azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Şubat 2009 Cumartesi

Bu şirkətin yayımladığı fars redaksiyasını panfarsist irqçilər yönəldir

BBC-yə ETİRAZ


Bu şirkətin yayımladığı fars redaksiyasını panfarsist irqçilər yönəldir


S.SOLTAN


Ötən ayın sonunda Britaniyanın BBC teleradio şirkəti fars dilində yenidən veriliş yayımlamağa başlayıb. İranın mədəniyyət və islam irşad naziri Məhəmmədhüseyn Səffar-Hərəndi bunu "qanundankənar" adlandırıb. Nazir yerli jurnalistlərə bu kanalla əməkdaşlıq etməyi yasaqlayıb.
"BBC-nin apardığı siyasət İranda hərc-mərcliyin yaradılmasına, eləcə də cəmiyyətimizin çeşidli təbəqələrini üz-üzə qoymağa yönəlib. Ona görə də bu telekanalın İslam Respublikasında yayımlanması qanunsuzdur", - deyə Hərəndi söyləyib.
BBC ilə bağlı "Baybak"ın yaydığı məlumata görə, teleşirkətin Qəzzaya dair göstərdiyi 2 dəqiqəlik video-görüntü qurumda ikitirəlik yaradıb. Qəzzadakı köməksiz insanlara yardım məqsədi ilə çəkilən bu filmin əleyhdarları hesab edirlər ki, şirkət bununla "Fələstindəki yaraqlıların mövqeyini dəstəkləyir".
Azərbaycanın tanınmış ziyalısı Böyük Rəsuloğlu da BBC-nin fəaliyyəti və fars dilində yayımlanan redaksiyada çalışanlar barədə açıqlama yayıb: "Qəzza barəsində 2 dəqiqəlik bir filmin yayımlanmasını tərəfsizliyə zidd sayan bu qurumun məsulunun, görəsən, farsca yayılan proqramın mahiyyətindən və aparıcılarından xəbəri varmı? "Demokratiya bütün dərdlərin dərmanıdır" şüarını dəfələrlə təkrar etməyimin səbəbi ona inamımdan irəli gəlir. Ancaq ona birtərəfli yol kimi deyil, qarşılıqlı tarazlaşdırma fəlsəfəsinə uyğun yanaşmağın vacibliyinin BBC məsullarının yadında olduğuna da inanmaqdayam. Qəzzada həlak olan günahsız uşaq və qadınların ölümünün bütün insanların göz yaşlarının selə dönməsinə səbəb olduğu inkaredilməzdir. Ancaq bu faciənin əsas səbəbinin Tehranın ölüm qoxuyan nəfəsi və onun himayəsindəki aldanmış qrupların xalqı sipər edərək, guya, "İsraili dənizə tökəcək" xülyasında olmasından irəli gəldiyi də inkarolumazdır. Fars şovinizminin daxili problemlərini çözmək, özəlliklə, milli düşüncəli insanları əzmək üçün bütün oyunlara baş vurduğu dünyaya aydındır.
Fələstin düyününün açılmasında maneə görən Misir və ona bənzər ərəb ölkələrinin oyuna ciddi girişmədikləri halda, bölgədəki bəzi baş nazirlərin Tehranın ağzı ilə danışmağa başlaması, ümidlərimizi kəsərək İran prezidenti Mahmud Əhmədinijat səviyyəsinə enməsi anlaşılmaz olsa da, durumu qiymətləndirməyə dəyər bir hadisədir. Fələstinin nicatı müsəlmanların dini duyğusundan sui-istifadə edib millətləri qaranlığa sürükləməklə deyil, ağıllı siyasət yürütməklə mümkündür.
Amma bu qısa yazıda əsas məqsədim "Həmas" - İsrail savaşı deyil. Elanlarını çoxdan gördüyüm bu verilişlərin başlandığı ilk gün bizlərdə yaranmış BBC inancına güvənərək onları izlədim. Amma təəssüf ki, elə həmin gün başa düşdüm ki, İRİB-lə birgə Tehran hakimiyyətinin farsçılıq siyasətini güdən, xaricdəki üzdəniraq demokratların 40-a yaxın kanalı sanki bəs deyilmiş, "biri də gəmi ilə gəldi".
İlk gün kürdçülük təbliğatı ilə farsçılıq siyasətini bir-birinə toxuyaraq millətə qəbul etdirməyə çalışması BBC-yə yaraşmayan bir şəkildə hələ də davam etməkdədir".
B.Rəsuloğlunun yazdığına görə, irqçilərin və farsçıların gəldikləri ata yurdları olan Əfqanıstana bağlama çabaları və ya Orta Asiyadakı türk dövlətlərinə təsir gücünü artırmaq üçün Tacikistana kültürəl hücumlar anlaşılandır. Amma BBC-nin bu sayaq siyasətini orada çalışanlar yürüdür:
"Bunlar kimlərdir: Məhəmməd Xatəminin prezidentliyi dövründə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin mətbuat xidməti katibinin müavini Ramazanpur, panfarsist ideologiyaya xidməti ilə hər kəsə məlum olan "Rozonline" saytının başçısı Məsud Behnud, 2006-cı ilin məlum may hadisələri zamanı Azərbaycan Milli Hərəkatının təəssübkeşlərinə qarşı nifrət yağdıran Nikahənə Kövsər adlı şəxsin həyat yoldaşı xanım Fərnaz Qazipur (əlavə edək ki, o, karikaturanı çəkmiş Nima Neyistanini himayə etmək üçün əlindən gələni əsirgəmirdi), pərdəarxası yönəldici, tanınmış fars şovinisti Şəmsülvaezin".
Yazının sonunda müəllif bildirib ki, 35 milyonluq Azərbaycan türkünün rəğbətini qazanmaq üçün həmişə tərəfsizliyi ilə seçilən BBC-nin bu tipli iradları aradan qaldıracağına inanır.ayna

Hiç yorum yok: