azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Şubat 2009 Çarşamba

İran-ABŞ gizli danışıqları barədə yeni iddialar

İran-ABŞ gizli danışıqları barədə yeni iddialar


Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Paquaş” (Pugwash) adlı beynəlxalq araşdırmalar mərkəzi yanvarın 30-da, ABŞ və İran yetkililərinin 2008-ci ildə 4 dəfə gizli görüş keçirməsi barədə məlumat yaydı. Bu görüşlər qeyri-rəsmi olsa da gizli saxlanılıb. Bu təşkilatın baş katibi Paulo Kato Ramoisino 2 il əvvəl İrana səfəri zamani bir sıra ölkə rəsmiləri ilə görüşüb və ABŞ-İran münasibətlərini müzakirə edib.



Bu barədə danışan mərkəzin direktoru Cefri Bautvil (1995-ci il Nobel Sülh Mükafatının sahibi) qeyd edib ki, keçən il ərzində 4 dəfə İran rəsmiləri ilə Avropada gizli və qeyri-rəsmi görüşləri olub. Bu görüşlər əsasən Avstriya və Hollandiyada baş tutub. Bautvilin sözlərinə görə bu görüşlərin hər biri, bir və ya iki gün davam edib. Amma o, İran tərəfindən görüşlərdə iştirak edən rəşmi şəxslərin adlarını verməkdən imtina etmişdir. Cefri Bautvil həmçinin bildirib ki, bu görüşlərin əsas məqsədi ikitərəfli münasibətlərin yaranması üçün münasib yolların müzakirəsi və təhrik edici şüarlardan imtina edərək sağlam münasibətlər yaranması üçün səylər olub. Paguaş rəsmisi onu da qeyd edib ki, bu müzakirələrdə İranın nüvə məsələsi ilə yanaşı iki dövləti düşündürən təhlükəsizlik məsələləri və Yaxın Şərq probleminin həlli, eləcə də iqtisadi və ticari mövzuları da müzakirə olunub. Bautvil aparılan müzakirələri müsbət dəyərləndirərək bildirmişdir ki, ən azından iki dövlət arasında problemləri bir-birinə çatdırmaq üçün bir kanal mövcuddur.

Yanvarın 29-da isə Vaşinqton Tayms qəzeti yazmışdı ki, Amerikanın keçmiş Müdafiə Naziri Vilyam Peri (hazırda Obamanın komandasında olan) Əhmədinejadın yaxın müşaviri olan Müctəba Səmərei Haşimi ilə 2008-ci ildə bir sıra gizli və qeyri-rəsmi görüşlər keçiriblər. Görüşlərin əsas müzakirə mövzusu İranın nüvə proqramı olub. İran mətbuatı hər zaman etdiyi kimi, yenə də bu xəbər haqda heç bir məlumat dərc etməyib. Yalnız, Mehr Xəbər Agentliyi İran Təhlükəsizlik Naziri Qulamhüseyn Mohseni Ejeiyə istinadən bildirib ki, İran rəsmiləri ABŞ-la heç bir rəsmi görüş keçirməyib.

Buş hakimiyyəti zamanı yalnız bir dəfə Cenevrədə İran rəsmisi ilə Amerikalı diplomat 5+1 qrupunun təşkil etdiyi iclasda iştirak edib və İran nüvə məsələsini müzakirə ediblər. ABŞ Xarici İşlər Nazirinin Müavini Viliam Boronz və İranın Nüvə Məsələləri üzrə Ali Nümayəndəsi Səid Cəlili bu iclasda öz dövlətlərini rəsmi şəkildə təmsil edirdilər.

Ümumiyyətlə isə ABŞ ilə İran arasında gizli görüşlərin keçirildiyinə dair iddialar vaxtaşırı olaraq ortaya atılır. Məsələn, 2008-ci ildə bir neçə dəfə Türkiyədə gizli İran –ABŞ danışıqlarının gerçəkləşdirildiyi iddiası gündəmə gəlmiş, Hətta bunlardan birinin iyun ayında baş tutduğu iddia olunmuşdu. 2008-ci ilin Aprel ayında isə İndependet qəzeti ABŞ və İranın “əhəmiyyətli adamlarının” iştirakı ilə 5 ildir aralıqsız olaraq bu ölkələr arasında gizli müzakirələrin aparıldığını iddia etmişdi. İndependentin keçmiş ABŞ diplomatı Tomas Pikerinqə dayanaraq ortaya atdığı iddiada gizli toplantıların ABŞ-BMT (UNA-USA) dərnəyi tərəfindən təşkil edildiyi də qeyd olunurdu.

2002-ci ilin May ayında isə İran Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Muhsin Mirdamadi “İran ilə ABŞ arasında gizli danəşəqlarən aparıldığına dair məlumata sahib olduğunu”, “ABŞ Müdafiə Nazirinin Müavini Poul Volfovitzin də bunu təsdiqlədiyini” açıqlamış, ancaq İran Xarici İşlər Nazirliyi, bunu yalanlamışdı.

Hər halda bu görüşləri hər iki ölkədə heç bir rəsmi mənbə təsdiqləməsə də onu açıq şəkildə təkzib edən də yoxdur. Çox güman ki, danışıqlar gizli şəkildə aparılır. Ancaq xüsusilə İran tərəfinin istəyilə məsələ o qədər də aşkarlanmır. Çünkü bu mövzu daxildə durmadan radikal bəyanatlar verən İran rəsmiləri üçün çox həssasdır. Məsələ ilə bağlı başqa bir təzadlı nüans da var. Hələ Məhəmməd Xatəmi prezident olan zaman ABŞ-İran münasibətlərinin yenidən bərpa olunması məsələsi müzakirələrə çıxarılanda Ali Dini Rəhbər “Amerikaya uzanan əllər kəsilməlidir” demişdi. Sonrakı dövrlərdə bu şüarında açıq şəkildə tətbiq olunmaması belə qənaətə gəlməyə imkan verir ki, “hansı əlin” uzanmasının çox fərqi var imiş.
araztm

Hiç yorum yok: