azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Mart 2009 Cumartesi

ERMƏNİLƏRİ “EUROVİSİON”a HAZIRLAYAN AZƏRBAYCANLI DANIŞDI

ERMƏNİLƏRİ “EUROVİSİON”a HAZIRLAYAN AZƏRBAYCANLI DANIŞDI




Məlum olduğu kimi, “Eurovision-2009" mahnı müsabiqəsinə erməni təmsilçilərini, Rusiyanın ”Fresh Art" şirkətinin rəhbərlərindən biri azərbaycanlı Aslan Əhmədov hazırlayacaq. Bu mövzu bir neçə gündür Azərbaycan mətbuatının gündəmindədir. “Fresh Art”ın mətbuat xidməti “Trend”ə müraciət ünvanlayıb. Müraciətdə bildirilir.

“Biz digər ölkələrin insanları kimi indiki və gələcək planlarla yaşayırıq. Keçmişdə hər bir insanın ölümü bir ailənin və bir millətin faciəsidir. Biz siyasətçi deyil, yaradıcı insanlarıq və bütün digər insanlar kimi qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Hazırda üçüncü minillikdə yaşayırıq və bizi geri çəkməyin!?
Show.az yazır ki, Aslan Əhmədov 12 fevral 1973-cü ildə Bakıda anadan olub. 1994-cü ildə İncəsənət İnstitutunu bitirib və Sankt-Peterburqa köçüb. Elə oradaca David Qevorkov və Aleksander Siradekianla tanış olub. Onların rəhbərlik etdiyi “Fresh Art” şirkəti Rusiyada bir çox bahalı və dəbdəbəli tədbirləri hazırlayıb.


NİGAR

İLHAM ƏLİYEV OBAMA İLƏ EYNİ SAMMİTƏ QATILACAQ

İLHAM ƏLİYEV OBAMA İLƏ EYNİ SAMMİTƏ QATILACAQ
ABŞ prezidenti İstanbulda mədəniyyətlərarası dialoq toplantısında iştiraka razıılıq verib



Aprelin 6 və 7-də İstanbulda mədəniyyətlərarası ittifaq sammiti keçiriləcək. Türkiyə mənbələrinin yaydıqları xəbərlərə görə, bir çox ölkədən nümayəndələrin qatılacağı sammitdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Son anda sammitə həmin günlərdə Türkiyədə səfərdə olacaq ABŞ prezidenti Barak Obamanın da qatılması razılaşdırılıb. Məhz Obamanın toplantıya qatılacağının məlum olmasından sonra sammitə maraq artıb. Hələlik Obamanın toplantının hansı bölümünə qatılacağı haqda məlumat yoxdur. Bildirilir ki, sammitin açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İspaniyanın baş naziri Xose Luis Zapatero çıxış edəcəklər. Forumlara qatılacaqlar arasında Azərbaycan prezidenti ilə yanaşı, Danimarkanın baş naziri Andres Foq Rasmussen, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan, Yunanıstanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Dora Bakoyanni da olacaqlar.





Siyasət şöbəsi

RUSİYA ABŞ-LA SÖVDƏLƏŞMƏYƏ GETMİR

RUSİYA ABŞ-LA SÖVDƏLƏŞMƏYƏ GETMİR




Rusiya prezidenti Dmitriy Medvedyev BBC-yə verdiyi müsahibədə, Amerika raket sipərinin yaradılmaması və İranın nüvə proqramının dayandırılmasına dair sövdələşmənin təklif olunduğu barədə xəbərləri təkzib edib.

"Hər hansı sövdələşmənin mümkün saymıram", - deyən Rusiya lideri eyni zamanda bu məsələlərin Londonda, Amerika prezidenti Barak Obama ilə görüş zamanı müzakirə ediləcəyinə əminlik ifadə edib. "Zənnimcə, prezident Obama da bu fikirdədir."Medvedyev və Obama ilk dəfə aprelin əvvəllərində Londonda, “Böyük 20-lər”in zirvə görüşündə qarşılaşacaqlar.

"İrana gəldikdə, bizim bu ölkə ilə dolğun münasibətlərimiz mövcuddur. Lakin bizim mövqe BMT-nin məlum qətnamələri və BATENA-nın yanaşmaları üzərində formalaşıb - İranın nüvə proqramı dinc xarakterli olmalıdır", - deyə Medvedyev bildirib.




Xəbər xidməti

XİLASETMƏ İŞLƏRİ ZAMANI BİR VERTOLYOT DA QƏZAYA UĞRADI (yenilənib - 2)

XİLASETMƏ İŞLƏRİ ZAMANI BİR VERTOLYOT DA QƏZAYA UĞRADI (yenilənib - 2)




BBP lideri Möhsün Yazıcıoğlunu və yoldaşlarını daşıyan helikopterin düşdüyü bölgədə çalışmalara qatılan bir hərbi vertolyot da qəzaya uğrayıb. Qəzaya səbəb əlverişsiz hava şəraiti olub. Sovrulan qar pilotları çaşdırıb və onlar nə baş verdiyini kəsdirənə qədər helokopter yerə çırpılıb.

Pilotların və 12 nəfərlik kommandos dəstəsinin qəzadan sağ qurtulduğu bildirilir. Onlar heç bir xəsarət almayıblar və Goksuna aparılıblar.




musavat.com

DÜNYA QƏZETLƏRİ ÇÖKÜR

DÜNYA QƏZETLƏRİ ÇÖKÜR
“Nyu-York Times” və “Vaşinqton Post” işçilərini ixtisar edir



Amerikanın “Nyu York Times” və “Vaşinqton Post” qəzetləri xərclərin azaldılması üçün yeni tədbirlər həyata keçirməyi planlaşdırır. “Nyu York Times” və “Boston Globe” qəzetlərinin mənsub olduğu Times Co kampaniyası işçilərin məvacibini 6 faiz azaltmaq, məzuniyyətlərini isə 10 gün artırmaq niyyətindədir. Məvacib ən azı 2009-cu ilin sonlarına qədər azaldılacaq. Bundan başqa, “Nyu York Times” qəzetindən 100 işçinin ixtisara düşəcəyi gözlənilir.
“Vaşinqton Post” qəzetində də vəziyyət ürəkaçan deyil. Srağagün qəzet rəhbərliyi xərclərin azaldılması ilə bağlı növbəti bəyanat yayıb. Nəşr rəhbərliyi yenə də işçilərinə öz istəklərinə uyğun, könüllü şəkildə işdən çıxmağı təklif edib. Bunun əvəzində isə onlara kompensasiya və ya vaxtından əvvəl təqaüdə çıxma təklifini verib. Təklif əsasən yaşı 50-dən yuxarı olan, habelə qəzetdə 5 ildən artıq çalışmış işçilər arsında yayılıb. Kompensasiya xəbərlər redaksiyasına, çap və yayım şöbələrinin işçilərinə veriləcək. Xatırladaq ki, sözügedən təklif 2008-ci ildə qəzetin 231 işçisini işdən çıxarmağa imkan verib.
Sözügedən nəşr 2008-ci ili 192,7 milyon dollarlıq maddi ziyanla bağlayıb. Bir il əvvəlsə qəzetin illik gəliri 66,4 milyon dollar olub. Times Co media qrupunun 2008-ci ildəki malli itkisi isə 30,3 milyon dollar təşkil edib. Halbuki elə həmin media qrupu 2007-ci ildə nə az, nə çox, düz 248,6 milyon dollar məbləğində gəlir əldə edib.
Amerikanın bu iki böyük qəzetinin yaşadığı maliyyə böhranı ölkə mətbuatında ciddi silkələnmə yaradıb. Son bir neçə ayda oxşar problemlərlə demək olar ki, bütün amerikan qəzetləri üzləşib. Belə ki, 2009-cu ilin əvvəlində iki irimiqyaslı qəzet - Seattle Post-İntelligencer və Rocly Mointain Nevs fəaliyyətlərini onlayn versiyada davam etdiriblər. Martın 27-dən isə Christian Sciense Monitor qəzeti də gündəlik nəşrdən imtina edəcək.
Azərbaycan mediasının vəziyyətində isə bir qədər fərqlilik var. Bundan öncə bir neçə dəfə apardığımız rəy sorğusu zamanı bəlli olmuşdu ki, qlobal maliyyə böhranı hələ ki, yerli çap mediasına təsir göstərməyib. Qəzet rəhbərləri işçiləri ixtisar etmək, tirajı azaltmaq və ya fəaliyyəti müvəqqəti dayandırmaq barədə düşünmür. Redaktorların yekdil rəyi budur ki, onsuz da Azərbaycan qəzetləri hər zaman ən minimal şərtlər daxilində fəaliyyət göstəriblər. Yəni, dünya qəzetlərinin indi qarşılaşdığı maliyyə yükünü, reklamsızlığı, alıcıların azlığını Azərbaycan mətbuatı 10 ildən artıqdır ki, öz çiyinlərində daşıyır. Buna immuniteti yarandığı üçünsə yerli qəzetlər hazırda maliyyə krizsiylə bağlı hansısa yeni addımlar atmağı planlaşdırmır.
Sevinc TELMANQIZI

MÖHSÜN YAZIÇIOĞLU KİMDİR?

Martın 25-də Türkiyə müxalifətinin liderlərindən biri - Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlunu Qəhrəmanmaraşdan Yozqata aparan vertolyot qəzaya uğrayıb. Vertolyot tapılmadığından M.Yazıçıoğlu və onunla birgə uçmuş şəxslərdən heç bir xəbər yoxdur. Axtarışlar davam edir.

“Media forum” saytı M.Yazıçıoğlunu təqdim edir.

1954-cü ildə Sivasda - Sarqışla bölgəsinin Almalı kəndində doğulan M.Yazıçıoğlu ibtidai və orta təhsilini Şarqışlada alıb, Ankara Üniversitetini bitirib.

1968-ci ildən Gənç Ülküçülər Hərəkatına qatılb. Ankarada Ülkü Ocaqları Baş Mərkəzində başqan müavini, başqan olub, daha sonra Ülküçü Gənçlik Dərnəyini qurub. 1980-ci ilə qədər Milliyətçi Hərəkat Partiyasında başqan müşaviri postunu tutub.

1980-ci il hərbi çevrilişindən sonra 7 il 5 ay həbsdə yatıb. Həbsxanadan çıxandan sonra ülküçülərə və onların ailələrinə yardım niyyətiylə qurulan Sosial Müdafiə və Təhsil Vəqfinə başçılıq edib.1987-ci ildə silahdaşlarıyla birgə Milliyətçi Çalışma Partiyasını yaradıb. 1991-ci ildə bu partiyadan Böyük Millət Məclisinə seçilən M.Yazıçıoğlu bir il sonra fikir ayrılıqları üzündən MÇP-ni tərk edib. 1993-cü ildə Böyük Birlik Partiyasını yaradaraq bu quruma liderlik etməyə başlayıb. 1995-98-ci illərdə də parlamentin üzvü olan M.Yazıçıoğlu 2007-ci ildə Sivasdan müstəqil millət vəkili seçilib.




«Media forum»

Azərbaycan ərazisində 4 erməni əsgəri ölüb

Azərbaycan ərazisində 4 erməni əsgəri ölüb

01:29 28-03-2009





Onların bədbəxt hadisə nəticəsində öldüyü bildirilir

Martın 27-də saat 05.35 radələrində Azərbaycanın işğal olunmuş torpaqlarında 4 erməni əsgəri ölüb. Bu barədə tert.am saytı qondarma Dağlıq Qarabağın müdafiə nazirliyinə istinadən məlumat yayıb. Hadisənin hansı şəraitdə baş verdiyi bildirilməsə də, separatçı rejimin müdafiə nazirliyi qeyd edib ki, hərbçilər bədbəxt hadisə nəticəsində dünyalarını dəyişiblər.

Faktla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində dünəndən başlanan hərbi təlimləri bu gün də davam edib. Təlimlərdə top, tank və "Qrad" qurğularından Şahbulağ yüksəkliyinin ətəyində yerləşən hədəflərə doğru atəş açılıb. Tərtər, Bərdə, Ağcabədinin təlim keçirilən əraziyə yaxın yerləşən kəndlərində atəş səsləri aydın eşidilib.

Bundan əlavə, bu gün Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Ağdam rayonunun Suma Güllücə və İlxıçılar kəndləri istiqamətində güclü yanğın müşahidə olunub. Qalın tüstünü cəbhə xəttinin qarşı tərəfindən və qonşu rayonların ərazisindən də görmək mümkün olub. Kənd sakinlərinin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin nəzarətində olan ərazidə partlayış baş verib. Qarşı tərəfdə müxtəlif təyinatlı avtomobil və texnikanın hərəkəti müşahidə olunur.

LENT.AZ



Xəbərin oxunma sayı: 767

Diqqət! Bu gecə saatlarınızı irəli çəkməyi unutmayın!

Diqqət! Bu gecə saatlarınızı irəli çəkməyi unutmayın!

11:18 28-03-2009





Budəfəki “irəliçəkmə”nin maraqlı özəlliyi var

Sabah - martın 29-u saat 05:00-da Azərbaycanda saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Lent.az-ın məlumatına görə, bu dəfə saatların irəli çəkilməsi hadisəsi əvvəlki illərdən bir özəlliyi ilə fərqlənəcək. Belə ki, saatlar martın sonuncu həftəsinin şənbə günündən bazar gününə keçən gecəsi səhərə yaxın 1 saat irəli çəkilir. Əvvəlki illərdə insanlar saatları geri, yaxud irəli çəkməsindən asılı olmayaraq bazar gününü evdə keçirdiklərindən bazar ertəsinə – növbəti iş gününə qədər saatlarını tam qaydaya salırdılar; yəni saatın 1 saat irəli çəkilməsi yaddan çıxsaydı belə, onu tənzimləmək üçün ehtiyatda 1 gün – istirahət günü sayılan bazar günü - vaxt olurdu. Lakin Nazirlər Kabinetinin bu il imzalanmış qərarına əsasən, martın sonuncu həftəsinin bazar günü – martın 29-u iş günü olduğundan insanların saatı tənzimləmək üçün ehtiyat vaxtları olmayacaq. Ən yaxşısı, saatı axşamdan irəli çəkməkdir.
Xatırladaq ki, qış və yay vaxtlarının tətbiqi qərarı 1997-ci ildə verilib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Pərvin ABBASOV

LENT.AZ
İkinci “Ergenekon” ittihamnaməsində Azərbaycan izi

13:26 28-03-2009





Türkiyədə artıq məhkəmə tərəfindən qəbul edilmiş ikinci “Ergenekon” ittihamnaməsində Azərbaycanla bağlı izlər də var.

Lent.az-ın xəbərinə görə, ittihamnamədə adı şübhəli kimi göstərilən Emcet Olcaytunun ünvanları qeyd etdiyi 2 səhifəlik kağızda Azərbaycana və bu ölkədəki siyasi partiyalardan birinə aid məlumatlar da var. Siyasi partiyanın adı çəkilməyib.

Qeyd edək ki, Emcet Olcaytu keçən il sentyabrın 23-də həbs edilib. O, silahlı terror təşkilatına üzv olmaq, özəl həyatın gizliliyini pozmaq və “Hüquqa zidd olaraq şəxsi məlumatları toplamaq”da ittiham edilir.

Pərvin ABBASOV

LENT.AZ