azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Şubat 2009 Cumartesi

TEHRAN QIZIL XƏNƏYƏNİ GƏLMƏ KÜRDLƏRƏ VERİR

TEHRAN QIZIL XƏNƏYƏNİ GƏLMƏ KÜRDLƏRƏ VERİR
Buna etiraz edən yerli türklərə polis atəş açır
S.SƏDRƏDDİN


Moskvanın erməni sevgisi, daha doğrusu, Azərbaycanı əlində saxlamaq, yaxud davamlı surətdə təzyiqlər etmək istəyindən torpaqlarımızda Ermənistan adlı dövlət yaradıldı, Qarabağ və ətraf rayonlarımız işğal edildi.
Oxşar tale ilə Güney Azərbaycanda da üzləşə bilərik. Hələ "Ayna"nın neçə il qabaqkı saylarından birində yazmışdıq ki, Tehranın yürütdüyü ayrı-seçkilik siyasəti ucbatından Qərbi Azərbaycan əyalətində ikinci Qarabağ taleyini yaşamaq ehtimalımız artmaqdadır. Bunu son zamanlar mərkəzi Urmiya olan bu əyalətdən gələn xəbərlər də təsdiqləməkdədir. Uzun illər İslam Respublikasının terrorçu kürdlərlə işbirliyi belə bir vəziyyətin yaranmasına səbəb olub. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra bölgədəki aparıcı güclərin kürd "peşmərgə"lərinə istinad etməsi bu etnosun liderlərinin, eləcə də terrorçu qruplarının daha da fəallaşmasına təsir göstərib.
Bu kürdlər də, ermənilər kimi, Qərbi Azərbaycan da daxil olmaqla Azərbaycanın güney hissəsindəki bir çox ərazilərə iddia edir, bununla bağlı saxta tarix yaradırlar. Güney Azərbaycan torpaqları üzərində Azərbaycan türklərinin hakimiyyəti olmadığından belə iddialar bir çox hallarda cavabsız qalır...
İslam Respublikasının Qərbi Azərbaycan əyalətində apardığı siyasət və başqa bu kimi olaylarla sizləri də tanış etmək istərdik.
"Baybak"ın məlumatına əsasən, 2006-cı ilin may etiraz aksiyaları zamanı Azərbaycan Milli Hərəkatı Tehran hakimiyyətinin yürütdüyü panfarsçı şovinist siyasətə, irqçiliyi müdafiə edən informasiya vasitələrinə qarşı çıxış edirdi. Çünki bu ideologiyanı dəstəkləyənlər türklərin haqlı etirazını başqa səmtə yönəldib çeşidli amillərlə bağlayırdılar. Ötən 30 ildə İranda informasiya vasitələri, eləcə də televiziya şirkətlərinin binalarına dəfələrlə basqınlar olub. Hakimiyyət elektron və çap informasiya vasitələrinin gücünü bildiyindən onun üzərində daim güclü nəzarət qurub.
İslam Respublikası fars olmayanları, o cümlədən Azərbaycan türklərini farslaşdırmaqdan ötrü tv-radio-qəzet kimi media vasitələrindən ciddi şəkildə yararlanmaqdadır.
Son zamanlar Urmiya şəhərindəki yerli televiziyanın məsulları ilə türk jurnalistlər arasında gərginlik yaranıb. Buna səbəb isə yerlilərin düşüncələrində milli haqların təmini, yaxud milli varlığını qorumaq, Azərbaycanda ana dilini, öz türkcəsini müdafiə etməkdir. Xəbərə görə, Azərbaycanın başqa aparıcı şəhərlərində olduğu kimi, Urmiyada da televiziya farsların, yaxşı halda isə onların şovinist ideologiyasına qulluq edənlərin nəzarətindədir.
Məlum may olayları zamanı baş vermiş bir sıra faktlar açılmaqdadır. Mənbənin bildirdiyinə görə, dinc etirazçılara qarşı odlu silahdan istifadə edən hakimiyyət televiziyalara belə bir göstəriş verib: "Bəzi dələduzlar televiziyanın binasına hücum edə bilər, ona görə də hamınız hazır olmalısınız". Bu təlimatla yanaşı onlara çomaq, dəyənək də paylanıbmış.
Belə bir vəziyyət özlüyündə Azərbaycan türkünün haqlı, dinc etirazına Tehranın necə yanaşmasının aydın göstəricisidir.
İndi isə Qərbi Azərbaycan ərazisində kürd yaraqlıları ilə Tehranın silahlı qüvvələri arasında atışma barəsində xəbərlər adiləşməkdədir. Qərbi Azərbaycan Müdafiə Komitəsinin yaydığı xəbərə görə, Qızıl Xənəyə kəndinə gəlmə kürdlər yerli əhaliyə aid torpaqları qəsb edir. Yerli türklər bu gəlmələrin əməllərinə etiraz etdikdə isə qanlı olaylar baş verir. Qızıl xənəyəlilərin hakimiyyət qurumlarına məsələyə dair ünvanladıqları müraciətlər hələ də cavabsız qalıb.
Qərbi Azərbaycan Müdafiə Komitəsi tərəfindən Urmiyanın imam cüməsinə göndərilmiş müraciətdə baş vermiş olaylar barəsində məlumat verilərək hadisəyə İran informasiya vasitələrinin laqeyd yanaşmasına işarə olunub. Bundan başqa imam cümə Həsənidən məsələyə münasibət bildirməsi tələb olunub. Həmin müraciətin nüsxəsi deputatlara da göndərilib.
Xatırladaq ki, 1979-80-ci illərdə kürdlər Güney Azərbaycanın Nəğədə (əsl adı Sulduzdur) şəhərini işğal etmişdi. O illərdə çoxminlik kürd yaraqlısının bu şəhərdə törətdikləri vəhşiliklər hələ də unudulmayıb.
"Baybak" xatırladır ki, Tehranın yaratdığı şəraitdən, qaçaqmalçılıqdan əldə etdiyi pullarla varlanan Abdulla Nuri adlı bir kürd bu ərazidə yerli əhaliyə qan uddurur. O qanunsuz olaraq yerli əhalidən qəsb etdiyi torpaqlarda bina tikməyə başlayıb. Bu zaman bir neçə yerdən su oğurluğu da edib. Bu gəlmə kürd hakimiyyətin bir neçə məsuluna, o cümlədən Ovqafın nümayəndəsinə böyük məbləğdə rüşvət verib, yerli sakinlərin böyük torpaq sahələrini qanunsuz olaraq ələ keçirib.
Məlumat üçün bildirək ki, Qızıl Xənəyə və ətrafındakı, kürdlərə verilmiş yerlərin çoxu Ovqaf adlı quruma məxsusdur. Bu qurum bağışlanılmış, sahibsiz və cinayətkarların əlindən alınmış ərazilərin idarə edilməsi ilə məşğul olur. Bununla belə, qurum torpağı, yaxud nəzarəti altında olan yerlərdən çıxan yeraltı və yerüstü sərvətləri sata bilməz.
Terrorçu kürdlərin tərəfdarı olan Abdulla Nuri qəsb etdiyi ərazidə daş-çınqıl zavodu quraşdırıb. Etiraz edən kənd əhalisinə öncə fabrikdə işləyən silahlı fəhlələr hücum edib, atəş açıblar. Qaçaqmalçı kürdün bu hərəkətinə etiraz edən yerli əhaliyə, türklərə İran polisi, xüsusi təyinatlıları da odlu silahdan atəş açmış, onları zorakılığa məruz qoymuşlar. Etirazçıların arasında 30 nəfərə yaxın yaralanan var. Əlavə edək ki, etirazçılar Salmas-Urmiya yolunu da qapamışlar. İran İslam İnqilab məhkəmələrinin qaziləri baş vermiş bu olayı ört-basdır etmək üçün yerli əhalini sorğulayır. Bir neçə nəfər tutulub. Tehran hakimiyyətinin bölgəyə göndərdiyi nümayəndələr baş verən qanlı olayı araşdırmaq, suçlunu cəzalandırmaq əvəzinə kənd əhalisini torpaqlarının əlindən alınacağı ilə hədələyirlər.
Mənbənin bildirdiyinə görə, bu kürdlər terrorçu PKK və fəaliyyətini dayandırdığını elan etmiş PJAK təmsilçiləridir.
Vəziyyətin gərginliyini görən Tehran bir müddət sonra narahat olmağa başlayıb. Hadisə yerinə höccətülislam Həsəni gedib. O, yerli türk əhali ilə söhbət edib. Bir neçə polis zabitinin iş yeri dəyişdirilib. Ancaq Qızıl Xənəyə sakinləri əsl suçluların hələ də cəzalandırılmadığını bildirirlər.
"Baybak"ın məlumatına əsasən, Qızıl Xənəyə kəndi Qərbi Azərbaycan əyalətinin Nazlı rayonunda yerləşir. Bu kəndin türk əhalisi sünnidir. Oradakı kürdlər də bu məzhəbdəndir. Amma həmin kürdlərə hakimiyyət tərəfindən yetərincə diqqət göstərildiyi, eləcə də rejim içində nüfuza sahib olduqları halda, türklər inanılmaz təzyiqlərə məruz qalırlar.
Əlavə etmək lazımdır ki, yerli əhali hakimiyyətdən və yaraqlı kürd terrorçularından qorxduğu üçün baş vermiş hadisə ilə bağlı fikir bildirmir.
Ümumiyyətlə, Qərbi Azərbaycan kəndlərindəki atışmalarda müdafiəsiz qalan yerli türklər kəndlərdən köçür, dədə-baba torpaqlarını boşaldırlar. Əslində İran İslam Respublikası rəhbərliyinin və bölgəyə köçürülən kürdlərin istəkləri elə budur. Polislə toqquşma zamanı yaralananlardan biri - Nağdəli Quluzadənin atası Bəhram Quluzadə "Azadlıq" radiosuna deyib ki, İslam İnqilab Məhkəməsi məsələ ilə bağlı əvvəlcə yerli əhalinin tələblərini təmin edib, sonradan isə qərarını əks tərəfin xeyrinə dəyişib. "Su olmazsa, bir iş görə bilmərik. Əkin yerlərimizin yarısını sulayırıq, yarısı isə susuz qalır. Hara çıxaq gedək? Şəhərə getsək də, keçinə bilmərik", - deyə B.Quluzadə söyləyib.
Ötən illər ərzində bölgədə Tehran tərəfindən yürüdülən bu ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycanın bir çox ərazisi kürdləşdirilib. Xana şəhərinin "Piranşəhr", Soyuqbulağın "Mahabad", Sulduzun "Nəğədə", Qızıl Xənəyənin "Xaneqahe-Sorx" adlandırılması tarixin saxtalaşdırılması və Üşnəviyyə kimi bölgələrdə kürdlərin cinayət törətməsi ilə nəticələnib.ayna

Hiç yorum yok: