azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Mart 2009 Cumartesi

Azərbaycan ərazisində 4 erməni əsgəri ölüb

Azərbaycan ərazisində 4 erməni əsgəri ölüb

01:29 28-03-2009





Onların bədbəxt hadisə nəticəsində öldüyü bildirilir

Martın 27-də saat 05.35 radələrində Azərbaycanın işğal olunmuş torpaqlarında 4 erməni əsgəri ölüb. Bu barədə tert.am saytı qondarma Dağlıq Qarabağın müdafiə nazirliyinə istinadən məlumat yayıb. Hadisənin hansı şəraitdə baş verdiyi bildirilməsə də, separatçı rejimin müdafiə nazirliyi qeyd edib ki, hərbçilər bədbəxt hadisə nəticəsində dünyalarını dəyişiblər.

Faktla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində dünəndən başlanan hərbi təlimləri bu gün də davam edib. Təlimlərdə top, tank və "Qrad" qurğularından Şahbulağ yüksəkliyinin ətəyində yerləşən hədəflərə doğru atəş açılıb. Tərtər, Bərdə, Ağcabədinin təlim keçirilən əraziyə yaxın yerləşən kəndlərində atəş səsləri aydın eşidilib.

Bundan əlavə, bu gün Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Ağdam rayonunun Suma Güllücə və İlxıçılar kəndləri istiqamətində güclü yanğın müşahidə olunub. Qalın tüstünü cəbhə xəttinin qarşı tərəfindən və qonşu rayonların ərazisindən də görmək mümkün olub. Kənd sakinlərinin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin nəzarətində olan ərazidə partlayış baş verib. Qarşı tərəfdə müxtəlif təyinatlı avtomobil və texnikanın hərəkəti müşahidə olunur.

LENT.AZ



Xəbərin oxunma sayı: 767

Hiç yorum yok: