanda yaşadığını və onlarla küsülü olduğunu söyləyib: “Yazıq, fağır adamlardır. Mən isə Moskvada ticarətlə məşğulam. Onlarla çoxdandır küsülüyəm”.

Qeyd edək ki, F. Qədirov 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində anadan olub. Qədirovlar ailəsi hazırda Daştəpə kəndində yaşamır. Kəndin tabe olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov APA-nın əməkdaşına bildirib ki, onlar təxminən 10 il əvvəl kəndi tərk ediblər. F. Qədirovun ailəsi hazırda Rusiya Federasiyasında yaşayır.
F. Qədirovun sonuncu dəfə təxminən 1 ay əvvəl Daştəpə kəndindəki evlərinə getdiyi bildirilib. İcra nümayəndəsinin sözlərinə görə, F. Qədirov subaydır. O, F. Qədirovun indiyə kimi məhkumluğunun olmadığını da bildirib. İcra nümayəndəsinin sözlərinə görə, terrorçunun atası uzun müddət kənddə dil-ədəbiyyat müəllimi işləyib.

İRAN AZƏRBAYCANA QARŞI NEFT KARTINI İŞƏ SALIR

Tehrandan təhdid və əməkdaşlıq təklifi haqda xəbərlər gəlir



İran Azərbaycanın Türkiyə ilə münasibətlərindən istifadə edərək Bakıya qarşı neft kartını işə salıb. Xəbər verildiyi kimi, İranın dövlət neft-qaz şirkəti yaxın günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən mübahisəli “Alov” yatağında tədqiqat işlərinə başlamağa hazırlaşır. Bir neçə il əvvəl Azərbaycanın bu yataqda tədqiqat aparmaq cəhdi hərbi qarşıdurmaya səbəb olmuşdu və İranın hərbi gəmiləri yataqda kəşfiyyat aparmaq üçün göndərilən Azərbaycan gəmisinə hücum edib. Ardınca isə İran qırıcı təyyarələr qaldıraraq Azərbaycanın hava sərhədlərini kobud şəkildə pozub və nəticədə Azərbaycan “Alov” yatağında tədqiqat işlərini dayandırmalı olub. Həmin vaxtdan “Alov” yatağı ətrafında münaqişə müvəqqəti olaraq səngimiş görünürdü.

Lakin İran rəsmiləri işarə ediblər ki, yataqda tədqiqat işlərinə başlamaq niyyətlərində ciddidirlər. Hələlik rəsmi Bakı İranın bu planına reaksiya verməyib. Bu arada İrandan Azərbaycana neft sahəsində əməkdaşlıq barədə iqtisadi baxımdan sərfəli təklif irəli sürülüb. İranın milli neft emalı və satışı şirkətinin (NİORDC) icraçı direktoru Jəlil Salari deyib ki, onlar hər gün 300 min barrel Azərbaycan neftini alıb emal etməyi və bazara çıxarmağı təklif edirlər. “Tehran Times”ə müsahibəsində Salari deyib ki, İran Xəzərin sahilində yeni neftayırma zavodu inşa etməyə hazırlaşır: “Lakin bizim Azərbaycan neftini emal etmək üçün yeni zavodlar tikmədən belə imkanlarımız var. İran Neka-Jak kəməri vasitəsilə sutkada ən azı 300 min barrel Azərbaycan nefti almaq istəyir. Ötənilki Gürcüstan hadisələri zamanı Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin bağlandığı bir vaxtda Azərbaycan nefti bu kəmərlə nəql olunurdu. Azərbaycan neftinin nəqli üçün İran ən qısa və ən ucuz marşrutdur. Biz eyni zamanda Azərbaycan neftini ala da bilərik, həmçinin neft mübadiləsi də mümkündür. İran Azərbaycandan aldığı neftlə ekvivalent miqdarda nefti onun əvəzindən bazara çıxara bilər. Həmçinin Tehran, Təbriz və İsfahanda Azərbaycan neftinin təmizlənməsi və emalı üçün bütün imkanlar var”.

İran rəsmisi deyib ki, onlar Azərbaycan neftini hazırda Xəzər sahilində inşa edilməkdə olan yeni zavodda emal etməyi nəzərdə tuturlar. Zavod gündə 200 min barrel neft emal edə bilər. Xammal isə zavoda tankerlərlə çatdırılacaq. Salari bildirib ki, onlar bu zavodda neft emalı ilə bağlı ARDNŞ-lə müqavilə bağlamağa ümid edirlər. “Biz bu barədə danışıqlar aparmağa hazırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, İran bu cür təklifləri Azərbaycana hələ BTC ilə bağlı müzakirələrin aparıldığı bir vaxtda verirdi. Lakin Bakı neftin nəqli üçün Qərbin dəstəyi ilə Rusiya və İrandan yan keçən marşrutu seçdi. Nəticədə Qərb Xəzər regionunda güclü mövqelər qazandı. İran isə bununla barışmayıb və Azərbaycanın enerji ehtiyatları uğrunda mübarizədən çəkilməyib. Məlum olduğu kimi, İran hazırda Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq qazda paya sahib olmaq üçün çalışır və bu məqsədlə Bakıya konkret təkliflər verib. İndi isə İran Azərbaycandan böyük miqdarda neft almaq üçün təklif verir. Sutkada 300 min barrel neftin İran istiqamətində nəql edilməsi üçün isə Azərbaycan BTC və Bakı-Supsa ilə neft nəqlini azaltmalıdır. Çünki Azərbaycandan regionda geosiyasi vəziyyətin dəyişməsinə uyğun olaraq son zamanlar Rusiya ilə də neft nəqlini artırıb. İndi İran Azərbaycanın Türkiyə ilə münasibətlərində yaranmış problemlərdən istifadə edərək Bakıya işarə edir ki, BTC ilə neft nəqlini azaldıb Tehran istiqamətinə üz tutsun. O biri tərəfdən isə İran Xəzərin Azərbaycan sektorundakı mübahisəli neft yatağına girəcəyi haqda xəbərdarlıq edir. Bunu Bakıya qarşı İransayağı “qamçı və kökə” siyasəti adlandırmaq da olardı.




Siyasət şöbəsi

XAMNEYİ PREZİDENT SEÇKİSİNDƏN DANIŞIB

Aprelin 29-da müəllimlər, fəhlələr, şəfqət bacıları qarşısında çıxış edən İranın dini rəhbəri ayətullah Əli Xamneyi ad çəkmədən iyunun 12-də keçiriləcək prezident seçkisini şübhə altına alan namizədləri kəskin pisləyib.

İki islahatçı namizəd - Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi aprelin 26-da jurnalistlərə açıqlama verərək prezident seçkisində səslərin düzgün sayılmasına nəzarət etmək üçün müştərək komitə yaratdıqlarını demişdilər.

“Media forum” saytının məlumatına görə, Xamneyi deyib: “Təəssüf ki, xalqdan olan, vətəndaşların onlara diqqət yetirilməsini arzu edən bəzi dostlar naşükürlük edərək insafsızcasına xalqın əleyhinə danışır, düşmənin yalan sözünü təkrarlayaraq seçkini şübhəyə alırlar”.

Prezident seçkisində səslərin düzgün sayılması məqsədi ilə müştərək komitənin yaradılması İran prezidenti Mahmud Əhmədinejada yaxın mühafizəkarların geniş etirazı ilə qarşılanıb.

İslahatçılar tərəfsiz müşahidəçilərin seçkiyə nəzarət etməsinə şərait yaradılmayacağı təqdirdə mühafizəkarların hökumətin maddi resursları və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələrindən yararlanaraq Əhmədinejadın yenidən prezident seçilməsi üçün zəmin yaratmasından ehtiyatlanırlar.




«Media forum»

NEFT AKADEMİYASINDA QANLI İNSİDENT

Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Qalib Arif “Media forum”a bildirib ki, bu gün səhər Azərbaycan Neft Akademiyasının mərkəzi binasında hadisə baş verdiyi haqda məlumat alıblar: “Əməkdaşlarımız hadisə yerinə yollanıblar. Nə baş verdiyini hələ aydınlaşdırırıq”.

APA-nın məlumatına görə, səhər saat 9.30 radələrində xarici vətəndaşlarla azərbaycanlı tələbələr arasında atışma baş verib.




«Media forum»

İran səfiri vida mərasimi keçirib

İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Məhəmməd Bagir Bəhrani yaxın vaxtlarda Azərbaycana gələcək. Bu barədə səfirlikdən APA-ya bildirilib.
Verilən məlumata görə, yeni səfir Həmədan Universitetinin doktorudur. O, müxtəlif vaxtlarda 3 dəfə İran parlamentinin üzvü olub.
Yeri gəlmişkən, İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare Bakıda diplomatik səlahiyyətlərinin başa çatması ilə əlaqədar dünən vida mərasimi keçirib. Xatırladaq ki, o 2007-ci ilin martından Azərbaycanda ölkəsinin diplomatik missiyasına rəhbərlik edib.

29 Nisan 2009 Çarşamba

QATI MÜHAFİZƏKAR RUHANİ: “İSLAHATÇI NAMİZƏDLƏR YALNIZ KÜÇƏ QADINLARININ SƏSİNİ QAZANA BİLƏR”

İran prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarlarından olan mühafizəkar ruhani, Birləşmiş İslam Partiyası mərkəzi şurasının üzvü höccətülislam Cəfər Şəcuni Qəzvində əhali qarşısında çıxış edərək iyunun 12-də keçiriləcək prezident seçkisinə qatılmış islahatçı namizədləri kəskin pisləyib.

Prezidentliyə namizədliyini irəli sürmüş iki islahatçı namizəd - Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi prezident seçiləcəkləri təqdirdə hicabsızlığa qarşı mübarizə aparmaq üçün həyata keçirilən ictimai təhlükəsizlik layihəsini ləğv edəcəklərini, saytlara və mətbuata qoyulan məhdudiyyətləri ortadan qaldıracaqlarını bildiriblər.

“Media forum” saytının məlumatına görə, C.Şəcuni deyib: “Əhali ölkəni Qərbə doğru sürükləməyə çalışan bir sıra partiya və şəxsləri yaxşı tanıyır. Onlar islahatçı adıyla vətəndaşlara saytlara qoyulan süzgəc qanununu ləğv edəcəklərini və ictimai təhlükəsizlik layihəsini dayandıracaqları barədə vədlər verirlər. Əlbəttə, onlar bu arzularını gora aparacaqlar. Bu vədlərlə onlar yalnız küçə qadınlarının, rəzillərin və dələduzların səsini qazana bilərlər”.

C.Şəcuni düşmənin inqilabı məhv etmək üçün ölkəyə gətirilən bir sıra mallara subsidiyalar ayırdığını da vurğulayıb: “Düşmən inqilabı məhv etmək üçün ölkəyə gətirilən qadın geyimlərinə, o cümlədən də qısa şalvarlar və dar mantolara subsidiyalar ayırır. Mən İranda solçu və sağçı ifadələrini kimlərin meydana çıxarmasını bilmirəm. Təkcə onu bilirəm ki, islahatçılar cəbhəsindən Qərbə bağlılıqdan başqa bir xeyir görməmişik”.




«Media forum»

Ermənistanın baş naziri Türkiyə-Ermənistan razılaşmasından danışdı

Tiqran Sarkisyan: “Türkiyə ilə əldə olunan razılaşmalarda Qars müqaviləsinin tanınması və birgə komissiyanın yaradılması barədə müddəa yoxdur və olmayacaq”

“Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına dair heç bir gizli razılaşma yoxdur və olmayacaq”. APA-nın “Novosti Armeniya” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistanın baş naziri Tiqran Sarkisyan söyləyib.

“Mən yaxşı başa düşürəm ki, Ermənistan-Türkiyə münasibətləri həm Ermənistanda, həm də ölkəmizin hüdudlarından kənardan yaşayan erməni xalqı üçün çox həssas mövzudur. Söhbət Türkiyə ilə diplomatik münasibətlərin qurulmasından gedirsə, biz öz dəyərləndirmələrimizdə və fikirlərimizdə son dərəcə ehtiyatlı və dəqiq olmalıyıq. Yaxşı başa düşürük ki, Türkiyə ilə diplomatik əlaqələr qurmaq və qeyd-şərtsiz sərhədləri açmaq istəyimizə qarşı çıxan siyasi qüvvələr var. Əmin edirəm ki, cəmiyyətdən gizli saxlanılan heç bir məxfi razılaşma, prinsip və müddəa yoxdur. Məncə bu məsələ ilə bağlı ictimai debatların keçirilməsi zəruridir, çünki hakimiyyətin bu məsələdə xalqdan gizlədəcəyi heç nə yoxdur. Sənəd parlamentə daxil olanda xalq və millət vəkilləri öz qiymətlərini verə biləcəklər. Qərarı deputatlar verəcək, bu kimi ciddi məsələlərdə onların iradəsi inkar edilə bilməz. Milli maraqlardan çıxış etsək, o zaman Ermənistanın xarici siyasəti antitürk siyasəti deyil, ermənipərəst siyasət üzərində qurulmalıdır”, - deyə Sarkisyan bildirib.

Baş nazir əldə olunan razılaşmalarda Qars müqaviləsinin tanınmasına, soyqırımı məsələsini araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasına dair müddəa yoxdur və olmayacaq: “Çünki tərəflər öz aralarında münasibətlərin qurulmasına qeyd-şərtsiz gedirlər, digər müddəalar isə ilkin razılaşmaların olmasını tələb edir. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün heç bir ilkin şərt yoxdur”.

LENT.AZ

PKK-nın telekanalı bağlandı

PKK-nın telekanalı bağlandı
PKK terror təşkilatının yayım orqanı olan və 2004-cü il martın 1-dən fəaliyyətə başlayan ROJ TV-nin yayımı dayandırılıb.
Kanal Danimarkadan 78 ölkəyə yayımlanır. Bu televiziyanın fəaliyyəti Türkiyə ilə Danimarka arasında gərginliyə səbəb olub.
Televiziyanın yayımının Türkiyənin istəyi ilə dayandırıldığı iddia edilsə də, Danimarka bunun texniki səbəblərlə əlaqələndirib. Ancaq bu barədə hər hansı rəsmi açıqlama verilməyib.
Danimarkadan yayıma blok qoyulub. Nəticədə Türkiyə də daxil olmaqla, heç bir ölkədə kanal yayımlanmır. Peyk antena vasitəsilə yayımlanan kanalda siqnal olmadığı barədə xəbərdarlıq edilir.
Hazırda ROJ TV-nin yayım üçün başqa kanal axtardığı bildirilir.

8 may "İşğal olunmuş ərazilər günü" olsun. QAT bu təkliflə MM-ə müraciət edib

8 may "İşğal olunmuş ərazilər günü" olsun. QAT bu təkliflə MM-ə müraciət edib
Qarabağ Azadlıq Təşkilatı (QAT) hər ilin 8 may tarixinin "İşğal olunmuş ərazilər günü" kimi qeyd olunması ilə bağlı Milli Məclisə müraciət edib. Bu barədə QAT-ın mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Müraciət müəllifləri hesab edir ki, Şuşa şəhərinin işğal edildiyi 8 may tarixinin "İşğal olunmuş ərazilər günü" kimi elan olunması erməni işğalının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, ölkədə vətənpərvərlik tərbiyəsinin, düşmənə nifrət hissinin gücləndirilməsinə, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsinə təkan verə bilər: "Biz işğal olunmuş ərazilər dedikdə, İrəvan, Zəngəzur, Göyçə də daxil olmaqla son 100 il ərzində ermənilər tərəfindən zəbt olunan torpaqlarımızın hamısını nəzərdə tuturuq", - deyə bildirən müəlliflər Şuşanın təkcə Qarabağ üçün deyil, ümumiyyətlə, bütün Azərbaycan üçün qədimlik, mədəniyyət və mənəviyyat simvolu, rəmzi olduğunu, özündə müqəddəslik anlamı daşıdığını nəzərə alaraq məhz bu işğal tarixinin "İşğal olunmuş ərazilər günü" kimi qeyd olunmasını təklif edir. "Bu təklif həmçinin saxta təbliğat yolu ilə Şuşanın tarixini, mədəniyyətini erməniləşdirməyə, Şuşanın taleyi ilə bağlı məsələni danışıqlar prosesindən çıxartmağa çalışan ermənilərin cəhdlərinin qarşısının alınmasına yönəlib".

Tələfat

Əvvəl sərhəd, sonra Qarabağ?

Əvvəl sərhəd, sonra Qarabağ?
Dünən Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Şuranın aprel toplantısı son vaxtlar ən gərgin iclaslardan biri obub. Müzakirə edilmiş məsələlər arasında ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra gündəmə gələn məqamlar olsa da, ən mühüm ünsür Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri olub. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesi və bunun Azərbaycanda yaratdığı narazılıqlar, habelə Türkiyə, Ermənsitan və İsveçrə xarici işlər nazirliklərinin bəya etdikləri "yol xəritəsi" iclasda müzakirə edilib.
Türkiyənin Ermənistanla sərhədi açması, diplomatik əlaqələrin qurulması, habelə ticari-iqtisadi təmasların fəallaşdırmasını nəzərdə tutan "yol xəritəsi", habelə iki ölkə arasında aparılan danışıq və müzakirələrlə bağlı Bakının reaksiyaları isə gün keçdikcə daha da sərtləşir.
Belə ki, ARDNŞ "Şahdəniz" yatağında hasil edilən və Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə nəql edilən təbii qazın tariflərini artırıb. Hər halda dünən Türkiyə mediasının əsas mövzularından biri bu idi.
Təbii qazın tarifləri ilə bağlı Türkiyə ilə müzakirələri davma etdirən ARDNŞ-in niyyətində qəti olduğu vurğulanır. Lakin Ankaradakı mənbələr narahat deyillər. Belə ki, "Şahdəniz" layihəsi çərçivəsində hasil edilən təbii qazın satış qiymətləri ilə bağlı Azərbaycan təkbaşına qərar vermək hüququna malik deyil. 1996-cı ilin iyun ayında imzalanmış Hasilatın pay bölgüsü müqaviləsinin şərtlərinə görə, "Şahdəniz" konsorsiumunda Britaniyanın BP şirkəti 25,5%, Norveçin "Statoil"u 25,5%, ARDNŞ - 10%, Rusiya və İtaliyanın "LukAgip" konsorsiumu - 10%, "Niko" - 10%, ABŞ-ın "Total"ı - 10%, Türkiyənin TPAO-su isə 9%-lik paya malikdir.
Türkiyəyə nəql edilən təbii qazın qiymətinin artırılması ilə bağlı müzakirələrdə qonşu ölkənin BOTAŞ şirkəti "Azərbaycan Qaz Tədarükü Şirkəti (Azerbaijan Gaz Supply Company, AGSC) ilə danışıqlar aparır.
ARDNŞ rəhbəri Rövnəq Abdullayevin dediyinə görə, hazırda "Şahdəniz" yatağında hasil edilən təbii qaz Türkiyəyə hər 1000 kubmetri $120-dən satılır. "1996-cı ildə imzalanmış müqavilədən bəri dünya bazarlarında təbii qazın qiyməti xeyli artıb və biz də bunu nəzərə alaraq Türkiyəyə nəql edilən qazın tariflərini yenidən müzakirə etmək qərarına gəlmişik", - R.Abdullayev bildirib.
Türkiyə Energetika Nazirliyinin yetkililəri isə bildirirlər ki, müzakirələrdə əsas məqsəd hər iki tərəfi qane edəcək qiymətin razılaşdırılmasıdır.
Daha konkret olsaq, Ankara "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq təbii qazdan ildə 8 milyard kubmetr almaq istəyir.
Bu səbəbdən də Türkiyənin energetika naziri Hilmi Gülər Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş beynəlxalq konfransda ARDNŞ prezidenti R.Abdullayevlə görüşərək danışıqlar aparıb. İlkin məlumatlara görə, rəsmi Bakı Türkiyənin istəyini nəzərə alıb və Ankaranın arzuladığı həcmdə təbii qazı satmağa razılıq verib.
Bununla yanaşı, Azərbaycanın təbii qazını Avropaya nəql etmək üçün Türkiyədən tranzit ölkə qismində istifadə etmək niyyətində olduğundan Ankaradan torpaqlarını yeni boru kəməri üçün açmasını istəyib.
Müşahidəçilərin fikrincə, qazın yeni tarifləri ilə müzakirələrdə məqsəd Azərbaycanın Türkiyə rəhbərliyinə təsir etmək niyyətidir.
"Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş proses Bakıda ciddi narahatlıq doğurur. Xüsusilə də İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan XİN-ləri arasında razılaşdırılmış "yol xəritəsi" prinsiplərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni işğalında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı yazılı formada heç nəyin olmaması Bakının kəskin etirazına səbəb olub. Azərbaycan bəhs etdiyim problemlərin "yol xəritəsi"ndəki bəndlərlə eyni vaxtda həyata keçirilməsini istəyir. Bununla bağlı da Ankaraya təzyiq göstərir", - Avrasiya Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Murad Kaya əməkdaşımıza bildirdi.
Onun sözlərinə görə, qaz müzakirələri Bakının tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın İran və Rusiya ilə yeni anlaşmalara baş vurması ilə başa çata bilər.
Məşhur politooloq Olcay Aydilek isə bildirib ki, ARDNŞ və BOTAŞ arasında təbii qaz tarifləri ilə bağlı aparılan danışıqlarda hələlik konkret məbləğ müəyyənləşməyib.
"Türkiyənin Ermənistanda sərhədinin açılması ilə bağlı müzakirələr bu qiymət-tarif müzakirələrinin gündəmə gəlməsinə səbəb olub. Xatırladaq ki, 2007-ci ilin yanvarın 1-dən etibarən Rusiya madam ki, Qərbə üz tutubsunuz, onda qiymətlər bahalaşır" deyərək Azərbaycan və Gürcüstana satdığı təbii qazın tarifini $110-dan $230-a qaldırmışdı. BOTAŞ-la müzakirələr də əslində həmin dönəmdə başlayıb. İndi Azərbaycan Türkiyəyə satdığı qazın hər 1000 kubmetri üçün Ankaradan $250 istəyir, Türkiyə isə $160 verəcəyini bildirir. Bu müzakirələrin pərdəarxası isə "bir millət, iki dövlət" şüarı var", - O.Aydilek söylədi.
Bu arada rəsmi Bakının mayın 6-8-də Türkiyədə keçiriləcək "Avrasiya İqtisadi Sammiti"ni də boykot etmək fikrində olduğu, yalnız son anda inadından vaz keçdiyi məlum olub.
Xorvatiya və Kosovo prezidentləri ilə yanaşı, 24 nazirin qatılacağı sammitdə ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Milli Məclis spikerinin müavini Valeh Ələsgərov iştirak edəcək.
"Mərmərə Vəqfi"nin Akkan Suverin dediyinə görə, sammitdə Orta Asiya ilə Azərbaycanın təbii qazının Avropa Birliyinə nəql edilməsi üçün inşa ediləcək "Nabucco" boru kəməri layihəsi, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri də əsas müzakirə mövzularıdır. "Dəyəri $8 milyard təşkil edəcək "Nabucco"nu nəzərdən keçirəcəyik. Eyni zamanda Avropa Birliyinin təbii qaz təminatı mənbələrinin sayının artırılması, təbii qaz nəqli marşrutlarının inteqrasiya strategiyaları, habelə bu sahədə əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Sammitdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş addımlar, Azərbaycanın narahatlığı da unudulmayacaq", - A.Suver bildirdi.
Milli Məclisin spikeri Oqtay Əsədov hesab edir ki, indi Türkiyə-Azərbaycan münasibətlərində kim ara qızışdırırsa, həmin şəxs və ya qüvvələr həm Türkiyə, həm də Azərbaycan xalqının düşmənidir: "Bu məsələləri birdəfəlik kənara qoymaq, zərərli populizmdən əl çəkmək lazımdır".
Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının fikrincə isə rəsmi Ankaranın hazırda Ermənistanla apardığı danışıqlar qaranlıqda həyata keçirilən təslimçilik prosesidir.
"Azərbaycan xalqına və rəhbərliyinə səslənirəm: türk millət Azərbaycanın haqlı mübarizəsində həmişə sizin yanınızda olub və bundan sonra da sizi tək qoymayacaq. Türk milləti Azərbaycan xalqının əleyhinə olacaq hər hansı addımın atılmasına imkan verməyəcək. Qaranlıqdakı təslimçilik prosesinə gəodikdə isə, orada nələrin baş verdiyi ABŞ, Rusiya, Avropa Birliyi, Ermənistan və İsveçrə bilir. Azərbaycan dolayı yolla olsa da bilir, amma türk milləti bu gəlişmələrdən xəbərsizdir. İki ildən bəri İsveçrədə aparılan müzakirələrdə anlaşma əldə edildiyi və "yol xəritəsi"nin müəyyənləşdirildiyi Xarici İşlər Nazirliyi tərəfindən bəyan edilib. Fəqət, indiyədək bununla bağlı Türkiyə Böyük Millət Məclisinə məlumat verilməyib. Ayaqüstü, qarışıq, ziddiyyətli bəyanatlarla çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan bu prosesdə yetərli mövqe tutmayıb", - D.Bağçalı bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı sakitləşdirmək üçün dediyi "Dağlıq Qarabağ problemi həll olunmadan və ermənilər işğal etdikləri Azərbaycan ərazilərini tərk etmədən sərhəd açılmayacaq" bəyanatının bir quruşluq qiyməti yoxdur. Zira Ermənistan prezidenti Serj Sərkisyan indiyədək verdiyi açıqlamalarda Ərdoğanın "vəd"lərini dəfələrlə təkzib edib, sərhədin şərtsiz açılacağını vurğulayıb.
MHP lideri Türkiyədə Ermənistanla dialoq və müzakirələrin konkret olaraq kimin - prezident Abdulla Gül, yoxsa baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən aparıldığının bəlli olmadığını vurğulayıb. O, Türkiyənin XİN başçısı Əli Babacanı "kölgə nazir" adlandırıb.
"Ermənistan 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri soyqırım saydığını, bu mövqeyindən zərrə qədər geri çəkilməyəcəyini ən yüksək səviyyələrdə bəyan edir. Belə olan təqdirdə "yol xəritəsi" çərçivəsində "qondarma soyqırım"la bağlı yaradılacaq birgə komissiyanın işindən İrəvanı razı salacaq nəticənin əldə ediləcəyinə Türkiyə iqtidarı və hökuməti axı necə inanır? Ermənistan həmin komissiyanın fəaliyyəti zamanı tarixi həqiqətlərin ortaya çıxaraq aşkarlanmasına mane olacağına indidən işarə vurur. Komissiyanın qurulmasının müqabilində sərhədləri açmağı Türkiyənin qürur və heysiyyətinə necə rəva görürsünüz?! Baş nazir Ərdoğan bu suallara verəcəyi cavablarla Ermənistanla əldə edilmiş çərçivə anlaşmasının Türkiyənin maraq və mənafeyinə nə dərəcədə uyğun olduğunu ortaya qoyacaq", - D.Bağçalı söyləyib.
ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri də baş verənlərlə bağlı maraqlı açıqlama verib: "Türkiyə ilə Ermənistan arasındakı problemlərin həll olunması üçün əlimizdən gələni edəcəyik. Ankara və İrəvanın bir çözüm nöqtəsinə gəlməsini çox istəyirik. Bizim üzərimizə hansı vəzifə düşürsə, onu edəcəyik. Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğalda olan ərazilərinə gəldikdə isə, onlar ayrı məsələlərdir. Biz əvvəlcə Türkiyə ilə Ermənistan arasındakı problemləri həll etmək istəyirik".

Həsən AĞACAN

İranla imzalanan sazişlər narazılıq doğurdu

İranla imzalanan sazişlər narazılıq doğurdu

Parlamentin dünənki iclasında cari məsələlərin müzakirəsindən sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. Parlamentarilər əvvəlcə Azərbaycan hökuməti ilə Küveyt hökuməti arasında imzalanmış 3 saziş ratifikasiya etdilər. Ümumiyyətlə, sözügedən sazişlər barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, birinci saziş Azərbaycan və Küveyt hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması vəvergidən yayınmanın qarşısının alınması haqqındadır. Sazişin imzalanmasında məqsəd iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, vergidən yayınmanın aradan qaldırılması üçün iki ölkənin vergi orqanları arasında məlumat mübadiləsinin hüquqi bazasının yaradılmasıdır.

Komitə sədri dedi ki, bu saziş olmadan belə mübadilə aparmaq mümkün deyil. İkinci saziş Azərbaycan və Küveyt hökumətləri arasında sərmayələrin qarşılıqlı qorunması haqqındadır. Z.Səmədzadə bildirdi ki, bu sazişin məqsədi hər iki dövlətin digər dövlətin sərmayədarlarına lazımi şərait yaradır. Bu isə dövlətlər arasında iqtisadi münasibətlərin inkişafına və hər bir dövlətin iqtisadi cəhətdən güclənməsinə zəmin yaradır. Hər iki dövlət sərmayələrin qorunması ilə bağlı beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öhdəliklər götürür. Üçüncü saziş isə Azərbaycan və Küveyt hökumətləri arasında ticarət sazişidir. Bu saziş iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək, gücləndirmək, habelə əmtəə və xidmətlərin mübadiləsini təşkil etmək məqsədi ilə bağlanıb. Tərəflər bir-birlərinə qanunvericiliklərinə uyğun olan ən əlverişli ticarət şərtləri təklif etmək öhdəliyi götürüblər. Saziş 3 il müddətinə imzalanıb. Müzakirələrdə çıxış edən millət vəkili Aydın Mirzəzadə sazişlərin Azərbaycan-Küveyt əlaqələrini yüksək səviyyəyə qaldıracağına əminliyini ifadə etdi.

İclasda "Azərbaycan və İran hökumətləri arasında gəlirlərə və əmlaka görə verigilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Saziş də ratifikasiya edildi. Parlament Azərbaycan və İran hökumətləri arasında iqtisadi və ticari əlaqələrin inkişafı ilə bağlı sazişi də ratifikasiya etdi. Z.Səmədzadə bildirdi ki, saziş iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinə xidmət edib. Saziş 5 il müddətinə imzalanıb.

İclasda çıxış edən "Müsavat" Deputat Qrupunu təmsil edən başqa bir millət vəkili Nəsib Nəsibli həmkarlarından xahiş etdi ki, səsvermə zamanı bitərəf qalsınlar. O buna səbəb kimi İranda antitürk kampaniyasının davam etməsini, azərbaycanlıların hüquqlarının pozulmasını göstərdi. N.Nəsiblinin sözlərinə görə, hazırda İranla Azərbaycan arasında da bir sıra problemlər mövcuddur. İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan milli hərəkatçılar zindanlara salınırlar. "Biz bu sazişin səsverməsi zamanı bitərəf qalmaqla simvolik olaraq İrana etirazımızı bildirmiş olarıq" - deyə millət vəkili vurğuladı.

Birinci vitse-spiker Ziyafət Əsgərov söylənilən fikirlərlə razı olmadığını bildirdi. O qeyd etdi ki, millət vəkillərinin bu cür çıxışları İran-Azərbaycan münasibətlərinin inkişafına xidmət etmir. Onun sözlərinə görə, parlamentə daxil olan sazişlər hər iki ölkənin milli maraqlarına cavab verir. "Bu gün Azərbaycanla İran arasında əlaqələr inkişaf edir. Bizim mehriban qonşuluq münasibətlərimiz var" - deyə Z.Əsgərov vurğuladı. Bundan sonra səsə qoyulan səslər ratifikasiya olundu.

Parlament "Azərbaycan hökuməti və Avropa Birlikləri Komissiyası arasında çərçivə sazişi"ni də ratifikasiya etdi. Bu barədə məlumat verən Z.Səmədzadə qeyd etdi ki, çərçivə sazişi tərəflər arasında 1994-cü ilin fevralında imzalanan maliyyələşdirmə haqqında memoranduma tətbiq edilən ümumi qaydaları əvəz edir. Saziş birlik tərəfindən tam və ya qismən maliyyələşdirilən fəaliyyətin həyata keçirilməsi üçün tətbiq edilən qaydaların müddəalarını, xüsusilə də xarici valyuta, vergi və gömrük rüsumları ilə bağlı müddəaları müəyyən edir. Sazişə görə birlik tərəfindən maliyyələşdirilən fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş ekspertlər Azərbaycanda vergiyə cəlb olunmayacaqlar. Sazişin icrası ilə bağlı əmələ gələn problemlər, məsləhətləşmələr və diplomatik yollarla həll ediləcək.
Kamil HƏMZƏOĞLU

28 Nisan 2009 Salı

“Ərdoğan azərbaycanlı millət vəkillərindən üzr istəməlidir”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentinin qadın millət vəkillərindən üzr istməlidir. RİA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq

Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev məsələ qaldırıb.

“Milli Məclisin beynəlxalq əlaqələr şöbəsi Türkiyə hökuməti ilə əlaqə saxlamalı, Ərdoğan üzr istəməlidir. Üzr istəməsə, dediyi sözləri onun özünə aid etmək lazım gələcək”, - deyə Həsənquliyev bildirib.

Xatırladaq ki, Azərbaycanın bir sıra qadın millət vəkilləri aprelin 18-də Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı Ankaraya səfər ediblər. Millət vəkiloləri səfər çərçivəsində bir sıra hökumət və müxalifət nümayəndələri ilə görüşüblər.

Rəcəb Tayyib Ərdoğan televiziya ilə çıxışında bildirib ki, bəzi şəxslər Azərbaycandan Türkiyəyə, bəziləri isə buradan ora getməklə aranı qarışdırmağa çalışırlar. Yüksək dövlət məmurlarının onların mövqeyini dəstəkləməsi isə üzücü hadisədir.

Milli Məclisin sədri Oqtay Əsədov Ərdoğanın çıxışında heç bir təhqiramiz iafdə olmadığını bildirib. “Ərdoğanın çıxışına mən də qulaq asmışam. Belə bir şey eşitməmişəm. Ərdoğan millət vəkillərini təhqir etməyib. Sözlərinə fikir ver, məsələləri qızışdırmaq lazım deyil. Bizim millət vəkilləri öz fikirlərini, Ərdoğan da öz fikirlərini deyib. Əlavə bir söz deyilməyib”, - deyə sərd əlavə edib.

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə bəzi sahələrdə büdcə təşkilatlarında işləyənlərin bir neçə aydır əmək haqqı almadığını deyib. Onun sözlərinə görə, əmək haqqını istəyən şəxsi işdən çıxarmaqla hədələyirlər.

Spiker Oqtay Əsədov büdcə təşkilatlarında əmək haqqının önəliməsi ilə bağlı heç bir problem olmadığını deyib.

Ana Vətən Partiyasını təmsil edən deputat Zahid Oruc isə Xocalı soyqırımı günü ilə bağlı ABŞ Prezidentinin müraciətlə çıxış etməsini vacib olduğunu deyib. “Bunun üçün Azərbaycandan ABŞ Prezidentinə çoxlu müraciətlər ünvanlanmalıdır. Biz hətta elə etməliyik ki, gələn il fevralın 26-da Xocalı soyqırımı ilə bağlı Obama Azərbaycan dilində müraciət etsin”, - deyə Zahid Oruc bildirib.

Onun fikrincə, Azərbaycan cəmiyyəti də bu ABŞ Prezidentinin müraciətinə münasibət bildirilməlidir. “Prezident Barak Obamanın qondarma "erməni soyqırımı" ilə bağlı müraciətində Türkiyə ilə Azərbaycanın ümumi siyasətinə mənfi təsir edəcək məqamlar var. Bu müraciət ermənilərin Qarabağ məsələsində mövqeyini gücləndirəcək”, - deyə Zahid Oruc vurğulayıb.

Milli Məclisin spikeri Oqtay Əsədov isə Obamanın qondarma erməni soyqırımı ilə bağlı müraciətini ermənilərin və onların xaricdəki diasporlarının daha aktiv və güclü işləməsi ilə əlaqələndirib.

Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn 1 Mayın Əmək Bayramı və qeyri-iş günü hesab edilməsi ilə bağlı MM-ə qanun layihəsi təqdim etdiyini deyib. Millət vəkili qanun layihəsinin baxılmasını təklif edib. Eyni zamanda Pənah Hüseyn, Qarabağla bağlı gedən proseslər barədə də sənəd hazırladığını, layihənin deputatlara paylanıb müzakirə olunmasını istəyib.

O. Əsədov “1 May bayramıını sizin hakimiyyət ləğv edib”, - deyə deputatın təkilifinə münasibət bildirib.


Ria.Az

Dəniz Baykal Azərbaycan xalqından üzr istəyib

Ankara – APA. “Ermənistan Türkiyə ilə razılaşdırılan “yol xəritəsi”ndə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı hər hansı məqamın olmadığını, Türkiyə ilə bu məsələnin müzakirə edilmədiyini qətiyyətlə bildirir.

Biz isə Ermənistanla münasibətlərimizi Barak Obamanın 24 aprel çıxışı ilə əlaqələndiririk - onun mesajına təsir göstərmək üçün. Amma indiyədək etdiyimiz ən böyük güzəştə, Ermənistanla qeyd-şərtsiz danışıqlara getməyimizə baxmayaraq, ABŞ prezidentinin mövqeyinə təsir göstərə bilmədik, üstəlik Azərbaycanla münasibətlərimiz pozulmağa başladı”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal partiyasının parlament fraksiyasının toplantısındakı çıxışında deyib. Hökumətin Ermənistanla əldə etdiyi və aprelin 22-də gecə açıqlanan razılığın ABŞ prezidentinin mövqeyinə təsir göstərmədiyini, əksinə, Barak Obamanın uydurma “soyqırım” mövzusunda əvvəlki ABŞ prezidentlərindən daha kəskin mesaj verdiyini söyləyən D. Baykal Azərbaycanın təkcə hakimiyyətində deyil, cəmiyyətində də Türkiyəyə münasibətdə inciklik yarandığını vurğulayıb: “Azərbaycanlılar bunu dostca, qardaşcasına ifadə ediblər. Baş nazir Ərdoğan isə bu narazılıqlarla bağlı ittiham mövqeyindən çıxış edərək bura gələn Azərbaycan millət vəkillərini fitnəkar ünsürlər adlandırıb. Bu, Türkiyə Cümhuriyyətinin baş nazirinə yaraşmaz. Baş nazirin bu sözlərinə görə, Azərbaycan xalqından üzr istəyirəm. Biz onların fitnə içində olmadığını, sadəcə, inciklik, küskünlük duyduğunu bilirik, bunu anlayırıq. Amma bu inciklik və küskünlüyü də böyütməyə ehtiyac yoxdur. Bilsinlər ki, AKP bu gün var, sabah yoxdur, bunlar müvəqqətidir, Türkiyə-Azərbaycan dostluğu isə əbədidir”.

R. T. Ərdoğanın xarici siyasətini kəskin tənqid edən Türkiyə ana müxalifət lideri bəyan edib ki, bu hökumət nə vaxt masaya oturursa, ayağa qalxdıqda cibi boşalmış olur: “Baş nazir xarici siyasətdə “qazan-qazan”, yəni hər iki tərəfin də qazanc əldə etməsi prinsipindən çıxış edir. Amma aparılan müzakirələrin nəticəsi “qazan-itir” olur və təəssüf ki, itirən tərəf də hər zaman Türkiyə olur”.

İran Azərbaycan ticarət əlaqələrində narkotika problemi

Azərbaycanın ticarət fəaliyyəti ilə məşğul olan şirkətləri İİR-dən böyük həcmdə mal idxal edir. Son illərdə bu malların içərisində natkotik maddələrin mövcudluğu faktları getdikcə artmaqdadır.



Gömrük və sərhəd işçilərinin sərhəddə şübhə doğuran malları ciddi şəkildə yoxlaması bu sahədəki faktların ortaya çıxmasına səbəb olmuşdur. Onların sayıqlığı dekabr ayının axırlarında Azərbaycan Respublikasına qanunsuz yolla yəni kiçik həcmli qayıqlarda və avtomobilin xüsusi düzəldilmiş yerlərində İran həşişi keçirən mütəşəkkil dəstənin yaxalanmasından sonra daha da artmışdır. Məlum olmuşdur ki, İİR-dən böyük həcmdə mal alan azərbaycanlılar öz sifarişlərindən imtina etmək məcburiyyətində qalıblar. Belə ki, narkotika tacirləri iş adamlarına hədə-qərxu gələrək onların həyatlarına təhlükə yarada biləcəklərini söyləyirlər.

İİR-də narkotiklərlə bağlı vəziyyət çox ağırdır. İranın hüquq-mühafizə orqanları hər ay 60 tondan çox narkotik vasitə aşkarlayır, bu isə ümumi dövriyyənin cəmi 10-15 %-ni təşkil edir. İran hökuməti dekabr ayında ölkədə olan 800.000 narkomanın, həmçinin daima məcburi müalicə mərkəzlərində saxlanılan 220.000 nəfərin reabilitasiyası üçün yeni planı açıqlamışdır. Lakin İİR-in narkotiklərlə bağlı problemləri bunlarla qurtarmır. İranda narkotik vasitələrin istifadəçilərinin çox olmasına qonşu Əfqanıstanda ildən-ilə daha çox narkotik vasitələrin istehsalı böyük təsir edir. Bununla yanaşı, İİR həşiş istehsalına görə dünyada birinci yerdədir. İİR-də istifadə olunmayan narkotik vasitələr isə qonşu ölkələrə, əsasən də Azərbaycan Respublikasına ixrac edilir.

Ümumiyyətlə, Azərbaycanlılar İranla ticari əlaqələrə girməyə ehtiyat edirlər. Buna səbəb kimi İran banklarının beynəlxalq maliyyə sanksiyalarına məhəl qoymayaraq müxtəlif maliyyə maxinasiyalarında iştirak etmələri, indi isə daha bir əngəl yəni mallar arasında narkotik vasitələrin gizlədilə bilməsi halları göstərilir.

Dekabr ayında baş vermiş insidentdə İİR-dən Azərbaycan Respublikasına qayıqlarla və avtomobillə gətirilən 230 kiloqramdan çox həşiş saxlanılmışdır. Hazırda Azərbaycanın təhlükəsilik orqanlarının müvafiq qurumları bir neçə yeni hallarla bağlı istintaq aparır. Məlum olmuşdur ki, İranda qanuni ixrac edilən mallarin içində narkotik maddələri gizlətməklə sərhəddən keçirdən bir neçə mutəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Azərbaycan tərəfində əlaqədar strukturlar narkotik və kontrabanda malı ilə mübarizəni sərtləşdirdikləri barədə xüsusi xəbərdalır etmiş və yaxalananların qanunun tələblərinə uyğun olaraq məsulliyətə cəlb ediləcəyini bəyan etmişdir. Bütün bu risklər isə Azərbaycan şirkətlərinin İİR-lə ticarət əlaqələri saxlamağa dair marağının azalmasına səbəb olur.

27 Nisan 2009 Pazartesi

Qarabağ probleminin həlli prezidentlərdən asılıdır”

Türkiyə - Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək. RİA-nın mülumatına görə, bu barədə Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun fransalı həmsədri

Bernar Fasiye erməni jurnalistlərlə görüşdə bildirib. Fasiye ümid edir ki, türk – erməni münasibətlərnin normallaşmsaı prosesi Qarabağ probleminin həlli üçün əlverişli mühit yaradacaq. Türkiyə, Ermənistan Xarici İşlər Nazirliklərinin, eləcə də İsveç Xarici İşlər Departamentinin aprelin 23-də “Yol xəritəsi”nə dair məlum bəyanatını şərh edən Fasiye “Bu bəyanatla uzun müddətli nizamlama prosesinin başlanğıcı qoyulur. Bu sənədin konkretləşdiriləcəyi bütün dövr ərzində biz öz tərəfimizdən paralel surətdə Dağlıq Qarabağ probleminin həlli üçün səylər göstərməliyik ” deyib. Qarabağ münaqişəsinin nəhayət nə zaman həll olunacağına gəlincə, Fasiye qeyd edib ki, bu, ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır.



Oruc Mustafayev /Ria.Az/

Qarabağ probldeminin həlli üçün “Yol xəritəsi”

Bu gün Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşündə Dağılq Qarabağ probleminin

nizamalanması üçün “Yol xəritəsi” sənədinin imzalanmasının mümkünlüyünə aydınlıq gətirib. RİA-nın məlumatına görə, rusiyalı diplomat qeyd edib ki, “hər şey tərəflərin prezidentlər səviyyəsində hansı qərar qəbul etməsindən asılı olacaq. Prezidentlər tərəfindən nizamlamanın baza prinsiplərinin təsdiqlənməsindən sonra müvafiq sülh sazişinin necə işlənib hazırlanması məlum olacaq. Prinsiplərin təsdiqlənməsindən sonra işlər sülh sazişinin mətni layihəsinin hazırlanması müstəvisində aparılacaq”.



Oruc Mustafayev /Ria.Az/

ERMƏNİLƏR BAYRAĞIMIZI YANDIRDILAR

Erməni gənclər türk bayrağına od vurdu

Ermənistanda qondarma soyqırım gününü qeyd edən ermənilər, paytaxt İrəvanda Türkiyə bayrağına od vurublar. Artıq ənənə halını almış bu hadisədən sonra əllərində məşəl tutan minlərlə erməni qondarma faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə yürüş edib. Aksiyanı hər il olduğu kmi, bu il də Daşnaksütun partiyasının gənclər qanadı təşkil edib. Partiyanın nümayəndəsi bildirib ki, daşnaklar bu dəfə Türkiyə bayrağını yandırmaq istəməyiblər.

"Amma Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair açıqlanmış son razılaşma onları bu addıma vadar edib".

Türkiyənin Ermənistan sevgisinin qarşılığıqda belə bir addımın atılması Gül hakimiyyətinə bir mesajdır. Mesajınsa təxminən məzmunu belədir: "Siz bizə nə qədər can desəz də, biz sizə çor deyəcəyik".

Qurban olum düşmənə, qoymur bizi düşməyə.

ERMƏNİSTAN QARABAĞA GÖRƏ RUSİYADAN DƏSTƏK İSTƏYİR

Serj Sarkisyan Azərbaycan rəhbərliyinin mövqeyini bəyənir


C.MƏMMƏDOV


Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Kremlin Yerevana göstərəcəyi perspektiv dəstəklə bağlı fikir mübadiləsi aparılıb. Rusiya mətbuatının yazdığına görə, Yerevan məsələ ilə bağlı Moskvadan dəstəyini artırmağını istəyib.
Son günlər yayılan məlumatlara görə, Rusiya müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycanla yaxınlaşma siyasəti yeridir. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Moskvaya səfəri zamanı səsləndirilmiş bəyanatlar erməni tərəfinin xüsusi narahatlığına səbəb olub. Qeyd edək ki, Azərbaycan - Rusiya prezidentlərinin Moskva görüşünün nəticələri mətbuatda "Qaz əvəzinə Qarabağ" kimi yozumlanmışdı.
Əldə edilən məlumatlara görə, Sarkisyan Medvedyevlə görüşündə iki ölkə arasındakı münasibətlərin hazırkı durumunun vəziyyəti diqqət mərkəzində olub. Rusiya prezidenti erməni həmkarını əmin edib ki, Moskva Yerevanı dəstəkləməkdə davam edəcək.
Yeri gəlmişkən, bu günlərdə Sarkisyan "World Street Yournal"a (WSY) və "Russia Today" kanalına müsahibə verib. "Ərdoğanın bəyanatı Türkiyə ilə Ermənistanın razılaşmaları çərçivəsində olmayıb. Çünki danışıqlar şərt qoyulmadan gedib" - deyə o Türkiyənin baş naziri Racib Tayyip Ərdoğanın Qarabağ problemi həll olunmayınca sərhədlərin açılmayacağı barədə bəyanatına dair sualına cavabında deyib. S.Sarkisyan hesab edir ki, şərt qoymaq qətiyyən məqbul deyil. O deyib ki, top indi Türkiyənin meydançasındadır, Ermənistan Türkiyədən cavab gözləyir. Bununla da Sarkisyan Türkiyə qarşısında şərt qoyub, Erməni prezident bildirib ki, o, Türkiyəyə yalnız o zaman gedəcək ki, sərhədlər açılsın. "Mən Gülü Yerevana dəvət edəndə Türkiyəyə cavab səfərini sadəcə turist və ya futbol azarkeşi kimi etməyi düşünmürdüm", - deyə o qeyd edib. Dərginin əməkdaşının "sizin üçün hansı daha vacibdir - Amerikanın "soyqırım"ı tanıması, yoxsa Türkiyə ilə sərhədlərin açılması" sualına cavabında Sarkisyan bildirib: "ABŞ özü nə vaxt lazım bilsə, soyqırımı tanıyacaq. Biz kimisə milli maraqla mənəvi mövqe dilemmasına itələmirik. Biz istəmirik ki, soyqırım məsələsi Türkiyə ilə münasibətlərə əngəl olsun".
Sərhədlərin açılması ilə bağlı Azərbaycanın narahatlığı barədə suala cavabında Sarkisyan qeyd edib: "Mən əminəm ki, danışıqlara başlayanda Türkiyə də Azərbaycanın reaksiyasını hesablayırdı. Mən inanmıram ki, Türkiyədə kimsə Azərbaycanda kiminsə bunu alqışlayacağını düşünürdü. Mən Türkiyənin geri çəkilməsinə Azərbaycanın səbəb olmasını başa düşə bilmirəm. Bu danışıqlardan Azərbaycanın narahatlığı da şişirdilib. Sərhədlərin açılmağı ilə Ermənistanın Qarabağ probleminin həllinə yanaşması dəyişmir. Türkiyə ilə münasibətlərin yoxluğuna baxmayaraq və ya Ermənistanda iqtisadi vəziyyət nə qədər çətin olursa-olsun və yaxud hər hansı bir səbəbdən və ya nəyə görəsə elə bir Ermənistan lideri tapmazsız ki, Dağlıq Qarabağın Azərbaycana verilməsinə kağızda imza atsın, ya da bunu ağlına gətirsin. Qarabağ probleminin kökündə duran əsas məsələ Dağlıq Qarabağ əhalisinin öz taleyini özünün müəyyən etməsi haqqıdır". Qarabağın Azərbaycanın olmadığını bildirən Sarkisyan qeyd edib ki, o, Sovet dövründə Kommunist Partiyasının qərarı ilə Azərbaycanla birləşdirilib.
Sarkisyan may ayında Praqada keçiriləcək Avropa Birliyinin Yaxın Şərq Əməkdaşlığı proqramı üzrə danışıqlarda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda real tərəqqiyə başlamağın mümkün olduğunu bildirir. "Biz hazırda Minsk Qrupunun prinsipləri üzrə işləyirik, bunlara ərazi bütövlüyü və öz müqəddəratını özünün müəyyən etməsi haqqı da daxildir. Əgər İlham Əliyev bu prinsiplər əsasında danışıqları davam etdirməyə hazırdırsa, biz hazırıq".
S.Sarkisyan Azərbaycanın müdafiə sektoruna və hərbi texnikanın alınmasına çoxlu pul xərcləməsindən narahat olduğunu bildirib: "Ancaq Ermənistan ordusuna kifayət qədər və ciddi vəsait qoyuruq".
S.Sarkisyan "Russia Today" kanalına bildirib ki, artıq münaqişənin nizamlanması ilə bağlı bütün prosesi sürətləndirmək və qərarlar qəbul etmək zamanı çatıb. S.Sarkisyan son vaxtlar Azərbaycanın Qarabağ münaqişəsinin nizamlanmasındakı mövqeyində dəyişikliklər olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi əvvəllər Dağlıq Qarabağ probleminin yalnız ərazi bütövlüyü çərçivəsində və ya hərb yolu ilə həll ediləcəyini bəyan edirdi. "Mən şadam ki, son vaxtlar Azərbaycan rəhbərliyi problemin bütün beynəlxalq prinsiplərlə nizamlanmasından danışmağa başlayıb".