azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Şubat 2009 Cumartesi

Təbriz Universitetinin tələbələri bəyanat yayıb



Təbriz Universitetinin bir qrup tələbəsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbələrə qarşı təzyiqlərə etiraz bəyanatı qəbul edib. Bu barədjə RİA-ya DAK mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda milli fəallara qarşı təzyiqlərin gündən-günə artığı qeyd edilib. “İran inqilabının 30-cu ildönümü və Beynəlxalq Ana Dili Günü ərəfəsində hökumətin ölkədə insan hüquqlarına riayət edilməsi istiqamətində apardığı təbliğata baxmayaraq kütləvi həbslər davam edir, Azərbaycan fəallarına təzyiqlər gündən-günə güclənir. Amma biz, Təbriz Universitetinin tələbələri olaraq Azəraycan milli kimliyi uğrunda dinc mübarizə aparan həmkarlarımıza qarşı həyata keçirilən kütləvi həbslərə və göstərilən təzyiqlərə etiraz edir, hökumətin bu zorakılığının nəticə verməyəcəyini, yalnız məmləkətin tənəzzülə uğradacağını bəyan edirk”, - deyə müəlliflər qeyd ediblər.

"Manas" əldən çıxdı

"Manas" əldən çıxdı
ABŞ yenə Özbəkistanla anlaşmağa çalışacaq

"Qırğızıstan hakimiyyət orqanlarının "Manas"dakı Amerika hərbi bazasını başlamaq qərarı təəssüf doğurur, lakin bu addım Birləşmiş Ştatların Mərkəzi Asiyada aktiv fəaliyyətinə mane olmayacaq".
Bu bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton çıxış edib. Fransanın xarici işlər naziri Bernard Kuşnerlə birgə brifinq keçirən xanım Klinton bildirib ki, "Manas" bazasının bağlanması ABŞ_ın Əfqanıstandakı qoşunlarının mövqeyinə təsir göstərməyəcək. Bununla belə o Qırğızıstan hakimiyyət orqanları ilə danışıqların davam etdiyini deyib.
Ağ Evin mətbuat katibi Robert Qibbs isə bildirib ki, "Manas" bazası ABŞ üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir: "Birləşmiş Ştatlar vəziyyəti düzəltmək üçün Qırğızıstan hakimiyyəti ilə danışıqlar aparacaq".
Bu arada Vaşinqton Əfqanıstandakı ABŞ qoşunlarının təchizatına yardım edilməsi ilə bağlı Özbəkistanla saziş imzalamağa hazırlaşır. Hərbi mənbələr bildirib ki, bu addımın atılmasına səbəb Əfqanıstana hərbi yüklərin daşınması üçün istifadə olunan "Manas" hərbi bazasının bağlanması barədə rəsmi Bişkekin qərarıdır. Qərbdəki diplomatik dairələr artıq Özbəkistan hakimiyyət orqanlarının bu işdə Birləşmiş Ştatlara yardım göstərməyə razılıq verdiyini bildirirlər.

Milli fəal Həmid Valayi və Qulam Nəcəfinin məhkəməsi keçirilib

Milli fəal Həmid Valayi və Qulam Nəcəfinin məhkəməsi keçirilib

Fevralın əvvəlində milli fəallar Həmid Valayi və Qulam Nəcəfi Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində hakim qarşısına çıxarılıb. Məhkəmə prosesinin başlanğıcında hakim soydaşlarımızın rəsmi olaraq "Dövlətçiliyə qarşı təbliğat"da ittiham olunduğunu nəzərə çatdırıb. İttihamçı tərəf "Ettelaat" onların hazırlayaraq nəşr etdiyi "Günəş" jurnalının "Azərbaycanda may üsyanları" ilə bağlı xüsusi sayını sübut olaraq təqdim edib.

Turqut

Eyni zamanda təhlükəsizlik orqanı bu dərginin qanunsuz nəşr olunduğunu iddia edib. Milli fəallar isə "Günəş" jurnalının rəsmi icazəylə nəşr olunduğunu bildirib və bunu təsdiq edən rəsmi sənədləri məhkəməyə verməyə cəhd göstəriblər, amma hakim "Jurnalın nəşri qanuna uyğun olsaydı, yəqin "Ettelaat" müdaxilə etməzdi!" deyə cəvab verib. Qulam Nəcəfi və Həmid Valayi bütün fəaliyyətlərinin mövcud qanunlar çərçivəsində baş verdiyini və onlara qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu söyləyiblər. Eyni zamanda Həmid Valayi "Ettelaat"ın Təbriz şöbəsində saxlanıldığı müddətdə ona ağır işgəncələr verilməsilə bağlı məsələyə baxılmasını tələb edib. Amma hakim "Sizin "Ettelaat"da işgəncə olunmağınızın bu məhkəməyə aidiyyəti yoxdur!" deyə onun vəsatətini rədd edib. Məhkəmə hər hansı qərar qəbul olunmadan təxirə salınıb. Qeyd edək ki, Həmid Valayi hüquq təhsili alsa da, "Ettelaat" onun bir vəkil kimi fəaliyyətinə mane olur. Ötən il "Ettelaat" əməkdaşlarının həbs etdiyi soydaşımızın saxlanıldığı qapalı təcridxanada ağır işgəncələrə məruz qaldığı, bir ayağı və bir neçə dişinin sındırıldığı barədə məlumatlar yayılmışdı. O bununla bağlı İran Ali Məhkəməsinin sədrinə dəfələrlə müraciət etsə də, indiyədək onun bu tələbinə məhəl qoyulmayıb.

İran ABŞ-la dialoqa hazırdır

"İran ABŞ-la dialoqa hazırdır"

Mahmud Əhmədinejad: "Dünya məsələlərində gücdən istifadə çıxış yolu deyil"
"Biz qarşılıqlı hörmətə cöykənən bərabər və adil şərtlərlə ABŞ-la dialoqa hazırıq". Bunu İran prezidenti Mahmud Əhmədinejad bəyanlayıb. İRNA xəbər agentliyinin məlumatına görə, İsveçrənin İrandakı yeni səfiri Livia Leu Aqostinin etimadnaməsini qəbul edən dövlət başçısı çıxışında qeyd edib ki, rəsmi Tehran ABŞ-ın yeni administrasiyasının dəyişiklik siyasətinə müsbət cavab verməyə və dünyanın təməl məsələlərini qarşılıqlı hörmətə cöykənən bərabər və adil şərtlərlə həll etməyə hazırdır: "Son 30 ildir rəsmi Vaşinqton İranın qarşısında dayanıb və bəzi Avropa ölkələri də ABŞ-ın siyasətini təqib edir.

Turqut

Ancaq dünya məsələlərində gücdən istifadə həll yolu deyil. Onlar İran xalqının hüququnu qəbul etməlidirlər". Qeyd edək ki, İsveçrənin İrandakı səfirliyi ABŞ-ın Tehrandakı mənafeyini də qoruyur və onu təmsil edir. Çünki İranla ABŞ arasında 1980-ci ildən bəri diplomatik münasibətlər kəsilib.

TÜRKİYƏDƏ İSRAİL RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI

TÜRKİYƏDƏ İSRAİL RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI

Hüquq müdafiəçiləri Qəzza əməliyyatına rəhbərlik etmiş şəxslərin cəzalandırılmasını tələb edir

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Davosda İsrail prezidenti ilə sərt mübahisəsindən sonra Türkiyə yəhudilərin qəzəbini artıracaq daha bir addım atıb. Ankara Cümhuriyyət Prokurorluğu qeyri-hökumət təşkilatlarından birinin müraciəti əsasında İsrail rəhbərliyindəki şəxslərin əleyhinə Qəzzada insanlıq cinayətləri törətmək iddiası ilə cinayət işi qaldırıb.
Yerli mətbuatın xəbərlərinə görə, cinayət işi qısa adı “Mezlum-Der” olan İnsan Haqları və Məzlumlar üçün Dayanışma Dərnəyi adlı təşkilatın şikayəti əsasında başlanıb. Cinayət işində İsrail prezidenti Şimon Peres, baş nazir Ehud Olmert, xarici işlər naziri Tsziöi Livni, İsrail ordusunun baş qərargah rəisi, Qəzzadakı əməliyyatlara rəhbərlik edən generalların və hərbi kəşfiyyat xidmətinin rəhbərinin adı keçir. Şikayət ərizəsində tələb olunur ki, sözügedən şəxslər yaxalanaraq onların Türkiyədə mühakimə olunması təmin edilsin.
Bildirilir ki, prokurorluq dosyeni əvvəlcə Ankara Ağır Cinayətlər üzrə Məhkəməsinə göndərib. Lakin İsrailin Qəzzada apardığı əməliyyatlar zamanı fələstinli nazirin də öldürülmüş olması üzündən dosye terror cinayətlərini araşdıran prokurorluğa göndərilib. İstintaqın Türkiyə Cinayət Məcəlləsinin 13-cü maddəsi əsasında aparıldığı məlum olub. Həmin maddəyə görə, insanlıq əleyhinə cinayətlər ölkə xaricində işlənmiş olsa belə bu cinayəti törədənlər Türkiyədə mühakimə oluna bilər.
Doğrudur, adı bu cinayət işində keçən İsrail rəsmilərinin Türkiyə Prokurorluğuna ifadə verməsi mümkün hesab olunmur, bu baxımdan dosye sona çatdırılmadan bağlanacaq. Ancaq istənilən halda Türkiyə İsrail rəhbərliyinə qarşı insanlıq cinayətləri törətmək ittihamı ilə cinayət işi qaldıran ilk ölkədir.
Xatırladaq ki, bundan əvvəl bir sıra beynəlxalq insan haqları təşkilatları İsrailin Qəzzada qadağan olunmuş silahlar tətbiq etməsi ilə bağlı Beynəlxalq Haaqa Tribunalına müraciət edəcəklərini bildiriblər. Ancaq İsrail hökuməti Qəzza əməliyyatlarında iştirak edən hərbçilərinə istənilən məhkəmə təqibindən qorunmağa təminat verib. Digər tərəfdən, yəhudi lobbisinin gücünü və ABŞ-ın İsraili qorumasını nəzərə alaraq Qəzza əməliyyatları ilə bağlı konkret nəticələr verə biləcək hər hansı beynəlxalq məhkəmə təhqiqatı mümkün hesab olunmur. Bununla belə Türkiyə Prokurorluğunun İsrail rəhbərliyi əleyhinə başlatdığı təhqiqat iki ölkə arasındakı münasibətləri daha da korlaya bilər.

Bu şirkətin yayımladığı fars redaksiyasını panfarsist irqçilər yönəldir

BBC-yə ETİRAZ


Bu şirkətin yayımladığı fars redaksiyasını panfarsist irqçilər yönəldir


S.SOLTAN


Ötən ayın sonunda Britaniyanın BBC teleradio şirkəti fars dilində yenidən veriliş yayımlamağa başlayıb. İranın mədəniyyət və islam irşad naziri Məhəmmədhüseyn Səffar-Hərəndi bunu "qanundankənar" adlandırıb. Nazir yerli jurnalistlərə bu kanalla əməkdaşlıq etməyi yasaqlayıb.
"BBC-nin apardığı siyasət İranda hərc-mərcliyin yaradılmasına, eləcə də cəmiyyətimizin çeşidli təbəqələrini üz-üzə qoymağa yönəlib. Ona görə də bu telekanalın İslam Respublikasında yayımlanması qanunsuzdur", - deyə Hərəndi söyləyib.
BBC ilə bağlı "Baybak"ın yaydığı məlumata görə, teleşirkətin Qəzzaya dair göstərdiyi 2 dəqiqəlik video-görüntü qurumda ikitirəlik yaradıb. Qəzzadakı köməksiz insanlara yardım məqsədi ilə çəkilən bu filmin əleyhdarları hesab edirlər ki, şirkət bununla "Fələstindəki yaraqlıların mövqeyini dəstəkləyir".
Azərbaycanın tanınmış ziyalısı Böyük Rəsuloğlu da BBC-nin fəaliyyəti və fars dilində yayımlanan redaksiyada çalışanlar barədə açıqlama yayıb: "Qəzza barəsində 2 dəqiqəlik bir filmin yayımlanmasını tərəfsizliyə zidd sayan bu qurumun məsulunun, görəsən, farsca yayılan proqramın mahiyyətindən və aparıcılarından xəbəri varmı? "Demokratiya bütün dərdlərin dərmanıdır" şüarını dəfələrlə təkrar etməyimin səbəbi ona inamımdan irəli gəlir. Ancaq ona birtərəfli yol kimi deyil, qarşılıqlı tarazlaşdırma fəlsəfəsinə uyğun yanaşmağın vacibliyinin BBC məsullarının yadında olduğuna da inanmaqdayam. Qəzzada həlak olan günahsız uşaq və qadınların ölümünün bütün insanların göz yaşlarının selə dönməsinə səbəb olduğu inkaredilməzdir. Ancaq bu faciənin əsas səbəbinin Tehranın ölüm qoxuyan nəfəsi və onun himayəsindəki aldanmış qrupların xalqı sipər edərək, guya, "İsraili dənizə tökəcək" xülyasında olmasından irəli gəldiyi də inkarolumazdır. Fars şovinizminin daxili problemlərini çözmək, özəlliklə, milli düşüncəli insanları əzmək üçün bütün oyunlara baş vurduğu dünyaya aydındır.
Fələstin düyününün açılmasında maneə görən Misir və ona bənzər ərəb ölkələrinin oyuna ciddi girişmədikləri halda, bölgədəki bəzi baş nazirlərin Tehranın ağzı ilə danışmağa başlaması, ümidlərimizi kəsərək İran prezidenti Mahmud Əhmədinijat səviyyəsinə enməsi anlaşılmaz olsa da, durumu qiymətləndirməyə dəyər bir hadisədir. Fələstinin nicatı müsəlmanların dini duyğusundan sui-istifadə edib millətləri qaranlığa sürükləməklə deyil, ağıllı siyasət yürütməklə mümkündür.
Amma bu qısa yazıda əsas məqsədim "Həmas" - İsrail savaşı deyil. Elanlarını çoxdan gördüyüm bu verilişlərin başlandığı ilk gün bizlərdə yaranmış BBC inancına güvənərək onları izlədim. Amma təəssüf ki, elə həmin gün başa düşdüm ki, İRİB-lə birgə Tehran hakimiyyətinin farsçılıq siyasətini güdən, xaricdəki üzdəniraq demokratların 40-a yaxın kanalı sanki bəs deyilmiş, "biri də gəmi ilə gəldi".
İlk gün kürdçülük təbliğatı ilə farsçılıq siyasətini bir-birinə toxuyaraq millətə qəbul etdirməyə çalışması BBC-yə yaraşmayan bir şəkildə hələ də davam etməkdədir".
B.Rəsuloğlunun yazdığına görə, irqçilərin və farsçıların gəldikləri ata yurdları olan Əfqanıstana bağlama çabaları və ya Orta Asiyadakı türk dövlətlərinə təsir gücünü artırmaq üçün Tacikistana kültürəl hücumlar anlaşılandır. Amma BBC-nin bu sayaq siyasətini orada çalışanlar yürüdür:
"Bunlar kimlərdir: Məhəmməd Xatəminin prezidentliyi dövründə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin mətbuat xidməti katibinin müavini Ramazanpur, panfarsist ideologiyaya xidməti ilə hər kəsə məlum olan "Rozonline" saytının başçısı Məsud Behnud, 2006-cı ilin məlum may hadisələri zamanı Azərbaycan Milli Hərəkatının təəssübkeşlərinə qarşı nifrət yağdıran Nikahənə Kövsər adlı şəxsin həyat yoldaşı xanım Fərnaz Qazipur (əlavə edək ki, o, karikaturanı çəkmiş Nima Neyistanini himayə etmək üçün əlindən gələni əsirgəmirdi), pərdəarxası yönəldici, tanınmış fars şovinisti Şəmsülvaezin".
Yazının sonunda müəllif bildirib ki, 35 milyonluq Azərbaycan türkünün rəğbətini qazanmaq üçün həmişə tərəfsizliyi ilə seçilən BBC-nin bu tipli iradları aradan qaldıracağına inanır.ayna

TEHRAN QIZIL XƏNƏYƏNİ GƏLMƏ KÜRDLƏRƏ VERİR

TEHRAN QIZIL XƏNƏYƏNİ GƏLMƏ KÜRDLƏRƏ VERİR
Buna etiraz edən yerli türklərə polis atəş açır
S.SƏDRƏDDİN


Moskvanın erməni sevgisi, daha doğrusu, Azərbaycanı əlində saxlamaq, yaxud davamlı surətdə təzyiqlər etmək istəyindən torpaqlarımızda Ermənistan adlı dövlət yaradıldı, Qarabağ və ətraf rayonlarımız işğal edildi.
Oxşar tale ilə Güney Azərbaycanda da üzləşə bilərik. Hələ "Ayna"nın neçə il qabaqkı saylarından birində yazmışdıq ki, Tehranın yürütdüyü ayrı-seçkilik siyasəti ucbatından Qərbi Azərbaycan əyalətində ikinci Qarabağ taleyini yaşamaq ehtimalımız artmaqdadır. Bunu son zamanlar mərkəzi Urmiya olan bu əyalətdən gələn xəbərlər də təsdiqləməkdədir. Uzun illər İslam Respublikasının terrorçu kürdlərlə işbirliyi belə bir vəziyyətin yaranmasına səbəb olub. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra bölgədəki aparıcı güclərin kürd "peşmərgə"lərinə istinad etməsi bu etnosun liderlərinin, eləcə də terrorçu qruplarının daha da fəallaşmasına təsir göstərib.
Bu kürdlər də, ermənilər kimi, Qərbi Azərbaycan da daxil olmaqla Azərbaycanın güney hissəsindəki bir çox ərazilərə iddia edir, bununla bağlı saxta tarix yaradırlar. Güney Azərbaycan torpaqları üzərində Azərbaycan türklərinin hakimiyyəti olmadığından belə iddialar bir çox hallarda cavabsız qalır...
İslam Respublikasının Qərbi Azərbaycan əyalətində apardığı siyasət və başqa bu kimi olaylarla sizləri də tanış etmək istərdik.
"Baybak"ın məlumatına əsasən, 2006-cı ilin may etiraz aksiyaları zamanı Azərbaycan Milli Hərəkatı Tehran hakimiyyətinin yürütdüyü panfarsçı şovinist siyasətə, irqçiliyi müdafiə edən informasiya vasitələrinə qarşı çıxış edirdi. Çünki bu ideologiyanı dəstəkləyənlər türklərin haqlı etirazını başqa səmtə yönəldib çeşidli amillərlə bağlayırdılar. Ötən 30 ildə İranda informasiya vasitələri, eləcə də televiziya şirkətlərinin binalarına dəfələrlə basqınlar olub. Hakimiyyət elektron və çap informasiya vasitələrinin gücünü bildiyindən onun üzərində daim güclü nəzarət qurub.
İslam Respublikası fars olmayanları, o cümlədən Azərbaycan türklərini farslaşdırmaqdan ötrü tv-radio-qəzet kimi media vasitələrindən ciddi şəkildə yararlanmaqdadır.
Son zamanlar Urmiya şəhərindəki yerli televiziyanın məsulları ilə türk jurnalistlər arasında gərginlik yaranıb. Buna səbəb isə yerlilərin düşüncələrində milli haqların təmini, yaxud milli varlığını qorumaq, Azərbaycanda ana dilini, öz türkcəsini müdafiə etməkdir. Xəbərə görə, Azərbaycanın başqa aparıcı şəhərlərində olduğu kimi, Urmiyada da televiziya farsların, yaxşı halda isə onların şovinist ideologiyasına qulluq edənlərin nəzarətindədir.
Məlum may olayları zamanı baş vermiş bir sıra faktlar açılmaqdadır. Mənbənin bildirdiyinə görə, dinc etirazçılara qarşı odlu silahdan istifadə edən hakimiyyət televiziyalara belə bir göstəriş verib: "Bəzi dələduzlar televiziyanın binasına hücum edə bilər, ona görə də hamınız hazır olmalısınız". Bu təlimatla yanaşı onlara çomaq, dəyənək də paylanıbmış.
Belə bir vəziyyət özlüyündə Azərbaycan türkünün haqlı, dinc etirazına Tehranın necə yanaşmasının aydın göstəricisidir.
İndi isə Qərbi Azərbaycan ərazisində kürd yaraqlıları ilə Tehranın silahlı qüvvələri arasında atışma barəsində xəbərlər adiləşməkdədir. Qərbi Azərbaycan Müdafiə Komitəsinin yaydığı xəbərə görə, Qızıl Xənəyə kəndinə gəlmə kürdlər yerli əhaliyə aid torpaqları qəsb edir. Yerli türklər bu gəlmələrin əməllərinə etiraz etdikdə isə qanlı olaylar baş verir. Qızıl xənəyəlilərin hakimiyyət qurumlarına məsələyə dair ünvanladıqları müraciətlər hələ də cavabsız qalıb.
Qərbi Azərbaycan Müdafiə Komitəsi tərəfindən Urmiyanın imam cüməsinə göndərilmiş müraciətdə baş vermiş olaylar barəsində məlumat verilərək hadisəyə İran informasiya vasitələrinin laqeyd yanaşmasına işarə olunub. Bundan başqa imam cümə Həsənidən məsələyə münasibət bildirməsi tələb olunub. Həmin müraciətin nüsxəsi deputatlara da göndərilib.
Xatırladaq ki, 1979-80-ci illərdə kürdlər Güney Azərbaycanın Nəğədə (əsl adı Sulduzdur) şəhərini işğal etmişdi. O illərdə çoxminlik kürd yaraqlısının bu şəhərdə törətdikləri vəhşiliklər hələ də unudulmayıb.
"Baybak" xatırladır ki, Tehranın yaratdığı şəraitdən, qaçaqmalçılıqdan əldə etdiyi pullarla varlanan Abdulla Nuri adlı bir kürd bu ərazidə yerli əhaliyə qan uddurur. O qanunsuz olaraq yerli əhalidən qəsb etdiyi torpaqlarda bina tikməyə başlayıb. Bu zaman bir neçə yerdən su oğurluğu da edib. Bu gəlmə kürd hakimiyyətin bir neçə məsuluna, o cümlədən Ovqafın nümayəndəsinə böyük məbləğdə rüşvət verib, yerli sakinlərin böyük torpaq sahələrini qanunsuz olaraq ələ keçirib.
Məlumat üçün bildirək ki, Qızıl Xənəyə və ətrafındakı, kürdlərə verilmiş yerlərin çoxu Ovqaf adlı quruma məxsusdur. Bu qurum bağışlanılmış, sahibsiz və cinayətkarların əlindən alınmış ərazilərin idarə edilməsi ilə məşğul olur. Bununla belə, qurum torpağı, yaxud nəzarəti altında olan yerlərdən çıxan yeraltı və yerüstü sərvətləri sata bilməz.
Terrorçu kürdlərin tərəfdarı olan Abdulla Nuri qəsb etdiyi ərazidə daş-çınqıl zavodu quraşdırıb. Etiraz edən kənd əhalisinə öncə fabrikdə işləyən silahlı fəhlələr hücum edib, atəş açıblar. Qaçaqmalçı kürdün bu hərəkətinə etiraz edən yerli əhaliyə, türklərə İran polisi, xüsusi təyinatlıları da odlu silahdan atəş açmış, onları zorakılığa məruz qoymuşlar. Etirazçıların arasında 30 nəfərə yaxın yaralanan var. Əlavə edək ki, etirazçılar Salmas-Urmiya yolunu da qapamışlar. İran İslam İnqilab məhkəmələrinin qaziləri baş vermiş bu olayı ört-basdır etmək üçün yerli əhalini sorğulayır. Bir neçə nəfər tutulub. Tehran hakimiyyətinin bölgəyə göndərdiyi nümayəndələr baş verən qanlı olayı araşdırmaq, suçlunu cəzalandırmaq əvəzinə kənd əhalisini torpaqlarının əlindən alınacağı ilə hədələyirlər.
Mənbənin bildirdiyinə görə, bu kürdlər terrorçu PKK və fəaliyyətini dayandırdığını elan etmiş PJAK təmsilçiləridir.
Vəziyyətin gərginliyini görən Tehran bir müddət sonra narahat olmağa başlayıb. Hadisə yerinə höccətülislam Həsəni gedib. O, yerli türk əhali ilə söhbət edib. Bir neçə polis zabitinin iş yeri dəyişdirilib. Ancaq Qızıl Xənəyə sakinləri əsl suçluların hələ də cəzalandırılmadığını bildirirlər.
"Baybak"ın məlumatına əsasən, Qızıl Xənəyə kəndi Qərbi Azərbaycan əyalətinin Nazlı rayonunda yerləşir. Bu kəndin türk əhalisi sünnidir. Oradakı kürdlər də bu məzhəbdəndir. Amma həmin kürdlərə hakimiyyət tərəfindən yetərincə diqqət göstərildiyi, eləcə də rejim içində nüfuza sahib olduqları halda, türklər inanılmaz təzyiqlərə məruz qalırlar.
Əlavə etmək lazımdır ki, yerli əhali hakimiyyətdən və yaraqlı kürd terrorçularından qorxduğu üçün baş vermiş hadisə ilə bağlı fikir bildirmir.
Ümumiyyətlə, Qərbi Azərbaycan kəndlərindəki atışmalarda müdafiəsiz qalan yerli türklər kəndlərdən köçür, dədə-baba torpaqlarını boşaldırlar. Əslində İran İslam Respublikası rəhbərliyinin və bölgəyə köçürülən kürdlərin istəkləri elə budur. Polislə toqquşma zamanı yaralananlardan biri - Nağdəli Quluzadənin atası Bəhram Quluzadə "Azadlıq" radiosuna deyib ki, İslam İnqilab Məhkəməsi məsələ ilə bağlı əvvəlcə yerli əhalinin tələblərini təmin edib, sonradan isə qərarını əks tərəfin xeyrinə dəyişib. "Su olmazsa, bir iş görə bilmərik. Əkin yerlərimizin yarısını sulayırıq, yarısı isə susuz qalır. Hara çıxaq gedək? Şəhərə getsək də, keçinə bilmərik", - deyə B.Quluzadə söyləyib.
Ötən illər ərzində bölgədə Tehran tərəfindən yürüdülən bu ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycanın bir çox ərazisi kürdləşdirilib. Xana şəhərinin "Piranşəhr", Soyuqbulağın "Mahabad", Sulduzun "Nəğədə", Qızıl Xənəyənin "Xaneqahe-Sorx" adlandırılması tarixin saxtalaşdırılması və Üşnəviyyə kimi bölgələrdə kürdlərin cinayət törətməsi ilə nəticələnib.ayna

4 Şubat 2009 Çarşamba

İranın kosmosa peyk göndərməsi nə qədər uğurludur?

İranın kosmosa peyk göndərməsi nə qədər uğurludur?



İran özünün istehsal etdiyi ilk peyki orbitə çıxarıb. Televiziya ilə verilən xəbərdə deyilir ki, Səfir-2 raketinin uçuşu "sanksiyalar şəraitində İran alimlərinin daha bir nailiyyətidir."
Iranın kosmosa uğurla peyk buraxacağına dair verdiyi bəyanatlara əvəllər tərəddüdlə yanaşılırdı. Bəs biz bunun həqiqətən də uğurlu hadisə olub-olmadığını necə biləcəyik. BBC-nin müdafiə məsələləri üzrə müxbiri Jonathan Markus suallar cavab verir:

Hazırkı mərhələdə biz bunu bilmirik və İranın iddialarına ehtiyatla yanaşmalıyıq. Maraqlıdır ki, ötən noyabrda iranlılar kosmosa raket buraxdılar və bunu İranın kosmosa bir güc kimi daxil olması şəklində təqdim etdilər. Qərb ekspertləri inanır ki, bu yalnız suborbitə qədər gedən bir raketdir və ondan daha yuxarı qalxa bilmir. Fikrimcə onların kiçik raketi orbitə tez bir zamanda buraxmaqla uğur qazanıb-qazanmadıqları tezliklə aydın olacaq. ABŞ-da və digər ölkələrdə bu sahə üzrə ekspertlər bir neçə gün əzində iranlıların kosmosa raket buraxmasının uğurlu olub-olmadığınl deyə biləcəklər.

Bu raket texnologiyası ikili məqsədlə, yəni hərbi məqsədlər üçün istifadə oluna bilərmi?

Şanslar böyükdür. Çünki peyki orbitə buraxan elementar cihazla, inkişaf etdirilmiş, qitələrarası ballistik raket arasında çox az fərq var. Supergüclərin ikinci dünya müharibəsindən sonrakı raket proqramlarına baxsanız, görərsiniz ki, həm rusların, həm də amerikalıların raket buraxan cihazlar üçün istifadə etdiyi texnologiyalar uzunmənzilli ballistik raketlər üçün də istifadə oluna bilirdi.
Yəni indi Qərb yalnız İranın nüvə silahı ambisiyalarına deyil, onun müasir peyk proqramının olmasına da inanır.

İranlıların kosmosa raket buraxmasının İran inqilabının ildönümü ərəfəsində baş verməsini necə izah edərsiz?

Bu potensal gücün və rejim nüfuzunun bəyanatıdır. Bu, onların millətçi elementi cəlb etmək və gələcək seçkilərdə yerlərini möhkəmlətmək ümidləridir. İran inqilabının ildönümü baxımından bu mühüm bir gündür, təbii ki, təntənəli qeyd olunacaq və hökumət əsaslı nailiyyətlərə nail ola bilən bir hökumət kimi xalqın qarşısına çıxmaq istəyir.
Xüsusən də neft qiymətlərinin aşağı olduğu və İran iqtisadiyyatının çətin vəziyyətə düşdüyü bir zamanda. Bu həm də Prezident Barak Obamanın Amerikanın Mərkəzi Avropa, Çex Respublikası və Polşada yerləşdiriləcək raketdən müdafiə planlarının təfərrüatlarını nəzərdən keçirməyə hazırlaşdığı bir vaxtda baş verir. Və bu planlar məhz İran təhlükəsi ilə bağlıdır və Buş adminstrasiyası onu əks-hücum məqsədilə irəli sürmüşdü.bbc

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ HƏBS EDİLİB

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ HƏBS EDİLİB


Aliyə Eqdam Dust



«Media forum» saytından aldığımız məlumata görə, ETTELAAT əməkdaşları qadın hüquq müdafiəçisi Aliyə Eqdam Dustu həbs edib.

Qadın hüquqları uğrunda dinc mübarizə aparan Aliyə Eqdam Dustun həbsini şərh edən hüquq müdafiəçisi Asiyə Əmini BBC radiosuna açıqlamasında onun ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığını bildirib.

Dustun hazırda Tehranın Evin həbsxanasında saxlandığı bildirilir.

Məhəmməd Hatəmi prezident seçkilərində iştirak edəcək

Məhəmməd Hatəmi prezident seçkilərində iştirak edəcək



1997-2005-ci illərdə İran prezidenti postunu tutan Məhəmməd Hatəmi bu ilin iyununda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb.

Lent.az-ın “FARS” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Hatəmi İranda islahat tərəfdarları kimi çıxış edən siyasətçilərdən ibarət seçki qərargahının yaradılması barədə göstəriş verib.

Ekspertlər bildirirlər ki, Hatəminin seçkilərdə iştirakı seçki kampaniyasının gərginləşməsinə səbəb olacaq. O, hazırkı prezident Mahmud Əhmədinejadın ciddi rəqibi ola bilər. Qeyd edək ki, Əhmədinejad namizədliyini ikinci müddətə irəli sürəcəyini rəsmən açıqlamasa da, yaxın vaxtlarda belə bir bəyanatla çıxış edəcəyi gözlənilir.

Hatəmi iki dəfə – 1997 və 2001-ci il seçkilərində qələbə qazanıb. O, zamanında İran cəmiyyətində, xüsusən də tələbələr arasında kifayət qədər populyar olub. Lakin o, seçkilər ərəfəsində həyata keçirməyə söz verdiyi islahatların çoxunu həyata keçirə bilməyib.

İran tarixində onuncu prezident seçkiləri bu il iyunun 12-nə təyin olunub. Artıq keçmiş daxili işlər naziri Mustafa Pur-Məhəmmədi, İran Milli Etimad Partiyasının baş katibi, parlamentin keçmiş spikeri Mehdi Kərrubi, əmək və sosial məsələlər naziri Məhəmməd Cəhromi, Hatəminin prezidentliyi dövründə vitse-prezident postunu tutan Məhəmməd Rza-Arif seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

LENT.AZ

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ EVİN ZİNDANINA SALINIB

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ EVİN ZİNDANINA SALINIB



Nəfisə Azad



İran hüquq müdafiəçilərinin bildirdiyinə görə, qadın-kişi hüquq bərabərliyi uğrunda dinc mübarizə aparan 1 milyon imzatoplama kampaniyasının fəalı Nəfisə Azad həbs edilib.

«Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları qadın hüquq müdafiəçisi Nəfisə Azadı Tehran küçələrinin birində imza toplayarkən həbs edib Tehranın Evin həbsxanasına aparıblar.

Məlumatda o da vurğulanır ki, ETTELAAT əməkdaşları N.Azadı həbs etdikdən sonra fevralın 3-də onun qaldığı mənzilə gələrək fəala məxsus kitabları, əlyazmaları və kompüteri aparıblar.

TÜRK SERİALLARININ DUBLYAJINA TÜRKİYƏDƏN REAKSİYA GƏLDİ

TÜRK SERİALLARININ DUBLYAJINA TÜRKİYƏDƏN REAKSİYA GƏLDİ
Abdurrahman Canpolad: “Azərbaycanda yayım haqqında qanuna dəyişiklik edilməlidir”



Türkiyə Radio Televizyon Üst Kurulu (RTUK) yetkilisi Azərbaycanda türk dilinə qoyulan qadağaya münasibət bildirib. Xatırladaq ki, Milli Teleradio Şurasının qərarı ilə bu ilin yanvarından türk serialları Azərbaycanda ancaq dublyaj olunduqdan sonra yayımlana bilər. RTUK-nın izləmə-dəyərləndirmə və xarici dillərdə yayıma nəzarət şöbəsinin rəhbəri Abdurrahman Canpolad Türkiyədə ezamiyyətdə olan əməkdaşımıza bildirib ki, dünyanın əksər ölkələrində başqa dillərdə verilişlər yayılır: “Müəyyən çərçivəni keçmədən belə yayımlar Türkiyədə də var.
Məsələn, TRT başqa dillərdə də verilişlər yayır və s. Azərbaycanda türk dilində yayımın olması üçün yayım haqda qanuna dəyişiklik edilməlidir. Başqa ölkələrdə bu belədir. Məsələn, Yunanıstanda yayımın 40, İspaniyada yayımın 60 faizi başqa dil və ləhcələrdədir. Azərbaycanda da türk dilində verilişlərin sərbəst yayımlanması üçün qanundakı qadağa aradan götürülməli və ora əlavə maddə salınmalıdır”.
A.Canpolad bildirib ki, MTRŞ ilə bu məsələləri RTUK-nın Yusuf Turan adlı səlahiyyətlisi müzakirə edir: “MTRŞ-dən bura gəliblər, Yusuf Turan ora gedib və bu məsələlər hələ müzakirə olunur. Amma daha ətraflı bilgi vermək üçün Yusuf Turanla əlaqə saxlayın”.
Qeyd edək ki, Y.Turanla hələlik əlaqə saxlaya bilməmişik və ondan danışıqların nə yerdə olduğunu öyrənməyə çalışacağıq.
Zabil MÜQABİLOĞLU, İstanbul
musavat

İran-ABŞ gizli danışıqları barədə yeni iddialar

İran-ABŞ gizli danışıqları barədə yeni iddialar


Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Paquaş” (Pugwash) adlı beynəlxalq araşdırmalar mərkəzi yanvarın 30-da, ABŞ və İran yetkililərinin 2008-ci ildə 4 dəfə gizli görüş keçirməsi barədə məlumat yaydı. Bu görüşlər qeyri-rəsmi olsa da gizli saxlanılıb. Bu təşkilatın baş katibi Paulo Kato Ramoisino 2 il əvvəl İrana səfəri zamani bir sıra ölkə rəsmiləri ilə görüşüb və ABŞ-İran münasibətlərini müzakirə edib.



Bu barədə danışan mərkəzin direktoru Cefri Bautvil (1995-ci il Nobel Sülh Mükafatının sahibi) qeyd edib ki, keçən il ərzində 4 dəfə İran rəsmiləri ilə Avropada gizli və qeyri-rəsmi görüşləri olub. Bu görüşlər əsasən Avstriya və Hollandiyada baş tutub. Bautvilin sözlərinə görə bu görüşlərin hər biri, bir və ya iki gün davam edib. Amma o, İran tərəfindən görüşlərdə iştirak edən rəşmi şəxslərin adlarını verməkdən imtina etmişdir. Cefri Bautvil həmçinin bildirib ki, bu görüşlərin əsas məqsədi ikitərəfli münasibətlərin yaranması üçün münasib yolların müzakirəsi və təhrik edici şüarlardan imtina edərək sağlam münasibətlər yaranması üçün səylər olub. Paguaş rəsmisi onu da qeyd edib ki, bu müzakirələrdə İranın nüvə məsələsi ilə yanaşı iki dövləti düşündürən təhlükəsizlik məsələləri və Yaxın Şərq probleminin həlli, eləcə də iqtisadi və ticari mövzuları da müzakirə olunub. Bautvil aparılan müzakirələri müsbət dəyərləndirərək bildirmişdir ki, ən azından iki dövlət arasında problemləri bir-birinə çatdırmaq üçün bir kanal mövcuddur.

Yanvarın 29-da isə Vaşinqton Tayms qəzeti yazmışdı ki, Amerikanın keçmiş Müdafiə Naziri Vilyam Peri (hazırda Obamanın komandasında olan) Əhmədinejadın yaxın müşaviri olan Müctəba Səmərei Haşimi ilə 2008-ci ildə bir sıra gizli və qeyri-rəsmi görüşlər keçiriblər. Görüşlərin əsas müzakirə mövzusu İranın nüvə proqramı olub. İran mətbuatı hər zaman etdiyi kimi, yenə də bu xəbər haqda heç bir məlumat dərc etməyib. Yalnız, Mehr Xəbər Agentliyi İran Təhlükəsizlik Naziri Qulamhüseyn Mohseni Ejeiyə istinadən bildirib ki, İran rəsmiləri ABŞ-la heç bir rəsmi görüş keçirməyib.

Buş hakimiyyəti zamanı yalnız bir dəfə Cenevrədə İran rəsmisi ilə Amerikalı diplomat 5+1 qrupunun təşkil etdiyi iclasda iştirak edib və İran nüvə məsələsini müzakirə ediblər. ABŞ Xarici İşlər Nazirinin Müavini Viliam Boronz və İranın Nüvə Məsələləri üzrə Ali Nümayəndəsi Səid Cəlili bu iclasda öz dövlətlərini rəsmi şəkildə təmsil edirdilər.

Ümumiyyətlə isə ABŞ ilə İran arasında gizli görüşlərin keçirildiyinə dair iddialar vaxtaşırı olaraq ortaya atılır. Məsələn, 2008-ci ildə bir neçə dəfə Türkiyədə gizli İran –ABŞ danışıqlarının gerçəkləşdirildiyi iddiası gündəmə gəlmiş, Hətta bunlardan birinin iyun ayında baş tutduğu iddia olunmuşdu. 2008-ci ilin Aprel ayında isə İndependet qəzeti ABŞ və İranın “əhəmiyyətli adamlarının” iştirakı ilə 5 ildir aralıqsız olaraq bu ölkələr arasında gizli müzakirələrin aparıldığını iddia etmişdi. İndependentin keçmiş ABŞ diplomatı Tomas Pikerinqə dayanaraq ortaya atdığı iddiada gizli toplantıların ABŞ-BMT (UNA-USA) dərnəyi tərəfindən təşkil edildiyi də qeyd olunurdu.

2002-ci ilin May ayında isə İran Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Muhsin Mirdamadi “İran ilə ABŞ arasında gizli danəşəqlarən aparıldığına dair məlumata sahib olduğunu”, “ABŞ Müdafiə Nazirinin Müavini Poul Volfovitzin də bunu təsdiqlədiyini” açıqlamış, ancaq İran Xarici İşlər Nazirliyi, bunu yalanlamışdı.

Hər halda bu görüşləri hər iki ölkədə heç bir rəsmi mənbə təsdiqləməsə də onu açıq şəkildə təkzib edən də yoxdur. Çox güman ki, danışıqlar gizli şəkildə aparılır. Ancaq xüsusilə İran tərəfinin istəyilə məsələ o qədər də aşkarlanmır. Çünkü bu mövzu daxildə durmadan radikal bəyanatlar verən İran rəsmiləri üçün çox həssasdır. Məsələ ilə bağlı başqa bir təzadlı nüans da var. Hələ Məhəmməd Xatəmi prezident olan zaman ABŞ-İran münasibətlərinin yenidən bərpa olunması məsələsi müzakirələrə çıxarılanda Ali Dini Rəhbər “Amerikaya uzanan əllər kəsilməlidir” demişdi. Sonrakı dövrlərdə bu şüarında açıq şəkildə tətbiq olunmaması belə qənaətə gəlməyə imkan verir ki, “hansı əlin” uzanmasının çox fərqi var imiş.
araztm

Yaxın Şərqdəki gərginliklərdə “İran əli”

Yaxın Şərqdəki gərginliklərdə “İran əli”


Xarici xəbər agentliklərinin (Frans Press, Röyters və s.) yaydığı məlumatına görə Misir hakimiyyəti bəyanat yayaraq Şeyx Həsən Nəsrullahı İranın rəsmi nümayəndəsi kimi təqdim edib. Bəyanatda bildirilir ki, “O, İranın nümayəndəsindən başqa heç bir kəs deyil. O bütün əməllərini Tehranın göstərişi ilə yerinə yetirir.”



Qeyd edək ki, Nəsrullah Qahirəni İsraillə əməkdaşlıqda ittiham edərək Rəfah keçidinin Misir tərəfdən bağlanmasına görə Misir rəsmilərini, xüsusən Mübarəki ciddi tənqid atəşinə tutmuşdu. 22 günlük İsrail-Həmas müharibəsi zamanı Rəfah keçidi Misir tərəfindən bağlanmışdı. İsraillilərin iddialarına görə Qəzzanın xaricə İsrail torpaqlarından kənar yeganə keçidi olan Rəfah, tunellər vasitəsi ilə Misirə birləşdirilib. İsrail bu tunellər vasitəsi ilə “Misirdən Qəzzaya silah və sursat gətirildiyini” iddia edirdi. Misir yetkililəri bir neçə gün əvvəl İranı, Həmas və Hizbullahı dəstəkləyərək Yaxın Şərqdə yeni münaqişələr yaratmaqda ittiham edib. Röyters Agentliyinin məlumatına görə Misirin Xarici İşlər Naziri Əhməd Əbulğeys “Orbit” kanalına müsahibəsində bildirib ki, “İranlılar öz mənafiyi üçün regionda münaqişələrin yaranmasında maraqlıdırlar. İran rəsmiləri bütün gücləri ilə nüvə məsələlərində Qərbin təzyiqlərindən can qurtarmaq üçün belə müharibələrin olmasının tərəfdarıdırlar.”

Misir ilə İran arasında münasibətlər son günlər daha da kəskinləşib. İki dövlət rəsmilinin tənqidlərinin ardınca Misir, İranın Qəzzaya göndərdiyi humanitar yardım gəmisini saxlayaraq boşaltmağa icazə verməyib. Gəmi hərbi dəniz donanmaların müşayiəti ilə açıq dəniz sularına göndərilib. Bu məsələdən sonra Tehranda Misirin mənafeyini qoruyan rəsmi nümayəndə İran Xarici İşlər Nazirliyinə çağrılaraq rəsmi şəkildə nota verildi.

Göründüyü kimi, Yaxın Şərdqəki demək olar ki, bütün gərginliklərdə İranın adı hansısa şəkildə mütləq hallanır. Bu hallarnalar da yuxarıdakı misalda da olduğu kimi adətən mənfi şəkildə olur. Bu isə İranın beynəlxalq imiciylə bağlı xoş gələcək vəd etmir.araztm

Güneydə ana dili kampaniyası

Güneydə ana dili kampaniyası


Bu dəfə daha möhtəşəm olacaq

Güney Azərbaycanda ana dili kampaniyası başlanır. Vətənimizin o tayından gələn xəərlərə görə, fevralın 21-də başlanacaq kampaniya Güney Azərbaycanın şəhər və kəndlərini əhatə edəcək. Kampaniyaya Güneyin bütün şəhərləri Təbriz, Ərdəbil, Miyana, Marağa, Zəncan, Həmədan və digər şəhər və kəndlər qoşulacaq. Qeyd edək ki, ana dili uğrunda mübarizə aparmaq Güney Azərbaycan türklərinin doğal haqqıdır. 1979-cu ildə baş vermiş islam inqilabı nəticəsində qəbul olunmuş Konstitusiya etnik azlıqlara ana dilində təhsil almaq, KİV yaratmaq hüququ verir. Bu hüququ Ana Yasanın 15 və 19-cu maddələri təsbit edir. İran adlanan ölkədə 35 milyondan çox Azərbaycan türkü yaşayır. Ümumilikdə türklərin sayı 40 milyon civarındadır. Onlardan başqa kürdlər, bəluçlar, aysorlar, ərəblər də var. Amma di gəl ki, ana dilində təhsil almaq hüququ yalnız sayı 15 milyona güclə çatan farslara məxsusdur. İran dövlətinin rəsmi dili fars dilidir. Ölkənin telekanalları, qəzet və jurnalları əsasən bu dildə verilişlər hazırlayır, nəşr olunur. Azərbaycan türkləri və digər etnoslar isə 30 ildir ki, islam rejimindən öz halal haqqlarını ala bilmirlər.
Güneydə ana dilində təhsil uğrunda mübarizə ötən əsrin 90-cı illərinin ortalarından başlanıb. O vaxt bu kampaniyanı Quzeydən aldığı mənəvi dəstəklə mərhum alim Məhəmmədtağı Zöhtabi başlamışdı. Az sonra onun ardıcılları artdı. Zöhtabinin tələbələri sonradan Milli Hərəkatın öncüllərinə çevrildilər. Bu gün də Güney Milli Hərəkatının önündə Zöhtabinin ardıcıları gedir. Doğrudur, Güney Azərbaycan Milli Hərəkatı imzatoplama mərhələsini çoxdan arxada qoyub. 2006-cı ilin mart hadisələri Güney Azərbaycan Milli Hərəkatının böyük və yetkin güc olduğunu göstərdi. Amma həmin vaxt hərəkat istəyinə çatmadı. Çünki inqilabın zamanı yetişməmişdi. İrəli sürülən siyasi tələblərin sonadək israrla tələb olunması üçün nə beynəlxalq dəstək olmadı, nə də hərəkatın resursları buna imkan verirdi. Ona görə də Milli Hərəkat yenidən ana dili uğrunda mübarizəyə qayıtdı. Əslində may qiyamının əsas tələblərindən biri də ana dili, milli kimlik məsələsi idi. Amma o zaman bu tələblər inqilabi formada irəli sürüldüyündən hakim molla rejimi geniş repressiya tədbirlərinə əl ata bildi. Bu dəfə Milli Hərəkat daha ağıllı davranmalı, kampaniyanı dinc, ölkə qanunlarının yol verdiyi çərçivədə aparmalı və rejimi təngnəfəs edənədək davam etdirməlidir. Ana dili həssas məsələdir və rejim istəsə də bu məsələdə ağızlara qıfıl vura bilməyəcək. Bunun üçün Konstitusiyanın 15 və 19-cu maddələri dəyişdirilməlidir. Buna isə molla rejimi indiki halda getməyə cürət etməz.
Fevralın 21-də başlanacaq aksiya bir sıra özəllikləri ilə yadda qalacaq. Əvvəla, bu kampaniya təbii olaraq bütün İranın ali məktəblərini əhatə edəcək. Bu nüans rejim üçün böyük təhlükələr vəd edir. Bu, tələbə hərəkatının yenidən vüsət almasına səbəb ola bilər. İran rejimi isə heç nədən yox, məhz tələbə hərəkatından qorxur. 30 il bundan öncə Xomeyni hərəkatının da əsas hərəkətverici qüvvəsi məhz tələbələr idi. İkinci nüans ana dili aksiyasının inqilabdan sonra yeridilmiş şovinist siyasət nəticəsində Azərbaycandan aralı düşmüş Tehran, Həmədan kimi azərbaycanlıların üstünlük təşkil etdiyi iri şəhərlərdə də keçirilməsidir. Bu, Güney Azərbaycan Milli Hərəkatının uğurudur və oyanış prosesinin bütün Güney Azərbaycanın tarixi sərhədlərinə yayılmasının göstəricisidir. Deməli, İranın dini pərdəyə bürünmüş panfarsist rejiminin illərdir apardığı, para xərclədiyi siyasət effekt verməyib, iflasa uğrayıb. Bununla belə rejim hələ də marıqdadır, repressiyalarını davam etdirir. GAMOH-un Quzey təmsilçiliyindən verilən məlumata görə, fevralın 21-də başlanacaq ana dili uğrunda imzatoplama kampaniyası ilə əlaqədar bildiriş paylayan tələbələr, gənc hərəkat fəalları təqib olunur, həbsə atılırlar. Rejim bütün gücü ilə çalışır ki, kampaniya uğursuz alınsın və Təbriz civarından kənara çıxmasın. Amma Güney Azərbaycanda siyasi cəhətdən yetkin bir nəsil yetişib və onlar vahid rəhbərlik olmadan da hərəkatı idarə edə bilirlər. Onların səyi ilə bu il ana dili hərəkatı bütün tarixi torpaqlarımızı əhatə edəcək, fars rejimi möhtəşəm bir kampaniya ilə üz-üzə qalacaq.

Aydın
olaylar

İRAN ALİ MƏHKƏMƏSİ SEVDİYİ QIZIN ÜZÜNƏ TURŞU ATAN GƏNCİ KOR ETMƏK QƏRARI ÇIXARIB

İRAN ALİ MƏHKƏMƏSİ SEVDİYİ QIZIN ÜZÜNƏ TURŞU ATAN GƏNCİ KOR ETMƏK QƏRARI ÇIXARIB

İran Ali Məhkəməsi sevdiyi qızdan rədd cavabı aldığına görə onun üzünə turşu atan Məcid adlı gəncə qisas hökmü çıxarıb. «Media forum» saytı xəbər verir ki, Məcidi gözlərinə turşu damızdıraraq kor edəcəklər.

5 il əvvəl Məcid sevdiyi Aminədən davamlı rədd cavabı aldığına görə onun yolunu kəsərək üzünə turşu vurub. Nəticədə Aminənin üzü yanaraq eybəcərləşib, hər iki gözü ağır xəsarət alaraq görmə qabiliyyətini itirib.

2 Şubat 2009 Pazartesi

Təbrizə kimlər xəyanət edirlər ?

Təbrizə kimlər xəyanət edirlər ?


Təbrizin İdarə Şurasının iclasında Təbrizin millət vəkili doktor Monadi demişdi: "Bu Təbrizə xəyanətdir ki, fabriklərin bəzi müdirləri və idarə heyətinin üzvləri sənaye nazirliyinin sifarişi ilə işə götürülüblər." Təbrizin millət vəkili sözünün davamı olaraq artırmışdır ki: "Bu müdirlərin qeyri - azərbaycanlı olmaları və Azərbaycanda məskunlaşmamaları, yalnız həftədə bir dəfə Azərbaycana gəlmələri bais olub Şərqi Azərbaycan fabriklərində ciddi noqsanlar yarana. O da öz yerində fabriklərin iflası ilə nəticələnir." Millət vəkilinin nəzərincə, ancaq siyasi səbəblərə görə, Şərqi Azərbaycanda olan yüksək vəzifələr başqa yerdə yaşayan adamlara verilir. Onların Təbriz şəhəri və çalışdıqları sənət sahəsi ilə heç bir əlaqə və maraqları yoxdur. Elə bu səbəbə görə, Şərqi Azərbaycanda sənət iflasa uğrayır." O, sonda idmanla bağlı bəzi məsələlərə də işarə etmişdir: "Bizim vilayətdə elə adamlar var idmanla bağlı öz vəzifələrinə əməl etmirlər. Hətta idman komandalarına qarşı daş atmaqla məşğuldurlar."Təbriz nümayəndəsi İsfahanla Təbrizi müqayisə edərək deyib: "İsfahan idman sahəsində bu səbəbə görə, inkişaf edib ki, orada sənaye inkişaf halındadır. Amma Təbrizin sənayesi bu gün baxımsız haldadır və onun başında ləyaqətsiz rəhbərlər yerləşdiriliblər."
http://khabartabriz.blogfa.com/

“İranın hazırkı kinosunda qadınlar yatağa da hicablı girirlər”

“İranın hazırkı kinosunda qadınlar yatağa da hicablı girirlər”


İranlı ssenarist, kino və teatr rejissoru Nilufər Beyzayi ilə müsahibə

Nilufər Beyzayi 1967-ci ildə Tehran şəhərində doğulub. 18 yaşında Tehrandan Almaniyaya köçüb və burada kino, televiziya, teatr və Almaniya ədəbiyyatı üzrə magistr dərəcəsi alıb. 1994-cü ildə Frankfurtda “Baca” adlı teatr qrupu təsis edib. Ssenarist, tənqidçi və rejissordur. Yüzlərlə tənqidi məqalə və ssenarinin müəllifidir.
Əsərlərində ictimai və tənqidi məsələlərə toxunur. Gender hüquqları, fərdiyyət və deportasiya ilə bağlı mövzulara üstünlük verir.
2005-ci il Budapestdə Beynəlxalq Mətbuat, Ədəbiyyat və İncəsənət Akademiyasının mükafatına layiq görülüb.
Nilufər həm də İranın tanınmış kinorejissoru Bəhram Beyzayinin qızıdır.

- Nilufər xanım, hazırda Almaniyada keçirilən “Berlinale-2009” kino festivalında İrandan Əsğər Fərhadinin rejissorluğu ilə çəkilmiş “İla haqqında” filmi də iştirak edir. Həmin filmi digər namizəd filimlərlə, məsələn Tam Tikorun rejissorluğu ilə çəkilmiş “Beynəlxalq” adlı filmlə müqayisədə necə görürsüz?
- Hər iki film hələlik nümayiş olunmadığı üçün onların haqqında danışmaq mümkin deyil. Mən Əsğər Fərhadinin iki filmini- “Gözəl şəhər” və “Çərşənbə suri”ni seyr etmişəm. “Gözəl şəhər” filmini çox sevmişəm. Fikrimcə, Fərhadi İranda yeni nəsil film istehsalçıları arasında ən yaxşısıdır. Tom Tikora gəldikdə isə, dünyada “Qaç, Lola, qaç” filmi ilə məşhurlaşıb. Beyəlxalq səviyyəli film çəkən bir neçə almaniyalı gənc rejisoorlardan biridir. Almaniyada gənc rejissorlar arasında Fatih Akının da filmlərini bəyənirəm. Fatih Akının qısametrajlı bir filmi Berlində keçirilən kinofestivalda növbədən kənar iştirak edib. Akının filmi “Alman 2009” festivalında iştirak edən qısametrajlı 13 filmin arasındadır. Tom Tikorin də digər filmi bu festivalda iştirak edir.
Bildirməliyəm ki, İran kinosunun beynəlxalq kino festivallarında iştirakı ilk növbədə axtarış xarakteri daşıyır. Bu filimlərə İran ictimaiyyətində nə baş verdiyini dərk etmək üçün baxılır. Digər tərəfdən İran filmləri siyasi məqsədlər də daşıyır. Ümid edirəm ki, İran kinosu beynəlxalq festivallarda siyasi məqsədlər üçün deyil, iranlı rejisorların kino incilərinin dəyərlərini göstərmək məqsədi ilə iştirak etsin. Ümid edirəm ki, dünyanın digər rejissorlarının əsərləri incələndiyi kimi İran rejissorlarının da filmləri beynəlxalq festivallarda incələnər.
Ötən idəki festivalda İran rejissoru Məcidinin müəllif kinosu ənənələrinə sadiq olmayan, peşəkar aktyorlardan istifadə etməyən və eyni zamanda rejissorun ideologiyası üzərində qurulan filmi seçildi, lakin ümid edirəm ki, cari ildə yeni işlərin şahidi olaq.

- Hazırda hansı janrlarda çalışırsınız?
- 15 ilə yaxındır ki, ssenari yazıram və rejissorluq edirəm. Sonuncu dəfə fars dilində Sadiq Hidayətin “Kor Bayquş”romanının ssenarisini yazmışam. Alman dilində isə iki “Səssizliyin səsi” və “Özgə, mən və sən kimi” əsərləri hazırlamışam. Hazırda bir neçə il öncə fars dilində hazırladığım “Heç kəsin vətəni” adlı əsərimi, Almaniyanın Karlsrue və digər şəhərində teatr səhnəsində səhnələşdirmək üçün yenidən alman dilində hazırlayıram. İki ay sonra bu əsər səhnəyə çıxacaq.
Eləcə də, İranda ziyalıların zəncirvari qətlləri ilə bağlı bir əsərin üzərində işləyəcəm. (1988-ci ilin payız aylarında İranın təhlükəsizlik orqanları (Ettelaat) tərəfindən ziyalıların silsilə qətlləri baş verib- red.) Bu əsər cari ilin payızında səhnəyə çıxacaq. Mən əsərlərimdə əsasən qadınlar, deportasiya mövzusu və iranlı bir insanın mahiyyətini açıqlamaq istəyirəm. Həmçinin “toplumun” “fərdə” hazırladığı acı taledən və bundan qurtulmaq üçün aparılan mübarizədən bəhs edirəm.

- XX əsr dünya ədəbiyyatında Vircinia Vulfun “xəyalın axıcılığı” üslubu , Natali Sarotun “yeni roman” hərəkatı və digər yaradıcı qadınların əsərlərinin dəqabarıq təsiri var. İranda da xanım Furuğ Fərruxzad qadın hissiyyatını azad ifadə edən birinci şairə kimi böyük bir prossesə start verdi. Bəs kinoda qadınların izini necə görürsüz?
- Fikrimcə, İranda qadınlar kinodan fərqli olaraq ədəbiyyatda qadın mövzusunu daha ətraflı işləyə biliblər. İranda qadın yazıçılar ədəbiyyat sahəsində gender məsələsini, cəmiyyətdə kişinin qadından üstün olmasını və qadın problemlərini canlandırıblar, lakin İran kinosu bunu edə bilməyib.
İranda çox sayda qadın aktirisa və rejissor var, bəzi rejissor qadınlar var ki , onlar qadın haqda filimlər də çəkib. Lakin, gülüncdür.
Birincisi, hakimiyyətdə olan ideoloji senzura, xüsusilə də qadın məsələsində həssasdır. Bu ideologiya əsrlərdir ki, “təbə, ikinci dərəcəli insan və asılı” saxlamağa çalışır. Qadının rolu ya həyat yoldaşıdır, ya da ana.
İkinci problem budur ki, sənətkar qadınlar prinsipcə qadına kişi zehniyyəti ilə baxırlar. Üsyan edən qadınlar həmişə mənfi və uğursuz nümayiş etdirilirlər və ərini tərk edən bir qadın, sonunda əli ayağından uzun ərinin evinə qayıdır. Özündə cəsarət tapan qadın isə, kinonun dairəvi prossesində sıfır nöqtəsinə qayıdır. Nə üçün?

- Dünya kinosunda necə?
- Dünya kinosunda - kişisəl olmasına baxmayaraq, həm rejjisorluq, həm tənqidi yazılar, həm də aktyorluq baxımından qadınlar parlaq rola malikdirlər. Qadınların güclü və həlledici rolu bu sahədə danılmazdır. Məsələn, rejissor Jin Kəmponun əsərlərini örnək göstərmək olar. Siz ədəbiyyatda Volfu nümunə göstərdiz. O, 79 il bundan əvvəl deyirdi ki, kişilər incəsənətdə öz cinslərindən olan saysız şəxsiyyətlərin təcrübəsinə malikdirlər, lakin qadınlar tarixən əzilib və özlərindən əvvəlki qadınları örnək edə bilmirlər. Volf deyirdi ki, şah əsərlər yaratmaq üçün qadınların ən azı minimum maaşı, müstəqil yaşayışı və özəl otaqları olmalıdır. Başqa dillə desək, individual həyatlarında azad olmalıdırlar, lakin bu şərait çox çətin əldə edilir.
Furuğ Fərruxzad İranda yeganə qadındır ki, çevrəsindəki divarları yıxa bildi, bütün sərhədləri aradan qaldırdı. O, öz qadınlığını tam cəsarətlə nümayiş etdirməkdən çəkinmədi və buna görə hazırda bir qəhrəmandır, lakin İran inqilabından sonra belə bir qəhrəmanlığın təkrarını gözləmək absurddur, belə bir rol oynayan qadın mənəvi və fiziki terrora məruz qalır.

- Ədəbiyyatdan danışdıq, Qabriel Qarsiya Markesin «Mənim kədərli fahişələrimin xatirələri» romanı yadıma düşdü. Nə üçün kişilər bu mövzularda açıq yaza bilir, lakin qadın eyni hissləri nümayiş etdirə bilmir?
- İranda hakim ideologiyanın əsası qadın bədənini nəzarətdə saxlamaq üzərində qurulub. Buna görə də İranda olan fundamental islamçılıq dünyanın insan haqları principlərilə həmişə ziddiyyətdədir.
İranda qadın təbii hisslər yaşamaq üçün yox, kişilərin təbii hisslərini ödəməkçün var. İranda ata və ərin ən böyük öhdəliyi qadının bədənini nəzarətdə saxlamaqdır, yəni mülkiyyət! Qadın hissləri özlərini nümayiş etdirəndə, ölkədə olan sistemin təməlləri sarsılır.

- Qayıdaq İran kinosuna. İranın inqilabaqədərki və sonrakı kinosunu necə müqayisə edərsiz?
- İran inqilaba qədərki kinosu qadına qəyyuma ehtiyacı olan birisi kimi baxırdı. İnqilabdan sonra bu baxış ideolojik bir prinsipə çevrildi.
İnqilabdan qabaq qadınlar hicabsız şəkildə rol oynayırdı və qarşısındakı kişiyə hisslərini nümayiş etdirməsinə qadağa yox idi. Lakin hazırkı İran kinosu əsl mənasında bir şokdur: qadın yataqda da çarşabını çıxarmır.
Hər halda hər iki dövrdə İran kinosunda yeni dalğalar olub. Məsələn, Bəhram Beyzainin əsərlərində qadına olduqca təbii rol verilib və ictimai inkişafı qadının fərdiyyətinə dəyər verməklə əlaqələndirib.

- Sizin əsərlərinizin məzmunu fərdiyyət, gender və deportasiyadır. Siz bu məsələlərdə hansı məktəbin təsirində olmusuz və bu məsələlərin xalqa nə dərəcədə əhəmiyyəti var?
- Çalışıram unudulmuş, əhəmiyyəti dərk olunmamış, kənarda qalmış insanları, şəxsiyyətləri və hadisələri diqqət mərkəzinə gətirim. Bu yolla həmin fenomenləri tamaşaçının beynində canlandırmaq istəyirəm. Bu zaman tamaşaçıda qəhrəmanı mənimsəmək hissi yerinə, özgələşdirmə (defamiliarization) texnikasından istifadə edirəm. Bu texnika ilə tamaşaçıya hadisələrə yeni pəncərədən baxmağa şərait yaradıram. Bəzən, sözlərlə deyil, viziual effektlərlə mesajları çatdırıram, beləliklə, tamaşaçıya da əsərin yaranmasında iştirak etməyə imkan yaradıram. Teatrda film, rəssamlıq, ədəbiyyat və musiqidən də istifadə edirəm, başqa dillə desəm, realist fenomenləri abstrakt atmosferdə canlandırıram. Əsərlərimdə çalışıram ki, özümdən başlayıb, tamaşaçıda bitəm.

Söhbətləşdi: Dalğa Xatınoğlu
Dalgaxatinoglu@gmail.com
TrendNews-un Fars redaksiyası

TRT-TÜRK telekanalı Novruz Bayramından yayımını dayandıracaq

TRT-TÜRK telekanalı Novruz Bayramından yayımını dayandıracaq


Əvəzində Türk Xalqlarının Televiziya kanalı yayıma başlayacaq

TRT-TÜRK telekanalı Novruz Bayramı günü verilişlərini dayandıracaq. Bu fikirləri şənbə günü Qırğızıstan-Türkiyə Manas Universitetinin “MANAS” radiosunun müdiri Bülənt Namal TrendNews-a bildirib.
Namalın sözlərinə görə, bu həftə Qırğızıstanda işgüzar səfərdə olan TRT nümayəndə heyəti martın 21-də yeni kanalın açılışı ilə bağlı bir sıra şəxslərlə görüşüb proqramın məqsəd və vəzifələrini ətraflı müzakirə ediblər. Qərara alınıb ki, Novruz Bayramından başlayaraq TRT-TÜRK telekanalının əvəzinə Türk xalqlarının televiziya kanalı yayıma başlayacaq. Hər bir respublikaya ayrılan iki saatlıq zaman müddətində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digərləri öz ana dillərində xəbərlər də daxil mədəniyyətini, musiqisini nümayiş etdirəcək.
Bülənt Namal artıq TRT-də işlərin başa çatdığını və efirə hazır olduqlarını vurğulayıb.

Yapilan işkenceler yetmemiş ?!

Yapilan işkenceler yetmemiş ?!


iranda Azerbaycanli Tutuklulari Savunma Komitesinden iletilen haber: Yerel kaynaklardan alinan bilgilere göre Azerbaycanli kültürel aktivist Hasan Asadi (30) 20 Ocak 2009 günü Tebriz şehrinde güvenlik görevlileri tarafindan tutuklandi
Asadinin yakinlarinin belirttiklerine göre, aile bireylerinin onun nerde tutulduğunu öğrenme çabalari sonuçsuz kaldi ve güvenlik güçleri tarafindan tehdit edilerek haberi yaymamalari söylendi.

Hasan Asadi, 2008 yilinin Mayis ayinda, iranda Azerbaycanlilarin devlet gazetesindeki hakaret içerikli karikatüre karşi ayaklanmasinin 2. yildönümünde tutuklanmiş ve avukat tutmasina ve ailesiyle görüşmesine izin verilmemişti. insan haklari savunucularinin raporlarina göre Hasan Asadi bu tutukluluk süresi boyunca işkence ve kötü muameleye maruz kalmişti. Fotoğraflarin ve raporlarin belgelediğine göre hapishanede işkence sirasinda tirnaklari çekilmiş ve parmaklari kirilmiştir. Sağlik durumunun kötüleşmesi sonucunda Asadi hapishane dişindaki hastaneye nakledilmişti.

Uluslararasi Af Örgütü 5 Haziran 2008 tarihinde bir bildiri yayinlayarak iranda Hasan Asadinin ve diğer Azerbaycanli kültürel faallerin hapishanelerde işkence görmesini kinamişti.
iranda Azerbaycan kökenliler nüfusun en az yüzde 40ini (kimi kaynaklara göre yarisindan fazlasini) oluşturmakta ve anadilde eğitim hakki başta olmak üzere kimlik haklari talep ediyor.
Mahmud Ahmedinejadin iranda cumhurbaşkanliğina gelmesinden itibaren, özellikle 2006 yilinin Mayis ayinda ülke genelindeki protesto gösterilerinden sonra iranda Azerbaycanlilarin kültürel faaliyetlerine karşi baskinin arttişi biliniyor.

ADAPP’ın, İranda Urmiyalı Sünni Türklər ilə Bağlı Baş Verən Qanlı Olaylar Haqqında, Bəyanatı

ADAPP’ın, İranda Urmiyalı Sünni Türklər ilə Bağlı Baş Verən Qanlı Olaylar Haqqında, Bəyanatı

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası, ADAPP, 2009 Yanvarın 14-də İran əmniyət güclərinin hücumuna məruz qalan Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya’da yerləşən Qızıl Xənəyə (Xaneqahe-Sorx) kəndi əhalisinin vəziyyəti ilə bağlı narahatlığını bildirir.
ADAPP İran İslam Cumhuriyyətini son olaylarla bağlı açıqlıq gətirməyə çağırıb, Qərbi Azərbaycan’da 400,000 nəfərdən artıq Sünni məzhəbli Türklərin hüquqlarının qorunmasını istəyir.

Sünni Müsəlmanlar İranda bir dini azlıq olaraq yaşayırlar. İran höküməti, Sünni Türkləri, ali təhsilə girmələrini çətinləşdirib, dini məktəb və qeyri-hökumət təşkilatları qurmaq izni verməyib və hökümət mərkəzlərində işə almamaq kimi ayrı-seçkiliklərə məruz qoyur. Hökümət eləcədə onların kəndərində yeraltı suların istiqamətini dəyişir və bununla əkin yerlərində su çatışmazlığı və əkinçilərin iqtisadi çətinliyə düşmələrinə səbəb olur.

2009 Yanvarın 14-də, Qızıl Xənəyə’li yüzlər əkinçi yeraltı su qaynaqlarının sənaye istifadəsi üçün yönləməsinə qarşı Urmiya-Salmas anayolunda etiraz aksiyası keçirdilər, ancaq onlarca polis məmuru gözyaşardıcı qaz və silahla dinc etirazçılara hücum etdib onlara atəş açdılar. Polis həmçinin kəndlilərə aid olan avtomobilləri zədələyib, qeydiyyat nömrələrini müsadirə edibdir. 30-dan artıq kənd sakini polis tərəfindən tutuldular. Həbsə alınanların bəzisi bunlardır; Barzad Nizami Əfşar, Mığdad Nizami Əfşar, Səid Cəfərpur, Məhəmməd Səmədzadə, Bəhram Quluzadə, Nadəli Quluzadə, Nadəli Əlipur, Merac Əlipur, Heydər Əlipur, Süleyman İbrahimzadə, Nasir Quluzadə, Əkbər Rüstəmi, İskəndər Əslani, Allahverdi Əslani, Fəraməz Cəfəri, Məhəmməd Cəfəri, Nağı-A və Davud-Ş.

Gözaltına alınanların arasında yaralılar da var idi, ancaq ilk saatlarda onlar üçün tibbi imkanlar sağlanmadı. Yaralılar 5-6 saat sonra, ağır qanamalarına görə Urmiya’nın İmam Xumeyni Xəstəxanasına aparıldılar. Tutulanlar işgəncə edilərək sorgu-suala çəkilib və on günün içərisində vəsiqə qarşılığında sərbəst buraxıliblar. Ancaq onlar hökümətə qarşı üsyan və məhkəmə hökmünə hörmətsizlik etməklə günahlandırılıb və Nuşinşəhər (Urmiyanın yaxınlığında) məhkəməsində mühakimə ediləcəklər.

ADAPP İran İslam Cumhuriyyətini Azərbaycan və başqa məntəqələrdə həyata keçirdiyi dini ayrı-seçkiliklərı durdurmağa çağıraraq, Qızıl Xənəyə’də baş verən qanlı olaylar haqqında açıqlıq verib zərər çəkmiş sakinlərin vəziyyətlərinə baxılmasını istəyir. ADAPP eləcə də İranın məhkəmə orqanlarından silahlı hücuma məruz qalan və zərər çəkmiş kənd əhalisi yerinə, onlara hücum edənlərin mühakimə edilmələrini istəməkdədir.

DAVOS: YENİ 10 İLDƏ YENİ OYUN QAYDALARI

DAVOS: YENİ 10 İLDƏ YENİ OYUN QAYDALARI


Qurumlar, sistemlər dəyişəcək, iqtisadiyyata dövlət müdaxiləsi əsas yer alacaq


İsmayıl UMUDLU


Qlobal iqtisadiyyatın perspektivlərini müzakirə etmək məqsədi ilə dünyanın aparıcı ölkələrinin təmsilçilərinin İsveçrənin Davos şəhərində keçirilən forumu dünyanın və bizim diqqət mərkəzimizdə olan hadisələrdən biridir. Dünya iqtisadiyyatında ötən ilin payızında üz vermiş ağır maliyyə böhranı iş dünyasını və hökumətləri bərk qorxutmuşdu. Əgər ötənilki Davos forumunda 27 ölkənin başçısı iştirak etmişdisə, bu il onların sayı 41 oldu. Ümumilikdə isə Davosa dünyanın 96 ölkəsindən 2500 siyasi xadim, dünya biznes elitasının və ictimai qurumların təmsilçiləri toplaşmışlar. Azərbaycanı prezident İlham Əliyev təmsil edir və dövlət başçısının oradakı bəzi ikitərəfli görüşləri barədə mətbuatda məlumatlar verilmişdir.
Müşahidəçilərə görə, ənənəvi olaraq Davosda təşkil olunan Dünya İqtisadiyyat Forumu 39 illik tarixində ən böhranlı toplantılarından birini keçirir, çünki qlobal iqtisadi böhran davam edir və onun ağır nəticələri aradan qaldırılmayıb.
Bu forumların qurucusu, dünyada yaxşı tanınan iqtisadçı alim Klaus Şvabın açıqlamasına görə, indiki forumda yeni bir dönəmin başlanmasına şahid olacağıq: qurumlar dəyişəcək, sistemlər dəyişəcək, hətta düşüncə tərzi dəyişəcək, iqtisadiyyata dövlət müdaxiləsi əsas yer alacaq - bunlar qaçılmazdır. O ümid edir ki, bu forum yeni 10 il üçün iqtisadiyyatda yeni oyun qaydalarının formalaşdırılması ilə tarixə düşəcək.

İŞ DÜNYASI NƏHƏNGLƏRİ - DİŞSİZ AKULA

Hələ də yaşanan və qorxusu çəkilməmiş olan maliyyə böhranı dünyanın ən qüdrətli iqtisadiyyatına malik ölkələrin belə iş çevrələrini bərk qorxutduğundan, indi hökumətlər ön plana çıxır. Milyarderlər indi hökumət rəhbərlərinin nə deyəcəklərinə maraq edirlər. Halbuki keçən il iş çevrələrini təmsil edənlər öndə, hökumətlər arxa planda idi. Əgər son böhrana qədər sərbəst bazar iqtisadi inkişafın başlıca şərti kimi görülürdüsə, indi dövlətin bu baş verənləri nə şəkildə effektiv tənzimləyə biləcəyi diskussiya mövzusu olub. Dünənə qədər son sözü banklar, Nyu-York, London və Tokio birjaları deyirdisə, indi onların aparıcı simaları öz dövlət başçılarının nə deyəcəklərini gözləyirlər. Çünki qlobal maliyyə sistemini məhv olmaqdan keçən payız hökumətlərin ayırdığı dəstək pulları qurtarmışdı.
Təhlükə aradan qalxmayıb, böhranın bu il, hətta gələn il də özünü təsirli bir şəkildə hiss etdirə biləcəyi barədə ən müxtəlif proqnozlar səsləndirilir. Odur ki, dövlətin iş dünyasına müdaxilə perspektivi qalır, özü də iş dünyası dövlətin bu müdaxilə imkanlarının qalmasında maraqlıdır və bunu bütün varlığı ilə istəməkdədir.

ƏRDOĞANIN "DAVOS MÖHÜRÜ"

Ankara böyük bir heyətlə Davosdadır. Məşhur iqtisadçı Kamal Dərviş də oradadır. Amma bizim diqqətimizi ilk öncə baş nazirlər Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin görüşməsində belə bir maraqlı fikir cəlb etdi: "Qlobal böhrana rəğmən, Rusiya və Türkiyə arasında ticari və iqtisadi əlaqələr getdikcə artır". Yəni qlobal böhran şəraitində də ağılla işləmək mümkün olurmuş.
Regional iqtisadiyyatda mühüm faktor olan Türkiyənin lideri Davosda ilk növbədə öz qonşuları: Azərbaycan prezidenti İlham Əliyev, İran xarici işlər naziri Mənuçöhr Müttəki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyan və prezident Serj Sarqsyanla görüşüb. Baş nazir Ermənistan rəhbərliyinə belə bir mesaj verib ki, Azərbaycan öz problemləri ilə təkbaşına buraxılmayacaq - bu, bir. Başqa sözlə, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması məcrasında Azərbaycan amili şərt olaraq qalır. İkincisi, Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, öz diasporunun sözünə baxmamalıdır. Yəni Ərdoğan Ermənistana özü ilə diasporu arasında sərhəd qoymağı təklif edir. Bu olmayacaqsa, hər hansı normallaşmadan, eləcə də iqtisadi əlaqələrdən söhbət gedə bilməz.
Rəcəb Tayyip Ərdoğanın "Qəzza iclası"nda Davos forumuna yaşatdığı gərginlik dünəndən bəri dünya mediasında manşetlərə səhnə oldu. Belə ki, müzakirənin aparıcısı Devid İqnatius Şimon Peresə 25 dəqiqə, Rəcəb Tayyip Ərdoğana isə 12 dəqiqə vaxt verib, Ərdoğan Peresin kəskin çıxışına və hündürdən danışmasına cavab vermək istədikdə aparıcı ona söz vermək istəməyib, Ərdoğan danışmağa başladıqda isə, onun çıxışını dayandırmağa çalışaraq, əlini çiyninə qoyub. Buna cavab olaraq Türkiyə baş naziri "Mənim üçün Davos bitdi" deyərək zalı tərk edib. Baş nazir bunu haqlı olaraq onun ölkəsinə hörmətsizlik kimi dəyərləndirib.
Sözügedən diskussiyanın aparıcısı, "Washington Post" yazarı Devid İqnatiusun işini düzgün qurmağı bacarmadığı üzündən yaranan bu halın baş verməsi Davos forumunun nüfuzuna, təbii ki, kölgə salır. "Habertürk"ə istinadən yayılan məlumatlarda iddia olunur ki, bu Devid İqnatius erməni mənşəlidir, bir zaman Türkiyədən Amerikaya köçüb və "erməni soyqırımı"nın tanınmasının tərəfdarlarından biridir. İndi bu adam Davosda yer almış bu insidentin baiskarı məsuliyyətini daşıyır və qorxur ki, onun obyektivliyinə və bitərəfliyinə kölgə düşəcək, odur ki, öz etnik mənşəyini gizlədir.
Həmin insidentdən sonra Ərdoğan Sarqsyanla, ardınca isə Davos forumunun təşkilatçısı Klaus Şvabla görüşüb. Klaus Şvab baş verən insidentlə bağlı üzgün olduğunu söyləyib. Doğrudan da dünyanın bu mürəkkəb günlərində aparılan faydalı bir çalışmaya bir erməninin (əgər İqnatius gerçəkdən erməniymişsə) pəl vurmağı bacarması çox əlamətdardır, fəqət onları yaxşı tanıyan bizlər üçün təəccüblü deyil. Şimon Peres isə telefonla Ərdoğanı arayaraq, hündürdən danışdığına görə üzr istəyib, ona sayğılı olduğunu, şəxsini və Türkiyəni özünə dost bildiyini, dostlar arasında mübahisələrin ola biləcəyini söyləyib.

GÜL ƏRDOĞANA HAQQ QAZANDIRDI

Türkiyənin prezidenti Abdulla Gül baş nazirə haqq qazandırıb. "Bir türk baş nazirinə sayğısızlıq edilərsə, o susub qalası deyil, bunu heç kəs gözləməsin. O da gərəkli cavabı verdi", - deyə prezident münasibətini bildirib. Prezident Türkiyə - İsrail münasibətlərinin pisləşəcəyinə dair ehtimalları belə dəyərləndirib: "Türkiyə böyük bir ölkədir, Türkiyənin böyüklüyünü hər kəsin bilməsi, tanıması gərəkdir. Türkiyə bölgəsində daim barış, sabitlik, güvənlik üçün çalışan bir ölkədir. Bunu hər kəs bilir. Türkiyənin bu gücündən hər kəsin faydalanması gərəkdir. Faydalanmaq istəməyən varsa, özü bilər".
Baş nazir özü isə İstanbulda yeni metrostansiyanın açılış törənində baş vermiş hadisə ilə bağlı deyib ki, "Türkiyə sıravi bir ölkə deyil. Kimsənin Türkiyə Cümhuriyyətinin baş nazirinə sayğısızlıq etməsinə fürsət verməyəcəyik". Baş nazir deyib ki, "hər olayı antisemitizm kimi göstərərək birini toxunulmaz, tənqidedilməz hala gətirməyə çalışmaq böyük bir yanlışlıqdır. Biz antisemitizmə qarşıyıq. Amma İsrailə qarşı yönəlik hər tənqidi antisemitizm kimi göstərməyi doğru saymırıq".
APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib ki, İsraillə münasibətlərdə milli mənafelər ön plandadır. Keçirdiyi ənənəvi həftəlik brifinqdə Davosda Türkiyə baş naziri və İsrail prezidenti arasında baş vermiş qalmaqala dair jurnalistlərin sualını cavablandıran M.Gürak bildirib ki, Türkiyənin bütün ölkələrlə ikitərəfli hərbi əməkdaşlığında yalnız milli mənafelər əsas götürülür. O, Türkiyənin İsraildən alacağı "Heron" pilotsuz kəşfiyyat təyyarəsinin alğı-satqısında problem olmadığını da söyləyib.
Türkiyə baş naziri Ərdoğan və İsrail prezidenti Şimon Peres arasında yaşanan bu gərginlik ərəb dünyasında onun hörmətini artırdısa (məsələn, "Həmas" ona təşəkkür məktubu göndərib), Türkiyəni Amerika yəhudi lobbisi ilə üz-üzə qoyma ehtimalı qalır. Və bu baş verərsə, Türkiyə üçün nə kimi çətinliklərin yarana biləcəyini yalnız təxmin etmək olar. Türkiyə siyasi fikri hazırda bu davranışa nə cür qiymət vermək üzərində baş sındırır. Amma, misal üçün, "Star" qəzetinin sorğusundan gördük ki, respondentlər çox böyük əksəriyyətlə hesab edirlər ki, baş nazirin davranışı Türkiyənin dünyada və bölgədə diplomatik gücünü artıracaq. Fəqət şərhlərdə baş nazirin davranışına ehtiyatlı yanaşma ağır basır. Hələ onu demirik ki, baş verən insidentdən və baş nazirin Davosu tərk edib qayıdışından dərhal sonra türk birjalarında lirə dollar qarşısındakı mövqeyində geriləmə nümayiş etdirmişdir.
Hər halda, dünyada və bölgəmizdə baş verən dərin proseslərin fonunda belə bir fikir hakimdir ki, Türkiyə və İsrail bu günlər bir-birinə hər zaman olduğundan daha çox ehtiyac duyurlar və bu insidentə baxmayaraq, onlar bir-birini itirmək yolunu tutmazlar. Çünki sərf etmir.

RUSİYA: "QOY QƏRB BİZİ ÇOX QICIQLANDIRMASIN"

Rusiya və Ukrayna arasında qaz qarşıdurmasından sonra baş nazir Vladimir Putinin Davosda nələr söyləyəcəyi maraq doğururdu. Dünya İqtisadi Forumu çərçivəsində 2001-ci ildə yaradılmış Beynəlxalq Sahibkarlar Şurası təmsilçiləri ilə görüşündə Putin onların "Rusiya nə kimi kömək göstərə bilər?" sualına belə cavab verib ki, Rusiya əlil və şikəst deyil, sadəcə, münasibətləri inkişaf etdirmək və məhdudiyyətlərdən xilas olmaq gərəkdir, Rusiya dünyada eksklüziv rol oynamağa iddiaçı deyil və tərəfdaş münasibətlərinə hazırdır.
Putin vurğulayıb ki, "müstəmləkə təcrübəsinə son qoymaq gərəkdir, şirkətlər işlədikləri ölkələrin qanunlarına hörmət etməli, sivil şəkildə işləməlidirlər". O deyib ki, "əgər dünyanın dəyişilməsini istəyiriksə, bütün layihələr ilk addımdan bərabərhüquqlu hazırlanmalıdır və qoy bizi kimsə hərifləmək fikrinə düşməsin".
Dünya maliyyə sistemi böhrana eynilə Rusiya ənənəvi olaraq qışın gəlişinə hazır olduğu qədər hazır imiş - Dünya İqtisadi Forumunun ilk iclasını açarkən Vladimir Putin belə bir zarafat edib və onun çıxışı böyük diqqətə səbəb olub. Rusiya baş naziri "əsl qasırğa" adlandırdığı indiki böhranı doğuran səbəbləri belə görür - həddən artıq yüksək gözləntilər, aşağı keyfiyyətli tənzimləmə, kredit resurslarına artan tələbatla onun təminat qaynaqları arasında disbalans. Açıq şəkildə eyham vurub ki, indiki böhranın baiskarı Amerika dollarının oynadığı roldur. Putinin fikrincə, bir neçə ehtiyat valyuta yaradılmalıdır və bununla da ABŞ-ın müstəqil pul-kredit siyasətinə "əl uzatmış olub". O, gözlənildiyindən yumşaq çıxış edib və Rusiya qəzetlərinin yazdığına görə, onun çıxışı qərbli həmkarlarının xoşuna gəlib.
Putin narazılığını bildirib ki, dünyada Rusiya üçün bir sıra məhdudiyyətlər mövcuddur və bunlar Rusiyanı qıcıqlandırır. Yeri gəlmişkən, dünyanın iqtisadi nəhənglərindən biri olan Çin də mövcud maliyyə böhranına görə Qərbi təqsirləndirir.

ENERJİ PERSPEKTİVİMİZ

Türkiyənin enerji və təbii qaynaqlar naziri Hilmi Gülər Davosda belə bir fikir səsləndirib ki, "Nabukko" layihəsinin başlamasını gözləmədən Türkiyənin mövcud boru xətlərindən faydalanmaq olar (Anadolu agentliyi). Dünya isə neft və qazdan asılılıqdan qurtarmaq istəyir. Külək və günəş enerjisi, hətta atom enerjisindən optimal istifadə variantları gündəmdədir.
Dünən Davosda "Günəş enerjisində yeni üfüqlərə doğru fikir mübadiləsi" adlı bir toplantı da keçirilməli idi. Bu məsələ, söylədiyimiz kimi, ciddi önəm kəsb etməyə başlayıb. Məsələn, Türkiyə günəş enerjisindən geniş miqyasda istifadə etməyə hazırlaşır.
Qərbdə heç də düşünmürlər ki, Ukrayna və Rusiyadan yan ötməklə boru kəmərlərinə malik olmaqla öz enerji təhlükəsizliklərini təmin edəcəklər. Onlar məsələyə bir az geniş yanaşmağa başlayıblar. Enerji qaynaqları məhdud olan bəzi Avropa ölkələri Ukrayna - Rusiya qarşıdurmasından sonra atom enerjisindən istifadə layihələrini gündəmə gətiriblər.
Dənizsahili ölkələr İspaniyanın timsalında külək enerjisindən istifadə üzərində ciddi düşünməyə başlayıblar. Cənubi Avropa ölkələri külək enerjisi ilə yanaşı günəş enerjisindən daha geniş istifadəni nəzərdə tuturlar ki, qaz kəsilən kimi dərhal həmin enerji mənbəyinə qoşula bilsinlər.
Azərbaycanın bəxtindən onun neft və qaz ehtiyatları kimi, külək və günəş enerjisindən istifadə imkanları da genişdir. Görək Davosdan və Avropanın indiki energetika siyasətindən nə kimi nəticələr çıxara biləcəyik.

Güney Azərbaycan İstiqlal Partiyası Barak Obamaya müraciət edib

Güney Azərbaycan İstiqlal Partiyası Barak Obamaya müraciət edib


Güney Azərbaycan İstiqlal Partiyası İrandakı insan haqları pozuntuları və bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı ABŞ prezidenti Barak Hüseyn Obamaya müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İranda azərbaycanlıların hüquqlarının pozulması B. Obamanın diqqətinə çatdırılıb: “İrandakı fars azlığı irqi ayrı-seçkilik rejimi yaradaraq azərbaycanlıları öz dilindən, təhsilindən, mədəniyyət və tarixindən məhrum edir. Cənubi Azərbaycan xalqı olaraq azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizə apardığımızı diqqətinizə çatdırmaq istəyirik. Tehranın terrorçu rejimi nüvə silahına malik olmağa çalışır. Bu, dünyanın güc balansını pozacaq və fəlakətli qarşıdurmalara səbəb olacaq”.

“Biz ABŞ-ın dostuyuq” deyən müraciət müəllifləri İranda fars şovinist rejiminin tələsinə düşmüş 30 milyondan artıq azərbaycanlı olduğunu qeyd ediblər: “Regionda sülhə aparan yol Cənubi Azərbaycan xalqının azadlığı və insan hüquqlarının təmin olunmasından keçir. Bizim diqqətə ehtiyacımız var. Bizi Amerikanın müttəfiqi kimi qəbul etməyinizi arzulayırıq”.apa
---------------------------------------------------------


The Honorable Barack Hussein Obama II
President of The United States of America
Washington, DC

Dear Mr. President,

South Azerbaijani Independence Party would like to congratulate you on your presidency and wish you and your administration success in your programs of "change" and "hope".
We believe in your awareness of the dire situation of South Azerbaijanis in Iran. Persian minority in Iran has created a regime of apartheid, depriving South Azerbaijanis of their basic human rights of existence with their language, education, economy, culture and history. As South Azerbaijani people we would like to bring to your attention the fact that South Azerbaijanis are struggling for freedom, democracy, and human rights.
Dear Mr. Obama, Tehrans Terrorist regime is trying to achieve nuclear weaponry capability. This will disturb the worlds balance of power and create a situation for an inevitable and disastrous confrontations. But Tehrans immediate desired goal is to create a system of deterrence against what the so called Islamic regime is calling "the wests intrusion". If they achieve nuclear deterrence, they will easily crush the struggle of South Azerbaijanis and complete the creation of one language(Persian) and one religion(Shia) people in Iran.
The second issue we would like to bring to your attention is the fact that South Azerbaijanis are yearning for attention from democracies of the world. We are friends of US. Our slogan is not "death to America". We are not Iranians. We are not Persians. We are over 30 million Azerbaijanis trapped by Persian chauvinist regimes of Shahs and now Mullahs. South Azerbaijan is the "Achilles heel" of this Terrorist regime. The road to peace and harmony in the region is through freedom and human rights of South Azerbaijani people. We need attention. We need support from your administration. We are in the same side. We are standing for the same principles; freedom, democracy and human rights. As always, please consider us an ally and supporter of what America stands for.

With Our Sincere Regards

South Azerbaijani Independence Party
Saleh Ildirim 31.01.2009
gaip@gai.org www.gaip.org www.gaip.biz
Tel: 416 910 8049

İsrailli diplomat: “Qəzzadakı əməliyyat İrana qarşı mümkün hərbi əməliyyatın məşqi idi”

İsrailli diplomat: “Qəzzadakı əməliyyat İrana qarşı mümkün hərbi əməliyyatın məşqi idi”

İsrailin Avstraliyadakı səfiri Yuval Rotem bu ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşündə sensasiyalı açıqlama ilə çıxış edib. APA-nın “Mignews”a istinadən verdiyi məlumata görə, görüşə gələn səfir əvvəlcə zalda jurnalistlərin olub-olmadığını dəqiqləşdirmək istəyib. Diplomat deyib: “Ən yaxşı variant jurnalist və reportyorların olmadığı şəraitdə söhbət etməkdir”. Lakin Avstraliyanın “7-ci kanal”ının əməkdaşı Sara Kumminq Y. Rotemin açıqlamalarından xəbər tutub. Y. Rotem bildirib ki, İsrailin Qəzzada keçirdiyi əməliyyat bir il sonra nüvə silahına malik olacaq İrana qarşı mümkün hərbi əməliyyatın məşqi idi: “İsrailin Qəzzadakı fəaliyyəti hamıya onu nümayiş etdirməlidir ki, biz öz məqsədimizə çatmadan dayanmayacağıq”. Səfir İranın nüvə proqramının dayandırılmasına yönəlmiş diplomatik və iqtisadi səylərdə iştiraka hazır olduqlarını da söyləyib: “İranda uranın zənginləşdirilməsinə son qoyulmalıdır!”