azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Şubat 2009 Çarşamba

İranın kosmosa peyk göndərməsi nə qədər uğurludur?

İranın kosmosa peyk göndərməsi nə qədər uğurludur?



İran özünün istehsal etdiyi ilk peyki orbitə çıxarıb. Televiziya ilə verilən xəbərdə deyilir ki, Səfir-2 raketinin uçuşu "sanksiyalar şəraitində İran alimlərinin daha bir nailiyyətidir."
Iranın kosmosa uğurla peyk buraxacağına dair verdiyi bəyanatlara əvəllər tərəddüdlə yanaşılırdı. Bəs biz bunun həqiqətən də uğurlu hadisə olub-olmadığını necə biləcəyik. BBC-nin müdafiə məsələləri üzrə müxbiri Jonathan Markus suallar cavab verir:

Hazırkı mərhələdə biz bunu bilmirik və İranın iddialarına ehtiyatla yanaşmalıyıq. Maraqlıdır ki, ötən noyabrda iranlılar kosmosa raket buraxdılar və bunu İranın kosmosa bir güc kimi daxil olması şəklində təqdim etdilər. Qərb ekspertləri inanır ki, bu yalnız suborbitə qədər gedən bir raketdir və ondan daha yuxarı qalxa bilmir. Fikrimcə onların kiçik raketi orbitə tez bir zamanda buraxmaqla uğur qazanıb-qazanmadıqları tezliklə aydın olacaq. ABŞ-da və digər ölkələrdə bu sahə üzrə ekspertlər bir neçə gün əzində iranlıların kosmosa raket buraxmasının uğurlu olub-olmadığınl deyə biləcəklər.

Bu raket texnologiyası ikili məqsədlə, yəni hərbi məqsədlər üçün istifadə oluna bilərmi?

Şanslar böyükdür. Çünki peyki orbitə buraxan elementar cihazla, inkişaf etdirilmiş, qitələrarası ballistik raket arasında çox az fərq var. Supergüclərin ikinci dünya müharibəsindən sonrakı raket proqramlarına baxsanız, görərsiniz ki, həm rusların, həm də amerikalıların raket buraxan cihazlar üçün istifadə etdiyi texnologiyalar uzunmənzilli ballistik raketlər üçün də istifadə oluna bilirdi.
Yəni indi Qərb yalnız İranın nüvə silahı ambisiyalarına deyil, onun müasir peyk proqramının olmasına da inanır.

İranlıların kosmosa raket buraxmasının İran inqilabının ildönümü ərəfəsində baş verməsini necə izah edərsiz?

Bu potensal gücün və rejim nüfuzunun bəyanatıdır. Bu, onların millətçi elementi cəlb etmək və gələcək seçkilərdə yerlərini möhkəmlətmək ümidləridir. İran inqilabının ildönümü baxımından bu mühüm bir gündür, təbii ki, təntənəli qeyd olunacaq və hökumət əsaslı nailiyyətlərə nail ola bilən bir hökumət kimi xalqın qarşısına çıxmaq istəyir.
Xüsusən də neft qiymətlərinin aşağı olduğu və İran iqtisadiyyatının çətin vəziyyətə düşdüyü bir zamanda. Bu həm də Prezident Barak Obamanın Amerikanın Mərkəzi Avropa, Çex Respublikası və Polşada yerləşdiriləcək raketdən müdafiə planlarının təfərrüatlarını nəzərdən keçirməyə hazırlaşdığı bir vaxtda baş verir. Və bu planlar məhz İran təhlükəsi ilə bağlıdır və Buş adminstrasiyası onu əks-hücum məqsədilə irəli sürmüşdü.bbc

Hiç yorum yok: