azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Mart 2009 Cumartesi

DÜNYA QƏZETLƏRİ ÇÖKÜR

DÜNYA QƏZETLƏRİ ÇÖKÜR
“Nyu-York Times” və “Vaşinqton Post” işçilərini ixtisar edir



Amerikanın “Nyu York Times” və “Vaşinqton Post” qəzetləri xərclərin azaldılması üçün yeni tədbirlər həyata keçirməyi planlaşdırır. “Nyu York Times” və “Boston Globe” qəzetlərinin mənsub olduğu Times Co kampaniyası işçilərin məvacibini 6 faiz azaltmaq, məzuniyyətlərini isə 10 gün artırmaq niyyətindədir. Məvacib ən azı 2009-cu ilin sonlarına qədər azaldılacaq. Bundan başqa, “Nyu York Times” qəzetindən 100 işçinin ixtisara düşəcəyi gözlənilir.
“Vaşinqton Post” qəzetində də vəziyyət ürəkaçan deyil. Srağagün qəzet rəhbərliyi xərclərin azaldılması ilə bağlı növbəti bəyanat yayıb. Nəşr rəhbərliyi yenə də işçilərinə öz istəklərinə uyğun, könüllü şəkildə işdən çıxmağı təklif edib. Bunun əvəzində isə onlara kompensasiya və ya vaxtından əvvəl təqaüdə çıxma təklifini verib. Təklif əsasən yaşı 50-dən yuxarı olan, habelə qəzetdə 5 ildən artıq çalışmış işçilər arsında yayılıb. Kompensasiya xəbərlər redaksiyasına, çap və yayım şöbələrinin işçilərinə veriləcək. Xatırladaq ki, sözügedən təklif 2008-ci ildə qəzetin 231 işçisini işdən çıxarmağa imkan verib.
Sözügedən nəşr 2008-ci ili 192,7 milyon dollarlıq maddi ziyanla bağlayıb. Bir il əvvəlsə qəzetin illik gəliri 66,4 milyon dollar olub. Times Co media qrupunun 2008-ci ildəki malli itkisi isə 30,3 milyon dollar təşkil edib. Halbuki elə həmin media qrupu 2007-ci ildə nə az, nə çox, düz 248,6 milyon dollar məbləğində gəlir əldə edib.
Amerikanın bu iki böyük qəzetinin yaşadığı maliyyə böhranı ölkə mətbuatında ciddi silkələnmə yaradıb. Son bir neçə ayda oxşar problemlərlə demək olar ki, bütün amerikan qəzetləri üzləşib. Belə ki, 2009-cu ilin əvvəlində iki irimiqyaslı qəzet - Seattle Post-İntelligencer və Rocly Mointain Nevs fəaliyyətlərini onlayn versiyada davam etdiriblər. Martın 27-dən isə Christian Sciense Monitor qəzeti də gündəlik nəşrdən imtina edəcək.
Azərbaycan mediasının vəziyyətində isə bir qədər fərqlilik var. Bundan öncə bir neçə dəfə apardığımız rəy sorğusu zamanı bəlli olmuşdu ki, qlobal maliyyə böhranı hələ ki, yerli çap mediasına təsir göstərməyib. Qəzet rəhbərləri işçiləri ixtisar etmək, tirajı azaltmaq və ya fəaliyyəti müvəqqəti dayandırmaq barədə düşünmür. Redaktorların yekdil rəyi budur ki, onsuz da Azərbaycan qəzetləri hər zaman ən minimal şərtlər daxilində fəaliyyət göstəriblər. Yəni, dünya qəzetlərinin indi qarşılaşdığı maliyyə yükünü, reklamsızlığı, alıcıların azlığını Azərbaycan mətbuatı 10 ildən artıqdır ki, öz çiyinlərində daşıyır. Buna immuniteti yarandığı üçünsə yerli qəzetlər hazırda maliyyə krizsiylə bağlı hansısa yeni addımlar atmağı planlaşdırmır.
Sevinc TELMANQIZI

Hiç yorum yok: